Məhkəmə qərarları › İş №2(104)-1698/2024

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1698/2024

06.08.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1698/2024 06.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-383/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasınd baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh2nə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Hərrac Mərkəzi "xxxx" MMC ilə "xxxx" ASC arasında bağlanmış 81/03 nömrəli hərracın yekunlarına dair protokolların və eyni tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, digər Cavabdeh1nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-383/2024 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-383/2024 nömrəli qərardadına əsasən apellyasiya şikayəti qanunla müəyyən edilmiş vaxtda verilmədiyinə görə apellyasiya şikayəti və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. İddiaçı Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-383/2024 nömrəli qətnaməsindən yenidən apellyasiya şikayəti verməklə, eyni zamanda prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı olaraq cavabdehlər "xxxx" MMC-yə ,Cavabdeh1nə,”Unibank KB” Açıq Səhmdar Cəmiyyətinə və Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Hərrac Mərkəzi MMC ilə Unibank KB ASC arasında bağlanmış 81/03 nömrəli hərracın yekunlarına dair protokolların ve eyni tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsinə, digər Cavabdeh1nə münasibətdə cavabdehin apardığı icra hərəkətlərinin qanunsuz hesab edilməsinə dair qətnamə çıxarılması üçün məhkəməyə müraciət etmişdir. Lakin Gəncə Şəhər Məhkəməsinin 2(125)-383/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Lakin Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2 (125)-383/2024 saylı qərardadı ilə sənədləri geri qaytarılmışdır. Həmin qəradaddan apellyasiya şikayəti verilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 1243/2024saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə müddətin bərpası ilə bağlı əsaslar göstərilərək qərar qəbul edilmişdir. Qətnaməni o, xx.xx.2024-cü il tarixdə almışdır, bu apellyasiya məhkəməsinin qərardadında göstərilmişdir. Qətnamədən apellyasiya şikayətinin verilməsi üçün son tarix 20 mart 2024-cü il tarix olmuşdur. Həmin tarix də qeyri-iş gününə düşdüyündən o, iş günü, yəni xx.xx.2024-cü il tarixində şikayət verilməsi haqqında vəkilinə müraciət etmiş və həmin tarixdə də, yəni xx.xx.2024-cü il tarixində həmin qətnamədən apellyasiya şikayəti verilmişdir. Şikayət vermə müddəti qeyriiş günlərinə düşdükdə növbəti birinci iş günü şikayət vermək üçün gün sayılır. Bu baxımdan da müddəti üzrlü səbəbdən ötürmüşdür. Bunun üçün də ötürülmüş prosessual müddəti bərpa edib qətnamədən verdiyi apellyasiya şikayətinin qəbul edilməsinə dair qərar verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-383/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir.. Gəncə Şəhər Məhkəməsinin 2(125)-383/2024 nömrəli, xx.xx.2024-ci il tarixli qərardadından narazı qalan cavabdeh şikayət verərək, şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin gəldiyi nəticə əsаssızdır.1-ci hаl оndаn ibаrətdir ki, apеllyаsiyа şikаyəti vеrmək hüququ iddiаçıyа məхsusdur və оnun irаdə ifаdəsindən аsılıdır. Hаzırdа şikаyət оlunаn qətnаmənin nəticə hissəsindədə göstərilir ki, tərəflər qətnаməni rəsmi аldıqdаn sоnrа 1 аy müddətinə qətnаmədən аpеllyаsiyа şikаyəti vеrə bilər. İddiaçı tərəfindən iddiаçının zоrlа apеllyаsiyа şikаyəti vеrməsinə məcbur еdilməsi qаnunvеricilikdə nəzərdə tutulmаmışdır. Həmçinin qеyd оlunаn qətnаmənin rəsmi оlаrаq iddiаçıyа vеrildikdən sоnrа оlаn prоsеssuаl müddət ахımı Nоvruz bаyrаmınа qеyri-iş günlərini əhаtə еdir və bu bахımdаn iddiаçının qеyri iş günü bitən kimi dərhаl оnun tаpşırığı ilə qətnаmədən apеllyаsiyа şikаyəti vеrilmişdir. Bu bахımdаn məhkəmə tərəfindən Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəllənin 130 və 133-cü mаddələri 1-ci instаnsiyа məhkəməsi tərəfindən düzgün tətbiq еdilməmişdir. Hаzırdа qеyd оlunаn şikаyət vеrilən qərаrdаdın nəticə hissəsində də, göstərilir ki, tərəflər qərаrdаdı rəsmi аldıqdаn 10 gün sоnrа qərаrdаddаn şikаyət vеrə bilər. İş üzrə isə tərəf nümаyəndə dеyil iddiаçı və cаvаbdеh hеsаb еdilir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-383/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə şikаyət təmin edilməmiş və şikayətə baxılması üçün iş Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya icraatı zamanı "xxxx" KB ASC etiraz ünvanlayaraq, etirazı onunla əsaslandırmışdır ki, şikayət qanunvericiliklə müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. İddiaçının elektron kabineti olmadığından birinci instansiya məhkəməsi haqlı olaraq qətnaməni iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirmişdir. İddiaçı müddət ötürülməklə apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-383/2024 nömrəli qətnaməsi İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məxsus elektron kabinetə xx.xx.2024-cü ildə yerləşdirilməsinə baxmayaraq, apellyasiya şikayəti nümayəndə tərəfindən müəyyən olunmuş müddət keçdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx.xx.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi qətnamənin surəti xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsinin elektron kabinetinə yerləşdirilmiş, apellyasiya şikayəti verilməsi müddəti 14 mart 2024-cü il tarixdə başa çatmaqla Novruz bayramı günlərinə təsadüf etməmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddiaçını məhkəmədə təmsil etmiş onun adından bütün prosessual hərəkətləri o cümlədən qətnamədən apellyasiya şikayəti vermişdir, bunun üçün iddiaçı tərəfindən verilmiş etibanamədə həmin səlahiyyətlər mövcuddur. Məhz qətnamədən apellyasiya şikayətini də iddiaçının nümayəndəsi öz adından vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin göstərdiyi dəlillər yəni qətnamədən apellyasiya şikayətinin verilməsi üçün son tarixin 20 mart 2024-cü il tarix olması, həmin tarixin qeyri-iş gününə düşdüyü üçün iş günü, yəni xx.xx.2024-cü il tarixində şikayət verilməsi haqqında vəkilinə müraciət etməsinə dair dəlillər prosessual müddətin üzürlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin 2(125)-383/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardadından İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-383/2024 saylı, xx.xx.2024-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar