Məhkəmə qərarları › İş №2(104)-1585/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1585/2024

30.07.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1585/2024 30.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən məcburi çıxarılma” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-1294/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AZ-İ 273927 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin nikahları xx.xx.2018-ci il tarixdə Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsində pozulmuşdur.

2. Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, Ə 010128 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı İİ qrup müharibə əlili olmaqla Azərbaycan Respublikası qanunvericiliyi üzrə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.

3. İş materillarında olan Azərbaycan Respublikası Gəncə şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, Ə-538 nömrəli məktubun surətindən görünür ki, İddiaçı yaşadığı Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 20 saylı binada yerləşən yaşayış sahəsi 42,5 m² olan 2 otaqlı sosial təyinatlı 19 saylı mənzili Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sifarişi ilə QMƏ və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 08 noyabr 2010-cu il tarixli 1/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2010-cu il tarixli iclasının qərarından çıxarış əsasında QMƏ-i İddiaçı istifadəsinə verilmişdir.

4. Gəncə şəhəri İcra hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli sərəncamının surətindən görünür ki, Gəncə şəhəri, M.Hacıyev küçəsi, 15 saylı yataqxananın 133 saylı mənzilində yaşayan İddiaçı şəhər İcra Hakimiyyətində 2-ci qrup Qarabağ əlili kimi mənzil növbəsinə götürülməsi qərara alınmışdır.

5. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarışdan görünür ki, 2 otaqlı, ümumi sahəsi 78,56 m² faydalı sahəsi 42,5 m² olan, İİİ mərtəbədə yerləşən 19 nömrəli mənzil ailə tərkibi 2 nəfərdən ibarət olmaqla İddiaçı ayrılmışdır.

6. Gəncə şəhəri üzrə İcra İdarəsinin xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən tələb tam şəkildə yerinə yetirildiyindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2465/2023 nömrəli icra sənədi üzrə icraata xitam verilməsi qərara alınmışdır.

7. Gəncə şəhər BPİ-nin 3-cü Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı və Cavabdeh birgə yaşamadıqlarına görə münaqişəli ailə kimi qeydiyyata götürülməmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)- 236/2023 nömrəli qətnaməsindən görünür ki,İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanından Cavabdeh əşyaları ilə birlikdə çıxarılmasını xahiş etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 1047/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1047/2022 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanından Cavabdeh əşyaları ilə birgə çıxarılması tələbinə dair iddiası təmin edilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə 4000 manat kompensasiya verilməklə, İİ qrup Qarabağ əlili olaraq ona verilmiş ünvan 1dan cavabdehin istifadə hüququnun itirilmiş hesab edilməsinə və cavabdehin həmin mənzildən əşyaları ilə birgə məcburi çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulub boya başa çatmışdır. 1992-ci ildə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsinə başlanan zaman yaşı çatmasa da, könüllü olaraq vətənin müdafiəsi üçün müharibəyə getmişdir və döyüşlərə qatılmışdır. 1993-cü ildə güllə yarası almış və İ Qarabağ müharibəsi qazisidir. O, Qarabağ müharibəsi iştirakçısı olmaqla İİ qrup Qarabağ əlilidir. O, İİ qrup Qarabağ əlili olaraq dövlət tərəfindən Qarabağ əlilləri üçün verilmiş imtiyazlardan istifadə edir. İİ qrup Qarabağ əlili olduğuna görə ona ev verilməsi üçün Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 19 sentyabr 2003-cü il tarixli, 433 nömrəli sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 18 iyul 2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə İİ qrup Qarabağ əlili olması məqsədilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 20 saylı binanın 19 saylı mənzili ona verilmişdir. O, 11 may 2011-ci ildə X2 ilə nikaha daxil olaraq evlənmişdir və onların birgə nikahlarından xx.xx.2012-ci ildə Səməd və xx.xx.2013-cü ildə Arif adlı uşaqları doğulmuşur. Münasibətləri tutmadığı üçün onun iddiası əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2016-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat aliment ödəyir. Dövlət tərəfindən ona verilən evindən istifadə edə bilmir. Ona görə məcbur olub dövlət tərəfindən ona verilmiş evə köçürülməsi məqsədilə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-2465/2023 saylı qətnaməsi ilə sözügedən mənzilə köçürülməsi və onların mənzildən istifadə qaydaları müəyyən edilmişdir. Beləliklə, o, dövlət tərəfindən ona verilmiş mənzilə məhkəmə qətnaməsi ilə köçürülmüşdür. O, hazırda dövlət tərəfindən ona verilən evə köçürülsə də, ona verilmiş evdə yaşaya bilmir. O, hər gün evə girib-çıxanda dava-dalaşla, polis vasitəsilə girib-çıxır. Mətbəxdən istifadə edə bilmir, cavabdeh deyir ki, “ev mənimdir.” Hər dəfə çölə çıxıb evə qayıdanda qapını arxadan bağlayır, o isə məcbur olub hər dəfə polis çağıraraq qapını açdırır. Bundan əlavə olaraq, cavabdeh başqa bir şəxslə yaşayır, onu evə gətirmək istəyir. Uşaqlara bıçaq verir ki, onu öldürsünlər, ona deyir ki, “səni zəhərləyib öldürəcəm.” Bir sözlə onun həyatını qaranlıq zindana döndərmişdir. Onu yaşamağa qoymur, nəinki onunla heç qonşularla da yola getmir. Daimi qonşularla da dalaşır. Onların birgə yaşamaları heç cür mümkün deyildir. Cavabdeh belə hərəkətlər etməklə dövlət tərəfindən ona verilmiş mənzildən onu məhrum etmək istəyir. Birgə yaşamaları qeyri-mümkündür. Ona görə də, cavabdehə kompensasiya verməklə onun sözügedən mənzilə istifadə hüququna xitam verilməsi və onun əşyaları ilə birgə həmin mənzildən çıxarılmasını istəyir. Odur ki, Cavabdeh 4000 (dörd min) manat kompensasiya verilməklə İİ qrup Qarabağ əlilli olaraq ona verilmiş ünvan 1-dan istifadə hüququ itirilməklə evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-1294/2024 saylı qətnaməsi ilə (hakim Cavid Tağıyev) İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən məcburi çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməsini qət edilmişdir.

12. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının mübahisələndirdiyi mənzil sosial kirayə müqaviləsi ilə onların istifadəsinə verilmiş mənzil olmaqla, həmin mənzil verilərkən ailə tərkibi kimi cavabdeh də, nəzərə alınaraq mənzil 2 otaqdan ibarət verilmişdir. Tərəflərin nikahları pozulsa da, cavadeh həmin mənzildə yaşamağa davam etməklə iddiaçı ilə eyni hüquqlara malikdir. İddiaçının cavabdehə kompensasiya ödəməklə istifadə hüququna xitam verməsini tələb etməsinin hüquqi əsası yoxdur. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən məcburi çıxarılma tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalıdır.

13. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48.1, 68.1, 68.2, 68.4, 97.1, 97.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 217.3, 119, 216-200, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

14. Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-1294/2024 saylı qətnaməsindən iddiaçı İddiaçı apelyasiya şikayəti verərək Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1294/2024 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Gəncə şəhərində doğulub boya başa çatmışdır. 1992-ci ildə Azərbaycan Respublikasının bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsinə başlanan zaman yaşı çatmasa da, könüllü olaraq vətənin müdafiəsi üçün müharibəyə getmişdir və döyüşlərə qatılmışdır. 1993-cü ildə güllə yarası almış və İ Qarabağ müharibəsi qazisidir. O, Qarabağ müharibəsi iştirakçısı olmaqla İİ qrup Qarabağ əlilidir. O, İİ qrup Qarabağ əlili olaraq dövlət tərəfindən Qarabağ əlilləri üçün verilmiş imtiyazlardan istifadə edir. İİ qrup Qarabağ əlili olduğuna görə ona ev verilməsi üçün Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 19 sentyabr 2003-cü il tarixli, 433 nömrəli sərəncamı ilə mənzil növbəsinə götürülmüşdür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə 18 iyul 2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə İİ qrup Qarabağ əlili olması məqsədilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 20 saylı binanın 19 saylı mənzili ona verilmişdir. O, 11 may 2011-ci ildə X2 ilə nikaha daxil olaraq evlənmişdir və onların birgə nikahlarından xx.xx.2012-ci ildə Səməd və xx.xx.2013-cü ildə Arif adlı uşaqları doğulmuşur. Münasibətləri tutmadığı üçün onun iddiası əsasında Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 11 mart 2016-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat aliment ödəyir. Dövlət tərəfindən ona verilən evindən istifadə edə bilmir. Ona görə məcbur olub dövlət tərəfindən ona verilmiş evə köçürülməsi məqsədilə iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(125)-2465/2023 saylı qətnaməsi ilə sözügedən mənzilə köçürülməsi və onların mənzildən istifadə qaydaları müəyyən edilmişdir. Beləliklə, o, dövlət tərəfindən ona verilmiş mənzilə məhkəmə qətnaməsi ilə köçürülmüşdür. O, hazırda dövlət tərəfindən ona verilən evə köçürülsə də, ona verilmiş evdə yaşaya bilmir. O, hər gün evə girib-çıxanda dava-dalaşla, polis vasitəsilə girib-çıxır. Mətbəxdən istifadə edə bilmir, cavabdeh deyir ki, “ev mənimdir.” Hər dəfə çölə çıxıb evə qayıdanda qapını arxadan bağlayır, o isə məcbur olub hər dəfə polis çağıraraq qapını açdırır. Bundan əlavə olaraq, cavabdeh başqa bir şəxslə yaşayır, onu evə gətirmək istəyir. Uşaqlara bıçaq verir ki, onu öldürsünlər, ona deyir ki, “səni zəhərləyib öldürəcəm.” Bir sözlə onun həyatını qaranlıq zindana döndərmişdir. Onu yaşamağa qoymur, nəinki onunla heç qonşularla da yola getmir. Daimi qonşularla da dalaşır. Onların birgə yaşamaları heç cür mümkün deyildir. Cavabdeh belə hərəkətlər etməklə dövlət tərəfindən ona verilmiş mənzildən onu məhrum etmək istəyir. Birgə yaşamaları qeyri-mümkündür. Ona görə də, cavabdehə kompensasiya verməklə onun sözügedən mənzilə istifadə hüququna xitam verilməsi və onun əşyaları ilə birgə həmin mənzildən çıxarılmasını istəyir. Lakin məhkəmə işin bu hallarına qiymət verməmiş, iddinı rədd etmişdi ki, bununlada adı çəkilən prossesual hüquq normalarının tələblərini pozmuşdu.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, cavabdeh yenidən evlənərək ona məxsus evdə yaşayır. Cavabdeh onu evə buraxmır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəməni suallarına cavab olaraq bildirmişdir ki, o, cavabdeh tərəfindən ona təklif edilən məbləği qəbul etmir və başqa evə köçmək istəmir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh izahat verib bildirmişdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün iddiaçıya ayrılarkən, iki otaqlı mənzili onunla rəsmi nikahı olduğu üçün vermişlər. İddiaçı onu 2016-cı il tarixdə iki uşağı ilə birlikdə qoyub getmişdir. 2016-cı ildən o, həmin mənzilə xeyli xərc qoyaraq təmir etdirmişdir. O, iddiaçının mənzlində çıxması üçün ona bir otaqlı mənzilin pulunu, yəni 18000-20000 manat verməyə hazırdır. Yaxud iddiaçının ona bir otaqlı mənzilin pulunu, yəni 18000-20000 manat verəcəyi təqdirdə evdən çıxmağa razıdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mənzil Məcəlləsinin:

19. 48.1- ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

20. 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

21. 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar.

22. 97.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşlara aid edilən vətəndaşların yaşaması üçün nəzərdə tutulur.

23. 97.2-ci maddəsinə əsasən xüsusi sosial müdafiəyə ehtiyacı olan vətəndaşların kateqoriyaları qanunvericiliklə müəyyən edilir. Mənzil Məcəlləsinin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır.

24. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

28. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

32. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

33. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

34. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

35. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-1294/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. İşin hallarından görünür ki, tərəflər 11 may 2011-ci ildə rəsmi nikaha daxil olmaqla evlnmişlər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarışdan görünür ki, 2 otaqlı, ümumi sahəsi 78,56 m² faydalı sahəsi 42,5 m² olan, İİİ mərtəbədə yerləşən 19 nömrəli mənzil ailə tərkibi 2 nəfərdən ibarət olmaqla İddiaçı ayrılmış və İddiaçı yaşadığı Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 20 saylı binada yerləşən yaşayış sahəsi 42,5 m² olan 2 otaqlı sosial təyinatlı 19 saylı mənzili Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin sifarişi ilə QMƏ və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədi ilə 08 noyabr 2010-cu il tarixli 1/7-143 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2010-cu il tarixli iclasının qərarından çıxarış əsasında QMƏ-i İddiaçı istifadəsinə verilmişdir. Sonradan tərəflər arasında münasibətlər pisləşmiş və aralarında olan nikah pozulmuşdur.

38. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

39. İş materiallarından görünür ki, mübahisəli mənzil sosial kirayə müqaviləsi əsasında iddiaçı və cavabdehin istifadəsinə verilmişdir. İddiaçı cavabehlə aralarında mübahisənin olduğunu bildirərək evdən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi və evdən məcburi çıxarılma tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin 228-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa yalnız mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi nəzərdə tutmuşdur. İddiaçı isə mübahisəli mənzilin mülkiyyətçisi deyildir. Mübahisəli mənzil sosial kirayə müqaviləsi əsasında iddiaçı və cavabdehin isifadəsinə verilmişdir və onların hər ikisi mənzilə dair eyni hüquqlara malikdir.

40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin movcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”.

41. Beləliklə işin hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, ev 20, 19 nömrəli mənzil sosial kirayə müqaviləsi ilə tərəflərin istifadəsinə verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün Gəncə şəhərində inşa olunmuş 36 mənzilli yaşayış binasındakı boş qalan mənzillərin bölgüsünün həyata keçirilməsi məqsədilə xx.xx.2011-ci il tarixli, 11/7-115 nömrəli əmrlə yaradılmış komissiyanın xx.xx.2011-ci il tarixli iclasının qərarından çıxarışdan da görünür ki, həmin mənzil verilərkən ailə tərkibi kimi cavabdeh də nəzərə alınaraq mənzil 2 otaqdan ibarət verilmişdir. Tərəflərin nikahları pozulsa da, cavadeh həmin mənzildə yaşamağa davam etmişdir. İddiaçının mübahisəli mənzilə dair heç bir mülkiyyət hüququ qeydə alınmamışdır. İstifadə hüququna müvafiq kompensasiya verməsi yolu ilə xitam verilməsi hüququ isə yalnız mülkiyyətçiyə tanınmışdır. Mübahəli mənzil tərəflərin istifadəsinə verildiyindən iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ olmamışdır.

42. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-1294/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

43. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-1294/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(125)-1294/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar