Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1633/2025 29.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası-hakimlər X1 (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" ASC, vurulmuş zərərə görə ödənilmiş 1500 manat pulun və ödənilmiş 35 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı "xxxx" ASC xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verərək məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə cavabdehdən 1500 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35 manat dövlət rüsumunun, əlavə apellyasiya şikayətinin verilməsi ilə bağlı 18 manat dövlət rüsumunun iddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçı "xxxx" ASC-yə qərardadı aldığı vaxtdan 10 (gün) müddətində, nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti (prosessual müddət ötürüldüyü təqdirdə şikayət vermə müddətinin bərpasına dair vəsatətlə birlikdə) ilə müraciət etmək hüququ izah edilmişdir. Həmin qətnamədən iddiaçı ASC xx.xx.2025-ci il tarixdə təkrarən apellyasiya şikayəti verərək məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə cavabdehdən 1500 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35 manat dövlət rüsumunun, əlavə apellyasiya şikayətinin verilməsi ilə bağlı 18 manat dövlət rüsumunun iddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2024 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti MPM-in 361.1-ci maddəsinin tələbinə riayət edilmədən, qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-in 2 saylı Əlavəsinə uyğun olmadan verildiyi üçün ona əlavə edilmiş sənədlərlə birgə geri qaytarılmışdır. Bundan sonra, iddiaçı məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın əsasssız olduğundan ləğv edilməsini və məhkəmənin e-2(125)- 1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən elektron kabinet vasitəsilə verilmiş, elektron formada tərtib edilmiş apellyasiya şikayətinin mümkün hesab edilərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin, mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-970/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı ASC xx.xx.2025-ci il tarixdə həmin qətnamədən yenidən apellyasiya şikayəti verərək məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iş üzrə cavabdehdən 1500 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35 manat dövlət rüsumunun, əlavə apellyasiya şikayətinin verilməsi ilə bağlı 18 manat dövlət rüsumunun iddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, 13 fevral 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürüldükdən sonra verildiyi üçün geri qaytarılmışdır. xx.xx.2025-ci il tarixdə iddiaçı ASC yenidən həmin qətnamədən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə iddiaçı "xxxx" ASC-nin ərizəsi təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Bundan sonra, həmin qərardaddan narazı qalan iddiaçı şikayət verərək məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini, iş üzrə verilmiş müddətin bərpası ilə bağlı ərizənin təmin edilərək qətnamədən verilmiş apellyasiya şikayətinə baxılması üçün işin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, 03 iyun 2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti şikayət vermiş, şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə Gəncə Şəhər Məhkəməsinin e2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi xx.xx.2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. xx.xx.2025-ci il tarixində e2(125)-1101/2025 nömrəli qətnamədən şikayət verilmişdir. Verilmiş xx.xx.2025-ci il tarixli qətnamədən şikayət xx.xx.2025-ci il tarixində qərardadla geri qaytarılmışdır. Geri qaytarılma qərardadında 10 (gün) müddətində, nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti (prosessual müddət ötürüldüyü təqdirdə şikayət vermə müddətinin bərpasına dair vəsatətlə birlikdə) ilə yenidən müraciət edilməsi qeyd olunmuşdur. Qərardad xx.xx.2025-ci il tarixində “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilmişdir. Qərardaddan şikayət verilmiş və şikayət təmin olunmayaraq Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasına göndərilmiş, kollegiya tərəfindən 2(104)- 970/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Şikayətin təmin edilmədiyini gördükləri üçün qərardad elektron kabinetə yerləşdirilməmiş xx.xx.2025-ci il tarixində yenidən Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Göründüyü kimi prosesual müddətlər keçirilmədən hətta 1- 2 gün fərqlə müvafiq şikayətlər yazılmışdır. Hesablanmış 1 ay 25 gün isə ümumi qətnamənin elektron kabinetə yerləşdirildiyi gündən sonuncu şikayətin verildiyi günə qədər olmuş müddətdir. Odur ki, yuxarıda qeyd olunanlara və MPM-nin 133cü maddəsinə əsasən hesab edilir ki, buraxlmış müddət üzrlü hesab edilərək bərpa edilməlidir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət, mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1419/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilmiş, hazırki iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş və iş Gəncə Şəhər Məhkəməsinin 03 iyun 2025-ci il tarixli qərardadından verilmiş şikayətə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət, mülki işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-1101/2025 saylı qətnaməsi xx.xx.2025-ci il tarixdə iddiaçı "xxxx" ASC-yə məxsus elektron kabinetə yerləşdirilmiş və həmin gün iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Bundan sonra Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-1101/2025 saylı qərardadı ilə apellyasiya şikayəti MPM-in 2 saylı Əlavəsində müəyyən edilmiş forma və məzmuna uyğun olmaması səbəbindən geri qaytarılmışdır. Bundan sonra iddiaçı təşkilat nöqsanları aradan qaldırmadan yenidən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)- 1101/2025 saylı qətnaməsindən apellyasiya şikayəti vermiş, ikinci apellyasiya şikayəti də, MPM-in 2 saylı Əlavəsində müəyyən edilmiş forma və məzmuna uyğun olmaması səbəbindən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-1101/2025 saylı qərardadı ilə geri qaytarılmışdır. İddiaçı təşkilat həmin qərardaddan şikayət vermiş, şikayət təmin edilməyərək baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-970/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti MPM-in 361-ci maddəsinin tələblərinə uyğun olmaması səbəbindən geri qaytarılmışdır. Bundan sonra iddiaçı təşkilat Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025ci il tarixli e-2(125)-1101/2025 saylı qətnaməsindən yenidən apellyasiya şikayəti vermiş və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(125)-1101/2025 saylı qərardadı ilə apellyasiya şikayəti qanunveriliklə müəyyən olunmuş müddət ötürülməklə verildiyindən geri qaytarılmışdır. İddiaçı təşkilatının nümayəndəsi yenidən apellyasiya şikayəti verməklə eyni zamanda apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. İddiaçının nümayəndəsi prosessual müddətin bərpasına dair ərizəsində iddia kredit təşkilatı tərəfindən şikayətlərin 1-2 gün fərqlə yazılmasını, hesablanmış 1 ay 25 günün isə ümumi qətnamənin elektron kabinetə yerləşdirildiyi gündən sonuncu şikayətin verildiyi günədək hesablanmış müddət olmasını qeyd etmişdir ki, qeyd olunan hal prosessual müddətin üzrlü sayılması üçün birmənalı əsas ola bilməz. Belə ki, nəzərə alınmalıdır ki, iddiaçı bank təşkilatı olmaqla, məhkəmələrdə borcalanlarla kifayət qədər mübahisələri mövcuddur. Qeyd edilən hal isə iddiaçının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetindən aktiv şəkildə istifadəsini zəruri edir. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti mülki prosessual qanunvericiliyin tələblərinə uyğun olmaması səbəbindən dəfələrlə geri qaytarılmış, birinci instansiya məhkəməsinin müvafiq qərardadlarında apellyasiya şikayəti geri qaytarıldıqdan sonra nöqsanlar aradan qaldırılmaqla apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürüldüyü halda müddətin bərpası ərizə vermək hüququ izah olunmuş, lakin iddiaçı tərəfindən göstərilən nöqsanların aradan qaldırılaraq apellyasiya şikayətini yenidən vermək əvəzinə müxtəlif şikayətlər verərək müddəti ötürmüşdür. Belə olduğu təqdirdə bu hal iddiaçı üçün üzrlü hal hesab oluna bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-1101/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1633/2025
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1633/2025
29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver