Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1519/2025 09.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Tovuz Ərazi İdarəsinə qarşı mülki iş üzrə Açar sözlər: vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, çıxarışın və daşınmaz əmlakın alqı-satqı müqailəsinin ləğv edilməsi, vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, miras əmlakın qəbul edilməsi və mülkiyyət hüququnun tanınması tələbi Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Quluzadə Kənan Asiman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh2, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Tovuz Ərazi İdarəsinə qarşı “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, çıxarışın və daşınmaz əmlakın alqı-satqı müqailəsinin ləğv edilməsi, vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, miras əmlakın qəbul edilməsi və mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası ## ##### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əlibayramlı şəhər VVAQ şöbəsi tərəfindən verilmiş ##.##.1974-cü il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ##.##.1974-cü ildə Əlibayramlı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında ##.##.1974-cü il tarixdə 481 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında X7, ana qrafasında X11 göstərilmişdir.
2. Ağstafa rayon İcra Hakimiyyəti Başçısının Muğanlı kənd İcra nümayəndəliyi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, **/** nömrəli arayışdan müəyyən olunur ki, ** nömrəli təsərrüfatbaşına kitabın ** saylı səhifəsində 1965-ci ildə tikilmiş 2 mərtəbəli 4 otaqlı, ümumi sahəsi 175.1 kv/m, yaşayış sahəsi 97.2 kv/m olan fərdi yaşayış evi və 0.25 ha həyətyanı torpaq sahəsi mərhum X14 adına qeyd edilmişdir.
3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ** saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 502013016432- ***** reyestr nömrəli, ##.##.2019-cu il tarixli fərdi yaşayış evinə dair Texniki pasportun surətindən görünür ki, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən fərdi yaşayış evi hər birinin payı 1/2 hissə olmaqla X12 və X8 ümumi mülkiyyətindədir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ******* saylı qeydiyyat nömrəsi ilə ##.##.2019-cu il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evi 1/2 hissə ilə X12 və X8, ümumi sahəsi 0.35 ha torpaq sahəsi isə X12 və X17 ümumi mülkiyyətindədir.
5. ##.##.2019-cu il tarixli, *-V-*** nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2003-cü il tarixdə ölmüş X12 vərəsəsi oğlu cavabdeh4dur və miras əmlak Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evinin 1/2 hissəsindən ibarətdir.
6. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evi 1/2 hissə ilə X8 və cavabdeh4, ümumi sahəsi 0.35 ha torpaq sahəsi isə 1/2 hissə ilə X15 və X8 birgə mülkiyyətindədir.
7. ##.##.2022-ci il tarixli müqavilənin surətindən görünür ki, satıcı X30 mülkiyyətində olan Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi ümumi sahəsi 3500 kv/m torpaq sahəsini 1000 (min) manata alıcı cavabdeh4 satmışdır.
8. Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli Çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.35 ha torpaq sahəsi hər birinin payı 1/2 hissə olmaqla X8 və cavabdeh4 mülkiyyətindədir.
9. ##.##.2022-ci il tarixli, *-V-*** nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2016-cı il tarixdə vəfat etmiş X8 ölümündən sonra onun vərəsəsi qardaşı cavabdeh4dur və miras əmlak Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.35 ha torpaq sahəsinin mərhum X8 məxsus olan 1/2 hissəsindən ibarətdir.
10. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 502013016432-***** reyestr nömrəsi ilə ##.##.2022-ci il tarixdə verilmiş Çıxarışın surətindən görünür ki, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.35 ha torpaq sahəsi cavabdeh4 tam mülkiyyətindədir.
11. Ağstafa Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, miras əmlakın qəbul edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia qismən təmin edilmiş, İddiaçı mərhum nənəsi X39 miras qalmış əmlakı qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş, cavabdeh4 adına verilmiş 2V-*** reyestr nömrəli ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə verilmiş çıxarışın etibarsız etibarsız hesab edilməsi, X40 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X39 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı, 3/4 (dörddə üç) hissəsinə isə cavabdeh4 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmiş, qətnamənin əmlak üzrə paylara dair İddiaçı və cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsas olduğu qeyd edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
12. Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin *(***)-**/**** saylı mülki iş üzrə ## #### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, Ağstafa rayon Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, çıxarışın ləğv edilməsi, vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, miras əmlakın qəbul edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, ona izah edilmişdir ki, mərhum atas X7 miras qoyan X12 oğlu olmasını təsdiq edə bilən rəsmi sənədi əldə etdikdən sonra yenidən hazırki tələblə məhkəməyə müraciət etmək hüququ vardır.
13. ##.##.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı cavabdeh4 mülkiyyətində olan Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.35 ha torpaq sahəsini 20000 (iyirmi min) manata alıcı cavabdeh2 satmışdır.
14. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsinin surətindən görünür ki, X7 ##.##.1936-cı tarixdə Ağstafa rayonu Muğanlı kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilmiş və onun doğum haqqında akt qeydi bərpa edilmişdir. X7 doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Babanlı”, adı “Sabir”, ata adı “Qaraca”, doğum tarixi “##.##.1936-cı il”, doğum yeri “Ağstafa rayonu Muğanlı kəndi”, ata qrafasında “atası X18, milliyyəti azərbaycanlı”, ana qrafasında “X6 Mustafa qızı, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli **/Q-***/** nömrəli arayışından görünür ki, X7 ##.##.1936-cı tarixdə Ağstafa rayonu Muğanlı kəndində doğulmmuş, bu barədə ##.##.2024-cü il tarixdə 15 nömrə ilə doğum haqqında bərpa akt qeydi tərtib olunmuşdur. Ata qrafasında atası X18, ana qrafasında X6 Mustafa qızı kimi göstərilmişdir.
16. Məhkəmə sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş cavab məktubuna əlavə edilmiş ölüm haqqında akt qeydlərinin surətindən müəyyən edilir ki, 1892-ci il tarixdə Qazax rayonu İ Şıxlı kəndində doğulmuş X12 ##.##.2003-cü il tarixdə Ağstafa rayonu Muğanlı kəndində, 1890-cı il tarixdə Qazax rayonu Muğanlı kəndində doğulmuş X18 ##.##.1983-cü il tarixdə Qazax rayonu Muğanlı kəndində, ##.##.1936-cı il tarixdə Ağstafa rayonunda doğulmuş X7 ##.##.2018-ci il tarixdə Bakı şəhərində, ##.##.1941-ci ildə Qazax rayonu Muğanlı kəndində doğulmuş X9 ##.##.2016-ci il tarixdə Şirvan şəhərində, 1944-cü ildə Ağstafa rayonu Muğanlı kəndində doğulmuş X8 ##.##.2016-cı ildə Muğanlı kəndində ölmüşdür.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
17. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, buraxılmış müddətin üzrlü hesab edilərək vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən atasına miras əmlak olaraq keçən və atası rəhmətə getdikdən sonra faktiki sahiblik və istifadə etdiyi əmlak üzrə, cavabdeh5 tərəfindən cavabdeh əmisi cavabdeh4 adına verilmiş ##.##.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın və bundan sonra aparılmış bütün əməliyyatların ləğv edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən əmlakın ½ hissəsində onun əmlak vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. İddiaçı İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək, buraxılmış müddəti üzrlü hesab edilərək vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən atasına miras əmlak olaraq keçən və atası rəhmətə getdikdən sonra faktiki sahiblik və istifadə etdiyi əmlak üzrə, cavabdeh5 tərəfindən cavabdeh əmisi cavabdeh4 adına verilmiş ##.##.2019cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın, çıxarış əsasında cavabdeh4 ilə cavabdeh2 arasında Ağstafa rayon Notariat ofisində bağlanılmış ##.##.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən əmlakın ½ hissəsində onun əmlak vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
19. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X12 onun mərhum X3 Qaraca oğlunun anasıdır. X10 ## ###### 2003-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun əmlakı ½ hissədə həmin evdə yaşayan əmisi X8 adına, digər ½ hissədə açıq saxlanılmışdır. Digər ½ hissədə açıq saxlanılan əmlaka isə X3 Qaraca oğlu faktiki sahiblik etmişdir. X2 2016-cı il tarixdə, X3 Qaraca oğlu 2018-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra Ağstafa rayonu, Muğanlı kəndində yerləşən torpaq sahəsinə və üzərində yerləşən fərdi yaşayış sahəsinə o, faktiki sahiblik etmişdir. Belə ki, orada müəyyən təmir işləri, torpaq sahəsi üzərində müəyyən şəkildə təmizləmə işləri və sanitar qovşaq tikdirmişdir. Sonra isə pandemiya ilə əlaqədar rayona gediş-gəliş olmadığından işıqlandırma sistemi yarımçıq qalmışdır. ½ hissədə payı olan X2 rəhmətə getdikdən sonra onun orada yaşayan arvadı da Sabirabad rayonuna köçmüş bu səbəbdən daima əmlaka sahiblik və nəzarət etmişdir. Ağstafa rayonu Muğanlı kəndində yerləşən əmlakın ½ hissədə açıq saxlanılan hissəsinə dair vərəsəlik şəhadətnaməsinin alınması üçün Ağstafa rayon Notariat kontoruna müraciəti əsasında bilmişdir ki, nənəsindən atasına keçmiş ½ hissədə miras əmlak, Bakı şəhərində yaşayan həmin əmlaka heç bir hüququ olmayan başqa əmisi cavabdeh4 vərəsəlik şəhadətnaməsi alaraq çıxarış əldə etmişdir. Əmisi cavabdeh4 heç vaxt həmin əmlakda yaşamamış, hətta orada hansısa təmir və ya abadlaşdırma işləri aparmamışdır. X3 miras qalmış əmlaka dair qanunvericilikdə müəyyən olunmuş qaydada birinci növbədə vərəsə olduğu halda ikinci növbədə vərəsə əmisi cavabdeh4 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi və onun əsasında mübahisəli əmlakın özgəninkiləşdirilməsi nəticəsində onun konstitusion hüquqları pozulmuşdur. Bu səbəbdən Məhkəməyə müraciət etmiş, Ağstafa Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)- **/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı mərhum X10ndan miras qalmış əmlakın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş, cavabdeh4 adına verilmiş 2V-*** reyestr nömrəli ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə verilmiş çıxarışın etibarsız etibarsız hesab edilməsi, X12 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin ½ hissəsinə, yəni X12 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı, 3/4 (dörddə üç) hissəsinə isə cavabdeh4 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmiş, qətnamənin əmlak üzrə paylara dair İddiaçı və cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsas olduğu qeyd edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Bundan sonra cavabdeh cavabdeh4 qətnamədən apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmış, ona izah edilmişdir ki, mərhum atas X7 miras qoyan X12 oğlu olmasını təsdiq edəbilən rəsmi sənədi əldə etdikdən sonra yenidən hazırki tələblə məhkəməyə müraciət etmək hüququ vardır. Atasının doğum haqqında şəhadətnaməsi itidiyinə görə doğum akt qeydinin bərpa edilməsi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, həmin Məhkəmənin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə ərizəsi təmin edilmişdir. Qətnamə əsasında doğum haqqında şəhadətnamədən arayışı Nəsimi rayon qeydiyyat şöbəsindən əldə etmiş və yenidən məhkəməyə müraciət etmək hüquqları yaranmışdır. Lakin cavabdeh cavabdeh4 qanunsuz olaraq çıxarış almış və çıxarış əsasında həmin əmlakı ##.##.2024-cüi il tarixdə X13. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.
20. Ağstafa Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə (hakim Natiq Abbasov) iddia tələbi qismən təmin edilmiş, İddiaçı mərhum X10ndan miras qalmış əmlakın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmmiş, X12 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X39 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı, 3/4 (dörddə üç) hissəsinə isə cavabdeh4 qanun üzrə vərəsəlik hüquqları tanınmış, X40 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X39 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı qanun üzrə vərəsəlik hüquqları tanındığından, həmin əmlak isə digər şəxsə satıldığından əmlakın dəyərinin iddiaçının payına düşən hissəsi olan 2500 manat məbləğində pulun cavabdeh4 alınaraq iddiaçı İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
21. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 182.1, 1133, 1151.1, 1243.2, 1248, 1159.1.1, 1159.1.3, 1243-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
22. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi və Ağstafa rayonu, Muğanlı kəndində yerləşən atasına miras əmlak olaraq keçən və atası rəhmətə getdikdən sonra faktiki sahiblik və istifadə etdiyi əmlak üzrə, cavabdeh5 tərəfindən cavabdeh əmisi- cavabdeh4 adına verilmiş ##.##.2019-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın və çıxarış əsasında cavabdeh4 ilə cavabdeh2 arasında bağlanmış Ağstafa rayon Notariat ofisində ##.##.2024-cü il tarixli AN-1№******* saylı alqı-satqı müqaviləsinin ləğv edilməsi və Ağstafa rayonu, Muğanlı kəndində yerləşən əmlakın ½ hissəsində onun vərəsəlik və mülkiyyət hüququmun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. İddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tək tərəfli iş aparmış, onun sübutlarını qəbul etməkdən imtina etmişdir. Bu səbəbdən də, sübutlarını qiymətləndirmədiyindən səhv nəticəyə gəlinməklə maddi və prsosessual qanunvericiliyin tələblərinə zidd qətnamə qəbul edilmişdir. Belə ki, cavabdeh4 qanunsuz olaraq onun vərəsəlik hüququ olan fərdi yaşayış evini satmışdır və o, evi alan şəxs cavabdeh2 dəfələrlə xəbərdarlıq etmişdir ki, bu evi alsa sonra problemləri olacaq, çünki iş məhkəmədədir və onun həmin yaşayış evinə dair vərəsəlik hüququ tanınmalıdır. Yəni vərəsəlik hüququ olan evi alan şəxs vicdanlı alıcı hesab edilə bilməz. Bundan başqa əmisi cavabdeh4 formal olaraq fərdi yaşayış evini satarkən evin dəyərini aşağı qiymətə yazdırmışdır ki, vergi ödənişlərini qismən ödəsin. Bu səbəbdən də, fərdi yaşayış evinin dəyəri 20000 manat kimi göstərilmişdir. Həmçinin qeyd etmişdir ki, cavabdeh4 əmlakı satmaq istərkən bu barədə kənd yeri olduğu üçün məlumatı olmuş və bildiyinə görə əmlakı 30000 manat məbləğinə satmaq istəmişdir. Bu səbəbdən də, cavabdeh2 ilə və onun atası Etibar ilə dəfələrlə söhbət etmişdir ki, əmlakı almaqdan vaz keçsin. Çünki əvvəlaxır o, sənədləri qaydasına qoyduqdan sonra vərəsəliklə mülkiyyət hüququnu qanunvericiliyə uyğun olaraq tanıtdıracaqdır. Hətta Gəncə Apellyasiya Məhkəməsi iş üzrə icraata xitam verdikdən sonra dəfələrlə cavabdeh2 və atası ilə söhbət edərək məlumat vermişdir ki, sadəcə atasına məxsus doğum haqqında şəhadətnamə olmadığından iş üzrə icraata xitam vermişlər. Həmin sənədi məhkəmə qaydasında düzəldəndən sonra yenidən məhkəməyə müraciət edərək vərəsəliyi tanınacaq. Hətta əmlakı aldığı halda ona halallıq verməyəcəyini belə söyləmişdir. İş materillarında olan məhkəmə audio və video çəkilişindən açıq-aşkar görsənir ki, məhkəmə iclasında o, cavabdeh2 əmlak satılmamışdan çox əvvəl həmin əmlakda payının olmasını bildirməyinə dair telefonda olan səs yazılarını təqdim etmək istəsə də, Ağstafa Rayon Məhkəməsinin hakimi buna şərait yaratmamışdır. Telefonda olan cavabdeh2 ilə aralarında olan söhbətlərə qulaq asmaq istəməmişdir. Çünki həmin səslərdə əmlakda vərəsəlik payının olmasını və əmlakı alqı-satqı yolu əldə etməsindən vaz keçməsinə dair sübutlar mövcuddur. Hakim bilərəkdən səs yazılarını dinləməkdən imtina etmişdir. Məhkəmə tərəfindən bu hallar araşdırlmamışdır. Belə ki, əmlak satılmamışdan cox öncə atasından ona miras qalmış əmlakın satılmasına dair kənd yerində məlumatlar yazılarkən, əmlakın 30000 manat dəyərinə satılacağını eşitdikdən sonra cavabdeh2 ilə dəfələrlə söhbətləri olmuş və həmin səs yazıları mövcuddur. Apellyasiya Məhkəməsində həmin araşdırılmamış sübutlar Məhkəməyə təqdim olunacaqdır. Hesab edir ki, məhkəmə formal olaraq bağlanmış alqı-satqı müqaviləsində qeyd edilən məbləğ olan 20000 manat məbləğinin ¼ hissəsinə pay hüququnu tanımaqla ona 035 ha torpaq sahəsi və üzərində yerləşən 175.1 kv/m sahəsi olan fərdi yaşayış evinin ¼ hissəsinə 2500 manat pulun Rarı Babanlıdan tutlaraq ona verilməsini təmin etmişdir. İş üzrə qeyd olunan qətnamə qəbul etmiş məhkəmə göstərilən prisniplərdən uzaqlaşmış, nəticədə qismən qanunsuz və əsassız qətnamə çıxarmaqla onun ölkə qanunvericiliyi ilə və beynəlxalq hüquqla qorunan haqlarını pozmuşdur.bu səbəbdən də hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə ləğv edilməli və mülkiyyət hüququ bərpa edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
25. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək şikayəti qəbul etməmiş, əlavə olaraq əmlakı alğı-satqı müqaviləsi yolu ilə aldığını, satın aldığı əmlaka dair məhkəmə mübahisəsi olduğundan məlumatı olmadığını bildirmişdir.
26. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh4 və onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayəti qəbul etmədilər, əlavə olaraq bildirdilər ki, evi 20000 manat müqabilində satmışlar. Əslində iddiaçının məqsədi evin ata yurdu olması deyil, evin satıldığını görüb onlardan pulun yarısını almaqdır.
27. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayəti ilə eyni məzmunlu izahat vermiş, əlavə olaraq qeyd emişdir ki, cavabdeh cavabdeh2 alqı-satqı zamanı mövcud mübahisədən xəbəri olmuşdur. Ev ata yurdu olduğu üçün o, ümumiyyətlə evin satılmasına qarşıdır. Onun tələbi isə ondan ibarətdir ki, nənəsindən qalmış mülk aralarında bölünsün. Əmisi Sayad öldükdən sonra mübahisəli mülkdə yşayan arvadını qardaşı gəlib öz evlərinə Sabirabad rayonuna apardı. Əmisinin arvadı köçüb getdikdən sonra qapının açarını qonşuya vermiş, sonra o, açarı qonşudan alıb həmin evə girərək həmin evdə qalmış, qaynanası öldüyünə görə Bakı şəhərinə qayıtmış və əmisinin 40 mərasimindən sonra yenidən həmin evdə 10 gün yaşamışdır. Onun həmin evdə yaşamasına digər əmisi Sarı da narazılıq etmiş, evi satdığını bildirmişdir.
28. Məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli iclasında iştirak edən cavabdeh cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiaçı İddiaçı onun səs yazılarını qeydə almasından məlumatı olmamışdır. Onunla cavabdeh4 arasında rəsmi alqı-satqı müqaviləsi ##.##.2024-cü il tarixdə bağlanmışdır. cavabdeh4 öz adına çıxarış aldıqdan sonra onunla 2023-cü ildə şifahi razılığa gəlmişlər. ## ###### 2023-cü ildə cavabdeh4 ilə aralarındakı şifahi razılığa görə torpaq sahəsində iki mərtəbəli evi tikdirmişdir. Eyni kənddə yaşasa da Sarı ilə Firdovsi arasında mübahisənin olmasından xəbəri olmamışdır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, evi tikməyə imkanı olmadığından torpağı aldıqdan 3 il sonra evi tikməyə başlamış, yarı tikili tikildikdən sonra Firdovsi ona telefonla iki dəfə zəng edərək torpaq sahəsində ev tikməməyini ona desə də o, Sarı ilə razılaşdığı üçün Firdovsinin ona ev tikməyinə irad bildirməsini nəzərə almamışdır. 2024-cü ildə alqı-satqı müqaviləsi bağlandıqdan əvvəl Firdovsi ona zəng etməmişdir.
29. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı İddiaçı, cavabdehlər cavabdeh4, cavabdeh2, Ağstafa rayon Notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh1 ** saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Digər cavabdehlər X4, X1 və X5 məhkəmə kollegiyasına teleqram ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, həmçinin baxılan işlə bağlı heç bir iddia və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 144.2. Sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 71. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Maddə 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Maddə 1159.1.3. Ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1256. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
31. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 9.3. Notarius öz vəzifələrini yerinə yetirərkən bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməlidir. Maddə 55. Açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2 Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməlidir.
35. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçının babası Qaraca Babanlı ilə nənəsi Gühər Babanlının birgə nikahlarından cavabdeh4, X9, X8 və X7 adlı 4 uşaqları anadan olmuşdur. Qaraca Babanlı ##.##.1983-cü ildə, X12 ##.##.2003-cü il tarixdə, X9 ##.##.2016-cı il tarixdə, X8 ##.##.2016-cı il tarixdə, X7 isə ##.##.2018-ci il tarixdə vəfat etmişlər. X12 vəfat etdikdən sonra mirasın açıldığı vaxt sağ qalmış vərəsələri olan övladları varis kimi qalmışlar. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evi hər birinin payı 1/2 hissə olmaqla X12 və onun oğlu X8 ümumi mülkiyyətində olmuşdur. X6 ölümündən sonra cavabdeh cavabdeh4 notariusa müraciət etmiş, ona ##.##.2019-cu il tarixli, *-V-*** nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında miras əmlak Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evinin 1/2 hissəsinə dair cavabdehin adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli Çıxarış verilmişdir. X19 rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evi 1/2 hissə ilə X8 və cavabdeh4, ümumi sahəsi 0.35 ha torpaq sahəsi isə 1/2 hissə ilə X15 və X8 birgə mülkiyyət hüququ tanınmışdır. ##.##.2022-ci il tarixdə X30 mülkiyyətində olan Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi ümumi sahəsi 3500 kv/m torpaq sahəsini 1000 (min) manata alıcı cavabdeh4 satmış, nəticədə Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli Çıxarış əsasında Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.35 ha torpaq sahəsi hər birinin payı 1/2 hissə olmaqla X8 və cavabdeh4 mülkiyyət hüququ tanınmışdır. ##.##.2016-cı il tarixdə X8 vəfat etmiş və ##.##.2022-ci il tarixli, *-V-*** nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun vərəsəsi kimi qardaşı cavabdeh4 tanınmış və Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evinin və ümumi sahəsi 0.35 ha torpaq sahəsinin mərhum X8 məxsus olan 1/2 hissəsi ona miras keçmişdir. Beləliklə Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.35 ha torpaq sahəsi cavabdeh4 tam mülkiyyətinə keçmiş və bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 502013016432-***** reyestr nömrəsi ilə ##.##.2022-ci il tarixli Çıxarış verilmişdir. İddiaçı 2023-cü ildə vərəsəlik hüququnun müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmiş və Ağstafa Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə İddiaçı mərhum X10 miras qalmış əmlakı qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab edilərək bərpa edilmiş, cavabdeh4 adına verilmiş 2V-*** reyestr nömrəli ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi, həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ********** saylı qeydiyyat nömrəsi ilə ##.##.2022-ci il tarixdə verilmiş çıxarışın etibarsız hesab edilməsi, X40 adına Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X39 miras qalmış ümumi əmlakın yaşayış evinə aid 1/4 (dörddə bir) hissəsinə İddiaçı, 3/4 (dörddə üç) hissəsinə isə cavabdeh4 qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmiş, qətnamənin əmlak üzrə paylara dair İddiaçı və cavabdeh4 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsi üçün əsas olduğu qeyd edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Daha sonra apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsində işə təkrar baxılmış və məhkəmənin ##.##.2023-cü il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən, iddiaçının X3 Qaraca oğlunun doğumu haqqında rəsmi sənəd məhkəməyə təqdim edilmədiyindən və nəticə etibarilə onun miras qoyanın qanun üzrə vərəsəsi olması müəyyən edilmədiyindən Ağstafa Rayon Məhkəməsinin *(***)-**/**** saylı mülki iş üzrə ## #### 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanılmış, iddiaçı İddiaçı izah edilmişdir ki, mərhum atas X7 miras qoyan X12 oğlu olmasını təsdiq edə bilən rəsmi sənədi əldə etdikdən sonra yenidən hazırki tələblə məhkəməyə müraciət etmək hüquqları vardır. İddiaçının iddia tələbinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə X7 ##.##.1936-cı tarixdə Ağstafa rayonu Muğanlı kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilmiş və onun doğum haqqında akt qeydi bərpa edilmişdir. Bundan sonra ##.##.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən cavabdeh4 mülkiyyətində olan Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.35 ha torpaq sahəsini 20000 (iyirmi min) manata alıcı cavabdeh2 satmışdır. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət edərək buraxılmış müddətin üzrlü hesab edilərək vərəsəlik hüququ üzrə müddətin bərpa edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən atasına miras əmlak olaraq keçən və atası rəhmətə getdikdən sonra faktiki sahiblik və istifadə etdiyi əmlak üzrə, cavabdeh5 tərəfindən cavabdeh əmisi cavabdeh4 adına verilmiş ##.##.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması və onun əsasında verilmiş çıxarışın, çıxarış əsasında cavabdeh4 ilə cavabdeh2 arasında Ağstafa rayon Notariat ofisində bağlanılmış ##.##.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, Ağstafa rayonu, Muğanlı kəndində yerləşən əmlakın ½ hissəsində onun əmlak vərəsəlik və mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, iddiası məhkəmə tərəfindən qismən təmin edilmişdir.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni lazımi qaydada əsaslandırmamış, iddianın hansı səbəbdən qismən təmin edildiyini konkret hallara istinadən və müfəssəl formada göstərməmişdir. Halbuki, MPM-in ***-ci maddəsinə görə, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. İddia tələbi təmin edilmədikdə, qətnamədə təmin olunmayan hissəsi əsaslandırılmalıdır.
37. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi onu tələb edir ki, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələr belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalıdırlar. Bununla hər kəs onun barəsindən çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
38. Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”.
39. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, yuxarıda şərh olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 372.1-ci maddəsinin tələbinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı İddiaçı Sarı oğlu apellyasiya baxışı zamanı verdiyi izahatında hazırkı iddianı qaldırmaqda məqsədinin mərhum nənəsindən miras qalmış əmlakda payının müəyyən edilməsindən ibarət olduğunu bildirmişdir. Başqa sözlə, onun cavabdeh cavabdeh4 adına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsini tələb etməkdə əsas hüquqi hədəfi miras əmlakın vərəsələr arasında paylara bölünməsindən ibarət olmuşdur.
41. Həmçinin iddia ərizəsinin məzmunundan da görünür ki, iddiaçı mərhum nənəsindən miras qalmış əmlakın əvvəllər atası, atasının ölümündən sonra isə özünün idarə etməsi ilə mirası faktiki qəbul etdiklərini və beləliklə miras əmlakda atasının, atasının vərəsəsi kimi isə onun da payı olduğunu əsas göstərməklə mirasın qəbulu üçün ötürülmüş müddətin üzürlü hesab edilərək bərpa edilməsini, cavabdehin adına verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab olunmasını, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın və bundan sonra aparılmış bütün əməliyyatların ləğv edilməsini tələb etmişdir.
42. Məhkəmə kollegiyası iddia tələbinin əsaslığı ilə bağlı aşağıdakıları qeyd edir.
43. Vərəsəlik hüquq münasibətləri vərəsəliyin açıldığı zaman yaranır. Vərəsəliyin açılması miras qoyanın ölməsi ilə, yaxud onun ölmüş elan olunması ilə müəyyən olunur. Yuxarıda qeyd olunduğu kimi miras qoyan X12 ##.##.2003-cü il tarixdə vəfat etmişdir və iddia tələbində həmin miras qoyanın miras əmlakının vərəsələr arasında paylara bölünməsi xahiş edilmişdir. Buna görə də baxılan iddia tələbi ## ######## 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır. Çünki, MPM-nin 217.2ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır.
44. Məhkəmə kollegiyası qeyd edir ki, vərəsəliyin açılması faktı, mirasın kütləsi və vərəsələrin dairəsi müəyyən edildikdən sonra mübahisənin həllində növbəti təhlil mirasın vərəsələr tərəfindən qəbul edilib-edilməməsinin araşdırılmasından ibarətdir. Çünki, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilərdi ki, vərəsə, mirası qəbul etmiş olsun.
45. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin- vərəsənin - iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığını tələb etmir.
46. Bu baxımdan işin halları araşdırılarkən müəyyən olunur ki, cavabdeh cavabdeh4 Muğanlı kənd İƏD üzrə nümayəndəliyindən arayış alaraq notariat ofisinə təqdim etməklə X6 ½ payına mirasa qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmiş, eyni zamanda X7 da faktiki olaraq miras əmlakı qəbul edərək idarə etməyə başlamış, onun vəfatından sonra isə oğlu İddiaçı miras əmlakı faktiki qəbul edərək idarə etməyə başlamışdır. Proses iştirakçılarının izahatlarından müəyyən olunur ki, həm cavabdeh4, həm də İddiaçı Bakı şəhərində qeydiyyatda olmaqla yaşadıqlarından miras əmlaka idarəçiliyi daimi həyata keçirməmişlər. Vaxtaşırı Bakı şəhərindən gələrək miras qalan evdə yaşamaqla oranı idarə etmişlər. Evin açarı isə həmişə qonşuda olmuşdur. İddiaçının mirasın abadlaşması üçün müəyyən işlər görməsini, xüsusilə 2-3 il əvvəl dama dəmir list vurmasını, elektrik naqilləri çəkməsini cavabdeh təsdiq etmişdir. Lakin bildirmişdir ki, iddiaçı o işləri onun pulu ilə etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işlərin kimin vəsaiti hesabına görülməsinə dair heç bir sübut olmasa da, faktiki iddiaçı tərəfindən qeyd olunan işlərin görülməsi hər iki tərəfin izahatı ilə təsdiq olunur. Bu halda iddiaçının mirası faktiki idarə edilməsində iştirakı təsdiq olunur. Vərəsələr ayrı-ayrılıqda mirası faktiki qəbul etməklə və notariat orqanına ərizə verməklə sahiblik etmişlər. İddiaçı tərəfindən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin ötürülməsi onun qeyd etdiyi kimi, ailə vəziyyəti ilə, anasının xəstə olması ilə bağlı olmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı münasibətdə qanunvericilikdə müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab edərək qanun üzrə vərəsələr olan cavabdeh4 ilə yanaşı, İddiaçı da mirası qəbul etmələri qənaətinə gəlsə də, cavabdeh4 adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin etibarsız hesab olunub-olunmamasına heç bir münasinət bildirməməklə mübahisəni həll edilməmiş saxlamışdır.
47. Belə ki, işin mübahisəsiz hallarıdır ki, Gühər Babanlının vəfatından sonra onun birinci növbəli vərəsələri cavabdeh4, X9, X8 və X7 adlı 4 nəfər uşaqları qalmış, miras əmlak isə Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsi olmuşdur. X16 vəfatından sonra cavabdeh4 Muğanlı kənd İƏD üzrə nümayəndəliyindən arayış alaraq notariat ofisinə təqdim etməklə X12 ½ payına mirasa qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmiş, mərhumun (miras qoyanın) qanun üzrə digər vərəsələrinin olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan sadəcə cavabdehin adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Bunun nəticəsində isə miras qoyan Gühər Babanlının qanun üzrə birinci növbəli vərəsəsi olan oğlu Sabir Babanlı mərhum anasının miras əmlakındakı payından məhrum olmuşdur.
48. Qeyd edilməlidir ki, mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır.
49. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyi-nəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar.
50. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası miras qoyan Gühər Babanlının miras kütləsinin həcmini, vərəsələrinin sayını və birinci növbəli vərəsələrdən X8 miras əmlakda ½ hissədə payının müəyyən edildiyini, X9 mirası nə faktiki, nə də rəsmi qəbul etmədiyini nəzərə alaraq qeyd edir ki, cavabdeh5 tərəfindən cavabdeh cavabdeh4 adına verilmiş ##.##.2019-cu il tarixli vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, X12 ölümündən sonra qalmış miras əmlak olan Ağstafa rayonu, Muğanlı kəndində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin ½ hissəsi üzərində miras qoyanın qanun üzrə birinci növbəli vərəsələri olan cavabdeh4 və X7, sonuncu vəfat etdiyi üçün isə onun qanun üzrə vərəsəsi olan oğlu İddiaçı hər birinin ½ hissədə payları müəyyən edilməlidir.
52. Məhkəmə həmçinin qeyd edir ki, mübahisəli yaşayış evinin digər 1/2 hissəsi X8 adına qeydiyyata alınmış, cavabdeh4 sonradan həmin payı da vərəsəlik qaydasında əldə etmişdir. İddiaçı isə X10ndan qalmış miras əmlakdan, yəni torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə vərəsəlik payı iddia etdiyindən, əmisi X8 qalan mirasdan vərəsəlik payına iddialı olmadığından həmin hissəyə iddia tələbi şamil edilmir. Bu səbəbdən yalnız X10ndan qalmış miras əmlak üzrə vərəsəlik payı müəyyən edilməlidir. Belə halda məhkəmə kollegiyası hesab edir ki, X12 Ağstafa rayonu Muğanlı kəndində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X12 miras qalmış ümumi əmlakın, torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin 1/4 (dörddə bir) hissəsinə X7, o, vəfat etdiyi üçün isə onun qanun üzrə vərəsəsi olan oğlu İddiaçı, 3/4 (dörddə üç) hissəsinə isə cavabdeh4 qanun üzrə vərəsəlik hüquqları tanınmalıdır (1/2+(1/2:2)=3/4).
53. Məhkəmə kollegiyası, iddia tələbinin mübahisəli əmlaka dair verilmiş çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, mübahisəli əmlaka dair cavabdeh cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış törəmə hüquq münasibəti olub, həmin əmlaka dair verilmiş vərəsəlik haqqında şəhadətnamənin törəmişdir. Buna görə də, həmin əmlaka dair qeyd olunan şəhadətnamə etibarsız hesab edildiyindən, əmlaka dair törəmə hüquq münasibəti olan cavabdeh cavabdeh4 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış da ləğv edilməlidir.
54. Apellyasiya şikayətinin əsas dəlillərindən biri də alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun nəticəsində əldə edilmiş çıxarışın ləğvi ilə bağlıdır. Apellyasiya şikayətinin həmin dəlili ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
55. Əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı əldə edənin əmlak hüquqları təmin olunmalıdır. Çünki, qanunsuz əqdlərin nəticələrinin, onun vurduğu zərərin aradan qaldırılması ilə bağlı məsələlərdə qanunverici əmlakı özgəninkiləşdirənlə onu əldə edənə münasibətdə fərqli meyarlarla yanaşır. Yəni, qanunverici “vicdanlı sahib” və “vicdansız sahib” kateqoriyalarını fərqləndirir.
56. Vicdanlı əldə etmə, reyestrin tamlığı və həqiqiliyi prezumpsiyası məsələləri ilə bağlı hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur (“S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2004-cü il tarixli qərar).
57. Mülkiyyət və digər əmlak hüquqlarının, müqavilə və digər öhdəliklərin, əqdlərin etibarsızlığının nəticələri barədə hüquqların yaranması və xitamını tənzimləyən qanunverici yalnız mülkiyyətçinin deyil, mülki dövriyyənin iştirakçısı kimi vicdanlı sahibin də mülki hüquqlarının qorunmasını təmin edən hüquqi vasitə və mexanizmləri nəzərdə tutmuşdur. Əks halda, hər hansı müqavilə bağlayarkən ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirmiş vicdanlı sahiblərin geniş dairəsi üçün tam vindikasiya qaydasında onlardan tələb oluna bilən əmlakların qeyri-qanuni itirilməsi riski mövcud olardı. Vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan belə hüquqi qeyrimüəyyənlik isə mülki dövriyyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, tərəflərin bir-birinə olan inamının azalmasına gətirib çıxarardı (“H.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2014-cü il tarixli qərar).
58. Mülki Məcəllənin 140-cı, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir (“xxxx” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 18/10/17 il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2018-ci il tarixli qərar)
59. Qeyd olunan hüquqi mövqelərdən göründüyü kimi, mübahisəli əmlakla bağlı əvəzli əqdin bağlanması anına qədər bu əmlakla bağlı üçüncü şəxslərin iddiaları belə şəxsə bəlli olduqda və bu iddialar sonradan müvafiq qaydada hüquqa zidd hesab edilmədikdə, o, vicdanlı sahib kimi qəbul olunmur. Daşınmaz əmlakı əldə edən şəxsin vicdanlı əldə edən olaraq qəbul edilməsi və tam vindikasiyanın istisna edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqi və tam olması, həmin məzmunla bağlı hər hansı etirazın qeydə alınmaması ilə yanaşı, əldə olunan əmlakla bağlı üçüncü şəxslərin iddialarının və ya reyestrdəki qeydin qeyridəqiq olmasının əldə edənə bəlli olmadığı, əldə edənin müqavilə bağlayarkən xoş niyyət, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməsi, müqavilənin etibarsızlığını bilməməsi və ya bilməli olmaması şərtləri də mövcud olmalıdır. Belə şərtlərin olmadığı və ya mübahisə doğurduğu vəziyyət əldə edənin vicdanlı olmadığı barədə qənaət üçün əsas ola bilər.
60. Hazırkı işin hallarından isə görünür ki, mübahisə predmeti olan əmlakın alqı-satqısına dair cavabdeh cavabdeh4 və digər cavabdeh cavabdeh2 arasında razılaşma olmuşdur. Onlar arasında əldə edilmiş razılaşmaya əsasən alıcı cavabdeh2 əmlakın alqı-satqısına görə o zaman əmlakın mülkiyyətçisi olmuş cavabdeh4 20000 manat pul vermiş, sonuncu isə bunun müqabilində fərdi yaşayış evini alıcıya vermişdir. Beləliklə də, həmin vaxtdan mübahisəsi gedən əmlaka dair sahiblik və istifadə hüququ cavabdeh cavabdeh2 verilmiş, ##.##.2024-cü il tarixdə tərəflər arasında notariat qaydada alqı-satqı müqaviləsi bağlanmışdır. Fərdi yaşayış evi cavabdeh cavabdeh2 mülkiyyətinə keçdikdən sonra özünün bildirdiyinə görə 3 il müddətinə oarada heç bir tikinti işləri aparmamış, yalnız 3 ildən sonra ev tikməyə başlamışdır. Həmin vaxt iddiaçı İddiaçı ona zəng edərək «mübahisəli əmlakın vərəsəlik qaydasında keçdiyini, həmin əmlaka dair məhkəmə mübahisəsi olduğunu, bu səbəbdən də orada tikinti işlərinə başlamamasını» bildirilsə də, cavabdeh cavabdeh2 həmin sözlərə məhəl qoymamış tikintiyə davam etmişdir. İddiaçı həmin halı təsdiq etmək üçün məhkəməyə kollegiyasına telefon danışıqlarına dair audio yazılar təqdim etmiş, məhkəmə kollegiyasının iclasında səs yazıları dinlənilərkən cavabdeh cavabdeh2 iddiaçı ilə aralarında bu barədə söhbətin olduğunu təsdiq etmiş, lakin cavabdeh4 ilə razılaşdığı üçün Firdovsinin ona ev tikməyinə irad bildirməsini nəzərə almadığını bildirmişdir.
61. Göründüyü kimi, cavabdeh cavabdeh2 qeyd olunan əmlaka dair müvafiq alqı-satqı müqaviləsi bağlanmamışdan, eləcə də həmin torpaq sahəsində ev tikməyə başlamamışdan öncə həmin əmlaka dair məhkəmə mübahisəsi olmasından məlumatlı olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, cavabdeh cavabdeh2 həmin əmlakı vicdanla əldə etmiş şəxs hesab etmək də mümkün deyildir.
62. Şərh olunanlara əsasən kollegiyanın qənaəti ondan ibarətdir ki, cavabdeh4 və digər cavabdeh cavabdeh2 arasında Ağstafa rayonu Muğanlı kəndində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız olmaqla onun hər hansı hüquqi nəticə doğurması mümkün deyildir. Bu cür yanaşma həm də hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir və kollegiya bu qənaətə gələrkən həmçinin ədalət, insaf və mənəviyyat tələblərini nəzərə alır.
63. Gəldiyi qənaətin davamı olaraq kollegiya qeyd edir ki, işin mübahisəsiz halıdır ki, cavabdeh cavabdeh2 tərəfindən digər cavabdeh cavabdeh4 Ağstafa rayonu Muğanlı kəndində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə görə 20000 manat pul ödənilmişdir. Hazırda cavabdeh cavabdeh4 və digər cavabdeh cavabdeh2 arasında Ağstafa rayonu Muğanlı kəndində yerləşən torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə dair bağlanmış ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyinə görə kollegiya hesab edir ki, cavabdeh2 həmin torpaq sahəsinə görə cavabdeh4 ödədiyi 20000 manat pul restitusiya qaydasında geri qaytarılmalıdır.
64. Çünki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. MM-nin 337.4-cü maddəsinə görə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eynilə qaytarmaq mümkün olmadıqda isə (o, cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (MM-in 337.5-ci maddəsi). Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. cavabdeh4 adına verilmiş 2V-*** reyestr nömrəli ##.##.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. Həmin şəhadətnanə əsasında Ağstafa rayonu, Muğanlı kəndində yerləşən ümumi sahəsi 175.1 kv/m olan fərdi yaşayış evi və ümumi sahəsi 0.35 ha torpaq sahəsinin cavabdeh4 tam mülkiyyətində olması barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 502013016432-***** reyestr nömrəsi ilə ##.##.2022-ci il tarixdə verilmiş Çıxarış ləğv edilsin. Miras qoyan X12 miras qalmış Ağstafa rayonu Muğanlı kəndində olan torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin 1/2 hissəsinə, yəni X12 miras qalmış ümumi əmlakın 1/4 (dörddə bir) hissəsinə X7, o, vəfat etdiyi üçün isə onun qanun üzrə vərəsəsi olan oğlu İddiaçı, 3/4 (dörddə üç) hissəsinə isə cavabdeh4 qanun üzrə vərəsəlik hüquqları müəyyən edilsin. (1/2+(1/2:2)=3/4). Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin satılmasına dair cavabdeh4 ilə cavabdeh cavabdeh2 arasında bağlanmış Ağstafa rayon notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş ##.##.2024-cü il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Ağstafa rayonu Muğanlı kəndində yerləşən fərdi yaşayış evinin dəyəri kimi ödənilmiş 20000 manat məbləğində pul cavabdeh4 alınaraq digər cavabdeh cavabdeh2 verilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.