Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1450/2023 03.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Nurulu Firidun Bilal oğlunun katibliyi ilə, İddiaçı prosessual hüquqi varisi Nümayəndə iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 14.*3.2*23-cü il tarixli, 2(125)-715/2*23 saylı qətnaməsindən İddiaçı prosessual hüquqi varisi Nümayəndə verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 3 saylı Notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 nömrəli evə dair Gəncə şəhəri 3 saylı Notariat Kontorunun 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi, cavabdehin adına verilmiş 25.1*.2*16-cı il tarixli çıxarışın ləğv edilməsi və evin ilkin vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 14.*3.2*23-cü il tarixli, 2(125)-715/2*23 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) İddiaçı cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 3 saylı Notariat kontoruna qarşı “şəhadətnamənin və çıxarışın ləğvi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı prosessual hüquqi varisi Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 14.*3.2*23-cü il tarixli, 2(125)-715/2*23 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 2 nömrəli evdə ataları X13 yaşamış və onun *5 avqust 2**3-cü ildə vəfatından sonra qardaşları Oktay və onun arvadı Şəfa yaşamışdır. Cavabdeh1 isə, babası Gümalənıən vəfatından sonra Gəncə şəhərində olmamış və Rusiya, Türkiyə Respublikalarında yaşamışdır. Cavabdeh 2*16-cı ildə saxta sənədlər əsasında baba evinə vərəsəlik şəhadətnaməsi almışdır. Cavabdehlər Cavabdeh1 və Gəncə şəhər 3 saylı Notariat kontoruna işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı prosessual hüquqi varisi Nümayəndə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Gəncə şəhəri 3 saylı Notariat Kontorunun 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsız edilməsini, cavabdehin adına verilmiş 25.1*.2*16-cı il tarixli çıxarışın ləğv edilməsini və evin ilkin vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı prosessual hüquqi varisi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, Cumalı onun babası olmuş, 2**3-cü ildə vəfat etmişdir. Oqtay anasının qardaşıdır, 2*1*-cu ildə vəfat etmişdir. Sərfinaz mübahisəli evdə yaşamamışdır. Təxminən 1975-ci ildə həmin evdən ərə getmişdir. Sərfinaz özbaşına olaraq mübahisəli evə yiyələnmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 14.*3.2*23-cü il tarixli, 2(125)-715/2*23 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, atası Cumalının vəfatından sonra həmin evdə qardaşı Oktay və ailəsi yaşamışdır. Oktayın vəfatından sonra isə, ev üzərində idarəçiliyi o, həyata keçirmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilmməsini və Gəncə Şəhər Məhkəməsinin 14.*3.2*23-cü il tarixli, 2(125)-715/2*23 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh Gəncə şəhər 3 saylı Notariat ofisinin xüsusi notariusu X23 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddianı qəbul edir. Belə ki, 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsi düzgün verilməmiş, həmin şəhadətnamə verilərkən digər vərəsələrin olması aydınlaşdırıılmamışdır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 14.*3.2*23-cü il tarixli, 2(125)-715/2*23 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.1*.2*16-cı il tarixli 2*1*13**7147-1*3*1 reyestr nömrəli çıxarış ləğv edilməli, ünvan 2 nömrəli ev əvvəlki vəziyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 25 sentyabr 1947-ci ildə vəfat etmiş X2 *5 avqust 2**3-cü ildə vəfat etmiş oğlu X1* ünvan 2 nömrəli evdə yaşayan qızı Cavabdeh1 miras əmlakdan bütövlükdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak 25.1*.2*16-cı il tarixli, 2*1*13**7147-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən miras qoyan X5 məxsus ünvan 2 nömrəli fərdi yaşayış evidir. *8.1*.196*-cı il tarixli ölum haqqında şəhadətnamədən görünür ki, X11 25.*9.1947-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında *6.*9.2*13-cı ildə X2 adına qeydiyyata alınmışdır. 1*.11.2*12-ci il tarixli arayışın surətindən görünür ki, 1916-cı il təvəllüdlü X1* atası X15, anası X6r. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1961-ci ildə Kirovabadda anadan olmuşdur, atası X14, anası X2*r. *5.*8.2*23-cü il tarixli ölum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 *5.*8.2**3-cü il tarixdə ölmüşdür. ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı *9.*1.2*23-cü ildə ölmüşdür. doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1969-cu il təvəllüdlü Nümayəndə atası Məmmədov Cümşüd, anası İddiaçıdır. Gəncə Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *1.*3.2*23-cü il tarixli məktubdan görünür ki, İddiaçı, Cavabdeh1, X8, X12, X17 və X16 *5.*8.2**3-cü ildə vəfat etmiş X1* övladlarıdır. Məhkəmə kollegiyasına təqdim edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı atası X9r. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 17.*1.2*23-cü il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid” pasport, 12.*2.1949-cu il tarixli “Torpaq qeydi”, Kirovabad şəhər X4 İcraiyyə Komitəsinin 24.1*.1972-ci il tarixli, 29 nömrəli protokoldan çıxarış, Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma idarəsinin 29.*7.2*16-cı il tarixli, 158 saylı razılıq məktubu və Gəncə şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin rəisi ilə razılaşdırılmış layihəyə əsasən, X2 adına *6.*9.2*16-cı il tarixli, 2*1*13**7147-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri 3 saylı notariat kontorunun 3*.*9.2*16-cı il tarixli, 2V-1-94 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamələrə əsasən, Cavabdeh1 adına 25.1*.2*16-cı il tarixli, 2*1*13**7147-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarından görünür ki, iddia tələbi ünvan 2 nömrəli evə dair Gəncə şəhəri 3 saylı Notariat Kontorunun 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin ləğv edilməsi,( sonradan iddia dəqiqləşdirilərək etibarsızlığı xahiş edilmişdir) cavabdehin adına verilmiş 25.1*.2*16-cı il tarixli çıxarışın ləğv edilməsi və evin ilkin vəziyyətinə qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 nömrəli evdə ataları X13 yaşamış, onun *5 avqust 2**3-cü ildə vəfatından sonra qardaşları Oktay və onun arvadı Şəfa yaşamışdır. Cavabdeh1 isə, babası Gümalənıən vəfatından sonra Gəncə şəhərində olmamış və Rusiya, Türkiyə Respublikalarında yaşamışdır. Göründüyü kimi, iddiaçı ünvan 2 nömrəli evə dair Gəncə şəhəri 3 saylı Notariat Kontorunun 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin etibarsızlığını tələb edir və nə qədər ki, tərəflər doğma bacıdırlar və həmin şəhadətnamə etibarsız hesab ediləcəyi halda, onun da qanun üzrə vərəsələr sırasında vərəsəlik hüququnun yaranma ehtimalı vardır ki, bu baxımdan onun hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. Hazırkı iş üzrə 3* sentyabr 2*16-cı il tarixli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamədən görünür ki, 25 sentyabr 1947-ci ildə vəfat etmiş X2 *5 avqust 2**3-cü ildə vəfat etmiş oğlu X1* ünvan 2 nömrəli evdə yaşayan qızı Cavabdeh1 miras əmlakdan bütövlükdə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak 25.1*.2*16-cı il tarixli, 2*1*13**7147-1*3*1 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən miras qoyan X5 məxsus ünvan 2 nömrəli fərdi yaşayış evidir. Göründüyü kimi, miras əmlak 25 sentyabr 1947-ci ildə vəfat etmiş X5 məxsus ünvan 2 nömrəli fərdi yaşayış evidir. Notariat Haqqında” Azərbaycan Respublikasının Qanunun 57-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir. Maddə 58. Vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir... M a d d ə 5 9 . Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 95-ci maddəsinə əsasən, mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka dair mirası qəbul etmiş fiziki və hüquqi şəxslərə, habelə dövlətə vərəsəlik şəhadətnaməsi verir. Maddə 96. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər. Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik şəhadətnaməsinə yazıla bilərlər. Razılıq vərəsəlik şəhadətnaməsi verilənədək yazılı surətdə ifadə edilməli və notariat qaydasında təsdiq olunmalıdır. Maddə 99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Göründüyü kimi, Gəncə şəhər 3 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 miras qoyan X1 miras qalan ünvan 2 nömrəli evə dair 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuş, 25 sentyabr 1947-ci ildə vəfat etmiş X3 münasibətdə vərəsələrin dairəsi, mirasın qəbulu və s. kimi əhəmiyyət kəsb edən sübutlar toplanılmamış, həmin mirasla bağlı mübahisənin olub-olmamasını aydınlaşdırılmamış və 25 sentyabr 1947-ci ildə vəfat etmiş şəxsin əmlakına dair vərəsəlik həll edilmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.1*.2*16-cı il tarixli 2*1*13**7147-1*3*1 reyestr nömrəli çıxarış ləğv edilməli, ünvan 2 nömrəli ev əvvəlki vəziyyətinə qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392, 393 və 4*4-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 14.*3.2*23-cü il tarixli, 2(125)-715/2*23 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. 3*.*9.2*16-cı il tarixli 2V-1-94 saylı vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 25.1*.2*16-cı il tarixli 2*1*13**7147-1*3*1 reyestr nömrəli çıxarış ləğv edilsin. ünvan 2 nömrəli ev əvvəlki vəziyyətinə qaytarılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1450/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1450/2023
03.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver