Məhkəmə qərarları › İş №2(104)-1697/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1697/2024

15.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1697/2024 15.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X7 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Qanuni nümayəndə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 2(125)- 1407/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 2253/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 mülkiyyətində olan Gəncə şəhəri, Qırmızı kənd ərazisi, yeni qaydalarla ünvan 1 ünvanında 0.045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108.7 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.

2. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)- 2083/2023 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.1978-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində bağlanmış və 1438 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur.

3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, Kirovabad şəhər X13 29 noyabr 1984-cü il tarixli, 18 nömrəli protokolu ilə verilmiş 04.01,1986-cı il tarixli, 48 nöm'rəii Order, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kooperativ Binalar üzrə xidmət sahəsinin xx.xx.2006-cı il tarixli, 12-2223 nömrəli Formal arayışı, Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Birliyi Kooperativ Binalar üzrə xidmət sahəsinin xx.xx.2006-cı il tarixli 12-2222 nömrəli kooperativ mənzilə dair ödənişin tam ödənilməsi barədə Arayışı (qeydiyyatda olanlar: Cavabdeh1, İddiaçı, X8, X3, X4, Qanuni nümayəndə), İddiaçı Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-11156 saylı reyestrdə X5 Gəncə şəhəri 7 saylı dövlət notariat Kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-12296 saylı reyestrdə, X1 şəhəri 7 saylı dövlət notariat kontorunun 23.11,2006-cı il tarixli, 7E-27-12297 saylı reyestrdə, X2 Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-11157 saylı reyestrdə, Qanuni nümayəndə Gəncə şəhəri 2 saylı dövlət notariat kontorunun xx.xx.2006-cı il tarixli, 7E-27-11155 saylı reyestrdə təsdiq edildiyi razılıq ərizələrinə, DƏDRX Gəncə şəhəri Ərazi idarəsinin xx.xx.2007-ci il tarixli, 07 saylı qərarından çıxarışa Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 34 ünvanında yerləşən 24 saylı mənzil (ümumi sahəsi 84.9 kv.m, yaşayış sahəsi 59.7 kv.m, 4 yaşayış otağı) Cavabdeh1 adına qeydiyyata alınmışdır və onun adına xx.xx.2007-ci il tarixli, **********03-05101-093002 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir.

4. xx.xx.2023-cü il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh2 Gəncə şəhəri, Qırmızı kənd ərazisində yerləşən ümumi sahəsi 0.045 ha torpaq sahəsini Cavabdeh1 satmışdır.

5. Gəncə Şəhər Məhkəməsinin 2(125)-4183/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş ünvan 2 ünvanda yerləşən mənzilin satışından Cavabdeh1 tərəfindən əldə edilmiş 69000 manat pulun 1/2hiss\si, yəni 34500 manat məbləğində pul Cavabdeh1 alınıb İddiaçı ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə və Cavabdeh2 qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 4 ünvanda yerləşən evə dair cavabdehlər Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə arasında xx.xx.2023-cü il tarixdə Gəncə şəhər 3 saylı notariat ofsisində bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək, həmin evə dair Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin və Çıxarışın etibarsız hesab edilməsinə və həmin evin Cavabdeh1 ilə onun birgə nikah dövründə əldə edilmiş əmlak hesab edilərək, evin ½ hissəsinə onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 ilə birgə nikah dövründə ünvan 6 ünvanda yerləşən mənzili əldə etmiş, mənzili yüksək səviyyədə təmir etdirmişlər. Cavabdeh1 mənzili satıb adına həyət evi almaq adı ilə onu mənzilin satılmasına razı salmışdır. İlkin olaraq Cavabdeh1 bir neçə həyət evinin şəkillərini ona göstərərək guya rəyini əsas götürərək mülk alacağı görüntüsü yaratmışdır. 06 yanvar 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində cavabdeh X6 ilə Cavabdeh1 arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin alqı-satqı müqaviləsinə razılıq verdikdən sonra, məbləğin satışından əldə edilmiş 69000 manat pulu götürdükdən sonra, cavabdeh həmin pulu istədiyi kimi idarə edəcəyini, kimə istəsə ona da ev alacağını bildirmişdir. Cavabdeh1, digər cavabdeh Qanuni nümayəndə ilə evi aldıqdan sonra onu evə buraxmamaları barədə qabaqcadan razılaşıb şərtləşdikləri kimi, evi onun razılığı və xəbəri olmadan Qanuni nümayəndə oğlu Cavabdeh1 adına almış, bundan sonra, onu evə buraxmamışlar. Birgə nikah dövründə əldə edilmiş “QAZ-3110” markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil də, onun razılığı və xəbəri olmadan xx.xx.2023-cü il tarixdə formal alqı-satqı yolu ilə Qanuni nümayəndə adına rəsmiləşdirmişdir. Bundan başqa, Cavabdeh1 öz xətti ilə yazılmış əlyazmanı evdən tapmışdır. Həmin əlyazmadan görünür ki, o, vəkili ilə məsləhətləşmişdir ki, əmlakı başqasının adına keçirsin ki, boşanma zamanı ona heç nə düşməsin. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmış, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mənzilin satışından əldə olunmuş məbləği qəbul etdikdən sonra Cavabdeh1 aldığı evin kimin adına almasından xəbəri olmamış, onu evə buraxmamış, onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmiş, nəticədə o, özünü öldürmə həddinə çatmışdır. Bununla əlaqədar o, Gəncə şəhər prokurorluğuna şikayət etmiş, araşdırılma aparılarkən cavabdeh birgə nikah dövründə əldə etdiyi mənzili satıb oğluna ev aldığını bildirmişdir. Onu nə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə, nə də Cavabdeh1 evə buraxmadıqları üçün evə köçürülmə tələbinə dair iddia qaldırmış, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən ona qarşı kompensasiya verməklə istifadə hüququna xitam verilməsinə dair iddia qaldırılmışdır. Halbuki, həmin ev onunla birgə nikah dövründə əldə edilmiş evin satışından əldə edilən pul hesabına alınıb.

8. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1407/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Xədicə Səfərli) İddiaçı cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “müqavilənin etibarsız hesab edilməsi və sair” tələblərinə dair iddiasının rədd edilməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasına dair əsas tələb, ondan irəli gələn törəmə tələblər irəli sürmüş və əsas tələbini onunla əsaslandırmışdır ki, birgə nikah dövründə əldə edilmiş evin özgəninkiləşdirilməsinə dair aldadaraq onun razılığını almış, özgəninkiləşdirmə nəticəsində əldə edilmiş vəsait hesabına isə hazırda mübahisələndirilən müqavilə ilə daşınmaz əmlak satın alınmışdır. İddiaçı hüquqlarının pozulması nəticəsində əldə olunduğuna əsaslanaraq daşınmaz əmlak barəsində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Lakin iddiaçı həmin müqavilənin bağlanması nəticəsində hər hansı hüququnun pozulmasını, beləliklə, hazırkı əsas tələb və ondan irəli gələn törəmə tələblərlə məhkəməyə müraciət etmək hüququnun yaranmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Digər məhkəmə mübahisələri üzrə qəbul olunmuş aktlar və (ya) əlyazmanın qəbzi hazırkı tələbin əsaslı olmasını təsdiqləyən mötəbər sübut kimi qəbul oluna və iddianın təmin olunması üçün əsas hesab edilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, müqavilənin etibarsız hesab olunmasına dair əsas tələb və dolayısıyla ondan irəli gələn digər tələblər təmin edilə bilməz.

10. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 324.1, 324.4, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 347.1, 347.2, 347.2.1, 347.2.2, 347.2.3, 347.3, 347.4, 347.5-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4- cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1407/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı və onun nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1407/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-1407/2024 saylı qətnaməsi ilə onun Cavabdeh1 qarşı və qeyrilərinə qarşı qaldırdığı iddia tələbi təmin edilməmişdir. Məhkəmə iş üzrə heç bir araşdırılma aparmadan onun hazırda qaldırdığı iddiada nəzərdə tutulmuş alqı-satqı müqaviləsinin heç bir hüququnun pozmadığı qərarına gəlmişdir. Halbuki, işin mahiyyəti ondan ibarətdir ki, o, Cavabdeh1 ilə birgə nikah dövründə əldə etdiyi ünvan 6 ünvanda yerləşən mənzili onun adına həyət evi alacağını bildirmiş, onu aldadaraq mənzilin satılmasına razılıq aldıqdan sonra satıb oğluları Qanuni nümayəndə adına mülk almışdır. Hansı ki, onun məhkəməyə təqdim etdiyi məhkəmə qərarları ilə müəyyən edilir ki, Cavabdeh1 öz adına və ya onun adına deyil, cavabdehlər əvvəlcədən pis niyyətlə razılığa gəlib, azyaşlı uşağın adına mülk almış və onu evə buraxmamışlar. İlkin olaraq Cavabdeh1 bir neçə həyət evinin şəkillərini ona göstərərək guya rəyini əsas götürərək mülk alacağı görüntüsü yaratmışdır. 06 yanvar 2023-cü il tarixdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində cavabdeh X6 ilə Cavabdeh1 arasında notariat qaydasında alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzilin alqı-satqı müqaviləsinə razılıq verdikdən sonra, məbləğin satışından əldə edilmiş 69000 manat pulu götürdükdən sonra, cavabdeh həmin pulu istədiyi kimi idarə edəcəyini, kimə istəsə ona da ev alacağını bildirmişdir. Cavabdeh1, digər cavabdeh Qanuni nümayəndə ilə evi aldıqdan sonra onu evə buraxmamaları barədə qabaqcadan razılaşıb şərtləşdikləri kimi, evi onun razılığı və xəbəri olmadan Qanuni nümayəndə oğlu Cavabdeh1 adına almış, bundan sonra, onu evə buraxmamışlar. Lakin, cavabdeh tərəfindən aparılmış özgəninkiləşdirilmə əməliyyatının aparılmasında məqsəd, evin ər-arvad arasında əmlak bölgüsünün predmeti olmaması və onunla birlikdə yaşamaq istəməməsidir. Belə ki, elə həmin ərəfədə, yəni xx.xx.2023-cü il tarixdə Cavabdeh1 tərəfindən ona qarşı nikahın pozulması tələbinə dair iddia qaldırmış, Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Mənzilin satışından əldə olunmuş məbləği qəbul etdikdən sonra Cavabdeh1 aldığı evin kimin adına almasından xəbəri olmamış, onu evə buraxmamış, onun şərəf və ləyaqətini alçaldan sözlər işlətmiş, nəticədə o özünü öldürmə həddinə çatmışdır. Bununla əlaqədar o, Gəncə şəhər prokurorluğuna şikayət etmiş, araşdırılma aparılarkən cavabdeh birgə nikah dövründə əldə etdiyi mənzili satıb oğluna ev aldığını bildirəndə o evi kimə almasını bilmişdir. Onun nə Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə, nə də, Cavabdeh1 evə buraxmadıqları üçün evə köçürülmə tələbinə dair iddia qaldırmış, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Hazırda, Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən ona qarşı kompensasiya verməklə istifadə hüququna xitam verilməsinə dair iddia qaldırılmışdır. Halbuki, həmin ev onunla birgə nikah dövründə əldə edilmiş evin satışından əldə edilən pul hesabına alınmışdır. İşin bu halı həm iddia ərizəsinə əlavə etdiyi Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli qətnaməsində müəyyən edilmişdir və həm də cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarla da sübuta yetirilir. Həmin araşdırılma zamanı Cavabdeh1 ünvan 7 ünvanda yerləşən mənzili satıb oğluna ev aldığını bildirmişdir. Göründüyü kimi, bütün həyatı boyu işləyərək, əziyyətlə mənzil alaraq, mənzili əsaslı təmir etdirəndən sonra cavabdehlər pis niyyətlə razılığa gələrək, onu aldadaraq ondan razılıq alıb evi satıb Cavabdeh1 adına ev almışlar, hansı ki, həmin alqı-satqı müqaviləsi bağlandığı andan etibarsız olmuşdur, aydındır ki, azyaşlı Cavabdeh1 bu yaşlarında belə bir mülk almaq qabiliyyəti olmamışdır və iş materiallarından aydındır ki, Cavabdeh1 ondan boşanmaq fikri olmuş və bu əsasla boşandıqda mülkdən ona pay çatmasın deyə və onu evə də buraxmamaqla tamamilə heç nəsiz qoymaq məqsədi olmuş və bu mübahisəli alqı-satqı müqaviləsi ilə məqsədini həyata keçirmişdir. Göründüyü kimi, məhkəmə işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Qanuni nümayəndə izahat verib bildirmişdir ki, onun valideynlərinə məxsus bina evi iddiaçı olan anasının razıılığı ilə satılmışdır. Sadəcə iddiaçının istədiyi evi almaq üçün maddi imkanları olmamışdır. Belə ki, iddiaçının istədiyi evlər çox baha qiymətə olmuşdur. Hazırki mübahisəli evi aldıqdan sonra valideynləri arasında narazılıqlar olmuşdur. Ev isə onun oğlunun adına alınmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

16. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

17. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

18. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

19. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

20. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

21. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

22. Maddə 339.3. Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Maddə

23. 347.1. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd belə yanılmanın təsiri altında hərəkət etmiş şəxs tərəfindən mübahisələndirilə bilər. Maddə 347.2. Vacib əhəmiyyətli yanılma aşağıdakı hallardır:

24. 347.2.1. şəxs razılıq verdiyi əqdi deyil, başqa əqdi bağlamaq istəmişdir;

25. 347.2.2. şəxs bağlamağı arzuladığı əqdin məzmunu barəsində səhv etmişdir;

26. 347.2.3. tərəflərin vicdanlılıq prinsipini rəhbər tutmaqla əqdin əsası kimi nəzərdən keçirdikləri hallar mövcud deyildir.

27. Maddə 347.3. Əqdin motivləri barəsində yanılma, onun razılaşma predmeti olduğu hallar istisna edilməklə, vacib əhəmiyyətə malik deyildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

35. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1407/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. İşin hallarında görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah xx.xx.1978-ci il tarixdə Gəncə şəhər Qeydiyyat şöbəsində bağlanmışdır. Birgə nikah dövründə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 34 ünvanında yerləşən 24 saylı mənzili əldə etmişlər. Tərəflər qarşılıqlı razılıq əsasında həmin mənzili satmaqla ünvan 4 ünvanda yerləşən evi satın almışlar. Həmin fərdi yaşayış evini isə iddiaçının nəvəsi Cavabdeh1 adına almışlar. Bundan sonra cavabdehlər iddiaçının həmin evdə yaşamağına imkan verməmiş, buna görə də, iddiaçı evə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(125)-2253/2023 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh1 mülkiyyətində olan ünvan 1 ünvanında 0.045 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 108.7 kv.m olan fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bundan sonra Cavabdeh1 qanuni nümayəndəsi Qanuni nümayəndə hazırki iş üzrə iddiaçıya qarşı kompensasiya verməklə istifadə hüququna xitam verilməsi tələbinə dair məhkəməyə müraciət etmişdir. İddiaçı isə qarşılıqlı iddia vermiş, lakin qarşılıqlı iddia ərizəsi geri qaytarılmışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

41. Hazırkı iş üzrə iddiaçı hüquqlarının pozulması nəticəsində əldə olunduğuna əsaslanaraq daşınmaz əmlak barəsində bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Lakin iddiaçı həmin müqavilənin bağlanması nəticəsində hər hansı hüququnun pozulmasını təsdiqləyən hər hansı sübut təqdim etməmişdir. Digər məhkəmə mübahisələri üzrə qəbul olunmuş aktlar hazırkı tələbin əsaslı olmasını təsdiqləyən mötəbər sübut kimi qəbul oluna və iddianın təmin olunması üçün əsas hesab edilə bilməz. İş materialları ilə müəyyən edilir ki, iddiaçı keçmiş əri Cavabdeh1 oğlu ilə birgə nikahda əldə etdikləri evi satmışlar. İddiaçı həmin evdən payına düşən hissəni Cavabdeh1 verərək onlar üçün ev almağa razılaşmışlar. Lakin Cavabdeh1 həmin pulla nəvəsi üçün ev almışdır. Göründüyü iddiaçı satılmış evdən onun payına düşən hissəni keçmiş əri Cavabdeh1 vermişdir və həmin pulu da, tələb etmək hüququna malikdir. Mübahisləndirilən alqı-satqı müqaviləsi ilə bağlı iddiaçı aldadıldığını qeyd etsə də, mübahisələndirilən əqd üzrə iddiaçı tərəf deyildir və həmin əqdin bağlanması üçün aldadılmamışdır. Sadəcə iddiaçının keçmiş əri Cavabdeh1 ona iddiaçı tərəfindən etibar edilmiş pulu razılaşdıqları kimi istifadə etməmişdir ki, bu da iddiaçıya həmin pulu tələb etmək hüququ verir. Hansı ki, iddiaçı qeyd edilən pul tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və Gəncə Şəhər Məhkəməsinin 2(125)-4183/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş ünvan 6 ünvanda yerləşən mənzilin satışından Cavabdeh1 tərəfindən əldə edilmiş 69000 manat pulun ½ hissəsi, yəni 34500 manat məbləğində pul Cavabdeh1 alınıb İddiaçı ödənilməsi qət edilmişdir.

42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2008ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

43. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 2(125)-1407/2024 saylı, xx.xx.2024-cü il tarixli dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin 2(125)-1407/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1407/2024 saylı, xx.xx.2024-cü il tarixli dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar