Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1728/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1153/2023 saylı mülki iş üzrə 14 mart 2023-cü il tarixli qərardadından iddiaçı “Finca Azerbaijan” MM QBKT-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Finca Azerbaijan” MM QBKT cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1153/2023 saylı mülki iş üzrə 14 mart 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin nümayəndəsi qeyd olunan qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, nə qanunla, nə də müqavilə ilə mübahisənin məhkəməyəqədər həlli qaydası nəzərdə tutulmamışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1153/2023 saylı mülki iş üzrə 02 iyun 2023-cü il tarixli qərardadı ilə iddiaçı “Finca Azerbaijan” MM QBKT-nin nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb, eləcə də şikayətin dəlillərini müzakirə edərək, hesab edir ki, şikayət qismən təmin edilməli və Şəmkir Rayon Məhkəməsinin 2(076)-1153/2023 saylı mülki iş üzrə 14 mart 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 02 iyun 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytararkən qeyd etmişdir ki, iddia ərizəsinə cavabdehlə mübahisənin məhkəməyəqədər nizama salınmasına riayət edilməsinə dair xəbərdarlıq əlavə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 4.3.-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Göründüyü kimi, MPM-in 4.3-cü maddəsinin tələblərinə görə, fiziki şəxsə verilmiş və vaxtında qaytarılmayan kredit borcunun məhkəmə qaydasında alınması üçün kommersiya məhkəmələrinə aid olmayan mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəməyəqədər nizama salınması (pretenziya) qaydasına riayət edilməsi şərti mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehlə mübahisənin məhkəməyəqədər nizama salınmasına riayət edilməsinə dair xəbərdarlıq edilməməsi əsası ilə məhkəmə iddia ərizəsini geri qaytarmaqda haqlı olmamışdır. Azərbaycan Respublikası MPM-nin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası sadalanan halları, şikayətdə göstərilən dəlilləri araşdıraraq hesab edir ki, şikayət qismən qismən təmin edilməli, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1153/2023 saylı mülki iş üzrə 14 mart 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 02 iyun 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Şəmkir Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu növ qərardadlarından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin nümayəndəsi tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin 2(076)-1153/2023 saylı mülki iş üzrə 14 mart 2023-cü il tarixli qərardadı tam, onunla bağlı 02 iyun 2023-cü il tarixli qərardadı qismən, şikayətin təmin olunmaması hissəsində ləğv edilsin. İddiaçı “Finca Azerbaijan” MM QBKT-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı gündən qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1728/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1728/2023
04.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver