Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1727/2023 03.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(013)-663/2009 saylı qərardadından borclular Borclu3 və X29 tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyənetdi: Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2009-cu il tarixli, 2-663/2009 nömrəli məhkəmə əmrinə əsasən, Ağdam rayon Dörd yol, Mamırlı ərazisində yaşayan Borclu1, Ağdam, rayon Dörd yol qəsəbəsində yaşayan Borclu2, Ağdam rayon Dörd yol qəsəbəsində yaşayan X3, Tərtər rayon İsmayılbəyli yol ayrıcında yaşayan X8, Ağdam rayon Dörd yol qəsəbəsində yaşayan X23, Tərtər rayon Evoğlu kəndində yaşayan X15, Tərtər rayon Evoğlu kəndində yaşayan X9, Ağdam rayon Dörd yol qəsəbəsində yaşayan Borclu3, Tərtər rayon İsmayılbəyli kəndində yaşayan X11, Tərtər rayon İsmayılbəyli kəndində yaşayan X7, Tərtər rayon İsmayılbəyli yol ayrıcında yaşayan X10, Tərtər rayonu İsmayılbəyli kənd yol ayrıcında yaşayan Qafarova İfadə Vəkil qızından, Ağdam rayon Dörd yol 2 qəsəbəsində yaşayan X4, Tərtər rayon kəndində yaşayan X5, Ağdam rayon Dörd yol 2 qəsəbəsində yaşayan X12, Ağdam rayon Quzanlı Daş ev qəsəbəsində yaşayan X6, Quzanlı Daş ev qəsəbəsində yaşayan X2, Ağdam rayon Dörd yol 2 qəsəbəsində yaşayan X16, Tərtər rayon İsmayılbəylı yol ayrıcında yaşayan X17 və Tərtər rayon İsmayılbəyli yol ayrıcında yaşayan X13 müştərək qaydada 8129,98 manat asas kredit borcu, 2026.71 manat faiz borcu və 20 məbləğində ödənilmiş dövlət rüsumu cəmi 10158.69 manat alınaraq "xxxx" İKB ASC-nin Bərdə filialının xeyrinə tutulması və "xxxx" İKB ASC-nin borclular- Borclu1, Borclu2, X18, X25, X40, X33, X26, Borclu3, X30, X24, X27, Qafarova İfadə Vəkil qızı, X19, X20, X29, X21, X14, X34 və X1 Sərvər Osman oğlu ilə xx.xx.2008-ci il tarixli, 121332№-li kredit müqaviləsinin ləğv edilməsi əmr edilmişdir. Borclular Borclu3 və X29 qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2009-cu il tarixli, 2-663/2009 saylı qərardadının ləğv olunmasını və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(013)-663/2009 saylı qərardadı ilə (hakim Rafiq Məmmədov), ərizənin təmin edilməməsi, Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2009-cu il tarixli, 2-663/2009 saylı əmrindən borclular Borclu3 və X29 tərəfindən verilmiş etiraz müəyyən edilmiş müddət keçdikdən sonra verildiyinə görə baxılmadan geri qaytarılması qərara alınmışdır. Daha sonra borclular qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermiş, qərardadın ləğv olunmasını və əks təqdirdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassızdır. Belə ki, o məhkəmə aktını qəbul etməmişdir. Məhkəmə əmrinin mövcud olmasından 2023-cü ilin aprel ayı üçün əmək haqqısından tutulan zaman bilmiş və dərhal da məhkəməyə etiraz etmişdir. Ağdam Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli, 2(013)-663/2009 saylı qərardadı ilə, şikayət təmin edilməmiş və Azərbaycan Respublikası MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Ağdam Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(013)-663/2009 saylı qərardadı və onun əsasında çıxarılmış 02 iyun 2023-cü il tarixli, 2(013)-663/2009 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 268.1-ci maddəsinə əsasən, məhkəmə qərardadı tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Bu normadan göründüyü kimi, şikayət vermə müddətinin əvvəli qərardadın rəsmi qaydada verildiyi gündən sonrakı gün başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qərardaddan şikayət vermə müddətinin axımı qərardadın surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qərardadın rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı Azərbaycan Respublikasının MPMin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. Azərbaycan Respublikasının MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi, qanunvericilik rəsmi sənədlərin verilməsinin iki qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma və təqdim olunmaqla verilmə qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materiallarından görünür ki, məhkəmənin qərardadı poçt vasitəsi ilə borclular Borclu3 və X22 qeydiyyata olduqları ünvana göndərilmişdir. Bundan əlavə Ağdam Rayon Məhkəməsinin 19 oktyabr 2009-cu il tarixli, 2-663/2009 nömrəli məhkəmə əmri icraya yönəldilmiş və xx.xx.2009-cu il tarixdə Ağdam rayon İcra Şöbəsi tərəfindən icraata qəbul edilmişdir. Belə ki, keçən müddət ərzində məhkəmə əmri üzrə icra tədbirləri görülmüş və borclular 14 il ərzində məhkəmə əmrinə etiraz etməmişlər. Borcluların həmin müddət ərzində məhkəmə əmrindən məlumatlarının olmamasını kollegiya ağalabatan və əsaslı hesab etmir. Göründüyü kimi, borclular tərəfindən əmrə etiraz 10 gündən artıq müddət ötürülməklə verilmiş və müddətin bərpası barədə ərizə təqdim edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətini müddətin ötməsi əsası ilə geri qaytarmaqda haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikasının MPM-in 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Azərbaycan Respublikasının MPM-in 366.2-cı maddəsində deyilir ki, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illuziyasını yaradan vəziyyət, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsi ilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığna xələl gətirər. Belə vəziyyət cəmiyyətin ədalət mühakiməsinə olan inamını azaldar. Şikayət hüququ Avropa Konvensiyasının 6-cı maddəsinin prizması baxımından da mütləq hüquq hesab edilmir. Belə ki, Konvensiya mülki icraat çərçivəsində ümumiyyətlə apellyasiya hüququnu nəzərdə tutmamışdır. Avropa Məhkəməsi formalaşdırdığı presedent hüququ ilə apellyasiya icraatının 6-cı maddədəki təminatlar baxımından qiymətləndirilməsinin mümkünlüyünü daxili qanunvericilikdə apellyasiya hüququnun nəzərdə tutulduğu halla şərtləndirmişdir (Delkur Belçikaya qarşı iş üzrə qərarı). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə Ağdam Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(013)-663/2009 saylı qərardadı və onun əsasında çıxarılmış 02 iyun 2023-cü il tarixli, 2(013)-663/2009 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad çıxartmaq səlahiyyətinə malikdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də, hazırki iş üzrə çıxarılan qərardadlardan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPMin 133, 263, 264, 397, 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, Qəraraaldı: Şikayət təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli, 2(013)-663/2009 saylı qərardadı və onun əsasında çıxarılmış 02 iyun 2023-cü il tarixli, 2(013)-663/2009 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1727/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1727/2023
03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver