Məhkəmə qərarları › İş №2(104)-1735/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1735/2025

25.11.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1735/2025 25.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), X5 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 və "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştiraki ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Tovuz regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesb edilməsi və miras əmlaklara 1/3 hissədə payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 2(062)-1211/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası, MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Tovuz regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 adına verilmiş xx.xx.2013-cü il tarixli, 2V-1-77 və 2V-1-78 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnamələrinin, həmin şəhadətnamələr əsasında sonuncunun adına verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi, mərhum ataları X1 miras qalmış və Tovuz rayon Abulbəyli kəndində yerləşən ümumi sahəsi 152.2 kv.m olan yaşayış evinə, torpağın mülkiyyətə verilməsinə dair JN-941A saylı şəhadətnamə əsasında mərhum anaları X2 miras qalmış və hazırda Tovuz rayon Abulbəyli kəndində yerləşən 0.07 ha torpaq sahəsinə qanun üzrə birinci növbə vərəsə olaraq hər birinin 1/3 hissədə paylarının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1211/2025 saylı, xx.xx.2025-c il tarixli qətnaməsi ilə (hakim Zaur Hünmətov) iddia təmin edilməmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1211/2025 saylı, xx.xx.2025--ci il tarixli qətnaməsindən narazı qalan İddiaçı2 apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tovuz Rayon Məhkəməsinin 2(062)-1211/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, Cavabdeh1 münasibətdə isə qərardad çıxarılaraq, iddia tələbi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixdə (əsas: Tovuz rayon Qeydiyyat şöbəsinin xx.xx.2019-cu il tarixli 051889 nömrəli ölüm haqqında şəhadətnamə) vəfat etmiş, iddiaçılar isə xx.xx.2025-ci il tarixdə ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər ki, bununla da iddia tələbi ölmüş şəxsə qarşı qaldırılmışdır. Mülki Prosessual Məcəllənin 50.3-cü maddəsinə əsasən, iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, iddia qaldırılanda Cavabdeh1 artıq olmüş olduğundan ona qarşı iddi qaldırıla bilməzdi. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, Tovuz Rayon Məhkəməsinin 2(062)-1211/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi qismən, yəni “iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Tovuz regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesb edilməsi və miras əmlaklara 1/3 hissədə payların müəyyən edilməsi tələbinə dair iddianın Cavabdeh1 münasibətdə təmin edilməməsi” hisssəsidə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 397-400, 405.0.2-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Tovuz regional “Asan Xidmət” mərkəzinin notariat ofisinə və Azərbaycan Respublikası İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 15 saylı Tovuz ərazi idarəsinə qarşı “vərəsəlik haqqında şəhadətnamənin, onun əsasında verilmiş çıxarışın etibarsız hesb edilməsi və miras əmlaklara 1/3 hissədə payların müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə iddia tələbinin Cavabdeh1 münasibətdə olan hissəsinə xitam verilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar