Məhkəmə qərarları › İş №2(104)-1627/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1627/2024

24.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1627/2024 24.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra ASC) Cavabdeh qarşı sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(015)-518/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdı: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair iddia ərizəsi ilə Ağstafa Rayon Məhkəməsinə müraciət etmişdir. Ağstafa Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(015)-518/2023 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov), iddianın təmin edilməsi, Cavabdeh 5.000 (beş min) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 70 (yetmiş) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Qətnamənin dəlilləri ilə razılaşmayan Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, qətnamənin tamamilə ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1627/2024 nömrəli qərardadı ilə, apellyasiya şikayətinə baxılması mümkün hesab edilməsi, apellyasiya şikayətinə 14 avqust 2024-cü il tarixdə, saat 10:00-da Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında baxılması qərara alınmışdır. Bundan sonra Ağstafa Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, hazırki mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(015)-518/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün 2(015)-518/2023 nömrəli mülki işin məhkəməyə göndərilməsinə göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, icraata qəbul qərardadı ləğv edilməli və mülki iş apellyasiya baxışından çıxarılaraq Ağstafa Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 384.0.6-cı maddəsində göstərilmişdir ki, apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası yüxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 263, 264, 364, 384.0.6, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(104)-1627/2024 nömrəli qərardadı ləğv edilsin. Gəncə Apellyasiya Məhkəməsinin icraatında olan 2(104)-1627/2024 nömrəli mülki iş, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 Ağstafa Rayon Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli, 2(015)-518/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 363-364-cü maddələrinə uyğunluğunun yoxlanılması üçün apellyasiya baxışından çıxarılsın və Ağstafa Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar