Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1513/2024 22.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Birinci iş üzrə İddiaçı Cavabdehnə qarşı İkinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: birinci iş üzrə borcun silinməsi, ikinci iş üzrə borcun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X1 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, Birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı iştirakı ilə, Birinci iş üzrə İddiaçı Cavabdehnə qarşı cərimə borcunun silinməsi tələbinə, ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş ziyan və debitor borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(042)-231/2024 nömrəli qətnaməsindən birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 17 yanvar 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvana quraşdırılmiş sayğac onun ərizəsi əsasında yenisi ilə əvəzlənmişdir.
2. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 mart 2023-cü il tarixli ******* nömrəli aktın surətindən görünür ki, İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissəsinin deşilməsi əsası ilə akt tərtib olunmuşdur.
3. Dəymiş ziyanın bərpasına dair 31 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 29 mart 2023-cü il tarixli ******* nömrəli akt əsasında İddiaçı 12960 m3 qaz sərfiyyatı hesablanmışdır.
4. Abonentin saldosundan görünür ki, İddiaçı akt üzrə 1555,20 manat cərimə hesablanmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Birinci iş üzrə İddiaçı Cavabdehnə qarşı cərimə borcunun silinməsi tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, akt əsasında cavabdeh tərəfin əsassız hesabladığı 1619,87 manat borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı ünvanda qurlaşdırılmış “Zenner” tipli G-4 markalı, **********2 nömrəli sayğac 17 yanvar 2023cü il tarixdə Cavabdeh İB-nin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir (yeni sayğac: “Socar” tipli G-4 markalı, 10058104 nömrəli). Bu barədə “Qaz sayğacının çxıarılması, quraşdırılması və istismara qəbulu haqqında” akt tərtib edilmiş və həmin aktda sayğaca müdaxilə və ya zədələnməsi ilə bağlı hər hansı qeyd aparılmamışdır. Lakin sonradan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli akt tərtib olunmuş və güya sayğaca müdaxilə olunması əsas gətirilərək 1619,87 manat cərimə yazılmışdır. Eləcədə həmin aktda aktı imzalamaqdan imtina etdiyi qeyd edilmişdir. Halbu ki, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Cavabdeh tərəfindən ona 1619,87 manat cərimə əsassız olaraq yazılmışdır.
7. İkinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək dəymiş ziyana görə 1555,20 manat, müdaxilə edilmiş sayğacın dəyərinə görə 64.67 manat, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun əvəzində 30 manat cavabdehdən alınaraq Cavabdehnə verilməsini xahiş etmişdir.
8. Cavabdeh iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı istifadəsində olan təbii qaz sayğacına baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşilərək üzərinin yapışqan maddə ilə örtülməsi aşkar olunmuşdur. Müdaxilə faktı barədə Gədəbəy XS-nin mütəxəssisləri və cavabdehin iştirakı ilə (imzadan imtina barədə aktda qeyd aparılmaqla) 29 mart 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Həmin akta əsasən müdaxilə edilməklə istismara yararsız hala salınmış qaz sayğacının dəyəri 64,67 manat, itirilmiş 12960 m3 qaz sərfinə görə isə 1555,20 manat dəymiş ziyan müəyyənləşdirilmişdir. Bu barədə istehlakçıya rəsmi qaydada xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, cavabdeh hal-hazıra qədər həmin məbləği ödəməmişdir.
9. Gədəbəy Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(042)-231/2024 nömrəli (hakim M.Kazımov) qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilməsi; Cavabdeh tərəfindən 29 mart 2023-cü il tarixli, ******* nömrəli akt üzrə İddiaçı hesablanmış 1555,20 manat borc və sayğacın yarasız hala salınmasına görə hesablanmış 64,67 manat məbləğində borcun silinməsi; Cavabdeh İddiaçı qarşı “dəymiş ziyan və debitor borcunun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi; Cavabdeh iddiası üzrə ödənilmiş dövlət rüsumunun Cavabdehnə aid edilməsi qət olunmuşdur.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 560.1, 560.2, 560.3.5.2 maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinentinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 216-220, 227, 233, 360, 362 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını, birinci iş üzrə iddia tələbinin təmin edilməməsi, ikinci iş üzrə iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçı tərəfindən qaz sayğacına qanunsuz müdaxilə edildiyinə görə sərfiyat düzgün qeyd olunmamış və məsrəf edilmiş (qeydə alınmamış) qaz sərfi dəymiş ziyan kimi müəyyənləşdirilərək 2023-cü ilin mart ayında abonent hesabına işlənmişdir. Birinci instansiya məhkəməsi İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin rəyini nəzərə almamışdır. Halbu ki, ekspertiza prosesində Azərbaycan Metrologiya İnstitunun nümayəndələrinin iştirak etmiş və sayğacın çıxış plasmas borusunun deşilməsi aşkar edilmişdir. Sayğaca müdaxilə faktı ilə bağlı kifayət qədər sənədləşmə aparılmış və fakt öz təsdiqini tapmışdır. Sayğaca müdaxilə tarixi qeyri-müəyyən olunduğundan müdaxilə halı aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən birinci iş üzrə iddiaçı, ikinci iş üzrə cavabdeh İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, vermiş olduğu iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, sayğac dəyişdirildikdən sonra qanunsuz olaraq 1555,20 manat cərimə, 64,67 manat isə ziyan hesablanmışdır. İddiaçı sonda məhkəmə kolelgiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Maddə 1115 Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
29. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
30. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
31. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
32. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 35.Qətnamə iddianın təmin və təmin olunmamsı hissədə mübahisələndirildiyindən hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
37. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh əməkdaşları tərəfindən İddiaçı yaşadığı ünvanda quraşdırılmış sayğac yenisi ilə əvəz edilmiş və sonradan sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissəsinin deşilməsi əsası ilə 29 mart 2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmiş, eləcədə həmin akt əsasında abonentə 1555,20 manat cərimə hesablanmışdır. Bununla razılaşmayan abonenet İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh dəymiş ziyanın ödənilməsi barədə İddiaçı qarşı iddia qaldırmışdır. Hər iki iş bir icraatda birləşdirilmişdir. İddiaçı iddia tələbi təmin edilmiş, Cavabdeh iddiası isə təmin edilməmişdir.
38. Kollegiya ikinci iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşsada, lakin birinci iş üzrə gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
39. Belə ki, işə əlavə olunmuş saldodan görünür ki, 2023-cü ilin mart ayında abonentə akt əsasında 1555,20 manat cərimə yazılmışdır. Akt əsasında abonentə 1555,20 manat cərimə yazılsada, lakin sayğaca məhz onun tərəfindən, yəni sonuncunun qanuna zidd hərəkətləri nəticəsində hər hansı bir müdaxilə edilməsi iş materialları ilə təsdiq olunmur, eləcədə Cavabdeh İstesalat Birliyi bu barədə hər hansı bir möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görədə kollegiya birinci iş üzrə akt əsasında abonentə dəymiş ziyana görə hesablanmış 1555,20 manat cərimənin silinməsi barədə iddianın təmin edilməsi, ikinci iş üzrə isə dəymiş ziyana görə cavabdehdən 1555,20 manat, sayğacın yararsız hala salınmasına görə isə 64,67 manat tutulub Cavabdeh İstesalat Birliyinə verilməsinin təmin edilməməsi hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.
40. “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 25 fevral 2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən “Qaz təchizastı haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 13.8-1-ci maddə əlavə edilmişdir: 41.“Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.”
42. Qeyd olunan maddə 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir.
43. Maddənin məzmunundan da aydın olduğu kimi, qeyd edilən tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (İnzibati Xətalar Məcəlləsinin 282.1-ci maddəsinə əsasən az miqdarda, yəni 5000 manatdan yuxarı olmayan məbləğdə ziyan vurulduqda), cinayət tərkibinin əlamətləri olduqda isə (Cinayət Məcəlləsinin 189-1.1-ci maddəsinə əsasən vurulmuş ziyan 5000 manatdan yuxarı olduqda) cinayət təqibi orqanına təqdim edilməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanın və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir.
44. Analoji norma, sonradan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci bəndində də müəyyən edilmişdir. (həmin norma yeni redaksiyada verilmişdir)
45. Birinci iş üzrə sayğacın yararsız hala salınmasına görə hesablanmış 64,67 manat borcun silinməsi hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi işə əlavə olunmuş saldoda 2023-cü ilin mart ayında itirilımiş 12960 m3 qaz sərfiyyatına görə abonentə 1555,20 manat ziyan hesablanmışdır. Cavabdeh X3 İlqar Faiq oğluna göndərdiyi 06 dekabr 2023-cü il tarixli xəbərnamədə 12960 m3 qaz sərfiyyatına görə hesablanmış 1555,20 manat ziyanın, eləcədə sayğaca müdaxilə nəticəsində yararsız vəziyyətə salınmasına görə 64,67 manat abonentdan ziyan ödməsini tələb etmişdir. Yararsız vəziyyətə salınması iddia olunan sayğaca görə tələb olunan 64,67 manat saldoda öz əksini tapmır. Sonuncu qeyd olunan məbləğ, eləcədə akt əsasında itirilmiş 12960 m3 qaz sərfinə görə saldoda göstərilən 1555,20 manatı ödənilmədiyi üçün məhkəməyə müraciət olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi isə işin qeyd olunan bu halını nəzərə almamış və nəticədə iddianı 64,67 manat hissədə də təmin etmişdir.
46. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Gədəbəy Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(042)-231/2024 nömrəli qətnaməsi birinci iş üzrə İddiaçı Cavabdehnə qarşı 1619,87 manat cərimə borcunun silinməsi tələbi üzrə iddianın “sayğacın yarasız hala salınmasına görə hesablanmış 64,67 manat məbləğində borcun silinməsi” hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissələrdə, yəni Cavabdeh tərəfindən 29 mart 2023-cü il tarixli, ******* nömrəli akt üzrə birinci iş üzrə İddiaçı hesablanmış 1555,20 manat borcun silinməsi və ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş ziyan və debitor borcunun ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi hissədə dəyişdirlmədən saxlanılmalıdır.
48. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Birinci iş üzrə cavabdeh, ikinci iş üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli 2(042)-231/2024 nömrəli qətnaməsi birinci iş üzrə İddiaçı Cavabdehnə qarşı 1619,87 manat cərimə borcunun silinməsi tələbi üzrə iddianın “sayğacın yarasız hala salınmasına görə hesablanmış 64,67 manat məbləğində borcun silinməsi” hissədə ləğv edilsin. İddia tələbi həmin hissədə təmin edilməsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə, yəni Cavabdeh tərəfindən 29 mart 2023-cü il tarixli, ******* nömrəli akt üzrə birinci iş üzrə İddiaçı hesablanmış 1555,20 manat borcun silinməsi və ikinci iş üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı dəymiş ziyan və debitor borcunun ödənilməsi tələbinə dair iddianın təmin edilməməsi hissədə dəyişdirlmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.