Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1722/2024 01.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Tovuz Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı “mirasın qəbul edilməsi üçün müddətin uzadılması, vərəsəlik hüququnun tanınması, şəhadətnamənin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayətini yoxlayaraq, MÜƏYYƏNETDİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Tovuz Regional “ASAN Xidmət” Mərkəzi notariat ofisinə qarşı miras kütləsinə daxil olan və mərhum ataları X1 miras qalan, Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gədəbəy şəhərində yerləşən 0.12 ha torpaq sahəsinin və AR DƏDRX 11 saylı Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışa əsasən Gədəbəy şəhəri,İbrahim Mirzəyev küçəsi,ev 18 ünvanında yerləşən 0,25 ha torpaq sahəsində olan fərdi yaşayış evinin 1/3 hissəsinin onlar tərəfindən qəbul edilməsi müddətinin uzadılması, onların vərəsəlik hüququnun tanınması, həmin mülkə dair Tovuz Regional “Asan Xidmət” Mərkəzinin notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququna dair xx.xx.2022-ci il tarixli, 2V-510 nömrə ilə qeydə alınmış qanun üzrə vərəsəlik hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi tələbləri barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 qətnaməsi ilə (hakim Fizuli Mirzəquliyev) iddia tələblərinin təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 qətnaməsindən narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil1 apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(042)-288/2024 saylı qətnaməsi tamamilə ləğv edilməsini və iddia tələblərinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, apellyasiya şikayəti iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil1 tərəfindən imzalansa da, apellyasiya şikayətinə vəkilin apellyasiya instansiyasında çıxış etmək üçün orderi əlavə edilməmişdir. Belə ki, apellyasiya şikayətinə əlavə edilən vəkil orderi apellyasiya instansiyası üçün deyil birinci instansiya məhkəməsi üçün verilməsi müəyyən edilmişdir. Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən isə apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Birinci instansiya məhkəməsi isə apellyasiya şikayətinin 361-ci maddənin tələbinə uyğun verilməsini yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir ki, bununla da işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsaslar olmamışdır. Buna görə də, Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 366.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361, 363 və 366-cü maddəslərini rəhbər tutaraq, QƏRARAALDİ: Gədəbəy Rayon Məhkəməsinin 29 may 2024-cü il tarixli, 2(042)-288/2024 qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 nümayəndəsi Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması üçün Gədəbəy Rayon Məhkəməsinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə təqdim edilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(104)-1722/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1722/2024
01.08.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver