Məhkəmə qərarları › İş №2(104)-1611/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1611/2024

16.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1611/2024 16.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alqı-satqı müqaviləsinin ləğv edilməsi və çıxarışın etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1, cavabdehlər Cavabdeh1 və cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-376/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs 7 saylı Bərdə Ərazi İdarəsinin 06 fevral 2024-cü il tarixli, 3-21-3-46/2-585/2024 saylı məktubundan görünür ki, ünvan 1ində yerləşən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,20 ha həyətyanı torpaq sahəsi mərhum X5 Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusunun verdiyi xx.xx.2019-cu il tarixli, 2V-335 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı adına vərəsəlik edilmişdir. Habelə, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 adına özgəninkiləşdirilmişdir. Həmin torpaq sahəsi hal-hazırda xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

2. 22 yanvar 2020-ci il tarixli, AR-İ 995978 nömrəli etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlaka ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı hesab aparmağı, adına olan daşınmaz əmlakın icarəyə və kirayəyə verməyi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən Çıxarışı almağı, onun adına olan mənzilə və ya fərdi evə hər hansı bir şəxsin qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində, Polis İdarəsinin Qeydiyyat və X4, “ASAN xidmət” Mərkəzində, Notariat ofisində onu təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduğu daşınmaz əmlakın özəlləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizələri verməyi, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, digər vərəsələrin Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə daxil edilməsinə dair adından razılıq ərizəsi yazmağı, Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almağı, miras payın üzərində sərəncam verməyi (satmağı, bağışlamağı), yuxarıda göstərilənlərlə bağlı notariat ofisində onu təmsil etməyi, pensiyanın təyin olunması və pensiya kartının (plastk kart), PİN kodun alınması ilə əlaqədar olaraq imza etmək hüququ ilə bütün idarə və təşkilatlarda, Banklarda, o cümlədən İqtisadiyyat Nazirliyində və onun tərkibindəki bütün qurumlrda, Əhalinin Sosial Müdafiəsi Mərkəzində, poçtda onu təmsil etməyi, lazım olan sənədləri təqdim etməyi, almağı, adından ərizə yazmağı, imzalamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən istənilən bank orqanlarından, Poçtdan və Teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, Bank kartını, Pensiya kartını, Pin konverti, Kodu, Torpağa dair subsidiya kartını, eləcə də digər plastik kartları və sənədləri almağı, ərizə verməyi, imza etməyi, adından bütün arayışları, lazımi sənədləri götürməyi, adından sənədləri və arayışları toplamağı və təqdim etməyi, ona çatası pensiya, plastik kartı almağı, ünvanlı sosial yardımı və digər müavinətləri almağı, aldığına dair imza etməyi, ərizə verməyi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi Üzrə Vergi İdarələrində, banklarda, Bakı şəhər Vergilər Departamentinin Kommersiya X7 Qeydiyyatı İdarəsində imza etmək hüququ ilə onu təmsil etməyi, lazım olan sənədləri təqdim etməyi və almağı, adından ərizə yazmağı, imzalamağı, VÖEN almağı, kod açdırmağı, kassa aparatını qeydiyyata qoymağı, qeydiyyatdan çıxarmağı, POS TERMİNAL almağı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzində (bundan sonra ASXM) elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə təmsil etməyi, adından ərizə verməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini ASXM-ə təqdim etməyi, ona təqdim edilən sənədləri qəbul etməyi, həmin sənədləri qəbul etməyi həmin sənədləri aldığına dair imza etməyi və elektron imza üçün sertifikatın əldə edilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi; Bank orqanlarında hesabların açılması və bağlanması, hesablar üzərində sərəncam verməyi, bütün növ bank əməliyyatlarını aparmağı, mədaxil və məxaric etməyi, pulu və hesablanmış faizləri götürməyi, depozit müqaviləsini bağlamağı, həmin müqaviləni ləğv etməyi, göstərilənlərlə əlaqədar adından imzalamağı, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət və qeyri dövlət idarələrində, vergi orqanlarında, notariat ofislərində, bank, maliyyə və kredit təşkilatlarında, kooperativ və ictimai təşkilatlarda, İcra Hakimiyyətində, Telefon Qovşağında, "xxxx" ASCdə, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, Bələdiyyədə, “ASAN xidmət” Mərkəzində, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Ərazi İdarəsində, Mənzil Kommunal Təsərrüfat Birliyində, Mənzil Kommunal İstismar Sahəsində, Arxiv İdarəsində, ƏSMM-də, Qeydiyyat Şöbələrində onun adından ərizə verməyi, işləri aparmağı, lazım olan sənədləri təqdim etməyi, götürməyi, işlər aparmaq və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar imza etmək hüququ olmaqla gigər bütün hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2021-ci il tarixədək qüvvədədir.

3. 09 iyul 2021-ci il tarixli, AR-İİ 285143 nömrəli etibarnamədən görünür ki, İddiaçı həmin etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq imza etmək hüququ ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlaka ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı hesab aparmağı, adına olan daşınmaz əmlakın icarəyə və kirayəyə verməyi, Hüquqların Dövlət Qeydiyyatı Haqqında DƏDRX-dən Çıxarışı almağı, onun adına olan mənzilə və ya fərdi evə hər hansı bir şəxsin qeydiyyatı ilə bağlı Dövlət Miqrasiya Xidmətində, Polis İdarəsinin Qeydiyyat və X4, “ASAN xidmət” Mərkəzində, Notariat ofisində onu təmsil etməklə adından ərizələr yazmağı, habelə qeydiyyatda olduğu daşınmaz əmlakın özəlləşdirilməsinə, satılmasına, bağışlanmasına, dəyişdirilməsinə, ipotekaya (girov) qoyulmasına dair razılıq ərizələri verməyi; mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, digər vərəsələrin Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməyə daxil edilməsinə dair adından razılıq ərizəsi yazmağı, Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnaməni almağı, miras payın üzərində sərəncam verməyi (satmağı, bağışlamağı), yuxarıda göstərilənlərlə bağlı notariat ofisində onu təmsil etməyi; pensiyanın təyin olunması və pensiya kartının (plastk kart), PİN kodun alınması ilə əlaqədar olaraq imza etmək hüququ ilə bütün idarə və təşkilatlarda, Banklarda, o cümlədən İqtisadiyyat Nazirliyində və onun tərkibindəki bütün qurumlarda, Əhalinin Sosial Müdafiəsi Mərkəzində, poçtda onu təmsil etməyi, lazım olan sənədləri təqdim etməyi, almağı, adından ərizə yazmağı, imzalamağı, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən istənilən bank orqanlarından, Poçtdan və Teleqrafdan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, Bank kartını, Pensiya kartını, Pin konverti, Kodu, Torpağa dair subsidiya kartını, eləcə də digər plastik kartları və sənədləri almağı, ərizə verməyi, imza etməyi, adından bütün arayışları, lazımi sənədləri götürməyi, adından sənədləri və arayışları toplamağı və təqdim etməyi, ona çatası pensiya, plastik kartı almağı, ünvanlı sosial yardımı və digər müavinətləri almağı, aldığına dair imza etməyi, ərizə verməyi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ərazi Üzrə Vergi İdarələrində, banklarda, Bakı şəhər Vergilər Departamentinin Kommersiya X7 Qeydiyyatı İdarəsində imza etmək hüququ ilə onu təmsil etməyi, lazım olan sənədləri təqdim etməyi və almağı, adından ərizə yazmağı, imzalamağı, VÖEN almağı, kod açdırmağı, kassa aparatını qeydiyyata qoymağı, qeydiyyatdan çıxarmağı, POS TERMİNAL almağı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzində (bundan sonra ASXM) elektron imza üçün sertifikat əldə etmək məqsədi ilə təmsil etməyi, adından ərizə verməyi, bütün lazımi sənədləri və elektron imza vasitələrini ASXM-ə təqdim etməyi, ona təqdim edilən sənədləri qəbul etməyi, həmin sənədləri qəbul etməyi həmin sənədləri aldığına dair imza etməyi və elektron imza üçün sertifikatın əldə edilməsi ilə əlaqədar bütün hərəkətləri etməyi; Bank orqanlarında hesabların açılması və bağlanması, hesablar üzərində sərəncam verməyi, bütün növ bank əməliyyatlarını aparmağı, mədaxil və məxaric etməyi, pulu və hesablanmış faizləri götürməyi, depozit müqaviləsini bağlamağı, həmin müqaviləni ləğv etməyi, göstərilənlərlə əlaqədar adından imzalamağı; poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı; bütün dövlət və qeyri dövlət idarələrində, vergi orqanlarında, notariat ofislərində, bank, maliyyə və kredit təşkilatlarında, kooperativ və ictimai təşkilatlarda, İcra Hakimiyyətində, Telefon Qovşağında, "xxxx" ASCdə, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, Bələdiyyədə, “ASAN xidmət” Mərkəzində, Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin Ərazi İdarəsində, Mənzil Kommunal Təsərrüfat Birliyində, Mənzil Kommunal İstismar Sahəsində, Arxiv İdarəsində, ƏSMM-də, Qeydiyyat Şöbələrində onun adından ərizə verməyi, işləri aparmağı, lazım olan sənədləri təqdim etməyi, götürməyi, işlər aparmaq və bu tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar imza etmək hüququ olmaqla digər bütün hərəkətləri etməyi Cavabdeh1 etibar etmişdir. Etibarnamə 1 il müddətinə verilmiş və xx.xx.2022-ci il tarixədək qüvvədədir.

4. Ağdam rayon dövlət notariat ofisində təsdiq edilmiş 28 aprel 2022-ci il tarixli, 4Ə- 47 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Satıcı İddiaçı adından Cavabdeh1 ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0,2 ha olan torpaq sahəsini Alıcı Cavabdeh2 4000 (dörd min) manata satmışdır.

5. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 23 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, ünvan 1ində yerləşən yaşayış məntəqələri təyinatlı 0,2 ha torpaq sahəsi tam mülkiyyət hüququ əsasında Cavabdeh2 adına qeydiyyata alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022ci il tarixli alqı-satqı müqaviləsinin və xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1ində yerləşən 0,20 ha torpaq sahəsi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Sözügedən torpaq sahəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixdə, **********04 saylı reyestr və ********** qeydiyyat nömrəli “Çıxarış” verilmişdir. İş üzrə Cavabdeh1 onun əmisi oğludur. Atasından miras qalmış əmlakı qəbul etməsi üçün əmisi oğlu Cavabdeh1 etibarnamə vermişdir. 2023-cü ilin sentyabr ayında ona məlum olmuşdur ki, verdiyi etibarnamədən sui-istifadə edən Cavabdeh1 onun iradəsi əleyhinə Ağdam Rayon Dövlət Notariat Ofisində xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında ona məxus olan ünvan 1ində yerləşən 0.20 ha torpaq sahəsini 4000 manata formal olaraq digər Cavabdeh2 satmışdır. X8 Nurəliyevin arvadıdır. Cavabdeh1 onun mülkiyyət hüququnu mənimsəyərək torpaq sahəsini öz arvadına guya satması qanunsuzdur.

8. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-376/2024 nömrəli qətnaməsi ilə (hakim Gündüz Abbasov), iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış və Ağdam rayon dövlət notariat ofisində təsdiq edilmiş 28 aprel 2022-ci il tarixli, 4Ə-47 reyestr nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 23 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış etibarsız hesab edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehlər iddiaçının 28 aprel 2022-ci il tarixli, 4Ə-47 reyestr nömrəli alqı-satqı müqaviləsindən müqavilənin bağlandığı andan məlumatının olduğunu göstərərək, əqdin mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş bir illik müddətin keçdiyini bildirmişlər. Lakin cavabdeh tərəf iddiaçının 28 aprel 2022-ci il tarixli, 4Ə-47 reyestr nömrəli alqı-satqı müqaviləsindən müqavilənin bağlandığı andan məlumatının olması barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir.

10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiaçının qeyd olunan müqavilənin mövcudluğundan 2023-cü ilin sentyabr ayında məlumat aldığını və həmin ilin oktyabr ayında hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Belə olan halda, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş bir illik müddət ötürülmədən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir

11. Hazırda baxılan mübahisədə isə Cavabdeh1 ona verilən Etibarnamədən isitfadə edərək mübahisəli torpaq sahəsini özünün arvadına satmaqla təmsil edilənin (mülkiyyətçinin) maraqlarından çıxış etməmiş, əksinə, özünün şəxsi marağını (mənafeyini) təmin etmişdir.

12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 354.1, 354.2, 359.1, 359.2 və 359.3-cü maddələrinə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

13. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)- 376/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, iddiaçının mülahizəsi bu olmuşdur ki, guya onun əvvəldən sona qədər proseslərdən xəbəri olmamışdır. Guya iddiaçı 2023-cü ildə bilmişdir ki, hüquqlarını müdafiə etdiyi cavabdehlər alqı-satqıya getmişdirlər. Ancaq mülki işin faktiki mahiyyəti bundan ibarətdir ki, iddiaçı 22 yanvar 2020-ci il tarixdə Cavabdeh1 etibarnamə vermişdir. Bundan sonra iddiaçı yenidən cavabdehə etimad və etibar göstərərək 19 iyul 2021-ci il tarxidə etibarnamə vermişdir. Hər iki etibarnamədə iddiaçının öz iradəsi ilə və sərbəst şəkildə, hərəkətlərinin mənasını başa düşdüyü vəziyyətdə təqdim edilmişdir. Baxmayaraq ki, iddiaçı və hüquqlarını müdafiə etdiyi cavabdehlər arasında alqı-satqıya dair proseslər 2020-ci ildən başlayıbdır və iddiaçı özü də 2020-ci ildən etibarən torpağa dair alqı satqının hüquqlarını müdafiə etdiyi cavabdehlər tərəfindən reallaşdığını bilirdi və hətta 2020-ci ildə, Bakı şəhərində yaşadığı üçün 4000 manat pulun Bakıda ona verildiyini qəbul etmiş və buna dair etriaz etməmişdir, lakin nədənsə 2023-cü ildən başlayaraq iddiaçı hazırkı mübahisəyə dair öz tələblərini səsləndirməyə başlamışdır. Əlavə olaraq qeyd edir ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, ilk etibarnamə Cavabdeh1 vərəsəlik şəhadətnaməsi alınması məqsədi ilə verilmişdir. İşin faktiki hallarından və məhkəmə iclasında aparılmış araşdırma zamanı tam sübuta yetişmişdir ki, vərəsəlik şəhadətnaməsi İddiaçı tərəfindən 25 dekbar 2019-cu ildə əldə edilmiş və həmin vərəslik şəhadətnaməsi əsasında torpağa dair çıxarış alınmışdır. Həmin hüquqi sənədlər iddiaçı tərəfindən əldə edildikdən sonra təkrarən 19 iyul 2021-ci il tarixdə Cavabdeh1 təkrarən etibarnamə verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında göstərmişdir ki, İddiaçı onun əmisi qızıdır. 2020-ci ildə iddiaçı ilə aralarında danışıq və sövdələşmə aparmış, iddiaçının valideynlərindən miras qalmış və ünvan 1ində yerləşən 0.20 ha torpaq sahəsini 4000 manat müqabilində almışdır. Torpağı alarkən iddiaçı həmin torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə aldıqdan sonra, Bakı şəhərində yaşadığı üçün ona etibarnamə vermişdir ki, həmin torpağı öz mülkiyyətinə rəsmiləşdirsin. O da iddiaçı tərəfindən ona verilən etibarnamə əsasında iddiaçının adından alqı-satqı edərək torpağı arvadı X1 mülkiyyətinə keçirmişdir. 4000 manat pulu iddiaçıya o verməmiş, torpaqla bağlı iddiaçı ilə aralarında olan danışıqlardan sonra oğlu Məhəmmədəli Bakı şəhərində 4000 manat pulu iddiaçıya vermişdir. İddiaçı haradansa öyrənmişdir ki, Bərdə şəhərində torpağın sotu 4000-5000 manatdır. Lakin nəzərə almamışdır ki, torpaq sahəsi Bərdə şəhərində deyil, ünvan 1ində yerləşir. Hal-hazırda torpağı o özü istifadə edir və torpaqda təqribən 40 metr uzunluqda tövlə tikmişdir. Daha doğrusu inşa etdiyi tövlənin bir hissəsi sözügedən torpaq sahəsinə düşür. Tövlənin qalan hissəsi isə qardaşına məxsus olan torpaq sahəsində yerləşir. Tovləni 2021-ci ildə tikmiş, iddiaçının tikdiyi tövlədən məlumatı olmuşdur. İddiaçı sonuncu dəfə 2023-cü ildə kəndə yas mərasiminə gəlmişdir. 2023-cü ilin avqust-sentyabr ayından etibarən iddiaçı ondan torpağı qaytarmasını tələb etməyə başlamışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlərin nümayəndəsi (vəkili) Nümayəndə2 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.

19. İş üzrə İddiaçı və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 5.3 Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

21. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

22. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

23. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

24. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

25. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

26. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

27. Maddə 324.3. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir.

28. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

29. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 32.

30. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

31. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

32. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

33. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

34. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.

35. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır.

36. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur

37. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir.

38. Maddə 359.3. Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz.

39. Maddə 360.2. Təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

40. Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər.

41. Maddə 366.2. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir.

42. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

43. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

44. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun F.Nəcəfovanın şikayəti üzrə 03 mart 2023-cü il tarixli qərarı

45. Mülki Məcəllənin birgə mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam verilməsi ilə bağlı məsələləri tənzimləyən 222-ci maddəsinə görə isə birgə mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir.

46. Beləliklə, birgə mülkiyyətçilərdən birinin ümumi mülkiyyətdə olan əmlaka sərəncamla bağlı əqdi digər birgə mülkiyyətçilərdən hər hansı birinin razılığı olmadan bağlaması qanunvericiliyin məcburi göstərişlərinə zidd olduğu üçün etibarsızlıq halının yaranmasına səbəb olur.

47. Lakin burada nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.

48. Mülki Məcəllənin Səlahiyyət verilməyən şəxsin əqd bağlaması adlanan 360.2-ci maddəsinə görə, təmsil edilən tərəfindən əqdin sonradan bəyənilməsi onun üçün əqdin bağlandığı andan əqd üzrə mülki hüquq və vəzifələr yaradır, dəyişdirir və onlara xitam verir.

49. Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir.

50. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir.

51. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar.

52. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.

“Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2022-ci il tarixli 02/2022 nömrəli qərardadının 18, 19 və 23-cü bəndləri:

53. Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi etibarsızlıq, əqdin qanunvericiliyə zidd olması səbəbi ilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır (hal və nəticədir). Belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Məhz həmin səbəblərin müxtəlifliyi etibarsızlığın aşağıdakı fərqli növlərini meydana gətirir: əhəmiyyətsiz əqdlər, mübahisə edilən əqdlər, müvafiq razılığın olmamasına görə etibarsız olan əqdlər və məhkəmə qərarı ilə etibarsız sayılan əqdlər. Bəzi əqdlər vardır ki, onlar bağlanarkən müvafiq razılığın alınmamasına görə etibarsız sayılır, lakin səlahiyyətli şəxsin bəyənməsi nəticəsində bu etibarsızlıq halı düzəldilmiş, yəni əqd etibarlı hala gətirilmiş olur (düzələ bilən etibarsızlıq).

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

54. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

55. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

60. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

62. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

63. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

64. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

65. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarı

66. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

67. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

68. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Apellyasiya baxışının hədləri

69. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

70. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

72. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

73. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

74. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

75. İşin kollegiya tərəfindən müəyyən edilmiş hallarından görünür ki, torpaq sahəsi iddiaçının atasının mülkiyyətində olmuş və ünvan 1ində yerləşən həmin 0,20 ha torpaq sahəsi iddiaçıya miras qalmışdır. Bundan sonra, ünvan 1ində yerləşən xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış 0,20 ha həyətyanı torpaq sahəsi mərhum X5 Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusunun verdiyi xx.xx.2019-cu il tarixli, 2V-335 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı adına vərəsəlik edilmişdir. Daha sonra iddiaçı tərəfindən 09 iyul 2021-ci il tarixli, AR-İİ 285143 nömrəli etibarnamədə qeyd olunan hərəkətləri etməsi üçün Cavabdeh1 etibarnamə vermişdir. Cavabdeh ona verilmiş etibarnamədən istifadə edərək iddiaçıya məxsus olan sözügedən 0,20 ha torpaq sahəsini arvadı Cavabdeh2 28 aprel 2022-ci ildə 4000 manata satmışdır. İddiaçı isə mülkiyyətində olan 0,20 ha torpaq sahəsinin satılmasından məlumatı olmadığını bildirmiş, yalnız 2023-cü ilin sentyabr ayında torpağının satıldığını bilmişdir.

76. Bununla belə, məhkəmə kollegiyası etibarnamə səlahiyyətlərindən istifadənin hüquqi təbiəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.

77. Qanuna əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir (Mülki Məcəllənin 359.1-ci maddəsi).

78. Göründüyü kimi, təmsilçilik bir şəxsin hansısa hüquqi hərəkəti başqa bir şəxsin adından və hesabına yerinə yetirmək, bunun hüquqi nəticələrinin həmin şəxs üçün meydana gəlməsini təmin etməkdir. Bu səbəbdən təmsilçi vasitəsilə əqd bağlandıqda təmsil olunanın əlavə olaraq bir iradə bəyan etməsinə gərək yoxdur. Təmsilçinin hərəkəti təmsil olunanın iradəsinə uyğun hesab edilir.

79. Bununla yanaşı, Mülki Məcəllənin 359.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz.

80. Kollegiya vurğulayır ki, bu qaydanın məqsədi təmsil olunanı qorumaqdır. Çünki təmsil edən özü ilə müqavilə bağladıqda bir tərəfdən təmsil olunan adından hərəkət edir, digər tərəfdə isə özü (öz mənafeyi) olur. Bu halda, təmsilçinin özü ilə təmsil edilən qarşıqarşıya gəldiyi üçün təmsil institutundan gözlənilən fayda təhlükə altına düşür. Çünki maraqların toqquşması halında təmsilçi öz mənafeyini üstün tuta bilər.

81. Sözügedən məcburi hüquq qaydasının pozulması ilə bağlanmış əqd həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsızdır.

82. Bununla belə, hüquq ədəbiyyatında hakim olan mövqeyə əsasən, təmsil olunan təmsilçiyə özü ilə müqavilə bağlamaq üçün səlahiyyət vermişsə və ya bağlanan müqavilə mahiyyəti etibarilə mənafe toqquşmasına imkan yaratmırsa (təmsil olunana zərər verən xüsusiyyətə malik deyilsə), yaxud təmsil olunan əqdi sonradan bəyənirsə Mülki Məcəllənin 359.3-cü maddəsinin tətbiqi istisna olunur.

83. Bu hallarda normanın məqsədinə zidd şəkildə tətbiq edilməsi Mülki Məcəllənin mülki dövriyyəni təmin etmək, mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etmək vəzifələrinə, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı və mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması prinsiplərinə zidd olardı.

84. Birinci instansiya məhkəməsi mübahisəni həll edərkən yuxarıda qeyd edilən halları göz önündə tutmamış, işin müəyyən edilmiş halları üzrə bu konteksdə hüquqi dəyərləndirmə aparmamışdır.

85. İşin faktiki hallarından da görünür ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsinin cavabdeh Fərman Məhəmmədəliyə verilmiş 09 iyul 2021-ci il tarixli, AR-İİ 285143 nömrəli etibarnamə əsasında məlumatı olmadan xx.xx.2022-ci il tarixdə satıldığını, bu barədə isə 2023-cü ilin sentyabr ayında məlumatı olduğunu bildirmişdir.

86. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hər hansı əqdin etibarsız hesab olunması barədə iddiaya baxarkən məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarsız hesab edilməsində iddiaçının hüquqdan sui-istifadə hallarının olub olmadığını müəyyən etməkdən ibarətdir. Əgər belə bir hal müəyyən olunarsa əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir.

87. İş materiallarına görə, iddiaçı alqı-satqı müqaviləsini imzalamamış, müqavilənin bağlanmasına yazılı razılığı olmamışdır. Onun adından həmin hərəkətləri cavabdeh Fərman Məhəmmədəli buna səlahiyyəti olaraq yerinə yetirmişdir. Hazırki vəziyyətdə isə iddiaçı həmin torpaq sahəsinin yalnız sənədləşmələrin aparılması üçün etibarnamə verilməsini, onun məlumatı və icazəsi olmadan satıldığını bildirmişdir.

88. Lakin işin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.2022-ci il tarixdən torpaq sahəsi Cavabdeh2 təhvil verilmiş, həmin vaxtdan da o torpaq sahəsindən təyinatı üzrə istifadə edir, torpaqla bağlı vergilər onun tərəfindən ödənilir, torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. İddiaçı uzun müddət bu vəziyyətə etiraz etməmiş, nə torpaq sahəsi üzərində onun adından sərəncam vermiş cavabdehlərlə yaxın qohumluq münasibətləri olmalarına baxmayaraq cavabdehlər hər hansı bir iradları olmamışdır.

89. Bundan əlavə, 22 yanvar 2020-ci il tarixli, AR-İ 995978 nömrəli və 09 iyul 2021-ci il tarixli, AR-İİ 285143 nömrəli etibarnamələrə nəzər salınan zaman müəyyən olunur ki, İddiaçı həmin hər iki etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq “imza etmək hüququ ilə onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlaka ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqqı hesab aparmağı, adına olan daşınmaz əmlakın icarəyə və kirayəyə verməyi” və digər səlahiyyətləri cavabdeh Fərman Məhəmmədəliyə ötürmüşdür.

90. Göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinə dair hərəkətlər edilməsi üçün etibarnamə vermiş və bu zaman cavabdehə həmin əmlakı almaq, satmaq, bağışlamaq və s səlahiyyətləri verərək, onun həmin halların baş vermə ehtimalının olmasını nəzərə alınaraq dolayısı yolla hansı bir əqdin bağlanmasına razılıq vermişdir.

91. Həmçinin, iddiaçı torpaq sahəsinin alqı-satqısına dair müqavilənin bağlanmasına zahirən razılığıı olmasa da, onun həmin müqavilədən xəbərdar olmasına və bəyənməsinə dəlalət edən uzunmüddətli hərəkətsizlikləri mövcud olmuşdur.

92. Buna baxmayaraq, birinci instansiya məhkəməsi idddiaçının həmin müqaviləni sonradan bəyənməsi barədə hər hansı bir təşəbbüs irəli sürməməsi, əksinə iddiaçının müqavilənin bəyənilmədiyini göstərməsini qeyd etməklə kifayətlənmiş, onun uzun müddət hərəkətsiz qalmasına, mövcud vəziyyətlə razılaşmasına qiymət verməmiş, həmin məsələ ilə bağlı işin halları tam və hərtərəfli araşdırmamış, mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb ola biləcəyini nəzərə almamışdır.

93. Mübahisəyə bu qaydada hüquqi qiymət vermədən, sadəcə qanunvericilik normalarının sadalandığı, səthi və formal mülahizələrlə iddianın həlli barədə qənaəti əks etdirən qətnamə əsaslandırılmış məhkəmə aktı kimi qəbul edilə bilməz.

94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

96. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

97. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

98. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

99. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

100. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

101. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

102. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

103. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilməməlidir.

104. Ödənilmiş dövlət rusumu iddiaçıya aid edilməlidir.

105. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 385.1, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi (vəkili) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-376/2024 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı alqı-satqı müqaviləsinin və çıxarışın etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rusumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar