Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-16/2025 11.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, Cavabdeh2, onun nümayəndələri (vəkil) Nümayəndə və (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-133/2022 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-133/2022 saylı qətnaməsi ilə (hakim G.Şirinov) iddianın təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa edilmiş özbaşına tikililərin Cavabdeh2 hesabına sökülməsi və ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısının əvvəlki vəziyyətə gətirilməsinin cavabdehə həvalə edilməsi, iş üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4244 nömrəli ekspert rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/6096 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat, cəmi 200 (iki yüz) manatın Cavabdeh2 tutularaq, Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN:-**********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN: **********, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE**********000 2088501, büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142319-a ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 (etibarnamə üzrə nümayəndə və vəkili Nümayəndə) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh2 qarşı “özbaşına tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, onun mülkiyyət hüquqlarının bərpa edilərək, cavabdeh X1 onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa etdirdiyi özbaşına tikililərin cavabdehin hesabına sökülməsinə və evinin qarşısının əvvəlki vəziyyətinə gətirilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onların ata-baba yurdları olmuş, sonradan vərəsəlik qaydasında onun adına keçmiş və xx.xx.2021-ci il tarixdə evə dair adına çıxarış almışdır. Bir müddət əvvəl cavabdeh qonşuluqda tikili inşa etməyə başlamış və bu zaman monolit dəmir-beton pilləkənlə və qazdıqları zirzəmi ilə fərdi yaşayış evinin giriş darvazasını tam bağlamışdır. Cavabdeh tərəfindən tikinti işləri aparılan zaman evin əvvəlki mülkiyyətçisi - anası tərəfindən aidiyyəti üzrə Gəncə şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinə müraciətlər edilərək, qeyri-qanuni tikintinin qarşısının alınması üçün qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilsə də, Gəncə şəhər İcra Hakimiyyəti ümumiyyətlə, onlara hər hansı cavab verilməmiş, digər qurumlar tərəfindən də hər hansı tədbir görülməmiş, nəticədə bu müddət ərzində cavabdeh tərəfindən qeyri-qanuni tikinti davam etdirilərək, orada artıq qanunsuz olaraq üçmərtəbəli ev inşa edilmişdir. Odur ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh2 (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, ekspert öz rəyində texniki məsələlərlə bağlı deyil, hüquqi məsələrlə bağlı, yəni məlumatlandırma icraatının olmaması ilə bağlı rəy vermişdir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış suallar bririnci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsinə dair qəbul edilmiş qərardadda qeyd edilməmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, ekspert baxış zamanı ümumiyyətlə iş materialları olmadan, baxış protokolu tərtib edilmədən və Cavabdeh2 tərəf olaraq iştirak etməmələrinə baxmayaraq, birgə baxışlarını aktla rəsmiləşdirmədən gözlə, müvafiq ölçü cihazı olmadan baxış keçirməklə, rəyin təsviri hissəsi təhrif edilmiş şəkildə qeyd edilərək səhvə yol verilmişdir. Cavabdehə məxsus olan yaşayış evi ilə iddiaçının mülkiyyətində olan ev və onun giriş qapısı arasında kifayət qədər böyük bir məsafə vardır və iş materiallarında həmin evin yerləşdiyi torpaq sahəsinin İddiaçı Adil oğluna aid olmasına dair hər hansı bir sübut yoxdur. Əksinə iş materiallarında olan xx.xx.2021-ci il tarixli **********09-1030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, İddiaçı mülkiyyətində 68.7 kv.m ev vardır və torpaq sahəsi 0.011 ha olmaqla bələdiyyə mülkiyyətindədir. İşdə olan digər reyestr nömrəli **********86-10301, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, iş materiallarında olan 68.7kv.m olan evin İddiaçı, altında yerləşən 0.14 ha torpaq sahəsinin isə işdə ölüm kağızı olan artıq 5 ildən də artıqdır ki, ölmüş Aqil Məmmədovun paylı mülkiyyətində olması qeyd edilmişdir. Naməlum səbəblərdən iş materiallarında olan xx.xx.2021-ci il tarixdə bələdiyyə torpağı olan sahəsi 1 ay sonra artıq illər əvvəl ölmüş iddiaçı olmayan başqa bir şəxsin paylı mülkiyyətinə keçməsinə baxmayaraq, ekspert hansı sənədlər üzrə hansı texniki pasport üzrə iddiaçının mülkiyyətində olmayan torpaq sahəsini onun mülkiyyəti kimi təqdim edərək, iddiaçının evi qarşısında olmayan cavabdehə məxsus olan evin pilləkənlərinin hansı sənədə əsasən İddiaçı mülkiyyətində olan torpaq hesab edilərək pilləkənlərin iddiaçının 2-ci çıxışına maneçilik törətməsi rəyinə gəlməsi aydın deyil və mübahisəlidir. Məlumatlandırma icraatı ilə bağlı isə cavabdeh məlumatlandırma icraatına əməl edərək mülkiyyətində olan evi tikdirmiş və bu barədə sənəd rəsmi qaydada həm məhkəməyə, həm Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmişdir. Ekspert rəyini şərt əsasında məlumatlandırma icraatı qaydasına əməl edilməmişdirsə tikinti torma və qaydalarına əməl edilməməsi kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixə kimi cavabdeh məlumatlandırma icraatına dair poçt qəbzi, məktub və layihə sənədləri məhkəməyə və ekspertizaya təqdim edilmiş və həmin sənədlərdən də görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinə cavabdeh tərəfindən müraciət edilmiş və müraciətdə məlumatlandırma icraatı qaydasında ünvan 2 ünvanda yerləşən 117 kv.m torpaq sahəsində 2020-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinin nəzərə alınması xahiş olunmuşdur. Bundan sonra, həmin evə dair **********58-10301 saylı texniki pasport vəxx.xx.2021-ci il tarixli ********** saylı çıxarış verilmişdir. Bütün bu sənədlər iddiaçının mülkiyyətində olan evə mülkiyyət hüququ əldə edənə kimi baş vermişdir. Daşınmaz Əmlakın Dövlət Komitəsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********75 saylı məktubu ilə müəyyən, cavabdehə məxsus evin sözügedən qəfəsəsi və fərdi yaşayış evinin texniki pasportunda qeyd edilən layihəyə uyğun inşa edilmiş və həmin pilləkən qəfəsəsi İddiaçı məxsus 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin giriş çıxışına maneçilik törətmir və onun evi layihəyə uyğun inşa edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən maddi prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul edilmişdir. Belə ki, məhkəmə iş üzrə keçirilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyini sübut kimi qəbul edərək iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4244 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa etdirdiyi tikililərin inşası ilə əlaqədar Məlumatlandırma icraatı olmadığı nəzərə alındıqda, həmin kütlənin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Cavabdeh2 məxsus 69 saylı yaşayış evinin pilləkən marşlarının birbaşa 37 nömrəli evin 2-ci giriş qapısının qarşısındakı sahədə inşa edildiyini nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının bağlandığı müəyyən edilmişdir. Göründüyü kimi,ekspert öz rəyində texniki məsələlərlə bağlı deyil, hüquqi məsələrlə bağlı, yəni məlumatlandırma icraatının olmaması ilə bağlı rəy vermişdir. Halbuki, ekspert öz vəzifə səlahiyyətlərinə uyğun mübahisə ilə bağlı texniki məsələlərə dair rəy verməli idi. Lakin buna baxmayaraq məhkəmə həmin rəyi sübut kimi qəbul edərərk, mülki işlə bağlı təkrar ekspertiza təyin etməmişdir. Hesab edirə ki, apelyasiya instansiya məhkəməsi tərəfindən mülki işlə bağlı təkrar ekspertiza keçirildikdən sonra iş üzrə ədalətli qərar qəbul edilə bilər. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış suallar bririnci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməsinə dair qəbul edilmiş qərardadda qeyd edilməmişdir. Halbuki, Azərbaycan Respublikası “X6”nin xx.xx.2022-ci il tarixli 98 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, Cavabdeh2 tərəfindən İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında inşa etdiyi tikililər tikinti normalarına uyğundur. Bu onunla izah olunur ki, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evi Şəhərsalma və Tikinti məcəlləsinin 80.1-ci maddəsinin, məlumatlandırma icraatı qaydasının tələblərinə uyğun inşa edilmişdir. Bu haqda vətəndaşın Gəncə Rayon İcra Hakimiyyətinə ünvanlamış məlumatlandırma icraatı haqqında xx.xx.2021-ci il tarixli məktubu və təsdiq edilmiş layihə sənədləri vardır. Bununla yanaşı DƏDKR-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022 tarixli, **********75 nömrəli məktubunda sözügedən mübahisəli pilləkən qəfəsəsinin və fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan layihəyə uyğun inşa edilməsi və həmin pilləkən qəfəsinin İddiaçı məxsus 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin girişi-çıxışına maneçilik yaratmadığı göstərilmişdir. İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında cavabdehin evi istiqamətinə olan mübahisəli giriş-çıxış təyinatı üzrə maşın yolu kimi istifadəsi normalara uyğun deyildir. Bu onunla izah olunur ki, giriş-çıxış qapısının eni (2.3m), eləcə də relyef səviyyəsi mövcud vəziyyətdə həmin yolun maşın yolu kimi istifadəsinə imkan yaratmır. Bu səbəbdən də həmin qapının və yolun piyada yolu kimi istifadəsi normalarda 1-1.5 m göstərildiyi halda mövcud vəziyyəti üzrə 2.3 m təşkil edir və həmin yolun piyada yolu kimi istifdəsinə Cavabdeh2 tərəfindən inşa edilmiş tikili maneəçilik yaratmır. Cavabdeh2 tərəfindən ünvan 6 ünvanda inşa edilmiş ferdi yaşayış evi Şəhərsalma və Tikinti məcəlləsinin 80.1 maddəsinin, məlumatlandırma icraatı qaydasının tələblərinə uyğun inşa edilmişdir. Bu haqda vətəndaşın Gəncə şəhər İcra Hakimiyyətinə ünvanlamış məlumatlandırma icraatı haqqında xx.xx.2021-ci il tarixli məktubu və təsdiq edilmiş layihə sənədləri vardır. Bununla yanaşı DƏDK-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022 tarixli, **********75 nömrəli məktubunda sözügedən mübahisəli pilləkən qəfəsinin və fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan layihəyə uyğun inşa edilməsi və həmin pilləkən qəfəsinin İddiaçı məxsus 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin giriş-çıxışına maneəçilik yaratmadığı göstərilmişdir. İddiaçı məxsus ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında cavabdehin evi istiqamətinə olan mübahisəli giriş-çıxış təyinatı üzrə maşın yolu kimi istifadəsi normalara uyğun deyildir. Bu onunla izah olunur ki, girişçıxış qapısının eni (2.3m), eləcə də relyef səviyyəsi mövcud vəziyyətdə həmin yolun maşın yolu kimi istifadəsinə imkan yaratmır. Bu səbəbdən də həmin qapının və yolun piyadayolu kimi istifadəsi normalarda 1-1.5 m göstərildiyi halda, mövcud vəziyyəti üzrə 2.3 m təşkil edir və həmin yolun piyada yolu kimi istifadəsinə Cavabdeh2 fərəfindən inşa edilmiş tikili maneəçilik yaratmadığı bildirilmişdir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır ki, ekspert baxış zamanı ümumiyyətlə iş materialları olmadan, baxış protokolu tərtib edilmədən və Cavabdeh2 tərəf olaraq iştirak etməmələrinə baxmayaraq, birgə baxışlarını aktla rəsmiləşdirmədən gözlə, müvafiq ölçü cihazı olmadan baxış keçirməklə, rəyin təsviri hissəsi təhrif edilmiş şəkildə qeyd edilərək səhvə yol verilmişdir. Cavabdehə məxsus olan yaşayış evi ilə iddiaçının mülkiyyətində olan ev və onun giriş qapısı arasında kifayət qədər böyük bir məsafə vardır və iş materiallarında həmin evin yerləşdiyi torpaq sahəsinin İddiaçı Adil oğluna aid olmasına dair hər hansı bir sübut yoxdur. Əksinə iş materiallarında olan xx.xx.2021-ci il tarixli **********09-1030 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışdan görünürki, İddiaçı mülkiyyətində 68.7 kv.m ev vardır və torpaq sahəsi 0.011 ha olmaqla bələdiyyə mülkiyyətindədir. İşdə olan digər reyestr nömrəli **********86-10301, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, iş materiallarında olan 68.7 kv.m olan evin İddiaçı, altında yerləşən 0.14 ha torpaq sahəsinin isə işdə ölüm kağızı olan artıq 5 ildən də artıqdır ki, ölmüş Aqil Məmmədovun paylı mülkiyyətində olması qeyd edilmişdir. Naməlum səbəblərdən iş materiallarında olan xx.xx.2021-ci il tarixdə bələdiyyə torpağı olan sahəsi 1 ay sonra artıq illər əvvəl ölmüş iddiaçı olmayan başqa bir şəxsin paylı mülkiyyətinə keçməsinə baxmayaraq, ekspert hansı sənədlər üzrə hansı texniki pasport üzrə iddiaçının mülkiyyətində olmayan torpaq sahəsini onun mülkiyyəti kimi təqdim edərək, iddiaçının evi qarşısında olmayan cavabdehə məxsus olan evin pilləkənlərinin hansı sənədə əsasən İddiaçı mülkiyyətində olan torpaq hesab edilərək pilləkənlərin iddiaçının 2-ci çıxışına maneçilik törətməsi rəyinə gəlməsi aydın deyil və mübahisəlidir. Məlumatlandırma icraatı ilə bağlı isə cavabdeh məlumatlandırma icraatına əməl edərək mülkiyyətində olan evi tikdirmiş və bu barədə sənəd rəsmi qaydada həm məhkəməyə, həm Məhkəmə Ekspertiza Mərkəzinə təqdim edilmişdir. Ekspert rəyini şərt əsasında məlumatlandırma icraatı qaydasına əməl edilməmişdirsə tikinti torma və qaydalarına əməl edilməməsi kimi qeyd edilmişdir. xx.xx.2022-ci il tarixə kimi cavabdeh məlumatlandırma icraatına dair poçt qəbzi, məktub və layihə sənədləri məhkəməyə və ekspertizaya təqdim edilmiş və həmin sənədlərdən də görünür ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər İcra Hakimiyyətinə cavabdeh tərəfindən müraciət edilmiş və müraciətdə məlumatlandırma icraatı qaydasında ünvan 2 ünvanda yerləşən 117kv.m torpaq sahəsində 2020-ci il tarixdə inşa edilmiş fərdi yaşayış evinin nəzərə alınması xahiş olunmuşdur. Bundan sonra, həmin evə dair **********58-10301 saylı texniki pasport və xx.xx.2021-ci il tarixli ********** saylı çıxarışverilmişdir. Bütün bu sənədlər iddiaçının mülkiyyətində olan evə mülkiyyət hüququ əldə edənə kimi baş vermişdir. Daşınmaz Əmlakın Dövlət Komitəsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********75 saylı məktubu ilə müəyyən, cavabdehə məxsus evin sözügedən qəfəsi və fərdi yaşayış evinin texniki pasportunda qeyd edilən layihəyə uyğun inşa edilmiş və həmin pilləkən qəfəsi İddiaçı məxsus 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin giriş çıxışına maneçilik törətmir və onun evi layihəyə uyğun inşa edilmişdir. Lakin məhkəmə tərəfindən yuxarıda qeyd edilən hallar nəzərə alınmamış, nəticədə qanunsuz və ədalətsiz qərar qəbul edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməyin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2, onun nümayəndələri (vəkil) Nümayəndə və (vəkil) Vəkil2 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verərək və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdilər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsininin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsinə dair cavabdehin və onun nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv, qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan mirasa qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.1983-cü il tarixli şəhadətnamənin surətindən görünür ki, 01 noyabr 1982-ci ildə vəfat etmiş X7 vərəsələri oğlu X15, qızı X10, qızı X2r. Miras əmlak X11 məxsus olmuş Kirovabad (Gəncə) şəhəri Əzizbəyov küçəsindəki 337 nömrəli fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan yaşayış evinin bağışlanmasın dair xx.xx.1983-cü il tarixli müqavilənin surətindən görünür ki, X10 və X4 vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında onlara çatan fərdi yaşayış evinin cəmi 2/3 hisəsini təşkil edən paylarını qardaşları X12 bağışlayırlar. İş materiallarında olan mirasa qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 vərəsələri X9, X13 və İddiaçıdur. Miras əmlak X12 məxsus olan Gəncə şəhəri Nizami rayonu İsmət Qayıbov küçəsindəki 37 saylı fərdi yaşayış evindən ibarətdir. İşdə olan miras payın bağışlanmasına dair xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, X9 və X13 miras qoyan X5 qalmış Gəncə şəhəri Nizami rayonu İsmət Qayıbov küçəsindəki 37 saylı fərdi yaşayış evindən onlara çatan payı İddiaçı bağışlayırlar. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 9 ünvanda yerləşən fərdi yaşayış evi (68.70 kv.m ümumi torpaq sahəsi, 0.14 ha torpaq sahəsi) İddiaçı adına qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri Nizami rayonu İsmət Qayıbov küçəsində 0,0117 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsudur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 0,0117 ha torpaq sahəsində yerləşən 69 nömrəli ev xüsusi mülkiyyət kimi Cavabdeh2 adına qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh2 tərəfindən Gəncə şəhər İcra Hakimiyyətinə ünvanlanmış ərizədə göstərilir ki, “Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq məlumatlandırma icraatı qaydasında bildirirəm ki, Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 43-də yerləşən mülkiyyətimdə olan 117 m2 torpaq sahəsində 2020-ci ildə fərdi yaşayış evi inşa etdirmişəm. Xahiş edirəm nəzərə alasınız” (1-ci cild i.v.179). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 10/6096 saylı rəyində, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh2 tərəfindən İddiaçı məxsus ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa etdirdiyi tikililərin inşası ilə əlaqədar məlumatlandırma icraatı olmadığı nəzərə alındıqda, həmin tikililərin inşası zamanı Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) tələblərinə riayət olunmadığı və rəyin tədqiqat hissəsində göstərilənləri, o, cümlədən Cavabdeh2 məxsus 69 saylı yaşayış evinin pilləkən marşlarının birbaşa 37 nömrəli evin 2-ci giriş qapısının qarşısındakı sahədə inşa edildiyini nəzərə alaraq, ünvan 11 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının bağlandığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası “X6”nin xx.xx.2022-ci il tarixli 98 nömrəli mütəxəssis rəyində, Cavabdeh2 tərəfindən İddiaçı məxsus ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında inşa etdiyi tikililər tikinti normalarına uyğundur. Bu onunla izah olunur ki, Cavabdeh2 tərəfindən ünvan 1 ünvanında inşa edilmiş fərdi yaşayış evi Şəhərsalma və Tikinti məcəlləsinin 80.1-ci maddəsinin, məlumatlandırma icraatı qaydasının tələblərinə uyğun inşa edilmişdir. Bu haqda vətəndaşın Gəncə Rayon İcra Hakimiyyətinə ünvanlamış məlumatlandırma icraatı haqqında xx.xx.2021-ci il tarixli məktubu və təsdiq edilmiş layihə sənədləri vardır. Bununla yanaşı DƏDK-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022 tarixli, **********75 nömrəli məktubunda sözügedən mübahisəli pilləkən qəfəsəsinin və fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan layihəyə uyğun inşa edilməsi və həmin pilləkən qəfəsinin İddiaçı məxsus 37 saylı ünvanda yerləşən fərdi yaşayış evinin girişi-çıxışına maneçilik yaratmadığı göstərilmişdir. İddiaçı məxsus ünvan 12 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında cavabdehin evi istiqamətinə olan mübahisəli giriş-çıxış təyinatı üzrə maşın yolu kimi istifadəsi normalara uyğun deyildir. Bu onunla izah olunur ki, giriş-çıxış qapısının eni (2.3m), eləcə də relyef səviyyəsi mövcud vəziyyətdə həmin yolun maşın yolu kimi istifadəsinə imkan yaratmır. Bu səbəbdən də həmin qapının və yolun piyada yolu kimi istifadəsi normalarda 1-1.5m göstərildiyi halda mövcud vəziyyəti üzrə 2.3 m təşkil edir və həmin yolun piyada yolu kimi istifdəsinə Cavabdeh2 tərəfindən inşa edilmiş tikili maneəçilik yaratmır. Cavabdeh2 tərəfindən ünvan 6 ünvanda inşa edilmiş ferdi yaşayış evi Şəhərsalma və Tikinti məcəlləsinin 80.1 maddəsinin, məlumatlandırma icraatı qaydasının tələblərinə uyğun inşa edilmişdir. Bu haqda vətəndaşın Gəncə şəhər İcra Hakimiyyətinə ünvanlamış məlumatlandırma icraatı haqqında xx.xx.2021-ci il tarixli məktubu və tesdiq edilmiş layihə sənədləri vardır. Bununla yanaşı DƏDK-nin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022 tarixli, **********75 nömrəli məktubunda sözügedən mübahisəli pilləkən qəfəsəsinin ve fərdi yaşayış evinin texniki pasportunda qeyd olunan layihəyə uyğun inşa edilməsi və həmin pilləkən qəfəsəsinin İddiaçı məxsus 37 saylı ünvanda yerləşən ferdi yaşayış evinin giriş-çıxışına maneəçilik yaratmadığı göstərilmişdir. İddiaçı məxsus ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinin yaxınlığında cavabdehin evi istiqamətinə olan mübahisəli giriş-çıxış təyinatı üzrə maşın yolu kimi istifadəsi normalara uyğun deyildir. Bu onunla izah olunur ki, giriş-çıxış qapısının eni (2.3m), eləcə də relyef səviyyəsi mövcud vəziyyətdə həmin yolun maşın yolu kimi istifadəsinə imkan yaratmır. Bu səbəbdən də həmin qapının və yolun piyada yolu kimi istifadəsi normalarda 1-1.5 m göstərildiyi halda, mövcud vəziyyəti üzrə 2.3 m təşkil edir və həmin yolun piyada yolu kimi istifadəsinə Cavabdeh2 qizı fərəfindən inşa edilmiş tikili maneəçilik yaratmır. Birinci instansiya məhkəməsinin təkrar məhkəmə tikinti-texniki ekspertizası təyin edilməsinə dair xx.xx.2022-ci il tarixli qərardadına əsasən verilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/4244 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh2 tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında inşa etdirdiyi tikililərin inşası ilə əlaqədar Məlumatlandırma icraatı olmadığı nəzərə alındıqda, həmin kütlənin inşası zamanı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinin (məlumatlandırma icraatı) tələblərinə riayət olunmadığı müəyyən edilmişdir. Rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən Cavabdeh2 məxsus 69 saylı yaşayış evinin pilləkən marşlarının bir başa 37 nömrəli evin 2-ci giriş qapısının qarşısındakı sahədə inşa edildiyini nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının bağlandığı müəyyən edilir. İş materiallarında olan Cavabdeh2n xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, cavabdehlər İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı çıxarışın ləğv edilməsi barədə iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət etmiş. Ona görə də hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)739/2023 saylı qərardadı ilə vəsatət təmin edilərək iş üzrə icraat həmin iş üzrə qəbul ediləcək yekun qərar qanuni qüvvəsini alanadək dayandırılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)2328/2023 saylı qərardadından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(125)-3599/2023 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdehlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və İddiaçı qarşı ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmiş, həmin qətnamədən iddiaçı Cavabdeh2 verdiyi apellyasiya şikayəti qismən təmçin edilərək Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-3599/2023 nömrəli qətnaməsi ləğv edilmiş və həmin iş mülki qaydada baxılmalı olmadığına görə iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(102)-314/2024-cü il tarixli qərarından görünür ki, iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(104)-2328/2023 nömrəli qərardadının ləğv edilərək iddia tələbinin təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmiş, məhkəmənin istinad olunan qərarı ilə kassasiya şikayəti təmin edilmədən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2328/2023 nömrəli, 19 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)- 60/2024 saylı qərardadı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(104)-739/2023 saylı qərardadı ilə icraatı dayandırılmış işin icraatı təzələnmiş və iş məhkləmə baxışına təyin edilmişdir. İddiaçı Cavabdeh2 xx.xx.2024-cü il tarixdə yenidən ərizə ilə müraciət edərək İddiaçı məxsus ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinə verilmiş çıxarış və texniki pasporta düzəliş edilməsinə dair iddia tələbi Gəncə İnzibati Məhkəməsinə müraciət etdiyini, iddiaları təmin edildiyi halda qəbul ediləcək qərarın bu işin nəticəsinə təsir edəcəyini qeyd edıərək hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, Məhlkəmə Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)-60/2024 saylı qərardadı ilə hazırkı iş üzrə icraat Gəncə İnzibati Məhkəməsin icraatında olan İddiaçı məxsus ünvan 14 ünvanda yerləşən fərdi yaşayış evinə verilmiş çıxarış və texniki pasporta düzəliş edilməsinə dair iddia ilə bağlı işə baxılıb qəbul ediləcək yekun qərar qanuni qüvvəyə minənə qədər dayandırılmışdır. İşdə olan Gəncə Apellyasiya Məhkəməsinin İnzibatı Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(104)-755/2024 saylı qərardadından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(114)-637/2024 saylı qərardadı ilə Cavabdeh2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə və üçüncü şəxs İddiaçı qarşı ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evinə dair sonuncunun adına verilmiş çıxarışın və texniki pasportun ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddiası mümkünsüz sayılmış, həmin qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti məhkəmə kollegiyasının istinad olunan qərardadı ilə təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarından çıxarışdan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(104)-755/2024 saylı qərardadından verilmiş kassasiya şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmışdır. Araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh2 məxsus 69 saylı yaşayış evinin pilləkən marşları İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısında quraşdırılmışdır kı, bu da ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının bağlanmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası MPM-in 184.5-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin vəsatətləri əsaslandırılmalıdır. Hakim işin baxılmasını yubatmaq məqsədilə verilmiş vəsatətləri rədd edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh bundan əvvəl dəfələrlə vəsatətlə müraciət edərək digər məhkəmələrə iddia ərizəsi ilə müraciət etdiyini əsas göstərərək, həmin məhkəmələrdə iddiası təmin ediləcəyi təqdirdə qəbul ediləcək qərarın bu işin nəticəsinə təsir göstərə biləcəyini qeyd edərək iş üzrə icraatın dayandırılmasını xahiş etmiş, cavabdehin vəsatəti təmin edilərək icraat dəfələrlə dayandırılmışdır. İddiaçı tələbinin ümumi məhkəmələrdə baxılmalı olmadığını, inzibati məhkəməyə verdiyi iddianın mümkünsüz olduğunu bildiyi halda məhkəmə qərarlarından yuxarı instansiya məhkəməsinə şikayət etmək hüququnun olmasından istifadə edərək işin iki ildən artıq müddətdə apellyasiya instansiyasının icraatında qalmasına nail olmuşdur. Bu səbəbdən də məhkəmə kollegiyası cavabdehin iş üzrə icraatın yenidən dayandırılmaına dair vəsatətini təmin etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci maddəsində qeyd edilir ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 152.5-ci maddəsində göstərilir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-ci maddəsində göstərilir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci madddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. Həmin Məcəllənin 80.3-cü maddəsinə əsasən barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıqplanlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələbindən göründüyü kimi sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir. Belə ki, cavabdehin iş materiallarında olan Gəncə şəhər İcra hakimiyyətinə ünvanlandığı ərizədən görünür ki, o, İcra hakimiyyətinə tikinti niyyəti barədə yox, icra hakimiyyətini artıq mövcud olan (tikintisi başa çatdırılmış) tikinti barədə məlumatlandırmışdır ki, bu Məlumatlandırma Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələbinə uyğun Məlumatlandırma sayıla bilməz. Digər tərəfdən Gəncə şəhəri Nizami bələdiyyəsi ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alğı-satqı müqaviləsinin surətindən göründüyü kimi cavabdehə 0,0117 ha torpaq sahəsi satılmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi, 0,0117 ha torpaq sahəsində yerləşən 69 nömrəli evin mülkiyyətçisidir. Cavabdehin istinad etdiyi layihəyə görə həmin tikilinin ölçüləri 10400 x 11000 = 114.400 kv.m, pilləkən marşı isə 2500 x 1300 =3,25 kv.m olmalı idi. Cavabdehin mülkiyyətçisi olduğu Gəncə şəhəri İsmət Qayıbov küçəsi 69 nömrəli evin texniki pasportundan isə görünür ki, həmin evin ölçüləri 1070 sm x 1120 sm = 1198,40 sm2 təşkil edir (texniki pasportda pilləkən marşının ölçüləri ümumiyyətlə göstərilməmişdir). Məhkəmə tərəfində yerində baxış keçirilərkən cavabdehə məxsus evin pilləkən marşının iddiaçıya məxsus evin ikinci darvazasının girişinin qarşısında tikildiyi müəyyən olundu. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdehin şikayətinin dəlillərindən birincisi ondan ibarətdir ki, ekspert özrəyində ekspert öz rəyində texniki məsələlərlə bağlı deyil, hüquqi məsələrlə bağlı, yəni məlumatlandırma icraatının olmaması ilə bağlı rəy vermişdir. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan kollegiya qeyd edir ki, yuxarıda göstərildiyi kimi sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir. Cavabdehin ərizəsindən isə göründüyü kimi o, tikintiyə başlamazdan əvvəl yox, tikinti başa çatdıqdan sonra müvafiq orqanı məlumatlandırmışdır ki, bu da Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin tələbinə uyğun deyildir. Ekspert rəyinin 2-ci sual üzrə cavabı ondan ibarətdir ki, Cavabdeh2 məxsus 69 saylı yaşayış evinin pilləkən marşlarının bir başa 37 nömrəli evin 2-ci giriş qapısının qarşısındakı sahədə inşa edildiyini nəzərə alaraq, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsinə həmin tərəfdən olan keçid yolunun qarşısının bağlandığı müəyyən edilir. Cavabdehin digər dəlili ondan ibarətdir ki, onun evinə aid bütün bu sənədlər iddiaçının mülkiyyətində olan evə mülkiyyət hüququ əldə edənə kimi baş vermişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Ona görə ki, iddiaçının mülkiyyətinə həmin ev vərəsəlik qaydasında keçmişdir, əvvəlki mülkiyyətçi – atası isə xx.xx.2015-ci ildə vəfat etmiş, iddiaçı mirası atasının ölümündən sonra qəbul etmişdir, cavabdeh tərəfindən tikinti işləri isə 2020-2021-ci illərdə aparılmışdır. Cavabdehin digər dəlili ondan ibarətdir ki, həmin yolun piyada yolu kimi istifdəsinə Cavabdeh2 tərəfindən inşa edilmiş tikili maneəçilik yaratmamasına dair mütəxəssis rəyi məhkəmə tərəfindən iddia təmin edilərkən nəzərə alınmaması ilə bağlıdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Ona görə ki, iddiaçının həyətyanı torpaq sahəsinə giriş kimi nəzərdə tutulmuş darvaza evin texniki pasportunda göstərilmişdir və həmin darvaza cavabdeh tikinti işləri aparmamaışdan illər əvvəl mövcud olmuşdur. Mütəxəssisin həmin darvazanın avtomobil giriş-çıxışı üçün yox, piyada giriş-çıxışı üçün yararlı olması, piyada giriş-çıxışı üçün qapının normalarda 1-1.5m göstərildiyindən piyada giriş çıxışı üçün həmin yolun piyada yolu kimi istifdəsinə Cavabdeh2 tərəfindən inşa edilmiş tikilinin maneəçilik yaratmaması kimi dəlili əsassızdır, çünki cavabdeh tərəfindən evinin yan hissəsində tikilmiş pilləkən marşının iddiaçıya məxsus evin ikinci girişinin qarşısında tikilməsi iş materialları ilə tam təsdiq olunur. Apellyasiya şikayətinin digər bir dəlili məhkəmənin iş üzrə təkrar ekspertiza təyin edilməməsi ilə bağlıdır. Halbuki həmin dəlil də iş materiallarında olan təkrar məhkəmə tikinti-texniki ekspertizasının rəyi ilə təkzib olunur. Cavabdehin şikayətinin bir dəlili isə iddiaçıya məxsus həmin evin yerləşdiyi torpaq sahəsinin İddiaçı Adil oğluna aid olmasına dair hər hansı bir sübutun mövcud olmaması ilə bağlıdır. Kollegiya şikayətin həmin dəlilini də iş materiallarında iddiaçının adına Gəncə şəhəri Nizami rayonu İsmət Qayıbov küçəsindəki 37 saylı fərdi yaşayış evinə dair xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış olduğuna görə əsassız sayır. Göründüyü kimi Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri əsassızdır və məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Ona görə də hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığına, apellyasiya şikayətinin dəlilləri isə əsassız olduğuna görə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-133/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-16/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-16/2025
11.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver