Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1536/2023 22.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Həsən oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X4, Cavabdeh2 nümayəndəsi və vəkili X6 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 saylı qətnaməsindən Cavabdeh2 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ : İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə, mərhum ataları X5 miras qalmış ünvan 1 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində paylarının bərabər müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 saylı qətnaməsi ilə (sədrlik edən Məhərrəm Allahverdiyev) iddia tələbi təmin edilmiş, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-230 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli 2V-232 reyestr nömrəli və 27 fevral 2022-ci il tarixli 2V-251 reyestr nömrəli Qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr ləğv edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH **05095 saylı çıxarışa əsasən X7 mülkiyyətində olmuş, Bərdə şəhəri, Füzuli küçəsi 1 ünvanda 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 70 kv.m yaşayış, 107.1 kv.m köməkçi sahədən ibarət fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 1/4 hissəsinə İddiaçı1, 1\4 hissəsinə İddiaçı2, 1/4 hissəsinə Cavabdeh2, 1/4 hissəsinə X3 vərəsəlik hüquqları tanınması qət edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün nə qanunla müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etmişlər, nə də mirası qəbul etməmişlər.Odur ki, onlar hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl, ilk olaraq məhkəməyə “Mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə” ərizə ilə müraciət etməli, daha sonra notariat ofisinə müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almalı, yalnız bundan sonra vərəsə kimi hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli idilər.Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 2**2-ci ildən sonra nə ataları X16 ilə, nə də hazırki mübahisənin predmeti olan fərdi yaşayış evi və onun yerləşdiyi torpaqla heç bir əlaqələri olmamış, 2**2-ci ildən etibarən Mingəçevir şəhərində analarının yanında və himayəsində yaşamışlar.O isə 2**4cü ildən Yaşar İbrahimovla rəsmi nikah münasibətində olmaqla onun arvadı kimi həmin evdə daimi yaşamış, torpağını daima əkib-becərmiş və mühafizə olunmasını təmin etmişdir. Belə olan halda evdə və torpaqda heç bir əməyi olmayan iddiaçılar İddiaçı1 və İddiaçı2 mirasda onunla və qızı Şəlalə ilə bərabər pay almaları ədalətsizlik və qanunsuzluq olar.Məhkəmə həmçinin nəzərə almamışdır ki, iddiaçıların mübahisələndirdikləri miras əmlaklar-fərdi yaşayı evi və onun həyətyanı torpaq sahəsi 10.06.2**7-ci il tarixli dövlət reyestrindən Çıxarıla əldə edilməklə, mərhum həyat yoldaşı Yaşar İbrahimovun mülkiyyətinə rəsmən keçmiş, o isə onun həyat yoldaşı olduğu üçün həmin əmlaklarda onun 1/2 payı irs olaraq ona məcburi pay qaydasında keçməli idi. Bundan başqa məhkəmə iddiaçıların hər ikisinin 2**2-ci ildən etibarən hal-hazıradək Mingəçevir şəhərində daimi yaşamaqla iddia etdikləri miras əmlaklarla heç bir bağlılıqlarının olmamasına dair sübutlara düzgün qiymət verməmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyasının iclasında nümayəndəsi olan vəkil X14 ilə təmsil edilmişdir. Cavabdeh2 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və məhkəmə kollegiyasının iclasında nümayəndəsi və vəkili X17 ilə təmsil edilmişdir. Cavabdeh Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan Bərdə regional “ASAN xidmət” mərkəzində Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilib qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə işdə iştirak etməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 nümayəndəsi və vəkili X17 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, Cavabdeh2 31 may 2**4-cü ildə X16 ilə evlənmiş, Bərdə şəhəri, Fizuli küçəsi 1-də yerləşən fərdi yaşayış evinə köçürülmüşdür. Köçürüldüyü fərdi yaşayış evi X24un mülkiyyətində olmuşdur. Sonuncunun birinci arvadından iki uşağı olmuş, lakin onlar həmin evdə yaşamamışlar. X24 xx.xx.2021-ci ildə vəfat etmiş, ərinin ölümündən sonra evdə özü və qızı X9 yaşamışlar. İddiaçılar isə ümumiyyətlə həmin evdə yaşamamışlar.İddiaçılar mirası qəbul etməmişlər.Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi (vəkil) X14 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, mübahisəli ev iddiaçıların ataları X7 onların anaları ilə nikahda olan vaxt tikilmişdir. Mirası qanunla müəyyən edilmiş müddətə rəsmi qaydada qəbul etmişlər. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən vəkilləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 saylı qətnaməsi dəyişdirilmdən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına olan: 18 sentyabr 2**7-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, 24 may 2**3-cü ildə vəfat etmiş X8 vərəsəsi Bərdə şəhəri, Fizuli küçəsi 1-də yaşayan X10r. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə rayon Ərazi İdarəsinin 14.09.2**7-ci il tarixli 4030 saylı arayışına və 4**7 saylı vəsiqəsinə əsasən mərhum X11 məxsus ünvan 2 ünvanda, 177.1 kv.m ümumi sahəsi, 70 kv.m yaşayış sahəsi olan dörd otaqdan ibarət yaşayış evi vardır. Ev 0,06 ha torpaq sahəsində yerləşir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH **05095 saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, Füzuli küçəsində 0,06 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 70 kv.m yaşayış, 107,1 kv.m köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X7 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bərdə rayon VVADQ şöbəsi tərəfindən verilmiş 31 may 2**4-cü il tarixli AZ-İ 099976 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X16 və Cavabdeh2 31 may 2**4-cü ildə 292 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra qadına Həsənova soyadı verilmişdir. Bərdə rayon Yeni Əyricə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən 26 iyun 2010-cu ildə verilmiş AZ-İİ 472687 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X9 14 oktyabr 2**9-cu ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X16, ana qrafasında anası kimi Cavabdeh2 qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı2 xx xxxxxxx 1990-cı ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X16, ana qrafasında anası kimi X2 qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X15 xx xxxxxx 1988-ci ildə anadan olmuşdur. Ata qrafasında atası kimi X16, ana qrafasında anası kimi X2 qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 05 aprel 2022-ci il tarixli çıxarışdan müəyyən olunur ki, X16 ilə X2 arasında olan nikah 24 dekabr 2**2-ci il tarixdə pozulmuşdur. Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 aprel 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X16 24 avqust 2021-ci il tarixdə ölmüşdür. 27 fevral 2022-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci ildə vəfat etmiş X1 qalmış arvadı Bərdə şəhəri, Fizuli küçəsi ev 1-də qeydiyyatda olan Cavabdeh2 onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Cavabdeh2 mülkiyyət hüququ haqqında şəhadətnamə verilən ümumi birgə əmlakı-ƏMDK-nin yanında DƏDRX-nin Bərdə ərazi idarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X12 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m, 4 otaqlı olan fərdi yaşayış evindən; -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X12 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. -O cümlədən ölmüş ərin ümumi əmlakdan payı Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ½ hissəsindən ibarətdir. -O cümlədən ölmüş ərin ümumi əmlakdan payı Bərdə şəhəri, ünvan 3 ünvanda yerləşən torpaq sahəsinin ½ hissəsindən ibarətdir. 27 fevral 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci ildə vəfat etmiş X7 vərəsələri: arvadı Cavabdeh2 və qızı X9 miras əmlakdan 1/8 irs almışdır. Şəhadətnamə verilən miras əmlak: ƏMDK-nin yanında DƏDRX-nin Bərdə ərazi idarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X12 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m, 4 otaqlı olan fərdi yaşayış evindən; -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X12 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd: Miras əmlakın ½ hissəsinə dair xx.xx.2022-ci il tarixli 2V-230 saylı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. -Miras əmlakın 2/8 hissəsi açıq saxlanılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 1822**6683 qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bərdə şəhəri, ünvan 3-də 0,0584 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 180,5 kv.m olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 5/8 hissədə Cavabdeh2, 1/8 hissədə X3 və 2/8 hissədə X7 adına Daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 165 nömrəli vərəqində qeydiyyata alınmışdır. 07 mart 2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci ildə vəfat etmiş X7 vərəsələri: oğlu İddiaçı2 və qızı İddiaçı1 miras əmlakdan 1/8 irs almışlar. Şəhadətnamə verilən miras əmlak: ƏMDKnin yanında DƏDRX-nin Bərdə ərazi idarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X12 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m, 4 otaqlı olan fərdi yaşayış evindən; -ƏMDK-nin yanında DƏDRX-nin Bərdə Ərazi İdarəsi tərəfindən 16.10.2**7-ci il tarixdə X12 verilmiş 61**13**1749-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0,06 ha olan torpaq sahəsindən ibarətdir. Qeyd: Miras əmlakın ½ hissəsinə dair xx.xx.2022-ci il tarixli 2V-229 saylı ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. -Miras əmlakın 2/8 hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İşin 108-109-cu vərəqələrində olan İddiaçı1 və İddiaçı2 Notatriat ofisinə yazdıqları xx.xx.2021-ci il tarixli ərizələrdən görünür ki, onlar xx.xx.2021-ci ildə vəfat etmiş ataları X5 mirası qəbul etmişlər. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X16 24 avqust 2021-ci il tarixdə vəfat etdiyindən, ondan miras qalan ünvan 4 ünvanda yerləşən mülkiyyətində olan 0.06 ha torpaq sahəsi olan ümumi sahəsi 177.1 kv.m olan yaşayış evi ilə bağlı mübahisəyə 01.09.2**0-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. 01.09.2**0-ci il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1134.2-ci maddəsinə görə vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1159.1., 1159.1.1. və 1159.1.2.-ci maddələrinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı birinci növbədə bərabər pay hüquqlu vərəsələr sayılırlar: övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə görə, qəbul edilmiş miras açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Kollegiya qeyd edir ki, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir. Qanunvericilik isə özündə miras qalmış əmlakın miras aktivinə daxil olmasını, mirasın qəbul olunma qaydalarını, habelə müddətini müəyyənləşdirmişdir. Belə ki, vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət ərzində qəbul edə bilər. Hazırkı halda işin faktiki hallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 mərhum X7 X2 ilə birgə nikahların doğulmuş övladları olmuş, sonuncular arasında olan nikah 24 dekabr 2**2-ci ildə pozulmuşdur. X16 31 may 2**4-cü ildə Cavabdeh2 ilə evlənmiş, birgə nikahlarından 14 oktyabr 2**9-cu ildə X9 adlı övladları doğulmuşdur. X16 24 avqust 2021-ci ildə ölmüşdür. ünvan 2 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən, 177.1 kv.m ümumi sahəsi, 70 kv.m yaşayış sahəsi olan dörd otaqdan ibarət yaşayış evi mülkiyyət hüququ əsasında X8 adına olmuş və 18 sentyabr 2**7-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 24 may 2**3-cü ildə vəfat etmiş X8 vərəsəsi Bərdə şəhəri, Fizuli küçəsi 1-də yaşayan X16 olduğundan, Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bərdə rayon Ərazi İdarəsinin 14.09.2**7-ci il tarixli 4030 saylı arayışına və 4**7 saylı vəsiqəsinə əsasən mərhum X11 məxsus ünvan 2 ünvanda, 177.1 kv.m ümumi sahəsi, 70 kv.m yaşayış sahəsi olan dörd otaqdan ibarət yaşayış evi qanun üzrə vərəsəlik hüququ əsasında X7 adına keçmişdir və sonuncunun adına Seriya MH **05095 saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Göründüyü kimi, ünvan 2 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən, 177.1 kv.m ümumi sahəsi, 70 kv.m yaşayış sahəsi olan dörd otaqdan ibarət yaşayış evi birgə nikah dövründə əldə edilmiş əmlak olmamış, X7 adına qanun üzrə vərəsəlik hüququ əsasında keçmişdir. Bundan başqa, işin 108-109-cu vərəqələrində olan İddiaçı1 və İddiaçı2 Notariat ofisinə yazdıqları xx.xx.2021-ci il tarixli ərizələrlə müəyyən edilir ki, onlar xx.xx.2021-ci ildə vəfat etmiş ataları X5 qalmış mirası qanunla müəyyən edilmiş müddətdə qəbul etmişlər və bununla da cavabdeh tərəfin iddiaçıların mirası qəbul etməmələrinə dair dəlili təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X5 miras qalmış, ünvan 2 ünvanda, 0,06 ha torpaq sahəsində yerləşən, 177.1 kv.m ümumi sahəsi, 70 kv.m yaşayış sahəsi olan dörd otaqdan ibarət yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi Cavabdeh2 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmadığından, həmin əmlak üzərində 4 nəfər vərəsənin bərabər pay hüququ vardır. Ona görə də, birinci instansiya məhkəməsi düzgün olaraq, Bərdə regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən bu iş üzrə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edərək, mərhum X5 miras qalmış, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 177.1 kv.m, yaşayış sahəsi 70 kv.m, yardımçı sahəsi 107.1 kv.m olan 4 otaqlı fərdi yaşayış evi və evin yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində tərəflərin bərabər payda vərəsəlik paylarını müəyyən etmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-386, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2405/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apelyasiya Məhkəməsi Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1536/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1536/2023
22.06.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver