Məhkəmə qərarları › İş №2(104)-1467/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1467/2024

27.06.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1467/2024 27.06.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X7 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(076)-57/2024 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Şəmkir rayon 1 saylı Notariat ofisinə, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Cavabdeh5 və DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanınma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 cavabdehlər Şəmkir rayon 1 saylı Notariat Ofisinə, İddiaçı, Cavabdeh3 və Cavabdeh4 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-57/2024 saylı qətnaməsi ilə (hakim Rəşad Mustafayev) İddiaçı iddia tələbi qismən təmin, müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 iddiasının qismən təmin edilməsi, Şəmkir rayon 1 saylı Notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1880, 2V-1881, 2V- 1882 və 2V-1883 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 1 ünvanında yerləşən miras qalmış 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinə dair hissədə qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********37-10301 olan çıxarışın miras əmlaka münasibətdə ləğv edilməsi, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsinin torpaq sahəsinin üzərində və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində birinci növbə vərəsələr Cavabdeh3 6/10 (onda altı) hissədə, Cavabdeh4 1/10 (onda bir) hissədə, X4 1/10 (onda bir) hissədə, Cavabdeh5 1/10 (onda bir) hissədə və mərhum X5 1/10 (onda bir) hissədə paylarının müəyyən edilməsi, X2 miras qalmış ünvan 1 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsindən və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum X8 çatacaq 1/10 (onda bir) hissədə miras əmlaklardakı payı, onun birinci növbə vərəsələri İddiaçı 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, X6 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, X1 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində paylarının müəyyən edilməsi qərara alınmışdır. Həmin qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası ilə bağlı ərizəni məhkəməyə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa olunaraq mülki işin apellyasiya şikayəti ilə birlikdə X3 göndərilməsini xahiş etmişdir. Şəmkir rayon Məhkəməsini xx.xx.2024-cü il tarixli 2(076)-57/2024 nömrəli qərardadı ilə Cavabdeh3 tərəfindən Şəmkir Rayon Məhkəməsinin 2(076)-57/2024 saylı xx.xx.2024cü il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı nümayəndəsi Nümayəndə1 qərardaddan şikayət verərək, şikayətdə qeyd etmişdir ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-57/2024 saylı qanunsuz qətnaməsi qəbul edilmişdir. Qətnamə xx.xx.2024-cü il tarixdə e-məhkəmə sisteminə yerləşdirilmiş və tərəflərə bu barədə müvafiq bildirişlər gəlmişdir. Qətnamədən şikayət verilməsi üçün nəzərdə tutulmuş 1 ay müddət ötürüləndən sonra Cavabdeh3 vəkili tərəfindən xx.xx.2024-cüil tarixdə apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə verilmişdir. Müddətin bərpa olunması barədə ərizə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-57/2024 saylı qanunsuz qərardadı ilə təmin edilmişdir. İş üzrə Cavabdeh3 və nümayəndəsi (vəkili) Nümayəndə2 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək apelyasiya şikayəti vermək üçün ötürülmüş müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizədə qeyd edilir ki, xx.xx.2024-cü il tarixdə qətnaməni poçt vasitəsi ilə qəbul etmişdir. Ötürülmüş müddətin bərpa olunması üçün əsas olaraq bildirilir ki, güya cavabdeh məhkəmədən gələn zərfin içində nə olduğunu bilməmişdir və azərbaycan qrafikasını oxuya bilmir. Ərizədə yazılanlar, müddətin bərpası üçün göstərilən əsaslar nə qanuna, nə də məntiqə sığmayacaq bəhanələrdir. Qanunsuz qəbul edilmiş Qərardadda qeyd edilir ki, müddətin bərpa olunmasına əsas apellyasiya şikayəti vermək üçün dövlət rüsumu xx.xx.2024-cü il tarixdə ödənmişdir. Buna əsaslanaraq müddəti bərpa etmək prosessual qanunvericiliyin tələblərinin kobud pozulmasıdır. Rüsum ödəmək apelyasiya şikayəti vermək deyildir. Bundan başqa Apellyasiya şikayəti vermiş (Elektron məhkəmə vasitəsilə) və həm də, müddətin bərpası barədə ərizənin e-məhkəmə sisteminə, Cavabdeh3 nümayəndəsi-vəkili Nümayəndə2 yerləşdirmişdir. Həmin nümayəndə Şəmkir rayon Məhkəməsində iştirak etmiş vəkildir. Deməli həm də vəkil Nümayəndə2 Qətnaməni sistemə yerləşdirilən zaman, xx.xx.2024-cü il tarixdə rəsmi qəbul etmişdir. Təkrar qeyd etmək istəyir ki, verilən apelyasiya şikayətinie-imza ilə Nümayəndə2 təsdiq etmişdir. Bundan başqa müddətin bərpasına dair verilmiş ərizədə bildirilir ki, Qətnaməni xx.xx.2024cü il tarixdə almışdır. Qərardadda Cavabdeh3 ötürülmüş müddətini daha da qısaltmaqla Qətnaməni xx.xx.2024-cü il tarixdə almasını göstərir. Şəmkir Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2(076)-57/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün müddət Cavabdeh3 tərəfindən ötürülmüşdür. Şəmkir Rayon Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2(076)-57/2024 saylı qərardadından verilmiş şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh3 ünvanına göndərilmliş və onun tərəfindən xx.xx.2024-cü il tarixdə poçt qəbzinə imza etməklə qəbul edilmişdir. Onun tərəfindən apellyasiya şikayəti xx.xx.2024-cü il tarixdə verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Cavabdeh3 xx.xx.2024-cü il tarixədək şikayət vermək hüququ olmuşdur. 06-07 aprel 2024-cü il tarixləri isə qeyri-iş gününə düşdüyündən apellyasiya şikayətini verə bilməmişdir. Lakin, iş materiallarında olan qəbzin surətindən görünür ki, apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunu xx.xx.2024-cü il tarixdə ödəmişdir. Bu hal isə cavabdehin apellyasiya şikayəti vermək niyyətinin olmasını sübut edir. Beləliklə, Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilməsi üçün müddət bir gün ötürülmüşdür ki, bu hal da üzrlü hesab edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(076)-57/2024 saylı qərardadından İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 30 aprel 2024-cü il tarixli, 2(076)-57/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar