Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1555/2024 03.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-398/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçı Cavabdehnə qarşı “cavabdeh tərəfindən qeyri-qanuni yazılmış borcun silinməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən istifadə edilmiş qaza görə əsassız hesablanmış 5132,16 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-398/2024 saylı qətnaməsi ilə (hakim Ş.Məmmədova) iddia qismən təmin edilərək, Şəmkir rayonu, Zəyəm qəsəbəsi ünvanı üzrə qaz sərfinə görə İddiaçı hesablanmış 4976.64 (dörd min doqquz yüz yetmiş altı manat altmış dörd qəpik) manat borcun silinməsi, Cavabdehndən 70 manat dövlət rüsumunun alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-398/2024 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-398/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-398/2024 saylı qətnaməsi xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nə məxsus elektron kabinetə yerləşdirilmişdir. Lakin, cavabdeh apellyasiya şikayətini “Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabineti vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verməklə qanunla müəyyən edilmiş 01 aylıq müddəti 01 ay 4 gün ötürmüşdür. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verilməsini aydınlaşdırmadan və Mülki Prosessual Məcəlləsinin 360 və 363-cü maddəllərinin tələblərinə uyğun olaraq yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Belə ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasənapellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-398/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-398/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 360 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Şəmkir Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1555/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1555/2024
03.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver