Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1630/2024 12.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Samux rayon notariat ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: miras əmlakın qəbul ediləsi faktının müəyyən olunması, vərəsə kimi tanınma və payların müəyyən edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X14 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Samux rayon notariat ofisinə qarşı miras əmlakın qəbul ediləsi faktının müəyyən olunması, vərəsə kimi tanınma və payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli 2(058)-89/2024 nömrəli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə 12 avqust 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə şəhər 5 saylı Notariat Kontoru tərəfindən verilmiş 23 avqust 2017-ci il tarixli 2V-197 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 02 iyun 2016-cı il tarixdə ölmüş X2 vərəsəsi Samux rayonu, Qovlarsarı kəndində qeydiyyatda olan oğlu Cavabdeh2 və Rusiya Federasiyası, Samara vilayəti, Sızran şəhəri, Mayakovski küçəsi ev 9, mənzil 2-də qeydiyyatda olan oğlçu Cavabdeh3 İsfəndiyar oğludur.
2. Torpağın Mülkiyyətə verilməsinə dair JN-023A KOD 50707018 nömrəli şəhadətnamənin surətindən görünür ki, Samux rayon Aqrar İslahat Komissiyasının 05 may 1998-ci il tarixli 08 nömrəli qərarı ilə X3, X5, Cavabdeh2 İsfəndiyar oğlunun və Cavabdeh3 İsfəndiyar oğlunun mülkiyyətinə Samux rayonu, Qovlarsarı kəndində yerləşən 0,27 ha torpaq sahəsi verilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Samux rayonu Qovlarsarı kəndində yerləşən 0,68 ha torpaq sahəsi Cavabdeh2, X22, X15, X10, X11, Cavabdeh3 İsfəndiyar oğlunun ümumi birgə mülkiyyətindədir.
4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 mart 2015-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Samux rayonu Qovlarsarı kəndində yerləşən 1,8534 ha torpaq sahəsi Cavabdeh2, X22, X15, X10, X11, Cavabdeh3 İsfəndiyar oğlunun ümumi birgə mülkiyyətindədir.
5. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 18 avqust 2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Samux rayonu Qovlarsarı kəndində yerləşən 0,27 ha torpaq sahəsi Cavabdeh2, X7, X11 və Cavabdeh3 İsfəndiyar oğlunun ümumi birgə mülkiyyətindədir.
6. Azərbaycan Respublikası Samux rayon notariat ofisi tərəfindən verilmiş “notariat hərəkətlərinin aparılmasından imtinaya dair” qərardan görünür ki, mərhum X2 adına olan Samux rayonu, Qovlarsarı kəndində yerləşən miras əmlaka dair ərizəçi İddiaçı2 və İddiaçı1 qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir.
7. Samux rayon Qovlarsarı kənd icra nümayəndəliyi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, X7 ilə Ələkbərova (Xəlilova) Dilşad Museyib qızının nikahları 20 dekabr 1956-cı il tarixdə bağlanmışdır.
8. Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 02 iyun 2016-cı ildə ölmüşdür.
9. Samux rayon Qovlarsarı kənd icra nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 25 sentyabr 2009-cu ildə ölmüşdür.
10. Samux rayon Qovlarsarı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, mərhum X7 02 iyun 2016-cı il tarixdə ölmüşdür. Ölən günədək Samux rayonu, Qovlarsarı kəndində qeydiyyatda olub yaşamışdır. Öləndən sonra onun ailə üzvləri – oğlu İddiaçı1, oğlu İddiaçı2, qızı X8, oğlu Cavabdeh2 və oğlu Cavabdeh3 qalmışdır. Mərhum ölən günədək oğlu Cavabdeh2 ailəsi ilə birlikdə yaşamışdır.
11. Gəncə şəhəri 5 saylı notariat kontorunda təsdiqlənmiş İddiaçı2 ərizəsindən görünür ki, o, 02 iyun 2016-cı il tarixdə vəfat etmiş atası-X1 qalmış bütün miras əmlakdan ona çatası miras payını qəbul etməmiş, qəbul etmək niyyətində deyil və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacaqdır. Gəncə şəhəri 5 saylı notariat kontorunda təsdiqlənmiş İddiaçı1 ərizəsindən görünür ki, o, 02 iyun 2016-cı il tarixdə vəfat etmiş atasıX1 qalmış bütün miras əmlakdan ona çatası miras payını qəbul etməmiş, qəbul etmək niyyətində deyil və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacaqdır.
12. Gəncə şəhəri 5 saylı notariat kontorunda təsdiqlənmiş X4 ərizəsindən görünür ki, o, 02 iyun 2016-cı il tarixdə vəfat etmiş atası-X1 qalmış bütün miras əmlakdan ona çatası miras payını qəbul etməmiş, qəbul etmək niyyətində deyil və gələcəkdə bununla əlaqədar məhkəmədə iddia qaldırmayacaqdır.
13. Leninqrad vilayəti, Kirişi şəhəri notariusu tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, Ələkbərov X12 rayonunun Qovlarsarı kəndində yerləşən birgə hüququnda ona məxsus olan torpaq sahəsini idarə etməyi və üzərində sərəncam verməyi müvafiq olaraq bütün hallarda müddəti, qiyməti və digər şərtləri müəyyən etməklə, bütün əqdləri bağlamağı, o cümlədən satmağı, bağışlamağı, icarəyə verməyi, dəyişməyi, girov qoymağı, müvafiq müqavilələri bağlamağı və imzalamağı, bağlanmış əməliyyatları aparmağı, ona çatası pulları almağı, mülkiyyətçilərdən birinin vəfatında açılmış vərəsəlik işlərini etməyi, mirasın qəbulu və ya ondan imtina haqqında ərizələri yazmağı, vərəsəlik işini aparmağı, o cümlədən Samux rayonu üzrə bütün səlahiyyətli orqanlarda, müəssisə və təşkilatlarda onu təmsil etməyi, “ASAN xidmət” çoxfunksional mərkəzdə, daşınmaz əmlakın Dövlət Xidmətində, onun ərazi idarələrində, torpaqların dövət idarəetməsinin təşkili üzrə Dövlət daşınmaz əmlakın Agentliyində, dövlət qeydiyyatı, kadastr və xəritəçəkmə orqanlarında, icra orqanlarında, yerli özünüidarə orqanlarında, bələdiyyə orqanlarında, TİB-də, vergi müfəttişliyi kontorunda, banklarda və digər səlahiyyətli orqanlarda, onun adından hər növ ərizələri yazmağı, arayışları və sənədləri almağı və təqdim etməyi, lazım gəldikdə hüquqmüəyyənedici sənədləri almağı, rəsmiləşdirmə işlərini aparmağı, qeydiyyat məsələlərini həll etməyi, qeydiyyat üçün sənədləri təhvil verməyi, qeydiyyatdan keçmiş bütün sənədləri almağı, sərhədçəkmə işlərini aparmağı, müqavilələri öz mülahizəsinə görə istənilən qiymətə və şərtlərlə bağlamağı və imzalamağı, torpaq sahəsinin alqı-satqı müqaviləsini, icarə müqaviləsini, müqavilələri ləğv etmək hüququnu, rüsumları və haqqları ödəməyi, əvəzindən imza etməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlavə hərəkətləri etməyi Cavabdeh2 etibar etmişdir.
14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 yanvar 2024-cü il tarixli, 4/44 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, İddiaçı1 adından olan 14 avqust 2017-ci il tarixli 7E/19642 reyestr nömrəli (Gəncə şəhəri 5 saylı Notariat Kontoru) ərizədə “İddiaçı1” yazıları və həmin yazıların qarşısındakı imza eyni şəxs İddiaçı1 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, İddiaçı2 adından olan 14 avqust 2017-ci il tarixli 7E/19642 reyestr nömrəli (Gəncə şəhəri 5 saylı Notariat Kontoru) ərizədə “İddiaçı2” yazıları və həmin yazıların qarşısındakı imza eyni şəxs İddiaçı2 tərəfindən icra olunmuşdur.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
15. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Samux rayon notariat ofisinə qarşı miras əmlakın qəbul ediləsi faktının müəyyən olunması, vərəsə tanınma və payların müəyyən edilməsi tələbi ilə Samux Rayon Məhkəməsinə müraciət edərək, mərhum ataları X1 miras qalmış əmlakın onlar tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi, miras qalmış Samux rayonu Qovlarsarı kəndində yerləşən, ümumi sahəsi 79,7 kv.m, yaşayış sahəsi 55,4 kv.m olan üç yaşayış otağından ibarət fərdi yaşayış evi və 2176 kv.m torpaq sahəsin üzərində vərəsəlik hüquqlarının tanınması və miras əmlakdakı paylarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Samux rayonu Qovlarsarı kəndində yerləşən ümumi sahəsi 79,7 kv.m, yaşayış sahəsi 55,4 kv.m olan üç yaşayış otağı olan fərdi yaşayış evi və yerləşdiyi 2176 kv.m torpaq sahəsi mülkiyyət hüququ ilə mərhum ataları X6 məxsus olmuşdur. X13 02 iyun 2016-cı il tarixdə vəfat etmişdir. Həmin evdə cavabdeh olan qardaşı Cavabdeh2 yaşamışdır. Lakin onlarda həmin evə tez-tez gedərək orada tövlə tikmişlər, darvaza qoymuşlar, bağ-bağçanın abadlaşmasında iştirak etmişlər. Atalarının vəfatından sonra qardaşları Cavabdeh2la münasibətləri yaxşı olsada, lakin bir müddətdən sonra onları ata mülklərinə buraxmamışdır. Atalarından miras qalmış əmlaklarla bağlı payların müəyyən edilməsi üçün notariat kontoruna müraciət etsələrdə, lakin notariat kontoru bundan imtina etmişdir. Həmin vaxt bilmişlər ki, miras cavabdehlərə verilib. Halbu ki, atalarından miras qalmış əmlakları onlar faktiki olaraq qəbul etmişlər.
17. Samux Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli 2(058)-89/2024 nömrəli (hakim G.Şirinov) qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Samux rayon Notariat ofisinə qarşı mirasın qəbulu, vərəsə tanınma və payların müəyyən olunmasına dair iddia tələbləri təmin edilməməsi; İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməsi; İş üzrə keçirilmiş məhkəməxətşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 105 (yüz beş) manat iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq, X9 Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab AZ34CTRE********************) büdcə səviyyəsinin kodu 3, büdcə təsnifatının kodu 142595-ə ödənilməsi qət olunmuşdur.
18. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140, 1145, 1146, 1243-cü maddələrinə və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı1 qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdeh notarial qaydada təsdiq edilmiş ərizələr təqdim edərək bildirmişdir ki, guya onlar öz razılıqları ilə mirasdan imtina etmişlər. Birinci instansdiya məhkəməsi işi hərtərəfli araşdırmamış və imza nümunələrinin onlara məxsus olmadığını əlavə ekspertiza keçirərək müəyyən etməmişdir. Halbu ki, mirasi faktiki qəbul və idarə etmişlər.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, miras əmlak atasından qalmışdır. Atasının ölümündən sonra beş vərəsə qalmışdır. 2017-2018-ci illərdə torpaq sahəsi ilə bağlı notariusa getmişlər. Mirasdan imtina barədə ərizəni imzalamamışlar. Əslində miras əmlakdan paylarını tələb etməkdə məqsədləri onlara çatası payı Rusiya Federasiyasında yaşayan qardaşı Nəsimiyə verməkdir. İddiaçı1 sonda məhkəmə kollegiyasından birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 da İddiaçı1 ilə eyni məzmunlu izahat vermişdir.
24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Samux rayon notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
25. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
26. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
27. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.
28. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
29. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.
30. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).
31. Maddə 1162 Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
32. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
33. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
34. Maddə 1256 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
40. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
42. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
43. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
46. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 ataları X2 02 iyun 2016-cı il tarixdə vəfatından sonra Samux rayonu, Qovlarsarı kəndində yerləşən ümumi sahəsi 79,7 kv.m, yaşayış sahəsi 55,4 kv.m olan üç yaşayış otağından ibarət fərdi yaşayış evi və onun yerləşdiyi 2176 kv.m torpaq sahəsinin miras qaldığını, atalarının vəfatından bir müddət sonra qardaşları Cavabdeh2 onları həmin evə buraxmadığını, bu səbəbdəndə miras əmlakın qəbulu ilə bağlı Samux rayon Notariat öfisinə müraciət etmələrini, lakin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edildiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.
47. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil. Çünki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur.
48. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarında qeyd olunmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiya-hüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir.
49. İddiaçılar atalarından qalmış mirası qəbul etdiklərini iddia etsələrdə, lakin müəyyən olunur ki, sonuncularin hər ikisi 14 avqust 2014-cü ildə (vərəsəlik işi açılarkən) notariat orqanına ərizə verərək mirası qəbul etməkdən imtina etdiklərini bildirmişlər. İddia tələbinə baxılarkən sonuncular həmin ərizələrin onlar tərəfindən imzalanmadığını qeyd etmişlər. Ona görə də birinci instansiya məhkəməsi iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 22 yanvar 2024-cü il tarixli, 4/44 nömrəli ekspert rəyindən müəyyən olunmuşdur ki, ekspertizaya təqdim olunmuş, İddiaçı1 adından olan 14 avqust 2017-ci il tarixli 7E/19642 reyestr nömrəli (Gəncə şəhəri 5 saylı Notariat Kontoru) ərizədə “İddiaçı1” yazıları və həmin yazıların qarşısındakı imza eyni şəxs İddiaçı1 tərəfindən, İddiaçı2 adından olan 14 avqust 2017ci il tarixli 7E/19642 reyestr nömrəli (Gəncə şəhəri 5 saylı Notariat Kontoru) ərizədə “İddiaçı2” yazıları və həmin yazıların qarşısındakı imza eyni şəxs İddiaçı2 tərəfindən icra edilmişdir.
50. Kollegiya hesab edir ki, iddiaçılar notarial qaydada mirasın qəbulundan imtina etdiklərinə görə, artıq onların mirasdan pay almaq hüquqları da istisna olunur.
51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli 2(058)-89/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.