Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1520/2024 15.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Mustafayev Mustafa Əli oğlundan ibarət tərkibdə, İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının cavabdehlər İsakova Bülbül Əli qızı, Cavabdeh2 Əlövsət oğlu, Cavabdeh3 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(015)-20/2024 nömrəli qərardadından iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı cavabdehlər İsakova Bülbül Əli qızı, Cavabdeh2 Əlövsət oğlu, Cavabdeh3 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı iddia ərizəsi ilə ünvan 1 ünvanında yerləşən mərhum Allahyarov Əlövsət Məcid oğlunun adına olmuş yaşayış evi üzrə Ağstafa rayon Notariat ofisində verilmiş 08 yanvar 2024-cü il tarixli, 2V-03 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamənin ləğv edilməsi, 12 aprel 2002-ci ildə vəfat etmiş mərhum atası Allahyarov Əlövsət Məcid oğlu ilə 03 iyul 1967-ci ildə vəfat etmiş mərhum anası Allahyarova (Nəbiyeva) Arus Heydər qızının 1956-ci ildə birgə nikah dövründə əldə etdikləri Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən yaşayış evi üzrə miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi və miras əmlakın miras sahiblərindən mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2(015)-20/2024 nömrəli qətnaməsi ilə (hakim) iddia təmin edilərək, 24 dekabr 2003-cü ildə mərhum Allahyarov Əlövsət Məcid oğlunun adına qeydiyyata alınmış Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən yaşayış evinə dair İsakova Bülbül Əli qızının və Cavabdeh2 Əlövsət oğlunun adlarına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-02 və 2V-03 reyestr nömrəli xx.xx.2004-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri etibarsız hesab edilməsi; Allahyarov Əlövsət Məcid oğlunun miras qalmış Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən yaşayış evinin 1/3 (üçdə bir) hissəsinə İsaxova Bülbül Əli qızının, 1/3 (üçdə bir) hissəsinə Cavabdeh2 Əlövsət oğlunun, 1/3 (üçdə bir) hissəsinə Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının qanun üzrə vərəsəlik hüquqları tanınması qət olunmuşdur. İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı ərizə verərək Ağstafa şəhəri, Ü.Hacıbəyov küçəsi 32 ünvanında yerləşən mərhum atası Allahyarov Əlövsət Məcid oğlunun adına qeydə alınmış yaşayış evi üzrə miras əmlakın 1965-ci ildə atası və anasının birgə nikah dövründə əldə etdiklərini nəzərə alaraq, mərhum anası Allahyarova Arus Heydər qızının da yaşayış evi üzrə ½ payı nəzərə alınmaqla, həmin 1/2 hissə pay üzrə miras sahibi kimi ansaından qalan miras əmlakın da mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun olaraq bölüşdürülməsi barədə əlavə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(015)-20/2024 nömrəli qəradadı ilə əlavə qətnamə çıxarılması barədə iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının ərizəsi təmin edilməmişdir.. İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının Ağstafa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2(015)-20/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 20 may 2024-cü il tarixli, 2(104)-1266/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti Mülki Prossesual Məcəllənin 364-cü maddəsinin tələblərinin yoxlanılması üçün Ağstafa Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Ağstafa Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(015)-20/2024 nömrəli qərardadı ilə, İddiaçı Ağstafa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 2(015)-20/2024 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmşdır. İddiaçı Ağstafa Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(015)-20/2024 nömrəli qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv olunmasını və əlavə qətnamə çıxarılması barədə ərizənin təmin olunmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 03 iyun 2024-cü il tarixli 2(015)-20/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya məhkəıməsinə göndərilmişdir. Ağstafa Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 12 iyun 2024-cü il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı Ağstafa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2(015)-20/2024 nömrəli qətnaməsindən apellaysiya şikayəti verilməsi üçün ötürülmüş prossesual müddətin bərpasına dair ərizə vermişdir. Verilmiş ərizəyə mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün işin Ağstafa Rayon Məhkəməsinə qaytarılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 267.1. maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Həmin Məcəllənin 267.2. maddəsinə əsasən, işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 267.3. maddəsinə əsasən, şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmin Məcəllənin 269.1. maddəsinə əsasən, şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Həmin Məcəllənin 269.2. maddəsinə əsasən şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Həmin Məcəllənin 269.3. maddəsinə əsasən əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 384.0.6. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Kollegiya Ağstafa Rayon Məhkəməsinin Gəncə Apellyasiya Məhkəməsinə ünvanladığı 12 iyun 2024-cü il tarixli məktubu nəzərdən keçirərək hesab edir ki, işin icraata qəbul edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2024-cü il tarixli 2(104)-1520/2024 nömrəli qərardadı ləğv edilməli, iş apellyasiya baxışından çıxarılmalı, İddiaçı Ağstafa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2(015)-20/2024 nömrəli qətnaməsindən apellaysiya şikayəti verilməsi üçün ötürülmüş prossesual müddətin bərpasına dair ərizəsinə baxılıb hüquqi qiymət verilərək, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Ağstafa Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 384 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Apellyasiya şikayətinin mümkünlüyü barədə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyun 2024-cü il tarixli 2(104)-1520/2024 nömrəli qərardadı ləğv edilsin. İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının cavabdehlər İsakova Bülbül Əli qızı, Cavabdeh2 Əlövsət oğlu, Cavabdeh3 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 08 aprel 2024-cü il tarixli 2(015)-20/2024 nömrəli qərardadından iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı tərəfindən verilmiş şikayət üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan 2(104)-1520/2024 nömrəli mülki iş apellyasiya baxışından çıxarılsın. İddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızının cavabdehlər İsakova Bülbül Əli qızı, Cavabdeh2 Əlövsət oğlu, Cavabdeh3 və maraqlı şəxs Ağstafa rayon Notariat ofisinə qarşı vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlakın mirası qəbul etmiş vərəsələr arasında paylara uyğun bölüşdürülməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli 2(015)-20/2024 nömrəli qətnaməsindən iddiaçı Abbasquliyeva (Allahyarova) Azalya Əlövsət qızı tərəfindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsinə baxılıb hüquqi qiymət verilərək, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş Ağstafa Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1520/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1520/2024
15.07.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver