Məhkəmə qərarları › İş №2(104)-1513/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1513/2025

18.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1513/2025 18.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12) qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, Cavabdeh2 və nümayəndəsi (vəkili) X5 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh2 və Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə (bundan sonra – cavabdeh(lər)) (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12) qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-379/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmərin 9 saylı cəzaçəkmə müəssisəsinin rəisi tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli etibarnaməyə əsasən, İddiaçı əmlaklarının idarə edilməsi, əmlaklarına sərəncam verilməsi və digər hərəkətlərin edilməsini X8 baş etibar etmişdir.

2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmərin 9 saylı cəzaçəkmə müəssisəsinin rəisinin Bərdə “ASAN xidmət” mərkəzinə ünvanladığı xx.xx.2021-ci il tarixli №17\24-1701 saylı məktubundan görünür ki, 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İddiaçı xx.xx.2021-ci il tarixli ərizəsi (notariat hərəkətlərinin aparılmaması barədə) Bərdə “ASAN xidmət” mərkəzinə göndərilmişdir.

3. Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alğı-satqı müqaviləsinə əsasən, X13 və İddiaçı tərəfindən verilmiş etibarnamələr əsasında X12 tərəfindən İddiaçı və X10 birgə mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən mənzili 20000 manata Cavabdeh2 satılmışdır.

4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, çıxarışdan görünür ki, ünvan 3 ünvanında 0,06 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 236,8 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 mülkiyyətindədir.

5. Bərdə Rayon Prokurorluğunun 11 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarından görünür ki, vətəndaş İddiaçı qanunsuz aparılan alqı-satqı müqaviləsi əsasında əmlakının ələ keçirilməsi barədə müraciəti əsasında Yevlax rayon prokurorluğunda toplanmış 179c23 nömrəli material xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə Bərdə rayon prokurorluğuna göndərilmiş və araşdırmanın aparılması Bərdə rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X11 tapşırılmışdır. Aparılmış araşdırma zamanı Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu vəzifəsində işləyən X2 və digər işçilərin, habelə X6 və Cavabdeh2 əməllərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən olunmuşdur. Aparılmış araşdırma zamanı toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığından 195c-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir.

6. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(021)15\2024 nömrəli qərarı ilə Bərdə Rayon Prokurorluğunun 11 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarı ləğv olunmuş və iş yenidən araşdırmaya göndərilmişdir.

7. Bərdə Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarı ilə müəyyən olunmuşdur ki, İddiaçı qanunsuz aparılan alğı-satqı müqaviləsi əsasında əmlakının ələ keçirilməsi barədə müraciəti əsasında Yevlax rayon prokurorluğunda toplanmış 179c-23 nömrəli material xx.xx.2023-cü il tarixdə aidiyyəti üzrə Bərdə rayon prokurorluğuna göndərilmiş və araşdırmanın aparılması Bərdə rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X11 tapşırılmışdır. Bərdə Rayon Məhkəməsinin 01 avqust 2024-cü il tarixli 6(021)-15/2024 saylı qərarına əsasən, 11 mart 2024-cü il tarixli cinayət işinin başlanması haqqında qərar ləğv edilərək xx.xx.2024-cü il tarixdə rayon prokurorluğuna əlavə araşdırılması üçün göndərilmiş, araşdırmanın aparılması yenidən Bərdə rayon prokurorunun köməkçisi, İ dərəcəli hüquqşünas X11 tapşırılmışdır. Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin 01 dekabr 2023-cü il tarixli, 3169/2023 saylı məktubuna əsasən, İddiaçı 30 avqust 2021-ci il tarixli, 691 reyestr nömrəli etibarnamənin ləğv edilməsi barədə ərizəsi PX-nin 9 saylı Cəza çəkmə müəssisəsinin ünvanladığı 21 sentyabr 2021-ci il tarixli, xx/xx-1701 nömrəli müşayiət məktubu qoşma olaraq 27 sentyabr 2021-ci il tarixli poçt vasitəsi ilə ofisə daxil olmuş, daxil olan məktub 7555 daxilolma nömrəsi ilə daxil olan sənədlərin qeydə alınması kitabında notariat ofisinin baş mütəxəssisi (böyük inspektor) X9 tərəfindən qeydiyyata alındıqdan sonra Daşınmaz əmlakın üzərinə qoyulmuş qadağalar” adlanan sənədlər qovluğuna tikilmişdir. Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 9 saylı cəzaçəkmə müəssisəsdən daxil olmuş məktubda göstərilmişdir ki, xx.xx.2021-ci il tarixdə reyesterdə 091 nömrə ilə qeyd edilmiş etibarnamə ilə məhkum Bababyev Adil vətəndaş X8 mülki etibarnamə vermişdir. Bundan sonra O, xx.xx.2021-ci il tarixdə müəssisə rəisinə yazılı müraciət edərək vermiş olduğu etibarnamənin ləğv olunmasını xahiş etmiş və dərhal qeydiyyata götürülmüşdür. Bununla bağlı adiyyəti üzrə Bərdə Asan xidmət mərkəzinə rəsmi məlumat verilmiş və notariat hərəkətlərinin aparılmasının qeydiyyatı kitabında ləğv edilməsi barədə lazımi qeydlər aparılmışdır. Materiala əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş xidməti yoxlamanın nəticəsində qeyd edilmişdir ki, Yevlax şəhərində yerləşən 0,06 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi şikayətçi və onun qardaşı Şakir Babayevin paylı mülkiyyətində olmuşdur. Şikayətçi xx.xx.2021-ci il tarixdə 9 saylı Cəzaçəkmə Müəssisəsində, digər mülkiyyətçi isə xx.xx.2020-ci il tarixdə Rusiya Federasiyası notariat ofisində bütün əmlaklarına sərəncam verilməsinə dair vətəndaş Fərid Həsənova etibarnamələr vermişlər. Sonradan xx.xx.2021-ci il tarixdə məhkum İddiaçı cəzaçəkmə müəssisəsinin rəhbərliyinə yazdığı etibarnamənin etibarsız hesab edilməsi barədə ərizəsi və 9 saylı Cəzaçəkmə Müəssisəsinin müşayiət məktubu sözügedən notariat ofisinə daxil olmuş və sənədlərin qeydə alınması kitabında qeydiyyatı aparılmışdır. İddiaçı Ədliyyə Nazirliyinə ünvanlandığı şikayət üzrə “Notariat haqqında” Qanunun 26-1-ci maddəsinin “əməlin törədildiyi gündən bir il keçdikdən sonra xüsusi notariusa intizam tənbehi verilə bilməz” tələbi nəzərə alınaraq xx.xx.2023-cü il tarixdə notarius Tamaşa Atakişiyevaya yazılı xəbərdarlıq edilmişdir. Eyni zamanda prokurorluqda aparılmış araşdırma ilə əlaqədar “Azərbaycan Respublikasında notariat fəaliyyəti üzrə kargüzarlığın aparılması haqqında” Təlimatın 10.6-cı bəndinin tələblərini pozduğuna görə baş mütəxəssis Məlahət Hüseynovaya töhmət verilmişdir. Beləliklə aparılmış araşdırma zamanı Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu vəzifəsində işləyən X2 və digər işçilərin, habelə X6 və Cavabdeh2 əməllərində cinayət tərkibinin əlamətləri olmadığı müəyyən olunmuşdur. Toplanmış materialda cinayət tərkibinin əlamətləri olmadığından 195c-23 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

8. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2- 1(107)-352/2023 nömrəli qərarından görünür ki, Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs İddiaçı ünvan 2 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Yevlax rayon Polis Şöbəsinin üzərinə qoyulmasını xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(116)- 524/2023 nömrəli qərarı ilə iddia tələbi təmin olunmuş, üçüncü şəxs İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, lakin şikayəti təmin olunmamışdır.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-679/2024 nömrəli qərarı ilə, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-352/2023 nömrəli qərarından üçüncü şəxs İddiaçı tərəfindən vreilmiş kassasiya şikayəti isə təmin olunmamışdır.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı cavabdehlərə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli 092526 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəfindən xx.xx.2021-ci il tarixdə xx.xx.1988-ci il təvəllüdlü X8 9 saylı cəzaçəkmə müəssisəsinin reyestrində 091 nömrə ilə qeyd edilmiş etibarnamə verilmişdir. Cavabdeh2 və X12 ilə qarşılıqlı razılaşmalarına əsasən tərəfindən etibarnamə verildikdən sonra 35 000 manat məbləğində dəyərləndirilmiş ünvan 3 ünvanında yerləşən ona məxsus mülkiyyətin müqabilində göstərilən məbləğdə pul ona ödənilməli idi. Lakin, göstərilən pul məbləği ona çatdırılmadığı üçün xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən 9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən 091 nömrəli etibarnamə ləğv olunmuşdur. Bir müddət keçdikdən sonra məlum olmuşdur ki, xx.xx.2021-ci il tarixdə Bərdə regional “ASAN xidmət” Mərkəzində qardaşı X10 və onun tərəfindən verilmiş etibarnamə əsasında X12 onun və qardaşının birgə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən yaşayış evinə dair Cavabdeh2 ilə AN-İ seriyalı ******* nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Hamin qanunsuz alğı-satqı müqaviləsinə, həmin əqdin əsasında duran digər sənədlərin, o cümlədən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reyetrindən çıxarışın, yaşayış evində qeydiyyatda olanlar haqqında arayışın qanunsuz əldə olunması və saxtalaşdırılması barədə prokurorluq orqanlarına müraciət etmişdir. Onun müraciəti Bərdə rayon Prokurorluğunda araşdırılmış və xx.xx.2024-cü il tarixdə qərar qəbul edilmişdir. Həmin qərardan aydın olur ki, onun etibarnamənin ləğvi barədə ərizəsi 9 saylı cəzaçəkmə müəssisəsinin müşayiət məktubu ilə xx.xx.2021-ci il tarixdə Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə daxil olmuş və sonra “Daşınmaz əmlakın üzərinə qoyulmuş qadağalar” adlanan sənədlər qovluğunda tikilmişdir. Buna baxmayaraq Notariat Ofisinin rəhbəri xx.xx.2021-ci il tarixdə ləğv edilmiş və hüquqi qüvvəsini itirmiş etibarnamə əsasında alğı-satqı həyata keçirilmişdir. Həmin pozuntulara görə Notariat Ofisinin əməkdaşları intizam qaydasında cəzalandırılmışlar. Bunların əsasında cinayət işinin başlanması rədd olunmuşdur. Həmin qərardan tərəfindən şikayət verilmiş və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 6(021)-15/2024 nömrəli qərarı ilə ləğv olunmuş və iş yenidən araşdırmaya göndərilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş edir.

12. Bundan sonra Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmərin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İddiaçı məhkəməyə ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxs Cavabdeh2 cavabdeh qismində cəlb olunmasını xahiş etmişdir.

13. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(021)376/2025 nömrəli qərardadı ilə, Cavabdeh2 2(021)376/2025 saylı mülki iş üzrə cavabdeh qismində cəlb olunmuşdur.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmərin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir.

15. Cavabdeh2 izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. O, mübahisələndirilən evi alğı-satqı müqaviləsi əsasında pul verib almışdır. Adil onun qohumu Fəridə evini satması üçün etibarnamə vermişdir. O da həmin evi almış və 5 ildir ki, başqa şəxsə satmışdır. Sonradan İddiaçı ondan əlavə pul istəmiş, o da həmin pulu vermədiyindən Adil etibarnaməni ləğv etmişdir.

16. Digər cavabdeh Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmiş, buna baxmayaraq cavabdeh məhkəmə iclasında nümayəndəsi iştirak etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

17. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-379/2025 nömrəli qətnaməsi (hakim Fərman Abdullayev) ilə, iddianın təmin edilməsi, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış “xx.xx.2021-cı il tarixli AN-İ № ******* saylı Daşınmaz Əmlakın alğı-satqı müqaviləsi etibarsız hesab olunması, iş üzrə ödənimiş 100 manat dövlət rüsumu Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

18. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixdə reyesterdə 091 nömrə ilə qeyd edilmiş etibarnamə ilə 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Bababyev Adil vətəndaş X8 mülki etibarnamə vermişdir. Bundan sonra O, xx.xx.2021-ci il tarixdə müəssisə rəisinə yazılı müraciət edərək vermiş olduğu etibarnamənin ləğv olunmasını xahiş etmiş və dərhal qeydiyyata götürülmüşdür. 9 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli, xx/xx- 1701 saylı məktubuna Əsasən, 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum İddiaçı xx.xx.2021-ci il tarixli notariat hərəkətlərinin aparılmaması barədə ərizələri Bərdə "ASAN xidmət" mərkəzinə göndərilmiş və 27 sentyabr 2021-ci il tarixli poçt vasitəsi ilə ofisə daxil olmuş, daxil olan məktub 7555 daxilolma nömrəsi ilə daxil olan sənədlərin qeydə alınması kitabında notariat ofisinin baş mütəxəssisi (böyük inspektor) tərəfindən qeydiyyata alındıqdan sonra Daşınmaz əmlakın üzərinə qoyulmuş qadağalar" adlanan sənədlər qovluğuna tikilmişdir. Lakin buna baxmayaraq Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş xx.xx.2021-cı il tarixli AN-İ № ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən X13 və İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X12 tərəfindən İddiaçı və X10 birgə mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 satılmışdır. İddiaçı hazırda həmin alqı–satqı müqaviləsinin etibarsız hesab olunmasını tələb edir.

19. İddiaçı xx.xx.2021-ci il tarixli mülki etibarnamənin ləğv olunması barədə xx.xx.2021-ci il tarixli ərizəsi Bərdə “ASAN xidmət” mərkəzinə göndərilmiş və 27 sentyabr 2021-ci il tarixli poçt vasitəsi ilə ofisə daxil olmuş, daxil olan məktub 7555 daxilolma nömrəsi ilə daxil olan sənədlərin qeydə alınması kitabında notariat ofisinin baş mütəxəssisi (böyük inspektor) tərəfindən qeydiyyata alınmış, lakin alıq-satqı müqaviləsi notariat ofisi tərəfindən təsdiq olunmuşdur.

20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 152.1, 324.1, 324.2, 324.3, 324.4, 324.5, 324.6, 325.1, 331.1, 334.1, 334.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.1, 339.2, 339.3, 339.4, 339.5, 339.6, 425.1. 560.1, 560.2 və 560.3-cü maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 77.1, 106.1, 119.1 213-214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

21. Cavabdeh2 apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-379/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının iddiaısının mahiyyətindən başa düşülən budur ki, guya o, vacib əhəmiyyətli yanılmanın təsirialtında əqd bağlayıbdır. Belə ki, iddiaçı iddasında qeyd edir ki, “ünvan 3 ünvanında yerləşən ona məxsus mülkiyyətin müqabilində göstərilən məbləğdə pul ona ödənilməli idi. Lakin göstərilən pul məbləği ona çatdırlmadığı üçün xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən 9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən 091 nömrəlietibarnamə ləğv olunmuşdur.” İddiaçı etibarnaməni ləğv edərkən təmsilçinin bundan xəbəri olmamış, həmin etibranamənin qanuni qüvvədə olma statusu Bərdə Regional ASAN xidmət mərkəzinin notariat ofisinin Tamaşa Atakişiyeva tərəfindən yoxlanılmışdır. Həmçinin, iddiaçı əqdlərin mübahisləndirilməsi üçün kəsici müddəti ötürərək iddia irəli sürmüşdür. İddiaçı etibarnaməni ləğv edərkən təmsilçinin bundan xəbəri olmamış, həmin etibarnamənin qanuni qüvvədə olma statusu Bərdə Regional ASAN xidmət mərkəzinin notariat ofisinin Tamaşa Atakişiyeva tərəfindən yoxlanılmışdır. Həmçinin, iddiaçı əqdlərin mübahisləndirilməsi üçün kəsici müddəti ötürərək iddia irəli sürmüşdür. Birinci instansiya məhkəməsinə məlum olmuşdur ki (qətnamədə də bu öz təsdiqini tapır) iddiaçı mənimqanuni alqı-satqı ilə evi aldığımı bilmişdir. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)- 352/2023 nömrəli qərarından görünür ki, Cavabdeh2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üçüncü şəxs İddiaçı Yevlax şəhəri, Xəqani küçəsi,ev 27 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Yevlax rayon Polis Şöbəsinin üzərinə qoyulmasını xahiş etmiş, Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(116)-524/2023 nömrəli qərarı ilə iddia tələbi təmin olunmuş, üçüncü şəxs İddiaçı həmin qərardan apellyasiya şikayəti vermiş, lakin şikayəti təmin olunmamışdır. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-679/2024 nömrəli qərarından görünür ki, Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiiyasının xx.xx.2023-cü il tarixli 2-1(107)-352/2023 nömrəli qərarından üçüncü şəxs İddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, lakin şikayəti təmin olunmamışdır. Həmçinin, o birinci instansiya məhkəməsində hazırkı mübahisənin predmeti olan evi başqa şəxsə satdığını bildirirək, həmin alğı-satqı müqaviləsinin surətini də vermişdir. Həmin alğı-satqı xx.xx.2023-cü il də notarial qaydada baş tutubdur. Bu fakt barədə iddiaçı xəbərdar idi. Ancaq birinci instasniya məhəkməsi evi satdığı şəxsə münasibətdə mövqe bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Cavabdeh2 apellyasiya şikayətinin dəlilərinə uyğun izahat verərək, izahatında göstərmişdir ki, iddiaçını Yevlax rayonundan tanıyır. Etibarnamə cəzaçəkmə müəssisəsində almışdır. Belə ki, həmin zaman o pul və bəzi ərzaqlar vermiş, iddiaçı da bunun qarşılığında ona etibarnamə vermişdir. Lakin, daha sonra iddiaçı onlardan artıq pullar istəmiş, vermədilərinə görə də onları bezdirmişdir. Buna görə sonradan etibarnamə ləğv edilmişdir. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

25. Cavabdeh2 nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, iddiaçı iddasında qeyd edir ki, “ünvan 3 ünvanında yerləşən ona məxsus mülkiyyətin müqabilində göstərilən məbləğdə pul ona ödənilməli idi. Lakin göstərilən pul məbləği ona çatdırlmadığı üçün xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən 9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən 091 nömrəli etibarnamə ləğv olunmuşdur.” İddiaçı etibarnaməni ləğv edərkən təmsilçinin bundan xəbəri olmamış, həmin etibarnamənin qanuni qüvvədə olma statusu Bərdə Regional ASAN xidmət mərkəzinin notariat ofisinin Tamaşa Atakişiyeva tərəfindən yoxlanılmışdır. Həmçinin, iddiaçı əqdlərin mübahisləndirilməsi üçün kəsici müddəti ötürərək iddia irəli sürmüşdür. Belə ki, bundan əvvəl məhkəmə mübahisələri olmuş və həmin zamanda iddiaçının bundan xəbəri olmuşdur. Lakin, həmin zaman iddia qaldırmamışdır. Həmçinin, o birinci instansiya məhkəməsində hazırkı mübahisənin predmeti olan evi başqa şəxsə satdığını bildirirək, həmin alğı-satqı müqaviləsinin surətini də vermişdir. Həmin alğı-satqı xx.xx.2023-cü il də notarial qaydada baş tutubdur. Bu fakt barədə iddiaçı xəbərdar idi. Odur ki, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

26. İddiaçıya, cavabdeh notariat orqanı və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq iddiaçı və cavabdeh notariat orqanı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verilməmidir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

27. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

28. Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir;

29. Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya

30. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

32. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

33. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

34. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

35. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

36. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

37. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

38. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

39. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

40. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

41. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

42. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

43. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

44. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

45. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

46. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

47. Maddə 365.1. Etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.2. etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi; 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;

48. Maddə 365.2. Etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibarməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.

49. Maddə 366.1. Etibarnamə vermiş və sonradan onu ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu Məcəllənin 365.1.5 və 365.1.7ci maddələrində nəzərdə tutulan əsaslara görə etibarnaməyə xitam verildiyi hallarda etibarnaməni vermiş şəxsin hüquq varisləri üzərinə də eynilə bu cür vəzifə qoyulur.

50. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

51. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

52. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

53. Maddə 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

54. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

55. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

56. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

57. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

58. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

59. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

60. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

61. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

62. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

63. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

66. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

67. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

68. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

69. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

70. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

74. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, Cavabdeh2 qətnamənin tam ləğv edilməsini mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını Cavabdeh2 münasibətdə tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

76. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da əsassız qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

77. Belə ki, işin halları ondan ibarətdir ki, xx.xx.2021-ci il tarixdə reyesterdə 091 nömrə ilə qeyd edilmiş etibarnamə ilə 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən iddiaçı Fərid Həsənova baş etibarnamə vermişdir. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə müəssisə rəisinə yazılı müraciət edərək vermiş olduğu etibarnamənin ləğv olunmasını xahiş etmişdir. xx.xx.2021-cı il tarixli, AN-İ № ******* nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, X13 və iddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə əsasında X12 tərəfindən iddiaçının və X10 birgə mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh2 satılmışdır.

78. Mülki qanunvericilik müvafiq hüquqi əsaslar olduqda əqdlərin etibarsızlığını da müəyyən edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

79. Həmin Məcəllənin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

80. Göründüyü kimi, əqdlər Mülki Məcəllədə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlandığı halda etibarsız sayıla bilər.

81. Bu şərtlər Mülki Məcəllənin 14-cü fəslində sadalanmışdır və aşağıdakılar kimi müəyyən edilmişdir: hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində əqdin bağlanması (339-cu maddə); uydurma və yalan əqd bağlanması (340-cı maddə); qeyri-ciddi əqdin bağlanması (341-ci maddə); fəaliyyət qabiliyyəti olmayan fiziki şəxsin əqd bağlaması (342-ci maddə); fəaliyyət qabiliyyəti məhdudlaşdırılmış fiziki şəxsin əqd bağlaması (343-cü maddə); yetkinlik yaşına çatmayanın əqd bağlaması (344 və 345-ci maddələr); öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin əqd bağlaması (346-cı maddə); vacib əhəmiyyətli yanılmanın təsiri altında əqd bağlaması (347-cü maddə); hüquqi şəxsin hüquq qabiliyyətindən kənara çıxmaqla əqd bağlaması (349-cu maddə).

82. Belə ki, svilistika doktrinasında əqdlərin etibarlı olması üçün dörd qrup şərtin (tələbin) olması göstərilir. Bu şərtlər qanunda nəzərdə tutulmuşdur: əqdin subyekt tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı ədq kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticəni doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdlərin etibarsızlığına səbəb olur. Məsələn, vətəndaş öz bir otaqlı mənzilini qonşusuna satır. Onlar alğı-satqı müqaviləsini notariat qaydasında təsdiq etmirlər, habelə bu müqavilədən əmələ gələn hüquqlar dövlət qeydiyyatına alınmır. Bu müqavilə hüquqi nəticəyə səbəb olmur. Belə ki, həmin müqavilə alıcı rolunda çıxış edən qonşunun mənzil üzərində mülkiyyət hüququnun əmələ gəlməsinə dəlalət etmir. Ona görə ki, belə halda əqdin formasına aid tələbə riayət olunmamışdır.

83. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Əqdlərin etibarsızlığı əqdlərin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə səbəb olmur. Onlar qanunda nəzərdə tutulan mənfi nəticənin yaranmasına gətirib çıxarır. Etibarsız əqdlər hüquqazidd qeyri hüquqi hərəkətlərdir. Etibarsız əqdlər elə hüquqazidd hərəkətlərdir ki, bu hərəkətlər əqdin etibarlı olması şərtlərindən heç olmasa, birinə uyğun gəlmədiyinə görə arzu edilən hüquqi nəticəyə səbəb olmur. Bu cür əqdlər mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və xitam olunması ilə nəticələnmir. Əqdin etibarlı olması şərtlərindən biri iradə və iradənin vahidliyi (vəhdəti) hesab edilir. Əgər bu şərt pozularsa əqd etibarsız sayılır. Buna iradəsi qüsurlu olan əqd deyilir. İradəsi qüsurlu olan əqdlər odur ki, bu əqdlər bağlanarkən daxili iradə lazımi olmayan şəraitdə formalaşır və ya bu iradə xaricən düzgün ifadə olunmur. Bu cür əqdlərin iki növü fəqləndirilir. Daxili iradə olmadan bağlanan əqdlər.

84. Mülki qanunverciliyə görə, əqdin əsas səmti və yönümü hüquqi nəticə əldə olunmasından ibarətdir. Hüquqi nəticəyə səbəb olmaq üçünsə əqdin etibarlı olması tələb edilir. Əqd etibarlı olduqda gözlənilən hüquqi nəticə əmələ gəlir. Əqd isə ancaq müəyyən tələblər əsasında etibarlı ola bilər. Mülki qanunvercilikdə əqdin etibarlı olması şərtləri dörd qrupa bölünüb: əqdin subyekt tərkibinə aid edilən şərt (yəni əqdi bağlamış şəxslər həmin əqdi bağlamaq üçün fəaliyyət qabiliyyətinə malik olmalıdır), əqdin məzmununa aid olan şərt (yəni bağlanmış əqd qanuni olmalı, qanunvericiliyin tələblərinə uyğun gəlməlidir), əqddə iradə və iradə ifadə etmənin vəhdətinə aid edilən şərtlər (tərəflər nə istədiklərini və bunun üçün nə etdiklərini aydın dərk etməlidirlər), əqdin formasına aid edilən şərtlər (yəni, bağlanmış əqd şifahi, sadə yazılı və ya notarial qaydada təsdiqlənməli olmasına riayət edilməlidir). Bu şərtlərin hamısı olduqda bağlanmış əqd etibarlı olur və əqd üzrə tərəflər üçün hüquqi nəticələr doğurur. Lakin göstərilən şərtlərdən birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə - Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır.

85. Yuxarıda qeyd olunan normalarının tələbindən göründüyü kimi etibarlı əqdin yaranması üçün əqdi əmələ gətirən iradə mövcud olmalıdır.

86. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, İddiaçı xx.xx.2021-ci il tarixli mülki etibarnamənin ləğv olunması barədə xx.xx.2021-ci il tarixli ərizəsi Bərdə “ASAN xidmət” mərkəzinə göndərilmiş və 27 sentyabr 2021-ci il tarixli poçt vasitəsi ilə ofisə daxil olmuş, daxil olan məktub 7555 daxilolma nömrəsi ilə daxil olan sənədlərin qeydə alınması kitabında notariat ofisinin baş mütəxəssisi (böyük inspektor) tərəfindən qeydiyyata alınmış, lakin alğı-satqı müqaviləsi notariat ofisi tərəfindən təsdiq olunmuşdur.

87. İddiaçı iddia edir ki, etibarnamənin qüvvəyə minməsi ilə bağlı razılaşmaya görə müqavilənin bağlanmasından sonra ona ödənilməsi nəzərdə tutulan məbləğ ödənilməmişdir və nəticədə etibarnamə xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən 9 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən ləğv edilmişdir.

88. Cavabdeh2 isə iddia tələbini qəbul etmir və bildirir ki, müqavilə qanuni şəkildə bağlanmış, onun ödənişləri həyata keçirilmiş, etibarnamə verilmiş şəxs tərəfindən razılıq əsasında alğı-satqı aparılmışdır.

89. Bununla belə, məhkəmə etibarnamə səlahiyyətlərindən istifadənin hüquqi təbiəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

90. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (Mülki Məcəllənin 359.1-ci maddəsi).

91. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.

92. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

93. Kollegiya vurğulayır ki, bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.

94. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.

95. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.

96. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı.

97. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən yuxarıda qeyd edilən halları göz önündə tutmamış, işin müəyyən edilmiş halları üzrə bu konteksdə hüquqi dəyərləndirmə aparmamışdır.

98. Məhkəmə ilk növbədə qeyd edir ki, hər hansı əqdin etibarsız hesab olunması barədə iddiaya baxarkən məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarsız hesab edilməsində iddiaçının hüquqdan sui-istifadə hallarının olub olmadığını müəyyən etməkdən ibarətdir. Əgər belə bir hal müəyyən olunarsa əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

99. İş materiallarına görə, iddiaçı alğı-satqı müqaviləsini imzalamamış, müqavilənin bağlanmasına yazılı razılığı olmamışdır. Onun adından həmin hərəkətləri hazırki iş üzrə müstəqil tələb irəli sürməyən Fərid Həsənov buna səlahiyyəti olaraq yerinə yetirmişdir. Hazırki vəziyyətdə isə iddiaçı həmin fərdi yaşayış evinə dair verilmiş etibarnaməni ləğv etdiyini və buna görə də onun razılığı olmadan satıldığını bildirmişdir.

100. Belə ki, xx.xx.2021-ci il tarixli, 091 nömrəli etibarnaməyə nəzər salınan zaman müəyyən olunur ki, iddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq “onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək” və digər səlahiyyətləri Fərid Həsənova ötürmüşdür.

101. Göründüyü kimi, iddiaçı mübahisəli fərdi yaşayış evinə dair hərəkətlər edilməsi üçün etibarnamə vermiş və bu zaman üçüncü şəxsə həmin əmlakı almaq, satmaq, bağışlamaq və s. səlahiyyətləri verərək, onun həmin halların baş vermə ehtimalının olmasını nəzərə alınaraq dolayısı yolla hər hansı bir əqdin bağlanmasına razılıq vermişdir.

102. Belə ki, iş materiallarından, xüsusilə 9 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli, xx/xx-1701 nömrəli məktubu və Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə xx.xx.2021-ci il tarixdə daxil olmuş məktublar göstərir ki, İddiaçı xx.xx.2021-ci il tarixdə X8 verdiyi etibarnaməni ləğv etməsi barədə ərizəsi rəsmi qaydada notariat orqanına daxil olmuş, müvafiq qeydiyyat aparılmış və sənədlər “Daşınmaz əmlakın üzərinə qoyulmuş qadağalar” qovluğuna yerləşdirilsə də etibarnamə ləğv olumamış və buna müvafiq qeyd elektron notariat sisteminə yerləşdirilməmişdir.

103. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 79-cu bəndinə əsasən, etibarnaməni vermiş və ya etibarnamə verilmiş şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsi əsasında etibarnaməyə xitam verilir. Etibarnaməyə xitam verildikdə, etibar edilmişi başqasına etibaretmə qüvvədən düşür.

104. Belə olan halda iddiaçının etibarnamənin ləğvinə dair ərizəsi əsasında etibarnamənin ləğvi üçün sonuncunun ərizəsi notarial qaydada təsdiq olunmalıdır ki, iş materiallarında notarial qaydada təsdiq olunmuş iddiaçının ərizəsi mövcud deyildir.

105. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş etibarnamənin ləğv edildiyini iddia etsə də verilmiş etibarnamə ləğv olunmamış və alğısatqı bağlandığı anda qüvvədə olmuşdur.

106. Bundan başqa mülki qanunvericiliyin tələbinə əsasən, etibarnaməni ləğv etmiş şəxs bu barədə etibarnamə verilmiş şəxsi, habelə etibarnaməni qarşılarında təmsil edilmək üçün verdiyi ona məlum üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

107. Buna baxmayaraq iş materiallardan görünür ki, etibarnamənin ləğvi barədə məlumat təmsil edən şəxs olan X8 və digər üçüncü şəxslərə – konkret olaraq Cavabdeh2 rəsmi və ya başqa yolla çatdırılmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş heç bir sənəd və ya sübut, o cümlədən məktublar, bildirişlər və ya digər rəsmi faktlar, etibarnamənin ləğv olunduğuna dair etibarnamə verilmiş şəxsə və üçüncü şəxslərə çatdırıldığını təsdiq etmir. Halbuki, bu halda sübutetmə yükü iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

108. Bir qayda olaraq “sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür” prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

109. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

110. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

111. Bu hallara əsaslanaraq, məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 366.1-ci maddəsinə əsasən, etibarnamə verən şəxs etibarnaməni ləğv etdikdə mütləq olaraq etibarnamə verilmiş şəxsi, habelə etibarnaməyə əsasən əqdin bağlanmasında maraqlı üçüncü şəxsləri xəbərdar etməyə borcludur. Bu borcun icra edilməməsi, yəni ləğv haqqında məlumatın X8 və Cavabdeh2 çatdırılmaması, etibarnamə verən şəxsin əsas borcunu yerinə yetirməməsi kimi qiymətləndirilir.

112. X1 və üçüncü şəxslərin, xüsusən də Cavabdeh2, xx.xx.2021-ci il tarixdə bağlanmış AN-İ № ******* saylı daşınmaz əmlakın alğı-satqı müqaviləsini etibarnamənin qüvvədə olduğu zənnində qanuni olaraq bağlamaları qəbul edilə bilər. Bu isə Mülki Məcəllənin 366.2-ci maddəsində nəzərdə tutulmuş “etibarnamə verilmiş şəxs etibarnamənin ləğv olunduğunu bilmədiyi müddətdə həyata keçirdiyi əməliyyat etibarlı hesab olunur” prinsipinə uyğun gəlir.

113. Digər tərəfdən, Cavabdeh2 iddiaçının sonradan onlardan artıq pul istəməsi ilə bağlı aralarında aparılmış danışığın “CD” diskdə olan səs yazılarını təqdim etmişdir.

114. Belə ki, məhkəmə iclasında Cavabdeh2 və onun nümayədəsi (vəkili) ilə “CD” diskdə qeyd edilmiş audio səs yazıları tədqiq edilərək dinlənilmişdir.

115. Mülki Prosessual Məcəllənin 175.1-ci maddəsinə əsasən, məhkəmə işə baxarkən iş üzrə sübutları bilavasitə tədqiq etməyə, tərəflərin və üçüncü şəxslərin izahatlarını, şahidlərin ifadələrini, ekspertlərin rəylərini öyrənməyə, yazılı sübutlarla tanış olmağa, maddi sübutları müayinə etməyə, səs yazılarına qulaq asmağa, video yazılara baxmağa və işə baxılması ilə əlaqədar digər hərəkətləri etməyə borcludur.

116. Mülki Prosessual Məcəlləyə əsasən, şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Səs yazısı və videoyazı materialının xüsusi əlamətləri və səsləndirmə vaxtı məhkəmə iclası protokolunda əks olunmaqla məhkəmə iclası zalında və ya bunun üçün xüsusi avadanlıq qurulmuş başqa otaqda səsləndirilə bilər. Bundan sonra məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyir. Səs yazıları və videoyazılar səslənərkən onlarda olan məlumatları aydınlaşdırmaq üçün mütəxəssis cəlb edilə bilər. Zəruri hallarda məhkəmə ekspertiza təyin edə bilər (10.10, 203.2 və 203.4).

117. Məhkəmə tərəfindən Cavabdeh2 tərəfindən təqdim edilmiş səs yazısı da sübut vasitəsi kimi araşdırılmışdır. Həmin səs yazısında tərəflər arasında müəyyən danışığın olduğu iddia edilmişdir.

118. Hazırkı işdə təqdim olunmuş səs yazısında danışığın məhz İddiaçı aid olması barədə heç bir obyektiv sübut təqdim edilməmişdir. Nəticədə, həmin səs yazısının iddiaçıya aid olması yalnız cavabdehin subyektiv izahları ilə məhdud qalmışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, tərəfin iddia və ya etirazını əsaslandırmaq üçün təqdim etdiyi sübutlar kifayət qədər obyektiv, mötəbər və yoxlanıla bilən xarakter daşımalıdır. Belə sübutların olmaması şəraitində, təqdim edilən səs yazısının məhz iddiaçıya aid olması barədə qəti qənaətə gəlmək mümkün olmamışdır.

119. Bundan başqa iddia tərəfi hazırki sübutun onlardan asılı olmayan səbəblərdən birinci instansiyası məhkəməsində təqdim edilməməsinin mümkünsüzlüyünü əsaslandıra bilməmiş və buna müvafiq məhkəməyə sübut təqdim etməmişdir.

120. Bu səbəbdən, cavabdeh tərəfindən təqdim edilmiş səs yazısı məhkəmə tərəfindən sübut kimi qəbul edilməmiş və iş üzrə qərar qəbul edilərkən nəzərə alınmamışdır.

121. Bunlardan başqa məhkəmə qeyd edir ki, birinci instansiyası məhkəməsi mübahisə predmeti olan alğı-satqı müqaviləsini tam etibarsız saymaqda da haqlı olmamışdır.

122. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, mübahisə predmeti olan fərdi yaşayış evi iddiaçının və onun qardaşı X10 paylı mülkiyyətində olmuş, sonuncular tərəfindən verilmiş etibarnamələr əsasında hər biri özünə məxsus payı satmışdır. Mülki Məcəllənin 352-ci maddəsinə əsasən, əqdin bir hissəsinin etibarsızlığı onun qalan hissələrinin etibarsızlığına o halda səbəb olmur ki, əqd onun etibarsız hissəsi daxil edilmədən də bağlana bilərdi.

123. Qeyd edildiyi kimi, mübahisə predmeti olan əqd əhəmiyyətsiz əqd olmamış və mübahisələndirilən əqdlərə aiddir. Belə olan halda isə iddiaçı öz payına uyğun hissədə müqaviləni mübahisələndirmək hüququna malikdir ki, iddiaçının qardaşı olan paylı mülkiyyətçi X13 özünə münasibətdə əqdi mübahisələndrməmiş və iddiaçının belə hüququ yoxdur.

124. Başqa sözlə desək iddiaçının payının satılması ilə bağlı iddia edilən hərəkətlərin nəticəsi digər mülkiyyətçinin iradə ifadəsinə təsir etmir və X13 öz payını hər bir halda sata bilərdi.

125. Qeyd edilməlidir ki, hər iki paycının əmlakda olan paylarının satmaq niyyətlərində olması birinin digərinə münasibətdə üstünlük hüququnun həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş prosedur qaydasının keçirilməli olmasına da dəlalət etmir.

126. Bunlardan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı mübahisə predmeti olan əqdi mübahisələndirmək üçün qanunla müəyyən edilmiş kəsiçi müddəti də ötürmüş və sonuncunun belə bir hüququ yoxdur.

127. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

128. Göründüyü kimi, mülki qanunvericiliklə iddiaçının əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisələndirmək imkanı verilmiş və bu müddət iddia müddəti olmamaqla kəsiçi müddətdir.

129. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçının pylı mülkiyyətində olan fərdi yaşayış evi satıldıqdan sonra iddiaçının qeydiyyatdan çəıxarılması ilə bağlı alıcı Cavabdeh2 Şəki İnzibati Məhkəməsinə müraciət etmiş və Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək iddiaçının qeydiyyatdan çıxarılması öhdəliyi Polis orqanlarının üzərinə qoyulmuşdur.

130. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, həmin icraat zamanı üçüncü şəxs qismində iştirak edən hazırki iddiaçı xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

131. Şəki İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya (xx.xx.2023-cü il tarixli qərar) və kassasiya (xx.xx.2024-cü il tarixli qərar) şikayətləri təmin edilməmişdir.

132. Göründüyü kimi iddiaçı evin satıldığından onun qeydiyyatdan çıxarılması ilə bağlı məhkəmə mübahisəsi getdiyi dövrdən məlumatı olmuş və 17.1.2023-cü il tarixdə iddia tələbinə etiraz edərək iddianın rədd olunmasını xahiş etmişdir.

133. Kəsiçi müddətin başlanğıcı xx.xx.2023-cü il tarixdən götürülsə belə iddiaçının əqdi mübahsələndirlmək üçün kəsiçi müddətinin sonu xx.xx.2024-cü il tarixə təsadüf edir ki, iddiaçı hazırki tələblə Bərdə Rayon Məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmiş və müddəti ötürmüşdür.

134. Məhkəmə xüsusi ilə qeyd etməyi zərur hesab edir ki, iddia müddətləri ilə kəsiçi müddətlər fərqli anlayışlar olmaqla kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

135. İddia müddətərindən fərqli olaraq kəsiçi müddətlərin kəsilməsi və ya dayandırımasına dair qanunvericilikdə hər hansı norma mövcud deyildir. Bu səbəbdən də iddiaçının qeydiyyatdan çıxarılması ilə bağlı məhkəmə araşdırmasının davam etdiyi dövrün kəsiçi müddətin axımına təsiri olmamış və 1 illik kəsiçi müddət iddiaçı tərəfindən ötürülmüşdür.

136. Məhkəmə eyni zamanda qeyd edir ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə mübahisə predmeti olan fərdi yaşayış evini X4 və alğı-satqı müqaviləsi notarial qaydada təsdiq edilmişdir.

137. Lakin hazırki tələb üzrə yalnız fərdi yaşayış evinin Cavabdeh2 satılmasına dair müqavilə mübahisə predmeti olduğundan və bu icraatda alıcı Anar Əliyevin mənafeyinə toxunacaq iddia tələbi irəli sürülmədiyindən apellyasiya icraatı zamanı sonuncu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir.

138. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

139. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

140. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

141. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.

142. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia rədd edildiyindən və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

143. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Mülki Prosessual Məcəllənin 67.1-ci maddəsinə əsasən iddiaçının diqqətinə çatdırılır ki, kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir.

144. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-379/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh2 və Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinə (müstəqil tələb irəli sürməyən üçüncü şəxs X12) qarşı “xx.xx.2021-ci il tarixli 09872526 nömrəli daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə iddiası rədd edilsin Ödənilmiş 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar