Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1549/2025 07.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı iş üzrə Açar sözlər: sayğacın dəyişdirilməsi Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Iddiaçı İddiaçı iştirakı ilə, Işin halları
1. Abonent nömrəsi 292000810400000 olan İddiaçı adına açılmış abonent saldosundan görünür ki, 2020-2024-cü illər üzrə qaz sərfinin məbləği aşağıdakı kimidir: 06/2020-ci ilə 5.80 manat, 07/2020-ci ilə 6.20 manat, 08,2020-ci ilə 5 manat, 09/2020-ci ilə 6.50 manat, 10/2020-ci ilə 9.50 manat, 11/2020-ci ilə 31 manat, 12/2020-ci ilə 25.80 manat – 89.88 manat; 01/2021-ci ilə 25.20 manat, 02/2021-ci ilə 21 manat, 03/2021-ci ilə 15 manat, 04/2021-ci ilə 1.50 manat, 05/2021-ci ilə 03 manat, 06/2021-ci ilə 2.20 manat, 07/2021-ci ilə 2.20 manat, 08/2021-ci ilə 3 manat, 09/2021-ci ilə 5.20 manat, 10/2021-ci ilə 4,90 manat, 11/2021-ci ilə 4.20 manat, 12/2021-ci ilə 9.36 manat – cəmi 96.76 manat; 01/2022-ci ilə 6.12 manat, 02/2022-ci ilə 5.76 manat, 03/2022-ci ilə 2.76 manat, 04/2022-ci ilə 2.52 manat, 05/2022-ci ilə 2.52 manat, 06/2022-ci ilə 2.28 manat, 07/2022-ci ilə 2.88 manat, 08/2022-ci ilə 3 manat, 09/2022-ci ilə 4.92 manat, 10/2022-ci ilə 3,36 manat, 11/2022-ci ilə 4.08 manat, 12/2022-ci ilə 15.96 manat - cəmi 56.16 manat; 01/2023-cü ilə 20,04 manat, 02/2023-cü ilə 14.76 manat, 03/2023-cü ilə 5.28 manat, 04/2023-cü ilə 6.36 manat, 05/2023-cü ilə 5.88 manat, 06/2023-cü ilə 2.76 manat, 07/2023-cü ilə 0 manat, 08/2023-cü ilə 0 manat, 09/2023cü ilə 12.76 manat, 10/2023-cü ilə 26.28 manat, 11/2023-cü ilə 27.36 manat, 12/2023-cü ilə 49.20 manat – cəmi 170.64 manat; 01/2023-cü ilə 47.76 manat, 02/2023-cü ilə 33.24 manat, 03/2023-cü ilə 29.40 manat, 04/2023-cü ilə 15.60 manat, 05/2023-cü ilə 10.68 manat, 06/2023-cü ilə 6.72 manat, 07/2023-cü ilə 7.80 manat, 08/2023-cü ilə 11 manat, 09/2023-cü ilə 10.80 manat, 10/2023-cü ilə 24.40 manat – cəmi 197.40 manat təşkil etmişdir.
2. X1 Istismarı Idarəsinin rəisi X4 Şəhər Məhkəməsinə ünvanlandığı ## ###### 2025-ci il tarixli məktubdan görünür ki, Gəncə RQII-nin əməkdaşları tərəfindən istehlakçı İddiaçı iştirakı ilə mənzildə quraşdırılmış qaz sayğacına ##.##.2024-cü il tarixdə baxış keçirilmişdir. Sayğaca baxış keçirilən zamanı müəyyən olmuşdur ki, Zenner tipli G-4 markalı 21110370246 zavod nömrəli qaz sayğacı normal, səssiz işləyir və digər qüsur aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, qaz sayğacının sərfiyyatının düzgün qeyd edibetməməsi üçün növbədən kənar dövlət yoxlamasına göndərilə bilər. Bunun üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli, ** nömrəli qərarının 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə Istehlakçıdan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin məktuba əlavə olunan ##.##.2024-cü il tarixli aktdan görünür ki, Gəncə RQII X5 Istismarı və Metroloji şöbəsinin rəisi Rəşad Məmmədov, şikayətlərin araşdırılması bölməsinin böyük mühəndisi Vasif Qurbanov, Gəncə XS-nın sayğacların qəbulu və istismarı xidmətinin mühəndisi Fizuli Məmmədov, Gəncə XS-nın TQQ və SX-nın çilingəri Vüqar Sərxanov, ünvan 2 ünvanında yaşayan İddiaçı iştirakı ilə bu aktı tərtib etmişlər ondan ötrü ki, həqiqətən ##.##.2024-cü il tarixdə qeyd olunan ünvanın qaz xəttinə quraşdırılmış Zenner tipli G-4 markalı 21110370246 zavod nömrəli, göstəricisi 06741 olan qaz sayğacına və mənzilin qaz cihazlarına baxış keçirilmişdir. Baxış zamanı sayğacın normal, səssiz işlədiyini və digər qüsur olmadığı aşkarlanmışdır. Sayğacın sərfiyyatı düzgün qeyd edibetməməsi barədə növbədən kənar yoxlamaya istehlakçının öz istəyi ilə göndərilməsi izah olunmuş və İddiaçı öz vəsaiti hesabına göndərilməkdən imtina etmişdir. Həmçinin akta İddiaçı imza etməkdən də imtina etmişdir.
3. X1 Istismarı Idarəsinin rəisi X4 Şəhər Məhkəməsinə ünvanlandığı ## ##### 2025-ci il tarixli məktubundan görünür ki, hal-hazırda Gəncə şəhərində istehlakçılar tərəfindən öncədən ödənişli smartkart tipli qaz sayğaclarından istifadə olunur. Məişət qaz sayğacları üçün dövrü istismar (növbəti yoxlama) müddəti 5 (beş) il olaraq müəyyən edilmişdir. “Azəriqaz” IB-nin maddi-texniki təminat planlarında artıq öncədən ödənişli smartkart tipli qaz sayğaclarının satın alınması nəzərdə tutulmur. Hal-hazırda qazlaşdırılan bütün yeni fərdi evlərdə (mənzillərdə), eləcə də dövrü yoxlama müddəti tamam olmuş sayğacların əvəzlənməsi zamanı yalnız mexaniki tipli (sonradan ödənişli) qaz sayğacları quraşdırılır. Gələcəkdə yalnız Gəncə şəhərində deyil, ümumilikdə respublika ərazisində smartkart tipli sayğacların əvəzinə məsafədən idarə olunan smart qurğuların quraşdırılması planlaşdırılır. Hazırda bu sistem Bakı şəhərində pilot layihə çərçivəsində sınaq mərhələsindədir. İddiaçı yaşadığı mənzildəki qaz sayğacının dövrü yoxlama müddəti hələ başa çatmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** nömrəli qərarına əsasən, yalnız istehlakçının öz vəsaiti hesabına yoxlamadan keçirilməsi mümkündür. Bu halda da müvəqqəti olaraq sonradan ödənişli mexaniki tipli qaz sayğacı quraşdırılacaqdır.
4. X1 Istismarı Idarəsinin rəisi X4 Şəhər Məhkəməsinə ünvanlandığı ## ### 2025-ci il tarixli, 14-2-2-14/2-490/2025 məktubundan görünür ki, istehlakçı İddiaçı yaşadığı ünvan 3 ünvanında quraşdırılmış mexaniki qaz sayğacının sərfiyyatın düzgün qeyd edib-etməməsi üçün növbədən kənar dövlət yoxlamasına göndərilə bilər. Bunun üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli, ** nömrəli qərarının 4.5-ci bəndinə əsasən Qaz sayğaclarının növbəti dövlət yoxlamasından keçirilməsinə görə Istehlakçılardan vəsait tələb etmək qadağandır. Lakin istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Əlavə olaraq bildiririk ki, ünvan 3 ünvanında quraşdırılmış mexaniki qaz sayğacına Gəncə RQII-nin işçiləri tərəfindən baxış keçirilmiş və Zenner tipli G-4 markalı №*********** zavod nömrəli qaz sayğacı normal, səssiz işlədiyi və digər qüsurların aşkar edilmədiyi müəyyən edilmişdir.
5. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və Istehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində “xxxx” publik hüquqi şəxsinin ##.##.2026-cı il tarixli M ****/**** nömrəli rəyindən görünür ki, Zenner tipli G-4 markalı 21110370246 zavod nömrəli qaz sayğacı istismara yararsızdır.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, “X2 Idarəsi tərəfindən ## ######## 2023-cü il tarixdə ünvanına quraşdırılan istifadəyə yararsız qaz sayğacının ünvandan götürülərək 2009-cu il tarixdən ## ### 2020-ci il tarixədək istifadə etdiyi qaz sayğacını, qanunsuz və əsassız formada ünvanından götürülən, istifadəyə tam yararlı smartkart tipli qaz sayğacının bərpa edilməsi və yaxud istifadəyə tam yararlı digər smartkart tipli qaz sayğacının ünvanına quraşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, 2009-cu il tarixdən istifadəsində olan qaz sayğacı smartkart tipli qaz sayğacı idi. 2020-ci il tarixədək heç bir problem olmadan 11 il limiti heç vaxt keçməmişlər. 2020-ci ilin may ayının 5-də Gəncə şəhər qaz istismar idarəsinin işçiləri tərəfindən normal, problemsiz işləyən smartkart tipli qaz sayğaclarını ünvanlarından qanunsuz və əsassız şəkildə götürərək, mexaniki qaz sayğacı ilə əvəzlədilər. Sayğacı dəyişərkən qaz idarəsinin işçiləri “bütün küçəni dəyişəcəyik, birinci Sizin ünvandan başlayırıq”-demişlər. Ancaq yenə də küçələrində həmin smartkart tipli qaz sayğacdan bir çox qonşularda var. Smartkart tipli qaz sayğacını götürüb əvəzinə mexaniki qaz sayğacı quraşdırdılar. Əvəzlədikləri mexaniki qaz sayğacı da əvvəlki smartkart tipli sayğacla eyni qaydada işləyirdi. Bundan sonra qaz idarəsinin işçiləri hər dəfə onun yaşadığı ünvana gəlib bildiriş təqdim edərkən “Nə az qazdan istifadə edirsiniz, sərfiyyatınız niyə bu qədər azdır.”demişlər. O, hər ay vaxtı vaxtında ödənişi etmişdir. Illər boyu eyni qurğu, eyni avadanlıqdan istifadə edirlər. Əlavə qurğu quraşdırmamışlar. 5 il tamam olmadan ## ######## 2023-cü il tarixdə qaz idarəsinin işçiləri ünvanına gələrək, normal qaydada işləyən mexaniki qaz sayğacını 3-cü dəfə başqa mexaniki qaz sayğacı da dəyişdirdilər. Bundan əvvəlki mexaniki qaz sayğacına 26 manat 30 qəpik pul əlavə yazmışlar. Həmin pulu gedib “Asan Xidmət”də ödəyərək sayğacı atasının adından öz adına keçirmişdir. 2023-cü ilin sentyabr ayının 28-də ünvanına quraşdırdıqları qaz sayğacı sərfiyyatına uyğun deyil, sayğac 3 dəfə çox yazır. Ailə tərkibi 2 nəfər - anası və özündən ibarətdir. O, qazla əlaqədar ödənişi tam dayandırmış, 2023-cü ilin sentyabr ayının 28-də ünvanına quraşdırılan qaz sayğacının sərfiyyatından razı deyil. Sayğac çox yazdığı üçün qazla əlaqədar sərfiyyatı tam azaltmış və qazdan az istifadə edirlər. ##.##.2024-cü il tarixdə bu barədə bildirişi götürüb Gəncə şəhər qaz idarəsinin müdiri Samir Hacıyevə məlumat vermiş və istifadəyə yararsız qaz sayğacının smartkart tipli sayğacla dəyişməsini bildirmişdir. Samir Hacıyev ona yaxın günlərdə smartkart tipli qaz sayğacı ilə dəyişəcəklərini bildirmişdir. ## #### 2024-cü il tarixdə Gəncə qaz idarəsinə yaxınlaşmış, sayğacların müdiri Rəşad Məmmədova ## ######## 2023-cü il tarixdə ünvanlarına quraşdırılan mexaniki qaz sayğacının istifadəyə yararsız olduğunu, sayğac sərfiyyata uyğun işlədiyini və çox yazdığını bildirmişdir. Gəncə şəhər qaz idarəsinin əməkdaşları ## ###### 2024-cü il tarixdə onun yaşadığı ünvana gələrək sayğaca baxış keçirmiş, məlum olmuşdur ki, sayğac atır, tutur, sayğac istifadəyə yararsızdır. Rəşad Məmmədovdan xahiş etmişdir ki, sayğacı smartkart tipli qaz sayğacla əvəzləsin. X3 buna səlahiyyəti çatmadığını, ona Cavabdeh deyəcəkləri halda sayğacı dəyişə biləcəyini bildirmişdir. ## ######## 2023-cü il tarixdə ünvanına quraşdırılmış istifadəyə yararsız qaz sayğacının dəyişdirilməsi ilə əlaqədar bir çox yazılı məlumat vermiş, lakin heç bir nəticəsi olmamışdır. ## ### 2024-cü il tarixdə yenidən X2 Idarəsinə yaxınlaşaraq Rəşad Məmmədovdan 2009-2020-ci illərdə istifadə etdiyi smartkart tipli sayğacın geri qaytarılmasını tələb etsə də o, bundan imtina etmişdir. Bundan sonra X2 Idarəsinin rəisi Hüseyn Şirinova da məlumat verərək ## ######## 2023-cü il tarixdə ünvanlarında quraşdırılan sayğacın yararsız olması, çox yazması barədə məlumat verərək 11 il işlətdiyi smartkart tipli sayğacını geri istəmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Zaman Imanov) iddiaçı İddiaçı cavabdeh “Azəriqaz” Istehsalat Birliyinə qarşı “X2 Idarəsi tərəfindən ## ######## 2023-cü il tarixdə ünvanına quraşdırılan istifadəyə yararsız olan qaz sayğacının ünvandan götürülərək 2009-cu il tarixdən ## ### 2020-ci il tarixədək istifadə etdiyi qaz sayğacını, qanunsuz və əsassız formada ünvanından götürülən, istifadəyə tam yararlı smartkart tipli qaz sayğacının bərpa edilməsi və yaxud istifadəyə tam yararlı digər smartkart tipli qaz sayğacının ünvanına quraşdırılması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinentinin ##.##.2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 4.5-ci bəndinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 217.4cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
10. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Iddiaçı İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, istifadəyə tam yararsız qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. ## ######## 2023-cü il tarixdən ünvanına quraşdırılan qaz sayğacı yararsızdır. Həmin qərarın 4.3-cü bəndinə əsasən qaz sayğacları xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Buna görə də tərəfindən məhkəmə qaydasında mübahisələndirilmiş, əvvəlki illərdə olan qaz sayğaclarının göstəriciləri ilə hazırda quraşdırılan qaz sayğacı arasında kifayət qədər fərq yaranmışdır. ünvan 1 ünvanında quraşdırılmış mexaniki qaz sayğacına Gəncə RQII-nin işçiləri tərəfindən baxış keçirilmiş və Zenner tipli G-4 markalı № *********** zavod nömrəli qaz sayğacı guya normal, səssiz işlədiyi və digər qüsurların aşkar edilmədiyi müəyyən edilmişdir. Halbuki, idarə tərəfindən əvvəl quraşdırılmış sayğacla hazırda quraşdırılan sayğacın göstəriciləri arasında xeyli miqdarda fərq yaranmışdır ki, bu da onun büdcəsinə xeyli miqdarda təsir edir və təhlükə yaradır. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Buna görə də tələbləri bundan ibarət olmuşdur ki, qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına quraşdırılmalıdır. Qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaz sayğacına tərəfindən hər-hansı müdaxilə olunmamış, zənnincə sayğacın idarə tərəfindən dəyişdirilməsi əsas hesab olunmuşdur. Bundan başqa qaz paylayıcısı hər bir istehlakçının adına qazın alqı-satqı müqaviləsi bağlandığı gündən fərdi hesab açır və istehlakçıya qaz sayğacının göstəricilərini qeyd etmək üçün üzləşmə kitabçası verir. Lakin, aralarında hər-hansı müqavilə bağlanmamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq, işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu
15. Maddə 13.9. Tikinti obyektinin qoşulduğu qazın nəqli və ya qazpaylayıcı şəbəkədən asılı olaraq məişət qaz qurğularını istifadə edən məişət istehlakçıları üçün sayğaclar müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatorunun vəsaiti hesabına, digər istehlakçılar üçün isə sayğaclar istehlakçının vəsaiti hesabına müvafiq olaraq qazın nəqli və ya qazpaylayıcı sistem operatoru tərəfindən təchiz edilir, quraşdırılır və dəyişdirilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ### 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
16. Bənd 4.3. Qaz sayğacları Agentlik tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir.
17. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
18. Bənd 4.9. Istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
24. Maddə 385.1.4. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməli, ünvan 1 ünvanına (abonent nömrəsi 292000810400000) quraşdırılmış Zenner tipli G-4 markalı 21110370246 zavod nömrəli qaz sayğacı dəyişdirilərək həmin ünvana “Azəriqaz” Istehsalat Birliyinin hesabına istifadəyə yararlı smart tipli yeni qaz sayğacı quraşdırılmalı, iddia qalan hissədə təmin edilməməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.
29. Işin müəyyən olunmuş və faktiki hallarından göründüyü kimi iddiaçı İddiaçı ünvan 1 ünvanındakı fərdi yaşayış evində qeydə alınmış sayğacdan istifadə edir. “Azəriqaz” Istehsalat Birliyinin əməkdaşları tərəfindən həmin ünvana Zenner tipli G-4 markalı 21110370246 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Istehlakçı İddiaçı həmin sayğacın istismara yararlı olmadığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.
30. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.
31. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyildir.
32. Bu prinsipə görə, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
33. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. Bu kontekstdə kollegiya qeyd edir ki, iddiaçı İddiaçı istismarına verilmiş qaz sayğacının yararsız olması ilə əlaqədar sayğacın dəyişdirilməsini xahiş etdiyindən, tələbin qanuni əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin ** saylı, ## ### 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”-nın 4.9-cu bəndi nəzərdən keçirilməlidir. Həmin normanın tələbinə görə, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. Istehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
35. Tələbin əsaslılığının araşdırılması baxımından isə, ilk növbədə müəyyənləşdirilməli hal - istehlakçının yaşadığı sahəyə quraşdırılmış sayğacın istismara yararlı olubolmamasıdır.
36. Məsələnin həlli xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etdiyindən apellyasiya baxışı zamanı iş üzrə mühəndis-texniki ekspertizası təyin edilmiş və alınan rəylə hazırda iddiaçı İddiaçı yaşadığı ünvana quraşdırılmış qaz sayğacının istismara yararsız olduğu müəyyən edilmişdir.
37. MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur; Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə isə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
38. Məhkəmə kollegiyası hesab edir ki, rəy əsaslıdır. Belə ki, sayğac “xxxx” MMC-yə təqdim edilmiş və “xxxx” publik hüquqi şəxsinin əməkdaşları tərəfindən dövlət yoxlamasından keçirilmişdir. Iş üzrə tərəflərin də rəyin qeyri-obyektivliyi barədə hər hansı arqumenti olmamışdır. Bir sözlə, rəyin həqiqiliyini şübhə altına alacaq bir hal müəyyən edilmədiyindən kollegiya rəyi mötəbər sübut kimi qiymətləndirmişdir.
39. Beləliklə, hazırda iddiaçının yaşadığı sahəyə quraşdırılmış qaz sayğacının istismara yararsız olduğu müəyyən edildiyindən artıq növbəti araşdırılmalı məsələ sayğacın kimin təqsiri üzündən zədələnmiş olmasıdır. Çünki, qanunun tələbinə görə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması qaz paylayıcısının vəsaiti hesabına, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir.
40. Hazırkı işdə sayğacın iddiaçının (istehlakçının) təqsiri üzündən zədələnmiş olması kimi bir hal müəyyən edilməmiş, ümumiyyətlə cavabdeh qaz paylayıcı təşkilatın da bu barədə hər hansı arqumenti olmamışdır.
41. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı İddiaçı yaşadığı ünvana quraşdırılmış və hazırda istismara yararsız olan qaz sayğacının qaz paylayıcı təşkilatın vəsaiti hesabına dəyişdirilərək əvəzinə yeni istismara yararlı sayğac quraşdırılmasını tələb etməkdə haqlı olmuşdur. Eyni zamanda kollegiya vurğulamağı zəruri sayır ki, iddiaçı tələbində əvvəllər istismarında olmuş sayğacın təkrarən yaşadığı ünvana quraşdırılmasını xahiş etsə də, lakin həmin sayğacın mövcudluğu və istismara yararlı olub-olmaması məlum deyildir ki, bu hal da gələcəkdə qətnamənin icrasında çətinlik yararmasına gətirib çıxara bilər. Kollegiyanın qənaətinə görə, məsələnin effektiv və səmərəli həlli baxımından iddia qismən təmin edilməklə dəyişdirilən sayğacın əvəzinə istismara yararlı yeni smart tipli sayğac quraşdırılması müəyyən edilməlidir.
42. Birinci instansiya məhkəməsi isə iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin qarşılıqlı münasibəti və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gəlmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və yeni qətnamə qəbul edilsin. Iddia qismən təmin edilsin. ünvan 1 ünvanına (abonent nömrəsi 292000810400000) quraşdırılmış Zenner tipli G- 4 markalı 21110370246 zavod nömrəli qaz sayğacı dəyişdirilərək həmin ünvana “Azəriqaz” Istehsalat Birliyinin hesabına istifadəyə yararlı smart tipli yeni qaz sayğacı quraşdırılsın. Iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.