Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1691/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: qeyri-qanuni inşa edilmiş tikintinin sökülməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Həsənov Namiq Bayram oğlu və vəkili Nümayəndə, İddiaçı2 nümayəndəsi Əhmədov Vaqif Vahid oğlunun və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı qeyri-qanuni inşa edilmiş tikintinin sökülməsi tələbinə dаir mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(125)-104/2023 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi və vəkili Vəliyeva Tünzalə Gülmalı qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 sentybr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Əsgərov Zabil Əsgər oğlu AN-İ ******* saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə Gəncə şəhəri, Səbuhi Xasayev 41A ünvanında yerləşən ümumi sahəsi 12.4 kv.m olan qeyri-yaşayış binasının tam hissəsini 5000 manata Cavabdeh (bundan sonra cavabdeh) satmışdır.
2. Əsgərov Zabil Əsgər oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür.
3. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən verilmiş 04 iyun 2024-cü il tarixli **********0 qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 60.2 kv.m qeyriyaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur.
4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş 16 iyul 2024cü il tarixli **********88-06302 nömrəli Qeyri-yaşayış binasının Texniki Pasportunun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 60.2 kv.m qeyri-yaşayış binası Cavabdeh mülkiyyətindədir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 3 ünvanında qeyri-qanuni inşa etdirdiyi tikilinin onun öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia tələbinin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh ünvan 4 ünvana məxsus torpaq sahəsində qeyri-qanuni inşa etdirdiyi tikilinin onun öz hesabına sökülməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı1 və İddiaçı2 iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanı çoxmənzilli binadır və ünvan 6vabdeh Cavabdeh məxsus 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektinin arxa hissəsi ünvan 5 ünvanıdır və oradakı torpaq sahəsi bina sakinlərinin daimi istifadəsindədir. Cavabdeh qeyri-qanuni olaraq 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektindən əlavə onların istifadələrində olan torpaq sahəsini zəbt edərək tikintini 40 kv.m çatdırmış, hətta ikinci mərtəbəni də qeyriqanuni olaraq inşa etdirmişdir ki, faktiki olaraq gələcəkdə onların binalarının qəzalı vəziyyətə düşməsinə səbəb olacaqdır. Belə ki, yağış yağarkən cavabdehin qeyriqanuni tikdirdiyi binanın 2-ci mərtəbəsinə yağış suyu yığılaraq mənzillərinin divarlarını rütubətləndirir. Eyni zamanda ikinci mərtəbədən onların mətbəxi qarşısında giriş-çıxış qapısı qoymuş və pilləkənləri də onların istifadəsində olan torpaq sahəsinə qoymaq niyyətindədir. Özünün şəxsi mənafeyi üçün sakinlərin ümumi istifadəsində olan torpaq sahəsindən ticarət obyekti kimi istifadə etmək qanunvericiliyə uyğun deyildir. Həmçinin Gəncə şəhəri İcra Hakimiyyətinin 18 fevral 2021-ci il tarixli təqdimatına əsasən cavabdehin qeyri-qanuni tikinti işi aparmasına görə barəsində inzibati xəta haqqında 14 mart 2021-ci il tarixdə protokol tərtib edilmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-104/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın qismən təmin edilməsi, Cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşən 24,0 kv.m hissəsinin Cavabdeh hesabına sökülməsi, iş üzrə məhkəmə xərci olan 50 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə və iddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 8 manatı Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 qızana verilməsi, iddia qalan hissədə əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 124.1, 119.1, 213, 216-220, 218.1, 233 və 360-cı maddələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47.3, 55.1, 84 və 111.1-ci maddələrinə, “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun 7.2, 16.1, 16.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh iddianın təmin edilməsi hissədə qətnamədən apellyasiya şikayəti vermiş və qətnamənin həmin hissədə ləğv olunmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə kifayət qədər araşdırma aparmadan, yalnız iddiaçı tərəfin izahatlarına əsaslanaraq qətnamə çıxarmışdır. Belə ki, o, Qarabağ Əlilləri və Veteranları İctimai Birliyinin sədridir. ünvan 7 ünvanında yerləşən qeyri-yaşayış sahəsi ona məxsusdur. Həmin qeyri-yaşayış sahəsini İddiaçı1 mərhum əri Zabil Əsgərovdan 2019-cu ildə almışdır. Qeyri-yaşayış sahəsi sənəd üzrə 12.4 kvm olsa da, Zabil Əsgərov ona satan zaman yaşayış sahəsinin faktiki sahəsi 40 kv.m olmuşdur və Z.Əsgərov ondan 40 kv.m-in pulunu alıb. Obyekti alan zaman otaq və arxada 2 ədəd anbar olub. Həmin yeri peraşki sexi kimi istifadə ediblər. Otaq və anbarlar bərbad halda olduğu üçün söküb yerində yeni tikinti inşa etmişdir. Faktiki olaraq 40 kv.m sahəni aldığı üçün tikintini də 40 kv.m sahədə inşa etdirmişdir. İddiaçıların qeyd etdiyindən fərqli olaraq, o, torpaq sahəsini zəbt etməmişdir, elə onların özlərinə pul verib almışdır. İkincisi, onların özləri tərəfindən inşa edilmiş tikili də binaya bitişik olmuşdur. Necə olur ki, iddiaçı (onun mərhum əri) tikdirəndə qanuni olur, binanı qəzalı vəziyyətə salmır, o tikdirəndə qanunsuz olur və binanı qəzalı vəziyyətə salır. Üçüncüsü, tərəfindən inşa edilmiş, qeyd edilən tikilinin qanuniləşdirilməsi üçün müvafiq dövlət orqanlarına müraciət etmişdir və hazırda onun obyektinin sənədləri hazırlanır. Bundan başqa iddiaçılar qeyd edirlər ki, guya o, onların mətbəxinin qarşısına girişçıxış qapısı qoymuş və pilləkəni də onların istifadəsində olan torpaq sahəsinə qoymaq fikri var. Bununla bağlı qeyd edir ki, giriş-çıxış qapısının iddiaçıların mətbəxinə heç bir aidiyyatı yoxdur. Məhkəmə hazırki işlə bağlı yerli baxış keçirmədiyindən bu halları müəyyən etməmişdir. Ümumiyyətlə, onun tikililəri iddiaçıların heç bir hüququnu pozmur. Buna görə hesab edir ki, iddiaçıların bu cür iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqları yoxdur. Çünki torpaq onlara məxsus deyil. O, torpaq sahəsinə qanunsuz olaraq pilləkən qoyursa bunu iddiaçılar yox, torpağın mülkiyyətçisi mübahisələndirə bilər, Bundan başqa məhkəmə qətnamə çıxararkən 14 mart 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola əsaslanmışdır. Guya həmin protokolla o, ünvan 8 ünvanında qanunsuz tikili apardığı üçün barəsində inzibati protokol tərtib edilmişdir. Bu tamamilə yalandır. Belə bir protokol yoxdur. İş materiallarına iddiaçılar tərəfindən təqdim edilmiş həmin protokol saxtadır. Məhkəmə bunu kifayət qədər araşdırmadan qətnamədə qeyd etmiş və protokola əsaslanmışdır. Bundan başqa məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsaslanaraq qeyd etmişdir ki, onun inşa etdiyi tikilinin 24.0 kvm sahəsi bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşir. Həmçinin Əmlak Məsələləri Dövlət Xidməti Gəncə Ərazi şöbəsinin 23 aprel 2021-ci il tarixli aktında qeyd edilmişdir ki, guya həmin torpaq sahəsində bina yaşayışçılarının talvarı, anbarı, hamamı və tualeti var. O, xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi ilə, eləcə də 23 aprel 2021-ci il tarixli aktla razı deyil. Belə ki, onun obyektinin heç bir hissəsi bina sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində deyil. Çünki o, Zabil Əsgərovdan obyekti alan zaman bina sakinlərinin istifadəsində olmamışdır. Bina sakinlərinin həmin torpaq sahəsində nə anbarları, nə talvarları, nə də sair tikililəri mövcud deyil.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2366/2023 nömrəli 15 dekabr 2023-cü il ci il tarixli qətnaməsi ilə (hakim R.Mamedov) apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İ-İV hissələrinə, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47.3, 55, 84.1-84.4, 111.1-111.3-cü maddələrinə, «Bələdiyyə torpaqlarının idarə edilməsi» haqqında Azərbaycan Respublikasının Qanununun 7.2, 16.1, 16.2-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 88, 217.3, 218.1-ci maddələrinə istinad etmişdir.
Kassasiya instansiyası məhkəməsində icraat
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh (vəkil İskəndərov Fuad İnqlab oğlu) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü tarixli 2(104)-2366/2023 saylı qətnaməsini ləğv edib, işin yeni məhkəmə baxışına qaytarılmasını xahiş etmişdir.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2024-cü il tarixli 2(102)-1697/2024 nömrəli qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi; Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 15 dekabr 2023-cü il tarixli, 2(104)-2366/2023 nömrəli qətnaməsi ləğv edilməsi; iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiya məhkəməsində ikinci icraat: Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, izahatında bildirmişdir ki, oibyekti İddiaçı1 ərindən almışdır. Tikili yararsız olduğundan sökərək yenisini tikdirmişdir. Tikili 40 kv.m torpaqda yerləşir. İkinci mərtəbə ilə birlikdə tikilinin ümumi sahəsi 60,2 kvm, torpaq sahəsi isə 0,004 ha. ibarətdir. Torpaq dövlət mülkiyyətində olsada ona icarəyə verilmiş, qeyri yaşayış binası isə mülkiyyət kimi adına qeydə alınmışdır. Artıq bu barədə ona 04 iyun 2024-cü il tarixli çıxarışda verilmişdir. İddiaçı Cavabdeh sonda məhkəmə kollegiyasına müvafiq sənədlər təqdim edərək iddianın təmin edilməsi hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, həmin hissədə də iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Həsənov Namiq Bayram oğlu apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, cavabdeh əsassız olaraq ümumi istifadədə olan torpağı zəbt edib orada tikinti işləri aparmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 vəkili Nümayəndəda apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, cavabdeh heç bir hüquqi əsas olmadan ümumi istifadədə olan torpağı zəbt edərək tikinti işləri aparmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Əhmədov Vaqif Vahid oğlu apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, cavabdeh ümumi istifadədə olan torpağı zəbt etdiyi üçün binada yaşayan uşaqlar həyətə çıxıb oynaya bilmir. Eləcədə cavabdehin yanına gəlibgedən şəxslər bina sakinlərinin ümumi istifadəsində olan ayaqyolundan istifadə etdiyindən sakinlərin istifadəsinə məhdudiyyət yaranır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
21. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər, eləcədə gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. iddiaçılar nümayəndələri vastəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
22. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
23. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
24. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
Azərbaycan Respublikası Torpaq Məcəlləsi
25. Maddə 5. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri -dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
26. Maddə 45. Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Bu orqanların torpaqlardan istifadə və onların mühafizəsi üzrə səlahiyyətləri dairəsində göstərişləri bütün torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri üçün məcburidir. Torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi qaydaları müvafiq normativ-hüquqi aktlarla müəyyən edilir.
27. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
28. Maddə 56. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir.
29. Maddə 58. Torpaq mülkiyyətçisinin, istifadəçisinin və ya icarəçisinin şəhərsalma, mənzil, ətraf mühitin və mədəni irsin mühafizəsi haqqında və digər müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, torpaq sahəsinə dair müəyyən edilmiş öhdəlikləri və məhdudiyyətləri yerinə yetirməklə, həmin sahədə tikinti aparmaq, müvəqqəti tikililər ucaltmaq, əldə etdiyi tikili və qurğuları sökmək və ya yenidən qurmaq hüquqları vardır.[54]
30. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminat torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
36. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
38. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
39. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
40. Maddə 385.1.2. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
41. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
42. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
Apellyasiya baxışının hədləri
43. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
44. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
45. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməsi hissədə ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
47. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, Cavabdeh ünvan 9 ünvanında qeyri-yaşayış binası inşa etdirmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh 12.4 kv.m-dən ibarət qeyri-yaşayış obyektindən əlavə Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində yerləşən 38 nömrəli binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsinin də 24,6 kv.m hissəsini zəbt edərək qeyriyaşayış obyekti tikməsini və nəticədə ümumi istifadədə olan torpaqdan istifadə etmələrinə manelər yaratdığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər, işə baxan birinci instansiya məhkəməsi də iddianı qismən təmin etmişdir.
48. Kollegiya ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50-ci maddəsinə görə, özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilir. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, prosessual qanunvericilik mülki məhkəmə icraatında tərəflərin dairəsini müəyyən edir. Normanın məzmunundan aydın olur ki, tərəflər işdə iştirak edən şəxslərdir. Bu zaman tərəf ifadəsinin işlədilməsi isə təsadüfi deyildir. Mülki məhkəmə icraatının bu iştirakçılarının bir-biri ilə konkret mübahisəli hüquq münasibəti bağlayır və onlar bu münasibətlərdə bir-birinə qarşı olan maraqlara malikdirlər. Tərəf ifadəsi həm də onu bildirir ki, bu iştirakçıların mübahisəsinə baxılması üzrə məhkəmə icraatında hərəsi bir və ya bir neçə nəfərdən ibarət olmaqla iki qarşı-qarşıya duran tərəf mövcuddur. Tərəflər işdə iştirak edən şəxslər üçün nəzərdə tutulmuş ümumi hüquqlara malikdirlər. Mülki prosesdə tərəflər iddiaçı və cavabdeh adlanır. İddiaçı hüquq və mənafelərinin müdafiəsi üçün məhkəmədə iddia qaldırmış şəxsdir. Cavabdeh isə iddia tələbinin yönəldiyi şəxsdir. O, iddiaçının hüququnu və ya qanuni maraqlarını pozduğu güman edildiyinə, yaxud onun iştirak etdiyi hüquq münasibəti mübahisələndirildiyinə görə prosesə cəlb edilir və tərəf olur.
49. İddiaçıların cavabdehə qarşı bu iddianı qaldırmaqda subyektiv hüququnun olub-olmamasına münasibətdə kollegiya qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyektiv hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsini mümkünlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüququna malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
50. İşdən müəyyən olunur ki, hazırkı iddia tələbinin əsasını iş üzrə Cavabdeh Gəncə şəhəri, Şeyx Bahəddin küçəsində yerləşən 38 nömrəli binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsinin bir hissəsinin (24,6 kv.m) tutularaq tikinti işləri aparması və bunun nəticəsində həmin bina sakinlərinin ümumi istifadədə olan həyətdən (torpaqdan) istifadələrinə yaranan mane ilə əlaqədar olması təşkil edir. Belə olan təqdirdə kollegiya hesab edir ki, iddiaçılar hazırkı iddianı cavabdehə qarşı irəli sürməkdə sübyektiv hüquqa malikdirlər. Ona görə də kollegiya apellyasiya şikayətinin bu iddianı qaldırmaqda iddiaçıların subyektiv hüququnun olmaması barədə dəlilini əsassız sayır.
51. İddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə isə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
52. Yuxarıda da qeyd olunduğu kimi Əsgərov Zabil Əsgər oğlu mülkiyyətində olan ünvan 10 ünvanda yerləşən 12,4 kv.m ibarət qeyri-yaşayış sahəsini 11 iyun 2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında Quliyev Rahuf Ramiz oğluna satmışdır. Alqı-satqının predmeti 12,4 kv.m ibarət qeyri-yaşayış sahəsi olsa da, cavabdehin deməsinə görə qeyri-yaşayış sahəsi faktiki olaraq 40 kv.m ibarət olmuşdur. Tikili yararsız vəziyyətdə olduğundan sökülmüş və yerində ikimərtəbəli yeni obyekt inşa olunmuş, eləcə də sənədləşmənin aparılması üçün müvafiq orqanlara müraciət olunmuşdir. İddiaçı tərəf tikilinin ticarət obyekti olmasını qeyd etsə də, lakin bu sübut olunmur. Cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi ********** qeydiyyat nömrəli 04 iyun 2024-cü il tarixli qeydiyyat tarixli çıxarışdan görünür ki, Gəncə şəhəri, Səbuhi Xasayev küçəsi 41A ünvanında yerləşən 60,2 kv.m ibarət qeyri-yaşayış sahəsi Cavabdeh mülkiyyətindədir. Qeyri-yaşayış sahəsinin yerləşdiyi 0,004 ha torpaq sahəsi dövlət mülkiyyəti olmaqla Cavabdeh icarəyə verilmişdir. Göründüyü kimi, sökülməsi tələb olunan qeyri-yaşayış sahəsi artıq cavabdehin mülkiyyəti kimi qeydə alınmış, həmin obyektin yerləşdiyi torpaq sahəsi isə sonuncuya icarəyə verilmişdir.
53. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə görə, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
54. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(125)- 104/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşən 24,0 kv.m hissəsinin Cavabdeh hesabına sökülməsi, iş üzrə məhkəmə xərci olan 50 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə və iddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 8 manatı Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 qızana verilməsi” hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməməli, ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 qızandan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməli, ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
55. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 10-1, 372-373, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2023-cü il tarixli 2(125)-104/2023 nömrəli qətnaməsi mübahisələndirilən, yəni “Cavabdeh tərəfindən inşa edilmiş 40,0 kv.m mübahisəli tikilinin həmin tikilinin qonşuluğunda yerləşən binanın sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsində yerləşən 24,0 kv.m hissəsinin Cavabdeh hesabına sökülməsi, iş üzrə məhkəmə xərci olan 50 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə və iddiaçılar tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun 8 manatı Cavabdeh alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 qızana verilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iddia tələbi təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 qızandan müştərək qaydada alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.