Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-173/2024 19.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1, Cavabdeh2 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Tovuz Regional ASAN xidmət mərkəzində notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi və onun əsasında verilmiş çıxarışın ləğvi, həmçinin mirasın faktiki qəbul edilməsinin müəyyən edilməsi, miras əmlak üzrə vərəsə tanınma və miras əmlakda payın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(023)-697/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2, Tovuz Regional ASAN xidmət mərkəzində notariat ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, Tovuz rayon notariat kontoru tərəfindən verilmiş 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzrə vərəsə tanınma və miras əmlakda payın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qazax Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(023)-697/2023 nömrəli qətnaməsi ilə (hakim Nemət Musayev) İddiaçı Cavabdeh2, Tovuz Regional ASAN xidmət mərkəzində Notariat Ofisi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmış çıxarışın ləğv edilməsi, mirasın faktiki qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlak üzrə vərəsə tanınması, miras əmlakdan payın müəyyən edilməsi tələbinə dair iddiasının təmin edilməməsi; İş üzrə ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyasında icraat zamanı X14 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X10 ilə anası X12 06 aprel 1961-ci il tarixdə 11 saylı akt qeydi ilə nikaha daxil olaraq Qazax rayonu Qazaxbəyli kəndində yaşamışlar. Onların birgə nikahından o, X16, X9, Cavabdeh2, X14 doğulmuşdur. X10 07 mart 1989-cu il tarixdə, anası X12 isə 15 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Valideynlərindən Qazax rayonu Qazaxbəyli kəndindəki 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən yaşayış evi və 0,57 ha kənd təsərüfatı təyinatlı torpaq sahəsi miras qalmışdır. Həmin miras əmlakda hal-hazırda o və ailə üzvləri yaşayır. Bir müddət bundan əvvəl ona məlum olmuşdur ki, bacısı Cavabdeh2 valideynlərindən miras qalmış həmin əmlakı öz adına sənədləşdimişdir. JN-225F nömrəli şəhadətnamə əsasında Qazax rayonu Qazaxbəyli kəndində yerləşən mərhum anası X5 adına 0,19 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi 01 fevral 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi X5 adına qeydiyyata alınmışdır. Qazax rayonu Qazaxbəyli kəndində 0,19 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin 18 mart 2022-ci il tarixli, 2V- 230 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi əsasında 11 aprel 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisində vərəsəlik işi açılan zaman qanun pozuntularına yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası qanunlarına əsasən vərəsəlik işi açan zaman birinci növbədə mərhumun vərəsələrinin dairəsini müəyyən edilməlidir, bundan sonra vərəsələrə düşən paylar müəyyən edilməlidir. Lakin Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisi bunları nəzərə almayıb və bilmədiyi səbəblərdən anasından miras qalmış əmlak Cavabdeh2 adına sənədləşdirilmişdir. Bundan başqa Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisindən sorğu nəticəsində alınmış vərəsəlik işindən görünür ki, Cavabdeh2 notariat ofisinə müraciətində X3 miras qalmış əmlakdan ona çatası hissəyə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. Lakin Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin notariusu Cavabdeh2 tək vərəsə kimi müəyyən edərək anasından miras qalmış əmlaka digər vərəsələri müəyyən etmədən qanun üzrə vərəsəlik şəhadətnaməsi vermişdir. Həmçinin Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisi Azərbaycan Respublikasının Qanunlarının tələblərini pozmuşdur. Belə ki, X12 15 aprel 2013-cü il tarixdə vəfat etmişdir. Lakin Tovuz regional ASAN xidmət mərkəzində notariat ofisinin notaruisu 18 mart 2022-ci il tarixdə vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Uzun müddət keçməsinə, tərəflər arasında mübahisə olmasına baxmayaraq bütün bunlara göz yumulmuşdur. O və bacısı Cavabdeh2 miras əmlakın vərəsələr tərəfindən qəbul edilməsi ilə bağlı Qazax rayon notariat ofisinə müraciət etmişlər və aralarında mübahisə olduğundan notariat ofisi onların məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. İş materaillarında olan: Nikah haqqında arayışdan görünür ki, X20 və X15 xx.xx.1961-ci il tarixdə 11 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada Vidadiyeva soyadı verilmişdir; Ölüm haqqında arayışdan görünür ki, X20 xx.xx.1989-cu il tarixdə ölmüşdür; Ölüm haqqında arayışdan görünür ki, X9 xx.xx.2008-ci il tarixdə ölmüşdür; Ölüm haqqında arayışdan görünür ki, X12 xx.xx.2013-cü il tarixdə ölmüşdür. JN-159 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktından görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 hektar həyətyanı torpaq sahəsi X5 və X4 mülkiyyətinə verilmişdir; 26 noyabr 2008-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində yaşayan X12 ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq, Sumqayıt şəhəri, Yat İ, məh 41- də yaşayan qızı Cavabdeh2 vəsiyyət etmiş, digər vərəsələri vərəsəlikdən məhrum etmişdir. 08 avqust 2006-cı ildə Qazax rayon DNK-da verdiyi 2V-İ89 № ilə təsdiq olunmuş vəsiyyətnaməni ləğv edir; Azərbaycan Respublikasının Dövlət Notariat Arxivinin 17 dekabr 2021-ci il tarixli 05/07-V-23 saylı məktubundan görünür ki, Qazax rayon dövlət notariat ofisində 26 noyabr 2008-ci il tarixdə 2V-İ-181 reyestr nömrəsi ilə təsdiq edilmiş vəsiyyətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi barədə arxivə məlumat daxil olmamışdır; Qazax rayonu İcra Hakimiyyəti Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Qazax RİHB-nin Orta Salahlı kənd icra nümayəndəliyi üzrə 2010-2015-ci illərə aid 02 saylı təsərrüfatbaşı kitabının 104-cü səhifəsində X5 təsərrüfatı – 1922-ci ildə anadan olmuş - xx.xx.2013-cü ildə vəfat etmiş X3 ibarət olmuşdur. Təsərrüfatda cəmi 0,25 ha torpaq sahəsi və 1966-cı ildə tikilmiş ümumi sahəsi 72 kv.m, o cümlədən yaşayış sahəsi 48 kv.m olan ev mövcud olmuşdur; Tovuz Regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli şəhadətnamənin surətindən görünür ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı Cavabdeh2dır və o miras əmlakdan tam hissədə irs almalıdır. Miras əmlak, ƏMDK yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X7 verilmiş **********75-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Qazaxbəyli kəndində mülkiyyətində olan 0,19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76,5 kv.m, yaşayış sahəsi 26,7 kv.m, yardımçı sahəsi 49,8 kv.m 1 otaqlı fərdi yaşayış evindən, əlavə tikililərdən və həmin torpaq sahəsindən, DTXK Tovuz rayon şöbəsi tərəfindən xx.xx.1997 tarixdə X7 verilmiş seriya nömrəsi JN 159, kod 50110028 olan dövlət aktına əsasən Qazax rayonu Qazaxbəyli kəndində yerləşən ümumi sahəsi 0,5732 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində 0,2378 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2022-ci ildə Cavabdeh2 adına qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində 0,1254 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2022-ci ildə Cavabdeh2 adına qeydə alınmışdır; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində 0,21 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət kimi xx.xx.2022-ci ildə Cavabdeh2 adına qeydə alınmışdır; Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, ləğv olunmuş DT və XK-i tərəfindən tərtib edilmiş və Reyestr Xidmətinə verilmiş elektron baza məlumatları əsasında X5 adına Qazax rayonu, Qazaxbəyli kəndində JN-225F nömrəli şəhadətnamə ilə 0.19 ha həyətyanı torpaq sahəsi qeyd edilmişdir. Həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi ilə birgə Orta Salahlı kənd icra nümayəndəsinin 11-21/27 nömrəli xx.xx.2022-ci il tarixli arayışı əsasında mərhum X5 adıa ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır; Tovuz rayon Notariat Kontorunun 18 mart 2022-ci il tarixli 2V-230 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında mərhumun qızı Cavabdeh2 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixində hüquqları dövlət qeydiyyatına alınmışdır. X5 adına hal-hazırda 15 saylı Tovuz Ərazi İdarəsində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Qazax rayonu Qazaxbəyli kəndində 0,19 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 76.50 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci ildə Cavabdeh2 adına qeydə alınmışdır; Tovuz Regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında 18 mart 2022-ci il tarixli 2V-231 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X4 vərəsəsi bacısı Cavabdeh2dır. Şəhadətnamə verilən miras əmlak DTXK Tovuz rayon şöbəsi tərəfindən xx.xx.1997 tarixdə X7 verilmiş seriya nömrəsi JN 159, kod 50110028 olan dövlət aktına əsasən Qazax rayonu Qazaxbəyli kəndində yerləşən ümumi sahəsi 0,5732 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, mərhum anası X12 15 aprel 2013cü il tarixdə, X10 isə 07 mart 1989-cu il tarixdə ölmüşdür. Cavabdeh isə 18 mart 2022-ci il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdır. O isə həmin şəhadətnamənin ləğvini istəsə də, məhkəmə buna düzgü hüquqi qiymət verməmişdir. Bundan başqa mülki qanunvericiliyə görə ölənin uşağı olaraq o, birinci növbəli vərəsə sayılır. Lakin yenə də məhkəmə həmin halı qiymətləndirməmişdir. Həmçinin Tovuz regional “ASAN xidmət” mərkəzi vərəsəlik işi açarkən ötürülmüş müddəti nəzərə almamış, vərəsələrin dairəsini müəyyən etməmişdir. Birinci instansiya məhkəməsi isə həmin nöqsanlara göz yumaraq qanunsuz qətnamə çıxartmışdır. Qətnamədə göstərilən və iş materiallarına əlavə edilən Qazax rayon İcra Hakimiyyəti Dövlət Arxivinin və Qazax RİHBnin Orta Salahıl kənd icra nümayəndəliyi tərəfindən verilən arayışlar məhz 2010-2015-ci illərə aid təsərüfat başına kitabda X12 tək göstərilsə də, onun övladları barədə heç bir məlumat qeyd edilməmişdir. Apellyasiya şikayətinə cavabdehin etirazı: Cavabdeh2 apellyasiya şikayətinə etirazını onunla əsaslandırmışdır ki, İddiaçı miras əmlakı nə faktiki, nə də ki notariat qaydada ərizə verməklə qəbul etməmişdir. Miras əmlakı mirasın qanunla müəyyən edilmiş qəbul müddətindən bu günədək o idarə etmiş, habelə zəruri xərclərini çəkmişdir. İddiaçı isə daimi olaraq Şəmkir rayonu Kür qəsəbəsində yaşamışdır. İddiaçının miras əmlakla ümumiyyətlə əlaqəsi olmamışdır. İddiaçı hətta nə iddia ərizəsində, nə də ki, apellyasiya şikayətində mirası qəbul etməsi ilə bağlı heç bir hal göstərməmişdir. Həmçinin iddiaçı yalandan yaşayış yerini Qazax rayonu Qazaxbəyli kəndi göstərmişdir. Bununla bağlı kənd icra nümayəndəliyindən arayış alaraq iş materiallarına əlavə etmişdir. İddiaçı heç mərhum anasının ölüm tarixini belə bilmir, çünki vəfat etdiyi günə qədər mərhum anası onun yanında yaşayıb və anasına o baxmışdır. Belə ki, mərhum anası Xəlifə Vidadiyeva 15 aprel 2013-cü il tarixdə Qazax rayonu Qazaxbəyli kəndində deyil, 12 aprel 2013-cü il tarixdə ürək tutmasından Sumqayıt şəhərindəki 1 saylı xəstəxananın kardioloji şöbəsində onun yanında vəfat etmişdir. Hətta anası vəfat edən gün İddiaçı Bakı şəhərində öz nəvəsinin yanında olmuşdur. Anası vəfat etdikdə təkbaşına anasını Sumqayıt şəhərindən Qazaxa aparmışdır. Mərhum anasının dəfn xərcləri də onun tərəfindən çəkilmişdir. Dəfn mərasimi mərhum anasına məxsus evdə keçirilmişdir. Həmin evin açarları həmişə onda olub və miras əmlakın təsərrüfatı onun tərəfindən idarə edilib. Bundan başqa, İddiaçı dediyi kimi onlar beş yox, altı bacı olmuşlar. Belə ki, onların X13 adında bir bacıları da olmuşdur. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya onunla birlikdə notariat ofisinə müraciət edərək vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb etmişdir. Halbuki, anası vəfat edəndən sonra bacılarının heç biri mərhum anasından miras qalmış əmlakın qəbulu üçün notariat ofisinə müraciət etməmişlər. Apellyasiya məhkəməsinə şikayət ərizəsində də İddiaçı ünvanını göstərməmişdir. Çünki uzun illərdir ki, iddiaçı Şəmkir rayonu Kür qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: 13 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin suallarına cavab olaraq iddiaçı bildirmişdir ki, X10 ilə anası X5 birgə nikahlarından 6 nəfər uşaqları dünyaya gəlmişdir. O, bacıları Xanım Vidadiyeva, Ziyadə Vidadiyeva, Dekabrina Vidadiyeva, Cavabdeh2, Məhbubə Vidadiyeva. X11 2023-cü ildə, Xanım Vidadiyeva 2013-cü ilin avqust ayında və Dekabrina Vidadiyeva isə 2008-ci ildə vəfat etmişdir. Mərhum bacısı Dekabrina ailə qurmamışdır. Digər mərhum bacısı Xanımın üç övladı, Məhbubənin isə 2 övladı vardır. mərhum bacısı Xanımın uşaqları Qazax rayonunda yaşayır, Məhbubənin övladları isə Rusiya Federasiyasında yaşayırlar. 13 fevral 2024-cü il tarixdə keçirilmiş məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul eməyərək izahatında bildirmişdir ki, mərhum anası X12 miras əmlakını ona vəsiyyət etmişdir və eyni zamanda həmin vəsiyyətnamə ilə digər vərəsələrini miras əmlakdan məhrum etmişdir. Bu miras qoyanın iradə ifadəsidir. Atası 35 il bundan əvvəl, anası isə 10 il bundan əvvəl ölmüşdür. Mərhum anası Xəlifə Vidadiyevaya o və bacısı Dekabrina baxmışdır. Anası Sumqayıt şəhərində onun evində dünyasını dəyişmişdir. İddiaçı Cavabdeh2 anasının sağlığında sonuncu ilə nə maraqlanmamış, nə də ki, qayğısına qalmamışdır. Əslində iddiaçı Cavabdeh2 ləyaqətsiz vərəsədir. Bu səbəbə görə də iddiaçıya miras əmlakdan pay verilməməlidir. Çünki o gedib öz həyatını yaşayıb. Nə miras əmlakla, nə miras qoyanın sağlığında sonuncu ilə maraqlanmamışdır. Sədrlik edənin sualına cavab olaraq cavabdeh Kifayət X21yevanın 2023-cü ildə, Xanım Vidadiyevanın 2013-cü ilin avqust ayında və Dekabrina Vidadiyeva isə 2008-ci ildə vəfat etməsini bildirmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahata əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil1 apellyasiya şikayətini müdafiə edərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etmədiyini, apellyasiya şikayətinə verdiyi etirazını müdafiə etdiyini və əvvəlki məhkəmə iclasında verdiyi izahatına əlavəsi olmadığını bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil2 apellyasiya şikayətini qəbul etmədiyini bildirərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazıkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər Tovuz Regional ASAN xidmət mərkəzində notariat ofisinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 15 saylı Tovuz Ərazi İdarəsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırıldıqda müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, X20 ilə X12 06 aprel 1961-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşlar, onların birgə nikahlarından İddiaçı, X16, X9, Cavabdeh2, X14 və X13 adlı uşaqları doğulmuşdur. X20 07 mart 1989-cu il tarixdə ölmüşdür. JN-159 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi X12 və X4 mülkiyyətinə verilmişdir. Bundan əlavə, Qazax rayonu Qazaxbəyli kəndindəki 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi X5 mülkiyyətində olmuşdur. X12 26 noyabr 2008-ci il tarixli vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq qızı Cavabdeh2 vəsiyyət etmiş, digər vərəsələri vərəsəlikdən məhrum etmişdir. X12 15 aprel 2013-cü il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri uşaqları - İddiaçı, X16, Cavabdeh2, X14 və X13 olmuşdur. Adları qeyd olunan vərəsələr miras qoyan X3 qalmış mirasın qəbulundan imtina etməmişlər. Miras qoyan X3 miras qalan əmlak Qazax rayonu Qazaxbəyli kəndindəki 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi və JN-159 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət olmuşdur. Vərəsə Cavabdeh2 notariat ofisinə müraciət edərək miras qoyan X3 miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, Tovuz Regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli şəhadətnamə ilə xx.xx.2013-cü il tarixdə vəfat etmiş X5 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 1 ünvanında qeydiyyatda olan qızı Cavabdeh2 olması müəyyən edilmiş və sonuncuya miras əmlakdan tam hissədə pay verilmişdir. Şəhadətnamə ilə miras verilən əmlak ƏMDK yanında DƏDRX-nin Tovuz Ərazi İdarəsi tərəfindən xx.xx.2022 tarixdə X7 verilmiş **********75-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Qazax rayonu Qazaxbəyli kəndində mülkiyyətində olan 0,19 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 76,5 kv.m, yaşayış sahəsi 26,7 kv.m, yardımçı sahəsi 49,8 kv.m 1 otaqlı fərdi yaşayış evindən, əlavə tikililərdən və həmin torpaq sahəsindən və DTXK Tovuz rayon şöbəsi tərəfindən xx.xx.1997 tarixdə X7 verilmiş seriya nömrəsi JN 159, kod 50110028 olan dövlət aktına əsasən Qazax rayonu Qazaxbəyli kəndində yerləşən ümumi sahəsi 0,5732 ha olan torpaq sahəsinin mərhuma məxsus hissəsi olmuşdur. Bundan başqa, müəyyən olunur ki, mərhum X1 vəsiyyətnamə vermiş və vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq bacısı Cavabdeh2 vəsiyyət etmişdir. Bundan sonra Cavabdeh2 adına qanun üzrə vərəsəlik hüququ haqqında 18 mart 2022-ci il tarixli 2V-231 reyestr nömrəli şəhadətnamə verilmişdir və şəhadətnamə əsasında verilən miras əmlak DTXK Tovuz rayon şöbəsi tərəfindən xx.xx.1997 tarixdə X7 verilmiş seriya nömrəsi JN 159, kod 50110028 olan dövlət aktına əsasən Qazax rayonu Qazaxbəyli kəndində yerləşən ümumi sahəsi 0,5732 ha olan torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, miras qiyanın birinci növbəli vərəsələrindən X16 və X13 miras açıldıqdan sonra ölmüşlər. Bu hal tərəflərin izahatı ilə təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən olunmuş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsində deyilir ki, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyanın ölməsi ilə mübahisəli hüquq münasibətləri həmin vaxtdan yarandığından mübahisəyə 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2. maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə görə, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1194-cü maddəsinə əsasən, məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. Həmin Məcəllənin 1195-ci maddəsinə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir. Həmin Məcəllənin 1201-ci maddəsinə əsasən, əgər məcburi pay almaq hüququ olan şəxsə onun qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az əmlak vəsiyyət edilmişdirsə, o, vəsiyyət üzrə aldığı payın qanun üzrə vərəsəlik zamanı ala biləcəyi payın yarısından az olduğu hissəni tələb edə bilər. Həmin Məcəllənin 1256-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir Qeyd edilməlidir ki, vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikas Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. X19 Məhkəməsi Plenumunun hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. İşin mübahisəsiz halları həmçinin ondan ibarətdir ki, miras qoyan X2 Qazax Rayon Notariat Kontorunda 26 noyabr 2008-ci il tarixdə təsdiq edilmiş vəsiyyətnamə ilə ölən günədək ona məxsus olan bütün əmlakını, onun harada olmasından və nədən ibarət olmasından asılı olmayaraq qızı Cavabdeh2 vəsiyyət etmişdir. Miras qoyan X12 15 aprel 2013-cü il tarixdə ölmüşdür və onun ölümündən sonra qanun üzrə birinci növbəli vərəsələri uşaqları - İddiaçı, X16, Cavabdeh2, X14 və X13 olmuşdur. Adları qeyd olunan vərəsələr miras qoyan X3 qalmış mirasın qəbulundan imtina etməmişlər. Miras qoyan X3 miras qalan əmlak Qazax rayonu Qazaxbəyli kəndindəki 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi və JN-159 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin ½ hissəsindən ibarət olmuşdur. Miras qoyanın ölümündən sonra vəsiyyətnamə əsasında Cavabdeh2 adına Tovuz Regional ASAN xidmət mərkəzindəki notariat ofisi tərəfindən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında Cavabdeh2 miras qoyan X3 miras qalmış əmlakdan tam olaraq irs almışdır. Göründüyü kimi Cavabdeh2 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli şəhadətnamə əsasında həm vəsiyyətnamə üzrə vərəsə kimi anası Xəlifə Vidadiyevadan miras qalmış əmlaklardan tam olaraq pay almışdır. Bununla yanaşı müəyyən edilir ki, miras qoyanın qanun üzrə digər vərəsələri də olmaqla həmin vərəsələrin miras əmlaka məcburi pay hüquqları vardır. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Qeyd olunmalıdır ki, mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi yükü (əhəmiyyəti) olan vərəsəlik hüququnun ənənəvi hissəsidir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (yəni məcburi vərəsələrinə) münasibətdə sosial təminat rolunu oynayır. Vəsiyyət azadlığını məhdudlaşdıran hal kimi çıxış edən mirasda məcburi pay hüququ ailə maraqlarının qorunmasına xidmət edir. Bu hüquq məcburi pay almağa səlahiyyəti olan şəxsin mirasda minimal iştirakını təmin edir. Hətta vəsiyyət edən MM-nin 1176-cı maddəsinə əsaslanmaqla qanun üzrə vərəsələrdən birini və ya bir neçəsini vəsiyyətnamə ilə mirasdan məhrum etdiyi halda belə, konstitusion əhəmiyyətli dəyərlərdən irəli gəldiyi üçün vəsiyyət edənin birinci növbə vərəsələrinin mirasda minimal iştirakı məhz məcburi pay hüququ ilə təmin edilir. İş materiallarından aydın olur ki, mərhum Xəlifə Vidadiyevadan qalmış miras əmlakları barədə Cavabdeh2 adına yuxarıda qeyd edilən vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən mərhumun (miras qoyanın) qanun üzrə digər vərəsəsələrinin olması notariusdan gizlədilmiş, notarius isə vərəsələrin dairəsini yoxlamaması nəticəsində həmin vərəsələri nəzərə almadan sadəcə Cavabdeh2 adına vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Tovuz Regional ASAN xidmət mərkəzindəki notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməli və miras əmlak üzərində həm vəsiyyətnamə üzrə vərəsə (həmçinin qanun üzrə vərəsə) Cavabdeh2, həm də miras qoyanın məcburi pay hüququna malik olan digər qanun üzrə vərəsələrinin payı müəyyən edilməlidir. Məhkəmə kollegiyası miras qoyan X5 miras kütləsinin həcmini və vərəsələrinin sayını, həmçinin Cavabdeh2 vəsiyyətnamə üzrə vərəsə olmasını nəzərə alaraq qeyd edir ki, miras əmlak olan Qazax rayonu Qazaxbəyli kəndindəki 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi, eləcə də JN-159 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə qanun üzrə, o cümlədən vəsiyyətnamə üzrə vərəsə Cavabdeh2 6/10 hissədə, digər birinci növbəli vərəsələr İddiaçı, X16, X14 və X8 hər birinin 1/10 hissədə vərəsəlik payları müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin miras kütləsinə daxil olan Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinin miras qoyanın qızı X6 məxsus olmasını, sonuncunun sağlığında vəsiyyətnamə ilə həmin əmlakı bacısı Cavabdeh2 vəsiyyət etməsini və vəsiyyətnamə əsasında sonuncunun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə həmin torpaq sahəsinin ½ hissəsinin Cavabdeh2 keçməsini nəzərə alaraq qeyd edir ki, Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı, X16, X14 və X8 hər birinin ümumi əmlakdakı payı 1/20 hissədə, digər vərəsə Cavabdeh2 əmlakdakı ümumi payı isə 16/20 hissədə müəyyən edilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, işin hallarından göründüyü kimi miras qoyan X5 birinci növbəli vərəsələri olan X16 və X13 miras qoyan Xəlifə Vidadiyevanın mirasını qəbul etsələr də, lakin onlar hazırda vəfat etmişlər. Həmçinin tərəflərin izahatları ilə müəyyən olunmuşdur ki, miras qoyanın birinci növbəli vərəsələri olan X16 və X8 da uşaqları, yəni birinci növbəli vərəsələri vardır. Məhkəmə kollegiyası hesab edir ki, miras qoyan X5 birinci növbəli vərəsələri olan X16 və X8 vərəsələrinin müəyyən edilməsi üçün iş üzrə icraatın dayandırılmasına hüquqi əsaslar müəyyən edilmir. Həm də, onun birinci növbə vərəsələrinin sayının və yaşayış ünvanlarının hazırda müəyyən edilməsi mümkün olmadığından, onların adına miras əmlakdan qanuna müvafiq olaraq payların müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Kollegiya qeyd edir ki, bu hal gələcəkdə həmin şəxslərin vərəsələrinin dairəsinin müəyyən edilməsi və həmin şəxslərin vərəsəlik hüquqlarını həyata keçirmələrini asanlaşdırmaq məqsədi daşıyır. Beləliklə, işin yuxarıda qeyd olunan hallarına məcmu halda hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Tovuz Regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli şəhadətnamə etibarsız hesab edilməli və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış ləğv edilməli, miras qoyan X3 miras qalmış Qazax rayonu Qazaxbəyli kəndindəki 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi və JN-159 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə Cavabdeh2 6/10 hissədə, İddiaçı və miras qoyanın digər birinci növbəli vərəsələri X16, X14 və X8 hər birinin 1/10 hissədə payları müəyyən edilməli, Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı və miras qoyanın digər birinci növbəli vərəsələri X16, X14 və X8 hər birinin ümumi əmlakdakı payı 1/20 hissədə, Cavabdeh2 əmlakdakı ümumi payı isə 16/20 hissədə müəyyən edilməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, müəyyən edlmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri düzgün nəticəyə gəlməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv olunmalı və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.4-cü maddəsinə görə, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qazax Rayon Məhkəməsinin 15 avqust 2023-cü il tarixli 2(023)-697/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Tovuz Regional ASAN xidmət mərkəzində notariat ofisi tərəfindən Cavabdeh2 adına verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında 18 mart 2022-ci il tarixli, 2V-230 reyestr nömrəli şəhadətnamə etibarsız hesab edilsin və həmin şəhadətnamə əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən Cavabdeh2 adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarış ləğv edilsin. Miras qoyan X3 miras qalmış Qazax rayonu Qazaxbəyli kəndindəki 0,19 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 76,50 kv.m olan fərdi yaşayış evi və JN- 159 KOD 50110028 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsinin ½ hissəsinə Cavabdeh2 6/10 hissədə, İddiaçı və miras qoyanın digər birinci növbəli vərəsələri X16, X14 və X8 hər birinin 1/10 hissədə payları müəyyən edilsin. Qazax rayonu Qazaxbəyli kəndində yerləşən 0,57 ha həyətyanı torpaq sahəsi üzərində İddiaçı və miras qoyanın digər birinci növbəli vərəsələri X16, X14 və X8 hər birinin ümumi əmlakdakı payı 1/20 hissədə, Cavabdeh2 əmlakdakı ümumi payı isə 16/20 hissədə müəyyən edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-173/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-173/2024
19.03.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver