Məhkəmə qərarları › İş №2(104)-1624/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1624/2024

14.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1624/2024 14.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı miras torpaq sahələrinə və miras fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, miras əmlak üzərində mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaklara qanun üzrə vərəsə tanınması, mirasdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsi (hakim Şəfəq Məmmədova) ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 adına M.F.Axundazadə küçəsi, 17 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinə dair ünvan 3də 27 may 2017-ci il tarixli, 2V-514 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş ümumi sahəsi 105.8 kv.m olan fərdi yaşayış evinə olan X2 4/6 payından, X3 1/6 payından, həm də X5 1/6 payından İddiaçı, X4 və Cavabdeh2 hər birinin 1/3 hissədə payı tanınsın. Cavabdeh2 adına ünvan 2 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə dair ünvan 3də 01 mart 2017-ci il tarixli, 2V-97 saylı reyestrlə qeydə alınmış qanun üzrə vərəsəlik şəhadətnaməsi etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsindən İddiaçı, X4 və Cavabdeh2 hər birinin 1/3 hissədə payının tanınması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin, qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 hüquqi varisi X7 və Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayəti verərək, qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın həmin hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması mümkün hesab edilərək məhkəmə baxışına təyin edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1624/2024 nömrəli qərardadı ilə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 hüquqi varisi X7 və Cavabdeh2 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəmkir Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə İddiaçı, nümayəndəsi (vəkili) Vəkil1, cavabdehlər Cavabdeh1 hüquqi varisi X7 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunmalı və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)- 32/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 hüquqi varisi X7 və Cavabdeh2 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üşün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətlərinin mümkünlüyü yoxlanılarkən müəyyən olunmuşdur ki, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması üçün Azərbaycan Respublikasının MPMin 363-cü maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən olunmamışdır. Lakin, cavabdeh tərəfin apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılmalı oldugu üçün, iddiaçı tərəfin apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunmalıdır. Həmçinin, cavabdehlər Cavabdeh1 hüquqi varisi X7 və Cavabdeh2 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən müəyyən edilmişdir ki, həmin apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun verilməmişdir. Belə ki, məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadında qeyd edilmişdir ki, cavabdeh X6 münasibətdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) tərəfindən imzalanmamış, şikayəti tərtib etmiş və imzalamış vəkilin isə iş materiallarında cavbdehin adından apellyasiya şikayəti imzalamaq səlahiyyətini nəzərdə tutan etibarnaməsi aşkar edilməmişdir. Azərbaycan Respublikasının MPM-in 364.1-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 364-cü maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan mülki işi apellyasiya instansiya məhkəməsinə göndərmiş və bununla da MPM-nin 364-cü maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikasının MPM-in 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası MPM-nin 363-cü maddəsinin tələblərini, yəni apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasını nəzərə alaraq hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 hüquqi varisi X7 və Cavabdeh2 vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə göndərilməli, həmin apellyasiya şikayətinin geri qaytarılması məsələsi həll edildikdən sonra hər iki apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mülki iş yenidən Gəncə Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 361, 363, 364 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1624/2024 nömrəli apellyasiya şikayətinin mümkünlüyü barədə qərardadı ləğv olunsun. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(076)-32/2024 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 hüquqi varisi X7 və Cavabdeh2 nümayəndəsi Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 364-cü maddəsinin tələblərinin yoxlanılması üçün Şəmkir Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməzsə 10 (on) gün müddət keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar