Məhkəmə qərarları › İş №2(104)-168/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-168/2025

06.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi - Şərəf və ləyaqətin müdafiəsi üzrə - Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi üzrə sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-168/2025 06.05.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X4 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və vurulmuş mənəvi zərərə görə 2000 manat pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)-2528/2024 saylı 07 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. DVD diskə köçürülmüş video görüntüdən görünür ki, cavabdehlər iddiaçıların barəsində təhqiramiz ifadələr işlədirlər.

2. Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1900-4/1906 saylı ekspert rəyinin tədqiqatın nəticə hissəsindən görünür ki, danışıqların məzmunundan görünür. “xx.xx.2023(2)” Q-... qoydu Q-Danışda, bir aydı gəlib, gedib(Zibiləndə?) Q1- Bir aydı (Zafər?) gəlib, burdadı. Xəbərin varmı? Gedib (Zibiləndə?) qəşəng yeyib, içib, (Nazirin?) altına maşın alıb, qardaşının Q-Deyib mənim oğlum o deyil, (Qismət?) döyül, o bijdi. Deyib (Qismət?) döyül o bijdi. K-.... Q1 - Hə, bir aydı burdadı, aya, bir aydı əri burda. Q1- Gəl, gəl, gedək gəl. Deyib mənim oğlum (Nazirdi?), o bij döyül. Q1... “xx.xx.2023” Q1-Altınnan yonub tələbənin yeməyini götürüb Q-Hə Q1-Oğrusan e bacı evindən oğurluq eliyibsən// Q-A// Q1-... qəhbəsi, boşadıda çıxdı getdi Q-Eh// Q - ... saxladın, başına oyun açdın, indi də bunun pulunu mənimsədin, evinin pulunu (iki min?) dollarını, onnan sonrada// K- Ə yer siktir getdə nə istiyirsən? Q- Mərfətdi danış bu dəyqə (102-yə?) zəng vuraram ha K - Yer kimə zəng vurursan vur Q - Saa dedim mərfətdi danış Q - Sənnən mən danışmıram, mən o arvadnan danışıram K - Bə nə gəlib düşübsən onun üstünə? Q - Mən onun üstünə düşməmişəm, mən onun üstünə düşmüşəm evimi yarıbdı. Sənlik bir şey yoxdu. Q – Dayan Q1- açdın oğurladın e, Elmiranı bu dəyqə gətirəjəm sənin qapına// zdanyaların ... Q- dedi ki, 10 manat verim çornu pol vur. Q - Çıx ordan onu örgət gələr ki, Q1-bir aydı gəldi burda yidi-yatdı Fazil, nişan elədi, şəkilləri var, neynədi, neynəmədi// ...bir qəpik, götünədə bir təpik. Q-...məllimin sırğasını oğurladın ... Q- qızının sırğasını oğurladın, o gün qayıdan bir xışma qızıl çıxdı. Nizami müallimi gətirəjəm oğru, ay oğru. Q-Dayan Q-Oğru sənin başına mən itin oyunun açmasam Q-yol qayısındadı e Q- Fazil... onu əlli oyunnan çıxartdım... oyunnan çıxartdım, bədbəxt. Bədbəxt 15 yaşında elə bil qızıydı mənim hoppanırdı, başıma hoppanırdı Q-qoja qəhbə düş aşağı, sənin düşəndə başına oyun açacam düş Q- Yerdə tutmuyacam səni qara Q-Bu dəyqə Q- Sən o(Qisməti?İsməti?)... gör tutanda başına nə oyun açajam. Görərsən aparajaxlar əsgərliyə...Fazil elə elədi eləmi, Fazil elə elədi eləmi?(Qismətin? İsmətin?) ağzına mən poxu qoymuşam Q-səsini yazdır ma göndər Q-...oyun açajam, oh qaraşdı ha, Q-çıxaaxsan, çıxağaxsan qaraş Q-get Samuxda səni altına aldı e Samuxda ... K-Videoya çək Q-Video nədi? Göstər dana// Mübahisəli videofonoqramların tədqiqi hissəsində göstərilən hissələrində kadrarxası keçid və həmin hissələrdə qeydə alınan danışıqlarda situasiya ilə əlaqəli olmayan ifadələrarası və cümlələrarası məntiqi rabitənin pozulması əlamətləri müəyyən olunmuşdur. Audiofonoqramların tədqiqi hissəsində göstərilən hissələrində məntiqi ardıcıllığın pozulması və keçid prosesləri üçün xarakterik impuls siqnallar müəyyən olunmuşdur. Audiofonoqramdakı audio və videofonoqramların qeydə alındığı yazı qurğusu tədqiqata təqdim olunmadığından qeyd olunan montaj əlamətləri və ya kodlaşdırmanın qüsuru nəticəsində yaranan əlamətlər olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Mübahisəli və müqayisəedici fonoqramlar eyniləşdirici tədqiqat üçün yararsız kimi qiymətləndirilmişdir. Bu səbəbdən ekspert qarşısında qoyulmuş səsə və nitqə görə eyniləşdirici sual üzrə tədqiqat aparılmamışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən onlar barəsində yayılmış məlumatların həqiqətə uyğun olmayan, onların şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilərək onlara vurduqları mənəvi zərərə görə onların hər birinə 1000 manat, cəmi 2000 manat pul tutularaq onlara ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlar barəsində yaydıqları məlumatları təkzib etməklə məlumatları yaydıqları şəxslərin qarşısında onlardan üzr istəmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onlar bacıdırlar və ünvan 1 saylı evdə birlikdə yaşayırlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onlar barəsində daim hər yerdə, dost-tanış, qonşuların yanında şər-böhtan yaymış, xoşagəlməz sözlər işlədərək onların şərəf və ləyaqətini alçaltmışdırlar. Cavabdeh1 və Cavabdeh2 evlərində də, onlara dinc yaşamağa imkan verməmiş, mütəmadi olaraq mənzillərinin qarşısına gəlib yüksək səslərlə onları təhqir etmiş, şər-böhtan danışmışdırlar. Müxtəlif kişi adları çəkərək guya onlarla əlaqələrinin olduğu və digər bir şəxslərdən qızıl oğurladıqlarını elə yüksək səslə qışqıraraq bildirmişdirlər ki, səsə qonşular küçəyə çıxmışdırlar və beləliklə onları tanıyan şəxslərin yanında şərəf və ləyaqətlərini alçaltmışdırlar. Bu hal bir neçə dəfə mütəmadi olaraq təkrarlanmış, artıq bu hala dözə bilməyib, növbəti dəfə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Cavabdeh1 və Cavabdeh2 yenə yaşadıqları ünvan 1 ünvanda yerləşən evin qarşısına gəlib onlara şər-böhtan xarakterli sözlər deyib təhqir etdikdə, Cavabdeh1 və Cavabdeh2 bu hərəkətlərinin görüntülərini məhkəməyə sübut olaraq təqdim etmək üçün video-çəkilişlə çəkmişdirlər. Orada Cavabdeh1 və Cavabdeh2 yüksək səslə qışqıraraq onlara bildirmişdirlər ki, “ay Fazilin altında yatan, Samuxda vurdurdun qayıtdın gəldin, tələbələrdən oğurluq edən, Nizaminin qızıllarını oğurladın” kimi şərböhtan, nalayiq sözlər işlətmişlər. Halbuki, onlar nə Fazil, nə də Nizami adlı şəxsləri tanımırlar. Onlar Cavabdeh1 və Cavabdeh2 barələrində qanuni tədbir görülməsi üçün polis şöbəsinə müraciət etmiş, onlara xx.xx.2024-cü il tarixli məktubla məhkəməyə müraciət etməli olduqları göstərilmişdir. Şikayətlərinə əlavə etdikləri diskə baxış keçirilən zaman görünür ki, Siyasət və Cavabdeh1lar onlar barəsində küçədə elə bir tonda, elə səslə qışqıraraq onları təhqir edib, şər-böhtan xarakterli sözləri işlətmişlər ki, səsə qonşular küçəyə çıxmışlar. Cavabdeh1 və Cavabdeh2 bu cür təhqir və şər-böhtanlarla dolu ifadələri və sözləri onların dinc yaşayışını pozmuş, həmin şər-böhtanlar onların şərəf və ləyaqətini alçaltmışdır. Cavabdehlərin onlar barəsində böhtanları nəticəsində onlar mənəvi sarsıntı və əziyyət, mənəvi iztirablar keçirmişdirlər. Hazırda onlar məcbur olub məhkəməyə müraciət etməli olmuşdurlar. Cavabdeh1 və Cavabdeh2 onlara böhtan atmış və barələrində yaydıqları məlumatları sübut edə bilməmişdirlər. Cavabdehlərin atdığı böhtanlar nəticəsində onlara mənəvi zərər dəymişdir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində onlara mənəvi ziyan dəydiyi üçün, yəni cavabdehlərin hərəkətləri onların şüurlaına təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu üçün, cavabdehlər onlara kompensasiya ödəməlidir. Onlara vurduqları mənəvi zərər əvəzolunmaz olsa da, cavabdehdən onların hər birinə 1000 manat pul alınaraq onlara verilməsini məqsədə müvafiq hesab edirlər.

5. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2528/2024 saylı 07 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 barəsində yayılmış məlumatların həqiqətə uyğun olmayan məlumatlar hesab edilməsi və iddiaçıların barəsində yaydıqları məlumatları, həmin məlumatları yaydıqları şəxslər qarşısında təkzib etməklə iddiaçılardan üzr istəmələri öhdəliyinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 üzərinə qoyulması, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddiaçılardan İddiaçı1 xeyrinə 1000 manat və İddiaçı2 xeyrinə 1000 manatın alınaraq onlara ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər iddiaçıların həqiqətən onların əmlaklarını oğurlamasını və bununla bağlı cinayət işi üzrə məhkəmə araşdırılması aparıldığını göstərsələr də, digər məlumatların, yəni iddiaçıların tələbələrdən oğurluq etmələri və digər məlumatların həqiqətə uyğun olması bərədə məhkəməyə hər hansı sübut təqdim etməmişdirlər. Cavabdehlərin iddiaçıların barəsində həqiqətə uyğun olmayan yaydıqları məlumat iş üzrə sübut kimi təqdim olunmuş DVD diskə köçürülmüş video görüntüsü və şahid ifadəsi ilə sübuta yetirilmişdir.

7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verərək, apellyasiya şikayətlərinin təmin edilməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-2528/2024 saylı qətnaməsini ləğv edilməsini, iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdirlər.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçılar onların bacılarıdır. İddiaçılar onların evindən oğurluq etmiş və buna görə də, onlara CM-nin oğurluq maddələri ilə cinayət işi qaldıraraq məhkəmə məsuliyyətinə vermişlər. Hazırda da, Gəncə şəhər Məhkəməsində iddiaçılar təqsirləndirilən şəxs olmaqla cinayət işinin məhkəmə baxışı davam edir. Onlar da, həmin məhkəmədə zərər çəkmiş qismində keçirlər. Bu səpkidə də, istər məhkəmə iclasında, istərsə də, kənar yerdə iddiaçılarla onlar arasında mübahisə olur. Mübahisə zamanı deyilən sözlər bir-birinin üzünə qarşı deyirlər. Daha gedib başqa şəxslərin və qonşuların yanında danışmırlar. Onlar heç vaxt iddiaçılar barəsində qeyri-etik sözlər, “tələbələrdən oğurluq edən” və “Nizaminin qızıllarını oğurladan” kimi sözlər deməmişlər və bu barədə hər hansı bir məlumat yaymamışlar. İddiaçıların məhkəməyə təqdim etdiyi video-disklərdə də, səs eşidilməməklə belə bir sözlərin deyilməsi təsdiq olunmur. İddiaçılarla onlar arasında olan mübahisə yalnız iddiaçıların onların evindən etdiyi oğurluqla bağlı olmuş və onda da, mübahisə ilə bağlı deyilən sözləri bir-birinin üzünə qarşı demişlər. Məhkəmə iclasında iddiaçılar şahid qismində göstərdiyi X3 da, yalan ifadə vermişdir. Belə ki, o, onların iddiaçılar barəsində hansı nəlayiq sözlər dediklərini açıqlamamış, onların bu sözlər barədə ona məlumat verdiklərini, yaxud onların bu sözləri iddiaçıların üzünə dediklərini aydınlaşdırılmamışdır. Məhkəmənin qətnaməsi əsassız və ədalətsiz olduğuna görə, eyni zamanda maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından, həmçinin məhkəmə qətnaməsi işin hallarına və tərəflərin qarşılıqlı münasibətinə uyğun olmayan nəticələrə əsaslandığından ləğv edilməli və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, audio və video diskdə qeyd edilən səslər montaj olunmuşdur.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, eyni məzmunlu izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, iddiaçılar onları haqsız yerə şərə salır.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, yaşadığı evinin qarşısına gəlib onu təhqir etmişlər, qonşuların da hamısı eşitmişdir. Səs və videoyazılar olan mobil telefon cavabdehlər tərəfindən döyülən zaman sınmışdır.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq göstərmişdir ki, cavabdehlər onları alçaltmışdırlar, halbuki, buna haqları yoxdur.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 46-ci maddəsi:

15. Hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.

17. Maddə 23.2-ci maddəsinə görə, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

18. Maddə 23.4-cü maddəsinə görə, şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

19. Maddə 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin,habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

21. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

26. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

27. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

29. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

30. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:

31. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;

32. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

33. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

34. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

35. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

36. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdehlər tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2528/2024 saylı 07 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilməlidir.

38. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, iş üzrə tərəflər doğma bacıdırlar. Aralarında yaranmış narazılığa görə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçılar barəsində xoşagəlməz sözlər işlədərək onların şərəf və ləyaqətini alçaltmışdırlar. Bu hal küçədə, ictimai yerdə baş vermişdir.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və qeyd edir ki, “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli 7 nömrəli qərarının 3-cü bəndinə əsasən, şərəf və ləyaqətin müdafiəsi barədə işlərə baxarkən üç hal aydınlaşdırılmalı və onlara məcmu halda hüquqi qiymət verilməlidir: məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması. Məlumat əxlaq prinsipləri, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradarsa, o, şərəf və ləyaqəti ləkələyən məlumat hesab edilir. Məlumatın doğru olmaması dedikdə, onun həqiqətə uyğun olmaması, yəni yalan olması başa düşülür. Məlumat başqa şəxsə, bir neçə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirildikdə yayılmış hesab olunur... Məlumat başqa şəxsə, bir neçə şəxsə və yaxud qeyri-müəyyən şəxslər dairəsinə bildirilməklə yayılmış hesab edilir. Məlumat mətbuatda dərc edilməklə ... məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlarda çıxan sənədlərdə qeyd edilməklə və s. üsullarla yayıla bilər... Qanunla xüsusi şikayət verilmə qaydası müəyyən edilmiş rəsmi sənədlərdə (məsələn, məhkəmə, istintaq orqanlarının qərarlarında və s.) rəsmi sənədlərdə olan məlumatların təkzib ediməsinə AR Mülki Məcəlləsinin qaydaları tətbiq edilmir.

40. Qanunvericiliyin sadalanan normalarının tələblərindən və “Şərəf və ləyaqətin müdafiəsi barədə qanunveriliciyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 may 1999-cu il tarixli, 7 nömrəli qərarının 3-cü bəndindən də göründüyü kimi, məlumatların vətəndaşların və təşkilatların şərəf və ləyaqətini ləkələməsi, həmin məlumatların doğru olmaması, bu məlumatların yayılması barədə hər üç şərt məcmu halında mövcud olmalıdır ki, bu zaman həmin məlumatlar şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilsin.

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək qeyd edir ki, cavabdehlərin iddiaçıların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan məlumatlar yayması iş materialları, tədqiq olunmuş sübutlar və ekspert rəyi ilə müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi işləri üzrə sübutetmə yükü cavabdehin üzərinə qoyulur. İlkin olaraq isə iddiaçı sübut etməlidir ki, onun şərəf və ləyaqətini ləkələyən məlumatlar yayılmışdır. İddiaçının şərəf və ləyaqətini alçaldan məlumatların yayılması təsdiq olunduğu halda, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olmasını sübut etməlidir. İddiaçılar tərəfindən məhkəmə təqdim edilmiş audio və video yazı olan diskdəki səslərin montaj edilməsi ilə bağlı cavabdehlərin bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə baxışı zamanı iş rəy vermiş ekspert Sevinc Quliyeva ilə video əlaqə yaradılmış, ekspert video əlaqə zamanı verilən suallara cavab olaraq qeyd etmişdir ki, rəydə qeyd edilən ifadələrdə montaj əlamətləri və ya kodlaşdırmanın qüsuru müəyyən olunmamışdır. Montaj əlamətləri və ya kodlaşdırmanın qüsuru olan hissələr rəydə qeyd edilməmişdir. Bu baxımdan kollegiya cavabdehlərin audio və video yazı olan diskdəki səslərin montaj edilməsi ilə bağlı dəlillərini əsassız hesab edir. Təqdim edilmiş rəydən də, görünür ki, cavabdehlər iddiaçıların barəsində xoşagəlməz ifadələr işlədirlər.

42. Məhkəmə kollegiyası qeyd edir ki, «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından, «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.

43. “Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

44. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999-cu il tarixli 7 №-li qərarının 6-cı bəndinə əsasən, iddiacı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir.

45. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il trixli Qərarında qeyd olunmuşdur ki, «….Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır…»

46. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehlərin iddiaçıların şərəf və ləyaqətini, işgüzar nüfuzunu alçaldan məlumatlar yayması iddiaçı tərəfindən sübuta yetirildiyindən, iddianı təmin edən birinci instansiya məhkəməsi haqlı olmuş, lakin mənəvi zərərin məbləği hissəsində birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir.

47. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilsə də, dəymiş mənəvi zərərin məbləği hissəsində qətnamənin dəyişdirilməsi məqsədəmüvafiqdir. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2528/2024 saylı 07 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2528/2024 saylı, 07 iyun 2024-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddiaçılardan İddiaçı1 xeyrinə 1000 manat və İddiaçı2 xeyrinə 1000 manatın alınaraq ödənilməsi hissəsində dəyişdirilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddiaçılardan İddiaçı1 xeyrinə 100 (bir yüz) manat və İddiaçı2 xeyrinə 100 (bir yüz) manat alınaraq ödənilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

48. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti mənəvi zərərə dair mübahisələndirilən hissədə beş min manatdan az olduğu üçün bu qətnamədən həmin hissədə kassasiya şikayəti verilə bilməz.

49. Apellyasiya icraatı zamanı iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1900-4/1906 saylı ekspert rəyi əldə edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 200 (iki yüz) manat təşkil etmişdir. Qanunvericiliyə əsasən, qeyd olunan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmaqla, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Gəncə Şəhər Məhkəməsinin 2(125)-2528/2024 saylı 07 iyun 2024-cü il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-2528/2024 saylı, 07 iyun 2024-cü il tarixli qətnaməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddiaçılardan İddiaçı1 xeyrinə 1000 manat və İddiaçı2 xeyrinə 1000 manatın alınaraq ödənilməsi hissəsində dəyişdirilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, iddiaçılardan İddiaçı1 xeyrinə 100 (bir yüz) manat və İddiaçı2 xeyrinə 100 (bir yüz) manat alınaraq ödənilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza xərci cavabdehlərə aid edilsin və 200 manat məbləğində olan ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamənin mənəvi zərərin məbləği ilə bağlı hissəsindən kassasiya şikayəti verilə bilməz. Qətnamənin “üzr istənilməsi öhdəliyinin qoyulması” ilə bağlı hissəsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar