Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1590/2024 16.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X2 iştirakı ilə, Ağstafa Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(0*5)-*4/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlər DSMF-nun 20 saylı Regional Ərazi filialının Ağstafa qəbul şöbəsinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin *5 saylı Tovuz Ərazi İdarəsinə qarşı “əvvəllər mövcud olmuş, hazırda cavabdeh tərəfindən hasarlanmış yolun zəbtdən azad olunaraq bərpa edilməsi, ara məsafəsi ilə bağlı müfəssəl qaydaların tətbiq olunaraq ara məsafəsi gözlənilməklə və qonşuluğun tənzimlənməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ,ona məxsus obyektə giriş-çıxışın təmin olunması üçün əvvəllər mövcud olmuş, hazırda cavabdeh tərəfindən hasarlanmış yolun zəbtdən azad olunaraq bərpa edilməsi, həmin yolu kəsən hasarın cavabdehin hesabına sökülməsi, ona məxsus obyektin divarından cavabdeh təşkilata məxsus ərazi arasında ara məsafənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20*4-cü il ** mart tarixli 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafə ilə bağlı müfəssəl Qaydalar”ın tətbiq olunaraq ara məsafəsi gözlənilməklə və qonşuluğun tənzimlənməsi, DSMF-nin 20 saylı Regional Ərazi Filialının Ağstafa qəbul şöbəsinin Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyetrindən Çıxarışın və Texniki Pasportun ləğv olunması, yeni Çıxarış və Texniki pasportda yolun və ona məxsus obyektin divarı ilə cavabdeh təşkilata məxsus ərazi arasında ara məsafəsi və sərhədlərin göstərilməsi ilə yeni çıxarışın və Texniki Pasportun hazırlanması, bunlar mümkün olmadıqda isə torpaq sahəsindən piyada və nəqliyyat vasitəsi ilə keçmək üçün daimi servitutlar müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(0*5)-*4/2023 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddianın təmin edilməməsi qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(0*5)-*4/2023 nömrəli qətnaməsindən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, Ağstafa Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(0*5)-*4/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və apellyasiya şikayətinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətindən istifadə etməyi cavabdeh təşkilat tərəfinən məhdudlaşdırılmışdır. Məhkəmə isə bunu nəzərə almamışdır. Bu isə onun mülkiyyətindən sərbəst istifadə etməyinə maneə olur. 25 oktyabr 202*-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu vəsatət verərək Azərbaycan Respublikası Prezidentinin “Sosial müdafiə sahəsində idarəetmənin təkminləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında“ 20*9-cu il 30 dekabr tarixli 9*2 nömrəli fərmanı ilə Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial müdafiə Fondu publik hüquqlu şəxsi yaradılması və Azərbaycan Respublikasi Prezidentinin 2020-ci il 30 iyun *077 nömrəli Fərmanı ilə Fondun Nizamnaməsini təsdiq edildiyini bildirsə də həmin vəsatəti məhkəmə ona təqdim etməmişdir. Buna görə də o əsl cavabdehin əvəz olunması ilə bağlı vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Bu hal isə sonuncu məhkəmə iclasında müəyyən edilsə də o vəsatətlə məhkəməyə müraciət etsə də məhkəmə onun vəsatətini təmin etməmişdir. Məhkəmə iclaslarında və məhkəmə sorğusu ilə əldə olunmuş sənədlərdən görünür ki, məhkəmənin qətnamədə əsas gətirdiyi mübahisəli gediş-gəliş yolunun kimə məxsus olması müəyyən olunmaması faktı öz təsdiqini tapmır. Belə ki, həmin gediş-gəliş yolu Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqlu şəxsi balansında Dövlət qeydiyyatına alınmışdır. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının 03 aprel 2023-cü il tarixli *0/**0 saylı ekspert rəyindən görünür ki, məhkəmə tərəfindən ekspert qarşısında qoyulan suallar ekspert tərəfindən tam və hərtərəfli cavablandırılmamış, ekspert mütəsəsis rəyini əassa götürərək mütəxəsisin qeyd etdiklərini öz rəyində qeyd etmişdir. Lakin, məhkəmənin ekspert qarşısında qoyulan sualları cavablandırması üçün mübahisəli əraziyə yerində baxış keçirməsi gərəkdiyi halda ekspert yerində baxış keçirməmiş, mütəxəsis rəyində qeyd etdiklərini öz rəyinə köçürdərək səthi rəy vermişdir. Məhkəmə isə bu hala qiymət verməmişdir. Əsassız rəyi əsas gətirərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Məhkəmədə müəyyən edilmiş subutlar məhkəmə qətnaməsində öz əksini tapmamışdır. Qeyd etdiyi kimi məhkəmə qətnaməsində mübahisəli torpaq sahəsinin kimə məxsus olması müəyyən edilməməsi göstərilsədə, işdə olan sənədlərdən də görünür ki, mübahisəli gediş-gəliş yolu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin adına Dövlət qeydiyyatına alınmışdır. Məhkəmə qətnamədə iddia ərizəsində göstərilən “ünvan 1 ünvanındakı daşınmaz əmlak (qeyri yaşayış binası və torpaq sahəsi) üzərində iddiaçının hüquqları müəyyən olunsa da, lakin mübahisə edilən giriş-çıxış yolunun mülkiyyətçisinin kimin olması ilə bağlı heç bir sübüt təqdim edilməmişdir qeyd etsə də, yenə də öz qətnaməsində yol kimi iddia edilən ərazi dövlət mülkiyyətində olmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DSMFnun * saylı X* balansında olmasını qeyd etmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin *5 saylı Tovuz Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası məhkəmə kollegiyasının iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi X4 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(0*5)- *4/2023 nömrəli qətnaməsi qismən yəni “DSMF-nin 20 saylı Regional Ərazi Filialının Ağstafa qəbul şöbəsinin Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyetrindən Çıxarışın və Texniki Pasportun ləğv olunması, yeni Çıxarış və Texniki pasportda yolun və ona məxsus obyektin divarı ilə cavabdeh təşkilata məxsus ərazi arasında ara məsafəsi və sərhədlərin göstərilməsi ilə yeni çıxarışın və Texniki Pasportun hazırlanmasının rədd edilməsi” hissəsində ləğv edilməli və həmin hissədə icraata işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, iddiaçı DSMF-nin 20 saylı Regional Ərazi Filialının Ağstafa qəbul şöbəsinin Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyetrindən Çıxarışın və Texniki Pasportun ləğv olunması, yeni Çıxarış və Texniki pasportda yolun və ona məxsus obyektin divarı ilə cavabdeh təşkilata məxsus ərazi arasında ara məsafəsi və sərhədlərin göstərilməsi ilə yeni çıxarışın və Texniki Pasportun hazırlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, *36 saylı qərarının V bəndinə əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqanı kimi müəyyən olunmuşdur. Həmin Qərarın 3*.*.2-*-ci bəndinzə əsasən isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti inzibati orqan kimi təsnif edilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0 aprel 20*5-ci il tarixli 4 nömrəli qərarının 5.*-ci bəndində qeyd olunmuşdur ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Beləliklə, göründüyü kimi iddiaçının Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin *5 saylı Tovuz Ərazi İdarəsinə qarşı Çıxarışın və Texniki Pasportun ləğv olunması, yeni Çıxarış və Texniki pasportda yolun və ona məxsus obyektin divarı ilə cavabdeh təşkilata məxsus ərazi arasında ara məsafəsi və sərhədlərin göstərilməsi ilə yeni çıxarışın və Texniki Pasportun hazırlanması barədə tələbi inzibati hüquq münasibətlərindən irəli gəlmişdir. Həmin tələbə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığı halda birinci instansiya məhkəməsi prosessual qanunvericiliyin tələbini pozaraq iddia ərizəsini həmin hissədə icraata qəbul etmiş və mahiyyəti üzrə baxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 26*.0.*-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.*-259.0.5-ci və 259.0.8—259.0.*2-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 26*-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Həmin Məcəllənin 402.2.4-cü maddəsinə əsasən apellyasiya məhkəmələrinin iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 387, 39*, 402, 404- 406-cı maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli 2(0*5)-*4/2023 nömrəli qətnaməsi qismən yəni “DSMF-nin 20 saylı Regional Ərazi Filialının Ağstafa qəbul şöbəsinin Dövlət qeydiyyatı haqqında əmlakın Dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun ləğv olunması, yeni Çıxarış və Texniki pasportda yolun və ona məxsus obyektin divarı ilə cavabdeh təşkilata məxsus ərazi arasında ara məsafəsi və sərhədlərin göstərilməsi ilə yeni çıxarışın və Texniki Pasportun hazırlanmasının rədd edilməsi” hissəsində ləğv edilsin və həmin hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1590/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1590/2024
16.07.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver