Məhkəmə qərarları › İş №2(104)-1529/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1529/2023

03.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1529/2023 03.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, X11 ilə, Cavabdeh X2 iştiraklı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-428/2023 saylı qətnaməsindən iddiaçılar X6 və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 Cəlal qızı və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum ataları X7 miras qalmış ünvan 1 ünvanda yerləşən miras qalmış əmlak üzərində vərəsəlik hüquqlarının tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi ona mərhum ataları X7 miras qalmışdır. Həmin evdə qeydiyyatdadılar və bu ünvanda anadan olandan yaşamışlar. Lakin Cavabdeh Cəlal oğlu ona həmin əmlak üzərində vərəsəlik hüququnu həyata keçirməyə imkan vermir. X5 və anası X15 vəfat etmişlər. Cavabdeh Cəlal oğlu ilə miras əmlak üzərində vərəsəlik hüquqlarının tanınması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-428/2023 saylı qətnaməsi ilə (sədrlik edən hakim Xədicə Səfərli) iddiaçılar İddiaçı1 Cəlal qızının və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızının cavabdeh X4 qarşı “miras əmlak üzərində vərəsəlik hüququnun tanınması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçılar X6 və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızı həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-428/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, həmin evdə qeydiyyatdadılar və bu ünvanda anadan olandan yaşamışlar, lakin Cavabdeh Cəlal oğlu onlara həmin əmlak üzərində vərəsəlik hüququnu həyata keçirməyə məhdudiyət yaradır. İş üzrə iddiaçılar X6 və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızına işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Cəlal oğlu məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçılar onun bacılarıdır. X1 1973-cü ildə, Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızı isə 1975-ci ildə ata evindən ailə qurması ilə bağlı köçüb gediblər və hər birinin ayrıca yaşayış evləri vardır. Atası Cəlal 1990-cı ildə vəvat ettmiş, həmin evdə isə qardaşı Kəmaləddin yaşamış, onun ölümündən sonra isə uşaqları yaşayırlar. Ata evinin heç bir sənədi yoxdur və bu evin iddiaçılara heç bir aidiyyətı yoxdur. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, şikayətin təmin olunmasını və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-428/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-428/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşə əlavə edilmiş : xx.xx.2021-ci il tarixli arayışlardan görünür ki, Zümrüd Salman qızı xx.xx.1977-ci il tarixdə, X14 isə xx.xx.1990-cı ildə ölmüşdür. xx.xx.2021-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X14 01.031990-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1966-cı il tarixli 47 saylı məktubunda Stalin adına kolxozun köhnə qaytanlanmış kitabının 143 sıra nömrəsində X9 0.1 ha həyətyanı torpaq sahəsinin yazıldığı bildirilmişdir. Bu fərdi yaşayış evinin ünvanı ünvan 3eyestrində qeydiyyatdan keçməmişdir. Arxiv işində tikililərə dair hüquqverici sənədlər yoxdur. 1966-cı ildə aparılmış inventarlaşdırma zamanı hal-hazırda ünvanı, ünvan 4ər olmadan X8 istifadəsində olduğu göstərilmişdir. Bu mülk Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir, arxiv işində və digər hüquqverici sənədlər aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1953-cü təvəllüdlü İddiaçı1 Cəlal qızının atası X16, X10r. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X14 xx.xx.1990-cı ildə vəfat etməsi ilə miras açıldığından, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsini rəhbər tutularaq, hazırkı mübahisəli hüquq münasibətlərinə xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. xx.xx.2000-ci ilə tarixədək qüvvədə olmuş 1964-cü il redaksiyalı Mülki Məcəllənin 527-ci maddəsinə əsasən, vərəsəlik qanun üzrə və vəsiyyət üzrə həyata keçirilir.Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən, vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Həmin Məcəllənin 529-cu maddəsinə görə, vərəsəliyin açıldığı yer, miras qoyanın sonuncu daimi yaşayış yeri, əgər bu mə`lum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Həmin Məcəllənin 552-ci maddəsinə əsasən, vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə. eləcə də, o, vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu hərəkətlər vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, şəxs mirasın açıldığı yer üzrə notariat kontoruna onu qəbul etdiyi barədə ərizə verməsi, əmlaka sahiblik etməsi və ya əmlakı idarə etməyə faktiki başlanması əsasında bu hüququnu həyata keçirir. Bu zaman ilkin olaraq nəzərə alınmalıdır ki, həmin əmlak qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçsin. Məhz miras qalmış əmlakın hüquq müəyyənedici sənədlərinin mövcudluğu həmin əmlakın mirasın aktivinə daxil olması üçün zəmin yaradır. Əks halda isə miras əmlak mirasın aktivinə daxil edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə İddiaçı1 Cəlal qızı və Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızı cavabdeh X4 qarşı iddia ərizəsi ilə müraciət edərək miras əmlak üzərində vərəsəlik hüququnun tanınmasını barədə qətnamə çıxarılmasını xahiş etmişdir. X17 vərəsəsi olduğu üçün Zeynalova (Verdiyeva) Tünzalə Cəlal qızının hazırkı iddia ilə məhkəməyə müraciət etmək və X2 tələbə cavab verməli şəxs olmasını təsdiqləyən sübutlar məhkəməyə təqdim edilməmişdir. Sübutetmə yükü daşıyan iddiaçı tərəf qeyd edilən şəxslərin Cəlal Zeynalovun vərəsələri olmasına dair ailə tərkibi barədə sübut təqdim etməmişdir. Həmin şəxslərin Cəlal Zeynalovun vərəsə olması ağlabatan ehtimal olsa da, bu halı birbaşa təsdiqləyən dair hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsini nəzərdə tutur. İş materiallarından iddiaçının mirasın qəbul edilməsi üçün notariat kontoruna müraciət etməsi görünmür. Qeyri-formal üsul isə, mirasın faktiki cəhətdən qəbul edilməsini nəzərdə tutur. İş materiallarında iddiaçıların ataları mərhum X8 xx.xx.1990-cı ildə vəfat etməsindən sonra, mirası hər hansı formada qəbul etməsi ilə bağlı heç bir mötəbər sübiut növü təqdimm etməmişlər. Hazırda mirasın açılmasından 30 ildən çox müddət keçmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə ərazi idarəsinin verdiyi xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.1966-cı il tarixli 47 saylı məktubunda Stalin adına kolxozun köhnə qaytanlanmış kitabının 143 sıra nömrəsində X9 0.1 ha həyətyanı torpaq sahəsinin yazıldığı bildirilmişdir. Bu fərdi yaşayış evinin ünvanı ünvan 3eyestrində qeydiyyatdan keçməmişdir. Arxiv işində tikililərə dair hüquqverici sənədlər yoxdur. 1966-cı ildə aparılmış inventarlaşdırma zamanı hal-hazırda ünvanı, ünvan 4ər olmadan X8 istifadəsində olduğu göstərilmişdir. Bu mülk Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməmişdir, arxiv işində və digər hüquqverici sənədlər aşkar edilməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, mübahisə edilən mülkdə cavabdeh yox, iddiaçıların digər qardaşı uşaqları yaşayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyən edilmşdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətləri təmin edilməməli Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-428/2023 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-428/2023 tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar