Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1548/2023 16.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər:əqdin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı1 və onun vəkili X9 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsi və onun əasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2*23-cü il tarixli 2(125)-973/2*23 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə *7 avqust 2*23-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *5 iyul 2*22-ci il tarixli, 2-1(1*2)-1128/2*22 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər Gəncə Şəhər İcra Hakimiyyəti, İddiaçı1 və İddiaçı2) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, Gəncə İnzibati Məhkəməsinin *8 iyun 2*2*-ci il tarixli 2-1(114)-931/2*2* nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*4)-627/2*2* saylı 22 sentyabr 2*2*-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin *8 iyun 2*2*-ci il tarixli 2-1(114)-931/2*2* nömrəli qərarı ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmənin 2* oktyabr 2*2*-ci il tarixli qərardadı ilə Gəncə Şəhər İcra Hakimiyyəti, iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin *4 noyabr 2*2*-ci il tarixli, 2-1(114)-2*56/2*2* nömrəli qərarı ilə iddia təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Məhkəmə prosesinə cəlb edilməmiş İddiaçı2 və X7 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *9 iyul 2*21-ci il tarixli 2-1(1*4)-576/2*21 nömrəli qərarı ilə inzibati iş baxışdan çıxarılaraq sonrakı prosessual hərəkətlərin edilməsi üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmənin 1* avqust 2*21-ci il tarixli qərardadı ilə İddiaçı1 və İddiaçı2 iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli, 2-1(114)-1732/2*21 nömrəli qərarı ilə iddia təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli, 2-1(114)-1732/2*21 mömrəli qərarından üçüncü şəxslər İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti vermişlər. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2*22-ci il tarixli, 2-1(1*4)-68/2*22 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli, 2-1(114)-1732/2*21 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul olunmaqla, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *5 iyul 2*22-ci il tarixli, 2-1(1*2)-1128/2*22 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1*4)-68/2*22 nömrəli, 28 fevral 2*22-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır;
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrdən 29 dekabr 2*2*-ci il tarixli 29 dekabr 2*2*-ci il tarixli 152**22765 nömrəli çıxarışın surətindən görünür ki, ünvan 7 Cavabdeh1 xüsusi mülkiyyətində olmuşdur.
3. Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanılmış 27 yanvar 2*21-ci il tarixli, AN-İ seriyalı, *9*8874 nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh1 Gəncə şəhəri, Nizmai rayonu, Məhərəsə bağı, ev 14 ünvanında yerləşən 3 nömrəli mənzili Cavabdeh2 satmışdır. 27 noyabr 2*2*-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 adından daşınmaz əmlakın alqı-satqı müqaviləsini X22 imza etmişdir.
4. Kirovabad şəhər X29 İcrayyə Komitəsinin 1* iyun 1975-ci il tarixli, 15 nömrəli iclas protokolundan çıxarışa əsasən, Kirovabad Şəhər Şurasının 26 yanvar 1971-ci il tarixli, 3 nömrəli qərarına əsasən, Məhrəsə bağı mikrorayonunda tikilmiş 9* mənzilli “Nizami” kooperativ evində 72 mənzilə dair kooperativ üzvlərinə orderlər verilməsi təsdiqlənmişdir. İcraedici komitə tərəfindən “Nizami” tikinti kooperativinin mənzil üzvlərindən X1* (bacıları X23 və X18) blok 1, mərtəbə 1, 3 nömrəli, üçotaqlı mənzil verilməsi qərara alınmışdır.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin *7 dekabr 2*22-ci il tarixli, 22332***9643 nömrəli məktubndan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 24 iyun 1991-ci il tarixli 5 nömrəli sərəncamı əsasında verilmiş *3 avqust 1992-ci il tarixli 1*3 nömrəli order, Gəncə şəhər İcra Hakimiyyəti MənzilKommunai Təsərrüfatı istehsalat X17 üzrə xidmət sahəsinin 19 mart 2*14-cü il tarixli, 72 nömrəli arayışına əsasən ünvan 1 ünvanında yerləşən 3 nömrəli mənzil (47,3 kv.m üç yaşayış otaqları, 25,4 kvm köməkçi sahə) X5 adına qeydiyyata alınmış və ona *7 iyun 2*14-cü il tarixli 1514**8254 qeydiyyat nömrəli, 2*1***271-*51*1-*93*6* reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2*19-cu il tarixli 2(*44)-2832/2*19 nömrəli qətnaməsi ilə “Nizami” Mənzil-Tikinti kooperativinə məxsus olmuş ünvan 1, blok 1, 3-cü mənzilə köçürülmə haqqında Gəncə şəhəri koooperativ mənzil-tikinti təsərrüfatı idarəsinin X8 adına verilmiş *3 avqust 1992-ci il tarixli 1*3 nömrəli Order və Gəncə şəhəri, Məhrəsə Bağı ev 14 3 mənzilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yannda 2 aşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən aparılmış X5 mülkiyyət hüququ haqda *7 iyun 2*14-cü il tarix 114**8254 nömrəli qeydiyyatı etibarsız hesab edilməsi, X8 hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən *4*1*15 nömrəli, *7 iyun 2*14-cü il tarixli Çıxarış və mənzilin inventarlaşdırılması haqqında *7 iyun 2*14-cü il tarixli, 4461 nömrəli texniki pasportun ləğv edilməsi qət edilmişdir. Gəncə şənəri Nizami Rayon Məhkəməsinin 21 oktyabr 2*19-cu il tarixii, 2(*44)-2832/2*19 nömrəli icra vərəqəsi və qətnaməsi icra edilərək X5 adına verilmiş *7 iyun 2*14-cü il tarixli, 1514**8254 qeydiyyat nömrəli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış və *7 iyun 2*14-cü il tarixli, 4461 nömrəli texniki pasport ləğv edilmişdir. Gəncə İnzibati Məhkəməsinin *4 noyabr 2*2*-ci il tarixli, 2-1(114)-2*56/2*2* nömrəli qərarı ilə Gəncə şəhəri Nizami rayonu Məhrəsə bağı 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmalkın dövlət reyestrində X3 adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyetsri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərar tərəflərindən icra edilərək Gəncə şəhəri, Nizami rayonu Məhrəsə bağı, 14 nömrəli binanın 3 nömrəli mənzilinə dair 29 dekabr 2*2*-ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 152**22765 qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhəri 2 saylı notariat ofisinin 27 yanvar 2*21-ci il tarixli, 4Ə-46 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X11 tərəfindən Cavabdeh2 satılmışdır, sonuncunun adına 19 fevral 2*21 ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 1521**6921 qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *9 iyui 2*21-ci il tarixii, 2-1(1*4)-576/2*21 nömrəli qərardadı ilə Gəncə inzibati Məhkəməsinin *4 noyabr 2*2*-ci il tarixli, 2-1(114)-2*56/2*2* nömrəli qərarından İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apelyasiya Məhkəməsinin icraatında olan iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi idarəsinə qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti) daşınmaz əmlak üzərində mülkiyyət nüquqlarımn dövlət reyestrində qeydiyyata alınması tələbinə dair inzibati iş baxışdan çıxarılması və sonrakı prosessual hərəkətlərin edilməsi üçün Gəncə inzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli 2-1(114)-1732/2*21 ıömrəli qərarı ilə Gəncə şəhəri, Nizami rayonu, Məhrəsə bağı. 14 nömrəli binanın 3 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınması, çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2*22cı il tarixli, 2-1(1*4)-68/2*22 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli, 2-1(114)-1732/2*21 nömrəli qərarından üçüncü şəxslər İddiaçı2 və Bİddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli, 2-1(114)-1732/2*21 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddiaçı Cavabdeh1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti, İddiaçı1 Ələsgı qızı və İddiaçı2) ünvan 2 ünvanında yerləşən kooperativ mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması və çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının *5 iyul 2*22-cı il tarixii, 2-1(1*2)-1128/2*22 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2*22-ci il tarixli, 2-1(1*4)- 63/2*22 saylı qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Qərar dəyişdirilmədən saxlanılmışdır;
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsi və onun əasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri 2 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş X11 ilə Cavabdeh2 arasında bağlanmış 27 yanvar 2*21-ci il tarixli, 4Ə-46 reyestr nömrəli alqı-satqı müqaviləsinin və onun əsasında Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri 19 fevral 2*21-ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 1521**6921 qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Gəncə şəhər XDS İK-nin 1* iyun 1975-ci il tarixli 15 nömrəli qərarı ilə X1* Gəncə şəhərində “Nizami” kooperativ binasından üç otaqlı mənzil ayrılması və həmin mənzilə order verilməsi qərara alınmışdır. Qərarda ailə üzvləri kimi X23 və X18 qeyd edilmişdir. Həmin qərara əsasən Gəncə şəhəri, Nizami rayonu, Mahrasa bağı 14 ünvanında yerləşən “ünvan 4əncə səhər XDS İK-nin 25 iyun 1975-ci il tarixli 53 nömrəli orderlə X1* verilmişdir. X24 13 sentyabr 2**5-ci il tarixdə ölmüşdür. Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tarixli 2-1(114)-1732/2*21 nömrəli qərarı ilə iddiaçı Cavabdeh1 ünvan 5 ünvanında yerləşən kooperativ mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilmişdir. İddiaçılar tərəfindən həmin qətnamədən apelyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin 28 fevral 2*22-ci il tarixli, 2-1(1*4)- 68/2*22 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin 16 sentyabr 2*21-ci il tartixli, 2-1(114)-1732/2*21 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmış, iddiaçı X3 cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətininn 3 saylı Gəncə Ərazi idarəsinə qarşı (üçüncü şəxslər Gəncə şəhər icra Hakimiyyəti, İddiaçı1 və İddiaçı2) ünvan 6 ünvanında yerləşən kooperativ mənzilin daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin *5 iyul 2*22-ci il tarixli 2-1(1*2)-1128/2*22 nömrəli qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin 28 fevral 2*22-ci il tarixli 2-1(1*4)-68/2*22 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İşə baxarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, kooperativ mənzil Gəncə şəhər XDS İK-nin 25 iyun 1975-ci il tarixli, 53 nömrəli orderi əsasında X19 adına qeydiyyatdan keçirilməli və vərəsələr arasında pay bölgüsü aparılmalıdır. Mənzilin X3 adına bütövlüklə verilməsi nəticəsində koopetariv mənzilin tikintisində iştirak etmiş digər vərəsələrin hüquqları pozulmuşdur. Həmçinin, X11 ilə X19 rəsmi nikahları olmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən Vəlieva Kifayətin iddiası təmin edildikdən sonra X3 adına 29 dekabr 2*2*-ci il tarixli, 2*1*11***271-*51*1- *93*6* reyestr nömrəli. 152**22765 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmiş və mənzil Gəncə səhəri 2 saylı notariat ofisinin 27 yanvar 2*21-ci il tarixli, 4Ə-46 reyestr nömrəli alsı-satqı müqaviləsinə əsasən, X11 tərəfindən Cavabdeh2 satılmış, eləcədə sonuncunun adına 19 fevral 2*21-ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 1521**6921 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Halbu ki, Babayev X14 Kifayətin qardaşının nəvəsidir və onunla birlikdə yaşayır. Göründüyü kimi, Vəliyevə Kifayətin adına verilmiş daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın hüquqi əsası ləğv edilsədə həmin mənzili özgəninkiləşdirilmişdir.
8. Cavabdeh2 nümayəndəsi və vəkili Elsevər Məmmədov iddiaya yazılıl etiraz vermiş və etirazı onunla əsaslandırmışdır ki, Cavabdeh1 adna 29 dekabr 2*2*- ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyest nömrəli, 152**22765 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən çıxarış verilmiş və mənzil Gəncə şəhəri 2 saylı notariat ofisinin 27 yanvar 2*21-ci il tarixli 4Ə-46 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh1 tərəfindən ona satılmış, eləcədə 19 fevral 2*21-ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 1521**6921 qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçılar *9 yanvar 2*23cü il tarixdə məhkəməyə müraciət etmişlər, yəni Cavabdeh2 evi alarkən mübahisədən məlumatı olmamışdır. Həmçinin bu halı təkzib edən sübütlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Digər tərəfdən iddiaçıların bu iddianı qaldırılması üçün subyektiv hüququ olub-olmaması məhkəmə tərəfindən araşdırılmalıdır. Hazırki iş üzrə Cavabdeh2 vicdanlı alıcı kimi çıxış etmiş və bu hüquq qanunveriliklə qorunan bir hüquqdur. İş üzrə cavabdehin vicdanlı alıcı olmaması və onun cavabdeh yaxın adamı olmasına münasibətdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14*-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına uyğun mübahisələndirilən daşınmaz əmlakın alıcısı olan cavabdeh vicdanlı əldə edən olmasını nəzərə almaqla, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, habelə cavabdehin adına olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunmasını əsassız hesab edir.
9. Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2*23-cü il tarixli 2(125)-973/2*23 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhər 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı müqavilənin və qeydin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilməsi qət olunmuşdur. 1*. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1*9.1, 1*9.4, 1*9.5, 112.4, 139.1, 139-1.1, 146.2, 146.2, 148.2, 149.2, 182.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 1133.1, 1133.2, 1145, 1151.1, 1159.1, 1246, 1248.1 maddələrinə, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216- 22*, 357-36*-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
11. İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunması və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, hazırki mübahisənin həlli zamanı vərəsəliyə aid normalrın tətbiq edilməsi və bunun əsasında nəticəyə gəlinməsi yolverilməzdir. X1 ölümündən sonra Cavabdeh1 onlara məxsus ünvan 7 ünvanda yaşamasına razılıq vermişlər, lakin sonuncu etibarlarından sui-istifadə edərək həmin mənzilə dair mülkiyyət hüququ əldə etsədə, yuxarı instansiya məhkəməsinin qərarı ilə ləğv olunmuşdur. Babayev X21 Vəliyevanın qardaşı nəvəsidir. Cavabdehlər arasında bağlanmış alqısatqı müqaviləsi uydurma əqdir və Kifayət Babayeva həmin evdə yaşayır. Halbu ki, Cavabdeh1 əmlaka dair sərəncam vermək hüququ olmamışdır. Beləki, Kifayət Babayevanın adına çıxarış və texniki pasportun verilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(1*2)-1128/2*22 nömrəli qərarı ilə təmin edilməmişdir. Lakin Cavabdeh1 vincdanlı alıcı görüntüsünü yaratmaq məqsədi ilə mənzili Cavabdeh2a satmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
14. 19 iyun 2*23-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı1 apellasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, kooperativ mənzilin pulunu əslində atası ödəmişdir. Lakin mənzilə order qardaşı Elxanın adına verilmiş ailə üzvü kimi də o və bacısı Rəna yazılmışdır. Atası 199*-cı ildə ölmüşdür. Kifayət qardaşı Elxanın qeyri rəsmi arvadı olmuşdur. Elxanın uşağı olmamışdır. Elxan öləndən sonra Kifayət mənzili qanunsuz olaraq adına keçirtmişdir. Mənzilə dair məhkəmədə mübahisə açılan ərəfədə isə, o, mənzili formal olaraq qardaşı nəvəsinə satmışdır
15. 19 iyun 2*23-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı2 da digər İddiaçı1 ilə eyni məzmunlu izahat vermişdir.
16. 24 iyul 2*23-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı1 izahatında bildirmişdir ki, Ramil Kifayətin qardaşı Tofiqin qız nəvəsidir. Ramilin anasının adı Veneradır. Kifayət hazırda həmin mənzildə yaşayır.
17. 24 iyul 2*23-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən İddiaçı2 da izahatında bacısı İddiaçı1 dediklərini təsdiq etmişdir.
18. Hazırki məhkəmə iclasında iştirak edən İddiaçı1 əvvəlki izahatlarına əlavəsinin olmadığını bildirmişdir.
19. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı2 və cavabdehlər məhkəmə iclasına gəlməmişlər.Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 2*. Maddə 14*. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
21. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
22. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
23. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
24. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
25. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
26. Maddə 337 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
27. Maddə 34*.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.
28. Maddə 567 Alqı-satqı müqaviləsinə görə, satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 3*. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.*.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
35. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
36. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
37. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
38. 367 MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 4*. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
41. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2*23-cü il tarixli 2(125)-973/2*23 nömrəli qətnaməsi ləğv olunmalı, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsi və onun əasında verilmiş çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia təmin edilməlidir.
42. İlk öncə məhkəmə kollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, əqdlər görünüşdə arzu edilən hüquqi nəticəni əmələ gətirən irdadə ifadələrini özündə əks etdirir. İradə ifadə olunmalı, yəni bəyan edilməli və müəyyən bir hüquqi nəticəyə yönəldilməlidir. Hüquq sistemi tərəfindən görünüşdə bu iradə ifadəsinə uyğun hüquqi nəticə bağlanmış olmalıdır. Beləliklə əqdlər arzu olunan hüquqi nəticəni əmələ gətirən iradə ifadəsi olduğuna görə, şəxsin birbaşa iradəsinin təşəkkülü ilə bağlı şərtlər də mahiyyəti etibarlilə ümumi etibarlılıq şərtlərinə daxildir. Bu baxımdan da etibarlı bir əqddən bəhs oluna bilinməsi üçün əqdi bağlayan şəxsin anlaqlı olması da lazımdır. Anlaqlılıq insanın şüurlu hərəkət edə bilmək qabiliyyətini ifadə edir. Nəticə etibarilə bir fiziki şəxsin bağladığı əqdin etibarlı hesab olunması mülki qanunvericilikdə həmin şəxsin fəaliyyət qabiliyyəti baxımından hansı kateqoriyaya aid hesab olunmasından və bağlanan əqdin bu kateqoriya üçün nəzərdə tutulmuş fəaliyyət qabiliyyəti şərtlərinə uyğun olmasından asılıdır. Beləliklə bütün növ əqdlər baxımından sadə yazılı şəkildən bəhs oluna bilinməsi üçün ən azı iki şərt tələb olunur: 1) iradə ifadəsinin yazılı olması 2) yazılı iradə ifadəsinin istinad olunan şəxs tərəfindən və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmasıdır. Mülki hüquq baxımından rəsmi şəkil və ya formaya əsasən notariuslar tərəfindən tərtib və ya təsdiq edilmə hallarında olur. Notariat və ya rəsmi forma iradə ifadəsinin xüsusi şəxslər tərəfindən deyil, hakimiyyət səlahiyyətini icra edən şəxs və ya orqan tərəfindən bu səlahiyyətlərin yerinə yetirilməsi məqsədilə edilməsi hallarına aiddir. Qeyd olunanlara əsasən əqd bağlayan şəxsin müvafiq fəaliyyət qabiliyyətinin olması, əqd mövzusu (predmeti) şəxsiyyətə zidd olmaması, əqdlər məcburi hüquq qaydalarına zidd olmamalı, əqdin mövzusu (predmeti) mümkünsüz olmamalı və əqdi əmələ gətirən iradə ifadələri zədəli olmamalıdır.
43. Eləcə də əqddən yalnız o halda bəhs etmək mümkündür ki, əqdi əmələ gətirən iradə ifadəsi, görünüş etibarilə hüquqi nəticəni gerçəkləşdirmək məqsədilə edilmiş olsun. İradə ifadəsi müəyyən bir hüquqi nəticəyə yönəlmiş olmalı, hansı hüquqi nəticəni əmələ gətirmək üçün edildiyi müəyyən edilə bilinmədiyi təqdirdə, əqd əmələ gəlmir. Qarşılıqlı bir-birinə uyğun iradə ifadələri nəticəsində əmələ gələn əqd növünə müqavilə deyilir. Əsas etibarı ilə müqavilələr fərqli mənafe və məqsədlərlə (məsələn biri satmaq digəri isə almaq) hərəkət edən şəxslər arasında müəyyən hüquqi nəticəni əmələ gətirmək üçün bağlanır. Müqavilə ikitərəfli əqd növüdür və bu anlayışı əmələ gətirən meyar öhdəlikdir. Əgər müqavilə üzrə tərəflərdən hər birinin öhdəliyi, sırf qarşı tərəfin öhdəliyinin yaranması əvəzində əmələ gəlirsə onda bu cür müqavilələrə tam ikitərəfli müqavilədir. Nəticə etibarilə qüvvədə olan mülki qanunvericiliyin tələblərinə əsasən müqavilə anlayışına və müqavilələrin bağlanılmasının ümumi şərt və əsaslarını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4*5-424-cü maddələri ilə tənzimlənən ümumi sistemə uyğun olaraq razılaşma ilə əmələ gələn bir əqd mahiyyətindədir.
44. Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2**4-cü il tarixli Qərarda Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur.
45. Əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.
46. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
47. Bundan əlavə Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2*21-ci il 2 aprel tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.
48. Yuxarıda da qeyd olunduğu kimi mübahisəli mənzilin Cavabdeh1 adına keçməsinə səbəb olan məhkəmə qətnaməsi sonda yuxarı instansiya məhkəməsi tərəfindən ləğv olunmuşdur. Belə ki, Cavabdeh1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Gəncə 3 saylı Ərazi İdarəsinə qarşı ünvan 8 ünvanında kooperativ mənzilin mülkiyyətində olmasını təsdiq edən dövlət qeydiyyatına alınması, bu haqda reyestrdən çıxarışın və texniki pasportun tərtib olunaraq ona təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası Gəncə İnzibati Məhkəməsinin *4 noyabr 2*2*-ci il tarixli 2-1(114)-2*56/2*2* nömrəli qərarı ilə təmin olunmuşdur. Qərar icra edilmiş və qeyd olunan mənzil daşınmaz əmlakın dövlət reyestrində Kivayət Vəliyevanın adına qeydə alınmış və bu barədə müvafiq çıxarış verilmişdir. İddiaçı2 və İddiaçı1 tərəfindən həmin qərardan apellyasiya şikayəti verilmiş, apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin icraatında olduğu və işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qərarı çıxarılanadək (Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2*22-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin olunaraq Gəncə İnzibati Məhkəməsinin *4 noyabr 2*2*-ci il tarixli 2-1(114)-2*56/2*2* nömrəli qərarı ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının *5 iyul 2*22-ci il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 fevral 2*22-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır) Cavabdeh1 mübahisəli mənzili 27 yanvar 2*21-ci ildə Cavabdeh2 satmış və sonuncunun adına həmin əmlaka dair çıxarış verilmişdir. Göründüyü kimi Cavabdeh1 məhkəmə qətnaməsi əsasında adına qeydə alınmış mənzilə dair mübahisə olduğunu bilə-bilə, eləcədə verilmiş şikayət üzrə yekun məhkəmə aktının çıxarılmasını gözləmədən həmin əmlakı alqısatqı yolu ilə özgəninkiləşdirmişdir. Belə olan təqdirdə kollegiya hesab edir ki, Gəncə şəhəri, Nizami rayonu, Mahrasa bağı 14 ünvanında yerləşən “Nizami” kooperativ binasında sahəsi 47 kvm olan 3 otaqlı 3 nömrəli mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 27 yanvar 2*21-ci il tarixli, 4Ə-46 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarlı sayıla bilməz.
49. Əmlakı əldə edən Cavabdeh2 vicdanlı olub-olmamasına münasibətdə isə kollegiya aşağıdakıları qeyd edir. 5*. Məhkəmə kollegiyası işin bu vəziyyətində diqqəti Konstitusiya Məhkəməsinin “S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 7 oktyabr 2**4-cü il tarixli qərarındakı hüquqi mövqeyinə çəkməyi zəruri hesab edir.
51. X16 Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Həmçinin vurğulanmalıdır ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir. Adıçəkilən qərarda Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq onu da qeyd etmişdir ki, əqdlərin etibarsızlığı ilə bağlı mübahisələrin həllində həm mülkiyyət hüququ müdafiə olunmalı, həm də vicdanlı alıcıların əmlak hüquqları təmin olunmalıdır. Belə hüquqi mövqenin tutulması mülki dövriyyə sabitliyinin, onun iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədlərinə nail olmaq, habelə Mülki Məcəllənin 6-cı maddəsində öz əksini tapmış mülki qanunvericiliyin prinsiplərinə əməl etmək üçün şərait yaradır.
52. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 197*-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə *1 oktyabr 1982-ci il tarixli qərarı və i.) vurğulamışdır ki, “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir.”
53. İşdən müəyyən olunur ki, iddiaçılar iddia ərizəsində alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına verilmiş 19 fevral 2*21-ci il tarixli 2*1*11***271-*51*1- *93*6* reyestr nömrəli, 1521**6921 qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab olunmasını xahiş etmişlər. Apellyasiya icraatı zamanı iddiaçılar məhkəmə kollegiyasına ərizə təqdim edərək bildirmişlər ki, çıxarışın etibarsız hesab edilməsi dedikdə, həmin çıxarışın ləğvini nəzərdə tuturlar.
54. Kollegiya hesab edir ki, Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, Mahrasa bağı 14 ünvanında yerləşən “ünvan 10lqı-satqı müqaviləsi əsasında Cavabdeh1 alsa da, lakin əmlakı vicdanlı əldə edən kimi sayıla bilməz.
55. Belə ki, iddiaçı tərəf iddia ərizəsində, eləcə də məhkəmə kollegiyasının iclasında verdiyi izahatlarda qeyd etmişlər ki, əmlakı əldə edən Cavabdeh2 Cavabdeh1 qardaşı Tofiqin qız nəvəsidir (qızı Veneranın oğlu) və Cavabdeh2 onunla birlikdə həmin mənzildə yaşamış və o, mənzillə bağlı məhkəmə çəkişmələrindən məlumatlı olmuşdur. Sorğu əsasında alınmış arayışlardan müəyyən olunmuşdur ki, X6 doğum haqqında şəhadətnaməsinin ata qrafasında atası X4, Cavabdeh2 doğum haqqında şəhadətnaməsində isə anası X2 qeyd olunmuşdur. Cavabdeh1 və X12 doğum haqqında şəhadətnamələrinin əldə olunması mümkün olmasa da, lakin kollegiya iddiaçı tərəfin qeyd etdiyi dəlillərin şübhə altına alınmasına heç bir əsas görmür. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Elsevər Məmmədov iştirak etmiş, sonuncu iş materialları ilə tanış olmuş, iddiaya qarşı yazılı etiraz vermiş, eləcə də 11 aprel 2*23-cü il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etsə də, Cavabdeh1 ilə Cavabdeh2 yaxın qohum (qardaş nəvəsi) olması, habelə sonuncunun Cavabdeh1 ilə birlikdə mübahisəli mənzildə yaşaması barədə iddiaçı tərəfin dəlilinin əsassızlığı barədə ümumiyyətlə mübahisə açmamışdır.
56. Apellyasiya icraatı zamanı iddiaçı tərəfin məhkəmə kollegiyasına təqdim etdiyi Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat X17 Üzrə Xidmət Sahəsinin 24 iyul 2*23-cü il tarixli 32 nömrəli arayışından müəyyən olunur ki, Cavabdeh1 hal-hazırda da Gəncə şəhəri Məhrəsə bağı bina 14 mənzil 3də yaşayır. Göründüyü kimi işin qeyd olunan bu halı da onu deməyə əsas verir ki, Cavabdeh1 ilə Ramil Bayramov qohumluq münasibətlərindədir. Əgər belə olmasaydı, Cavabdeh1 mənzili özgəninkiləşdirdikdən qısa müddət sonra alıcıya təhvil verib mənzildən çımalıydı. Alqı-satqı müqaviləsində də Cavabdeh1 27 yanvar 2*21-ci il tarixədək alıcı Cavabdeh2 daşınmaz əmlakın alıcıya təhvil verilməsini akt tərtib etməklə rəsmiləşdirilməsinin mümkünlüyü tərəflərə izah olunmuşdur.
57. İşin qeyd olunan bu halları özlüyündə onu deməyə əsas verir ki, tərəflər arasında alqı-satqı bağlanılmamışdan əvvəl Cavabdeh1 ilə yanaşı Cavabdeh2 həmin mənzillə bağlı Gəncə İnzibati Məhkəməsində mübahisə olmasından məlumatlı olmuşdur. Belə olan təqdirdə də Cavabdeh2 əmlakı vicdanlı əldə edən sayıla bilməz.
58. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2*23-cü il tarixli 2(125)-973/2*23 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddia təmin edilməli, Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 11 ünvanında yerləşən 3 nömrəli mənzilə dair bağlanmış 27 yanvar 2*21-ci il tarixli, 4Ə-46 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunmalı, Cavabdeh2 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 19 fevral 2*21-ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 1521**6921 qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid olunmalıdır.
59. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.*.2, 385, 392, 393, 4*2, 4*3, 4*4 və 4*5-4*6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 11 aprel 2*23-cü il tarixli 2(125)-973/2*23 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. məli, məli İddiaçı X13 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin 29 sentyabr 2*22-ci il tarixli 2(*21)-2339/2*22 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Gəncə şəhəri 2 saylı notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əasında verilmiş çıxarışın ləğv olunması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh1 ilə Cavabdeh2 arasında ünvan 12 ünvanında yerləşən 3 nömrəli mənzilə dair bağlanmış 27 yanvar 2*21-ci il tarixli, 4Ə-46 nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunsun. Cavabdeh2 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən 19 fevral 2*21-ci il tarixli, 2*1*11***271-*51*1-*93*6* reyestr nömrəli, 1521**6921 qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarış ləğv edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.