Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1648/2025 17.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Qasımova (Əkbərova) Sevil İslam qızı, Cavabdeh4, Cavabdeh5 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: əqdin etibarsızlığı Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X5 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh5 iştirakları ilə, İddiaçı cavabdehlər Qasımova (Əkbərova) Sevil İslam qızı, Cavabdeh4, Cavabdeh5 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(125)-2670/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 18 avqust 1997-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X8 mülkiyyətində olan Gəncə şəhəri Tereşkova küçəsində yerləşən 41 nömrəli binanın 40 saylı mənzilini X9 bağışlamışdır.
2. 17 may 1998-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, X16 mülkiyyətində olan Gəncə şəhəri Tereşkova küçəsində yerləşən 41 nömrəli binanın 40 saylı mənzilini X12 bağışlamışdır.
3. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli, 2(043)- 4017/2014 nömrəli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh3 arasında xx.xx.1994-cü il tarixdə bağlanmış nikah akt qeydi pozulmuşdur;
4. 09 sentyabr 2022-ci il tarixli 4Ə-539 reyestr nömrəli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri Tereşkova küçəsində yerləşən 41 nömrəli binanın 40 saylı mənzilini X2.
5. 31 may 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X18 mülkiyyətində olan Gəncə şəhəri, Tereşkova küçəsində yerləşən 41 nömrəli binanın 40 saylı mənzilini Cavabdeh4 satmışdır.
6. 09 mart 2024-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh4 mülkiyyətində olan Gəncə şəhəri, Valentina Tereşkova küçəsində yerləşən 41 nömrəli evin 40 nömrəli mənzilini 31.500 manata Cavabdeh5 satmışdır;
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 03 aprel 2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4, Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzil Cavabdeh5 xüsusi mülkiyyətindədir;
8. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Xidməti Daşınmaz Əmlakın Dölvət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən tərəfindən verilmiş 12 may 2025-ci il tarixli, 3-21-3-33/2-5053/2025 nömrəli məktubdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil ünvan 3 1/83 reyestr nömrəli Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli qanununa əsasən mənzilin özəlləşməsinə dair müqaviləsinə əsasən X6 adına özəlləşmiş, ona 01 aprel 1994-cü il tarixli, 11564 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun 18 avqust 1997-ci il tarixili, 3M-2- 1718 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən X10 tərəfindən X13 bağışlanılmış, sonuncunun adına 19 avqust 1997-ci il tarixli, 11564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun 17 may 1998-ci il tarixili, 3M-2- 123 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən X16 tərəfindən X12 bağışlanılmış, sonuncunun adına 19 may 1998-ci il tarixli, 11564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qasımova (Əkbərova) Sevil İslam qızına qeydiyyat vəsiqəsinə əsasən 22 iyun 2021-ci il tarixli, **********01-05101-093010 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhər 6 saylı notariat ofisinin 09 sentyabr 2022-ci il tarixli 4Ə-539 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən X3, sonuncunun adına 30 sentyabr 2022-ci il tarixli, **********92-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhər 6 saylı notariat ofisinin 31 may 2023- cü il tarixli 4Ə-528 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X18 tərəfindən Cavabdeh4 satılmış, sonuncunun adına 14 iyun 2023-cü il tarixli, **********92-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 09 mart 2024-cü il tarixli 4Ə-435 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 tərəfindən Cavabdeh5 satılmış, sonuncunun adına 03 aprel 2024-cü il tarixli, **********92-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(125)-2670/2025 nömrəli məhkəmə bildirişinə əsasən əmlak üzərinə qadağa qoyulmuşdur;
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdehlər Qasımova (Əkbərova) Sevil İslam qızı, Cavabdeh4, Cavabdeh5 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanına dair ünvan 5 il tarixli, 4Ə-528 reyestr nömrəli və 09 mart 2024-cü il tarixli, 4Ə-435 reyestr nömrəli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bunun əsasında Cavabdeh5 adına verilmiş 03 aprel 2024-cü il qeydiyyat tarixli, **********92-05101-093001 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 anası Cavabdeh3 ilə 1994cü ildə ailə qurmuş və birgə nikah dövründə Gəncə şəhəri, Valentina Tereşkova küçəsində yerləşən 41 nömrəli evin 40 saylı mənzilini alqı-satqı yolu ilə almışlar. Cavabdeh4 onun ögey qızıdır, yəni Sevillə evlənəndə onun yanında gəlmişdir. Birgə nikahdan 18 avqust 1995-ci ildə X11 adlı bir oğlu anadan olmuşdur. Cavabdeh3 ilə 2014-cü ildə məhkəmə qaydasında boşanmışlar. X4 hazırda Türkiyədədir. Gəncə İnzibati Məhkəməsinin iş № 2- 1(114)-3883/2023 nömrəli, 18 oktyabr 2023-cü il tarixli qərarından yalnız bu günlərdə Gəncə ASAN xidmət mərkəzində olarkən məlumatı olmuşdur ki, cavabdehlər ona qarşı məkrli plan quraraq birgə nikah dövründə əldə olunan Gəncə şəhəri Valentina Tereşkova küçəsi ev 41, mənzil 40 paydan məhrum etmək məqsədi ilə onu qeydiyyatdan çıxartmışlar. Qərarın surəti ona 18 dekabr 2024-cü il tarixdə verildiyindən müddətin bərpa etdirmiş və qərardan şikayət vermişdir. Hazırda iş Gəncə Apellyasiy Məhkəməsinin İnzibati Kollegiyasında baxılır. Keçmiş arvadı Cavabdeh3 Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onu birgə nikah dövründə alqı-satqı yolu ilə aldıqları ünvan 6 ünvanında yerləşən mənzildən istifadə hüququnun itirilməsini xahiş etmiş, məhkəmənin 2(043)-2737/2021 saylı, 29 sentyabr 2021-cil tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Qətnaməyə əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin 27 avqust 2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhər 7 saylı notariat kontorunun 18 may 1998-ci il tarixli 3M-2-123 saylı alqı-satqı yolu ilə mənzili keçmiş baldızı X16 tərəfindən X1. Alıcıya 20 may 1998-ciil tarixli 11564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Sonra bu qeydiyyat vəsiqəsinin əvəzinə Qasımova (Əkbərova) Sevil İslam qızının adına 22 iyun 2021-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.
11. Gəncə Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(125)-2670/2025 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı Qasımova (Əkbərova) Sevil İslam qızına, Cavabdeh4, Cavabdeh5 və Gəncə şəhəri 6 saylı notariat ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1, 225.6 və 372.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 78.1, 88, 106.1, 217.4, 216-220, 227, 358- 360 və 362-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiya məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxartmışdır. Belə ki, birgə nikah dövründə həmin mənzili əsaslı təmir etmişdir. Bundan sonra mənzildən izini itirmək məqsədi ilə bir neçə dəfə başqa adamlara, yəni keçmiş arvadı Sevil Türkiyədə onlayn qaydasında qohumu Nailə, Nail isə Sevilin qızı Türkan Mehdiyavaya satmışdır. Cavabdeh4 həmin evin uşağı olmuş, onu öz qızı kimi saxlayıb böyütmüşdür. Buna baxmayaraq Türkan Mehdiyava onun xəbəri olmadan Gəncə İnzibati məhkəməsinə müraciət edərək, ərizədə guya onu tanımayan adam kimi qeyd edərək, mənzildən qeydiyyatdan çıxartmışdır. Hazırda onun pensiyası daimi qeydiyyatı olmadığına görə dayandırılmışdır. O da məcbur olub müvvəqqəti qohum evinə sığınmışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdeh3 ilə 1994-cü ildə evlənmişlər. 1998-ci ildə həmin evi alqı-satqı əsasında Sevilin adına almışlar. 2015-ci ildə boşandıqdan sonra evdən çıxmışdır. Sevil evi Nailə satanda onun məlumatı olmayıb. Ev hazırda Cavabdeh5 mülkiyyətindədir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, Gəncə şəhəri, Valentina Tereşkova küçəsində yerləşən 41 nömrəli evin 40 saylı mənzili 09 mart 2024-cü il tarixli alğı-satqı müqaviləsi əsasında 31000 manata X7 almış və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən adına 03 aprel 2024-cü il qeydiyyat tarixli ********** qeydiyyat məmrəli çıxarış verilmişdir. Cavabdeh5 sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Qasımova (Əkbərova) Sevil İslam qızı, Cavabdeh4 və Gəncə şəhəri 6 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasınnın Konstitusiyası:
19. Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
20. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
24. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
25. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.
26. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.
27. Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.
28. Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
29. Maddə 334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir.
30. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
31. Maddə 567 Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür.
33. Maddə 666.1 Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
Ailə Məcəlləsi:
34. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
35. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
40. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
45. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh3 nikahları 30 noyabr 1994-cü il tarixdə qeydə alınmışdır. Sonuncuların birgə nikahlarından bir uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğundan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 04 dekabr 2014-cü il tarixli, 2(043)-4017/2014 nömrəli qətnaməsi ilə nikahları pozulmuşdur. İddiaçı birgə nikahda olduqları müddətdə Gəncə şəhəri, Valentina Tereşkova küçəsində yerləşən 41 nömrəli evin 40 saylı mənzili alğı-satqı yolu ilə əldə etdiklərini, lakin həmin mənzilin razılığı olmadan Cavabdeh3 tərəfindən özgəninkiləşdirilməsini, mübahisəli mənzilin hazırda Cavabdeh5 mülkiyyətində olmasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı rədd etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi iddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən verilən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
47. Bu baxımdan apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər qətnamənin ləğvi üçün əsas deyil və bunla bağlı kollegiya aşağıdakı qaydada hüquqi dəyərləndirmə aparmağı vacib sayır.
48. Kollegiya ilk növbədə qeyd edir ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
49. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı Gəncə şəhəri, Valentina Tereşkova küçəsində yerləşən 41 nömrəli evin 40 saylı mənzili Cavabdeh3 ilə birgə nikahda olduqları müddətdə alğı-satqı yolu ilə əldə etdiklərini, lakin razılığı olmadan həmin mənzilin cavabdeh tərəfindən özgəninkiləşdirilməsini, bu səbəbdəndə bağlanbış alğı-satqı müqaviləsinin etibarsısız hesab edilməsini və həmin mənzilə dair verilmiş çıxarışın ləğvini iddia edir. Bu mənada kollegiya hesab edir ki, iddiaçının tələbinin qanuni əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139, 152, 225, 324, 329, 331,334,337, 567,646 və 666-cı maddələri və Ailə Məcəlləsinin 32 və 34-cü maddələri nəzərdən keçirilə bilər və bu qətnamənin 19-35-ci bəndlərində həmin normalar sadalanmışdır.
50. İddiaçı Gəncə şəhəri, Valentina Tereşkova küçəsində yerləşən 41 nömrəli evin 40 saylı mənzili Cavabdeh3 ilə birgə nikahda olduqları müddətdə alğı-satqı yolu ilə əldə etdiklərini bildirsədə lakin onun bu dəlili iş materialları ilə sübuta yetirilmir.
51. İşə əlavə olunmuş Cavabdeh2 12 may 2025-ci il tarixli 3-21-33/2-5053/2025 nömrəli msorğuya cavabdan müəyyən olunur ki, Gəncə şəhəri, Tereşkova küçəsi 41 nömrəli binanın 40 saylı mənzili ünvan 3 1/83 reyestr nömrəli Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli qanununa əsasən mənzilin özəlləşməsinə dair müqaviləsinə əsasən X6 adına özəlləşmiş, ona 01 aprel 1994-cü il tarixli, 11564 nömrəli Qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun 18 avqust 1997-ci il tarixili, 3M2- 1718 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən X10 tərəfindən X13 bağışlanılmış, sonuncunun adına 19 avqust 1997- ci il tarixli, 11564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Mənzil Gəncə şəhər 7 saylı notariat kontorunun 17 may 1998-ci il tarixili, 3M-2- 123 reyestr nömrəli bəxşeyiş müqaviləsinə əsasən X16 tərəfindən X12 bağışlanılmış, sonuncunun adına 19 may 1998-ci il tarixli, 11564 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. Qasımova (Əkbərova) Sevil İslam qızına qeydiyyat vəsiqəsinə əsasən 22 iyun 2021-ci il tarixli, **********01-05101-093010 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhər 6 saylı notariat ofisinin 09 sentyabr 2022-ci il tarixli 4Ə-539 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən X3, sonuncunun adına 30 sentyabr 2022-ci il tarixli, **********92-05101- 093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhər 6 saylı notariat ofisinin 31 may 2023- cü il tarixli 4Ə-528 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X18 tərəfindən Cavabdeh4 satılmış, sonuncunun adına 14 iyun 2023- cü il tarixli, **********92-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil 1 saylı Gəncə regional «ASAN xidmət» mərkəzində notariat ofisinin 09 mart 2024-cü il tarixli 4Ə-435 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh4 tərəfindən Cavabdeh5 satılmış, sonuncunun adına 03 aprel 2024-cü il tarixli, **********92-05101-093001 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.
52. Mübahisəli mənzil İddiaçıla Cavabdeh3 nikahda olduqları müddətdə, yəni 1998ci ildə əldə olunsada, lakin həmin mənzil alğı-satqı müqaviləsi əsasında deyil, bağışlama müqaviləsi əsasında Cavabdeh3 mülkiyyətinə keçmişdir. Göründüyü kimi mübahisəli mənzilin alğı-satqı müqaviləsi əsasında tərəflərin birgə təsərrüfatının fəaliyyəti nəticəsində əldə olunmuş gəlir hesabına alınması öz təsdiqini tapmır.
53. Bu qətnamənin 24 və 35-ci bəndində də qeyd olunduğu kimi nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir.
54. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2004-cü il tarixli Qərarı).
55. İddiaçının cavabdehlərə qarşı daşınmaz əmlakın alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğvi barədə iddiası əsaslı sayıla bilməz. İşin sadalanan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
56. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1, 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 04 iyun 2025-ci il tarixli, 2(125)-2670/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.