Məhkəmə qərarları › İş №2(104)-154/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-154/2024

28.02.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-154/2024 28.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı1 (o həm də, digər İddiaçı2 nümayəndəsidir), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (o həm də cavabdehlər Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsidir) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “miras mülkdən payların müəyyən olunması” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-1405/2023 saylı qətnaməsindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(125)-1878/2023 saylı qətnaməsi ilə (hakim Q.Baxşıyev) iddianın təmin olunması, Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsindən mərhum X9 aid 1/8 hissəsindən İddiaçı2 4/48 hissə, İddiaçı1 1/48 hissə, Cavabdeh1 1/48 hissə payının müəyyən olunması, Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsindən X1 aid 1/8 hissədən vərəsələrdən hər birinə bərabər olmaqla 1/24 hissə paylarının müəyyən edilməsi, ümumilikdə Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsinin İddiaçı2 bütövlükdə 6/48 hissə, İddiaçı1 3/48 hissə, Cavabdeh1 3/48 hissə payının müəyyən olunması, miras qalmış evə aid hissədə mərhum X9 aid hissədən İddiaçı2 2/8 hissə, İddiaçı1 1/8 hissə, Cavabdeh1 1/8 hissə payının müəyyən olunması, yaşayış evinin X1 aid ½ hissəsindən vərəsələrin hər birinin 1/3 hissə, ümumi əmlakın 1/6 hissəsində paylarının müəyyən olunması, ümumilikdə evə aid hissədən İddiaçı2 10/24 hissə, İddiaçı1 7/24 hissə və Cavabdeh1 7/24 hissə payının müəyyən olunması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya şikayəti verərək Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(125)-1878/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Hazırkı iş üzrə icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası tərəfindən mülki Məcəllənin 1243.2, 1246, 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu verildiyindən məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə dayandırılmış, xx.xx.2024-cü il tarixdə isə icraat təzələnərək iş məhkəmə baxışına təyin edilmişdir. İşin halları: İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmədə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə müraciət edərək Tovuz rayonu Abulbəyli kəndində yerləşən, mərhum X5 və mərhum X3 miras qalmış fərdi yaşayış evindən və torpaq sahəsindən paylarının müəyyən olunmasını xahiş etmişlər. İddia tələbini onunla əsaslandırmışlar ki, X19 ilə X6 birgə nikahlarından İbrahim, Zenfira, Aybəniz, Bəylər, Mehriban, Zəkiyyə və Rüfət adlı uşaqları anadan olmuşdur. Tovuz rayon AİK-nin 17 sentyabr 1998-ci il tarixli 24 nömrəli qərarı ilə X7, X13 və ailə üzvlərinə 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi JN 1148A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. X14 atası, X19 isə analarıdır. Atası 11 oktyabr 2002-ci ildə, anası isə 20 oktyabr 2014-cü ildə vəfat etmişdir. Mərhumlardan qalmış mirasın kütləsinə JN 1148 A saylı şəhadətnamə əsasında verilmiş 0,05 ha torpaq sahəsinin 2/8 hissəsi daxildir. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi mərhum atası Məcid Nağıyevin adınadır. Həmin fərdi yaşayış evi bütövlükdə mirasın kütləsinə daxildir. X27 ölümündən qabaq 11 sentyabr 2012-ci ildə bütün əmlakını qardaşı, İddiaçı2 vəsiyyət etmişdir. Mirasın bölüşdürülməsi ilə bağlı mübahisə yarandığından miras mülk məhkəmə qaydasında bölünməlidir. Odur ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən mərhum X5 və X3 miras qalmış torpaq sahəsindən və fərdi yaşayış evindən ibarət miras mülkdən özünün və qardaşı İddiaçı2 paylarının müəyyən olunmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, mərhum valideynlərinin ölümündən sonra onlardan miras qalmış əmlakları digər bacı qardaşları ilə bərabər onlar da qəbul etmişlər. Mütəmadi olaraq həmin miras mülklə əlaqələri olmuşdur. Hətta məhkəmə iclasında iştirak edərək, mirası qəbul etdiklərini və miras əmlakdan olan paylarını tələb etdiklərini bildirmişlər. Lakin hakim nədənsə onları vərəsə kimi qəbul etməyib və onları mərhum valideynlərindən qalan miras paylarından məhrum edib. Onlar da digər vərəsələr kimi həmin miras qoyanların övladlarıdırlar. Mülki qanunvericiliyin tələbinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Onlar mərhumların övladları - birinci dərəcəli vərəsələri kimi həm faktiki olaraq mirası qəbul edib, idarə edilməsində iştirak etmişlər, həm də məhkəmə iclasında iştirak edərək miras əmlakdan paylarını tələb etmişlər. Belə olan halda onlara miras payının verilməməsi qanun zidd olmuşdur. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş şəxslərdən İddiaçı2 və cavabdehlər Cavabdeh3, Cavabdeh4 nümayəndə vasitəsilə təmsil olunsalae da özləri və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 (o, həm də cavabdehlər – bacıları Cavabdeh3 və Cavabdeh4 etibarnamə üzrə nümayəndəsidir) apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək, qətnamənin ləğv edilərək mirasdan onların da paylarının müəyyən edilməsini xahiş etdi. Həmçinin göstərdi ki, valideynlərinin ölümündən sonra miras qalmış fərdi yaşayış evi və həyətyanı torpaq sahəsindən ibarət miras əmlakı onlar da qəbul etmiş, mirasdan imtina etməmişlər. Onlar mirasdan imtina etmədiyi halda məhkəmə mirasdan onların paylarını müəyyən etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməsinə etiraz etmədi. Həmçinin göstərdi ki, valideynlərindən miras qalmış evdə təmir işlərini əsas etibarilə o görmüşdür. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-1405/2023 saylı saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan reyestr nömrəsi **********72-10301 olan çıxarışdan görünür ki, Tovuz rayonu Abulbəyli kəndində yerləşən 0,05 ha torpaq sahəsi üzərində, ümumi sahəsi 120,8 kv metr fərdi yaşayış evi tam olaraq X6, torpaq sahəsi isə ümumi birgə mülkiyyət kimi X6, X8, Cavabdeh1, X10, X15, X11, X16 və X2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində 42 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. Tovuz rayon Qeydiyyat şöbəsinin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X14 ilə Musayeva Sücayət cabbar qızı xx.xx.1960-cı ildə nikah bağlamış o barədə 38 nömrəli akt tərtib olunmuş, ərə Nağıyev, arvada Nağıyeva soyadı verilmişdir. İşdə olan Tovuz rayon Qeydiyyat şöbəsinin arayışlarından və doğum haqqında şəhadətnamələrin, həmçinin nikah haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Nağıyeva (Cəfərova) Zenfira Məcid qızı xx.xx.1965-ci ildə, X22 xx.xx.1962-ci ildə, Cavabdeh1 xx.xx.1959-cu ildə, Nağıyeva (Dadaşova) Mehriban Məcid qızı xx.xx.1968-ci ildə, İddiaçı2 xx.xx.1955-ci ildə, Cavabdeh2 xx.xx.1970-ci ildə, Cavabdeh5 xx.xx.1957-ci ildə doğulmuş, ataları X14, anaları X12r. İş materiallarında olan JN 1148A saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədən görünür ki, Tovuz rayon AİK-nin 17 sentyabr 1998-ci il tarixli 24 nömrəli qərarı ilə X7, X13 və ailə üzvlərinə - cəmi 8 nəfərə 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli vəsiyyətnamənin surətindən X19 ölən günədək ona məxsus olan, onun harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraqbütün əmlakını oğlu İddiaçı2 vəsiyyət edir. Digər vərəsələrini vərəsəlik hüququndan məhrum edir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənn surətindən görünür ki, X14 11 oktyabr 2002-ci ildə xroniki ağ ciyər-ürək çatışmazlığı səbəbindən ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 20 oktyabr 2014-cü ildə ürək çatışmazlığı səbəbindən ölmüşdür. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Tovuz rayon AİK-nin 17 sentyabr 1998-ci il tarixli 24 nömrəli qərarı ilə X7, X13, Cavabdeh1, X17, X20, X18, X21 və X4 0,05 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində JN 1148A saylı Torpağın mükiyyətə verilməsinə dair Şəhadətnamə ilə qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi şəhadətnamədə qeyd olunan şəxslərin ümumi mülkiyyətində olmaqla, hər birinin 1/8 hissədə payları vardır. Torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi barədə X6 adına qeydiyyat vəsiqəsi verilmişdir. Həmin evin texniki pasportunun surətindən göründüyü kimi fərdi yaşayış evi 1980-cı ildə tikilmişdir. X19 ilə X14 01 aprel 1960-cı ildə nikah qeydiyyatından keçmişlər, onların birgə nikahlarından İbrahim, Zenfira, Aybəniz, Bəylər, Mehriban, Zəkiyyə və Rüfət adlı uşaqları anadan olmuşdur. Məcid Nağıyev 11 oktyabr 2002-ci ildə, Sücayət Nağıyeva isə 20 oktyabr 2014-cü ildə vəfat etmişdir. 25 yanvar 2017- ci il tarixdə həmin evə və torpaq sahəsinə birlikdə **********72-10301 reyestr nömrəli çıxarış verilmiş, həmin çıxarışa əsasən, yaşayış evi tam olaraq X6, torpaq sahəsi isə X6, X8, Cavabdeh1, X10, X15, X11, X16 və X2 ümumi birgə mülkiyyət kimi göstərilmişdir. İş üzrə tərəflərdən mirasın qəbulu və ya da mirasın qəbulundan imtina barədə qanunla müəyyən olunmuş qaydada və müddətdə notariat kontoruna heç biri ərizə verməmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında mübahisə olduğundan miras mülkdən paylar məhkəmə qaydasında bölünməlidir. İşdə olan vəsiyyətnamə ilə müəyyən olunur ki, mərhum X8 adına olan mülkü oğlu İddiaçı2 vəsiyyət etmişdir. Mərhumun vəsiyyət etdiyi mülk **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsinin 1/8 hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ½ hissəsi daxildir. Ona görə də mirasın həmin hissəsində vəsiyyətnamə üzrə İddiaçı2 payı müəyyən olunmalıdır. Evin digər ikidə bir hissəsində, həmçinin torpaq sahəsinin səkkizdə bir hissəsində mirası faktiki idarə etmiş hər üç vərəsənin bərabər payları müəyyən olunmalıdır. Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsindən mərhum X9 aid 1/8 hissəsindən İddiaçı2 4/48 hissə, İddiaçı1 1/48 hissə, Cavabdeh1 1/48 hissə payı müəyyən edilməlidir. X1 aid 1/8 hissədən vərəsələrdən hər birinə bərabər olmaqla 1/24 hissə payları müəyyən edilməlidir. Ümumilikdə torpaq sahəsinin İddiaçı2 bütövlükdə 6/48 hissə, İddiaçı1 3/48 hissə, Cavabdeh1 3/48 hissə payı müəyyən olunmalıdır. Miras qalmış evə aid hissədə mərhum X9 aid hissədən İddiaçı2 2/8 hissə, İddiaçı1 1/8 hissə, Cavabdeh1 1/8 hissə payı müəyyən olunmalıdır. Yaşayış evinin X1 aid ½ hissəsindən vərəsələrin hər birinin 1/3 hissə, ümumi əmlakın 1/6 hissədə payları müəyyən olunmalıdır. Ümumilikdə evə aid hissədən İddiaçı2 10/24 hissə, İddiaçı1 7/24 hissə və Cavabdeh1 7/24 hissə payı müəyyən olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticəsi ilə razılaşmır. Belə ki, X6 11 oktyabr 2002-ci ildə vəfat etməsindən sonra Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsinin 1/8 hissəsinin və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin miras qalması, həmçinin mərhumun 8 nəfər (arvadı və 7 uşağı) birinci növbədə qanun üzrə vərəsələrinin olması, onlardan heç birinin mirasın qəbulundan qanunla müəyyən edilmiş qaydada imtina etməməsi, yəni mirası qəbul etmələri, daha sonra mülkiyyətçilərdən X8 özünə məxsus olan əmlakı oğlu - İddiaçı2 vəsiyyət etməsi, X8 20 oktyabr 2014-cü ildə vəfat etməsi, sonuncunun vəfatından sonra onun uşaqlarının mirasın qəbulundan imtina etməmələri mülki qanunvericiliyin aşağıda istinad olunacaq normalarına əsasən işin mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, mərhum X6 11 oktyabr 2002-ci ildə və X8 20 oktyabr 2014-cü ildə vəfat etməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından, mübahisəyə xx.xx.2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 1133-cü maddəsinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1193. Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1256-ci maddəsinsə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, hazırkı iş üzrə tərəflər mərhumların qanun üzrə birinci növbə vərəsələridir. Mübahisə olunan miras mülklə bağlı İddiaçı2 adına vəsiyyətnamə olduğundan və vərəsələr qanunla müəyyən edilmiş müddətə mirasdan imtina barədə notariat orqanına ərizə vermədiyindən miras mülk həm vəsiyyətnamə üzrə, həm də qanun üzrə bölünməlidir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticəsi qanuni olmamış, mübahisənin maddi-hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Ona görə də, Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)- 1405/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, mərhum X14 və X5 miras qalmış Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsinin 1/8 hissəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi üzərində vərəsələrin miras payları aşağıdakı qaydada müəyyən edilməlidir: - Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən X7 aid ½ hissədən X8 9/16 hissədə, iddiaçılar İddiaçı2 1/16 hissədə, İddiaçı1 1/16 hissədə, cavabdehlər Cavabdeh1 1/16 hissədə, Cavabdeh2 1/16 hissədə, Cavabdeh3 1/16 hissədə, Cavabdeh4 1/16 hissədə və Cavabdeh5 1/16 hissədə; -Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsinin X7 aid 1/8 hissədən X8 9/64 hissədə, iddiaçılar İddiaçı1 1/64 hissədə, İddiaçı2 1/64 hissədə, cavabdehlər Cavabdeh1 1/64 hissədə, Cavabdeh2 1/64 hissədə, Cavabdeh3 1/64 hissədə, Cavabdeh4 1/64 hissədə və Cavabdeh5 1/64 hissədə; -Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən X8 9/16 hissədən İddiaçı2 72/224 hissədə, bütövlükdə 86/224 hissədə, İddiaçı1 14/224 hissədə, bütövlükdə 23/224 hissədə, cavabdehlər Cavabdeh1 14/224 hissədə, bütövlükdə 23/224 hissədə, Cavabdeh2 14/224 hissədə, bütövlükdə 23/224 hissədə, Cavabdeh3 14/224 hissədə, bütövlükdə 23/224 hissədə, Cavabdeh4 14/224 hissədə, bütövlükdə 23/224 hissədə və Cavabdeh5 14/224 hissədə, bütövlükdə 23/224 hissədə; -Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsinin X9 aid 1/8 hissədən iddiaçılar İddiaçı1 9/896 hissədə, bütövlükdə 135/896 hissədə, İddiaçı2 72/896 hissədə, bütövlükdə 86/896 hissədə, cavabdehlər Cavabdeh1 9/896 hissədə, bütövlükdə 135/896 hissədə, Cavabdeh2 9/896 hissədə, bütövlükdə 23/896 hissədə, Cavabdeh3 9/896 hissədə, bütövlükdə 23/896 hissədə, Cavabdeh4 9/896 hissədə, bütövlükdə 23/896 hissədə və Cavabdeh5 9/896 hissədə, bütövlükdə 23/896 hissədə. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilərək X14 və X5 miras qalmış Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72- 10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən vəsiyyət üzrə və qanun üzrə vərəsələrə çatan paylar yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0 və 384.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(062)-1405/2023 saylı qətnaməsi tamamilə ləğv edilsin, yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən X7 aid ½ hissədən X8 9/16 hissədə, iddiaçılar İddiaçı2 1/16 hissədə, İddiaçı1 1/16 hissədə, cavabdehlər Cavabdeh1 1/16 hissədə, Cavabdeh2 1/16 hissədə, Cavabdeh3 1/16 hissədə, Cavabdeh4 1/16 hissədə və Cavabdeh5 1/16 hissədə; Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsinin X7 aid 1/8 hissədən X8 9/64 hissədə, iddiaçılar İddiaçı1 1/64 hissədə, İddiaçı2 1/64 hissədə, cavabdehlər Cavabdeh1 1/64 hissədə, Cavabdeh2 1/64 hissədə, Cavabdeh3 1/64 hissədə, Cavabdeh4 1/64 hissədə və Cavabdeh5 1/64 hissədə; Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən X9 aid 9/16 hissədən İddiaçı2 72/224 hissədə, bütövlükdə 86/224 hissədə, İddiaçı1 14/224 hissədə, bütövlükdə 23/224 hissədə, cavabdehlər Cavabdeh1 14/224 hissədə, bütövlükdə 23/224 hissədə, Cavabdeh2 14/224 hissədə, bütövlükdə 23/224 hissədə, Cavabdeh3 14/224 hissədə, bütövlükdə 23/224 hissədə, Cavabdeh4 14/224 hissədə, bütövlükdə 23/224 hissədə və Cavabdeh5 14/224 hissədə, bütövlükdə 23/224 hissədə; Tovuz rayonu Abulbəyli kəndində yerləşən **********72-10301 reyestr nömrəli çıxarışda göstərilən 0,05 ha torpaq sahəsinin X9 aid 1/8 hissədən iddiaçılar İddiaçı1 9/896 hissədə, bütövlükdə 135/896 hissədə, İddiaçı2 72/896 hissədə, bütövlükdə 86/896 hissədə, cavabdehlər Cavabdeh1 9/896 hissədə, bütövlükdə 135/896 hissədə, Cavabdeh2 9/896 hissədə, bütövlükdə 23/896 hissədə, Cavabdeh3 9/896 hissədə, bütövlükdə 23/896 hissədə, Cavabdeh4 9/896 hissədə, bütövlükdə 23/896 hissədə və Cavabdeh5 9/896 hissədə, bütövlükdə 23/896 hissədə payları müəyyən olunsun. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar