Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1629/2024 23.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Məmmədova Gözəl Nəzarət qızının katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5737/2023 nömrəli qətnaməsindən Cavabdeh verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3040 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği və 50,80 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3090,80 manat pulun alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5737/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddianın təmin edilməsi, Cavabdeh 3040 (üç min qırx) manat pul və ödənilmiş 50,80 (əlli manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5737/2023 nömrəli qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli 2(104)- 1050/2024 saylı qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayəti geri qaytrılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5737/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, həmçinin ərizə verərək, qətnamə üzrə buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5737/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddəti Cavabdeh münasibətdə bərpa edilmiş və iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayətinə əsasən işə yazılı icraatda baxılması mümkün hesab edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş şifahi məhkəmə iclasına təyin edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ləğv edilməli, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5737/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verdidyi şikayətə baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)- 5737/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, Cavabdeh həmin qərardaddan şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi isə, qərardaddan verilmiş şikayətə Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinin tələblərinə uyğun olaraq, baxmamış və Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5737/2023 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarıldıqdan sonra, cavabdeh tərəfindən yenidən verilməyən apellyasiya şikayəti üzrə müddəti Cavabdeh münasibətdə bərpa edərək, işi Gəncə Apellyasiya Məhkəməsinə göndərilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə işdə olmayan apellyasiya şikayətinə əsasən işə yazılı icraatda baxılması mümkün hesab edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə, iş şifahi məhkəmə iclasına təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin: 384.0.6. apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ləğv edilməli, Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5737/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verdidyi şikayətə baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363- 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının apellyasiyanın mümkünlüyü barədə xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ləğv edilsin. Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-5737/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və Cavabdeh Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından verdiyi şikayətə baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1629/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1629/2024
23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver