Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-149/2024 14.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Qazax rayon Notariat Ofisi) iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vərəsəliyin qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğvi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil1 və Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Qazax rayon Notariat Ofisi) vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)- 53/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə 14 fevral 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Nikah haqqında arayışdan görünür ki, X16 və X8 xx.xx.1979-cu ildə 01 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra ərə Xasayev, arvada Allahverdiyeva soyadı verilmişdir.
2. Doğum haqqında arayışdan görünür ki, X17, atası X18, X3 olmaqla xx.xx.1982-ci ildə doğulmuşdur.
3. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12, atası X18, X3 olmaqla xx.xx.1980-ci ildə doğulmuşdur.
4. Ölüm haqqında arayışdan görünür ki, X8 24 oktyabr 2010-cu ildə ölmüşdür.
5. Ölüm haqqında arayışdan görünür ki, X21 01 avqust 2020-ci ildə ölmüşdür.
6. Qazax rayon Notariat Ofisinin İddiaçı ünvanladığı 29 mart 2022-ci il tarixli 307 saylı məktubundan görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş atanız X9 qalmış miras əmlakın bölüşdürülməsinə dair vərəsələr arasında mübahisə olduğundan məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
7. Tovuz regional ASAN xidmət mərkəzi notariat ofisinin 2V-380 saylı notariat işindən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildə notariat kontoruna ərizə ilə müraciət edərək, atası X10 01 avqust 2020-ci ildə vəfat etdiyini, Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivi 13 ünvanında 4 nömrəli mənzilin ondan miras qaldığını, ondan başqa vərəsə olmadığını və qeyd edilən əmlaka dair qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir.
8. 10.05.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 01 avqust 2020-ci ildə vəfat etmiş X10 vərəsəsi qızı – Cavabdehdır o, miras əmlakdan tam irs almalıdır. Miras əmlak: ünvan 3 ünvanında ümumi sahəsi 81,7 kv.m olan mənzildən ibarətdir.
9. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 81,7 kv.m mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci ildən ********** qeydiyyat nömrəsi ilə X10 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
10. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarış”ın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 86,3 kv.m mənzil xüsusi mülkiyyət hüququ əsasında xx.xx.2022-ci ildən ********** qeydiyyat nömrəsi Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 20 dekabr 2022-ci il tarixli **********4 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 18 dekabr tarixli 01 nömrəli qərarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş mərhum X13 Nazirlik tərəfindən 16 aprel 2014-cü il tarixində “NAZ LİFAN” markalı minik avtomobili pulsuz olaraq verilmişdir. Qeyd edilən avtomobilin mülkiyyətə keçirilməsi ilə bağlı Nazirliyə müraciət daxil olmamışdır.
12. AC seriyalı, 263558 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “NAZLİFAN LF 7132/2-320 minik” markalı 35BX386 dövlət nömrə nişanlı avtomobilin mülkiyyətçisi X14r.
13. ƏƏSM tabeliyində DSMF-n PHŞ-n 1 saylı X5 arayışından görünür ki, Cavabdeh Azərbaycan Respublikası müdafiəsi zamanı 1-ci qrup əlil olmuş X13 qulluq etdiyinə görə xx.xx.2020-ci il daxil olmaqla 50.00 manat (əlli manat) məbləğdə Prezident təqaüdü almışdır.
14. Sosial müavinat və təqaüd barədə sistemdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən l qrup əlilliyi olan şəxslərə qulluq edənlərə görə Azərbaycan Respublikası Prezidentinin 50 manat məbləğində təqaüdünü alır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
15. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxs Qazax rayon Notariat Ofisi) vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlakdan və mərhum atası X10 adına sığortadan köçmüş 8800 (səkkiz min səkkiz yüz) manat pul vəsaitindən onun payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası X21 ilə X3 06 fevral 1979-cu ildə 01 saylı akt qeydi ilə nikaha daxil olaraq ailə qurmuşlar və ünvan 4 ünvanında yaşamışlar. Onların birgə nikahlarından Xasayeva (Binnətova) Vəfa Fidayıl qızı və bacısı Xasayeva (Əliyeva) Könül Fidayıl qızı anadan olmuşdur. X3 01 noyabr 2010-cu ildə şəkərli diabet xəstəliyindən, atası X21 01 avqust 2020-ci ildə kəskin miokard infarktdan vəfat etmişdir. X28 döyüşləri iştirakçısı olduğu üçün sağlığında ona dövlət tərəfindən ** BX *** dövlət nömrə nişanlı “Naz Lifan” markalı minik avtomobili də verilmişdir. Atası sağlığında avtomobili onun oğluna vermişdir, atasının vəfatından sonra da həmin avtomobil ondadır, həyat yoldaşı idarə edir. Evi isə bacısı atasının vəfatından sonra icarəyə vermişdir. Atası İ qrup Qarabağ əlili olduğu üçün dövlət tərəfindən onun adına 8800 (səkkiz min səkkiz yüz) manat sığorta pulu köçürülmüşdür. Lakin bacısı Əliyeva (Xasayeva) Könül Fidayıl qızı valideynlərindən miras qalmış əmlakların və pul vəsaitinin qanuna uyğun bərabər bölünməsinə etiraz edir. O, 01 mart 2022-ci ildə vərəsəliklə bağlı Qazax rayon Notariat Ofisinə müraciət etsə də, 29 mart 2022-ci il tarixdə bacısı ilə arasında mübahisə olduğu üçün məhkəməyə müraciət etməsini tövsiyyə etmişlər. Bundan sonra o, məhkəmə müraciət etmək üçün sənədlərini toplamaq üçün vəkillə müqavilə bağlamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin 01 avqust 2022-ci il tarixli **********07 saylı məktubunda mərhum atası X10 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivi 13 ünvanında qeydiyyata alınmış 4 nömrəli mənzilin özgəninkiləşdirilərək xx.xx.2022-ci il tarixdə bacısı Cavabdeh adına qeydiyyata alındığı bildirilmişdir. Onların arasında mübahisə olduğu halda bunun necə mümkün olduğunu bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur.
17. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-53/2023 nömrəli qətnaməsi ilə (hakim Fəxri Məmmədov), iddianın təmin edilməsi, İddiaçı X4 qalmış mirası qəbul etməsi faktı müəyyən edilməsi, Tovuz regional ASAN xidmət mərkəzi notariat ofisi tərəfindən verilmiş 2V-380 reyestr nömrəli, 10 may 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında Cavabdeh ünvan 3 ünvanda yerləşən 81,7 kv.m mənzilə dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində aparılmış qeydiyyat ləğv edilməsi, ünvan 3 ünvanda yerləşən mənzildən, “NAZLİFAN LF 7132/2-320 minik” markalı 35BX386 dövlət nömrə nişanlı avtomobildən və mərhum X10 adına sığortadan köçmüş 8800 (səkkiz min səkkiz yüz) manat pul vəsaitindən mərhum X10 qanun üzrə vərəsələri kimi İddiaçı və Cavabdeh hər birinin 1/2 hissədə payları müəyyən edilməsi qət edilmişdir.
18. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1, 1145, 1146, 1133.1, 1243.2, 1243.3 və 1246-cı maddələrinə istinad etmiş və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 213, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
19. Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(023)-53/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçı miras əmlakın hər hansı birinə qanunla müəyyən edilmiş müddətdə sahiblik etməmiş və mirası faktiki olaraq qəbul etməmişdir. Bununla da qeyd olunan maddi hüquq normasının tələbləri pozulmuşdur. O atasının miras qalmış bütün əmlaklarına miras açıldığı müddətdə sahiblənmişdir və bu əmlakları o idarə etmişdir. Məhkəmə işin hallara münasibətdə bu normanın tələblərini düzgün şərh etməmişdir. Məhkəmə mirasın qəbul edilməsi müddətlərini ümumiyyətlə nəzərə almamışdır. İşin hallarından da müəyyən edilir ki, o həm faktiki həm də notariat ofisinə ərizə verməklə anasından miras qalmış əmlakı notariat qaydasında qəbul etmişdir. İddiaçı isə mirasın qəbulu ilə əlaqədar notariat ofisinə qanunla müəyyən edilmiş mirasın qəbulu müddəti keçdikdən sonra ərizə vermiş və mirasın qəbulu ilə əlaqədar heç bir faktiki hərəkət etməmişdir. Məhkəmə isə bu norma ilə müəyyən edilmiş müddətlərdə mirasın qəbulu ilə bağlı iddiaçı tərəfindən hansı hərəkətlər edildiyini qeyd etməmiş və bununla bağlı heç bir araşdırma aparmamışdır. Bundan başqa o əmlakı mirasın qəbulu müddətində faktiki olaraq sahiblənərək qəbul etmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi halları nəzərə alsaq görərik ki, qanunla müəyyən edilmiş müddətdə mirası yalnız o qəbul etmişdir. İddiaçı isə atasından miras qalmış heç bir əmlakı nə faktiki nə də notarial olaraq qəbul etməmişdir. Buna baxmayaraq məhkəmə qanunvericiliyin tələblərini pozaraq iddianı təmin etmişdir. Bununla da maddi hüquq normasının tələbləri pozulmuşdur. O atasının miras qalmış bütün əmlaklarına qanunla müəyyən edilmiş qaydada miras açıldığı müddətdə sahiblənmiş və bu əmlakları o idarə etmişdir. İddiaçı isə atasından miras qalmış heç bir miras əmlakı qanunla müəyyən edilmiş müddətdə nə notariusa ərizə verərək və nə də sahiblənərək qəbul etməmiş və bununla bağlı Qazax rayon məhkəməsinə də mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə isə əsassız olaraq iddiaçını varis olaraq tanıyaraq ona atalarının mirasından pay vermişdir. Məhkəmə işin mahiyyətinə münasibətdə formalaşmış məhkəmə təcrübəsinə zidd olaraq qərar qəbul etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, mərhum X21 xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bundan sonra cavabdehə 10 may 2022-ci il tarixdə “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Həmin şəhadətnamə qanunvericliyin tələblərinə uyğun verilmişdir. Həmçinin, hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarı hazırki mülki işə tətbiq edilməməlidir. Bundan əlavə isə mərhum X10 adına sığortadan köçmüş 8800 manat məbləğində pul vəsaiti sonuncuya qulluq edən şəxs cavabdeh olduğu üçün onun hesabına köçürülmüşdür. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək və iddiaçının göstərdiyi xüsusatlara oxşar izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
25. İş üzrə Cavabdeh və üçüncü şəxs Qazax Rayon Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Lakin, üçüncü şəxs Qazax Rayon Notariat Ofisinin notariusu məhkəmə kollegiyasına məktub ünvanlayaraq, mülki işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
26. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
27. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
30. Maddə 139-1.1.4. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.
31. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
33. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
34. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
35. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
36. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
37. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
38. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
39. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
40. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
41. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
42. Maddə 1301.1. Əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər.
43. Maddə 1301.2. Əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər.
44. Maddə 1301.3. Əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər.
“Notariat haqqında” Azərbaycan Respublikası Qanunu
45. Maddə 9. Bənd 1. Fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir;
46. Bənd 2. Hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; Bənd 3. Bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;
47. Maddə 55. Bənd 1. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Bənd 2. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Bənd 3. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli Qərarı.
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli Qərarı.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
50. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
58. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
59. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
60. 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
61. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı
62. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
63. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.
64. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
65. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
Apellyasiya baxışının hədləri
66. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
67. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
68. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
69. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
71. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinə istinad edərək, iddiaçının qanunla müəyyən olunan müddətdə mirası qəbul etməsi nəticəsinə gəlmişdir.
72. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının vərəsəlik hüququna, mirası qəbul edib-etməməsi ilə deyil, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir. Belə ki, mülki qanunvericilik miras açıldığı andan mirasın vərəsələrin əmlakının aktiv və passivinə daxil olduğunu nəzərdə tutur. Bununla belə, vərəsə mirasın açıldığı andan üç ay müddətində notarial formada mirasdan imtina edə bilər. Vərəsə mirasdan imtina etdikdə onun mirasla bağlı hüquq və öhdəlikləri aradan qalxır. Əks halda, yəni qanunla müəyyən edilmiş müddətdə və qaydada mirasdan imtina etmədikdə vərəsə kimi qalmaqda davam edir. Odur ki, şəxsin mirası qəbul edib-etməməsinə görə onun vərəsəlik hüququnun tanınması barədə mövqe Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət və vərəsəlik hüquqlarına ziddir.
73. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki işə baxılan zaman Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” sorğu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət olunmuş və həmin müraciət üzrə qəbul ediləcək qərar mübahisənin həlli üçün əhəmiyyətli hesab edildiyi üçün iş üzrə icraat dayandırılmış, Konstitusiya Məhkəməsinin Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı dərc olunduqdan sonra icraat təzələnmişdir.
74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarında Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı qeyd etmişdir ki, “qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar. ...Mülki Məcəllə ilə vərəsə statusunun yaranmasının xüsusi qəbul müddətinə bağlı tutulması, eyni zamanda mirasdan imtinanın ehtimal oluna bilmə imkanı (Mülki Məcəllənin 1273-1-ci maddəsi) hüquqi baxımdan qeyrimüəyyənliyin yaranmasına, məhkəmə mübahisələrinin çoxalmasına səbəb olmaqla yanaşı, vərəsəlik hüququna dair Konstitusiya təminatına da xələl yetirmiş olur”.
75. Konstitusiya Məhkəməsinin Plenumu yuxarıdakı hüquqi mövqelərin davamı olaraq, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında göstərilmişdir ki, “Mülki Məcəllədə vərəsəlik hüququnun xüsusi qəbul müddətinə bağlı tutulması mülkiyyət hüququna müdaxilənin qanuni əsasını təşkil etsə də, bu müdaxilə fərdi azadlığın və bazar iqtisadiyyatının ən əsas elementlərindən olan mülkiyyət hüququnun konstitusiya təminatına, mülki dövriyyə iştirakçılarının maraqlarına zidd olmaqla, hər hansı ictimai maraqlara cavab verməməklə yanaşı, mirasın açılması ilə mülkiyyət hüququna malik olan vərəsənin bu hüququnu qeyri-mütənasib şəkildə, hər hansı qanuni məqsədə xidmət etmədən məhdudlaşdırır. ...vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. ...mirasın qəbulu universal hüquq varisliyi prinsipi əsasında həyata keçirilir. Bu prinsipə müvafiq olaraq miras qoyanın ölümü ilə mirası qəbul etmiş vərəsələr onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bu məsuliyyətin vərəsələr üçün yaradacağı çətinlikləri aradan qaldırmaq, habelə şəxslərin iradələrindən kənar vərəsə olmasının qarşısını almaq məqsədilə qanunverici mirasdan imtina hüququnu nəzərdə tutmuşdur. Bununla belə, hüquqi müəyyənliyi və sabitliyi təmin etmək, vərəsələrin, habelə miras qoyanın və vərəsələrin kreditorlarının mənafeləri baxımından bu hüquqdan istifadə imkanı qanunverici tərəfindən müəyyən müddətlə məhdudlaşdırılmışdır. İmtina müddəti kreditorların mirasdan imtina edilib-edilməməsini, imtina edilmişdirsə borclu olan vərəsələrin dəqiq dairəsini bilmələri və iddia qaldırmaq hüquqlarından istifadə edə bilmələri üçün əlverişli olduğu kimi, borclu vərəsələr baxımından da payların dəqiq müəyyən edilməsi, kreditorlar qarşısında məsuliyyətin qətiləşməsi və uzun müddət məhkəmə çəkişməsi təhdidi altında qalmalarının qarşısını almaq baxımından olduqca mühümdür. Bu baxımdan mirasdan imtina institutu mülki dövriyyə iştirakçılarının hüquqlarının müdafiəsi yönümündən başda Konstitusiya olmaqla, mülki qanunvericiliyin tələblərinə daha uyğundur. Vurğulanmalıdır ki, “mirasdan imtina” anlayışı hüquqi məntiqə uyğun olaraq artıq yaranmış olan, mövcud bir hüququn rədd edilməsini ifadə edir ki, bu da vərəsəlik hüququnun məhz mirasın açılması ilə yaranması, qəbulla şərtləndirilməməsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 oktyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyi bir daha təsdiqləyir. ...miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. ...mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. ...vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir”.
76. Konstitusiya Məhkəməsi belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
77. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma yuxarıda göstərilən hüquqi mövqelərə və qanunvericiliyə uyğun olmamışdır
78. Qeyd olunmalıdır ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.
79. İş materialları ilə müəyyən edilir ki, mərhum X21 xx.xx.2020-ci il tarixdə ölmüş, öldükdən sonra onun birinci növbəli vərəsələri, qızları Xasayeva (Binnətova) Vəfa Fidayıl qızı və Xasayeva (Əliyeva) Könül Fidayıl qızı olmuşdur. Mərhum öldükdən sonra Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən bina 13, 4 saylı mənzil və mərhumun əlilliyi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş “NAZLİFAN LF 7132/2-320 minik” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil miras qalmışdır. Cavabdeh Tovuz regional “Asan xidmət” mərkəzi notariat ofisinə müraciət etmiş, Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən bina 13, 4 saylı mənzildən ona çatası hissəyə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Buna görə də sonuncuya 10 may 2022-ci il tarixli reyestrdə 2V-380 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Bunun əsasında isə cavabdeh həmin mənzilə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən” xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış almışdır. Lakin, digər vərəsə olan İddiaçı mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edib-etməməsi barəsində 3 ay ərzində notariat kontoruna müraciət etməmiş, miras əmlaka dair hüquqlarını rəsmiləşdirməmişdir.
80. Qeyd edilməlidir ki, notariuslar tərəfindən vərəsəliklə bağlı notarial hərəkətlər həyata keçirilərkən şəxslərə müvafiq hərəkətlərlə bağlı onların hüquq və vəzifələri izah edilməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərilməli, o cümlədən yerində olmayan vərəsələrin məlumatlandırılması üçün bütün mümkün vasitələrdən istifadə olunmalıdır. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür (39-41-ci paraqraflar).
81. Göründüyü kimi, Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisinin tərəfindən Cavabdeh 10 may 2022-ci il tarixli reyestrdə 2V-380 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən iddaçının heç bir məlumatı olmamışdır və o miras əmlakdan pay almaq hüququndan məhrum olmuşdur.
82. Belə ki, birinci instansiya məhkəməsi bu nəticəyə gələrkən hansı sübutlara istinad etdiyini qeyd etməmiş, ümumi sözlərlə kifayətlənmişdir. Halbuki, iddiaçının “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamədən məlumatlı olması barədə sübutları cavabdeh tərəf təqdim etməli idi. Ancaq, cavabdeh tərəf belə bir sübutu məhkəmələrə təqdim edə bilməmişdir. Eyni zamanda kollegiya təkrar olaraq vurğulayır ki, Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat Ofisi tərəfindən Cavabdeh 10 may 2022-ci il tarixli reyestrdə 2V-380 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən iddiaçı məlumatlandırılmamış, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmuşdur.
83. Bundan başqa, vərəsə olan iddiaçı Cavabdeh mirasdan imtina etmək barədə notariat konturuna müraciət etməmiş, bununla da vərəsə mübahisəli miras əmlakını qəbul etmişdir.
84. Məhkəmə kollegiyası qeyd edir ki, mərhum X21 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair qızı Cavabdeh “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilərkən qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri pozulmuşdur.
85. Bu səbəbdən kollegiya hesab edir ki, X4 qalmış miras əmlakları iddiaçı və cavabdeh arasında bərabər şəkildə bölünməlidir.
86. Hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə isə hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bilsin, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin.
87. Avropa Məhkəməsinin presedent hüququna əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 1 saylı Protokolun (bundan sonra – Konvensiyaya dair 1 saylı Protokol) 1-ci maddəsinin mühüm tələblərindən biri ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır. Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (X1rşı iş üzrə 2004-cü il 22 iyun tarixli Qərarı, §147- 148, 150; X2rşı iş üzrə 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
88. Məhkəmə kollegiyası qeyd edir ki, Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən bina 13, 4 nömrəli mənzilin ½ hissəsi İddiaçı məxsus olduğundan, 10 may 2022-ci il tarixli reyestrdə 2V-380 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli və onun əsasında verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış isə ləğv edilməlidir.
89. Mirasın bölünməsi ilə bağlı yekun olaraq kollegiya qeyd edir ki, mərhum X21 xx.xx.2020-ci il tarixdə vəfat etdikdən sonra Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən bina 13, 4 nömrəli mənzildən və “NAZLİFAN LF 7132/2-320 minik” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən hər birinə əmlakın ½ hissəsi verilməklə İddiaçı və Cavabdeh arasında bölünməlidir.
90. Məhkəmə kollegiyası iddianın mərhum öldükdən sonra hesabına sığortadan köçmüş 8.800 manat pul vəsaitindən payın verilməsi hissəsi bağlı hesab edir ki, iddia həmin hissədə təmin edilə bilməz.
91. Belə ki, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 6.4-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və (və ya) sığorta müqaviləsinin şərtlərinə uyğun olaraq, sığorta ödənişi verilməli olan şəxs faydalanan şəxs hesab edilir. Fərdi qəza sığortası üzrə sığortaolunan, onun öldüyü halda ailə üzvləri, onlar olmadığı halda Mülki Məcəllənin 1159-cu maddəsində nəzərdə tutulmuş digər vərəsələr, mülki məsuliyyətin sığortası üzrə isə üçüncü şəxs, onun öldüyü halda ailə üzvləri (üçüncü şəxs hüquqi şəxs olduqda, onun hüquqi varisi) faydalanan şəxs hesab edilir.
92. Həmin Qanunun 6.5-ci maddəsinin mənasına görə, bu Qanunun 6.4-cü maddəsində nəzərdə tutulmuş, sığortaolunanın və ya üçüncü şəxsin faydalanan şəxs qismində çıxış edən ailə üzvləri sığorta ödənişinin alınmasında bərabər pay hüququna malikdirlər.
93. Qeyd olunmalıdır ki, bu Qanunun məqsədləri üçün “ailə üzvləri” dedikdə, şəxsin uşaqları (övladlığa götürülmüş uşaqları), ölümündən sonra doğulmuş uşaqları, arvadı (əri), valideynləri (övladlığa götürənləri) başa düşülür.
94. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmək pensiyaları haqqında” Qanun) 14.1-ci maddəsində isə vəfat etmiş və ya həlak olmuş ailə başçısının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan şəxs kimi məhz ailə üzvləri nəzərdə tutulmuşdur. Onların sırasına vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları, ata, ana, ər, arvad aiddir.
95. Sadalanan maddələrdən göründüyü kimi, icbari sığorta münasibətləri üzrə sığorta ödənişinin, eləcə də ailə başçısını itirməyə görə əmək pensiyasının ödənilməsinin nəzərdə tutulmasında qanunvericinin məqsədi ailə başçısının itirilməsi və ya sığortaolunanın ölümü ilə əlaqədar ailəsinin maddi dəstəkdən məhrum olması səbəbindən yaranan zərərin pensiya və ya sığorta ödənişinin ödənilməsi yolu ilə qismən də olsa aradan qaldırılmasıdır.
96. Göründüyü kimi, sığorta ödənişi hər bir halda sığortaolunanın ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmişdir. Mərhumun qızı olan cavabdeh Könül Əliyev mərhuma qulluq edən şəxs olduğundan, lakin, birinci instansiya məhkəməsi göstərilən halları nəzərə almamış, sığortaolunana nəzərdə tutulan birdəfəlik ödənişin onların miras əmlak kimi qəbul edərək vərəsələr arasında bölmüşdür.
97. Belə ki, Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1152-ci maddəsinə görə isə miras qoyan vəsiyyətnamənin tərtib edildiyi vaxt onda olmayan əmlakı vəsiyyətnamədə o halda nəzərdə tuta bilər ki, mirasın açılacağı vaxtadək bu əmlak onun mülkiyyəti olsun.
98. Vərəsəlik institutu hər bir şəxsin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Yəni, miras əmlak miras qoyanın öldüyü anadək mövcud olan və ona mənsub olan əmlakı ifadə edir. Hər hansı iqtisadi dəyərin miras əmlaka daxil olması üçün həmin iqtisadi dəyərin miras qoyanın sağlığında ikən onun əmlakında olması mütləqdir.
99. Kollegiya göstərir ki, 8.800 manat məbləğində birdəfəlik ödəmə isə sığortaolunanın ölümü ilə əlaqədar ailəsinin maddi dəstəkdən məhrum olması ilə əlaqədar onların ailə üzvlərinə verilməklə sağlığında əldə etdiyi əmlak və digər maddi nemət, yəni miras qoyana məxsus əmlak dəyəri olmadığından miras əmlak sayıla bilməz.
100. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
101. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində göstərilən və heç bir mötəbər sübuta söykənməyən, habelə hazırda qüvvədən düşmüş mülki hüquq normaları əsasında formalaşmış hüquqi mövqeyə istinadı özündə əks etdirən formal dəlillər hazırkı iddianın təmin edilməməsinə əsas ola bilməz.
102. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
103. Azərbycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».
104. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
105. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
106. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia qismən təmin edilməlidir.
107. Eyni zamanda kollegiya qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
108. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 392, 393, 402, 403, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(023)-53/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Tovuz regional “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən Cavabdeh adına verilmiş 10 may 2022-ci il tarixli reyestrdə 2V-380 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin Cavabdeh adına olan xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ləğv edilsin. X4 miras qalmış, Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən bina 13, 4 nömrəli mənzil və “NAZLİFAN LF 7132/2-320 minik” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı tərəfindən qəbul edilmiş hesab edilsin. X4 miras qalmış Qazax şəhəri, Nəriman Nərimanov yaşayış massivində yerləşən bina 13, 4 nömrəli mənzil və “NAZLİFAN LF 7132/2-320 minik” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobildən İddiaçı və Cavabdeh payları hər birinə müvafiq olaraq ½ hissədə müəyyən edilsin. İddia qalan - mərhum X10 adına sığortadan köçmüş 8800 (səkkiz min səkkiz yüz) manat pul vəsaitindən payının müəyyən edilməsi - hissəsində təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.