Məhkəmə qərarları › İş №2(104)-1658/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1658/2023

02.08.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1658/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi Dairəsi, Cavabdeh2 və LPO "xxxx" ASC-yə qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2, cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X* iştirakı ilə, İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi Dairəsi, Cavabdeh2 və LPO "xxxx" ASC-yə qarşı 22.06.20*2-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin *2.04.2023-cü il tarixli, 2(02*)-984/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 02 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mehdili kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 05.0*.2023-cü il tarixli, 02 nömrəli arayışdan görünür ki. İddiaçı Bərdə rayonu, Qaradəmirçi kənində yaşayır və qeydiyyatdadır.

2. *04365354 nömrəli qəbzdən görünür ki, İddiaçı *0*.00 AZN ödəyib.

3. Qəbzdən görünür ki, İddiaçı 487 (dörd yüz səksən yeddi) ABŞ Dolları kredit ödəmişdir.

4. 30.**.2009-cu il tarixli qəbzdən görünür ki, İddiaçı 487(dörd yüz səksən yeddi) ABŞ Dolları kredit ödəmişdir.

5. 28.*0.2009-cu il tarixli qəbzdən görünür ki, İddiaçı 380 (üç yüz səksən) ABŞ dolları 20 sent ödəmişdir.

6. *9.05.20*0-cu il tarixli qəbzdən görünür ki, İddiaçı 247 (iki yüz qırx yeddi) ABŞ dolları ödəmişdir.

7. 28.08.2009-cu il tarixli qəbzdən görünür ki, İddiaçı 36* (üç yüz altmış bir) ABŞ dolları 90 sent ödəmişdir.

8. 28.*0.2009-cu il tarixli qəbzdən görünür ki, İddiaçı *06 (bir yüz altı) ABŞ dolları 80 sent ödəmişdir.

9. 28.08.2009-cu il tarixli qəbzdən görünür ki, İddiaçı *25 (bir yüz iyirmi beş) ABŞ dolları *0 sent ödəmişdir.

10. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********48 saylı bildirişdən görünür ki, sənədlərin icrasına baxılan zaman məlum olmuşdur ki, keçmiş DT və XK-nın tərtib etdiyi JN-0007 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən 4.87 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmış və 2*.07.2009-cu il tarixində çıxarışla rəsmiləşdirilmişdir. 7 saylı BƏİ arxiv məlumatlarına əsasən həmin torpaq sahəsi bankın xeyrinə yüklü edilmiş və sonra isə özgəninkiləşmişdir. Bu səbəbdən də ərizələrin icrasına imtina verilməsi zərurəti yaranmışdır.

11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 22.*2.2022-ci il tarixli, **********76 nömrəli məlumatın təqdim edilməsi barədə sənəddən görünür ki, sorğuda qeyd edilən İddiaçı və onun ailə üzvlərinin adına olmuş Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 4.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 05.09.20*2-ci il tarixli, *8*2005023 qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin Bərdə filialının adına hərracın yekunları barədə 22.06.20*2-ci il tarixli, NY-895 nömrəli protokoluna və eyni tarixli alqısatqı müqaviləsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O cümlədən, İddiaçı və onun ailə üzvlərinin adına Bərdə rayonu, Qaradəmirçi kəndində 0,*6 ha həyətyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-2*-3-46/2-*582/2023 nömrəli məlumatların təqdim edilməsi barədə sənəddən görünür ki, sorğuda qeyd olunan İddiaçı və onun ailə üzvlərinin istifadələrinə verilmiş Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 4.87 ha torpaq sahəsinin özgəninkiləşdirilməsinə əsas olmuş 05.09.20*2-ci il tarixli, *8*2005023 qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin Bərdə filialının mülkiyyətinə keçməsinə səbəb olan hərracın yekunları barədə 22.06.20*2ci il tarixli, NY-895 nömrəli protokol və eyni tarixli alqı-satqı müqaviləsinin surətləri məhkəməyə təqdim edilir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

13. İddiaçı cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi Dairəsi, Cavabdeh2 və LPO "xxxx" ASC-yə qarşı 22.06.20*2-ci il tarixdə keçirilmiş hərracın nəticələri haqqında yekun protokolunun və ondan irəli gələn hüquqi nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 4.87 ha torpaq sahəsinin LPO "xxxx" ASCyə satılması barədə 22.06.20*2-ci il tarixli, NY-895 saylı hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin və ondan irəli gələn hüquqi nəticələrin qanunsuz olduğundan etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinə Bərdə rayonu, Qaradəmirçi kəndində 4,87 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsini hazırda istifadə edirlər. Torpaq sahəsinə görə dövlət tərəfindən verilən subsidiyanı hər il davamlı olaraq almışdır. Bu yaxınlarda ona subsidiyanın verilmədiyini gördükdə maraqlandı və ona bildirdilər ki, sözügedən torpaq sahəsi özgəninkiləşdirilmişdir. Onların ailəsinə məxsus Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 4,87 ha torpaq sahəsi hansısa qurum tərəfindən qiymətləndirilmiş, naməlum hərrac komissiyası tərəfindən hərraca çıxarılmış və "xxxx" ASC tərəfindən 22.06.20*2-ci il tarixdə alınmışdır. Əmlaklarının xəbərləri olmadan aşağı qiymətə qiymətləndirilməklə naməlum hərrac komissiyası tərəfindən hərraca çıxarılması və "xxxx" ASC tərəfindən alınması ciddi qanun pozuntusudur. Məhkəmə prosseslərinin olmasından, iş üzrə qətnamə çıxarılmasından, icra vərəqəsinin verilməsindən heç bir məlumatları olmamışdır. O hesab edir ki, lazımi qaydada xəbərdar olunmadığından və aşağı qiymətə qiymətləndirilərək torpaq sahəsinin aşağı qiymətlə hərracda satışa çıxarılması və alqı-satqısı barədə müqavilə qanunsuz və etibarsız hesab edilməlidir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi idarəsinə müraciət edərək yuxarıda qeyd edilən ona məxsus torpaq sahəsinin hansı sənədlər əsasında hərraca çıxarılması və həmin sənədlərin təsdiqlənmiş surətini tələb etsə də, sözügedən idarə tərəfindən onlara yalnız yazılı məlumat verilmişdir ki, “sorğuda qeyd edilən İddiaçı və onun ailə üzvlərinin adına olmuş Bərdə rayonu, Qardəmirçi kəndində yerləşən 4.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 05.09.20*2ci il tarixli, *8*2005023 qeydiyyat nömrəsi ilə "xxxx" ASC-nin Bərdə filialının adına hərracın yekunları barədə 22.06.20*2-ci il tarixli, NY-895 nömrəli protokoluna və eyni tarixli alqısatqı müqaviləsinə əsasən DƏDR-də qeydiyyata alınmışdır. İş üzrə əhəmiyyət kəsb edən sənədlərin əldə edilməsi üçün isə yalnız məhkəmənin sorğusuna cavab verə bilərlər.” Bundan sonra aidiyyatı üzrə məhkəməyə, icra və probasiya şöbəsinə və LPO "xxxx" ASCyə müraciət etsə də, onlarda da hərracın keçirilməsi ilə bağlı hər hansı bir qətnamə, icra vərəqəsi və ya digər bir sənədin olmadığını onlara rəsmi olaraq bildirdilər. Bu səbəbdən də sözügedən hərracın keçirilməsinə əsas olmuş sənədlərin alınması üçün məhkəmə sorğusuna ehtiyac vardır. Hərracın keçirilməsi barədə ona heç bir məlumat verilmədiyindən hesab edir ki, qanunun tələbləri kobud şəkildə pozulmuşdur.

15. Bərdə Rayon Məhkəməsinin *2.04.2023-cü il tarixli, 2(02*)-984/2023 nömrəli qətnaməsi (hakim Fuad Babaşov) ilə iddianın edilməməsi qət edilmişdir.

16. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 3*9.*, 337.*, 354.2, 4*4.*, 4*4.5, 4*5.*, 4*5.2, 4*6.* və 4*6.2-ci maddələrinə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 53.2, 6*.* və 6*.2-ci madələri, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 4*.*, 4*.3, 42.* və 44-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin **9.*, *24.2, 2*6-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin *2.04.2023-cü il tarixli, 2(02*)-984/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təminb edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, onların xəbəri olmadan ona məxsus olan Bərdə rayonu, Qara dəmirçi kəndində yerləşən 4,87 ha torpaq sahəsi hansısa naməlum qurum tərəfindən qiymətləndirilmiş, naməlum hərrac komissiyası tərəfindən hərraca çıxarılmış və "xxxx" ASC tərəfindən 22.06.20*2-ci il tarixdə alınmışdır. Bütün olanlardan isə heç bir məlumatları olmamışdır. Əmlakları xəbərləri olmadan aşağı qiymətlə qiymətləndirilməsi, hərraca çıxarılması və hazırki iş üzrə cavabdeh "xxxx" ASC tərəfindən alınması ciddi qanun pozuntusudur. Həmin iş üzrə Məhkəmə proseslərinin olmasından, iş üzrə qətnamə çıxarılmasından, icra vərəqəsinin verilməsindən heç bir məlumatları olmamışdır. Hesab edir ki, lazımi qaydada xəbərdar olunmamaqları və aşağı qiymətlə qiymətləndirilərək, torpaq sahəsinin aşağı qiymətlə hərracda satışa çıxarılması və alqı-satqısı barədə müqavilə qanunsuz olmaqla, etibarsız hesab edilməlidir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi saxta yollarla onları mülkiyyətlərindən məhrum etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 apellyasiya şikayətində göstərdiyi xüsusatları təsdiq edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh LPO "xxxx" ASC-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

22. İş üzrə İddiaçı, cavabdehlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi Dairəsi, Cavabdeh2 nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və cavabdehlərin nümayəndələri heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

23. Maddə *3. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

24. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək səlahiyyətlərindən ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

25. Maddə 337.*. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

26. Maddə 354.2. Bu Məcəllənin 347.*-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

27. Maddə 4*5.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

28. Maddə 4*6.*. bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

29. Maddə 425.*. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

“İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu

30. Maddə 4*.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Məhkəmə icraçısı hərracın keçirilməsini əmtəə birjalarının nəzdində yaradılmış ixtisaslaşdırılmış təşkilata, (hərracın təşkilatçısına) sifariş verir.

31. Maddə 42.*. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir

32. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

33. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən *5 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

34. Maddə 43.7. Bu Qanunun 43.*.*-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu

35. Maddə 45.6-cı maddəsinə əsasən icra qanunvericiliyinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda tələb borcluya məxsus olan digər əmlaka yönəldilir.

36. Maddə 53. Üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.

37. Maddə 62. İcra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac keçirilməlidir. Hərracın keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

“Fuad Cavadov və Vahid Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarı

38. MM-in 4*5.2-ci maddəsində göstərilmişdir ki, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

39. Maddə *4.*. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

40. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

44. Maddə 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 2*8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

47. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.*. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

48. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

49. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.* və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 20**-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

52. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

54. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin *2.04.2023-cü il tarixli, 2(02*)-984/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə cavabdeh LPO "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmış, cavabdeh iddiaçıya kredit verməyi, iddiaçı isə həmin pulu razılaşdırılmış faiz ilə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin təminatı olaraq iddiaçının mülkiyyətində olan Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən 4.87 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü etmişdir. Lakin, sonradan İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini icra etmədiyinə görə bank iddiaçıya qarşı tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra qətnamə icraya yönəldilmiş və icra mərhələsində mübahisəli təsərrüfatı təyinatlı torpaq sahəsi hərracda bağlanmış alqı–satqı müqaviləsi əsasında cavabdeh LPO "xxxx" ASC-yə satılmışdır. Ondan sonra həmin mübahisəli əmlak üzərində cavabdeh LPO "xxxx" ASC–nin tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

57. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri əmlak hüquq münasibətləri ilə bağlı yaranan mübahisədir və işin hallarına aşağıda göstərilən əlaqəli normalar əsasında qiymət verilməli və əmlak hüquqlarının müdafiəsi barədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları əsasında həll olunmalıdır.

58. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 4*5.2–ci maddəsinə əsasən qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

59. Azərbaycan Respublikasının MM-in 4*6.*–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

60. Azərbaycan Respublikasının MM-in 4*6.2–ci maddəsində isə hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olduğu göstərilmişdir.

61. İddiaçı apellyasiya şikayətində və məhkəmə kollegiyasının iclasında verdiyi izahatda qeyd etmişdir ki, hərracın keçirilməsi, onun vaxtı və yeri haqqında məlumatlı olub və hərrac qanunla müəyyən edilmiş qaydaları pozmamaqla keçirilib.

62. Belə ki, iddiaçı sözügedən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hərrac vasitəsilə satılarkən ona məlumat vermədiyini və nəticə etibarilə torpaq sahəsinin satışından xəbərsiz olduğunu göstərsə də, məhkəmə kollegiyas onun bu dəlillərini əsassız hesab edir.

63. Bununla bağlı kollegiya qeyd edir ki, “İpoteka haqqında” Azərbaycan Rpespublikası Qanunun 42.*-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

64. Həmin Qanunun 43.5-ci maddəsinə əsasən, təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən *5 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

65. Həmin Qanunun 44-cü maddəsinə əsasən, bu Qanunla müəyyən edilmiş qaydalan pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4*6-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

66. Azərbaycan Respublikasının MM-in 4*6-cı maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfındən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur.

67. “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, Mülki Məcəlləsinin 4*5.2-ci maddəsinə əsasən, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsinə onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır.

68. Konstitusiya Məhkəməsinin Plenumu sözügedən Qərarında vurğulamışdır ki, bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

69. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.

70. Əvvəla, ona görə ki, hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada iddiaçının yaşadığı və qeydiyyatda olduğu ünvanına bildiriş göndərilmişdir. İpoteka qoyanın həmin bildirişi şəxsən almaması da keçirilmiş hərracdan məlumatsız olması anlamına gəlmir və hərracın etibarsızlığı üçün əsas ola bilməz. Çünki, Konstitusiya Məhkəməsinin Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında da vurğulanmışdır ki, ...bu maddənin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

71. İkincisi isə, qanunverici hərracın keçirilməsinə dair bildirişin tərəflərə göndərilməsini, həmçinin müəyyən müddət daxilində göndərilməsini müəyyən etməklə, onsuz da ipoteka qoymaqla, məhrumiyyətə məruz qalmış ipoteka qoyana, o cümlədən hazırki iş üzrə İddiaçı müəyyən müddət verməklə, məhz özü tərəfındən ipoteka predmetinin alınmasına şərait yaradır, başqa sözlə, bu şəxsə əlavə olaraq daha bir şans verilir. Hərraca çıxarılmış evin qiyməti təkrar hərracda az göstərilsə belə, iddiaçının həqiqətən də həmin evi almaq niyyəti olsa idi, hərracda iştirak edə, eləcə də həmin əmlakı hərracdan ucuz qiymətə ala və sonradan baha qiymətə də sata bilərdi. Lakin iddiaçının hərracdan məlumatı olmasına baxmayaraq, əslində onun bu prosesləri süni surətdə uzatması hərracın baş tutmasına mane olmaq istəyinə dəlalət edir. Bu cür hallar isə ipoteka saxlayanın da mənafeyinə zərər vurmaqla yanaşı, icra sənədinin uzun müddət ərzində tam icra olunmamasına səbəb olur.

72. İşin digər faktiki hallarından görünür ki, iddiaçı hərracın nəticələrinin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu günlə bağlı sübutu məhkəməyə təqdim etməmişdir. Əgər, həmin müddət iddiaçı tərəfindən məhkəmədə sübut edilsəydi bu zaman kəsici müddətin tətbiqi məsələsi məhkəmə tərəfindən həll edilməli idi.

73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.* və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 202*-ci il tarixli qərarında göstərilmişdir ki, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir.

74. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il *2 mart tarixli Qərarında da ifadə edilmişdir. Qərarda göstərilmişdir ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

75. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

76. Beləliklə, Azərbaycan Respublikasının MM-in 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur.

77. Həmin qərara əsasən Mülki Məcəllənin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

78. Sübutetmə yükünün bölüşdürülməsi baxımından əqdin etibarsızlığına əsas olan halların mövcudluğunun sübuta yetirilməsi vəzifəsi əqdi mübahisələndirən tərəfin, yəni iddiaçının üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MM-in 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

79. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

80. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).

81. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

82. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.

83. Azərbaycan Respublikasının MPM-in 76.*-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

84. Beləliklə, birinci instansiya məhkəməsi işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki, tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin rədd edilməsini istisna edir.

85. Digər tərəfdən məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Qətnamə faktlar nöqteyi-nəzərindən əsaslı və mahiyyəti üzrə düzgündür.

86. Azərbaycan Respublikasının Konstitusiyasının *25-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 28.*2.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 3* may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

88. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3*.0*.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

89. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

90. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in *0-*, 372.*, 382, 384.0.*, 385.2, 392, 393, 403.*, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bərdə Rayon Məhkəməsinin *2.04.2023-cü il tarixli, 2(02*)-984/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar