Məhkəmə qərarları › İş №2(104)-15/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-15/2023

13.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-15/2023 13.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı, (həmçinin digər iddiaçı Mamedova (Atakişiyeva) Esmira Dəmir qızının nümayəndəsi) İddiaçı, onun vəkili X5 iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(066)-788/2018 saylı qətnaməsindən iddiaçılar İddiaçı, Mamedova (Atakişiyeva) Esmira Dəmir qızı və X20 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı, Mamedova (Atakişiyeva) Esmira Dəmir qızı və X20 Cavabdeh qarşı birinci növbəli vərəsə kimi tanınmaları, Göygöl rayonu Üçtəpə kəndində yerləşən X6nın adına olan mülkün vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun adlarına verilməsi, Cavabdeh həmin mülkdən çıxarılması və onların həmin mülkə köçürülmələri tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, onların nənələri X22 27 iyul 1993-cü ildə, anası X30 isə 12 dekabr 1994-cü ildə vəfat etmişlər. X32 Göygöl( Xanlar) rayonu Üçtəpə kəndində yerləşən evini 19 aprel 1983-cü ildə qızına, yəni onun anası Şölə Həsənovaya vəsiyyət etmişdir. X37 4 uşağı olmuş, uşaqlardan Rövşən 2000-ci ildə vəfat etmişdir. Anaları həmin mülkdə yaşamış, onlar analarının sağlığında, eləcə də ölümündən sonra tez-tez həmin evə gedib gəlmişlər. Sonradan dayısı oğlu olan Cavabdeh anasının adına olan həmin evi qanunsuz zəbt etdiyini eşitmişlər. Lakin 1995-ci ildə cavabdeh ailəsi ilə birlikdə Rusiya Federasiyasına getdiyindən həmin məsələ ilə bağlı onunla söhbət edə bilməmişlər. Lakin anasının evinə gedib gəlməkdə davam etmişlər, anasının ev əşyaları da həmin evdə olmuşdur. 2015-ci ildən Cavabdeh anasının evinə yiyələnib abadlıq işləri aparmaq istədiyindən, dəfələrlə ona evdən çıxmasını təklif etmişlər. Cavabdeh onlara hədə qorxu gələrək onlara həmin mülkə girməyə, sahiblik etməyə imkan verməmişdir. Sonradan onlara məlum olmuşdur ki, cavabdeh anasının adına olan torpağa qanunsuz olaraq şəhadətnamə almışdır. Onlar vərəsəlik şəhadətnaməsi almaq üçün Gəncə “Asan Xidmət” mərkəzində notariat kontoruna müraciət etsələr də, onlara vərəsəlik şəhadətnaməsi vemədkən imtina edilmişdir. Bu səbəbdən də məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışlar. Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(066)-788/2018 saylı qətnaməsi ilə (hakim Qələmdar Abbasov) iddia təmin edilməmişdir. İddiaçılar İddiaçı, Mamedova (Atakişiyeva) Esmira Dəmir qızı və X20 həmin qətnamədən apellyasiya şikayəti verərək, Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(066)-788/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişlər. Apellyasiya şikayəti iddia ərizəsində göstərilən arqumentlərlə əsaslandırılmışdır. Əlavə olaraq göstərilmişdir ki, anası X30 ona anası tərəfindən vəsiyyət edilmiş evi və torpaq sahəsində yaşamış, həmin evin həyətyanı torpaq sahəsində 1985-ci ildə qardaşı Azər üçün ev tikdirmişdir. Cavabdeh həmin vaxt həbsdə olmuş və 1986-cı ildə həbsxanadan çıxmışdır. X6 12 dekabr 1994-cü ildə vəfat edərkən, dayısı oğlu Cavabdeh həmin evdə müvəqqəti olaraq yaşayırdı. Belə ki, Lətif onların anasından müvəqqəti olaraq həmin evdə yaşamağa icazə almışdır. Onlar anaları Şölənin il mərasiminədək həmin evə gedib gəlmiş, həmin evdə qalmış və evi idarə etmişlər. Analarının il mərasimindən sonra qardaşı Rövşənin həbs olunması ilə əlaqədar başlarının qarşımasından istifadə edən Cavabdeh 1995-ci ildə evin qapısını bağlayıb Rusiya Federasiyasına getmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2018-ci il tarixli 2(104)- 3382/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Göygöl rayon İcra Hakimiyyəti və üçüncü şəxs Cavabdeh qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə inzibati icraatı qaydasında baxılıb həll edilənədək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)- 421/2019 saylı qərardadı ilə işin icraatının dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığı üçün hazırkı iş üzrə icraat təzələnmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)- 421/2019 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri DÖvlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon Üçtəpə Bələdiyyəsinə qarşı aktın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair işə baxılıb həll edilənədək, hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(104)- 73/2021 saylı qərardadı ilə işin icraatının dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığı üçün hazırkı iş üzrə icraat təzələnmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2021-cu il tarixli, 2(104)- 73/2021 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon Üçtəpə Bələdiyyəsinə qarşı aktın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair işə baxılıb həll edilənədək, hazırkı mülki iş üzrə icraat dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-ci il tarixli, 2(104)- 15/2023 saylı qərardadı ilə işin icraatının dayandırılmasına səbəb olmuş hallar aradan qalxdığı üçün hazırkı iş üzrə icraat təzələnmişdir. Cavabdeh vəfat etdiyi üçün, onun qızı X17 hüquqi varisi kimi tanınmışdır. İş üzrə iddiaçı X11 və Cavabdeh hüquqi varisi X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iclasa gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı həm öz adından, həm də nümayəndəsi olduğu iddiaçı Mamedova (Atakişiyeva) Esmira Dəmir qızının adından məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, iddiaçılardan Esmira onun bacısı, Elşad isə qardaşıdır. Esmira Özbəkistanda, Elşad isə Rusiyada yaşayır. Onların analarının adına olan mülkü Lətif öz adına sənədləşdirmişdir. Lətif onların dayısı oğludur. Həmin mülk onun nənəsi Zeynəbdən qalmışdır. Analarından qalmış miras əmlakın Göygöl rayon Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarı ilə Cavabdeh adına sənədləşdirilməsi ilə bağlı, həmin qərarın ləğv edilməsinə dair inzibatı məhkəmədə iddia qaldırsa da, iddiası mümkün sayılmamışdır. Həmçinin ona məlum olmuşdur ki, qanunsuz tərtib edilmiş xx.xx.2018-ci il tarixli akt əsasında anasına məxsus Göygöl rayon Üçtəpə kəndində olan mülk Cavabdeh adına qeydiyyata alınaraq, RX № ******* saylı çıxarış verilmişdir. Məhkəmədə həmin aktın etibarsızlığı və çıxarışın ləğv edilməsinə dair iddia qaldırsa da, həmin mülki iş üzrə icraata xitam verilmiş və hesab olunmuşdur ki, həmin mübahisəyə inzibatı icraat qaydasında baxılmalıdır. Məhkəmənin gəldiyi nəticəni qanunsuz və əsassız hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(066)-788/2018 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. İddiaçının vəkili X12 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(066)- 788/2018 saylı qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-788/2018 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 19 aprel 1983-cü il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X2(Xanlar) rayonu Üçtəpə kəndində yerləşən mülkünü qızı X25 vəsiyyət etmişdir. Vəsiyyətnamə 22 aprel 1983-cü ildə Xanlar rayon notariat kontorunda təsdiq edilmişdir. Ölüm şəhadətnamələrinin surətindən görünür ki, X22 27 iyul 1983-cü ildə, X30 12 dekabr 1994-cü ildə vəfat etmişdir. xx.xx.2017-ci il tarixli 477 nömrəli arxiv arayışından Xanlar rayon Quşqar kəndi X15 İcraiyyə Komitəsinin Üçtəpə kəndi üzrə 1986-1990-cı illərə aid 3 nömrəli təsərrüfatbaşına kitabının 473 nömrəli şəxsi hesab vərəqində, 1991-1995-ci illərə aid 6 nömrəli təsərrüfat başına kitabının 211 nömrəli şəxsi hesab vərəqində X21 adına 1952-ci ildə tikilmiş yaşayış evi 0,08 ha torpaq sahədi qeydə alınmışdır. xx.xx.1994-cü ildə vəfat etdiyi göstərilmişdir. xx.xx.2018-ci il tarixli 59 nömrəli arxiv arayışında Xanlar rayon Quşqara kəndi X16 İcraiyyə Komitəsinin Üçtəpə kəndi üzrə 1986-1990-cı illərə aid 2 nömrəli təsərrüfatbaşına kitabının 115 nömrəli şəxsi hesab vərəqində, X8 adına 1940-cı ildə tikilmiş yaşayış evi 0,08 ha torpaq sahəsi qeydə alınması göstərilmişdir. Torpağın mülkiyyətə verilməsinə dair JN-076FA saylı şəhadətnamədə Göygöl(Xanlar) Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarına əsasən Cavabdeh, X9 və X7 fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarışdan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixdə tərtib edilmiş **********79-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Göygöl rayonu Üçtəpə kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 132,2 kv.m olan fərdi yaşayış evi X13 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarışdan və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə tərtib edilmiş **********86-10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportundan görünür ki, Göygöl rayonu Üçtəpə kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 155,6 kv.m olan fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, iddiaçıların nənəsi X22 27 iyul 1983cü ildə, X6 12 dekabr 1994-cü ildə vəfat etmişlər. X3 (Xanlar) rayonu Üçtəpə kəndində yerləşən mülkünü qızı X25 vəsiyyət etmişdir. Vəsiyyətnamə 22 aprel 1983-cü ildə Xanlar rayon notariat kontorunda təsdiq edilmişdir. Həmçinin müəyyən edildi ki, 21 iyul 2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında Göygöl (Xanlar) Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarı ilə Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,06 ha torpaq sahəsi Cavabdeh və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş, Cavabdeh Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,06 ha torpaq sahəsində 4 otaqdan ibarət ümumi sahəsi 155.6 kv.m, yaşayış sahəsi 76.1 kv.m, köməkçi sahə 79.5 kv.m olan fərdi yaşayış evi tikdirmişdir. Həmin torpaq sahəsinə dair Cavabdeh xx.xx.2018-ci il tarixli Texniki Pasport və sonuncu həmin evə və torpaq sahəsinə dair mülkiyyət hüquqlarını xx.xx.2018-ci il tarixdə qeydə aldırmışdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli hüquq münasibətləri mərhum X21 xx.xx.1994-cü il tarixdə vəfat etməsi ilə yarandığından mübahisəyə xx.xx.2000-ci ilədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsinin vərəsəliklə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməlidir. İşə baxan birinci instansiya məhkəməsi isə hazırkı mübahisəyə vərəsəliklə bağlı münasibətləri tənzimləyən normaları yox, ümumi iddia müddəti ilə bağlı normaları tətbiq etməklə iddianı rədd etmişdir. Halbu ki, yuxarıda qeyd edildiyi kimi, vərəsəliklə bağlı münasibətlər həmin məsələləri tənzimləyən müvafiq qanunveririciliklə həll edilməlidir. Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, mirasın qəbul edilməsinin iki üsulu vardır: birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Miras əmlakla bağlı mübahisələr zamanı həll olunmalı məsələlərdən birincisi mirasın kütləsinin düzgün müəyyən olunmasıdırsa, ikinci növbədə həm qanun üzrə vərəsələrin, həm də vəsiyyət üzrə vərəsənin miras əmlakı qəbul edib-etməməsi araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. 1964-cü il redaksiyalı Azərbaycan SSR Mülki Məcəlləsi: Maddə 527. Vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Maddə 528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır... Maddə 552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Göygöl rayonu Üçtəpə kəndində iddiaçıların X6nın adına hər hansı mülk, yəni yaşayış evi, torpaq sahəsi və digər əmlak mövcud deyildir. İddiaçılar mərhum analarından qalma mirasın Cavabdeh adına sənədləşdirildiyini bildirirlər. Bununla bağlı qeyd edilməlidir ki, Torpağın mülkiyyətə verilməsinə dair JN-076FA saylı şəhadətnamə ilə, Göygöl(Xanlar) Aqrar İslahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarına əsasən fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsinin Cavabdeh, X9 və X7 verilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* saylı çıxarış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixdə tərtib edilmiş **********86- 10301 reyestr nömrəli fərdi yaşayış evinin texniki pasportla, Göygöl rayonu Üçtəpə kəndində 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 155,6 kv.m olan fərdi yaşayış evi Cavabdeh adına qeydiyyata alınmışdır. İddiaçı cavabdeh Göygöl Rayon İcra Hakimiyyətinə qarşı mərhum anası X25 məxsus Göygöl rayonu, Üçtəpə kəndində yerləşən 0,06 ha torpaq sahəsinin üçüncü şəxs Cavabdeh mülkiyyətinə verilməsinə dair Göygöl (keçmiş Xanlar) rayon Aqrar islahat Komissiyasının 16 avqust 2001-ci il tarixli 14 saylı qərarının ləğv edilməsi barədə Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırsa da, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2-1(83)-1443/2018 saylı qərardadı ilə həmin iddia mümkünsüz saylmış, Gəncə Apellyasiya Məhkəməsinin 02 noyabr 2018-ci il tarixli, 2(104)-668/2018 saylı qərardadı ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 13 sentyabr 2018-ci il tarixli, 2- 1(83)-1443/2018 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa, İddiaçı cavabdehlər Cavabdeh, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi və Göygöl rayon Üçtəpə Bələdiyyəsinə qarşı aktın etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi barədə Göygöl Rayon Məhkəməsində iddia qaldırsa da, Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə həmin mülki işin icraatına xitam verilmiş və yuxarı instansiya məhkəməsi tərəfindən həmin qərardad dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, hazırda mərhum X18 hər hansı miras qalması müəyyən edilmir. Bundan başqa, iddiaçılar tərəfindən mirasın faktiki və ya rəsmi qaydada qəbul edilməsi öz təsdiqini tapmır. Belə ki, iddiaçılar apellyasiya şikayətində mirasın faktiki qəbulu kimi həmin mülkə analarının sağlığında, eləcə də ölümündən sonra analarının il mərasiminədək daimi olaraq həmin evə gedib gəldiklərini göstərirlər ki, bu hal mirasın faktiki qəbulu kimi dəyərləndirilə bilməz. Birinci instansiya məhkəməsində dindirilmiş şahidlərdən X24 göstərmişdir ki mübahisəli evdə həmişə Lətif ailəsi ilə yaşamış Şölə isə Bağbanda onunla qonşuluqda yaşamış və vəfat etmişdir. X4 göstərmişdir ki, Zeyneb öldükdən sonra evdə Lətif yaşamışdır. Şölə isə Bağbanda yaşamış və vəfat etmişdir.Şölə torpağın yarasını oğlu Azərə vermişdir.X1 göstərmişdir ki, Zeynəblə qonşu olmuş, Zeyneb hələ öz sağlığında həyətinin yarısını Lətifə, yarısını isə Şöləyə vermişdir. Şölə isə torpağını satıb Bağbana getmişdir. X29 göstərmişdir ki, Şölənin yas mərasimi Bağbanda keçirilmişdir. Göründüyü kimi, mərhum X21 Gəncə şəhəri Bağbanlar qəsəbəsində vəfat etməsi və iddiaçıların ondan qalması ehtimal etdikləri mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmələri müəyyən olumur. İddianın Göygöl rayonu Üçtəpə kəndində yerləşən X6nın adına olan mülkün vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun adlarına verilməsi hissəsi təmin edilmədiyindən, onunla bağlı olan birinci növbəli vərəsə kimi tanınmaları, Cavabdeh ( hazırda hüquq varisliyi ilə əvəz edilmişdir) həmin mülkdən çıxarılması və onların həmin mülkə köçürülmələri tələbinə dair hissəsi də təmin edilməməlidir. Bununla belə, birinci instansiya məhkəməsi yuxarıda qeyd edildiyi kimi, mübahisənin maddi-hüquqi əsaslarını düzgün müəyyən edə bilməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(066)- 788/2018 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(066)-788/2018 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı, Mamedova (Atakişiyeva) Esmira Dəmir qızı və X10 Cavabdeh qarşı birinci növbəli vərəsə kimi tanınmaları, Göygöl rayonu Üçtəpə kəndində yerləşən X6nın adına olan mülkün vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun adlarına verilməsi, Cavabdeh həmin mülkdən çıxarılması və onların həmin mülkə köçürülmələri tələbinə dair iddiaları təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar