Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-147/2024 07.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh* və ilkin və qarşılıqlı iddialar üzrə Cavabdeh3 iştirakları ilə, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(0*5)-345/2023 saylı qətnaməsindən ilkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh* verdiyi apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 fevral 200*-ci ildə vəfat etmiş mərhum atası X5 miras qalmış əmlakı faktiki qəbul etməyi faktının müəyyən edilməsi, *5.04.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mərhum atası X8 mülkiyyətində olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə vərəsə tanınması, mirasdan payının müəyyən edilməsi və payının naturada bölünərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh* qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianı qismən, yəni ilk İddiaçı mirası qəbul etməsi faktının müəyyən edilməsi və miras əmlakdan ¼ hissədə payının müəyyən edilməsi, ünvan 1 ünvanında yerləşən *5.04.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış əsasında mərhum atası X8 mülkiyyətində olan fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə qanun üzrə vərəsə tanınması, mirasdan payının müəyyən edilməsi və payının naturada bölünərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(0*5)-345/2023 saylı qətnaməsi ilə (hakim N.Abbasov) ilkin və qarşılıqlı iddiaların qismən təmin edilməsi, İddiaçı və Elmira Haxverdi qızının Kərimovanın ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və 0,0547 ha torpaq sahəsində ataları İddiaçı miras qalmış əmlakı faktiki qəbul etmə faktının müəyyən edilməsi, Daşınmaz Əmlakın Dövlət Reyesterində *5.04.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən qeyd alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin 3/20 hissəsinə İddiaçı, 3/20 hissəsinə isə Cavabdeh* qanun üzrə vərəsəlik hüquqlarının tanınması, Daşınmaz Əmlakın Dövlət Reyesterində *5.04.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən qeyd alınmış ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin İddiaçı məxsus mirasın qalan hissəsinin birinci dərəcəli olan digər vərəsələri üçün açıq saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(0*5)-345/2023 saylı qətnaməsinin ilk iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və ilk iddia tam tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, miras əmlakın mərhum ataları X*8iundan qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin ¾ hissəsindən ibarət olduğu və həmin əmlakın ¼ hissəsi üzərində onun mülkiyyət hüquqları tanındığı halda, məhkəmə bunu nəzərə almamış, ümumilikdə qeyd olunan yaşayış evinə və torpaq sahəsinə vərəsəlik hüquqlarını tanımaqla, düzgün bölgü aparılmamışdır. İkincisi, məhkəmənin mirasın qalan hissəsinin birinci dərəcəli olan digər vərəsələri X4, X*0 və X* payına düşən 3/20 hissəsinin açıq saxlanması barədə nəticəyə gəlməsi də yanlışdır. Mirasın birinci növbəli vərəsələrdən yalnız o, mərhum qardaşları Firudin Kərimov və İddiaçı tərəfindən qəbul edilməsi sübuta yetirilmiş olsa belə, mirasın digər vərəsələr X4, X*0 və X6 tərəfindən qəbul edilməsini təsdiq edən heç br sübut olmadığı halda isə məhkəmə işin faktiki hallarını nəzərə almamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Cavabdeh* həmin qətnamədən apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(0*5)-345/2023 saylı qətnaməsinin qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi tamamilə əsassız və qanunsuzdur. Belə ki, miras əmlakın mərhum ataları X*8iundan qalmış ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin ¾ hissəsindən ibarət olduğu və həmin əmlakın ¼ hissəsi üzərində onun mülkiyyət hüquqları tanındığı halda, məhkəmə bunu nəzərə almamış, ümumilikdə qeyd olunan yaşayış evinə və torpaq sahəsinə vərəsəlik hüquqlarını tanımaqla, düzgün bölgü aparılmamışdır. İkincisi, məhkəmənin mirasın qalan hissəsinin birinci dərəcəli olan digər vərəsələri X4, X*0 və X* payına düşən 3/20 hissəsinin açıq saxlanması barədə nəticəyə gəlməsi də yanlışdır. Mirasın birinci növbəli vərəsələrdən yalnız o, mərhum qardaşları Firudin Kərimov və İddiaçı tərəfindən qəbul edilməsi sübuta yetirilmiş olsa belə, mirasın digər vərəsələr X4, X*0 və X6 tərəfindən qəbul edilməsini təsdiq edən heç br sübut olmadığı halda isə məhkəmə işin faktiki hallarını nəzərə almamış, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İlkin iddia üzrə İddiaçı, ilkin və qarşılıqlı iddialar üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və üçüncü şəxs Ağstafa rayon Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmı kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh* məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərini müdafiə edərək, göstərdi ki, atası X*5 özünə məxsus fərdi yaşayış evinin */4 hissəsini ona vəsiyyət etmiş, əmlakın qalan hissəsi isə, vəsiyatnamədən 3/4 hissəsi isə atasının mülkiyyətində qalmışdır. O, atasının ölümündən sonra xx.xx.2005-ci il tarixində notariat kontoruna müraciət edərək, vəsiyyatnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almış və evin */4 hissəsinə vəsiyyət üzrə vərəsə tanınmış, həmin hissə hazrda onun mülkiyyəti kimi qeydiyyata alınmışdır. Miras əmlak üzərində vərəsələrin payları düzgün müəyyən edilməmişdir. Ona görə də, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(0*5)-345/2023 saylı qətnaməsinin qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İlkin və qarşılıqlı iddialar üzrə Cavabdeh3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətlərinə etiraz edərək, göstərdi ki, atası 2020-ci ildə vəfat etmiş və o da istəyir ki, atasına münasibətdə vərəsəlik payı müəyyən edilsin ki, mərhum atasının vərəsələri həmin əmlakdan öz paylarını əldə edə bilsin. Ona görə də, qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(0*5)-345/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia və qarşılıqlı iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İlkin iddia üzrə İddiaçı və ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh* apellyasiya şikayətinin dəlillərindən görünür ki, onlar Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(0*5)-345/2023 saylı qətnaməsinin ilk və qarşılıqlı iddiaların vərəsəliklə bağlı hissələrini mübahisələndirmişdir. Qətnamənin iddianın və qarşılıqlı iddianın təmin edilməyən payların naturada böğlüməsi və təhvil verilməsi hisssəsi isə mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 20**-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, 22.02.200*-ci ildə vəfat etmiş X*5 vəsiyyətnamədə göstərilən əmlakının 4/* hissədə Cavabdeh* vəsiyyət etmişdir. Şəhadətnamə verilən miras əmlak Asğtafa r-n DTİ və MHQİ-nin xx.xx.2005-ci illə verilmiş 254 saylı arayşının və qeydiyyat vəsiqəsinə əsasən mərhum X** məxsus 800.0 kv.m torpaq sahəsində yerləşən çiy kərpicdən tikilmiş dörd otaqlı yaşayış sahəsi 75.0 kv. Ümumi sahəsi *07.6 kv.m köməkçi sahədən 32.6 kv.m yaşayış evinin dörddə bir hissəsindən ibarətdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 5020*3093384-*030* reyestr nömrəli çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən 0,0547 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi *03,80 kv.metr olan fərdi yaşayış evi 4/3 hissədə X8, 4/* hissədə Cavabdeh* adına dövlət qeydiyyatına alınmışdır. Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı xx.xx.*957-ci il tarixdə, Cavabdeh* isə *5.09.*947-ci il tarixdə anadan olmuşdur. Onların atası X*6, anası isə Kərimova Başxanım Məmmədəli qızıdır. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 22.02.200*-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*9 09.*2.20*9-cu il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29.*0.*995-ci il tarixdə vəfat etmişdir. İlkin və qarşılıqlı iddaları qismən təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X*5 ilə Kərimova Başxanım Məhəmmədəli qızının birgə nikahlarından İddiaçı, X7, X*4, X6 və Cavabdeh* adlı 5 uşaqları anadan olmuşdur. Yasəmən Kərimova 28.*0.*995-ci il, Feruz Kərimov 09.*2.2009-cu il, Firudin Kərimov xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. X8 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin 3/4 hissəsi onun sağ qalmış övladlarının, eyni zamanda vəfat etmiş övladlarının vərəsələrinin birinci dərəcəli qanun üzrə vərəsə kimi həmin miras əmlakdan pay almaq hüquqları yaranmışdır. Lakin, Haqverdi Kərimovun vərəsərindən yalnız sağ qalmış övladları olan İddiaçı və Cavabdeh* miras əmlakdan qanun üzrə vərəsəlik qaydasında paylarını tələb etmək üçün məhkəməyə iddia ilə müraciət etmişlər. Ona görə də yalnız onların payları müəyyən edilməli, digər vərəsələr tərəfindən pay tələb edilmədiyindən onların payları açıq saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, X8 22.02.200*-ci il tarixdə vəfat etməsi və onun vəfatından sonra ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin ¾ hissəsinin miras qalması, həmçinin mərhumun 5 nəfər birinci növbədə qanun üzrə vərəsəsinin, yəni İddiaçı, X7, X*4, X6 və Cavabdeh* adlı 5 uşaqlarının olması işin mübahisə edilməyən halıdır. İş materialları ilə müəyyən edilmişdir ki, birinci növbə vərəsələrdən X9 28.*0.*995-ci ildə, X*7 09.*2.2009-cu il, X*2 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 2*7.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X8 22.02.200*-ci il ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə 0*.09.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: **59.*-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). *256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin *246 və *273-*-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən *246 və *273-*-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqim mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin *256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin *27*-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin *268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin *30*-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhumun qanun üzrə birinci növbə vərəsələridir. Miras əmlak barədə vəsiyyətnamə qoyulmamış və qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə verilməmişdir. Kollegiya həmçinin qeyd edir ki, hazırkı iş üzrə məhkəmədə iddia qaldırılarkən, birinci növbə vərəsələrdən birinci növbə vərəsələrdən X9 28.*0.*995-ci ildə, X*7 09.*2.2009-cu il, X*2 xx.xx.2020-ci il tarixdə vəfat etmiş olduğundan, onun hüquqi vərəsələrinin müəyyən edilməsi üçün, iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Həm də, onun birinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının hazırda müəyyən edilməsi mümkün olmadığından, onların adına miras əmlakdan qanuna müvafiq olaraq payların müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır. Yuxarıda qeyd edildiyi kimi, miras predmeti ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin ¾ hissəsindən ibarətdir. Belə olan halda, 5 nəfər qanun üzrə birinci növbə vərəsələrin hər birinin (3/4: 5=3/20) 3/20 hissədə vərəsəlik payları vardır. Həmin əmlak üzərində Cavabdeh* ¼ hissədə mülkiyyət payının olması nəzərə alınmaqla, onun payı (3/20+5/20= 8/20) 8/20 hissədə, digər vərəsələrin payları isə 3/20 hissədə olacaqdır. Azərbaycan Respublikası MPM-nin 385.*.*.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(0*5)- 345/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia və qarşılıqlı iddia qismən təmin edilməli, mərhum X5 miras qalan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin üzərində 8/20 hissəsinə Cavabdeh*, 3/20 hissədə İddiaçı, 8/20 hissədə Cavabdeh*, 3/20 hissədə X2, 3/20 hissəsinə X*7, 3/20 hissədə X3 miras payları müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: İlkin iddia üzrə İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh* apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(0*5)-345/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia və qarşılıqlı iddia qismən təmin edilsin. X5 miras qalan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və 0,0547 ha torpaq sahəsinin üzərində 8/20 hissədə Cavabdeh*, 3/20 hissədə İddiaçı, 3/20 hissədə X2, 3/20 hissədə X*7, 3/20 hissədə X3 miras payı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-147/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-147/2024
07.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver