Məhkəmə qərarları › İş №2(104)-1558/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1558/2024

30.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1558/2024 30.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv olunması tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X4 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(076)-199/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 30 sentyabr 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Daşınmaz Əmlakaın Dövlət Kadastrı və Reyestri PHŞ 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 34 saylı (yeni qaydalarla:AZ5700 ünvan 1 ünvanıdna yerləşən 0.06 ha həyətyanə torpaq sahəsi və üzərindəki yaşayış sahəsi 156.5 kv.m, köməkçi saəsi 43.7 kv.m, 5 yaşayış otağından ibarət 1990-cı ildə inşa edilmiş fərdi yaşayış evinə dair X7 adına tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə X14 adına tam mülkiyyət hüququ ilə tərtib edilmiş JN-727A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”, Şəmkir 2-ci dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli, 2V-01-73 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə və Şəmkir 2-ci dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 2V-01-74 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə. Qeyd edilən əmlak bütövlüklə Şəmkir rayonu 1 saylı notariat ofisinin xx.xx.2021-ci il tarixli, 4Ə-415 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına özgəninkiləşdirirlmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.

2. Daşınmaz əmlakın 02 mart 2021-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X3 rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 200.2 kv.m olan fərdi yaşayış evini və Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır.

3. 02 mart 2021-ci il tarixli **********667 saylı ərizədən görünür ki, İddiaçı qeydiyyatda olduğu X10 məxsus olan Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 200.2 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərəd tutulmuş müddətdə yaşayış sahəsinin qeydiyyatından çıxmağı öhdəsinə götürür.

4. 05 dekabr 2012-ci il tarixli vəsiyyətnamədən görünür ki, X15 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən evini və bütün əmlakını oğlu Cavabdeh1 vəsiyyət etmişdir.

5. xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, ünvan 4 ünvanında Cavabdeh1 məxsus evdə qardaşı İddiaçı yaşayır.

6. 08 dekabr 2014-cü il tarixli vəsiyyətnamədən görünür ki, X15 ona məxsus olan və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etmişdir.

7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın 09 mart 2021-ci il qeydiyyat tarixli dövlət reyestrindən çıxarışdan görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir.

8. Ölüm haqqında şəhadətnamədən görünür ki, X18 xx.xx.2005-ci ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində ölmüşdür.

9. Nikah haqqında şəhadətnamədən görünür ki, X18 ilə X11 xx.xx.1971-ci ildə nikaha girmişlər, nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir.

10. Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamədən görünür ki, X6 X18 ilə onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə ilə verilən ümumi əmlak Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m olan torpaq sahəsində 1991-ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan ev olmuşdur.

11. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, X2 rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m oln torpaq sahəsində 1991ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan evdən ½ hissədə irs almışdır.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat, qeydiyyat və reyestr baş idarəsinin Şəmkir Rayon 1 saylı Notariat Ofisinin 24 sentyabr 2024-cü il tarixli №-1617 qeydiyyat nömrəli məktubunda qeyd olunur ki, Şəmkir Rayonu 1 saylı Notariat Ofisində 2V-594reyestr nömrəli xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariat ofisinə məlumat daxil olmamışdır.

a)İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ilə iddiaçı arasında Şəmkir rayon 1 saylı notariat ofisində Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 34 saylı ( yeni qaydalarla: AZ5700, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Laçın Ələkbərov küçəsi, ev 33) mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. İddiaçı iddia tələblərinin həcminin artırılması barədə ərizə verərək mərhum atası X12 miras qalmış, fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə mərhum anası X7 adına xx.xx.2005-ci ildə Şəmkir rayon 2 saylı notariat kontorunda tərtib olunmuş 2V-01-73 saylı şəhadətnamənin və 2V-07-74 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasında mərhum X19nın adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli **********saylı mülkiyyət hüququna dair çıxarışın ləğv olunması, Cavabdeh1 ilə onun arasında Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 3 mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə- 415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunmasına, 100+1 manat dövlət rüsumunun Cavabdeh1 alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, atası Əşrəf Qulu oğlu 2004-cü ildə, X19 2021-ci ilin avqust ayında vəfat edib. X1 özünə məxsus olan əmlakı ona vəsiyyət etmişdir. Bunu cavabdeh qardaşı da bilirdi. O, həm iddiaçının, həm də anasının savadsızlığından istifadə etmiş və bağışlama müqaviləsi əsasında onun hazırda yaşadığı və mərhum valideynlərindən miras qalmış əmlak öz adına keçirərək mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Bağışlama müqaviləsi Şəmkir rayon 1 saylı notariat ofisində 02 mart 2021-ci ildə 4Ə-415 reyestr nömrə ilə qeydə alınıb. Bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına 09 mart 2021-ci ildə üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Aşağıda qeyd olunan əsaslara görə hesab edir ki, mübahisə predmeti olan bağışlama müqaviləsi etibarsız hesab olunmalı, onun əsasında üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən cavabdeh Fizuli Əşrəf oğlunun adına qeydə alınmış müvafiq çıxarış ləğv olunmalıdır. Çünki onun heç vaxt əmlakını cavabdeh qardaşına bağışlamaq niyyəti olmamışdır.

16. Şəmkir Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(076)-199/2024 nömrəli (hakim Ş.Məmmədova) qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı mərhum atası X12 miras qalmış, fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə mərhum anası X7 adına xx.xx.2005-ci ildə Şəmkir rayon 2 saylı notariat kontorunda tərtib olunmuş 2V-01-73 saylı şəhadətnamənin və 2V-07-74 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasında mərhum X19nın adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** saylı mülkiyyət hüququna dair çıxarışın ləğv olunması, Cavabdeh1 ilə onun arasında Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 3 mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması tələbi barədə iddiası təmin edilməməsi qət olunmuşdur.

17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəlləsinin 140, 152.1, 666.1, 667.1, 1162, 1180.1 və 1222-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 81, 106.1, 216-220-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh1 qardaşıdır. X5 2004-cü ildə, anaları X15 2021-ci ilin avqust ayında ölmüşlər. Anası dünyasını dəyişməzdən əvvəl özünə məxsus əmlakı ona vəsiyyət etmişdir. Bunu cavabdeh qardaşıda bilmişdir. Lakin qardaşı onun və anasının savadsızlığından istifadə edərək mərhum valideynlərindən miras qalmış və hazırda yaşadığı əmlakı öz adına bağışlatmışdır. Bağışlama müqaviləsi Şəmkir rayon 1 saylı notariat ofisində 02 mart 2021-ci ildə 4Ə-415 reyestr nömrə ilə qeydə alınıb. Eləcədə Bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına 09 mart 2021-ci ildə üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Məhkəmənin gedişində 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı ilə ona məlum olmuşdur ki, mərhum atası X14 vəfatından sonra anası X3 rayon 2 saylı notariat ofisinə müraciət etmiş Əşrəfin ondan başqa vərəsəsi olmamasını göstərmişdir. Notariat kontoru da vərəsələrin dairəsini müəyyən etmədən təqdim olunan arayışla kifayətlənmişdir. Bu səbəbdən də vərəsəlik şəhadətnamələrini mübahisələndirmişdir. Məhkəmə isə təqdim etdiyi sübutları obyektiv qiymətləndirməmişdir. Halbu ki, o, məhkəməyə iddia tələbilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Belə ki, hazırkı iddia üzrə cavabdeh, yəni qardaşı Cavabdeh1 2023-cü ildə onun mübahisəli mülkdən çıxarılmasına dair iddia qaldırmış, həmin iddiadan sonra ona məlum olmuşdur ki, mərhum atası X12 miras qalmış əmlaka görə mərhum anası X3 rayon 2 saylı Notariat Kontoruna ərizə vermiş, həmin ərizədə tək vərəsə olmasını göstərmişdir. Atasından qalmış miras əmlaka qanun üzrə vərəsəlik müəyyən olunan zaman, notraiat kontoru vərəsələrin dairisəni düzgün müəyyən etməmişdir. Bundan sonra isə Cavabdeh1 onu və anasını aldadadaraq 2021-ci ildə mülkü bütövlükdə öz adına keçirmişdir. Anası əmlakını ona vəsiyyət etmişdir,

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları,

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Əşrəfdən qalmış miras əmlaka dair vərəsəlik işi açılarkən vərəsələrin sayı gizlədilmişdir. Belə ki, Zərifə notariat orqanına müraciət edərkən digər vərəsələrin sayını gizlətmiş və tək vərəsə olduğunu göstərmişdir. Halbu ki, miras qoyanın digər vərəsələridə olmuşdur. Yəni İddiaçı atasından miras qalmış əmlakda pay almalıydi. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının 23 sentyabr 2024-cü il tarixli iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək bildirmişdir ki, mbahisəli ev atasının olmuş, daha sonra isə vərəsəlik qaydasında anasına keçmişdir. Qardaşı Firdovsi atasının 40 mərasiminə kimi həmin evdə qalmış, qırx mərasimindən sonra isə öz evinə qayıtmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

23. Hazırkı məhkəmə iclasına iddiaçı Cavabdeh1, Cavabdeh1, Şəmkir rayon 1 saylı notariat ofisinin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi gəlməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

24. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

25. Maddə 1134.2. Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər.

26. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

27. Maddə 1166 Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

28. Maddə 1167 Vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər.

29. Maddə 1193 Vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

30. Maddə 1196 Vərəsələrdən hər birinin məcburi payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısı nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

31. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

32. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

37. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

38. Maddə 384.0.2. apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

39. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

40. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

41. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması

Apellyasiya baxışının hədləri

42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

46. İddiaçı atasının ölümündən sonra anası tərəfindən vərəsələrin dairəsini gizlədərək miras qalmış əmlakı təkcə öz adsına keçirməsini, sağlığında özünə məxsus olan əmlakı ona vəsiyyət etmsini, lakin anasının savadlığından istifadə edərək qardaşı Cavabdeh1 bağışlama müqaviləsi əsasında həmin əmlakı öz adına keçirməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.

47. Kollegiya birinci instansiya məhkəıməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

48. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, Dövlət təminatı altına alınan əsas hüquqlardan biri də mülkiyyət hüququdur. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və İİ hissələri). Mülkiyyət hüququ fərdin əşya üzərindəki hakimiyyət səlahiyyətini təminat altına almaqla, bir tərəfdən fərd üçün heç kəsin müdaxilə edə bilməyəcəyi xüsusi sahə yaradır, digər tərəfdən fərdin əməyinin qarşılığı olan əşyasını təminat altına almaqla ona həyatını yönləndirmək və gələcəyini istədiyi kimi şəkilləndirmək imkanı verir. Ona görə də fərdin azadlığı ilə mülkiyyət hüququ arasında sıx əlaqə vardır. Şəxsi mülkiyyətin davamlılığı isə vərəsəlik institutunun varlığına bağlıdır. Belə ki, vərəsəlik hüququ əsas əmlak hüququ olaraq mülkiyyətin müvəqqəti deyil, davamlı olmasını və bu nöqteyinəzərdən miras qoyanın maraqları baxımından əmlakının özündən sonra vərəsələrinə keçməsini, qanun və ya vəsiyyət üzrə vərəsələr üçün isə vərəsəlik yolu ilə miras qoyanın miras əmlakını əldə edə bilmək imkanını ifadə edir. Bu iki element bir-birini tamamladıqda və yalnız birlikdə vərəsəlik konstitusion hüququn tərkib əlamətlərini yaradar. Konstitusiya vərəsəlik hüququnu mülkiyyət hüququnun davamı olaraq, onun xüsusi forması kimi gördüyündən mülkiyyət və vərəsəlik hüquqlarını eyni maddədə konstitusiya təminatı altına almışdır. İstər mülkiyyət hüququ, istərsə də onun davamı olan vərəsəlik hüququ cəmiyyətin inkişafında əsas elementlərdən biridir. Əsas hüquq və azadlıqların böyük bir hissəsi, o cümlədən vərəsəlik hüququnun realizəsi də sahəvi qanunvericilik normaları ilə tənzimlənir. Konstitusiya vərəsəlik hüququnu təsbit edərkən yalnız bu hüququn mövcudluğuna deyil, miras qoyanın mirasının vərəsələrinə keçməsini təmin edən qanuni mexanizmin mövcudluğuna da dövlət təminatı yaradır. Çünki belə bir hüquqi mexanizmin mövcud olmaması vərəsəlik hüququnun konstitusiya təminatını formal etmiş olar.

49. X9 Məhkəməsinin Plenumu qeyd edir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Qeyd olunan qərarla Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

50. İşdən müəyyən olunur ki, X14 03 yanvar 2005-ci ildə ölümündən sonra Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən fərdi yaşayış evində ½ hissə payı miras qalmışdır. Miras qoyanın birinci növbə vərəsələrindən Zərifə Əliyeva (arvadı) mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərkən dəgər vərəsələrin dairəsini gislətmiş və yeganə vərəsə olmasına dair notariat orqanına arayış təqdim etmişdir. Notariat orqanı miras əmlaka dair sonuncunun adına 18 iyul 2005-ci ildə fərdi yaşayış evinin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Fərdi yaşayış evü bütövlükdə Zərifə Əliyevanın adına qeydə alındıqdan sonra o, öz əmlakı barədə 05 dekabr 2012-ci ildə oğlu Cavabdeh1, 08 sentyabr 2014-cü ildə isə oğlu İddiaçı vəsiyyətnamə qoymuşdur. Lakin buna baxmayaraq Zərifə Əliyeva 02 mart 2021-ci ildə öz əmlakını oğlu X13 bağışlamışdır.

51. Kollegiya hesab edir ki, X14 03 yanvar 2005-ci ildə ölümündən sonra onun Şəmkir rayonu Dəllər qəsəbəsində miras qalmış fərdi yaşayış evindəki ½ payına miras açılarkən oğlu Firdovsi və Cavabdeh1lərdə vərəsliyə çağrılmalı və hər birinin miras payı müəyyən olunmalıydı. Çünki, sonuncular ataları Əşrəf Əliyevdən ½ hissə miras qalmış əmlakın qəbulundan imtina etməmişlər. Əksinə, mirasın qəbulu ilə bağlı Zərifə Əliyeva notariat orqanına müraciət edərkən onların vərəsə olmasını gizlətmişdir. Notariat orqanı da vərəsələrin dairəsini araşdırmadan miras əmlaka dair yalnız Zərifə Əliyevanın adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bu da nəticə etibarıyla digər vərəsələri onlara çatası miras paylarından məhrum etmişdir. Ona görə də kollegiya hesab edir ki, 18 iyul 2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, X12 miras qalmış ½ hissə paya vərəsələrin hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir.

52. X15 ərindən qalmış ½ hissə mirasda daxil olmaqla mülkiyyətində olan fərdi yaşayış evini 02 mart 2021-ci il tarixdə oğlu Fizulu Əliyevə baışlamışdır. İddiaçı bağışlama müqaviləsinin etibarsızlığını məhkəmədən xahiş etsədə, lakin kollegiya hesab edir ki, həmin müqavilə bütövlükdə deyil, yalnız iddiaçıya mirasdan çatası paya, yəni İddiaçı atasından miras qalmış ½ hissə olmaqla Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacibəyov küçəsində yerləşən, ümumi sahəsi 191.5 kv.m olan fərdi yaşayış evində ona çatası 1/6 hissədə (ümumi əmlakda) etibarsız hesab edilməlidir.

53. X7 ərindən miras qalmış payda daxil olmaqla ümumi əmlakdakı 4/6 hissə payını oğlu Fizuli Əiyevə bağışlamasına münasibətdə isə kollegiya hesab edir ki, bu hissədə müqavilə etibarsız sayıla bilməz. X22 həmin əmlakdakı paya dair sərəncam vermək səlahiyyətində olmuşdur və sonuncunun bu cür davranışı onun sərbəst iradəsindən irəli gəlmişdir. Bu da onu deməyə əsas verir ki, anasının qardaşı Fizuli tərəfindən aldadılaraq evi ona bağışlaması barədə dəlili əsaslı və inandırıcı sayıla bilməz.

54. Belə olan təqdirdə Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacibəyov küçəsində yerləşən, ümumi sahəsi 191.5 kv.m olan fərdi yaşayış evində X8 payı 5/6, İddiaçı payı isə 1/6 olur.

55. 09 mart 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına münasibətdə kollegiya kollegiya qeyd edir ki, qeyd olunan çıxarış qismən, yəni İddiaçı atasından qəbul edtiyi 1/6 hissədə paya münasibətdə ləğv olunmalıdır.

56. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(076)-199/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. 18 iyul 2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X14 03 yanvar 2005-ci ildə ölümündən sonra Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacibəyov küçəsində yerləşən, ümumi sahəsi 191.5 kv.m olan fərdi yaşayış evində miras qalmış ½ hissə paya birinci növbə vərəsələrin, yəni arvadı X15, uşaqları İddiaçı və Cavabdeh1 hər birinin payları bərabər olmaqla 1/3 hissə müəyyən edilsin. 02 mart 2021-ci il tarixli bağışlama müqaviləsi 1/6 hissədə, yəni İddiaçı atasından miras qalmış ½ hissə olmaqla ona çatasi paya münasibətdə (ümumi əmladakı 1/6 hissə) etibarsız hesab edilsin. 09 mart 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış İddiaçı atasından qəbul edtiyi 1/6 hissədə miras paya münasibətdə ləğv olunsun. Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacibəyov küçəsində yerləşən, ümumi sahəsi 191.5 kv.m olan fərdi yaşayış evində İddiaçı payı (ümumi əmlakda) 1/6 hissədə, X8 payı 5/6 hissədə müəyyən olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar