Məhkəmə qərarları › İş №2(104)-1734/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1734/2023

15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1734/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı (bundan sonra MMC) Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1094/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 15 noyabr 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AD № 988719 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2020-ci il buraxılışlı “KHAZAR SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320039 ban nömrəli, BOZ rəngli SEDAN tipli avtomobil İddiaçı MMC-nə məxsusdur.

2. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2021-ci il tarixli, MAS- 3175 saylı “Daxili lizinq müqaviləsi”nin surətindən görünür ki, Cavabdeh sifarişi ilə 2020-ci il buraxılışlı “KHAZAR SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320039 ban nömrəli, boz rəngli avtomobil 16700 manat məbləğinə ”Azərmaş” MMC-nin mülkiyyətinə alınmış və Lizinq Alanın müvəqqəti sahiblik və istifadəsinə verilmişdir.

3. 16 yanvar 2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, lizinq obyekti olan nəqliyyat vasitəsi Satıcı tərəfindən Alıcı AZƏRMAŞ MMC-nin iştirakı ilə Lizinq X2 təhvil verilmişdir.

4. 04 iyun 2021-ci il tarixli MAS-3175 nömrəli “Öhdəliklərin ötürülməsi” müqaviləsinin surətindən müqaviləyə əsasən 16 yanvar 2021-ci il tarixli, MAS-3175 saylı ”Daxili Lizinq” müqaviləsi üzrə X13 bütün öhdəlikləri qəbul etmişdir. görünür ki, Cavabdeh və İddiaçı MMC arasında bağlanmış müqaviləyə əsasən 16 yanvar 2021-ci il tarixli, MAS- 3175 saylı ”Daxili Lizinq” müqaviləsi üzrə X13 bütün öhdəlikləri qəbul etmişdir.

5. 04.06.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X9 2020-ci il buraxılışlı “KHAZAR SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320039 ban nömrəli, boz rəngli avtomobili X10 təhvil vermişdir.

6. 17.08.2021-ci il tarixli “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin surətindən görünür ki, 16 yanvar 2021-ci il tarixli, MAS-3175 saylı ”Daxili Lizinq” müqaviləsi üzrə X11 bütün öhdəlikləri qəbul etmişdir.

7. 17.08.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, X1 Şahin Vidadi oğlundan lizinq müqaviləsinin predmetini təşkil edən avtomobili təhvil almışdır.

8. 20.09.2021-ci il tarixli MAS-3175 saylı “Öhdəliklərin ötürülməsi müqaviləsi”nin surətindən görünür ki, 16 yanvar 2021-ci il tarixli, MAS-3175 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri qəbul etmişdir.

9. 20.09.2021-ci il tarixli təhvil-təslim aktının surətindən görünür ki, Cavabdeh X4 lizinq obyekti olan KHAZAR SD markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin təhvil-təslimini apardı və avtomobil Cavabdeh Şəmsi oğlu tərəfindən təhvil alınmışdır.

10. 17.11.2022-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir.

11. “Avtonəqliyyat vasitəsinin saxlanca qəbulu” barədə xx.xx.2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC-yə məxsus olan “Khazar SD” markalı, **- PT-*** dövlət qeydiyyat nömrəli avtomobilin kredit borcunu ödəyə bilmədiyi üçün təhvil təslim aparılmışdır. Nəqliyyat vasitəsinin əzilmiş hissələri: qabaq sol krlo, qabaq sol qapı, qabaq bufer, qabaq sol təks cırılıb, peredokun sol tərəfindən. Nəqliyyat vasitəsinə aid olan komplektlər: bəzi detalları yararsız vəziyyətdədir, patpres sınıqdır, monitor yoxdur, sol yan güzgü sınıqdır.

12. Tovuz RPŞ-nin DYPB-nin YNH üzrə inspektoru polis baş leytenantı Zaur Məmmədov tərəfindən tərtib edilmiş arayışdan görünür ki, xx.xx.2022-ci il tarixdə 20:32 radələrində Tovuz rayonu H.Aslanov küçəsində “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobilin yol nəqliyyat hadisəsi törətmişdir. (əzilmiş hissələri: avtomobilin qabaq sol qənəd, qabaq bufer, qabaq kopot, qapaq sol qapı və s).

13. Tovuz rayon Yol patrul Xidmətinin inzibati xəta haqqında xx.xx.2022-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 20:32 radələrində “Khazar SD” minik markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə İnzibati Xətalar Məcəlləsinin 332.1, 327.2 və 334.3-cü maddələri ilə inzibati xəta törətmişdir.

14. İddiaçı MMC-nin xx.xx.2023-cü il tarixli, 454 nömrəli arayışdan görünür ki, Cavabdeh 16 yanavar 2021-ci il tarixli, MAS-3175 saylı “Daxili lizinq” müqaviləsi üzrə 02 fevral 2023-cü il tarixə 1314,65 manat əsas borc, 687 manat mükafat borcu, 956,42 manat cərimə borcu olmaqla, cəmi 2958,07 manat borcu vardır.

15. Elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh, “Khazar SD” markalı, **- PT-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə törətdiyi inzibati xətalara görə xx.xx.2022-ci il tarixli, EQ11242213 nömrəli protokola görə 16 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11242218 nömrəli protokola görə 16 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11242209 nömrəli protokola görə 96 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11438657 nömrəli protokola görə 80 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11438658 nömrəli protokola görə 16 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11471559 nömrəli protokola görə 16 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11499534 nömrəli protokola görə 16 manat cərimə, xx.xx.2022-ci il tarixli, İXP4980550 nömrəli protokola görə 1280 manat cərimə olmaqla, cəmi 1.536 manat cərimə hesablanmışdır.

16. Hökümət ödəniş portalından Daxili İşlər Nazirliyi BDYPİ və Bakı Nəqliyyat Agentliyinə ödənilmiş xx.xx.2023 tarixli, ********** nömrəli xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli və xx.xx.2023 tarixli, ********** nömrəli qəbzlərdən görünür ki, törədilmiş inzibati xətalara görə ümumilikdə 1600 manat cərimə ödənilmişdir.

17. İddiaçı MMC servisin qüsur aktından görünür ki, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobilə texniki baxış zamanı zərər dəymiş ehtiyyat hissələrinin ümumi dəyəri 1.875,60 manat, ümumi xidmət haqqının 990 manat, ƏDV 337,61 manat olmaqla, ümumilikdə yekun ödəniləcək məbləğ 3.203,21 manat

18. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6242 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, qüsur aktında (cild i.v 59) qeyd edilən, 2020-ci il buraxılışlı “Khazar” minik markalı, “SD” model, **-PT-*** dövlat qeydiyyat nişanlı avtomobilin təmir bərpa xarci təxminan 2946,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 1956 manat, təmir-bərpa işlərinin qiyməti 990 manat.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

19. İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin geri qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 16 yanvar 2021-ci il tarixli MAS-3175 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2020ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320039 ban nömrəli, boz rəngli avtomobilin mülkiyyətçi İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 16 yanvar 2021-ci il tarixli MAS-3175 saylı “Daxili lizinq müqaviləsi”nə əsasən, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 dekabr 2022-ci il tarixə 1046.14 manat gecikdirilmiş əsas, 557.84 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 156.97 manat dəbbə pulu, cəmi 1760.95 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçı MMC iddia tələbinin dəqiqləşdirilməsi barədə birinci instansiya məhkəməsinə ərizə verərək, İddiaçı MMC ilə bağlanmış 16 yanvar 2021-ci il tarixli, MAS- 3175 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 16 yanvar 2021-ci il tarixli, MAS-3175 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 fevral 2023-cü il tarixə 1314,65 manat gecikdirilmiş əsas, 687 manat gecikdirilmiş mükafat və həmin günə hesblanmış 956,42 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 3203,21 manat dəymiş zərər, 1600 manat ödənilmiş cərimələr, cəmi 7761,28 manat borc və ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

21. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə X9 arasında bağlanmış 16 yanvar 2021-ci il tarixli MAS-3175 saylı "Daxili lizinq müqaviləsi”nə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320039 ban nömrəli, boz rəngli avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19% hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 22488 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 22488 manatın 16700 manatı əsas məbləğ təşkil edir. 04 iyun 2021-ci il tarixdə X9, X13 və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-3175 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X13 bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. 17 avqust 2021-ci il tarixdə X13, X11 və İddiaçı MMC arasında “Öhdəliklərin ötürülməsi” müqaviləsi bağlamış və MAS- 3175 saylı “Daxili Lizinq” müqaviləsi üzrə X11 bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. 20 sentyabr 2021-ci il tarixdə X11, Cavabdeh və İddiaçı MMC arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və MAS-3175 saylı “Daxili Lizinq” müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün Cavabdeh MAS-3175 saylı “Daxili Lizinq” müqaviləsinə əsasən 21 dekabr 2022-ci il tarixə ümumilikdə 1760.95 manat borcu yaranmışdır.

22. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1094/2023 nömrəli qətnaməsi (hakim Fuad Babaşov) ilə iddianın qismən təmin edilməsi, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16 yanvar 2021-ci il tarixli MAS-3175 saylı “Daxili Lizinq” müqaviləsi ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **- PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320039 ban nömrəli, boz rəngli avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-nə geri qaytarılması, Cavabdeh 16 yanvar 2021-ci il tarixli, MAS-3175 saylı “Daxili Lizinq” müqaviləsi üzrə 1046.14 manat əsas, 557.84 manat mükafat, 10 manat cərimə olmaqla, cəmi 1613.98 (min altı yüz on üç manat doxsan səkkiz qəpik) manat məbləğində pul və ödənilmiş 95 (doxsan beş) manat dövlət rüsumu tutulаrаq İddiaçınə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 5 manat hissəsi və 0,40 manat bank xidmət haqqı isə iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

23. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 390.1, 405.1, 421.1, 421.2, 421.3, 423.1, 423.2, 424.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 462.1, 462.2, 467, 747.1, 747.2, 747-1.1, 747-1.2, 747-1.3 və 747-1.4-cü maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119, 216-220, 222.2, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

24. Cavabdeh X7 apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(021)-1094/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, proses dövründə 10 fevral 2023-cü tarixli 453 saylı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə məhkəməyə təqdim edilmiş və ərizəyə lizinq oybektinin qaytarılması ilə bağlı təhvil-təslim aktının surəti, Tovuz Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş arayış və yol-nəqliyyat hadisəsi ilə bağlı cavabdeh barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolun surəti, X20 İdarəsi və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati xəta haqqında tərtib olunmuş prorokollarla bağlı portaldan çıxarışın və həmin protokolların ödənilməsi ilə bağlı qəbzlərin surəti əlavə edilmişdir. Mülki Kollegiyanın nəzərinə çatdırmaq istəyirlər ki, birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəni, əlavə olunmuş sənədləri nəzərə almamış və qətnamədə qeyd olunan sənədlərə münasibət bildirməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

27. İş üzrə İddiaçı MMC-nin nümayəndəsi və Cavabdeh nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Lakin, İddiaçı MMC-nin nümayəndəsi məhkəmə kollegiyasına elekton məhkəmə sistemi vasitəsilə ərizə ünvanlayaraq, mülki işə iştiraklarının olmadan baxılmasını və şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.

34. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

35. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

36. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

37. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

38. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

39. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

41. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.

42. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.

43. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir

44. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

45. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

46. Maddə 748-1.1. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir.

47. Maddə 748-1.2. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir satışmazlıq aşkar edərsəz, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir.

48. Maddə 748-1.5. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.

49. 748-1.12. Lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır: 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə. 748-1.13. Lizinq müqaviləsi iştirakçılarının digər hüquq və vəzifələri Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

50. Maddə 748-7.1. Lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.

51. Maddə 748-7.2. Satıcının müflisləşməsi ilə bağlı riskin məsuliyyətini, əgər lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, satıcını seçən tərəf daşıyır.

52. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

53. Maddə 748-11.1. Lizinq ödənişlərinin ümumi məbləğinə aşağıdakılar daxildir: 748-11.1.1. lizinq obyektinin amortizasiya ödənişləri; 748-11.1.2. lizinq obyektinin əldə edilməsi ilə bağlı zəruri xərclər; 748-11.1.3. lizinq obyektini əldə etmək üçün alınan kreditə görə faiz; 748-11.1.4. lizinq verənin mükafatının məbləği; 748-11.1.5. lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ; 748-11.1.6. lizinq verənin əlavə xidmətlərinin haqqı; 748-11.1.7. lizinq verənin lizinq müqaviləsi ilə nəzərdə tutulmuş digər xərcləri. 748-11.2. Lizinq ödənişlərinin tərkibinə daxil edilən məbləğlər lizinq verən tərəfindən müvafiq sənədlərlə əsaslandırılmalıdır.

54. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

55. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

56. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

57. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

58. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

59. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

60. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

61. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

62. Maddə 53. İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

65. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

66. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

68. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

69. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

70. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

71. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

72. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

73. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

74. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

75. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

77. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

78. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

79. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

80. Belə ki, İddiaçı MMC birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək, İddiaçı MMC ilə bağlanmış 16 yanvar 2021-ci il tarixli, MAS-3175 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Cavabdeh 16 yanvar 2021-ci il tarixli, MAS-3175 saylı “Daxili lizinq” müqaviləsinə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 02 fevral 2023-cü il tarixə 1314,65 manat gecikdirilmiş əsas, 687 manat gecikdirilmiş mükafat və həmin günə hesblanmış 956,42 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 3203,21 manat dəymiş zərər, 1600 manat ödənilmiş cərimələr, cəmi 7761,28 manat borc və ödənilmiş 100,40 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

81. Halbuki, Azərbaycan Respublikasının MPM-in imperativ xarakterli 53-cü maddəsinə görə, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

82. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 6.6-cı bəndinə görə, iddiaçı məhkəmə iclasında iddianın predmetini və yaxud əsasını dəyişdirdikdə, iddianın həcmini artırıb-azaltdıqda, cavabdeh iddianı tam və ya qismən etiraf etdikdə, bu barədə qətnamədə qeyd edilməli, məhkəmənin bununla razılaşıb-razılaşmamasının səbəbləri qətnamənin əsaslandırıcı hissəsində şərh edilməlidir.

83. Azərbaycan Respublikasının MPM-in 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsaslardan biridir.

84. Birinci instansiya məhkəməsinin tətbiq edilməli olan qanunu tətbiq etməməsi, Azərbaycan Respublikasının MPM-in 386-cı maddəsinə görə, maddi hüquq normalarının pozulması sayılır.

85. Qeyd olunanlara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş üzrə yeni qətnamə çıxarılmalıdar.

86. İddia tələbinin hüquqi mahiyyəti ilə bağlı kollegiya aşağıdakıları qeyd edir.

87. Belə ki, müəyyən edilmiş işin faktiki hallarından görünür ki, lizinqverən İddiaçı MMC ilə lizinqalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3175 nömrəli daxili lizinq müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME320039 ban nömrəli, boz rəngli avtomobil cavabdehin müvəqqəti sahibliyinə və istifadəsinə verilmişdir. Bunun müqabilində isə cavabdeh lizinq predmetindən istifadə etdiyinə görə, lizinq müqaviləsinin ödəniş qrafikinə uyğun olaraq, ümumilikdə 22.488 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh lizinq müqavilələrinin şərtlərinə əməl etməmiş və ödəmələrdə gecikmələrə yol vermişdir. Bundan sonra lizinq obyekti olan avtomobil 02 fevral 2023-cü il tarixdə lizinqverənə geri qaytarılmış və iddiaçı tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 3203.21 manat maddi ziyan dəyməyi müəyyən edilmişdir. Həmçinin, lizinq obyekti cavabdehin istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar lizinqalan AR X19 və Bakı Nəqliyyat Agentliyi tərəfindən müxtəlif zamanlarda inzibati qaydada cərimələnmiş, həmin cərimələrə görə İddiaçı MMC tərəfindən ümumilikdə 1600 manat məbləğində pul ödənilmişdir. Nəticədə lizinqalanın xx.xx.2021-ci il tarixli MAS-3175 nömrəli daxili lizinq müqaviləsi üzrə 1314,65 manat gecikdirilmiş əsas, 687 manat gecikdirilmiş mükafat və həmin günə hesblanmış 956,42 manat dəbbə pulu, lizinq obyekti olan avtomobilə 3203,21 manat dəymiş zərər, 1600 manat ödənilmiş cərimələr olmaqla, cəmi 7761,28 manat borcu yaranmışdır.

88. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri lizinq müqaviləsi üzrə yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına lizinqlə bağlı qanunvericiliyin və tərəflər arasında bağlanmış lizinq müqaviləsinin müddəalarına əsasən hüquqi qiymət verilməlidir.

89. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

90. Bu baxımdan tərəflər arasında bağlanmış və yuxarıda göstərilən lizinq müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Mülki Məcəllənin 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.

91. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsində lizinq müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

92. Mülki Məcəllənin 748-1.5-ci maddəsində deyilir ki, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır.

93. Mülki Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.

94. Mülki Məcəllənin lizinq alanın məsuliyyətindən bəhs edən 750-ci maddəsində göstərilir ki, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.

95. Mülki Məcəllənin 748-1.12-ci maddəsinə görə lizinq verənin aşağıdakı hallarda pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır:

96. 748-1.12.1. lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə;

97. 748-1.12.2. lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə;

98. 748-1.12.3. lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə;

99. 748-1.12.4. lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə.

100. İddia tələbinin yuxarıda göstərilən hüquqi əsaslarının mübahisəyə tətbiq edilməsi üçün məhkəmə kollegiyası ilk növbədə müqavilə üzrə öhdəliklərin lizinq alan tərəfindən lazımi qaydada icra edilməməsinin səbəbini araşdıraraq hesab edir ki, onun tərəfindən ödəniş aparılmaması hər hansı qarşısıalınmaz qüvvənin təsiri altında yaranmış halla bağlı deyildir

101. İş materialları ilə müəyyən edilir ki, lizinqalan tərəfindən müqavilə üzrə ödənişlər mütəmadi olaraq edilməmiş, eyni zamanda edilmiş xəbərdarlığa məhəl qoyulmamışdır. Bu səbəbdən isə lizinqverənin lizinq obyektini geri qaytarmaq və geri qalan borcu tələb etmək hüququ yaranmışdır.

102. Öhdəliklərin icrası zamanı vicdanlılıq prinsipini müəyyən edən Mülki Məcəllənin 425-ci maddəsində deyilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

103. Kollegiya göstərir ki, Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

104. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin (Mülki Məcəllənin 448.2 və 448.4-cü maddələri).

105. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

106. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır.

107. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə lizinq verən lizinq alandan gecikdirilən hər bir günə gecikdirilmiş məbləğin 0,3 faizi həcmində cərimə tələb edir.

108. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.

109. Mülki Məcəllənin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

110. Məhkəmə kollegiyası dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı işıqlandırmaq üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Müqavilə üzrə lizinqalanın əsas vəzifəsi ödənişləri vaxtında etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə, borclu tərəfindən öhdəliyin pozulması zamanı qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu cür tənbeh tətbiq etmənin məqsədi, maddi sanksiyanı tətbiq etməklə tərəfi öhdəliyini icra etməyə məcbur etməkdir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.

111. Bu baxımdan kollegiya qeyd edir ki, cavabdehə cərimə hesablanmasının mümkünlüyü barədə nəticəyə gəlmək mümkündür. Çünki, tərəflər arasında bağlanmış müqavilə üzrə cərimə borcunun tutulması nəzərdə tutulmuşdur. Lakin, müəyyən olunan cərimənin məbləğləri işin hallarına və cavabdehin əmlak mənafeyinə uyğun deyildir. Kollegiya hesab edir ki, cərimənin məbləği 100 manat məbləğində müəyyən edilməlidir. Bu məbləğlər işin hallarına görə tənasübsüz dərəcədə yüksək sayıla bilməz.

112. Buna başqa Cavabdeh tərəfindən cəmiyyətə məxsus daxili lizinq müqaviləsi əsasında idarə etdiyi “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində cəmiyyətə məxsus olan avtomobilə maddi ziyan dəymişdir. İddiaçı isə avtomobilə dəymiş ziyan üçün 3.203,21 manat məbləğində pul tələb etmişdir. İddiaçı iddia tələbinin əsası kimi İddiaçı MMC Servisin qüsur aktını təqdim etmiş və həmin aktdan müəyyən edilmişdir ki, avtomobilin ehtiyyat hissələrinin dəyəri və təmir xərci ümumi 3.203,21 manat hesablanmışdır.

113. Məhkəmə kollegiyası mülki iş üzrə mübahisəli avtomobilə dəymiş zərərin məbləğini obyektiv və daha dəqiq araşdırılması üçün apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və ekspertin xx.xx.2023-cü il tarixli, 9/6242 nömrəli rəyi ilə, iş materiallarında olan MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, qüsur aktında (cild i.v 59) qeyd edilən, 2020-ci il buraxılışlı “Khazar” minik markalı, “SD” model, **-PT-*** dövlat qeydiyyat nişanlı avtomobilin təmir bərpa xarci təxminan 2946,00 manat müəyyən edilmişdir.

114. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, MPM-nin 76.2ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

115. Mülki Məcəllənin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

116. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Çünki, ekspert nəticəyə gələrkən malın (işin, xidmətin) bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, reklam mənbələri məlumatlarından, avtomobilin təmi-bərpa xərcinin müəyyən edilməsi zamanı iş materiallarında olan zərər aktında qeyd edilən zədələnmiş və dəyişilməyə ehtiyacı olan hissələr nəzərə alınmaqla, Bakı şəhər avto-hissələr satışı bazarlarında (mağazalarda) və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlardan və qiymətlərdən istifadə olunmuşdur. Göründüyü kimi, ekspert gəldiyi nəticəni kifayət qədər əsaslandırmış və rəyi müfəssəl tərtib etmişdir.

117. Belə ki, iş materialları ilə Cavabdeh ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətməsi tam sübuta yetirilmişdir. Həmçinin, onun təqsirli hərəkəti ucbatından iddiaçıya məxsus avotmobilə dəymiş ziyan ekspert rəyindən göstərilən 2946 manat məbləğində müəyyən edilməlidir.

118. Bundan başqa məhkəmə kollegiyası iddianın törədilmiş inzibati xətalara görə ödənilmiş cərimə məbləğinin tutulması hissəsini də əsaslı hesab edir.

119. Belə ki, elektron sistemdən çıxarışdan görünür ki, Cavabdeh “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobil ilə törətdiyi inzibati xətalara görə xx.xx.2022-ci il tarixli, EQ11242213 nömrəli protokola görə 16 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11242218 nömrəli protokola görə 16 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11242209 nömrəli protokola görə 96 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11438657 nömrəli protokola görə 80 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11438658 nömrəli protokola görə 16 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11471559 nömrəli protokola görə 16 manat cərimə, xx.xx.2022-ci il tarixli, EQ11499534 nömrəli protokola görə 16 manat cərimə, xx.xx.2022-ci il tarixli, İXP4980550 nömrəli protokola görə 1280 manat cərimə olmaqla, cəmi 1.536 manat cərimə hesablanmışdır.

120. Hökümət ödəniş portalından Daxili İşlər Nazirliyi BDYPİ və Bakı Nəqliyyat Agentliyinə ödənilmiş xx.xx.2023 tarixli, ********** nömrəli xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli, xx.xx.2023 tarixli, ********** nömrəli və xx.xx.2023 tarixli, ********** nömrəli qəbzlərdən görünür ki, törədilmiş inzibati xətalara görə, ümumilikdə 1600 manat cərimə ödənilmişdir.

121. Göründüyü kimi, lizinqalan Cavabdeh “Khazar SD” markalı, **-PT-*** dövlət qeydiyyat nömrəli avtomobil istifadəsində olan zaman müxtəlif vaxtlarda inzibati xətalar törətmiş və buna görə də mülkiyyətçi olan lizinqverən onun əvəzinə ümumilikdə 1600 manat cərimə ödəmişdir.

122. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 18 iyul 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

123. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

124. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.

125. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.

126. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

127. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

128. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

129. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

130. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

131. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

132. Beləliklə məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmalı və iddia qismən təmin edilməlidir.

133. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq 86,37 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməli, həmçinin 50 manat ekspertiza xərci cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

134. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-1094/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Lizinqverən İddiaçı MMC ilə lizinqalan Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli MAS-3175 nömrəli daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 1314,65 (min üç yüz on dörd manat altmış beş qəpik) manat gecikdirilmiş əsas borc, 687 (altı yüz səksən yeddi) manat gecikdirilmiş mükafat borcu, 100 (yüz) manat dəbbə pulu, 2946 (iki min doqquz yüz qırx altı) manat maddi zərər, 1600 (min altı yüz) manat inzibati xətaya görə ödənilmiş cərimələr olmaqla, cəmi 6.647,55 (altı min altı yüz qırx yeddi manat əlli beş qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 86,37 (səksən altı manat otuz yeddi qəpik) manat alınaraq İddiaçınə verilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci 50 (əlli) manat pul Cavabdeh tululub SAP (XİİS), X3, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar