Məhkəmə qərarları › İş №2(104)-1543/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1543/2023

14.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1543/2023 14.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu, Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə Abdullayev Ömər Telman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(030)-64/2023 saylı qətnaməsindən Ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, hüquq müəyyənedici sənəd olan Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 nömrəli qərarı ilə JN0-271C saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin və “JN-284 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının Ərizəçi və X57 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daşkəsən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(030)-64/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) ərizənin təmin edilməməsi qət edilmişdir. Ərizəçi apellyasiya şikayəti verərək Daşkəsən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(030)-64/2023 saylı qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1957-ci il tarixdə Ermənistanın Vardenis rayonunda doğulmuşdur. Hal-hazırda Daşkəsən rayonu Bayan kəndində yaşayır. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli, 16 nömrəli qərarı ilə JN-271 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında ona və ailə üzvlərinə 0.04 ha həyatyanı torpaq sahəsi və JN-284 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasənda 1.57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Hazırda həmin şəhadətnamə və Dövlət Aktı ilə verilmiş torpaq sahəsini və torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini adına sənədləşdirmək istəyir. Bununla bağlı o, sənədlərini toplayan zaman məlum olmuşdur ki, həmin Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədində və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında onun ata adı Musa, X112 isə X8 yazılmışdır. Buna baxmayaraq, ata adı Müsü, yoldaşının isə X58r. Bu uyğunsuzluğa görə həmin şəhadətnamə əsasında hüquqlarının həyata keçirilməsində müəyyən manelər yananır. Bununla əlaqədar DƏDKR-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etsə də, ona bununla bağlı imtina verilmişdir. Bu səbəbdən hüquq müəyyənedici sənəd olan həmin Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinin və Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının onlara, yəni Ərizəçi və X57 məxsus olması faktının müəyyən edilməsini istəyir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin həmin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən bir sıra halları araşdırmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, JN-271 saylı “Torpağın mülkiyyət verilməsinə dair şəhadətnamə” torpaq islahatının aparılması ilə bağlı Bayan kənd yerli islahat komissiyasının 13 noyabr 1998-ci il tarixli 18 nömrəli qərarı və həmin qərarın təsdiq olunması üçün verilmiş Rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 nömrəli qərarı ləğv edilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, JN-284 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə verilmiş 1.57 ha torpaq sahəsinə dair arxiv sənədlərindən görünür ki, 22 aprel 2004-cü ildə Daşkəsən rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Daşkəsən rayonunun Bayan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlində Ərizəçi Musa oğlu, X85, X9 Aqil Nəriman oğlu və X113 284 nömrəli Dövlət Aktına əsasən 0.12 ha torpaq sahəsi verildiyi qeyd edilmişdir. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli 2-126,xx.xx.2005-ci il tarixli, 2-3saylı qətnamələrinə əsasən Daşkəsən rayonu Bayan kənd sakinləri Ərizəçi Musa oğlu, X85, X136, X155 və X86 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Bayan kəndi ərazisindən 1.57 ha torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Digər tərəfdən qeyd edilən torpaq sahəsinin ayrılması ilə bağlı qətnamələrdə torpaq sahəsinin ayrıldığı qeyd edilsə də, həmin qətnamələrdə Ərizəçi Musa oğluna torpaq sahəsinin ayrılması barədə heç bir qeydin olunmadığı göstərilmişdir. Məhkəmə qeyd olunan torpaq sahəsi ilə bağlı bəzi məqamlara toxunmağı unutmuşdur. Belə ki, həmin torpaq sahələri ilə bağlı xx.xx.2019-cu il tarixli, ********** və xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış alınmışdır. Yəni məhkəmədən hüquq müəyyənedici sənəd olan Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 nömrəli qərarı ilə JN-271C saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə sənədinin və JN-284 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının Ərizəçi və X57 məxsus olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DƏDKR-in 3 saylı Gəncə Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Ərizəçi şikayətinin dəlillərini müdafiə edib həmin şikayətin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilib qətnamənin ləğv edilməsini və ərizəsinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları ilə bağlı məruzəçi hakimi və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası ərizəçinin tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-in 305.1 və 305.1.1-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə və digər işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi 10 aprel 1957-ci ildə Ermənistan SSR Basarkeçər rayonunun Azad kəndində anadan olmuşdur. X27, anası X114r. Bu barədə Ermənistan SSR Basarkeçər rayonu VVAQ şöbəsində 17 aprel 1957-ci il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X87 25 fevral 1960-cı ildə Ermənistan SSR Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. X43, anası X4r. Bu barədə Ermənistan SSR Basarkeçər rayonu Zod kənd sovetində 25 fevral 1960-cı il tarixdə 42 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi ilə X87 arasında 15 mart 1979-cu ildə nikah bağlanmış və Ermənistan SSR Vardenis rayonu Zod kənd sovetində 18 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Əzizova” soyadı verilmişdir. İşə əlavə olunmuş “Doğum haqqında şəhadətnamə”nin təsdiq edilmiş surətindən görünür ki, X155 05 fevral 1982-ci ildə Ermənistan SSR Basarkeçər rayonunun Azad kəndində anadan olmuşdur. Atası Ərizəçi, anası X59r. Bu barədə Ermənistan SSR Basarkeçər rayonu Zod kənd sovetində 29 iyul 1982-cü il tarixdə 107 nömrə ilə qeyd edilmişdir. İşə əlavə olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” JN – 271C Seriyalı KOD 50600028 olan Şəhadətnamənin surətindən görünür ki, Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə Daşkəsən rayonu Bayan kənd sakinləri Ərizəçi Musa oğlunun, X28, X60, X88 və X86 birgə mülkiyyətinə Daşkəsən rayonu Bayan kəndi ərazisindən 0,04 ha həyətyanı torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş “Torpağa mülkiyyət hüququna dair” JN – 284 Seriyalı KOD 50600028 olan Dövlət Aktının surətindən görünür ki, Daşkəsən Rayon Məhkəməsinin 25 noyabr 2004-cü il tariuxli 2-126, 15 may 2005-ci il tarixli 2-5/2-6 və 29 aprel 2005-ci il tarixli 2-3 saylı qətnamələrinə əsasən Daşkəsən rayonu Bayan kənd sakinləri Ərizəçi Musa oğlunun, X28, X60, X88 və X86 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Bayan kəndi ərazisindən 1,57 ha pay torpaq sahəsi verilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 29 aprel 2005-ci il tarixli 2-3/2005 saylı qətnaməsinin surətindən görünür ki, iddia əsaslı olduğundan təmin edilmiş, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-çi il tarixli 16 saylı qərarla Daşkəsən rayon Bayan kənd sakinləri X89 JN-131 saylı, X29 JN-126 saylı, X115 JN-225 saylı, X157 JN-224 saylı, X30 JN-143 saylı, X10 JN-246 saylı, X90 JN-111 saylı, X116 JN- 199 saylı, X11 JN-248 saylı, X12 JN-0053 saylı, X138 JN-0016 saylı, X61 JN-0052 saylı, X158 JN-371 saylı, X176 JN-370 saylı, X139 JN-162 saylı, X31 JN-161 saylı, X62 JN- 0017 saylı, X91 JN-160 saylı, X44 JN-181 saylı, X117 JN-204 saylı, X118 JN-205 saylı, X140 JN-373 saylı, X92 JN-236 saylı, X93 JN-442 saylı, X32 JN-449 saylı, X94 JN-0017 saylı, X61 JN-0052 saylı, X19 JN-0053 saylı, X159 JN-0165 saylı, X33 JN-0119 saylı, X45 JN-241 saylı, X176 JN-320 saylı pay torpaq sahəsinin verilməsi barədə Daşkəsən rayon AİK-nın 24 dekabr 1998-çi il tarixli 16 saylı qərarı ilə verilmiş Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları etibarsız hesab edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 12 may 2005-ci il tarixli 2-7\2005 saylı qətnaməsinin surətindən görünür ki, iddia əsaslı olduğundan təmin edilmiş, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-çi il tarixli 16 saylı qərarla verilmiş Daşkəsən rayon Bayan kənd sakinləri X34 JN-028 saylı, X95 JN-039 saylı, X13 JN-042 saylı, X14 JN-068 saylı, X5 JN-097 saylı, X63 JN-109 saylı, X20 JN-117 saylı, X64 JN-118 saylı, X35 JN-120 saylı, X46 JN-172 saylı, X36 JN-179 saylı, X21 JN-209 saylı, X65 JN-234, X141 JN-244 saylı, X66 JN-249 saylı, X67 JN-251 saylı, X68 JN-252 saylı, X47 JN-325 saylı, X119 JN-355 saylı, X69 JN-356 saylı, X70 JN-360 saylı, X48 JN-363 saylı, X96 JN-366 saylı, X120 JN-367 saylı, X121 JN-369 saylı, X142 JN-377 saylı, X49 JN-378 saylı, X37 JN-454 saylı və X15 JN-457 saylı pay torpaq sahəsinin verilməsi barədə Daşkəsən rayon AİK-nın 24 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları etibarsız hesab edilməsi qət edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 12 may 2005-ci il tarixli 2-5\2005 saylı qətnaməsinin surətindən görünür ki, iddia əsaslı olduğundan təmin edilmiş, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-çi il tarixli 16 saylı qərarla verilmiş Daşkəsən rayon Bayan kənd sakinləri X71 JN-037 saylı, X72 JN-038 saylı, X122 JN-040 saylı, X50 JN-041 saylı, X6 JN-043 saylı, X38 JN-055 saylı, X73 JN-056 saylı, X51 JN-060 saylı, X97 JN-061 saylı, X123 JN-066 saylı, X98 JN-078 saylı, X99 JN-092 saylı, X74 JN-116 saylı, X75 JN-127 saylı, X16 JN-128 saylı, X39 JN-130 saylı, X22 JN-140 saylı, X100 JN-153 saylı, X143 JN-154 saylı, X76 JN-168 saylı, X52 JN-175 saylı, X77 JN- 176 saylı, X53 JN-178 saylı, X78 JN-195 saylı, X101 JN-213 saylı, X144 JN-218 saylı, X1 JN-228 saylı və X40 JN-245 saylı pay torpaq sahəsinin verilməsi barədə Daşkəsən rayon AİK-nın 24 dekabr 1998-çi il tarixli 16 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları etibarsız hesab edilmişdir. İşə əlavə olunmuş Daşkəsən Rayon Məhkəməsinin 12 may 2005-ci il tarixli 2-6\2005 saylı qətnaməsinin surətindən görünür ki, iddia əsaslı olduğundan təmin edilmiş, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 saylı qərarla verilmiş Daşkəsən rayon Bayan kənd sakinləri X102 JN-253 saylı, X23 JN-303 saylı, X54 JN-324 saylı, X24 JN-328 saylı, X7 JN-329 saylı, X25 JN-330 saylı, X17 JN-331 saylı, X26 JN-337 saylı, X79 JN-338 saylı, X41 JN-339 saylı, X160 JN-340 saylı, X145 JN-343 saylı, X177 JN-344 saylı, X18 JN-349 saylı, X146 JN-350 saylı, X124 JN-352 saylı, X2 JN-353 saylı, X103 JN-354 saylı, X55 JN-365 saylı, X80 JN-368 saylı, X161 JN-372 saylı, X125 JN-381 saylı, X56 JN-448 saylı, X42 JN-468 saylı və X104 JN-243 saylı pay torpaq sahəsinin verilməsi barədə Daşkəsən rayon AİK-nın 24 dekabr 1998-çi il tarixli 16 saylı qərarı ilə Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktları etibarsız hesab edilmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 27 iyun 2000-ci il tarixli 6 nömrəli İclas protokolunun surətindən görünür ki, Bayan kəndində torpaq islahatının aparılması ilə bağlı Bayan kənd X252 komissiyasının 13 noyabr 1998-ci il tarixli 18 nömrəli qərarı və həmin qərarın təsdiq olunması üçün verilmiş Rayon Aqrar İslahat komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 nömrəli qərarı ləğv edilmişdir. İşə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Ərizəçi adına qeydiyyata alınmış 13 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən 0,7952 ha torpaq sahəsnin 1/5 hissəsi X28, 1/5 hissəsi X60, 1/5 hissəsi X86 və 2/5 hissəsi Ərizəçi adına Daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 08 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Ərizəçi adına qeydiyyata alınmış 29 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən 0,77 ha torpaq sahəsnin 1/5 hissəsi X28, 1/5 hissəsi X60, 1/5 hissəsi X86 və 2/5 hissəsi Ərizəçi adına Daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 24 oktyabr 2022-ci il tarixli **********85 nömrəli bildirişdən görünür ki, Ərizəçi mülkiyyətçilərin adına olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı müvafiq sənədin müraciətə əlavə edilmədiyi müəyən edilmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-2.4-cü maddəsinin müddəalarına əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. İşə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 29 dekabr 2022-ci il tarixli **********90 nömrəli məktubdan görünür ki, 3 saylı Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Daşkəsən rayonu bayan kəndində yerləşən 1,57 ha torpaq sahəsinə dair JN-284, KOD 50600028 saylı “Torpağa mülkiyyət hüququna dair” X261 Nəriman Musa oğlu, X85, X136 və X88 adlarına işlənmişdir. Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-3159 reyestr nömrəli daşınmaz əmalkın bağışlanma müqaviləsinə əsasən, X3 rayonu Bayan kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan ümümi sahəsi 1,57 ha torpaq sahəsinin özünə məxsus hissəsini Ərizəçi Musa oğluna bağışlamışdır. Həmin müqavilə üzrə Dövlət Aktında göstərilmiş 0,7952 ha olan konturuna dair paylı mülkiyyət hüququ üzrə 1/5 hissədə X28, 1/5 hissədə X81, 1/5 hissədə X86 və 2/5 hissədə X82 adlarına qeydiyyata alınaraq **********86 reyestr nömrəli Çıxarış və Dövlət aktında göstərilən 0,77 ha olan konturuna dair paylı mülkiyyət hüququ üzrə 1/5 hissədə X28, 1/5 hissədə X60, 1/5 hissədə X86 və 2/5 hissədə Ərizəçi adlarına qeydiyyata alınaraq **********987 reyestr nömrəli Çıxarış veirlmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən Daşkəsən rayonu bayan kəndində yerləşən torpaq sahəsinə dair JN- 271C seriyalı KOD 50600028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin saylı nüsxəsi Ərazi İdarəsinə təhvil verilməmişdir. Sözügedən JN-271C seriaylı KOD 50600028 saylı şəhadətnamə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin qeydiyyat kitabında, elektron baza (DBF və DWJ) məlumatlarında öz əksini tapmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-271C seriyalı KOD 50600028 saylı şəhadətnamənin ləğv edilməsi barədə 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat daxil olmamışdır. İşə əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” publik hüquqi şəxsi “Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi” Məhdud Nəsuliyyətli Cəmiyyətinin 24 yanvar 2023-cü il tarixli 3-21-3-60/2-172/2023 nömrəli arxivdə saxlanılan sənədin təqdim edilməsi barədə məktubdan görünür ki, 22 aprel 2004-cü ildə Daşkəsən rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Daşkəsən rayonunun Bayan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlində Ərizəçi Musa oğlu, X85, X136, X155 və X113 284 nömrəli Dövlət Aktına əsasən 0,12 ha torpaq sahəsi, həmçinin 271 nömərli KOD 50600028 Dövlət Aktı ilə Ərizəçi Musa oğlu, X105, X136, X155 və X113 0,12 ha torpaq sahəsi verildiyi qeyd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə göründüyü kimi, Azərbaycan Respublikası Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 27 iyun 2000-ci il tarixli 6 nömrəli İclas protokolu ilə Bayan kəndində torpaq islahatının aparılması ilə bağlı Bayan kənd X252 komissiyasının 13 noyabr 1998-ci il tarixli 18 nömrəli qərarı və həmin qərarın təsdiq olunması üçün verilmiş Rayon Aqrar İslahat komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 nömrəli qərarı ləğv edilmişdir. Məhkəmə ərizənin Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 nömrəli qərarı ilə JN0- 271C saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi və X57 məxsus olması faktının müəyyən edilməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, ərizəçi Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə Ərizəçi Musa oğlunun, X28, X60, X88 və X86 birgə mülkiyyətinə Daşkəsən rayonu Bayan kəndi ərazisindən 0,04 ha həyətyanı torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə dair” JN-271C seriyalı KOD 50600028 olan Şəhadətnamənin ona məxsus olunmasını xahiş etmiş, lakin Azərbaycan Respublikası Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 27 iyun 2000-ci il tarixli 6 nömrəli İclas prokolu ilə Bayan kəndində torpaq islahatının aparılması ilə bağlı Bayan kənd X252 komissiyasının 13 noyabr 1998-ci il tarixli 18 nömrəli qərarı və həmin qərarın təsdiq olunması üçün verilmiş Rayon Aqrar İslahat komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 nömrəli qərarı ləğv edilmişdir. Ona görə də iddia tələbi qeyd edilən hissədə əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda məhkəmə, ərizənin JN-284 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının Ərizəçi və X57 məxsus olması faktının müəyyən edilməsinə dair hissə ilə bağlı qeyd edir ki, Ərizəçi JN-284 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı ilə ona verilmiş 1,57 ah torpaq sahəsinin ona məxsus olmasını xahiş etsə də, arxiv sənədindən görünür ki, 22 aprel 2004-cü ildə Daşkəsən rayon Aqrar İslahat Komissiyası tərəfindən təsdiq edilmiş Daşkəsən rayonunun Bayan kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlində Ərizəçi Musa oğlu, X85, X136, X155 və X113 284 nömrəli Dövlət Aktına əsasən 0,12 ha torpaq sahəsi verildiyi qeyd edilmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş “Torpağa Mülkiyyət Hüququna dair” JN-0284 seriyalı KOD 50600028 olan Dövlət Aktı əsasında torpaq sahəsinin verilməsinə Daşkəsən Rayon Məhkəməsinin 25 noyabr 2004-cü il tarixli 2-126, 15 may 2005-ci il tarixli 2-5/2-6 və 29 aprel 2005-ci il tarixli 2-3 saylı qətnamələrinə əsasən Daşkəsən rayonu Bayan kənd sakinləri Ərizəçi Musa oğlunun, X28, X60, X88 və X86 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Bayan kəndi ərazisindən 1,57 ha pay torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Digər tərəfdən “Torpağa Mülkiyyət Hüququna dair” JN-0284 seriyalı KOD 50600028 olan X217 Nəriman Musa oğluna 1,57 ha torpaq sahəsinin ayrılması ilə bağlı Daşkəsən Rayon Məhkəməsinin 25 noyabr 2004-cü il tarixli 2-126, 15 may 2005-ci il tarixli 2-5/2-6 və 29 aprel 2005-ci il tarixli 2-3 saylı qətnamələrinə əsasən torpaq sahəsi ayrıldığı qeyd edilsə də, həmin qətnamələrdə Ərizəçi torpaq sahəsinin ayrılması barədə heç bir qeyd yoxdur. Bu baxımdan tələb həmin hissədə də, əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 saylı qərarı ilə Ərizəçi Musa oğlu, X85, X136, X155 və X86 birgə mülkiyyətinə Daşkəsən rayonu Bayan kəndi ərazisindən 0,04 ha həyətyanı torpaq sahəsinə “Torpağın mülkiyyətə verilməsinə” dair JN-271C seriyalı KOD 50600028 olan şəhadətnamə və Daşkəsən Rayon Məhkəməsinin 25 noyabr 2004-cü il tarixli 2-126, 15 may 2005-ci il tarixli 2-5/2-6 və 29 aprel 2005-ci il tarixli 2-3 saylı qətnamələrinə əsasən Daşkəsən rayonu Bayan kənd sakinləri Ərizəçi Musa oğlunun, X28, X60, X88 və X86 birgə paylı mülkiyyətinə Daşkəsən rayonu Bayan kəndi ərazisindən 1,57 ha pay torpaq sahəsi verilmiş və bu barədə “Torpağın mülkiyyət hüququna dair” JN-0284 seriyalı KOD 50600028 olan Dövlət Aktı verilmişdir. ********** qeydiyyat nömrəli, **********86 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən 0,7952 ha torpaq sahəsnin 1/5 hissəsi X28, 1/5 hissəsi X60, 1/5 hissəsi X86 və 2/5 hissəsi Ərizəçi adına Daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 08 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə Ərizəçi adına qeydiyyata alınmış 29 noyabr 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********87 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Bayan kəndi ərazisində yerləşən 0,77 ha torpaq sahəsnin 1/5 hissəsi X28, 1/5 hissəsi X60, 1/5 hissəsi X86 və 2/5 hissəsi Ərizəçi adına Daşınmaz əmlakın dövlət reyestrində 47 nömrəli reyestr kitabının 36 nömrəli vərəqində qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 24 oktyabr 2022-ci il tarixli **********85 nömrəli bildirişdən görünür ki, Ərizəçi mülkiyyətçilərin adına olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı müvafiq sənədin müraciətə əlavə edilmədiyi müəyən edilmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin 29 dekabr 2022-ci il tarixli **********90 nömrəli məktubdan görünür ki, 3 saylı Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara və arxiv materiallarına əsasən Daşkəsən rayonu bayan kəndində yerləşən 1,57 ha torpaq sahəsinə dair JN-284, KOD 50600028 saylı “Torpağa mülkiyyət hüququna dair” X261 Nəriman Musa oğlu, X85, X136 və X88 adlarına işlənmişdir. Gəncə “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin xx.xx.2019-cu il tarixli, 4Ə-3159 reyestr nömrəli daşınmaz əmalkın bağışlanma müqaviləsinə əsasən, X3 rayonu Bayan kəndində yerləşən ümumi birgə mülkiyyətdə olan ümümi sahəsi 1,57 ha torpaq sahəsinin özünə məxsus hissəsini X106 bağışlamışdır. Həmin müqavilə üzrə Dövlət Aktında göstərilmiş 0,7952 ha olan konturuna dair paylı mülkiyyət hüququ üzrə 1/5 hissədə X28, 1/5 hissədə X81, 1/5 hissədə X86 və 2/5 hissədə X82 adlarına qeydiyyata alınaraq **********86 reyestr nömrəli Çıxarış və Dövlət aktında göstərilən 0,77 ha olan konturuna dair paylı mülkiyyət hüququ üzrə 1/5 hissədə X28, 1/5 hissədə X60, 1/5 hissədə X86 və 2/5 hissədə Ərizəçi adlarına qeydiyyata alınaraq **********987 reyestr nömrəli Çıxarış verilmişdir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Daşkəsən rayon şöbəsi tərəfindən Daşkəsən rayonu Bayan kəndində yerləşən torpaq sahəsinə dair JN-271C seriyalı KOD 50600028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin saylı nüsxəsi Ərazi İdarəsinə təhvil verilməmişdir. Sözügedən JN-271C seriaylı KOD 50600028 saylı şəhadətnamə “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamələrin qeydiyyat kitabında, elektron baza (DBF və DWJ) məlumatlarında öz əksini tapmışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-271C seriyalı KOD 50600028 saylı şəhadətnamənin ləğv edilməsi barədə 3 saylı Gəncə Ərazi İdarəsinə məlumat daxil olmamışdır Kollegiya qeyd edir ki, ərizəçinin bu kimi ərizə ilə məhkəməyə müraciət etməsinin səbəbi ona və ailə üzvlərinə məxsus hüquqmüəyyənedici sənəd olan Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 nömrəli qərarı ilə verilmiş JN- 271C saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə və JN-284 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında adlarının “Ərizəçi” və “X112” kimi göstərilməsi əvəzinə yanlış olaraq “Ərizəçi Musa oğlu” və X85” kimi göstərilməsi olmuş, ona görə də həmin hüquqmüəyyənedici sənədlərin onlara aid hissələrdə Ərizəçi və X57 məxsus olması faktının müəyyən edilməsini xahiş etmişdir. Qeyd olunan ünvanlardakı həyətyanı və pay torpaq sahələrinin faktiki olaraq onlara məxsus olması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin işdəki məktubları ilə təsdiq olunur. Odur ki, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-in 385.1.4-cü maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası qeyd edir ki, Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 nömrəli qərarı ilə JN-271C saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-284 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın “Ərizəçi Musa oğlu” və “X85”na məxus olan hissələrdə Ərizəçi və X57 məxsus olması iş materialları ilə öz təsdiqini tapdığından, birinci instansiya məhkəməsi ərizəni təmin etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-in 217.3-cı maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olnmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğuna görə təmin edilərək qətnamə ləğv edilməli və yeni qətnamə çıxarılaraq ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 372-376, 378-382, 384.0.2, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Daşkəsən Rayon Məhkəməsinin 15 mart 2023-cü il tarixli, 2(030)-64/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. Daşkəsən rayon Aqrar İslahat Komissiyasının 24 dekabr 1998-ci il tarixli 16 nömrəli qərarı ilə JN-271C saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin və JN-284 saylı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın “Ərizəçi Musa oğlu”na və “X85”na məxus olan hissələrdə “Ərizəçi”na və “X112”na məxsus olması faktı müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar