Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1481/2023 20.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Nümayəndə və Cavabdeh1 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 06 iyun 2022-ci il tarixli 4Ə-307 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 adına verilmiş 29 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum atası X4 adına olmuşdur. X9 14 fevral 2003-cü ildə vəfat etmişdir. Hələ X1 onun əri yaşadığı evdə qətlə yetirilmiş və bundan sonra o, atasının yanına köçərək, orada yaşamağa başlamışdır. X9 vəfat etdikdən sonra da, o, həmin mülkdə yaşamağa davam etmiş və bununla da, atasından qalmış mirası faktiki qəbul etməklə onu idarə etmişdir. X9 vəfat edən gündən 2020-ci ilə kimi o, sözügedən miras əmlakda fasiləsiz yaşamışdır. Yəni iddiaçının atası X3 qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktı işin mübahisəsiz halıdır. Lakin o, 2020-ci ildə Qazaxstan Respublikasına qızının yanına qonaq getmiş, sonradan COVİD-19 pandemiyası ilə əlaqədar olaraq sərhədlər bağlanmış və məcburiyyət qarşısında qalaraq 2022-ci ilin iyul ayına kimi orada qalmalı olmuşdur. 2022-ci ilin iyul ayında Azərbaycan Respublikasına qayıdan zaman o, uzun illər yaşadığı sözügedən miras mülkə gedərək, evə daxil olmaq istəsə də, evdən yad adamlar çıxaraq evi aldıqlarını bildirmişlər və onu küçəyə atmışlar. Daha sonra evdə olan əşyalarının taleyini soruşduqda, ona əşyalarının qardaşının evinə yığıldığı bildirilmişdir. Həmin vaxt o, polisə müraciət etsə də, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etməli olduğu ona bildirilmişdir. Bundan sonra o, sənədləri araşdırmağa başlamış və yalnız araşdırmadan sonra ona məlum olmuşdur ki, Cavabdeh2 hələ 2008-ci ildə onun xəbəri olmadan Gəncə şəhəri 1 saylı dövlət notariat kontorunda təsdiq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən bu mülkü öz adına keçirmişdir. Hazırda isə Cavabdeh2 evi Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 06 iyun 2022-ci il tarixli 4Ə-307 reyestr nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh1 satmışdır. Vərəsəlik zamanı çox ciddi saxtakarlıqlara yol verilmişdir. Belə ki, o, atası vəfat edən gündən uzun illər ərzində iddiaçı sözügedən miras əmlakda faktiki yaşamaqla onu idarə etmiş və beləliklə də mirası qəbul etmişdir. Həmin əmlakda onun miras payının olmasına baxmayaraq, ona hər hansı bir pay verilməmişdir. Əksinə Cavabdeh2 hələ atasının sağlığından bu günə kimi Türkiyə Respublikasında yaşayır və mirası hər hansı bir formada qəbul etməmişdir. Hətta vərəsəlik işləri aparılan zaman da özü deyil, miras açıldıqdan 6 il sonra etibarnamə əsasında nümayəndəsi iştirak etmişdir. Bu zaman notariusa başqa vərəsələrin olmaması barədə saxta arayış təqdim edilmişdir. Bununla da, onun mirası faktiki olaraq qəbul etməsinə baxmayaraq, o, miras payından məhrum edilmişdir. Hazırda isə Cavabdeh2 sözügedən mülkü satmaqla, həmin evi tamamilə onun əlindən çıxarmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 saylı qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin, Gəncə şəhəri 6 saylı notariat ofisində təsdiq olunmuş 06 iyun 2022-ci il tarixli 4Ə-307 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin evə dair Cavabdeh1 adına verilmiş 29 iyun 2022-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv olunması, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi barədə iddiası təmin edilməmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən arqumentlərlə əsaslandırılmışdır. İş üzrə Cavabdeh2 nümayəndəsi Vəkil2, Gəncə şəhəri 6 saylı notariat ofisinə və üçüncü şəxslər X7, X10 və X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Cavabdeh ünvan 3 ünvanlayaraq işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iclasa gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək, onun dəlilləri ilə eyni məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, iddiaçı ona edilmiş vəsiyyətnamayə uyğun olaraq, bankdan miras pulu qəbul etmiş və həmin pul sovet dövründən qalma çox cüzi bir məbləğ olmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Gəncə şəhər Məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli 33/4912 saylı arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2 2003-2008-ci illər ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2007-ci ildə girişi, xx.xx.2008-ci ildə çıxışı qeydə alınmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, o, Cavabdeh2 ilə 06 iyun 2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlamaqla ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini əldə etmişdir. Hazırda da ailəsi ilə birlikdə həmin evdə yaşayır. O, evi alarkən, İddiaçı tanımamışdır və hazırda da tanımır. Cavabdeh2 ilə aralarında alqı-satqı müqaviləsi bağlanarkən həmin daşınmaz əmlak üzərində onunla İddiaçı arasında hər hansı mübahisənin olduğundan da xəbərsiz olmuşdur. O, vicdanlı alıcıdır və alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilmişdir.Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 saylı qətnaməsi qismən, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissənin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməli, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 06 iyun 2000-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X9 ona məxsus olan ünvan 4 ünvanında yerləşən mülkünü X19 və X15, 3410/07 nömrəli Əmanət Bankında 27021 hesabdakı əmanətini İddiaçı vəsiyyət etmişdir. AZ seriyalı, 149476 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 14 fevral 2003-cü il tarixdə Gəncə şəhərində kəskin ürək damar çatışmamazlığı xəstəliyindən vəfat etmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin 2-984-2007 nömrəli qətnaməsindən görünür ki, X17 adının dəyişdirilib Osman kimi qeyd edilməsi və bu barədə doğum akt qeydində dəyişiklik edilməsi qət edilmişdir. 24 aprel 2008-ci il tarixli X20 və X6 ərizələrindən görünür ki, onlar mərhum X5 məxsus olan və ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən onlara çatası payı nə faktiki, nə də ərizə əsasında qəbul etməmişlər və bununla əlaqədar məhkəməyə müraciət etməyəcəklər. Cavabdeh2 ərizəsindən görünür ki, onun babası X9 14 fevral 2003-cü il tarixdə vəfat etmişdir. O, babasından miras qalmış ünvan 4 saylı fərdi yaşayış evinə dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 16 sentyabr 2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Y.Məmmədəliyev küçəsində mülkiyyətində olan 0.0422 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 52.8 kv.m ümumi yaşayış, 32.9 kv.m köməkçi sahədən ibarət 54 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır. 24 aprel 2008-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14 fevral 2003-cü il tarixdə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakın vərəsəsi Cavabdeh2dur. Miras əmlak iki otaq, ümumi sahəsi 85.7 kv.m, yaşayış sahəsi 52.8 kv.m, köməkçi sahə 32.9 kv.m, 0.0422 ha torpaq sahəsi olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. 15 iyul 2012-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 14 fevral 2003-cü il tarixdə vəfat etmiş X4 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi İddiaçıdır. Miras əmlak Gəncə şəhər 3410/07 saylı ə/kassasında 27021 saylı hesabda olan əmanətdən (faizi ilə birlikdə) ibarətdir. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X8 ərizəsindən görünür ki, o, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evini satmaq istəmiş və buna görə də, həmin əmlak üzərində daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair məlumatın real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilməsinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışın surətindən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, Yusif Məhəmmədəliyev küçəsi, 54 ünvanında yerləşən mənzildə 22 yanvar 1954cü il təvəllüdlü X12, 18 mart 1982-ci il təvəllüdlü X16 və 08 dekabr 1958-ci il təvəllüdlü X14 qeydiyyatdadırlar. **********494, **********495 və **********485 saylı razılıq ərizələrinin surətlərindən görünür ki, X16, X14 və X12 ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin satılmasına etiraz etməmişlər. 06 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X14 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 50.000 manat məbləğinə satmış və mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətinə verilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 4 nömrəli evin mülkiyyətçisi Cavabdeh1dur. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Gəncə şəhər Məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli 33/4912 saylı arayışından görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2 2003-2008-ci illər ərzinsə dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2007-ci ildə girişi, xx.xx.2008-ci ildə çıxışı qeydə alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 14 sentyabr 2022-ci il tarixli daşınmaz əmlaka dair arayışın təqdim edilməsi barədə məktubdan görünür ki, X4 adına ünvan 4 saylı fərdi yaşayış evinə dair (0.0422 ha torpaq sahəsində yerləşən 52.8 kvm, iki yaşayış otaqları, 32.9 kvm köməkçi sahə) 10 aprel 2008-cı il tarixli ********** qeydiyyat çıxarış verilmişdir. Gəncə şəhəri 4 saylı notariat kontorunun 24 aprel 2008-cı il tarixli 2V-1-87 saylı vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən bu mülk Cavabdeh2 adına keçmişdir. Vərəsənin adına 22 avqust 2008-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Gəncə şəhəri 6 saylı notariat ofisinin 06 iyun 2022-cı ıl tarixli 4Ə-307 saylı alqı-satqı müqaviləsinə əsasən bu əmlak Cavabdeh1 satılmışdır. X13 küçəsi, 54 saylı fərdi yaşayış evinə dair 29 iyun 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının mərhum atası X4 adına olmuşdur. X9 14 fevral 2003-cü ildə vəfat etmişdir. Hələ X1 iddiaçı atasının yanına köçərək, orada yaşamağa başlamışdır. X9 vəfat etdikdən sonra da, iddiaçı həmin mülkdə yaşamağa davam etmiş və bununla da, atasından qalmış mirası faktiki qəbul etməklə onu idarə etmişdir. X9 vəfat edən gündən 2020-ci ilə kimi iddiaçı sözügedən miras əmlakda fasiləsiz yaşamışdır. Yəni iddiaçının atası X3 qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktı işin mübahisəsiz halıdır. Lakin iddiaçı 2020-ci ildə Qazaxstan Respublikasına qızının yanına qonaq getmiş, sonradan COVİD-19 pandemiyası ilə əlaqədar olaraq sərhədlər bağlanmış və məcburiyyət qarşısında qalaraq 2022-ci ilin iyul ayına kimi orada qalmalı olmuşdur. Həmçinin iş materialları ilə müəyyən edilir ki, X9 tərəfindən ünvan 4 ünvanında yerləşən mülk X19 və X15, 3410/07 nömrəli Əmanət Bankında 27021 hesabdakı əmanət İddiaçı vəsiyyət edilmiş, İddiaçı 15 iyul 2012-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla həmin pul vəsaitini qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X9 xx.xx.2003-cü il tarixdə vəfat etdiyindən, hazırkı iddia tələbinə münasibətdə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1 Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, şəxs mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanması əsasında bu hüququnu həyata keçirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşin məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, mirasqoyan X4 ölümündən sonra Cavabdeh2 miras əmlakı nə qanunda müəyyən edilmiş müddətdə (3-6 ay müddətində) notariat kontoruna mirasın qəbul edilməsi barədə ərizə verməməklə rəsmi qaydada, nə də ki, miras əmlaka sahiblik etməməklə, onu idarə etməməklə faktiki olaraq mirası qəbul etməmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Cavabdeh2 mərhumun sağlığında və sonra Türkiyə Respublikasında yaşamışdır. İşin həmin halı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Gəncə şəhər Məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli 33/4912 saylı arayışla da təsdiq edilir. Belə ki, həmin arayışla müəyyən edilir ki, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2 2003-2008-ci illər ərzində dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında xx.xx.2007-ci ildə girişi, xx.xx.2008-ci ildə çıxışı qeydə alınmışdır. İddiaçı isə həmin mülkdə yaşamaqla və miras əmlakı idarə etməklə mirası faktiki olaraq onun qəbul etməsi, işin yuxarıda qeyd edilən halları ilə təsdiq edilmişdir. Göründüyü kimi, cavabdeh miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə rəsmi, nə də faktiki qəbul etmədiyinə görə subyektiv vərəsəlik hüquqlarını itirmişdir. Qanun üzrə vərəsə olan İddiaçı tərəfindən isə miras əmlak faktiki qəbul edildmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi tələbində haqlı olmuşdur. Ona görə də, həmin şəhadətnamə etibarsız hesab edilməlidir. 06 iyun 2022-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi X14 ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evini Cavabdeh1 50.000 manat məbləğinə satmış və mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətinə verilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışı ilə Cavabdeh1 daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 15 nömrəli reyestr kitabının 190 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə görə, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə görə, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Göründüyü kimi, sadalanan normalar daşınmaz əmlakın dövlət reyestrindəki qeydə etimad etməklə daşınmaz əmlak əldə edən şəxslərin, yəni vicdanlı əldə edənlərin hüquqlarını qorumaqdadır. MM-in 140-cı maddəsindəki “prezumpsiya” sözü əksi sübut edilənə qədər, əldə edən şəxsin vicdanlı olmasının qəbul edilməli olmasıdır. Başqa sözlə, əldə edən şəxs, özünün vicdanlı əldə edən olmasını isbat etməli deyil, əksinə, şəxsin vicdanlı əldə edən olmadığını bunu iddia edən tərəf sübuta yetirməlidir. Vicdanlı olmama faktının isbatı üçün əldə edən şəxsin əmlakı və ya hüququ əldə etməsinə mane olan halı (yəni, iddiaçıların da mənzil üzərində hüquqlarının mövcud olduğunu) bilməsi və ya bilmək üçün ondan gözlənilən diqqəti göstərməməsinin sübut olunması tələb edilir ki, iddiaçılar belə sübut növü təqdim etməmişlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 oktyabr 2004-cü il tarixli Qərarında ifadə etdiyi mövqeyinə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə MM-in 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır. Həmçinin, “H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 06 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 sentyabr 2014-cü il tarixli qərarında da Plenum qeyd etmişdir ki, mübahisəli əşya üzərində qanuni əsaslarla yaranmış əmlak hüquqları mülkiyyətçi ilə yanaşı digər şəxslərə də mənsub olduqda mülkiyyət hüquqlarının dövlət müdafiəsinə verilmiş konstitusiya təminatı həmin şəxslərin əmlak hüquqlarına da şamil olunur. Bu cür əmlak hüquqları sırasına vicdanlı əldə edənin hüquqları da aiddir. Mövcud mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcıya verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürüldükdə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edildikdə, onda MM-in 337.5ci maddəsi ilə müəyyən edilmiş qaydada iddianın təmin olunmasından imtina edilməlidir. Məhkəmə kollegiyası işin müəyyən olunmuş hallarını, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ayrı-ayrı işlər üzrə müxtəlif vaxtlarda qəbul etdiyi qərarlarda formalaşdırdığı hüquqi mövqeyini nəzərə alaraq, hesab edir ki, Cavabdeh1 vicdanlı əldə edən olduğundan, onunla Gəncə şəhəri 6 saylı notariat ofisində bağlanılmış 06 iyun 2022ci il tarixli 4Ə-307 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilə və həmin müqavilə əsasında sonuncuya verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış etibarsız edilə bilməz. Belə ki, əqdin etibarsız sayılması üçün mövcud olan hallar əqdin bütün tərəflərinə münasibətdə mövcud olmalıdır. Yəni, əqdin etibarsızlığı halını əqdin bütün tərəfləri əvvəlcədən bilməli və ya bilməli olmalı, buna baxmayaraq əqdi bağlamalıdırlar. Hazırki halda isə Cavabdeh1 əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onlarda hər hansı şübhə olmamış və mənzili əvəzli şəkildə əldə edərək, hüquqlarını qeydə aldırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində əsassız olduğundan, iddia tələbinin həmin alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarışın etibarsızlığı hissəsində də əsassızdır. Məhkəmə kollegiyası iddianın Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçının miras payının müəyyən edilməsi hisəsi ilə bağlı qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi, miras əmlakı alqı-satqı yolu ilə əldə edən Cavabdeh1 əqdə münasibətdə vicdanlı alıcı olduğundan, iddia həmin hissədə təmin edilməməli və İddiaçı izah edilməlidir ki, cavabdehin etibarsız hesab edilən 24 aprel 2008ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə əldə edib, özgəninkiləşdirdiyi mübahisə edilən mənzillə bağlı, o, vurulmuş ziyanla bağlı Cavabdeh2 qarşı iddia ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin: 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin maddi-hüquqi əsaslarını qismən düzgün müəyyən etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 392/2023 saylı qətnaməsi qismən, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissənin təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməli, Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 396, 392-393, 400-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ : Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-392/2023 saylı qətnaməsi qismən, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair hissənin təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia həmin hissədə təmin edilsin. Gəncə şəhəri, Yusif Məmmədəliyev küçəsi, 54 ünvanında yerləşən fərdi yaşayış evinə dair ünvan 2diq olunmuş 24 aprel 2008-ci il tarixli 2V-1-87 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1481/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1481/2023
20.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver