Məhkəmə qərarları › İş №2(104)-1650/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1650/2024

28.10.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1650/2024 28.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının İddiaçı cavabdehlər ünvan 5 ofisi, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Cavabdeh5 və DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanıma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mustafayev Mustafa Əli oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı cavabdehlər ünvan 5 ofisi, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Cavabdeh5 və DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanıma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması tələbinə, müstəqil tələb irəli sürən üçücü şəxs Cavabdeh5 cavabdehlər ünvan 5 ofisi, Cavabdeh3, Cavabdeh4 qarşı, vəsiyyətmənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanıma, payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(076)- 57/2024 nömrəli qətnaməsindən İddiaçı, Cavabdeh3 və müstəqil tələb irəli sürən üçücü şəxs Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2024cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 31 yanvar 1964-cü il tarixli, AZ 457270 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İbrahimov Azər Abbas oğlu 22 yanvar 1964-cü il tarixdə doğulmuşdur. Atası İbrahimov Abbas Zeynal oğlu, anası Bayramova Şükufə Usub qızıdır.

2. 20 dekabr 1992-ci il tarixli, XVİİ-JQ 315276 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı 10 dekabr 1992-ci il tarixdə doğulmuşdur. Atası İbrahimov Azər Abbas oğlu, anası İbrahimova Zədayə Cəmil qızıdır.

3. 23 noyabr 1987-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Bayramov Qalib Sabir oğlu ilə İbrahimova Sentaura Abbas qızı 23 noyabr 1987-ci ildə nikahlarını rəsmiləşdirmişlər və arvada Bayramova soyadı verilmişdir.

4. 03 fevral 1997-ci il tarixli, XX-JQ 270985 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İbrahimov Elxan Azər oğlu 10 yanvar 1995-ci il tarixdə doğulmuşdur. Atası İbrahimov Azər Abbas oğlu, anası İbrahimova Zədayə Cəlil qızıdır.

5. Doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, İbrahimova Sentaura Abbas qızı 25 fevral 1966-cı il tarixdə doğulmuşdur. Atası İbrahimov Abbas Zeynal oğlu, anası Bayramova Şükufə Usub qızıdır.

6. Doğum haqqında akt qeydinin təsdiqlənmiş surətindən görünür ki, İbrahimov Amil Abbas oğlu 31 yanvar 1969-cu il tarixdə doğulmuşdur. Atası İbrahimov Abbas Zeynal oğlu, anası Bayramova Şüküfə Usub qızıdır.

7. 04 mart 2014-cü il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İbrahimov Azər Abbas oğlu 27 fevral 2014-cü il tarixdə vəfat etmişdir.

8. 14 oktyabr 1991-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İbrahimov Azər Abbas oğlu ilə Bayramova Zədayə Cəmil qızı 14 oktyabr 1991-ci ildə nikahlarını rəsmiləşdirmişlər və arvada İbrahimova soyadı verilmişdir.

9. Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktının JN-0018 (KOD ********) saylı təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2002-ci il tarixli, 06/15 saylı qərarı ilə verilmiş 0.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün torpaq sahəsi Bayramova Şükufə Usub qızının mülkiyyətinə verilmişdir.

10. 30 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayonu Qasım İsmayılov kəndi, Ağlavaşlıkəndində yerləşən 0.0390 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Bayramova Şükufə Usub qızının mülkiyyətinə verilmişdir.

11. 04 may 2009-cu il tarixli, 7E-2149 reyestr nömrəli vəsiyyətnamənin notariat qaydasında təsdiqlənmiş surətindən görünür ki, Bayramova Şüküfə Usub qızı Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən evini, bütün əmlakını, 0.39 ha həyətyanı sahəsini, pay torpağını və əmanət kassasında olan payını Şəmkir rayonu Qasım İsmayılov kəndində yaşayan Cavabdeh3 vəsiyyət etmiş və digər vərəslərini vərəsəlik hüququndan azad etmişdir.

12. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivi tərəfindən verilmiş 11 mart 2022-ci il tarixli məlumatın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Şəmkir rayon 1 saylı dövlət notariat ofisində 04 may 2009-cu il tarixdə 2V-96 reyestr nörməsi ilə təsdiq edilmiş vəsiyyətnamənin 11 mart 2022-ci ilədək dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır.

13. 05 noyabr 2022-ci il tarixli, 2V-1880, 1881, 1882, 1883 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə əsas olan sənədlərin toplandığı notariat işinin təsdiq olunmuş kserosurətinə əlavə edilmiş - 17may 1996-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh3 xx xxxx 1970-ci ildə doğulmuşdur, atası İbrahimov Abbas Zeynal oğlu, anası Bayramova Şükufə Usub qızıdır. - 04 iyun 1972-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh4 30 may 1972-ci ildə doğulmuşdur, atası İbrahimov Abbas Zeynal oğlu, anası Bayramova Şükufə Usub qızıdır. - “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemi vasitəsilə “Vətəndaşlıq Vəziyyəti Aktları” AQİS-dən Çıxarışdan görünür ki, Cavabdeh5 08 avqust 1967- ci ildə doğulmuşdur, atası İbrahimov Abbas Zeynal oğlu, anası Bayramova Şüküfə Usub qızıdır. - 17 mart 2022-ci il tarixli ölüm haqqında arayışdan görünür ki, İbrahimov Abbas Zeynal oğlu 04 aprel 1973-cü ildə ölmüşdür. - 11 may 2017-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Bayramova Şükufə Usub qızı 07 may 2017-ci ildə ölmüşdür. - 04 may 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi tam Bayramova Şükufə Usub qızının, tikili-Aİ, Aİİ Cavabdeh5 və tikili –A Cavabdeh3 mülkiyyətinə verilmişdir. - Cavabdeh3 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş 05 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, mərhum Bayramova Şükufə Usub qızının ölümündən sonra ondan qalan miras əmlakın-ünvan 2 ünvanda yerləşən 0.39 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qəbul edilməsi üçün ünvan 5 ofisinə müraciət etmişdir. - Cavabdeh4 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş 05 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, mərhum Bayramova Şükufə Usub qızının ölümündən sonra ondan qalan miras əmlakın-ünvan 2 ünvanda yerləşən 0.39 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qəbul edilməsi üçün ünvan 5 ofisinə müraciət etmişdir. - Cavabdeh5 tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş 05 noyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, mərhum Bayramova Şükufə Usub qızının ölümündən sonra ondan qalan miras əmlakın-ünvan 3 ünvanda yerləşən 0.39 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qəbul edilməsi üçün ünvan 5 ofisinə müraciət etmişdir.

14. ünvan 5 ofisində 05 noyabr 2022-ci il tarixdə 2V-1880 nömrəli reyestrdə qeydə alınmış vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Şəmkir rayonu 1 saylı dövlət notariat ofisi tərəfindən 04 may 2009-cu il tarixdə təsdiq edilən və reyestrdə 96 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən 07 may 2017-ci il tarixdə vəfat etmiş-Bayramova Şükufə Usub qızının vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 4i ünvanında qeydiyyatda olan Cavabdeh3dur.

15. ünvan 5 ofisində 05 noyabr 2022-ci il tarixdə 2V-1881 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 07 may 2017-ci il tarixdə vəfat etmiş Bayramova Şükufə Usub qızının vərəsəsi oğlu ünvan 6i ünvanında qeydiyyatda olan Cavabdeh3dur və o miras əmlakdan 3/6 hissədə pay almalıdır.

16. ünvan 5 ofisində 05 noyabr 2022-ci il tarixdə 2V-1882 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 07 may 2017-ci il tarixdə vəfat etmiş Bayramova Şükufə Usub qızının vərəsəsi qızı ünvan 4i ünvanında qeydiyyatda olan Cavabdeh4dır və o miras əmlakdan 1/6 hissədə pay almalıdır.

17. ünvan 5 ofisində 05 noyabr 2022-ci il tarixdə 2V-1883 nömrəli reyestrdə qeydə alınmış qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 07 may 2017-ci il tarixdə vəfat etmiş Bayramova Şükufə Usub qızının vərəsəsi oğlu Şəmkir rayonu Ağlavaşlı kəndi ünvanında qeydiyyatda olan Cavabdeh5dur və o miras əmlakdan 1/6 hissədə pay almalıdır.

18. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 27 aprel 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Bayramova Şükufə Usub qızının adına ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının 05 fevral 2002-ci il tarixli, 06/15 saylı qərarı ilə tam mülkiyyət hüququ ilə JN-18 saylı “Torpağa Mülkiyyət hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsinin 18L saylı kontoruna 30 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.

19. 01 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən tikili –Aİ, Aİİ, torpaq sahəsi 1/6 Cavabdeh5, tikili-A, torpaq sahəsi 4/6 hissə Cavabdeh3 və torpaq sahəsi 1/6 hissə Cavabdeh4 mülkiyyətinə verilmişdir.

20. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən fərdi yaşayış evinə dair Cavabdeh4 adına tam mülkiyyət hüququ ilə 02 iyun 2009-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

21. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 0.0733 ha həyətyanı torpaq sahəsinə dair Cavabdeh4 və digər şəxsin adına paylı mülkiyyət hüququ ilə 18 avqust 2010cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

22. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 0.0781 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 və digər şəxsin adına paylı mülkiyyət hüququ ilə 12 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov (indiki Ağlavaşlı) kəndində yerləşən 1.5650 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Cavabdeh4 və digər şəxsin adına paylı mülkiyyət hüququ ilə 12 avqust 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş daşınmaz əmlakın dövlət reyestrindən arayışdan görünür ki, ünvan 8 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh4 (mülkiyyət payı yalnız 0.39 ha həyətyanı torpaq sahəsinin 1/6 hissəsinə aiddir) və digər şəxslərin adlarına paylı mülkiyyət hüququ ilə 01 dekabr 2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir.

25. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş 11 sentyabr 2023-cü il tarixli əmlaklar barəsində məlumatdan görünür ki, Şəmkir rayonu Qasım İsmayılov kəndində yerləşən 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair Bayramova Şükufə Usub qızının adına JN-0018 nömrəli “Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı” tərtib edilmişdir. Qeyd edilən torpaq sahəsi 0.47 ha olsa da, ayrılıqda 0.4280 ha və 0.0390 ha olmaqla iki müxtəlif ərazidə yerləşən torpaq sahələrindən ibarətdir. 0.0390 ha hissəyə Bayramova Şükufə Usub qızının adına 30 mart 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.

26. İbrahimov Amil Abbas oğlu tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizənin surətindən görünür ki, o, 06 may 2017-ci ildə vəfat etmiş anası Bayramova Şükufə Usub qızından qalmış mirasın açılması ona məlumdur. Hazırki ərizə ilə onun tərəfindən mirasın qəbul edilmə müddətinin ötürüldüyünü, mirasın qəbulu üçün müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəyini, faktiki irsi mülkiyyətin idarəçiliyinə daxil olmadığını və vərəsəlik hüququ haqqında şəhadətnamənin Cavabdeh3 almasına etirazı olmadığını bildirmişdir.

27. Bayramova Sentaura Abbas qızı tərəfindən verilmiş notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o, anası Bayramova Şükufə Usub qızının ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılıolmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etməmiş, indi də etmir və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmir.

28. 07 dekabr 2023-cü il tarixli, 4/1872-5/1642 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 121-ci vərəqində Bayramova Şükufə Usub qızının adından olan 04 may 2009-cu il tarixli 2v-96 reyetsr nömrəsi ilə qeydiyyatdan keçmiş vəsiyyətnamədə “Şahidlər 1. ünvan 4ində yaşayan Rəhimov Elçin Sabir oğlu pasport AZE 04202167 Şəmkir PŞ. xx.xx.2005 ildə ver.” Qrafasından aşağı hissədə yerləşən “İMZA:” qrafasındakı imza-Rəhimov Elçin Sabir oğlu tərəfindən icra olunmuşdur. Təqdim edilmiş 2(076)-1221/2023 saylı mülki işin materialının 121-ci səhifəsində olan xx.xx.2009-cu il tarixdə ünvan 5 kontorunda reyestrdə 2v-96 nömrə ilə qeydə alınmış vəsiyyətnamənin 1-ci səhifədəki “İmza” sözünün önündəki qələmlə icra edilmiş “imza” və “Bayramova Ş.” Yazıları, “Şahidlər” qrafasındakı “1. ünvan 4ində yaşayan Rəhimov......... Sabir oğlu pasport AZE-04202167 Şəmkir PŞ. xx.xx.2005 ildə ver.” Sözlərinin altındakı “İmza” sözünün önündəki imza, “2. ünvan 4ində yaşayan Şahid pasport AZE-03200450 Şəmkir PŞ. xx.xx.2005 ildə ver.” sözlərinin altındakı “İmza” sözünün önündəki imza, 2-ci səhifəsindəki “Reyestrdə” sözlərinin önündəki “2v-96”, “7F-2149” yazıları və “Dövlət notariusu” sözlərinin önündəki imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə eyni diyircəkli qələmlə icra olunmuşdurlar.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

29. İddiaçı cavabdehlər ünvan 5 ofisinə, Cavabdeh3, Cavabdeh4, üçüncü şəxslər Cavabdeh5 və DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı “vəsiyyətnamənin və vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanınma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

30. Müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 cavabdehlər ünvan 5 Ofisinə, İddiaçı, Cavabdeh3 və Cavabdeh4 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

31. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Bayramova Şükufə Usub qızı ilə İbrahimov Abbas Zeynal oğlunun birgə nikahlarından 6 övladları- Cavabdeh5, Cavabdeh3, İbrahimov Amil Abbas oğlu, İbrahimov Azər Abbas oğlu, Cavabdeh4 və İbrahimova Sentaura Abbas qızı olmuşdur. Onlardan atası İbrahimov Azər Abbas oğlu 27 fevral 2014-cü il tarixdə, babası İbrahimov Abbas Zeynal oğlu 04 aprel 1973-cü il tarixdə, nənəsi Bayramova Şükufə Usub qızı 07 may 2017-ci il tarixdə vafat etmişdir. Nənəsi Şükufə İbrahimovadan ünvan 9 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi miras qalmışdır. Həmin torpaq sahəsinin naturada bölünməsi barədə Cavabdeh3 Şəmkir rayon məhkəməsinə etdiyi müraciətdən onlara məlum olmuşdur ki, nənəsi Şükufə Bayramovadan belə bir miras qalmışdır. Həmin torpaq sahəsindən ona və ya qardaşı İbrahimov Elxan Azər oğluna heç bir pay verilməmişdir və özlərinə düşən paydan heç vaxt imtina etməmişlər. 2023-cü ilin mart ayında Şəmkir rayonu 1 saylı notariat ofisindən vərəsəlik işinə aid sənədləri əldə etdikdən sonra notariat ofisi tərəfindən vərəsələrin dairəsinin müəyyən edilmədiyi məlum olmuşdur. Atası İbrahimov Azər Abbas oğlu və digər vərəsələrlə bağlı sənədlər əldə olunmamış və ya təqdim edilməmişdir. Həmçinin, vərəsəlik işində mövcud olan vəsiyyətnamə tam qanunsuzdur. Sənədlər saxtalaşdırılmış və miras əmlakı tam qanunsuz olaraq ünvan 5 ofisi tərəfindən 3/6 pay Cavabdeh3, təkrar 3/6 pay Cavabdeh3, 1/6 pay Cavabdeh4 və 1/6 pay Cavabdeh5 payı müəyyən edilməsi barədə şəhadətnamə verilmişdir. Sonradan Cavabdeh3 payı 4/6 pay, Cavabdeh4 1/6 pay və Cavabdeh5 1/6 pay olmaqla DƏDRX publik hüquqi şəxs tərəfindən mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Beləliklə, Bayramova Şükufə Usub qızının adından xx.xx.2009-cu il tarixdə tərtib edilmiş qanunsuz vəsiyyətnamə etibarsız hesab edilməli, həmin vəsiyyətnaməyə əsasən ünvan 9 ünvanında yerləşən 0.39 ha torpaq sahəsinə dair Cavabdeh3 3/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1880 nömrəli, Cavabdeh3 3/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1881 nömrəli, Cavabdeh4 1/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1882 nömrəli və Cavabdeh5 1/6 pay verilməsi barədə xx.xx.2022-ci il tarixli 2V-1883 nömrəli şəhadətnamələr ləğv edilməli, şəhadətnamələrə əsasən ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən verilmiş **********37-10301 reyestr nömrəli çıxarış ləğv edilməli və nənəsi Şükufə Bayramovadan miras qalmış əmlaka qanun üzrə vərəsələrin payları müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən Bayramova Şükufə Usub qızının adından 04 may 2009-cu il tarixdə tərtib edilmiş vəsiyyətnamənin etibarsız hesab edilməsi, Bayramova Şükufə Usub qızının miras əmlakı olan ünvan 9 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi barədə verilmiş şəhadətnamələrin ləğv edilməsi, şəhadətnamələrə əsasən ƏMDX DƏDKR publik hüquqi şəxsi tərəfindən qeydə alınmış **********37-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsi, miras əmlakı barədə payların müəyyən edilməsi və miras payının üzərində mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Şəmkir Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli qərardadı ilə DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsi və Cavabdeh5 cavabdeh statusundan çıxarılaraq, 3-cü şəxs qismində tanınmışlar və mülki iş üzrə müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 cavabdehlər ünvan 5 Ofisinə, İddiaçı, Cavabdeh3, Cavabdeh4 qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.

33. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdehlər ünvan 5 Ofisinə və digərlərinə qarşı “vəsiyyətnamənin etibarsız hesab edilməsi və s.” tələb irəli sürməsionun hüquqlarnıı pozur. Qəbul olunmuş əmlak anasından qalmış mirasın bir hissəsidir. Həmçinin, vərəsəlik işində olan vəsiyyətnamə də qanunsuzdur. Anası Bayramova Şükufə Usub qızından qalmış miras əmlakın bir hissəsi - ünvan 9 ünvanında yerləşən 0.39 ha torpaq sahəsi onun, Cavabdeh4 və Cavabdeh3 tərəfindən qəbul olunmuşdur. Qəbul olunmuş əmlak üzrə paylar düzgün müəyyən edilməmişdir. Belə ki, sözügedən torpaq sahəsi Cavabdeh3la onun arasında yarıdan setka hasar çəkilməklə bölünmüş, həmin torpaq sahəsinin bir başında Cavabdeh3 digər başında onun evi mövcuddur. Bu bölgü hələ anası sağ olanda, 1994-cü ildə baş vermişdir. Torpaq sahəsində tikilmiş tikililər DƏDRX-də Cavabdeh3 adına A tikilisi, onun adına Al və All tikililəri qeydiyyata alınmışdır. Təssüf ki, hazırkı mübahisə barədə məhkəməyə müraciət olunduqdan sonra, 2023-cü ilin mart ayında 1994-cü ildən həyəti ikiyə bölən setka hasar Famil tərəfindən sökülmüşdür. Bir neçə ay əvvəl hasarın sökülməsi videoya çəkilmişdir. Cavabdeh4 da digər qardaş və bacıları kimi ailə qurduqdan sonra köçmüşdür. Cavabdeh4 həmin kənddə 02 iyun 2009-cu il tarixdə DƏDRX tərəfindən qeydə alınmış özünə məxsus tam mülkiyyət hüququ ilə fərdi yaşayış evi də mövcuddur. Anası Şükufə Bayramova 07 may 2017ci ildə vəfat etmişdir. Vərəsəlik haqqında şəhadətnamə isə 25 noyabr 2022-ci il tarixdə verilmişdir. Anasından qalmış mirasın bir hissəsi üzrə payları ümumiyyətlə müəyyən edilməmişdir. Buna səbəb digər vərəsə Cavabdeh3 tərəfindən sənədlərin saxtalaşdırılması, mövcud olan əmlakların onlardan gizlədilməsi olmuşdur. Anası Şükufə Bayramovanın adından 2009-cu il tarixdə tərtib olunmuş vəsiyyətnamə də saxta yollarla tərtib olunduğundan etibarsızdır. Anasının təxminən 70 yaşından sonra pisixi pozuntusu olmuşdur. O, öz hərəkətlərini idarə etmək qabiliyyətində olmamış və etdiyi hərəkətlərin mənasını anlamamışdır. Bundan istifadə edən Famil anasının əmlaklarının böyük hissəsini öz adına keçirilməsi üçün qanunsuz sənədlər tərtib etmiş, oradakı imzalar saxtalaşdırılmışdır. Həmçinin, vəsiyyətnamədə qeyd olunan əmlak bütün miras əmlakı əhatə etməklə yanaşı, torpaq sahəsində yerləşən ona məxsus DƏDRX qeydiyyata alınmış (çıxarış - Al, All tikililəri) tikililər nəzərə alınmamış, ona məxsus əmlaklar da vəsiyyət olunmuşdur. Qeyd olunan və başqa səbəblərə görə vəsiyyətnamə artıq etibarsızdır. Cavabdeh3 onu və digər vərəsələri aldatmasından xəbərsiz olmuşdur. Yalnız Familin təklifi ilə notariusda sənədlərə imza etmişdir. Anasının ölümündən sonra miras qalmış aşağıdakı əmlaklar-Şəmkir rayonu Ağlavaşlı kəndi 0.39 ha həyətyanı torpaq sahəsi və Şəmkir rayonu, Ağlavaşlı kəndində 0.46 ha pay torpaq sahəsi onun və Cavabdeh3 tərəfindən faktiki olaraq qəbul edilmişdir. Həmçinin, anasının əmanət kassasında olan pul vəsaitinə və ya digər qiymətli əşyalara da hüquqlar bərabər tanınmalıdır. Qeyd edilənlərə əsasən Bayramova Şükufə Usub qızının vəsiyyətnaməsinin etibarsız hesab edilməsini, Bayramova Şükufə Usub qızının miras əmlakı barədə verilmiş şəhadətnamələrin ləğv edilməsini, Bayramova Şükufə Usub qızının miras əmlakı barədə ƏMDX DƏDKR publik hüquqi şəxs Şəmkir Ərazi İdarəsi tərəfindən qeydə alınmış **********37-10301 reyestr nömrəli çıxarışın ləğv edilməsini və Bayramova Şükufə Usub qızının bütün miras əmlaklarına onun və Cavabdeh3 bərabər paylarının müəyyən edilməsini xahiş etmişdir.

34. Mülki iş məhkəmənin icraatında olarkən İbrahimova Zədayə Cəlil qızı, İbrahimov Elxan Azər oğlu və İbrahimov Amil Abbas oğlu iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər

35. Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(076)-57/2024 nömrəli (hakim R.Mustafayev) qətnaməsi ilə İddiaçı iddia tələbinin qismən təmin edilməsi; Müstəqil tələb sürən üçüncü şəxs Cavabdeh5 iddiasının qismən təmin edilməsi; ünvan 5 ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1880, 2V-1881, 2V-1882 və 2V-1883 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilsin və həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 10 ünvanında yerləşən miras qalmış 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinə dair hissədə qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********37-10301 olan çıxarış miras əmlaka münasibətdə ləğv edilməsi; Bayramova Şüküfə Usub qızından miras qalmış ünvan 10 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinin üzərində və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində birinci növbə vərəsələr Cavabdeh3 6/10 (onda altı) hissədə, Cavabdeh4 1/10 (onda bir) hissədə, İbrahimov Amil Abbas oğlunun 1/10 (onda bir) hissədə, Cavabdeh5 1/10 (onda bir) hissədə və mərhum İbrahimov Azər Abbas oğlunun 1/10 (onda bir) hissədə payları müəyyən edilsin. Bayramova Şüküfə Usub qızından miras qalmış ünvan 10 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsindən və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum İbrahimov Azər Abbas oğluna çatacaq 1/10 (onda bir) hissədə miras əmlaklardakı payı, onun birinci növbə vərəsələri İddiaçı 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, İbrahimov Elxan Azər oğlunun 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, İbrahimova Zədayə Cəlil qızının 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində payları müəyyən edilsin. İddiaçı 138 (bir yüz otuz səkkiz) manat ekspertiza tədqiqatının dəyəri tutulub, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına Dövlət Xəzinədarlığı Agentliyi Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZO********************, SFİFT BİK CTREAZ22, (VÖEN **********, hesab AZ34 CTRE********************) köçürülməsi; İddia tələbləri digər hissədə təmin edilməməsi, Ödənilmiş dövlət rüsumları tələb edilmədiyindən iddiaçıların özlərinə aid edilməsi qət olunmuşdur.

36. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43.1, 71, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 329.1, 337.2, 337.3, 337.4, 1133.1, 1133.2, 1146, 1151.1, 1159.1.1, 1180, 1182, 1225.1, 1243, 1247, 1253, 1262-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

37. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsini, vəsiyyətnamənin, şəhadətnamələrin etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi, qanun üzrə vərəsə tanıma, payların müəyyən edilməsi, mülkiyyət hüququnun tanınması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən bütün prosessual tərəflər təsdiq edir ki, Şükufə Bayramovanın sağlığında Şəmkir rayonu, Ağlavaşlı kəndi, Qasım İsmayılov küçəsində yerləşən 4 nömrəli 0,39 ha həyətyanı torpaq sahəsi iki bərabər hissəyə bölünərək, faktiki olaraq biri Şahinin, digəri Familin sahibliyinə və istifadəsinə verilmişdir. Təqribən 1990-cı ildə həyətyanı sahə dövrə uyğun olaraq setka hasarla 2 bərabər sahəyə bölünmüşdür. Ata evindən digər bacı-qardaşlar isə ailə qurduqca kənarda öz evlərinə köçmüşlər. Təqribən 1993-cü ildə Şahində özünə ayrılmış torpaq sahəsində yaşayış evi tikmişdir. Vaxtaşırı özünə aid torpaq sahəsində heyvan saxlamaq üçün yer, həyətdə oturmaq üçün naves, parnik, oğlu üçün 2-ci yaşayış evi və s. tikmişdir. Həmin tikililər dövlət qeydiyyatına alınmışdır. (xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ciil tarixli çıxarışlar). Şahin təqribən 10 sotdan artıq ərazidə müxtəlif tikililəri anası Şükufənin gözü qarşısında, onun xeyir duası ilə tikmişdir. Şahinə aid olan qalan ərazidə onun ailəsi tərəfindən müxtəlif kənd təsərüfatı məhsulları əkilməsi üçün istifadə edilirdi. Şükufə Bayramova sağlığında öz iradə ifadəsini bu formada bildirmişdir. Belə ki, qeyd olunan halları proses iştirakçıları təsdiq etmişdir. Yalnız Famil həmin setka hasarın ev heyvanlarının qarşı tərəfə keçməməsi üçün çəkildiyini bildirmişdir. Familin söylədiyi fikir isə başa düşüləndir. Həmin setka hasar on illər boyu heç kim tərəfindən mübahisələndirilməmiş, nə Şükufə Bayramova, nə də başqa kimsə sökülməsini tələb etməmişdir. Yalnız məhkəmə mübahisəsi başladıqdan sonra Famil tərəfindən güclə sökülərək aparılmışdır. Hasarın sökülməsinin video görüntüsü olan diski məhkəməyə təqdim edilmişdir. Şükufə Bayramovadan miras qalmış digər əmlak, yəni 0,47 ha kənt təsərüfatı təyinatlı torpaq sahəsinin istifadəçiləri kimi məhz Şahin və Familin qeydə alınması təsadüfü deyil. Həmin torpaq sahəsidə onların ikisinin istifadəsinə verilmişdir. Vəsiyyətnamənin tərtib edilməsi Şükufə Bayramovanın istəyi ilə olmamışdır. Bu Familin qardaşının torpaq sahəsinə tamah etməsindən irəli gəlmişdir. Vəsiyyətnamə tərtib olunan vaxt Şükufə Bayramovanın 75 yaşı olmuşdur. Onun sağlamlığı yerində deyildir. Öz hərəkətlərinə cavabdeh olmurdu. Ona nə deyilirdi onu edirdi. Famil isə bundan məharətlə istifadə edərək saxta vəsiyyətnamə yaratmışdır. Saxta vəsiyyətnamədə, Şükufənin digər vərəsələri vərəsəlik hüququndan azad etməsi, bütün əmlakını yalnız Familə bağışlaması Şükufə Bayramovanın hərəkətinə, niyyətinə açıq aşkar ziddir. Şükufə, Şahinin tikdirdiyi əmlakları bu gün sökülmək təhlükəsi ilə qarşı-qarşıya qoyması kimi niyyəti ola bilməzdi. Tərtib olunmuş vəsiyyətnamənin məzmununu Şükufə bilməmiş və anlamamışdır. Bu hal vəsiyyətnamə şahidlərinin izahatlarında da təsdiq olunur. Şahidlər bildirirlər ki, vəsiyyətnamənin necə tərtib olumasını xatırlamırlar, onlar vəsiyyət edənlə sənəd tərtib edilməsi üçün heç vaxt bir araya gəlməmişlər və ya notariusun iştirakı ilə birgə vəsiyyətnamə tərtib etməmişlər və vəsiyyətnamənin elan edilməsi və ya vəsiyyət edənin vəsiyyətnaməni oxuması və razılıq verməsi kimi halların olmaması məhkəmə araşdırması zamanı tam aydın olmuşdur. Hətta belə bir məzmunlu vəsiyyətnaməyə imza etməyəcəklərini aydın şəkildə bildirmişlər. Familin xeyrinə tərtib edilmiş vəsiyyətnamənin hansı şəraitdə tərtib edilməsi yalnız ona məlumdur. O isə saxta vəsiyyətnamənin tərtibinin birbirinə zidd olan bir neçə variantını məhkəmə araşdırmasında bildirmişdir. Qeyd olunan hallara məhkəmə daha dəqiq yanaşmalı və ədalətli qərar qəbul etməli idi. Vəsiyyətnamə işinin əldə olunması üçün tərəfimizdən Dövlət Notariat Arxivinə sorğu edilmişdir. Vəsiyyətnamə işinin təsdiq edilmiş nüsxəsi və həmin vəsiyyətnamənin qeydə alındığı reyestr kitabının çıxarışı məhkəməyə təqdim edilmişdir. Qeyd olunan sənədlər mülki iş materiallarında mövcud olmasına baxmayaraq qətnamənin sübutlar siyahısında əks olunmur. Əldə olunmuş sənədlərdən görünür ki, vəsiyyətnamə işində mövcud olan sənəd yalnız vəsiyyətnamədir. Notarius, belə bir vacib notariat əməliyyatında, zəruri olan ətraflı, dəqiq araşdırma aparmamağı bir kənara, heç notariat hərəkətində iştirak edən şəxslərin şəxsiyyətlərini təsdiq edən sənədlərinin vəsiyyətnamə işində olmaması, qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmaqla aparıldığı, yaradılmış vəsiyyətnamənin saxta yollarla tərtib etdiyi ortaya çıxmış olur. Həmçinin Arxiv İdarəsindən əldə edilmiş digər sübut isə reyestr kitabında olan imzalardır. Reyestr kitabında vəsiyyətnamə də iştirak etmiş şəxslərdən yalnız Şükufə Bayramovun imzası mövcuddur. Şahidlərin reyestr kitabına imzaları mövcud deyildir.

39. Cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

40. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, İddiaçı miras əmlakı faktiki qəbul etməmişdir. İddiaçı məhkəmə zalında mirası faktiki qəbul etməsi üçün hər hansı sübut təqdim etməmişdir. İşə baxılarkən məhkəmə iddiaçının mirası faktiki qəbul etməməsini müəyyən etmiş və qətnamədə iddiaçının mirası faktiki qəbul etməməsini göstərmişdir. Belə olan halda işə baxan məhkəmə mirası faktiki qəbul etməyən vərəsənin mirasda payını müəyyən edə bilməzdi. Mülki Məcəllənin maddi hüquq normasında göstərilmişdir ki, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da miras qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki iş materiallarından da görünür ki, İddiaçı mirasın qəbulu üçün notariat kontoruna ərizə verməmiş, həmçinin miras əmlakdan faktiki istifadə etməmişdir.

41. Müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 qətnamədən apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

42. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, Anası Şükufə Bayramovanın belə bir vəsiyyətnamə qoyması nə həqiqətə, nə də onun idarəsinə uyğun deyil. Torpaq sahəsi anasının sağlığında (1990-cü ildə) iki hissəyə bölünmüşdür. Bu bölgüyə heç vaxt etiraz edən olmamışdır. Torpaq sahəsinin ona aid hissəsinin 11 sotunda müxtəlif tikililəri vardır. Hətta orada oğluna da ev tikmişdir. Bütün bunlar anasının sağlığında baş vermişdir. 30 ildən artıq onun sahibliyində və istifadəsində olan torpaq sahəsinə hərə bir tərəfdən pay istəyir. Məhkəmənin qanunsuz qərarına görə i ona təqribən 4 sot torpaq ayrılmış olur. 4 sot torpaq sahəsi tikililərinin bir hissəsini əhatə edir. Miras qoyan Bayramova Şükufə Usub qızının ünvan 4ində yerləşən evini, bütün əmlakını, 0.39 ha həyatyanı torpaq səhəsini, pay torpağını və əmanət kassasında olan pulunu oğlu Cavabdeh3 vəsiyyət etməsi barədə 4 may 2009- cu il tarixli Cavabdeh1 reyesterdə 2v-96 nömrə ilə qeydə alınmış vəsiyyətnamə qanunsuzdur, qanunvericiliyin normalarına zidd tərtib edilmişdir və məhkəmə tərəfindən etibarsız sayılmaldır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

44. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

45. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Bayramov Cahid Əli oğlu izahatında bildirmişdir ki, Bayramova Şüküfə Usub qızı tərəfindən 04 may 2009-cu il tarixdə verilmiş etibarnamə özlüyündə etibarsızdır. Belə ki, sonuncu sağlığında torpağı iki hissəyə bölüb. Torpaq sahəsinin bir hissəsi iddiaçının, bir hissəsi isə Familin istifadəsindədir. Lakin buna baxmayaraq Famil anasının adından saxta yolla vəsiyyətnamə almışdır. Belə ki, vəsiyyətnamənin tərtib edilməsi Şükufə Bayramovanın istəyi ilə olmamış, vəsiyyətnamə tərtib olunan vaxt Şükufə Bayramovanın 75 yaşı olmuş, onun sağlamlığı yerində olmamış, hətda öz hərəkətlərini dərk etməmişdir. Ona nə deyiblər onuda edib. Famil isə anasının sağlamlıq durumundan istifadə edərək saxta vəsiyyətnamə almışdır. Vəsiyyətnaməyə imza edən şəxslərdə məhkəmədə dindirilərkən biri demişdir ki, vəsiyyətnamənin verilməsini xatırlamir, biri isə demişdir ki, Şükufə özü ona demişdir ki, vəsiyyətnamə vermişdir. Nümayəndə Bayramov Cahid Əli oğlu sonda məhkəmə kollegiyasından nümayəndəsi olduğu şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

46. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 izahatında bildirmişdir ki, hələ anası öz sağlığımda torpağı iki hissəyə bölüb yarısını ona, yarısınıda Familə vermişdir. Anasının ayırıb ona verdiyi torpaqda 1990-cı ildə fərdi yaşayış evi tilkdirmişdir. Ona düşən torpaq 12 sot olmuşdur, digər bacı qardaşları, o cümlədən Famildə bunu bilmişdir. Lakin son vaxtlar ona məlum olmuşdur ki, Famil anasını aldadaraq saxta yolla torpağa vəsiyyətnamə almışdır. Halbu ki, anası öləndə dəfn etmiş və bütün xərcləri onun tərəfindən çəkilmişdir.

47. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs Cavabdeh5 etibarnamə üzrə nümayəndəsi (vəkil) Seyidli Səadət Mərhəmət qızıda nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Bayramova Şükufə Usub qızı savadsız olmuş, latın əlifbasında yazıb oxumağı bilməmiş, eləcədə vəsiyyətnaməni oxumamışdır. Vəsiyyətnamə onun iradəsini əks etdirmir. Seyidli Səadət Mərhəmət qız sonda nümayəndəsi olduğu şəxsin vermiş olduğu apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

48. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 nümayəndəsi olduğu şəxsin vermiş olduğu apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun verilmişdir. Vəkil2 sonda məhkəmə kollegiyasından iş üzrə ədalətli qərar qəbul edilməsini xahoiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

49. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

50. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

51. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

52. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

53. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

54. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

55. Maddə 1166. Fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həmdə kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər.

56. Maddə 1167. Vəsiyyətnamənin tərtib edildiyi məqamda ös hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabliyyətli şəxs vəsiyyət edə bilər.

57. Maddə 1179. Vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həmdə notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir.

58. Maddə 1193. Vəsiyyət edənin uşaqlarının, valideyinlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

59. Maddə 1196. Vərəsələrdən hər birinin payı müəyyənləşdirilərkən əgər vəsiyyətnamə olmasaydı, miras almağa çağırıla biləcək qanun üzrə vərəsələrin hamısi nəzərə alınmalıdır. Vəsiyyət üzrə vərəsələr nəzərə alınmır.

60. 27. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

61. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

62. Maddə 1180.1. Vəsiyyətnaməni vəsiyyət edənin sözlərindən notariusun iki şahidin yanında yazmasına yol verilir. Vəsiyyətnamənin yazılması zamanı hamılıqla qəbul olunmuş texniki vasitələr tətbiq edilə bilər.

63. Maddə 1180.2. Vəsiyyət edənin sözlərindən notariusun yazdığı vəsiyyətnaməni vəsiyyət edən oxumalı və notariusun, şahidlərin yanında imzalamalıdır.

64. Maddə 1252. Əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya).

65. Maddə 1253.1. Mirasın irsi transmissiya üzrə qəbul edilməməsi vərəsəni bilavasitə ölən vərəsəyə çatası mirası almaq imkanından məhrum etmir. Əmlakı irsi transmissiya üzrə almaqdan imtina edildikdə əmlak ölmüş vərəsələrlə birlikdə mirası qəbul etməyə çağırılmış şəxslərə keçir.

66. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 26 dekabr 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, vərəsəlik hüququnun xüsusi qəbul müddətinə tabe tutulması hüquqi müəyyənlik və mütənasibliklə bağlı Konstitusiya prinsiplərinin tələblərinə cavab vermədiyindən, mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına gətirib çıxardığından, Mülki Məcəllənin 1246-cı maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun hesab edilə bilməz. Miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Vərəsəlik hüququnun mülki qanunvericilikdə müəyyən edilmiş qaydada qəbul şərtinə və müddətinə tabe tutulması, susmanın mirasdan imtina ilə eyni hüquqi nəticələrə gətirib çıxarması vərəsəlik hüququnun konstitusiyahüquqi mahiyyəti ilə uyğunsuzluq təşkil etdiyindən, Mülki Məcəllənin 1273-1-ci maddəsi Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsinə uyğun olmayan hesab edilməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır.

67. “Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ və Vİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1194-cü maddələrinin həmin Məcəllənin 372, 373, 1166, 1202.2. və 1255-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 iyun 2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 26 dekabr tarixli Qərarı əsasında qüvvədən düşmüş hesab edildiyindən və bu Qərarın təsviri-əsaslandırıci hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq məcburi payın qəbulu hər hansı xüsusi qəbul müddətindən asılı deyildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

68. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

69. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

70. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

71. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

73. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

74. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

75. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

76. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

77. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

79. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı Bayramova Şükufə Usub qızının adından tərtib olunmuş 04 may 2009-cu il tarixli vəsiyyətnamənin Cavabdeh3 tərəfindən saxta yolla əldə edilməsini, eləcədə onlara düşəsi paydan imtina etməmələrini, lakin buna baxmayaraq miras qalmış hər iki torpaq sahəsinə Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini və nəticədə miras paydan məhrum olmalarını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh5da yuxarıda qeyd olunan vəsiyyətnaməni eyni əsasla mübahisələndirərək müstəqil tələb irəli sürən üçüncü şəxs qismində ərizə vermişdir. İşə baxan birinci instansiya məhkəməsi hər iki iddianı qismən təmin edərək hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir.

80. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, verilmiş apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

81. Belə ki, hər iki iddia ərizəsində Bayramova Şükufə Usub qızının adından 04 may 2009-cu il tarixdə verilmiş vəsiyyətnamənin saxta yollarla tərtib olunduğu qeyd olunaraq etibarsızlığı mübahisələndirilsədə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbləri həmin hissədə əsassızdır və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vəsiyyətnamə Bayramova Şükufə Usub qızının özü tərəfindən imzalanmış və iki nəfər şəxsin şahidliyi ilə həmin vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilərək notarius tərəfindən təsdiq olunmuşdur. Vəsiyyətnaməni şahid qismində imzalamış şəxslər məkhəmə iclasında dindirilmiş və onlar vəsiyətnaməyə imza etdiklərini göstərmişlər, həmçinin iş üzrə təyin edilmiş ekspert rəyi ilə də bu hal öz təsdiqini tapmışdır. Şükufə Bayramovanın vəsiyyətnamə verərkən öz hərəkətlərini qavrayan şəxs olması, ruhi və ya psixi xəstəliyinin olmaması da sübuta yetirilmişdir.

82. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hər iki iddia üzrə Bayramova Şükufə Usub qızının adından 04 may 2009-cu il tarixdə verilmiş vəsiyyətnamənin etibarsızlığı ilə bağlı yuxarıda göstərilənlərə istinadən hüquqi əsasların olmaması kimi qiymət verməsi işin faktiki hallarına uyğun olmaqla qnuni və əsaslı olmuşdur.

83. İddiaçı apellyasiya şikayətində digər dəlillərdən fərqli olaraq xüsusi vurğuladığı Reyestr kitabında vəsiyyətnamə də iştirak etmiş şəxslərdən yalnız Şükufə Bayramovun imzası mövcuddur, şahidlərin reyestr kitabında imzalarının mövcud olmaması dəlilinə münasibətdə kollegiyası şikayətin bu dəlilinin araşdırılmasına xüsusi önəm verərək ünvan 5 ofisinə sorğu vermiş və 04 may 2009-cu il 7E-2149 nömrəli Reyestr kitabını tələb etmişdir.

84. Qeyd olunan notariat hərəkətinin aparıldığı, yəni xx.xx.2009 cu ildə 2063 reyestr nəmrə ilə başlanıb, xx.xx.2009 ildə 2390 reyestr nömrə ilə qurtarmış Reyestr kitabından səhifəsi çıxarılaraq təsdiq olunmuş qaydada məhkəməyə göndərilmişdir. Müəyyən olunmuşdur ki, Reyestr kitabının 2149 sırasında 04 may 2009-cu ildə Rəhimov Eldar Sabir oğlu və Şahid (hər ikisinin şəxsiyyət vəsiqəsi göstərilməklə) Reyestr kitabına imza etmişlər. Göründüyü kimi şikayətin qeyd olunan dəlili təsdiq olunmur.

85. Bununla bağlı kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, vəsiyyətnamədəki imzanın Rəhimov Elçin Sabir oğlu tərəfindən icra olunması birinci instansiya məhkəməsində keçirilmiş ekspert rəyi ilədə təsdiq olunmuşdur. Əmraslanov Hidayət Məlik oğluna münasibətdə isə sonuncu vəsiyyətnaməyə imza etdiyini birinci instansiya məhkəməsində dindirilərkən etiraf etmişdir.

86. Vəsiyyətnamə tərtib olunan vaxt Şükufə Bayramovanın 75 yaşında olduğundan sağlamlığının yerində olmaması, öz hərəkətlərinə cavabdeh olmaması və ona nə deyirdilər onuda edirdi dəlilidə iş materialları ilə təsdiq olunmur, eləcədə iddiaçılar bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişlər.

87. Beləliklədə, yuxarıda qeyd olunanlar onu deməyə əsas verir ki, Bayramova Şükufə Usub qızı tərəfindən 04 may 2009-cu il tarixdə verilmiş vəsiyyətnamə qanunvericiliyin tələbinə uyğun olmuş və etibarsızlığı üçün heç bir hüquqi əsaslar yoxdur.

88. Kollegiya qeyd edir ki, iddia tələbini ünvan 5 ofisinin xüsusi notariusu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2V-1880, 2V-1881, 2V-1882 və 2V-1883 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilməsi, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr əsasında miras əmlaka dair Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 adına Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ünvan 10 ünvanında yerləşən miras qalmış 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinə dair hissədə qeydiyyat tarixi xx.xx.2022, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********37-10301 olan çıxarışı miras əmlaka münasibətdə ləğv edib, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarını hazırki iddia tələbləri üzrə mübahisələrə tətbiq edərək, Bayramova Şüküfə Usub qızından miras qalmış ünvan 10 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsinin üzərində və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üzərində birinci növbə vərəsələr Cavabdeh3 6/10 (onda altı) hissədə, Cavabdeh4 1/10 (onda bir) hissədə, İbrahimov Amil Abbas oğlunun 1/10 (onda bir) hissədə, Cavabdeh5 1/10 (onda bir) hissədə və mərhum İbrahimov Azər Abbas oğlunun 1/10 (onda bir) hissədə paylarını müəyyən etəməklə, Bayramova Şüküfə Usub qızından miras qalmış ünvan 10 ünvanında yerləşən miras əmlak olan 0.39 ha yaşayış məntəqəsi torpaq sahəsindən və Şəmkir rayonu Ağlavaşlı (Qasım İsmayılov) kəndində yerləşən JN-0018 “Torpağa mülkiyyət Hüququna dair Dövlət Aktı”-ı və qeydiyyat tarixi xx.xx.2023, qeydiyyat nömrəsi **********, daşınmaz əmlakın reyestr nömrəsi **********3 olan çıxarışla qeydə alınmış ümumi 0.47 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum İbrahimov Azər Abbas oğluna çatacaq 1/10 (onda bir) hissədə miras əmlaklardakı payı, onun birinci növbə vərəsələri İddiaçı 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, İbrahimov Elxan Azər oğlunun 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində, İbrahimova Zədayə Cəlil qızının 1/10-in 1/3 (onda birin üçdə biri) hissəsində paylarını müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir.

89. Kollegiya gəlmiş olduğu bu qənaətini onunla əsaslandırır ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə məhz bu qətnamənin - Azərbaycan Respublikasının Mülki Məcəlləsi – bölüməsində sadalanan maddi hüquq normalarının tələblərindən, eləcədə adı çəkilən iki Konstitusiya Məhkəməsi Plenumunun qərarlarından irəli gəlmişdir və bu normaların tətbiqi də özlüyündə imperativ xarakter daşıyır. Ona görə də verilmiş apellyasiya şikayətlərinin dəlilləri qətnamənin bu hissədə də ləğvü üçün əsaslı sayıla bilməz.

90. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətlərində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

91. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı, Cavabdeh3 və müstəqil tələb irəli sürən üçücü şəxs Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli 2(076)-57/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar