Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1658/2025 02.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iş üzrə Açar sözlər: Vərəsəlik hüququndan irəli gələn mübahisələr, bağışlama müqaviləsi Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı (bundan sonra – cavabdeh(lər)) qarşı “xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab olunması, həmin müqavilə əsasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(076)-199/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, qətnamə qəbul etdi. İşin halları
1. Əliyev Əşrəf Qulu oğlu ilə X8 xx.xx.1971-ci ildə nikaha girmişlər (Tərəflərin atası və anası).
2. Əliyev Əşrəf Qulu oğlu xx.xx.2005-ci ildə Şəmkir rayonu, Dəllər qəsəbəsində ölmüşdür.
3. Vərəsəlik şəhadətnaməsinə əsasən, X1 rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m olan torpaq sahəsində 1991-ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan evdən ½ hissədə irs almışdır.
4. X3 Əliyev Əşrəf Qulu oğlu ilə onların nikah dövründə əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə ilə verilən ümumi əmlak Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m olan torpaq sahəsində 1991-ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan ev olmuşdur.
5. 05 dekabr 2012-ci il tarixli vəsiyyətnamə ilə X12 ölən günədək harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən evini və bütün əmlakını oğlu Cavabdeh1 vəsiyyət etmişdir.
6. 08 dekabr 2014-cü il tarixli vəsiyyətnamə ilə X12 ona məxsus olan və harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını İddiaçı vəsiyyət etmişdir.
7. Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 34 saylı (yeni qaydalarla: AZ5700 ünvan 1 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi və üzərindəki yaşayış sahəsi 156.5 kv.m, köməkçi sahəsi 43.7 kv.m, 5 yaşayış otağından ibarət 1990-cı ildə inşa edilmiş fərdi yaşayış evinə dair X5 adına tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Əsas: Ləğv olunmuş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şəmkir rayon şöbəsi tərəfindən Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 52 saylı qərarı ilə Əliyev Əşrəf Qulu oğlunun adına tam mülkiyyət hüququ ilə tərtib edilmiş JN-727A saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”, Şəmkir 2-ci dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli, 2V-01-73 reyestr nömrəli ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə(arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə və Şəmkir 2-ci dövlət notariat kontorunun xx.xx.2005-ci il tarixli 2V01-74 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə.
8. Qeyd edilən əmlak bütövlüklə Şəmkir rayonu 1 saylı notariat ofisində təsdiq edilmiş xx.xx.2021-ci il tarixli, 4Ə-415 reyestr nömrəli bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına özgəninkiləşdirilmiş və ona tam mülkiyyət hüququ ilə xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir.
9. Daşınmaz əmlakın 02 mart 2021-ci il tarixli bağışlama müqaviləsi ilə, X12 həmin ünvanda yerləşən ümumi sahəsi 200.2 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.06 ha olan torpaq sahəsini Cavabdeh1 bağışlamışdır.
10. 02 mart 2021-ci il tarixli **********667 saylı ərizədə qeyd edilmişdir ki, İddiaçı qeydiyyatda olduğu X9 məxsus olan Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 200.2 kv.m olan fərdi yaşayış evinin bağışlanmasına etiraz etmir, razıdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsinin qeydiyyatından çıxmağı öhdəsinə götürür. Cavabdeh1 məxsus evdə qardaşı İddiaçı yaşayır.
11. Şəmkir Rayonu 1 saylı Notariat Ofisində 2V-594 reyestr nömrəli xx.xx.2014-cü il tarixli vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə notariat ofisinə məlumat daxil olmamışdır.
12. X12 2021-ci ilin avqust ayında ölmüşdür. Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehlər Cavabdeh1 və Şəmkir rayon 1 saylı notariat ofisinə qarşı iddia ərizəsi və iddia tələblərinin həcminin artırılması barədə ərizə verərək mərhum atası Əliyev Əşrəf Qulu oğlundan miras qalmış, fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə mərhum anası X5 adına xx.xx.2005-ci ildə Şəmkir rayon 2 saylı notariat kontorunda tərtib olunmuş 2V-01-73 saylı şəhadətnamənin və 2V-07-74 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasında mərhum anası Zərifə Baba qızının adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** saylı mülkiyyət hüququna dair çıxarışın ləğv olunması, Cavabdeh1 ilə onun arasında Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 2 mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh1 adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunmasına, 100+1 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir
14. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, atası 2004-cü ildə, anası isə 2021-ci ilin avqust ayında vəfat etmişdir. Anası Zərifə sağlığında özünə məxsus olan əmlakı ona vəsiyyət etmişdir. Bunu cavabdeh qardaşı da bilirdi. O, həm iddiaçının, həm də anasının savadsızlığından istifadə etmiş və bağışlama müqaviləsi əsasında onun hazırda yaşadığı və mərhum valideynlərindən miras qalmış əmlakı öz adına keçirərək mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Bağışlama müqaviləsi Şəmkir rayon 1 saylı notariat ofisində 02 mart 2021-ci ildə 4Ə-415 reyestr nömrə ilə qeydə alınmışdır. Bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına 09 mart 2021-ci ildə üçüncü şəxs 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Mübahisə predmeti olan bağışlama müqaviləsi etibarsız hesab olunmalı, onun əsasında cavabdehin adına qeydə alınmış müvafiq çıxarış ləğv olunmalıdır. Çünki onun heç vaxt əmlakını cavabdeh qardaşına bağışlamaq niyyəti olmamışdır.
15. Şəmkir Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(076)-199/2024 nömrəli (hakim Şəfəq Məmmədova) qətnaməsi ilə iddia rədd edilmişdir.
16. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 qardaşdırlar. Onların valideynləri Əliyev Əşrəf Qulu oğlu ilə X8 xx.xx.1971-ci ildə nikaha girmiş və onların birgə nikah dövründə Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m olan torpaq sahəsində 1991-ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan ev əldə edilmişdir. xx.xx.2005-ci ildə Əliyev Əşrəf Qulu oğlu vəfat etmiş, 2021-ci ildə isə X12 vəfat etmişdir.
17. Məhkəmə ilkin olaraq iddia tələblərinin “əvvəlcə mərhum atası Əliyev Əşrəf Qulu oğlundan miras qalmış, fərdi yaşayış evinə və evin yerləşdiyi həyətyanı torpaq sahəsinə görə mərhum anası X5 adına xx.xx.2005-ci ildə Şəmkir rayon 2 saylı notariat kontorunda tərtib olunmuş 2V-01-73 saylı şəhadətnamənin və 2V-07-74 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab olunması, həmin şəhadətnamələr əsasında mərhum anası Zərifə Baba qızının adına tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** saylı mülkiyyət hüququna dair çıxarışın ləğv olunması” hissəsinə münasibətdə bildirmişdir ki, iddia həmin hissədə təmin edilə bilməz.
18. Belə ki, hazırda mübahisəsi edilən əmlak X12 ilə Əliyev Əşrəf Qulu oğlunun birgə nikah dövründə əldə edilmişdir. Əşrəf Əliyev xx.xx.2005-ci ildə vəfat etdiyindən, onun vəfatından sonra Zərifə Əliyeva ümumi əmlaka mülkiyyət hüququn əldə edilməsi ilə bağlı müraciət etmiş və haqlı olaraq ona ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Çünki sözügedən əmlak ümumi əmlak hesab edildiyindən digər vərəsələrin olubolmamasından asılı olmayaraq, Zərifə Əliyevanın həmin əmlakda ½ hissədə payı mövcud olmuş və bununla bağlı 2V-01-73 saylı şəhadətnamə verilmişdir.
19. Məhkəmə sözügedən əmlaka dair 2V-01-74 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə belə münasibət bildirmişdir ki, X12 xx.xx.2005-ci ildə Əliyev Əşrəf Qulu oğlundan qalan miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, həmin ərizədə ondan başqa vərəsənin olmamasını bildirmişdir. İddiaçı tərəf hazırda həmin halı mübahisələndirərək, məhkəmədən şəhadətnamənin etibarsız hesab edilməsini xahiş etmişdir. 20.Bununla bağlı məhkəmə qeyd etmişdir ki, 24 iyun 2005-ci il tarixli, 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu ilə Məcəlləyə 1273-1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. xx.xx.2023-cü il tarixdən Mülki Məcəllənin 1273-1-ci maddəsi qüvvədən düşməsinə baxmayaraq, vərəsəlik işi açılan zaman qüvvədə olmuşdur. 21.Məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən əmlakın digər ½ hissəsinə vərəsə hesab edilməsi üçün notariat ofisinə müraciət etməmiş və ya bununla bağlı hər hansı hərəkət etməmiş, yəni susmuşdur. Buna görə də miras əmlakın ½ hissəsi ilə bağlı X9 verilmiş 2V-01-74 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilə bilməz.
20. Məhkəmə iddia tələblərinin “Cavabdeh1 ilə onun arasında Şəmkir rayonu, Dəllər qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, ev 34 (yeni qaydalarla: AZ5700, ünvan 2 mülkə görə bağlanmış xx.xx.2021-ci il tarixli 4Ə-415 reyestr saylı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında cavabdehin adına 3-cü şəxs DƏDRX Şəmkir 11 saylı Ərazi İdarəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın ləğv olunması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia həmin hissədə də əsassızdır.
21. Belə ki, vəsiyyətnamənin tərtib edilməsi kimi, bağışlama müqaviləsi də birtərəfli əqddir. Mülki qanunvericiliyə və ya tərəflərin razılaşmasına uyğun olaraq, bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqd hesab edilir. Yəni, mülkiyyətçi olan X12 ona məxsus olan fərdi yaşayış evini və torpaq sahəsini bağışlamaqla iradə ifadəsini bildirmiş və öz hərəkətləri ilə evin cavabdehin mülkiyyətinə keçməsini istəmişdir.
22. Məhkəmə hesab etmişdir ki, bağışlama müqaviləsi etibarsız hesab edilmədiyindən onun əsasında verilmiş çıxarış da məhkəmə tərəfindən ləğv edilə bilməz.
23. Bundan başqa, məhkəmə onu qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən bağışlama müqaviləsi bağlanan zaman, iddiaçı da evin qardaşı Cavabdeh1 bağışlanmasına razılıq vermiş, həmin ev ilə bağlı vəsiyyətnamənin olduğunu mübahisələndirməmişdir.
24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 140, 152.1, 666.1, 667.1, 1162, 1180.1,1222-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
25. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh qardaşıdır. Ataları və anaları ölmüşlər. Anası dünyasını dəyişməzdən əvvəl özünə məxsus əmlakı ona vəsiyyət etmişdir. Bunu cavabdeh qardaşı da bilmişdir. Lakin qardaşı onun və anasının savadsızlığından istifadə edərək mərhum valideynlərindən miras qalmış və hazırda yaşadığı əmlakı öz adına bağışlatmışdır. Eləcə də, bağışlama müqaviləsi əsasında Cavabdeh1 adına 09 mart 2021-ci ildə çıxarış verilmişdir. Məhkəmənin gedişində 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı ilə ona məlum olmuşdur ki, mərhum atası Əliyev Əşrəf Qulu oğlunun vəfatından sonra anası X2 rayon 2 saylı notariat ofisinə müraciət etmiş Əşrəfin ondan başqa vərəsəsi olmamasını göstərmişdir. Notariat kontoru da vərəsələrin dairəsini müəyyən etmədən təqdim olunan arayışla kifayətlənmişdir. Bu səbəbdən də vərəsəlik şəhadətnamələrini mübahisələndirmişdir. Məhkəmə isə təqdim etdiyi sübutları obyektiv qiymətləndirməmişdir. Halbuki, o, məhkəməyə iddia tələbilə bağlı kifayət qədər mötəbər sübutlar təqdim etmişdir. Belə ki, hazırkı iddia üzrə cavabdeh, yəni qardaşı Cavabdeh1 2023-cü ildə onun mübahisəli mülkdən çıxarılmasına dair iddia qaldırmış, həmin iddiadan sonra ona məlum olmuşdur ki, mərhum atasından miras qalmış əmlaka görə mərhum anası Şəmkir rayon 2 saylı Notariat Kontoruna ərizə vermiş, həmin ərizədə tək vərəsə olmasını göstərmişdir. Atasından qalmış miras əmlaka qanun üzrə vərəsəlik müəyyən olunan zaman, notraiat kontoru vərəsələrin dairisəni düzgün müəyyən etməmişdir. Bundan sonra isə cavabdeh onu və anasını aldadaraq 2021-ci ildə mülkü bütövlükdə öz adına keçirmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
28. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2024-cü il tarixli, 2(104)-1558/2024 nömrəli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, qətnamə ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, 18 iyul 2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilmiş, Əliyev Əşrəf Qulu oğlunun 03 yanvar 2005-ci ildə ölümündən sonra Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsində yerləşən, ümumi sahəsi 191.5 kv.m olan fərdi yaşayış evində miras qalmış ½ hissə paya birinci növbə vərəsələrin, yəni arvadı X12, uşaqları İddiaçı və Cavabdeh1 hər birinin payları bərabər olmaqla 1/3 hissə müəyyən edilmiş, 02 mart 2021-ci il tarixli bağışlama müqaviləsi 1/6 hissədə, yəni İddiaçı atasından miras qalmış ½ hissə olmaqla ona çatası paya münasibətdə (ümumi əmladakı 1/6 hissə) etibarsız hesab edilmiş, 09 mart 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış İddiaçı atasından qəbul edtiyi 1/6 hissədə miras paya münasibətdə ləğv olunmuş, Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacibəyov küçəsində yerləşən, ümumi sahəsi 191.5 kv.m olan fərdi yaşayış evində İddiaçı payı (ümumi əmlakda) 1/6 hissədə, X6 payı 5/6 hissədə müəyyən olunmuş, iddia tələbi qalan hissədə təmin edilməmişdir.
29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, Əliyev Əşrəf Qulu oğlunun ölümündən sonra mübahisəli fərdi yaşayış evində ½ hissə payı miras qalmışdır. Miras qoyanın birinci növbə vərəsələrindən Zərifə Əliyeva (arvadı) mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edərkən digər vərəsələrin dairəsini gizlətmiş və yeganə vərəsə olmasına dair notariat orqanına arayış təqdim etmişdir. Notariat orqanı miras əmlaka dair sonuncunun adına 18 iyul 2005-ci ildə fərdi yaşayış evinin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Fərdi yaşayış evi bütövlükdə Zərifə Əliyevanın adına qeydə alındıqdan sonra o, öz əmlakı barədə 05 dekabr 2012-ci ildə oğlu Cavabdeh1, 08 sentyabr 2014-cü ildə isə oğlu İddiaçı vəsiyyətnamə qoymuşdur. Lakin buna baxmayaraq, Zərifə Əliyeva 02 mart 2021-ci ildə öz əmlakını oğlu X10 bağışlamışdır.
30. Məhkəmə kollegiyası hesab etmişdir ki, Əliyev Əşrəf Qulu oğlunun ölümündən sonra onun miras qalmış fərdi yaşayış evindəki ½ payına miras açılarkən oğlu Firdovsi və Cavabdeh1lər də vərəsliyə çağrılmalı və hər birinin miras payı müəyyən olunmalı idi. Çünki, sonuncular ataları Əşrəf Əliyevdən ½ hissə miras qalmış əmlakın qəbulundan imtina etməmişlər. Əksinə, mirasın qəbulu ilə bağlı Zərifə Əliyeva notariat orqanına müraciət edərkən onların vərəsə olmasını gizlətmişdir. Notariat orqanı da vərəsələrin dairəsini araşdırmadan miras əmlaka dair yalnız Zərifə Əliyevanın adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bu da nəticə etibariylə digər vərəsələri onlara çatası miras paylarından məhrum etmişdir.
31. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, 18 iyul 2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli, Əliyev Əşrəf Qulu oğlundan miras qalmış ½ hissə paya vərəsələrin hər birinin 1/3 hissədə payları müəyyən edilməlidir.
32. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, Əliyeva Zərifə ərindən qalmış ½ hissə mirasda daxil olmaqla mülkiyyətində olan fərdi yaşayış evini 02 mart 2021-ci il tarixdə oğlu Fizulu Əliyevə baışlamışdır. İddiaçı bağışlama müqaviləsinin etibarsızlığını məhkəmədən xahiş etsə də, məhkəmə kollegiyası hesab etmişdir ki, həmin müqavilə bütövlükdə deyil, yalnız iddiaçıya mirasdan çatası paya, yəni İddiaçı atasından miras qalmış ½ hissə olmaqla mübahisəli fərdi yaşayış evində ona çatası 1/6 hissədə (ümumi əmlakda) etibarsız hesab edilməlidir.
33. X5 ərindən miras qalmış pay da daxil olmaqla, ümumi əmlakdakı 4/6 hissə payını oğlu Fizuli Əiyevə bağışlamasına münasibətdə isə məhkəmə kollegiyası hesab etmişdir ki, bu hissədə müqavilə etibarsız sayıla bilməz. X15 həmin əmlakdakı paya dair sərəncam vermək səlahiyyətində olmuşdur və sonuncunun bu cür davranışı onun sərbəst iradəsindən irəli gəlmişdir. Bu da onu deməyə əsas verir ki, anasının qardaşı Fizuli tərəfindən aldadılaraq evi ona bağışlaması barədə dəlili əsaslı və inandırıcı sayıla bilməz.
34. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli fərdi yaşayış evində Cavabdeh1 (cavabdehin) payı 5/6, İddiaçı (iddiaçının) payı isə 1/6 olur.
35. 09 mart 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv olunmasına münasibətdə isə məhkəmə kollegiyası qeyd etmişdir ki, qeyd olunan çıxarış qismən, yəni İddiaçı atasından qəbul edtiyi 1/6 hissədə paya münasibətdə ləğv olunmalıdır.
36. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 1133.1,1134.2, 1151.1, 1166, 1167, 1193, 1196, 1243.1-ci maddələrə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiya məhkəməsində icraat
37. İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin təmin olunmamış hissəsində ləğv edilməsini, işə həmin hissədə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
38. Həmçinin, cavabdeh (vəkili X4) kassasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2025-ci il tarixli 2(102)-1617/2025 nömrəli qərarı ilə, İddiaçı kassasiya şikayəti təmin edilməməsi, Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1558/2024 nömrəli, 30 sentyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməsi və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
40. Kassasiya instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırda iddiaçı qeyd edilən şəhadətnamənin verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasına istinad edərək onun etibarsız hesab edilməsini xahiş etmişdir.
41. İddianı bu hissədə təmin edən Gəncə Apellyasiya məhkəməsi ona istinad etmişdir ki, miras açılarkən digər birinci növbəli vərəsələr olan Firdovsi və Cavabdeh1lər də vərəsəliyə çağırılmalı və hər birinin miras payı müəyyən olunmalı idi. Lakin onların mərhum anası Zərifə Əliyeva notariat orqanına müraciət edərkən digər vərəsələrin olmasını gizlətmiş, notariat orqanı da vərəsələrin dairəsini araşdırmadan miras əmlaka dair yalnız Zərifə Əliyevanın adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir ki, bu da nəticə etibarilə digər vərəsələri onlara çatası miras paylarından məhrum etmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə razılaşmamışdır.
43. Kollegiyanın qənaətinə görə, işə mahiyyəti üzrə baxan məhkəmə ilk növbədə qeyd edilən şəhadətnamənin etibarsızlığını mübahisələndirmiş iddiaçının bununla bağlı subyektiv hüququnun olub-olmadığı məsələsini həll etməli idi.
44. Hazırkı işin hallarını yuxarıda şərh edilən hüquqi mövqe baxımından təhlil edərək bu qənaətə gəlmək olur ki, iş üzrə İddiaçı 2005-ci ildə açılmış miras əmlakın qəbulu zamanı yol verilmiş qanun pozuntularına istinad edərək onun mərhum anasına verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməni mübahisələndirdiyindən, bu iddianın təmin edilməsi ilə onun hansı pozulmuş hüququnun bərpa ediləcəyi müəyyən edilməlidir.
45. İddiaçı öz iddiasında onun vərəsə kimi hüquqlarının bərpa edilməsinə istinad etdiyindən, işə baxan məhkəmə tərəfindən ilk növbədə onun vərəsə kimi mirası qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etməsi məsələsinə qiymət verilməlidir.
46. Mülki qanunvericilikdə mirasın qəbulunun iki üsulu müəyyən edilmişdir – mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət edilməsi, miras əmlaka sahiblik etməklə və ya onu idarə etməklə mirasın faktiki qəbul edilməsi.
47. Bu qaydalara riayət edilməklə mirasın qəbul edilməsi vərəsənin miras əmlak üzərində vərəsəlik hüquq münasibətlərindən irəli gələn hüquqlarının məhkəmə müdafiəsinə əsas verir.
48. Bu mənada məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə işə mahiyyəti üzrə baxan məhkəmə ilk növbədə iddiaçının mübahisəli miras əmlakı mülki qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul edib-etməməsi məsələsini araşdırmalı, əgər vərəsə miras əmlakı yuxarıda təsvir edilən qaydada qəbul etmişsə və bununla da, onun həmin əmlak üzərində qanunla təminat verilən hüququ yaranmışsa, iddianın mahiyyəti üzrə araşdırma aparılaraq qiymət verilməli idi. Lakin göründüyü kimi, nə birinci, nə də apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının subyektiv hüququ ilə bağlı belə bir dəyərləndirmə aparılmamışdır.
49. Lakin iş materialları ilə müəyyən edilir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən hallarla bağlı ətraflı araşdırma aparılmamışdır.
50. Bundan başqa, məhkəmələrin müəyyən etdiyi hallardan görünür ki, qeyd edilən şəhadətnamə verildikdən və mübahisəli fərdi yaşayış evi bütövlükdə Zərifə Əliyevanın adına qeydə alındıqdan sonra o, 02 mart 2021-ci ildə öz əmlakını oğlu X10 (cavabdehə) bağışlamışdır. Bu zaman iddiaçı notarial qaydada təsdiq edilmiş ərizə verərək həmin əmlakın bağışlanmasına razı olduğunu bildirmişdir.
51. Göstərilən hal həm iddiaçının mübahisələndirdiyi əqdin (2005-ci ildə verilmiş şəhadətnamənin) onun tərəfindən bəyənilməsi baxımından, həm də digər mübahisə predmeti olan bağışlama müqaviləsinin onun razılığı ilə imzalanması baxımından əhəmiyyətli olsa da, işə baxılması zamanı bu istiqamətdə hər hansı dəyərləndirmə aparılmamışdır.
52. Həmçinin qeyd edilməlidir ki, işə baxan apellyasiya instansiyası məhkəməsi 2005-ci il tarixli vərəsəlik hüququ haqqında şəhadətnaməni etibarsız hesab etməklə bağlı gəldiyi nəticəni əsaslandırarkən digər hallarla yanaşı, həmin şəhadətnamənin verilməsi ilə iş üzrə cavabdeh olan Cavabdeh1 vərəsə kimi hüquqlarının pozulmasına da istinad etmişdir. Halbuki, cavabdehin bununla bağlı öz hüquqlarının pozulması barədə hər hansı tələbi və ya etirazı olmamış, ümumiyyətlə, tərəflər məhkəmə baxışı zamanı bu hala istinad etməmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
53. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, qardaşı 2000-2001-ci illərdə ailə qurmuş və ailəsi ilə birdə bir müddət ata evində yaşamışdır. Sonradan atası ona ev tikdirmiş, qardaşı ata evindən öz evinə köçmüş və hazırda da həmin evdə yaşayır. 2002-ci ildə o, ailə qurmuş və həmin tarixdən ata evində yaşayır. Atası xx.xx.2005-ci ilin dekabr ayında vəfat etmişdir. Bundan sonra vərəsəlik hüququ haqqında şəhadətnaməsi ilə tam mülkiyyət anasına keçmiş və anası da əmlakı ona bağışlamışdır. ünvan 3 ünvanla ünvan 4ı olan iddiaçı isə ünvan 5 ünvanında yaşayır. Şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən edilməsini xahiş etmişdir.
54. İddiaçı, nümayəndəsi (vəkili) Nümayəndə və Şəmkir rayon 1 saylı notariat ofisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların (nümayəndələrinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
55. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
56. Maddə 29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Vİİ hissə. Dövlət vərəsəlik hüququna təminat verir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
57. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar
58. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
59. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.
60. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
61. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
62. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.
63. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir.
64. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
65. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər.
66. 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır:
67. Maddə 668.1.1. Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;
68. Maddə 668.1.2. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə;
69. Maddə 668.1.3. Daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə;
70. Maddə 668.1.4. Tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə;
71. Maddə 668.1.5. Gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə.
72. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə ( vərəsələrə ) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.
73. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
74. Maddə 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.
75. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
76. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); 2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; 3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
77. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
78. Maddə 1243.2 (mübahisənin mövcud olduğu tarixdəki redaksiyada).. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
79. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
80. Maddə 1246 (mübahisənin mövcud olduğu tarixdəki redaksiyada). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.
81. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
82. Maddə 1272. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
83. Maddə 1273-1. (mübahisənin mövcud olduğu tarixdəki redaksiyada). Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir.
“Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
84. Maddə 9. Notarius öz vəzifələrini yerinə yetirərkən: 1) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir; 2) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir; 3) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;
85. Maddə 57. Mirasın açıldığı yerin notariusu vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir. Şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş müddətlərdə verilməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli Qərarı
86. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 iyul 2021-ci il tarixli Qərarı
87. Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir. Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquq təsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir.
“A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2021ci il tarixli Qərarı
88. ...Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 02 aprel 2021-ci il tarixli Qərarı
89. Kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı
90. Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.
91. Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil olunmalıdır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
92. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
93. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
94. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
95. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
96. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
97. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
98. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
99. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
100. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
101. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
102. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
103. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya baxışının hədləri
104. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
105. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
106. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır.
107. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarında qeyd olunmuş göstərişlərə də əməl edilməlidir.
108. Çünki, Azərbaycan Respublikası MPM-nin 420-ci maddəsinə görə, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
109. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
110. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
111. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(076)-199/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
112. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh1 qardaşdırlar. Onların valideynləri Əliyev Əşrəf Qulu oğlu ilə X8 xx.xx.1971-ci ildə nikaha girmiş və onların birgə nikah dövründə Şəmkir rayonu, Dəllər qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, 600 kv.m oln torpaq sahəsində 1991-ci ildə tikilmiş ümumi sahəsi 191.5 kv.m olan ev əldə edilmişdir. xx.xx.2005-ci ildə Əliyev Əşrəf Qulu oğlu vəfat etmiş, 2021-ci ildə isə X12 vəfat etmişdir.
113. İlk öncə qeyd olunmalıdır ki, iddia tələblərinin ardıcıllığı baxımından ilk növbədə iddiaçının mərhum atasından qalmış miras payının onun tərəfindən qəbuluna qiymət verilməlidir. Çünki, iddiaçının mirası qəbul etməsi müəyyən olunacağı halda digər tələblər üzrə subyektiv hüququ yaranmış olacaqdır.
114. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
115. Həmin Qərarda qeyd olunmuşdur ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır.
116. Mərhum Əliyev Əşrəf Qulu oğlu xx.xx.2005-ci ildə ölsə də Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.
117. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.
118. Göstərilənlərin təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. İstər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.
119. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.
120. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının atası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial orqanına müraciət etməsi müəyyən olunmamışdır.
121. İddiaçının mərhum atasından qalmış mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur.
122. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.
123. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.
124. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən mübahisəli fərdi yaşayış evi iddiaçı ilə cavabdehin valideynlərinin ümumi birgə mülkiyyəti olmuş, onların atası Əliyev Əşrəf Qulu oğlunun 03 yanvar 2005-ci ildə ölümündən sonra ½ hissə payı miras qalmışdır. Miras qoyanın birinci növbə vərəsələrindən Zərifə Əliyeva (mərhumun arvadı) mirasın qəbulu ilə bağlı notariat orqanına müraciət etmiş, bu zaman yeganə vərəsə olmasına dair notariat orqanına arayış təqdim etmişdir. Notariat orqanı miras əmlaka dair sonuncunun adına 18 iyul 2005-ci ildə fərdi yaşayış evinin ½ hissəsinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir.
125. Hazırda iddiaçı qeyd edilən şəhadətnamənin verilməsi zamanı qanunvericiliyin tələblərinin pozulmasına istinad edərək onun etibarsız hesab edilməsini xahiş etmişdir.
126. Mülki Məcəllənin 1246 və 1248-ci maddələrinin tələblərinə görə, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə, həmin hüququ itirir. Bu səbəbdən, vərəsə mirasdan imtina etmədiyi təqdirdə, onun mirası qəbul etmiş sayılması ilə bağlı hazırda formalaşmış məhkəmə təcrübəsinə istinad etməsi əsassız olmuşdur.
127. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, eləcə də həmin şəhadətnamə əsasında verilmiş çıxarışın ləğv edilməsi məsələsi həll edilərkən ilk növbədə iddia qaldırmış şəxsin (o cümlədən onun sələflərinin) miras əmlakı qəbul edib-etməmələri (rəsmi və ya faktiki) faktı müəyyən olunmalıdır. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. Rəsmi üsulla vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirilir. Qanunvericiliyin mənasına görə, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
128. Mülki Məcəllə miras qoyan Əşrəf Əliyevin mirası açılan vaxt qüvvədə olmuş, vərəsəlik hüquq münasibətlərini tənzimləyən normaları mirasın qəbulunun iki üsulunu-yəni formal və qeyri-formal üsullarını müəyyən etmiş, mirasın vərəsənin mülkiyyətinə keçməsini qanunla müəyyən edilmiş müddət daxilində onun özünün həmin mirasın mülkiyyətçisi olmaq niyyətini ifadə edən iradə ifadəsi ilə şərtləndirmişdir.
129. Bundan başqa, mirasın hər iki üsul ilə qəbul edilməsi məhz Mülki Məcəllənin həmin vaxt qüvvədə olmuş 1246-cı maddəsində müəyyən edilmiş müddət daxilində-yəni mirasın açıldığı vaxtdan 6 ay müddətində həyata keçirilməli idi. Həmin müddət keçdikdən sonra isə mirasın hər hansı üsulla qəbul edilməsinə yol verilmirdi. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.
130. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçı miras açıldığı vaxtdan sonra yuxarıda göstərilən müddət daxilində, yəni 6 ay ərzində notariat orqanına belə bir ərizə verməmiş, miras qoyan Əşrəf Əliyevin mirasını qəbul etmək və həmin mirasın mülkiyyətçisi olmaq niyyətinin olduğunu bildirməmiş, bununla da, ərizənin verilməsi üsulu ilə onun tərəfindən mirasın qəbul edilməsi müddəti ötürülmüşdür
131. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu dedikdə isə vərəsənin elə hərəkətləri başa düşülür ki, o, məhz vərəsə kimi həmin hərəkətləri ilə mirası qəbul etmək niyyətini açıq-aşkar nümayiş etdirir və vərəsənin həmin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyü müəyyən olunur.
132. Mirasın qeyri-formal üsulla qəbul edilməsinin mahiyyəti ondan ibarətdir ki, vərəsə miras əmlakına münasibətdə elə davranış nümayiş etdirməlidir ki, bu davranış onun həmin əmlaka sahib çıxmaq, onu idarə etmək və vərəsə kimi mülkiyyət münasibətlərini davam etdirmək niyyətini aydın şəkildə ifadə etsin. Belə hallara, o cümlədən, miras qoyandan qalan yaşayış sahəsinə köçüb orada yaşamaq, əmlakı qorumaq, idarə etmək, onun saxlanmasına çəkilən xərcləri ödəmək, həmin əmlaka görə kommunal, vergi və sair ödənişlər etmək kimi faktlar aid edilə bilər.
133. Eyni zamanda, hazırki vəziyyətdə məhkəmə tərəfindən mirasın qeyri-formal qaydada qəbul edilməsini sübuta yetirən hallar – yəni iddiaçının miras əmlaka faktiki sahib çıxması, onu idarə etməsi, miras əmlakda yaşaması və ya həmin əmlakın qorunmasında iştirak etməsi barədə hər hansı sənədli və ya ifadəvi sübut iş materiallarında təqdim edilməmişdir.
134. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı və onun nümayəndəsi (vəkili) məhkəmə iclaslarına dəvət olunmuş, lakin onlar əsaslı səbəb olmadan məhkəmə iclaslarında ardıcıl olaraq iştirak etməmiş, bu səbəbdən də məhkəmə onların izahlarını dinləmək, sübutlarını təqdim etmək və iddiaçının mirası qəbul edib-etməməsini müəyyənləşdirmək imkanından məhrum qalmışdır.
135. Bununla bağlı həm də nəzərə alınmalıdır ki, hazırki halda işin mahiyyətini təşkil edən hüquqi münasibətlər yalnız mirasın qəbul edilməsi və vərəsəlik hüququnun müəyyən olunması ilə məhdudlaşmır, eyni zamanda bağışlama müqaviləsinin hüquqi qüvvəsinin qiymətləndirilməsini və iddiaçının həmin müqavilə ilə bağlı iradə ifadəsinin mahiyyətinin aydınlaşdırılmasını da tələb edir.
136. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, 02 mart 2021-ci il tarixdə mərhum X12 adına rəsmiləşdirilmiş fərdi yaşayış evi və torpaq sahəsi notariat qaydasında tərtib olunmuş bağışlama müqaviləsi əsasında oğlu, cavabdeh X7 adına bağışlanmışdır. Mübahisə predmeti olan bu müqavilənin tərtibi zamanı İddiaçı notarial qaydada ərizə təqdim etmiş, həmin ərizədə mülkiyyətçinin – yəni anasının – əmlakını cavabdeh qardaşına bağışlamasına etiraz etmədiyini, bu əməli razılıqla qəbul etdiyini, müqavilədə nəzərdə tutulmuş müddətdə müvafiq yaşayış sahəsindən qeydiyyatını çıxarmağı öz üzərinə götürdüyünü bildirmişdir.
137. Bu hal iş materialları ilə, o cümlədən, notariat orqanında tərtib edilmiş və təsdiq edilmiş ərizə ilə sübuta yetirilmişdir. Həmin ərizə hüquqi məna etibarilə iddiaçının bağışlama əməliyyatına bəyənmə (ratifikasiya) xarakterli razılığını əks etdirir.
138. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə başqa qayda müəyyən edilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Başqa sözlə, bəyənmə verilmiş andan etibarən, əvvəl bağlanmış, lakin tərəflərdən biri tərəfindən sonradan razılaşdırılan əqd bağlanma anından etibarlı hesab olunur.
139. Bu hüquqi mexanizm mülki hüquqda “bəyənmə – sonradan verilən razılıq” (ratifikasiya) kimi tanınır və onun tətbiqi məqsədi ondan ibarətdir ki, tərəflər arasında əqdin etibarlılığının formal deyil, faktiki və iradə əsasında qiymətləndirilməsi təmin olunsun. Əqdin bəyənilməsi tərəfin sonrakı davranışının əvvəlki əməli hüquqi cəhətdən qanuniləşdirdiyini və həmin əməli bağlayan şəxsin iradəsi ilə uyğunlaşdırdığını ifadə edir.
140. Bu mənada, iddiaçının 02 mart 2021-ci il tarixli notarial ərizəsi onun bağışlama əməli ilə bağlı bilavasitə və şüurlu iradə ifadəsi hesab edilməlidir. İddiaçının belə bir ərizə ilə çıxış etməsi onun həmin əməliyyata sonradan razılıq verdiyini və bağışlama müqaviləsinin nəticələrini qəbul etdiyini göstərir. Beləliklə, onun sonradan bağışlama müqaviləsinin etibarsızlığı barədə irəli sürdüyü iddia öz əvvəlki davranışı ilə ziddiyyət təşkil edir və qəbuledilən deyildir.
141. Məhkəmə qeyd edir ki, hüquqi münasibətlərin tənzimlənməsində formal tələblərə riayət olunması mühüm əhəmiyyət kəsb etsə də, bu tələblərin tətbiqi zamanı yalnız formal xarakterli mülahizələrdən çıxış etmək məqbul hesab edilə bilməz. Mülki hüquq münasibətlərində formadan daha üstün olan məzmun, yəni tərəflərin vicdanlı davranışı, iradə və niyyətlərinin ardıcıllığı, əqdin bağlanmasında məqsədin aydınlığı əsas götürülməlidir.
142. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu prinsiplərin mahiyyəti ondan ibarətdir ki, tərəflər öz hüquqlarını həyata keçirərkən və öhdəliklərini yerinə yetirərkən qarşı tərəfə zərər vurmaq, hüquqdan suiistifadə etmək və ya iradəsini sonradan dəyişdirməklə hüquqi qeyri-sabitlik yaratmaq niyyəti daşımamalıdır.
143. Hazırkı iş üzrə iddiaçının bağışlama müqaviləsi bağlandığı zaman bu əməli təsdiq edən, lakin bir müddət sonra eyni əməli etibarsız hesab edilməsini tələb edən davranışı Mülki Məcəllənin 5.3-cü maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipi ilə uzlaşmır. Bu cür davranış tərəfin öz hərəkətləri ilə hüquqi qeyri-müəyyənlik yaratmasına, qarşı tərəfdə (bağış alan şəxs) qanuni etimadın pozulmasına gətirib çıxarır.
144. Məhkəmə bildirir ki, müqavilələrinin etibarlılığını qiymətləndirərkən, xüsusilə, mülkiyyətçinin iradəsinin azadlığı və bağışlama əməli zamanı tərəflərin vicdanlı davranışları kontekstində qiymətləndirmə aparmalıdırlar. Əgər əmlakın sahibi olan şəxs öz mülkiyyət hüququndan sərbəst istifadə edərək əmlakını bağışlamış və bu əməl hüquqi forma baxımından notariat qaydasında rəsmiləşdirilmişdirsə, həmin əməli yalnız məhkəmənin qanuni əsaslarla etibarsız sayması mümkündür.
145. Əqdin hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal tələblərlə məhdudlaşmamalı, işin bütün faktiki hallarını hərtərəfli araşdırmalı, tərəflərin qarşılıqlı münasibətlərinin, davranışlarının və məqsədlərinin obyektiv qiymətləndirilməsini təmin etməlidirlər. Bu zaman əsas diqqət əqdin bağlanmasının nəticəsində yaranacaq hüquqi vəziyyətin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğun olubolmamasına yönəldilməlidir.
146. Mülki hüquq münasibətlərinin sabitliyinin qorunması üçün məhkəmə orqanları hər bir konkret hal üzrə tərəflərin hüquqi iradəsini formal əlamətlərlə deyil, faktiki davranış və hüquqi nəticələrlə qiymətləndirməli, tərəflərin öz hərəkətlərinə münasibətdə məsuliyyətli və ardıcıl davranmalarını təmin edən hüquqi mövqe formalaşdırmalıdır.
147. Bu baxımdan, iddiaçının bağışlama müqaviləsinə əvvəlcədən notarial qaydada razılıq verməsi, bu razılığın hüquqi nəticələrini dərk etməsi və həmin əməli bəyənməsi nəzərə alınmaqla, onun sonradan eyni müqavilənin etibarsız sayılması tələbi hüquqi əsassız hesab edilməlidir. Əks halda, bu, mülki dövriyyənin sabitliyinə, əqdlərə inam prinsipinə və tərəflərin qarşılıqlı hüquqi etimadına zərbə vurmuş olar.
148. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 357-ci maddəsində nəzərdə tutulan bəyənmə institutunun tətbiqi ilə, iddiaçının bağışlama müqaviləsini sonradan mübahisələndirməsi arasında hüquqi ziddiyyət mövcuddur. Çünki, bəyənmə verilmiş andan etibarən, əvvəlki əməl – yəni bağışlama müqaviləsi – bağlandığı andan etibarlı sayılır və sonrakı etiraz həmin əməli hüquqi cəhətdən ləğv etmir.
149. Məhkəmə eyni zamanda bu məqamı da nəzərə alır ki, iddiaçının bağışlama müqaviləsinə notarial qaydada razılıq verməsi yalnız həmin əqdin nəticələrini deyil, həm də onun hüquqi əsasını təşkil edən vərəsəlik hüququ haqqında şəhadətnaməni dolayısı ilə qəbul etməsi və bəyənməsi anlamına gəlir.
150. İş materiallarından görünür ki, mübahisəli fərdi yaşayış evi və torpaq sahəsi əvvəlcə mərhum Əliyev Əşrəf Qulu oğlunun vəfatından sonra onun arvadı X5 adına vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında rəsmiləşdirilmiş, daha sonra bu şəhadətnaməyə əsasən mülkiyyət hüququ dövlət reyestrində onun adına qeydə alınmışdır.
151. İddiaçının 02 mart 2021-ci il tarixli notarial ərizəsi həmin şəhadətnamənin hüquqi nəticələrinə əsaslanan bağışlama əməli ilə bilavasitə bağlı olmuşdur. Belə ki, iddiaçı bağışlama əməli üçün razılıq verərkən, mülkiyyət hüququnun hüquqi mənşəyinin məhz bu vərəsəlik şəhadətnaməsi olduğunu, yəni bağışlama əməli üçün hüquqi baza rolunu oynadığını dərk etməmiş ola bilməzdi.
152. Məhkəmə hesab edir ki, bir şəxsin bağışlama kimi hüquqi əməli təsdiqləməsi həmin əməli mümkün edən əvvəlki hüquqi əsasları da susqun (konkludent) razılıqla qəbul etməsi deməkdir. Əgər bağışlama müqaviləsi qanuni qüvvədə olan vərəsəlik şəhadətnaməsinə əsasən tərtib edilmişsə və iddiaçı bu müqaviləyə razılıq veribsə, bu, həmin şəhadətnamənin hüquqi qüvvəsini də etiraf və bəyənmə mənasında qiymətləndirilməlidir.
153. Mülki hüquqda “bəyənmə” anlayışı yalnız konkret əqd ilə məhdudlaşmır; bəyənilən əqd və onun nəticələri arasında maddi və hüquqi bağlılıq mövcuddursa, bu halda bəyənmə həmin hüquqi nəticələrin mənbəyini də əhatə edir. Bu prinsip Mülki Məcəllənin 357-ci maddəsinin məntiqindən və əqdlərin hüquqi nəticələrinin “ex tunc” (bağlandığı andan) təsirindən irəli gəlir.
154. Belə ki, bağışlama əməli vərəsəlik hüququ haqqında şəhadətnamə ilə yaradılmış mülkiyyət hüququ əsasında bağlanmışdır. İddiaçının bu əməli təsdiqləməsi, onun hüquqi nəticələrinə etiraz etməməsi və həmin əməli bəyənməsi faktı göstərir ki, o, həm də şəhadətnamənin məzmununu və nəticələrini bilmiş, bu sənədi dolayısı ilə qəbul etmişdir. Əks təqdirdə, bağışlama əməli ilə razılaşma mümkün olmazdı, çünki şəhadətnamə həmin əqdin hüquqi bazasını təşkil edir.
155. Bu baxımdan, iddiaçının sonradan həmin şəhadətnamənin etibarsız sayılması barədə iddia irəli sürməsi onun əvvəlki hüquqi mövqeyi ilə açıq ziddiyyət təşkil edir.
156. İddiaçının bağışlama əməli ilə bağlı notarial razılıq verməsi, faktiki olaraq, onun vərəsəlik şəhadətnaməsinin mövcudluğunu və hüquqi nəticələrini tanıdığına dəlalət edir. Bu halda, o, şəhadətnamənin hüquqi qüvvəsini qəbul etmiş və bağışlama əməli vasitəsilə həmin sənədin nəticələrini də praktik olaraq reallaşdırmışdır.
157. Məhkəmə belə qənaətə gəlir ki, şəhadətnamə barədə iddiaçının məlumatlı olması təkcə onun ailə üzvü kimi hüquqi proseslərdə iştirakı və ya notariat əməliyyatında iştirak faktı ilə deyil, həm də verdiyi notarial ərizənin məzmunu ilə sübuta yetirilir. Həmin ərizədə iddiaçı bağışlama əməli üzrə hüquqi nəticələri, yaşayış sahəsinə dair öhdəliyi və qeydiyyat məsələlərini dəqiq göstərmişdir. Bu isə onun mülkiyyət hüququnun əsas mənbəyini – yəni vərəsəlik şəhadətnaməsini – bilmiş və anlayaraq hərəkət etdiyini təsdiq edir.
158. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməli, eləcə də hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq məqsədilə notariat hərəkətinin nəticələri barədə onlara xəbərdarlıq etməlidir.
159. Bu normanın mahiyyətindən göründüyü kimi, notariat hərəkəti aparılan zaman notariusun vəzifəsi yalnız sənədi təsdiq etməkdən ibarət deyil; o, həm də tərəfləri həmin hərəkətin mahiyyəti, hüquqi nəticələri və doğura biləcəyi məsuliyyətlər barədə dolğun şəkildə məlumatlandırmalıdır.
160. İş materiallarından görünür ki, 02 mart 2021-ci il tarixli bağışlama müqaviləsi notariat qaydasında, qanunun tələblərinə uyğun şəkildə rəsmiləşdirilmiş, əməliyyat zamanı həm mülkiyyətçi X12, həm də onun oğlu – İddiaçı şəxsən iştirak etmiş, bu zaman iddiaçı notarial qaydada təsdiq edilmiş ərizə verərək həmin əmlakın bağışlanmasına razı olduğunu bildirmişdir.
161. “Notariat haqqında” Qanunun 9-cu maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, notarius bağışlama müqaviləsini təsdiq edərkən tərəflərə bu əməliyyatın hüquqi mahiyyəti və nəticələri barədə xəbərdarlıq etmək, onların müvafiq hüquq və öhdəliklərini izah etmək və hüquqi məlumatsızlıqdan doğan zərəri önləmək öhdəliyinə malik idi.
162. Qanunun bu tələbi məcburi xarakter daşıyır və hər bir notariat əməliyyatı zamanı tərəflərin iradəsinin azadlığı, məlumatlılığı və əməli dərk edilmiş şəkildə həyata keçirməsi təmin edilməlidir. Buna görə də, bağışlama müqaviləsinin tərtibi və təsdiqi zamanı iddiaçı tərəfindən notariusun iştirakı ilə ərizənin imzalanması, onun hüquqi nəticələrinin izah edilməsindən sonra baş vermiş hesab edilir.
163. Məhkəmə hesab edir ki, bu hal iddiaçının bağışlama əməli zamanı hüquqi nəticələr barədə məlumatlı olduğunu, öz iradəsini azad və dərk edilmiş formada ifadə etdiyini və bağışlama əməliyyatına şüurlu surətdə razılıq verdiyini sübuta yetirir.
164. Beləliklə, iddiaçının bağışlama müqaviləsini bəyənməsi, həm hüquqi məzmununa, həm də mahiyyətinə görə, vərəsəlik hüququ haqqında şəhadətnamənin də bəyənilməsi və qəbul edilməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan, sonradan həmin şəhadətnamənin etibarsızlığı barədə iddia qaldırılması vicdanlılıq prinsipinə və hüquqi sabitlik tələbinə ziddir.
165. Buna görə də, artıq onun bu əməli və onun hüquqi əsasını təşkil edən vərəsəlik hüququ haqqında şəhadətnaməni sonradan etibarsız saymaq və ya vərəsəlik hüququnun yenidən müəyyən edilməsini tələb etmək səlahiyyətinin araşdırılması məhkəmə baxışı üçün hüquqi əhəmiyyətini itirmişdir.
166. Qeyd edilməlidir ki, mülki prosessual hüquq baxımından “subyektiv hüququn mövcudluğu” iddianın baxılması üçün ilkin və zəruri şərtdir. Lakin, iddiaçı həmin hüquqi münasibətlərdə könüllü şəkildə iştirak etmiş, onların nəticələrini qəbul etmiş və öz iradəsi ilə təsdiqləmişsə, artıq bu münasibətləri sonradan mübahisələndirmək üçün müdafiə olunan subyektiv hüquq mövcud sayılmır.
167. Bu mənada, iddiaçının bağışlama əməli ilə bütün hüquqi nəticələri bəyənməsi, onun sonradan “vərəsəlik hüququnun müəyyən olunması” və “vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi” barədə iddia qaldırmaq hüququnu aradan qaldırır.
168. Hüquqi baxımdan belə vəziyyətlərdə tərəf tərəfindən iradənin açıq ifadəsi və əməli bəyənmə faktı, mübahisələndirilən hüququn artıq reallaşmış və nəticələnmiş olduğunu göstərir. Bu isə həmin hüququn müdafiəsi üçün məhkəmə müdaxiləsinə ehtiyac qalmadığını bildirir.
169. Nəticə etibarilə, məhkəmə bu qənaətə gəlir ki, iddiaçı bağışlama əməli ilə bağlı hüquqi nəticələri bilə-bilə və notariat qaydasında təsdiqlənmiş formada bəyənmiş olduğundan, onun bu əməli və onun hüquqi əsaslarını (vərəsəlik hüququ haqqında şəhadətnaməni) mübahisələndirmək üçün subyektiv hüququnun mövcud olubolmamasının araşdırılması artıq hüquqi baxımdan əhəmiyyətini itirmişdir.
170. Bundan başqa, Mülki Məcəllədə mirasın qəbulu və ondan imtina edilməsi barədə mübahisələrə dair 2 ay kəsici müddət nəzərdə tutulmuşdur (MM-in 1272-ci maddəsi).
171. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin tarixdə, yəni xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamənin mövcudluğundan və məzmunundan məlumatlı olmuşdur, çünki həmin bağışlama əməli hüquqi baxımdan məhz həmin şəhadətnamə və cümləndə də onun əsasında alımış alınmış çıxarışla mümkün olmuşdur.
172. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər.
173. Bu norma kəsici müddət (preklüziv müddət) xarakteri daşıyır və onun məqsədi miras münasibətlərində hüquqi sabitliyin qorunması, miras əmlakının hüquqi taleyinin müəyyən müddətdən sonra şübhə altına alınmasının qarşısının alınmasıdır. Qanunvericilik bu müddəti iddia hüququnun reallaşdırılması üçün məhdud zaman çərçivəsi kimi müəyyən edir.
174. Preklüziv müddətlər dedikdə, öz subyektiv hüquqlarını həyata keçirməyəcəyi halda bu hüquqların xitam olunması hədəsi altında səlahiyyətli şəxsə (burada əqdi mübahisələndirən şəxs başa düşülür) ciddi olaraq verilən son və qəti vaxt başa düşülür. Preklüziv müddət kimi bu 2 aylıq müddətin mahiyyəti ondan ibarətdir ki, qanun bu müddəti müəyyən etməklə əqd tərəfini xəbərdar edir ki, bu müddət mübahisə predmeti üzərində subyektiv hüquqların qüvvədə olmasının son müddətidir, əgər bu müddət ərzində əqd mübahisələndirilməzsə və bu müddət buraxılarsa subyektiv hüquqa da xitam veriləcək, nəticədə məhkəmə müdafiəsi vasitəsindən də istifadə etmək, yəni iddia qaldırmaq imkanı da aradan qalxacaqdır. Burada iddia qaldırmaq imkanı dedikdə əqdin etibarsızlığı nəticələrinin tətibiqi barədə iddia başa düşülür.
175. İş üzrə müəyyən olunmuşdur ki, iddiaçı bağışlama əməli zamanı vərəsəlik şəhadətnaməsindən, onun hüquqi nəticələrindən və mirasın bölünməsi məsələlərindən məlumatlı olmuşdur. Belə olan halda, Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, iddiaçının ehtimal edilən vərəsəlik hüququnun pozulduğunu bildiyi və bu barədə mübahisə qaldıra biləcəyi vaxt 02 mart 2021-ci il tarixdən hesablanmalıdır.
176. Həmin tarixdən etibarən iki aylıq kəsici müddət 02 may 2021-ci il tarixdə başa çatmışdır. Lakin, iddiaçı məhkəməyə müraciət etməklə bağlı bu müddəti gözləməyərək mübahisəni yalnız xx.xx.2023-cü il tarixdə qaldırmışdır ki, bu da qanunla müəyyən olunmuş iki aylıq kəsici müddətin aydın şəkildə ötürüldüyünü göstərir.
177. Mülki Məcəllənin 1272-ci maddəsində nəzərdə tutulmuş iki aylıq müddət mübahisəni açmaq üçün kəsici (bərpa edilməz) müddət hesab olunur. Bu müddət keçdikdən sonra müvafiq mübahisənin məhkəmə qaydasında qaldırılması artıq mümkün deyildir. Belə ki, hüquq sahibi artıq hüququnu itirmişdır və onun belə bir hüququ mövcud deyildir.
178. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.
179. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
180. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
181. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
182. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.
183. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405- 407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(076)-199/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.