Məhkəmə qərarları › İş №2(104)-1594/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1594/2023

26.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1594/2023 26.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1ndə Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Vərəsəlik, yaşayış sahəsinin geri qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X25 iştirakı ilə, Tovuz Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(062)-89/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. JN-231 kod 50302018 saylı torpağın mülkiyyətə verilməsi haqqında dövlət aktından görünür ki, Tovuz rayonu X20 1998-ci il 28 avqust tarixli 23 nömrəli qərarı ilə X6, X12, X16, İddiaçı, X17, X26 Tovuz rayonu Azaflı kəndi ərazisində 0,33 ha pay torpaq sahəsi verilmişdir.

2. JN-162A KOD 50302018 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Tovuz rayonu X20 1998-ci il 28 avqust tarixli 23 nömrəli qərarı ilə X6, X12, X16, İddiaçı, X17, X26, X22, X23 və X13 Tovuz rayonu Azaflı kəndi ərazisində 0,30 ha həyətyanı torpaq sahəsi verilmişdir.

3. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı ərazi idarəsinin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, X5 adına keçmiş DTİ və MHQİ-si tərəfindən verilmiş 340 nömrəli qeydiyyat vəsiqəsi ilə Tovuz rayonu Azaflı kəndində yerləşən fərdi yaşayış evinə texniki pasport tərtib edilmişdir. Ləğv olunmuş DT və XT tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarında X5 adına ümumi birgə əsaslarla Tovuz rayonu, Azaflı kəndində JN-162A nömrəli şəhadətnamə ilə 0,3 ha həyətyanı və JN-231 nömrəli dövlət aktı ilə 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. X2 adına digər ərazi idarəsi üzrə qediyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir.

4. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, qeyd edilən torpaq sahəsinə dair təqdim edilmiş arxiv arayışında qeyd edilən 0,25 ha torpaq sahəsi üzərində hüquqların qediyyatı üçün bələdiyyə tərəfindən təsdiqlənmiş yerqurluşu xəritəsindən çıxarış və əlavə 0,10 ha torpaq sahəsinə dair hüququ müəyyənedici sənəd DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinə təqdim ediləcəyi təqdirdə daşınmaz əmlakın dövlət reystrində qediyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır.

5. Azərbaycan Respublikası ƏMDKDƏK və ÜRX-nin xx.xx.2021ci il tarixli məktubundan görünür ki, Tovuz rayonu Azaflı kəndində aparılmış torpaq islahatı ilə bağlı tərtib edilmiş kompleks yerqurluşu sənədlərində saxlanılan yuxarıda adı çəkilən siyahıda yerli aqrar islahat komissiyası tərəfindən X5 adı ailə üzvləri (X18, X24, İddiaçı, X27, X34) siyahıya daxil edilmiş, qanuni istifadəsində 0.25 ha zəbt kimi isə 0.80 ha həyətyanı torpaq sahəsi göstərilmişdir.Vətəndaşların qanuni istifadələrində olan həyətyanı torpaq sahəsinin onların mülkiyyətinə verilməsi ilə bağlı yerli aqrar islahatı komissiyası tərəfindən tərtib edilmiş və rayon aqrar islahat komissiyası tərəfindən təsdiq edilmiş siyahıda X31 adı ilə ailə üzvləri (X18, X24, İddiaçı, X27, X34, X32, X33, Abbasova (Abdıyeva) Könül Məhərrm qızı) ilə birlikdə 162-ci və 210cu sırada qeyd olunmuş və ləğv edilmiş DT və XK tərəfindən tərtib edilmiş bölgü layihəsində ailələrinə JN-162A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə 0.30 ha həyətyanı torpaq sahəsi verilmişdir.

6. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən qeyd edilən torpaq sahəsinin 0.12 ha olan hissəsi üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qediyyata alınmışdır. Mülkiyyətdə olan 0.12 ha torpaq sahəsi üzərində mülkiiyət hüququnun qediyyata alınması üçün xidmətin 15 saylı Tovuz Ərazi İdarəsinə müraciət olunması məqsədə müvafiq hesab edilmişdir.

7. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 15 saylı Tovuz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 23 nömrəli qərarı əsasında X6 ailə üzvləri ilə birlikdə 0.30 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin qərar əsasında X5 və ailə üzvlərinin adına torpağa mülkiyyətə verilməsinə dair JN-162 A nömrəli şəhadətnamə tərtib edilmişdir.

8. Çıxarışdan görünür ki, X5 adına Tovuz rayonu Azaflı kəndində 0.12 ha torpaq sahəsi və üzərində 135 kv.m fərdi yaşayış evi qediyyata alınmışdır.

9. Tovuz rayon Dövlət Arxivinin 22 yanvar 2021-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd ZDS İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1951-1953-cü il tarixli 08 saylı təsərrüfat başına kitabın 245-ci şəxsi hesabında təsərrüfatda 0.30 ha torpaq sahəsinin olması göstərilmişdir.

10. Tovuz rayon Dövlət Arxivinin 07 noyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996- 2000-ci il tarixli 01 saylı təsərrüfat başına kitabın 75-ci şəxsi hesabında təsərrüfat mərhum X5 adına olmaqla ümumi sahəsi 108 kv.m o cümlədən yaşayış sahəsinin 56 kv.m olması gösrərilmiş və aşağıdakı ailə üzvləri var. (X1 Həmayə Müseyib qızı, X24, İddiaçı, X27, X34, X32, X33, Abbasova (Abdıyeva) Könül Məhərrm qızı)

11. Tovuz rayon Dövlət Arxivinin 07 noyabr 2020-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd ZDS İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1954-1956-cİ il tarixli 11 saylı təsərrüfatbaşına kitabın 264-cü şəxsi hesabında təsərrüfat X5 adına olmaqla təsərrüfatda 1954-cü ildə 0.30 ha 1955-ci ildə 0.25 ha 1956-cı ildə 0.12 ha torpaq sahəsi, 1948-ci ildə tikilmiş yaşayış evinin olması qeyd olunmuşdur.

12. Tovuz rayon Dövlət Arxivinin 15 sentyabr 2021-ci il tarixli arxiv arayışından görünür ki, Azaflı kənd ZDS İcraiyyə komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1977-1979-cu il tarixli 14 saylı təsərrüfatbaşına kitabın 448-ci şəxsi hesabında təsərrüfat X5 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1960-cı ildə daşdan tikilmiş yaşayış evinin olması göstərilmişdir. Azaflı kənd icra nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1996-cı2000-ci il tarixli 01 saylı təsərrüfatbaşına kitabın 75-ci şəxsi hesabında təsərrüfat X5 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1981-ci ildə daşdan tikilmiş yaşayış evinin ümumi sahəsinin 108 kv.m, o cümlədən yaşayış sahəsinin 56 kv.m olması göstərilmişdir. Azaflı kənd İcra Nümayəndəliyinin Tovuz rayon Dövlət arxivində saxlanılan 2001-2005-ci il tarixli 09 saylı təsərrüfatbaşına kitabın 704-cü şəxsi hesabında təsərrüfat X5 adına olmaqla təsərrüfatda 0.25 ha torpaq sahəsi, 1981-ci ildə daşdan tikilmiş yaşayış evinin yaşayış sahəsinin 56 kv.m olması göstərilmişdir.

13. Gəncə Apellyasiya Məhkəməsinin 09 iyun 2022-ci il tarixli qərarından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(114)110/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestrində xx.xx.2021-ci il tarixdə aparılmış ********** qeydiyyata düzəliş edilərək **********03-10301 reyestr nömrəli daşınmaz əmlak üzərində xx.xx.1998-ci il təvəllüdlü X19 ümumi birgə torpaq sahəsinə dair hüquqlarına dair qeydiyyatın ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

15. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2004-cü il tarixdə vəfat etmişdir.

16. Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə Tovuz rayonu Azaflı kəndində vəfat etmiş X4 miras qalmış əmlaka dair 08 dekabr 2020-ci il tarixdə İddiaçı notariat ofisinə vərəsəliyin qəbuluna dair ərizə ilə müraciəti əsasında vərəsəlik işi açılmışdır. Lakin heç bir qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

17. İddiaçı cavabdehlər Cavabdeh1ndə Notariat Ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X4 və 18 aprel 2018-ci ildə vəfat etmiş X8 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, xx.xx.2005-ci il tarixli JN162A qediyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş mülkiyyətə dair bütün sənədlərin ləğv edilməsi, xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin xəritə koordinatlarının müəyyən edilməklə coğrafi-fiziki yerləşdiyi ərazinin 448-ci şəxsi hesabla göstərilən həyətyanı torrpaq sahəsi olmaması, şəhadətnamədə qeyd olunan 1960-cı ildə inşa ediimiş 44,8 kv.m yaşayış evinin 1981-ci ldə tikilmiş yaşayış evinin olmaması, X3 torpaq islahatına qədər qanuni istifadəsində olmuş yaşayış məntəqəsinə aid həyətyanı torpaq sahələrinin və həyətyanı zəbtin, fərdi yaşayış evinin coğrafi koordinatlarla müəyyən edilməsi, bunun əsasında miras əmlakın tərkibinin yenidən müəyyən edilməsi, atası X6 aid torpaq islahatı zamanı Tovuz rayon AİK-nın və YAİK tərtib etdiyi bütün protokolların, qərarların, cədvəllərin və onların əsasında tərtib edilmiş mülkiyyət sənədlərinin ləğv edilməsi, pay torpağı almaq hüququ olan subyeklərin müəyyən edilməsi üçün ailə tərkibinin, 340 qediyyat 503-2/4 texniki pasportla qeyd olunan 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə qediyyatda olanlar və 448-ci şəxsi hesabda qeyd olunan 0,25 ha həyətyanı torpaq sahəsinin üzərində, 1960-cı ildə inşa edilmiş 44,8 kv.m fərdi yaşayış evinə qeydiyyatda olanların, ilkin və son istifadəçisinin müəyyən edilməsi, Tovuz rayon Azaflı kənd icra nümayəndəliyindən torpaq payı və əmlak payı almaq hüququ olan Azərbaycan Respublikası vətandaşı kimi ailə başçısı o, olmaqla, o və həyat yoldaşı X10 Azərbaycan Respublikasının Torpaq islahatı haqqında Qanunun tələblərinə uyğun sovxoz və kolxozların özəlləşdirilən torpaqlardan pay torpağı və əmlak payı almaq hüququ olan subyekt kimi tanınması, onun JN-231D dövlət aktı ilə, həyat yoldaşı X10 JN-267D dövlət aktı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquqlarının ləğv edilməsi və onlara sovxoz və kolxozların özəlləşdirilərək bələdiyyə mülkiyyətinə verilmiş bir subyektə düşən 0,25 ha pay norması olmaqla 0,50 ha keyfiyyətli pay torpağının ayrılması, ********** qeydiyyat **********03-10301 reyestr nömrəli fərdi yaşayış evində yaşayış sahəsinə qeydiyyata alınmış X11 qeydiyyata alınmasının qanunsuz hesab edilməsi, onun vəsaiti hesabına inşa edilmiş yaşayış evində onun tam mülkiyyət hüququnun tanınması, 26 aprel 2004-cü il tarixdə vəfat etmiş atası X4 və 18 aprel 2018-ci il tarixdə vəfat etmiş anası X8 miras qalmış əmlaka dair vərəsəlik işi çərçivəsində yenidən qanuna müvafiq qaydada bu qətnamə ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla notariat hərəkətlərinin aparılması, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsinə, xx.xx.2005-ci il qeydiyyat nömrəli (xəritə nömrəsi 448-ci şəxsi hesabda qeyd olunan) JN-162A həyətaynı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan fərdi yaşayış evinin məhv olunmuş əmlak kimi qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X4 və anası X8 miras qalmış əmlakın tərkibini müəyyən etmək üçün aidiyyəti üzrə Cavabdeh1ndə notariat ofisinə müraciət etmiş və bununla bağlı aşağıdakıları məhkəmənin diqqətinə çatdırır. Onun atası X14 26 aprel 2004-cü ildə vəfat etmişdir. Atası vəfat etdiyi vaxt anası həyatda olduğu üçün o, vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı aidiyyəti üzrə müraciət etməmişdir. Anası 2018-ci ilin aprel ayının 18-də vəfat etdikdən sonra müəyyən müddət ərzində müxtəlif səbəblərdən işləri olduğu üçün vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı aidiyyəti üzrə müraciət etməmişdir. xx.xx.2020-ci ildə o, ƏMDK DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə müraciət edərək X3 Azərbaycan Respublikası ərazisində qeydiyyata alınmış mülkiyyətləri barədə sorğu vermişdir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 1 saylı Ərazi idarəsinin xx.xx.2020-ci il **********27 saylı cavab məktubunda atasının qeydiyyata alınmış mülkləri barəsində məlumat verilmişdir. Cavab məktubunda X3 340 qeydiyyat nömrəli keçmiş DTİ və MHQİ trəfindən verilmiş texniki pasport və JN-162 nömrəli şəhadətnamə ilə 0,3 ha (faktiki 0,28 ha) JN-231 dövlət aktı ilə 0,33 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qeyd edilmişdir. Həqiqətən də ailələrində olan sənədlər 340 qeydiyyat 503-2/04 (503-2/4 inventarla eyni məzmuna və sxematik qurluşa malik) JN- 162A həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamə olmuşdur. Lakin onlarda olan şəhadətnamə xx.xx.2005-ci ildə Tovuz rayon X20 28 avqust 1998-ci il 23 nömrəli ümumi qərarı əsasında qeydiyyata alınmışdır. Yəni, 503-2/739 inventar ********** qeydiyyat **********-10301 reyestr nömrəli texniki pasportda və ya arxiv arayışında qeyd olunan 448-ci şəxsi hesabda göstərilmiş torpaq sahəsi və 1960-cı ildə tikilmiş 44,8 kv fərdi yaşayış evi göstərilmiş şəhadətnamə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Ərazi idarəsinin xx.xx.2020-ci il **********27 saylı cavab məktubunda keçmiş DTİ və MHQİ tərəfindən 340 nömrəli texniki pasportunun olduğunun vurğulanmasında xx.xx.2021-ci 15 saylı ərazi idarəsi daşınmaz əmlakın dövlət reystrindən təqdim etdiyi arayışda belə bir texniki pasportun olduğunu inkar etmişdir. O, 1990-cı ildən 1992-ci ilə qədər Rusiya Fedarasiyasında hərbi təhsil müəssəsində təhsil almışdır. 1992-ci ilin aprel ayından 1993-cü ilin iyun ayına qədər Azərbaycan Respublikasının hərbi təhsil müəssəsində təhsilini davam etdirmişdir. 2000-ci ilə kimi onun qeydiyyat və yaşayış yeri Tovuz rayonu Azaflı kəndi olmuşdur. O, 1995-ci ildə ailə həyatı qurmuşdur. Arvadının da daimi yaşayış yeri 1998-ci ilədək Tovuz rayonu Azaflı kəndi olmuşdur. Bu səbəbdən də o, torpaq islahatının keçirilmə qaydası haqqında anlayışı olmamışdır. Yuxarıda qeyd etdiyi şəhadətnamə ona 2009-cu ildə qardaşı X24 tərəfindən verilmişdir. 340 qeydiyyat, 503- 2/04 inventar nömrəli texniki pasport həmin pasportada qeyd olunan yaşayış evində anası və qardaşının ailə üzvləri yaşadığına görə onda qalmışdır. O, 08 dekabr 2020-ci il tarixdə xx.xx.2005-ci ildə qeydiyyata alınmış JN-162A şəhadətamə ilə atadan və anadan miras qalmış əmlaka dair vərəsəlik və ümumiyyətlə miras əmlakın tərkibini müəyyən etmək üçün yüxarıda qeyd olunan 1 saylı ərazi idarəsi tərəfindən verilmiş arayışla Cavabdeh1ndə notariat ofisinə müraciət etmiş, onun müraciəti əsasında V-638, V-639 nömrəli vərəsəlik şəhadətnaməsi açılmışdır. Vərəsəlik işləri çərcivəsində notariat ofisi tərəfindən miras qalmış əmlaka dair hüquq müəyyənedici sənəd alınması üçün həmin vaxt aidiyyəti üzrə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri Xidmətinin 15 saylı Tovuz ərazi idarəsinə müraciət ünvanlamışdır. Müraciət əsasında ona mərhum X3 adına ümumi sahəsi 0,12 ha (yaşayış məntəqələrinin torpaqları katakoriyasına aid) torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 135 kv.m olan fərdi yaşayış evi barədə 15 dekabr 2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış, ümumi sahəsi 0,2398 ha olan (yaşayış məntəqələrinin torpaqları kataqoriyasına aid) torpaq sahəsi barədə xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış, həmin çıxarışları aldıqdan sonra nə anası, nədə ki, atası miras əmlakın tərkibi düzgün müəyyən edilmədiyi üçün o, vərəsəlik şəhadətnaməsinin ona verilməsi üçün müraciət etmişdir. Onu da qeyd etmək lazımdır ki, müxtəlif illərdə həm fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı və mülkiyyət hüququ təsdiq edən sənədlər müxtəlif olduğu üçün atasının mülkiyyət hüququna malik olduğu torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlər də həmin vaxt qüvvədə olan qanunvericiliyə uyğun olaraq müəyyən edilmişdir. O, xx.xx.2020-ci il tarixdə vərəsəlik işinin açılması üçün müraciət etdiyi vaxt aşkar etmişdir ki, atadan qalmış miras əmlaka dair vərəsəlik işi ilə bağlı müraciət etdiyi tarixdən xeyli müddət öncə 3 mart 2005-ci il tarixdə onun məlumatı olmadan onun adına daşınmaz əmlak reyestrində sənədləşdirilmə aparılmışdır və onun müraciəti olmadan onun adına daşınmaz əmlak reyestrində mülkiyyətçi kimi qeydiyyat aparılmışdır, daşınmaz əmlak reyestrində qeydiyyata alınmış həmin sənəd xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamədir. X29 Xəritəçəkmə Komitəsinin Tovuz rayon şöbəsi tərəfindən tərtib edilmişdir. Həmçinin xx.xx.2005-ci ildə verilmiş JN-162A saylı şəhadətnamədə mülkiyyətçi kimi atası X14 göstərilmişdir. Onu da qeyd edir ki, daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti X30 Komitəsinin hüquqi varisidir. Mülkiyyətçi olmasına dair məlumatı aldıqdan sonra başa düşdü ki, 2009-cu ildən ona qardaşı tərəfindən verilən həmin xx.xx.2005-ci il tarixli 7N-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamə onu mülkiyyətçi kimi təsdiq edirmiş, vərəsəlik işi çərçivəsində qanunvericiliyə dair məlumatlar toplayaraq, öyrənərək, müəyyən etmiş ki, 2005-ci ildə mərhum atasının adına torpağa dair mülkiyyət şəhadətnaməsi tərtib edilməsi o deməkdir ki, vəfat etmiş atanın adına hüquqmüəyyənedici sənəd verilmişdir və bu yalnız vərəsəlik işi çərçivəsində baş verə bilərdi, qanunvericiliyə görə vəfat etmiş atasının adına ölümündən sonra hüquqmüəyyənedici sənəd almaq yalnız vərəsəlik işi çərçivəsində mümkündür, bu barədə məlumatı 2020-ci ildə vərəsəlik işi açılması üçün notariusa nütiraciət etdikdən sonra əldə etmişdir, həmin vaxtdan etibarən həqiqəti müəyyən etmək üçün həm sənəd toplamağa həm də qanunvericiliyi öyrənməyə başlamış, bu ərizədə qeyd etdikləri barədə həm faktiki, həm də hüquqi məlumatları araşdırma apararaq əldə etmişdir. 2020-ci ilə qədər qeyd etdikləri ilə bağlı hər hansı məlumatı və ya biliyi olmamış, həqiqəti araşdırma aparıb öyrənmişdir. Qanuna zidd əməllər nəticəsində onun mülkiyyət hüququ pozulmuşdur. Belə ki,o vərəsəlik şəhadətnaməsi almadan mülkiyyət qeydiyyata alınmış, notariat kontoru iki dəfə eyni miras əmlaka dair hüquqmüəyyənedici sənəd almış, iki dəfə vərəsəlik işi açmışdır, ehtimal edir ki, xx.xx.2020-ci ilədək atası və anasından miras qalmış əmlaka dair anasının vəfatından sonra ayrı-ayrılıqda vərəsəlik işi açılmışdır. Açılmış vərəsəlik işi zamanı iştirakı olmadan onun adına vərəsəlik şəhadətnaməsi tərtib edilmişdir, əmlaka dair mülkiyyət hüququ onun müraciəti olmadan qeydiyyata alınmışdır. Miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almadan həmin miras əmlaka dair daşınmaz əmlak reyestrində vərəsənin adına qeydiyyat aparıla bilməz, belə olan halda, 2005-ci ildə o vərəsəlik şəhadətnaməsi üçün müraciət edib onu almadan, notariat ofisi öz təşəbbüsü ilə bunu hansı səlahiyyət əsasında edib? O 2005-ci ildə X30 Komitəsinin Tovuz rayon şöbəsinə vərəsəlik şəhadətnaməsi, ərizə və digər sənədlər təqdim etmədiyi halda onun adından öz təşəbbüsü ilə sənədləşmə işlərini necə aparmışdır ? O, mülkiyyətçi kimi necə qeydə alıblar ? Eyni zamanda əgər həmin 0.3 ha torpaq sahəsi atasından miras qalmış torpaq yox, Aqrar islahat komissiyası qərarı ilə ayrılmış pay torpağıdırsa,onun müraciəti olmadan onu mülkiyyətçi kimi qeydiyyata alınmağı necə mümkün olub ? Qeyd etdiyi faktlar onu təsdiq edir ki, xx.xx.2005-ci il tarixli 7N-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamədə göstərilən torpaq şahəsi pay torpağı deyil, həmin torpaq sahəsi mərhum atasının qanuni istifadəsində olmuş qalmış əmlakdır. Atasının qanuni istifadəsində olan torpaq sahəsini 1998-ci ildə verilməli olan pay torpağı kimi qeydiyyata alıblar. Maraqlı olan məqam ondadır ki, həmin xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli torpağa mülkiyyətə dair şəhadətnamədə yazılıb ki, şəhadətnamənin bir nüsxəsi X6 verilmişdir. 2004-cü ildə vəfat etmiş insana 2005-də sənəd verilə bilməz. Yalnız vərəsəlik işi çərçivəsində hüquqmüəyyənedici sənəd alına bilər. Arxiv sənədləri əsasında əldə etdiyi məlumatlara görə atasının təsərrüfatında, qanuni istifadəsində olan əmlakı barədə:1) 1951-1953 -cü il tarixli 8 nömrəli təsərrüfatbaşına kitab 245-ci şəxsi hesabda təsərrüfat (0.30 ha torpaq sahəsi) 2) 1954-1956 tarixli 11 nömrəli təsərrüfatbaşına kitab 264-cü şəxsi hesabda təsərrüfat (0.30 ha torpaq sahəsi, 0.25 ha torpaq sahəsi, 0.12 ha torpaq sahəsi, 1946-ci ildə tikilmiş fərdi yaşayış evi ) 3) 1977-1979 tarixli 7 nömrəli təsərrüfatbaşına kitab 448-ci şəxsi hesabda təsərrüfat (0.25 ha torpaq sahəsi və üzərində 1960-cı ildə tikilmiş sahəsi 44.8 kv.m. olan fərdi 5 yaşayış evi) 4) 1980-1982 tarixli 21 nömrəli təsərrüfatbaşına kitab 593 şəxsi hesabda təsərrüfat ( 0.12 ha torpaq sahəsi), 5) 1980-1982 tarixli 14 nömrəli təsərrüfatbaşına kitab 448-ci şəxsi hesabda təsərrüfat ( 0.25 ha torpaq sahəsi və üzərində 1960-ci və 1970-ci ildə tikilmiş sahəsi 44.8 kv.m. olan fərdi yaşayış evi), 6) 19962000 tarixli 1 nömrəli təsərrüfatbaşına kitab 75-ci şəxsi hesabda təsərrüfat, (0.25 ha torpaq sahəsi və üzərində 1981-ci ildə tikilmiş fərdi yaşayış evi) 7) 2001-2005 tarixli 9 nömrəli təsərrüfatbaşına kitab 704-cü şəxsi hesabda təsərrüfat, (0.25 ha torpaq sahəsi və üzərində 1981-ci ildə tikilmiş fərdi yaşayış evi). 1996-2000 tarixli 1 nömrəli təsərrüfatbaşına kitabda qeyd olunur ki, 75-ci şəxsi hesabda təsərrüfatda (0.25 ha torpaq sahəsi və üzərində 1981-ci ildə tikilmiş fərdi yaşayış evi) yaşayış yeri üzrə qeydiyyatda olanlar: Abbasov Qələndər, Abbasova Həmayə, İddiaçı, Abbasov Razim, Abbasova Arifə, Abbasov İlqar, Abbasova Nigar, Abbasova Könül, Abbasova Nigar, Abbasova Nübardı. Göründüyü kimi, xx.xx.2005-ci ildə cavabdeh 15 saylı Tovuz ərazi idarəsi tərəfindən 1981ci ildə tikilmiş fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olanlar eyni zamanda 1960-cı illərdə tikilmiş fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olan və ya qeydiyyat və ya istifadə hüququ olan şəxslər kimi rəsmiləşdirilib və xx.xx.2005-ci ildə pay torpağı adı ilə mərhum atasının qanuni istifadəsində olan torpaq sahəsi üzərində mülkiyyət hüquqları qeydə alınmışdır, belə olan halda həmin şəxslər 1996-cı ildən etibarən 1981-ci ildə tikilmiş fərdi yaşayış evində yaşayış yeri üzrə qeydiyyatda olduğu, faktiki yaşadıqları ünvan məlum olduğu rəsmi sənədlərdə əks olunmuşdur, digər təsərrüfatda pay torpağı hansı əsasla sənədləşdirilib? Atasının 0.25 ha qanuni , 0.80 ha zəbt torpağı olmuşdur. Amma 0.30 ha həyatyanı torpaq sahəsi xx.xx.2005-ci ildə TN 162A şəhadətnaməsi ilə mülkiyyətə verilmişdir. Birincisi 0.80 ha torpaq sahəsi qeydə alındığı qədər deyil, faktiki 1.10 ha-dır. xx.xx.2005-ci il TN-162A şəhadətnaməsi ilə verilən torpaq sahəsi 0.30 ha qeyd olunsa da faktiki 0.28 hadan azdır. Aqrar islahat komissiyasının qərarı ilə onlara ümumilikdə 1.10 ha torpaq sahəsi olmalıdır. Faktiki zəbt torpaqları olduğuna görə onlara 0.33 ha 2-ci kateqoriyalı kənd təsərrüfatlı torpaq sahəsi verilmişdir. Baza xəritəsindən də görünür ki, bu torpaq sahəsi qeydiyata alınmışdır və faktiki olaraq orada qardaşı 1966-cı ildə anadan olmuş X24 ailəsi ilə birlikdə yaşayır. Zəbt torpağı əvəzləşdirlmişsə bəs onun hüquqlarını niyə qeydiyyata almırlar? Bu faktları aşkara çıxarmaq onun üçün uzun müddət vaxt və əmək tələb edib, xeyli məbləğdə xərc çəkməli olmuşdur. O, 2020-ci ildə vərəsəlik işi açılması və mirasa daxil olan bütün əmlakın, yəni miras əmlakın tərkibini müəyyən etmək üçün müraciət etsə də notariat ofisi tərəfindən onun tələbi üzrə bütün lazım olan hərəkətlər həyata keçirilməmişdir. Həqiqət ondadır ki, xx.xx.2021 tarixli çıxarışla rəsmiləşdirilən 0.2398 ha həyətyanı törpaq sahəsinin həqiqi ümumi sahəsi 0.3598 hektardır. 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarı əsasında pay torpağı kimi xx.xx.2005-ci ildə rəsmiləşdirilən torpaq sahəsi, 1998-ci tarixdən xeyli illər öncə mərhum atasının qanuni istifadəsində olmuşdur və həmin torpaq sahəsi üzərində atasının 1960-cı ildə tikilmiş fərdi yaşayış evi olmuşdur, bu faktı təsdiq edən rəsmi arxiv arayışı mövcuddur, həmin arxiv arayışını bu iddia ərizəsinə əlavə etmişdir. Buna görə də X30 Komitəsi tərəfindən 1960-ci ildən üzərində fərdi yaşayış evi olan torpaq sahəsinin mərhum atası ilkin istifadəsində olduğunu bildikləri halda, 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının qərarı əsasında pay torpağı kimi 2005-ci ildə rəsmiləşdirməsi onun mülkiyyətçi kimi, atasından miras qalmış əmlakın vərəsəsi kimi mülkiyyət hüququnu pozmuşdur. 2005-ci ildə onun ərizəsi olmadığı halda onu mülkiyyətçi kimi pay torpağı barəsində şəhadətnamə ilə rəsmiləşdiriblər. Halbuki həmin torpaq sahəsi, pay torpağı deyil, atasının qanuni istifadəsində olmuş üzərində fərdi yaşayış evi tikilmiş torpaq sahəsi idi.

19. Tovuz Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(062)-89/2022 nömrəli qətnaməsi ilə (hakim Zaur Hümətov) iddianın təmin edilməməsi qət edilmişdir.

20. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 14.2, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, Tovuz rayon məhkəməsinə təqdim etdiyi rəsmi sənədlərdəki məlumatlardan görünür ki, onun atası öləndə yalnız anası tərəfindən mirasın qəbulu üzrə faktiki sahiblik hərəkətləri görülüb. Yəni həmin dövrdə yeganə vərəsə onun anası idi. Buna görə də anası öldükdən sonra onun əmlakının mövcud olmaması faktiki olaraq mümkün deyil. Mütləq qeyd edir ki, onun verdiyi bütün izahatlardakı məlumatları qətnamədə təhrif olunmuş şəkildə yazıblar. Onun verdiyi məlumatlar, danışdıqları olduğu kimi qətnaməyə yazılmayıb, təhrif olunub. O məhkəməyə bildirmişdir ki, Tovuz rayon Aqrar İslahat Komissiyasının qərarını xx.xx.2022ci ildə və digər məlumatları uzun müddət davam edən tələblər nəticəsində əldə etmişdir. X3 və onun mülkiyyət hüquqları pozulub. Bu səbəbdən onun Gəncə İnzibati məhkəməsinədə müraciəti olub və haqlı olduğu halda iddiasının qismən təmin olunmuşdır. Hesab edir ki, Gəncə İnzibati məhkəməsinin qərarından cavabdehlər də məmnun deyil. Zəbt adı altında onun, anası, həyat yoldaşı, sovxoz və kolxozların pay torpaqalmaqdan məhrum edilib, hüquqlarının maneçilik törədilərək vaxtında qeydiyyata alınmamasını, vərəsələrin vərəsəlik hüququndan məhrum edildiyini hesab edir. Bu səbəbdən də Tovuz rayon məhkəməsinə müraciət etmişdir. Rəsmi qurumlar məlumatları gizlədiblər, rəsmi qurumların verdiyi məlumatlarda və onun əldə etdiyi məlumatlarda qeyri müəyyənliklər olub və bu gün də qeydiyyata alınmış mülkiyyət hüquqlarında ziddiyətlər kifayət qədərdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatlar

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin nümayəndəsi X39 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

26. İş üzrə digər Cavabdeh1ndə Notariat Ofisinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işə nümayəndəsinin iştirakı olmadan baxılması barədə məhkəməyə müraciəti daxil olmamışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

31. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

32. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

33. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

34. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

35. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.

36. Maddə 1249. Digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz.

37. Maddə 1267. Vərəsə mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alınması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.

38. Maddə 1321.1. Vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər.

39. Maddə 1321.2. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir.

40. Maddə 1321.3. Vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun.

41. Maddə 1322. Vərəsəlik şəhadətnaməsi vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra istənilən vaxt verilir. Əgər notariat orqanında şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik şəhadətnaməsi altı aydan da tez verilir.

Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı

42. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

43. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.

44. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarı

45. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarı

46. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

53. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

54. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

55. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

56. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

58. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia tələbinin – “xx.xx.2005-ci il tarixli JN-162A qediyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsi, onun əsasında verilmiş mülkiyyətə dair bütün sənədlərin ləğv edilməsi, xx.xx.2005-ci il tarixli JN-162A qeydiyyat nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinin xəritə koordinatlarının müəyyən edilməklə coğrafi-fiziki yerləşdiyi ərazinin 448-ci şəxsi hesabla göstərilən həyətyanı torrpaq sahəsi olmaması, şəhadətnamədə qeyd olunan 1960-cı ildə inşa ediimiş 44,8 kv.m yaşayış evinin 1981-ci ldə tikilmiş yaşayış evinin olmaması, X3 torpaq islahatına qədər qanuni istifadəsində olmuş yaşayış məntəqəsinə aid həyətyanı torpaq sahələrinin və həyətyanı zəbtin, fərdi yaşayış evinin coğrafi koordinatlarla müəyyən edilməsi, bunun əsasında miras əmlakın tərkibinin yenidən müəyyən edilməsi, atası X6 aid torpaq islahatı zamanı Tovuz rayon AİK-nın və YAİK tərtib etdiyi bütün protokolların, qərarların, cədvəllərin və onların əsasında tərtib edilmiş mülkiyyət sənədlərinin ləğv edilməsi, pay torpağı almaq hüququ olan subyeklərin müəyyən edilməsi üçün ailə tərkibinin, 340 qediyyat 503-2/4 texniki pasportla qeyd olunan 1981-ci ildə tikilmiş fərdi yaşayış evinə qediyyatda olanlar və 448-ci şəxsi hesabda qeyd olunan 0,25 ha həyətyanı torpaq sahəsinin üzərində, 1960-cı ildə inşa edilmiş 44,8 kv.m fərdi yaşayış evinə qeydiyyatda olanların, ilkin və son istifadəçisinin müəyyən edilməsi, Tovuz rayon Azaflı kənd icra nümayəndəliyindən torpaq payı və əmlak payı almaq hüququ olan Azərbaycan Respublikası vətandaşı kimi ailə başçısı o, olmaqla, o və həyat yoldaşı X10 Azərbaycan Respublikasının Torpaq islahatı haqqında Qanunun tələblərinə uyğun sovxoz və kolxozların özəlləşdirilən torpaqlardan pay torpağı və əmlak payı almaq hüququ olan subyekt kimi tanınması, onun JN-231D dövlət aktı ilə, həyat yoldaşı X10 JN-267D dövlət aktı ilə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə hüquqlarının ləğv edilməsi və onlara sovxoz və kolxozların özəlləşdirilərək bələdiyyə mülkiyyətinə verilmiş bir subyektə düşən 0,25 ha pay norması olmaqla 0,50 ha keyfiyyətli pay torpağının ayrılması, ********** qeydiyyat **********03-10301 reyestr nömrəli fərdi yaşayış evində yaşayış sahəsinə qeydiyyata alınmış X11 qeydiyyata alınmasının qanunsuz hesab edilməsi, onun vəsaiti hesabına inşa edilmiş yaşayış evində onun tam mülkiyyət hüququnun tanınması, 26 aprel 2004-cü il tarixdə vəfat etmiş atası X4 və 18 aprel 2018-ci il tarixdə vəfat etmiş anası X8 miras qalmış əmlaka dair vərəsəlik işi çərçivəsində yenidən qanuna müvafiq qaydada bu qətnamə ilə müəyyən edilmiş hallar nəzərə alınmaqla notariat hərəkətlərinin aparılması, xx.xx.2005-ci il qeydiyyat nömrəli (xəritə nömrəsi 448-ci şəxsi hesabda qeyd olunan) JN-162A həyətaynı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunan fərdi yaşayış evinin məhv olunmuş əmlak kimi qeydiyyatının ləğv edilməsi” hissələrində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-1594/2023 nömrəli qərardadı ilə xitam verildiyindən və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı yalnız – 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X4 və 18 aprel 2018-ci ildə vəfat etmiş X8 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsi - hissələrində yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları qismən – 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X4 və 18 aprel 2018-ci ildə vəfat etmiş X8 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsi - hissəsində düzgün tətbiq olunmuş, işin faktiki hallarına qeyd olunan hissədə düzgün qiymət verilmişdir.

60. İş üzrə həmin hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin yuxarıda qeyd olunana hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(062)- 89/2022 nömrəli qətnaməsi – 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X4 və 18 aprel 2018ci ildə vəfat etmiş X8 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsi - hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

62. Belə ki, işin kollegiya tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh1ndə notariat ofisinin xüsusi notariusunun xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, xx.xx.2004-cü il tarixdə Tovuz rayonu Azaflı kəndində vəfat etmiş X4 miras qalmış əmlaka dair 08 dekabr 2020-ci il tarixdə İddiaçı notariat ofisinə vərəsəliyin qəbuluna dair ərizə ilə müraciəti əsasında vərəsəlik işi açılmışdır. Lakin, heç bir qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir.

63. Qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

64. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 08 dekabr 2020-ci il tarixdə İddiaçı notariat ofisinə vərəsəliyin qəbuluna dair ərizə ilə müraciəti əsasında vərəsəlik işi açılmış, lakin heç bir qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Göründüyü kimi, vərəsəlik işi açılsa da, iddiaçının qeyd etdiyi əmlaklarla bağlı hər hansı vərəsəlik şəhadətnaməsi hər hansı vərəsəyə verilməmişdir. Belə olduğu halda iddiaçının aparılmış bütün notarial hərəkətlərinin etibarsız hesab edilməsinə dair tələbi əsassızdır. Vərəsəlik işinin açılması ilə bağlı hərəkət özü-özlüyündə hər hansı hüquqi nəticə yaratmadığından həmin hərəkətin etibarsız hesab edilməsi qanuna müvafiq deyildir. Həmin notariat hərəkəti o halda qanunsuz hesab edilə bilər ki, məhz həmin notariat hərəkətinin nəticəsində qanunsuz olaraq vərəsəlik şəhadətnaməsi verilmiş olsun. Hazırki işdə də belə bir hallar müəyyən edilməmişdir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi mövqeyi iddia tələbin həmin hissəsinə münasibətdə əsaslı hesab edir.

65. Hazırkı iş üzrə iddiaçı tərəf cavabdehlərə maddi ziyanın və mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələblər irəli sürsə də, bunu təsdiq edəcək cavabdeh olan idarələrin qanunsuz aktlar qəbul etməsini, hərəkət və ya hərəkətsizliyə yol verməsini təsdiqləyəcək mötəbər sübutlarını məhkəmələrə təqdim edə bilməmişdir.

66. Mənəvi ziyanın ödənilməsi tələbi ilə bağlı qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li Qərarınının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X21 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.» Baxılan işdə belə hallar yoxdur.

67. Həmin Qərarın 8-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.»

68. Göstərilən hüquq normalarını işin faktik halları ilə birlikdə təhlil edərək məhkəmə o qənaətə gəlmişdir ki, Mülki Məcəllənin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o halda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

69. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmalıdır.

70. Həmçinin qeyd olunmalıdır ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarda qanunvericiliyin, «İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından verilən anlayışa görə, mənəvi zərər- insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

71. Həmin qərarın 2-ci bəndində verilən tərifə görə, zərər çəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

72. Məhkəmə kollegiyası qeyd edir ki, ümumiyyətlə iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, habelə bunun cavabdehlərin təqsiri ucbatından baş verməsi iş materiallarından görünmür. İddiaçının bu dəlili yalnız subyektiv mülahizəyə söykənir. Ona görə də, iddiaçıya mənəvi ziyanın ödənilməsindən söhbət gedə bilməz.

73. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

74. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994cü il 19 aprel tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, "İnsan hüquqlarının və X21 haqqında" Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

75. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

76. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

77. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını qismən düzgün tətbiq etmişdir.

78. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

79. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

81. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə məhkəmə kollegiyası qismən razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, həmin hissədə çıxardığı qətnaməni işin həqiqi hallarına uygun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, – 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X4 və 18 aprel 2018-ci ildə vəfat etmiş X8 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsi - hissəsində gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

82. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsaslı deyil.

83. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanunsuz və əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməli və qətnamə - 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X4 və 18 aprel 2018-ci ildə vəfat etmiş X8 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsi - hissələrində dəyişdirilmədən saxlanılmalıdır.

84. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli, 2(062)-89/2022 nömrəli qətnaməsi – 26 aprel 2004-cü il tarixdə vəfat etmiş X4 və 18 aprel 2018-ci ildə vəfat etmiş X8 miras qalmış əmlaka dair Cavabdeh1ndə notariat ofisi tərəfindən açılmış bütün vərəsəlik işləri üzrə və digər notariat hərəkətlərinin etibarsız hesab edilməsi, notariat hərəkətlərinin aparılmasına, daşınmaz əmlaka dair tərtib ediləcək sənədlərlə ödəniləcək dövlət rüsumu və xidmət haqqının Tovuz rayon Notariat kontorunun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinin vəsaiti hesabına həyata keçirilməsi və ona dəyən maddi, mənəvi ziyanın ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar