Məhkəmə qərarları › İş №2(104)-1588/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1588/2024

06.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1588/2024 06.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Müşafiq oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Ağstafa rayon notariat ofisinə qarşı “miras əmlakın qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə” tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(015)-381/2024 saylı qətnaməsindən İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə Müşafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Məhkəməyə müraciət edərək miras əmlakın qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mərhum əri X7 ilə 1982-ci ildə ailə qurmuşlar, nikahlarını xx.xx.1982-ci il tarixdə rəsmiləşdirmişlər. xx.xx.2015-ci il tarixdə əri X7 vəfat etmişdir. 1992-ci ildə qaynanası X3 vəfat etdikdən sonra sonuncunun adına olan Ağstafa rayonu, Dağkəsəmən kəndində yerləşən fərdi yaşayış evi ona miras qalmışdır. 2016-cı il tarixdə mərhum Zöhrə Salıfovadan qalmış miras əmlakın faktiki qəbul edilməsi, əmlaka vərəsəliyin müəyyən edilməsi və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin 2(015)-2069/2016 nömərli, 11 avqust 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. xx.xx.2016-cı il tarixində Ağstafa rayon Notariat ofisi tərəfindən ona reyestrdə 2V-196 nömrəsi ilə qeydə alınan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mərhum ərinin bacısı oğlu Musayev Valeh Hayqaz oğlunun verdiyi apellyasiya şikayəti əsasında Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2107-ci il tarixli, 2(104)-2050/2017 saylı qərardadı ilə Ağstafa Rayon Məhkəməsinin 11 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edilərək ərizəçi İddiaçı miras əmlakın faktiki qəbul edilməsinə, həmin miras əmlaka vərəsəliyin müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılaraq ümumi əsaslarla iddia vermək hüququ izah edilmişdir. Mərhum əri X7 valideynlərinin vərəsəsi olduğu kimi, o, da ərinin yeganə vərəsəsi olmaqla faktiki qəbul edilmiş mirasa nisbətdə irsi transsmisiya üzrə yeganə vərəsə hesab edilir. Ağstafa Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(015)-381/2024 saylı qətnaməsi ilə (hakim Z.Rəsulov) İddiaçı cavabdeh Ağstafa rayon Notariat ofisinə qarşı “miras əmlakın qəbul edilmiş hesab edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi tələbi barədə” barədə iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(015)-381/2024 saylı qətnaməsindən narazı qalan İddiaçı və onun nümayəndəsi vəkil Nümayəndə apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(015)-381/2024 saylı qətnaməsinin tamamilə ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun Ağstafa Rayon Məhkəməsinin 2(015)-2069/2016 saylı, 11 avqust 2016-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək X1 miras qalmış Ağstafa rayonunun Dağ Kəsəmən kəndində yerləşən fərdi yaşayış evinə onun vərəsəlik hüququ tanınmaqla, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi Ağstafa Rayon Notariat Kontoruna həvalə edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2050/2017 saylı, 21 sentyabr 2017-ci il tarixli qərardadının surətindən də göründüyü kimi, Musayev X5 Rayon Məhkəməsinin 2(015)-2069/2016 saylı, 11 avqust 2016-cı il tarixli qətnaməsindən şikayət vermiş və nəticədə Musayev Valeh Hayqaz oğlunun apellyasiya şikayəti təmin edilmiş, yəni Ağstafa rayon məhkəməsinin 11 avqust 2016-cı il tarixli qətnaməsi ləğv edildi, ərizəçi İddiaçı miras əmlakın faktiki qəbul edilməsinə dair ərizəsi baxılmamış saxlanmışdır. Ərizəçi İddiaçı ümumi əsaslarla şikayət vermək hüququnun olduğu izah edilmişdir. Həmçinin həmin miras əmlak üzrə özünü vərəsə olaraq göstərərək mülki iş üzrə mübahisə yaradan Musayev Valeh Hayqaz oğlunun Ağstafa rayon məhkəməsinin 2(015)-60/2019 saylı qətnaməsi ilə miras əmlakın vərəsə tərəfindən qəbul edilmiş hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir, sonradan həmin qətnamədən apellyasiya şikayəti verməsinə baxmayaraq Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2206/2019 saylı, 10 may 2019-cu il tarixli qətnaməsinin surətindən də göründüyü kimi, Musayev Valeh Hayqaz oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı həmin qətnamədən Ali Məhkəməyə kassasiya şikayəti vermiş və AR Ali Məhkəməsinin 2(102)-204/2020 saylı, 08 yanvar 2020-ci il tarixli qərarın surətindən də, görüdüyü kimi, iddiaçı Musayev Valeh Hayqaz oğlunun kassasiya şikayəti təmin edilməmişdir. İşə baxan məhkəmə məhz həmin əmlakda yeganə vərəsə olaraq onun mərhum həyat yoldaşı X7 anası X2 birinci növbəli vərəsəsidir. O da həmin torpaq sahəsində mülkiyyətçi olaraq payçıdır, həmçinin həyat yoldaşının birinci növbəli vərəsəsidir. Məhkəmə müddətin keçməsinə istinad etmiş, ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə olmamasını bildirmişdir. Əvvəlki qətnamələrə diqqət yetirilsə və onun payçı olduğuna, mirası faktiki qəbul etdiyinə, həmin əmlakı idarə etdiyinə nəzər yetirilmədən iddia tələbi rədd edilmişdir. Məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Ağstafa rayon notariat ofisi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla yanaşı İddiaçı nümayəndəsi vəkil Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, apellyaisya şikayətinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və iddiaçı tərəfin müraciətini araşdıraraq hesab edir ki, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Müşafiq oğlunun apellyasiya şikayətindən imtinası qəbul edilməli və şikayət üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə görə apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər; Həmin Məcəllənin 369.4-cı maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Müşafiq oğlunun apellyasiya şikayətindən imtinasının məhkəmə kollegiyası tərəfindən qəbul edilməsinə heç bir mane olan hal yoxdur. Buna görə də, İddiaçı nümayəndəsi vəkil Nümayəndə Müşafiq oğlunun apelyasiya şikayətindən imtina etməsi qəbul edilməli və apellyasiya icraatına xitam verilməlidir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 264, 369, 396, 398, 400 və 405-407-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı nümayəndəsi vəkil Nümayəndə Müşafiq oğlunun Ağstafa Rayon Məhkəməsinin 14 may 2024-cü il tarixli, 2(015)-381/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilsin. İddiaçı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardadan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar