Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1738/2024 30.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kirayə müqaviləsinə xitam verilməsi və müqavilə əsasında icarə haqqının ödənilməsi tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və X2 ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qаrşı kirayə müqaviləsinə xitam verilməsi və müqavilə əsasında icarə haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Göygöl Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(066)-225/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 30 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 28 yanvar 2022-ci il tarixli kirayə müqaviləsindən görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 43,4 kv/m, yaşayış sahəsi 29,6 kv/m, yardımçı sahəsi 13,8 kv/m olan 2 otaqlı mənzili Cavabdeh aylıq 300 manata kirayə vermişdir.
2. 20980 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Gəncə şəhəri, N.Nərimanov küçəsi bina 50, mənzil 29 İddiaçı adına qeydə alınmışdır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə “ASAN Xidmət” Mərkəzinin Notariat ofisinə qаrşı kirayə müqaviləsinə xitam verilməsi və müqavilə əsasında icarə haqqının ödənilməsi tələbinə dair iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək, Gəncə şəhəri, Nəriman Nərimanov küçəsi, ev 50, mənzil 29 dair bağlanmış kirayə müqaviləsinə xitam verilməsi və həmin müqavilə üzrə ödənilməmiş 998 manat kirayə haqqının və dövlət rüsumu kimi ödədiyi 30 manat tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, Cavabdeh 680 manat borcun və 30 manat dövlət rüsumunun tutlmasını xahiş etmişdir.
5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 2 otaqlı mənzili 28 yanvar 2022-ci il tarixli kirayə müqaviləsi əsasında Cavabdeh vermişdir. Cavabdeh kirayə haqqını əvvəllər vaxtlı-vaxtında ödəmişdir. Lakin xx.xx.2023-cü il tarixə cavabdehin 280 manat kirayə haqqı, 38 manat kommunal xərc, cəmi 318 manat borcu qalmışdır. Cavabdeh həmin borcu müxtəlif bəhanələrlə ödəməkdən yayınmışdır. Sentyabr 2023-cü ildən hal-hazıra qədər isə cavabdehin hər ay 170 manat hesabı ilə 680 manat borcu yaranmışdır. 2023-cü ilin dekabr ayının axırına kimi cavabdehin ümumilikdə 998 manat borcu yaranmışdır. Cavabdehdən kirayə haqqının ödənilməsini tələb etsədə, lakin sonuncu ödəməkdən yayınmışdır.
6. Göygöl Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(066)-225/2024 nömrəli qətnaməsi ilə (hakim Ə.Kərimov) iddianın təmin edilməsi, Cavabdeh 680 (altı yüz səksən) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilməsi qət olunmuşdur.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29 və 60-cı maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 385.1, 425.1, 425.1, 442, 675, 684.1, 684.2, 699.1, 699.2 və 699.4-cü maddələrinə, Mülki Prosessual Məcəlləsinin 107, 119.1, 216-220, 217.4, 220.5, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam, hərtərəfli və obyektiv araşadırma aparmadan, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Birinci instansiya məhkəməsi heç bir əsaslı dəlil və sübut gətirmədən iddianı 680 manat hissədə təmin etmişdir. Belə ki, məhkəmə iclasında iştirakı təmin edilməmiş, eləcədə şahidlər məhkəməyə dəvət olunmamışdır.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, aylıq kirayə haqqı 300 manat olmuşdur. Ödənilməmiş 480 manat kirayə haqqı qalmış, həmin məbləğidə iddiaçıya öz evində vermişdir. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, iddia tələbinin təmin olunması hissədə qətnamənin ləğv edilməsini və iddianin həmin hissədə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, kirayə müqavilədə kirayə haqqı 300 manat qeyd olunsada, lakin cavabdeh hərbiçi olduğundan hər ay 170 manat kirayə haqqı almışdır. Cavabdeh xidmət yerini dəyişsədə, lakin evi ona təhvil verməmişdir. Eləcədə 680 manat kirayə haqqını ödəməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
13. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
14. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
15. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
19. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
20. Maddə 384.0.3. apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər,
21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
24. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
26. Hazırkı işin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 2 otaqlı mənzili 28 yanvar 2022-ci il tarixli kirayə müqaviləsi əsasında Cavabdeh vermişdir. Müqavilədə kirayə haqqı 300 manat göstərilsədə, lakin tərəflərin razılaşmasına görə cavabdeh hər ay 170 manat ödəmişdir. İddiaçı cavabdehin ödənilməmiş 680 manat kirayə haqqını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir. Bununla razılaşmayan cavabdeh apellyasiya şikayəti vermişdir.
27. Yuxarıda da qeyd olunduğu kimi İddiaçı cavabdehin ödənilməmiş 680 manat kirayə borcu qaldığıni iddia edir. Lakin iddiaçı belə bir tələb irəli sürsədə, cavabdehin 680 manat ödənilməmiş kirayə borcunun qalmasını təstiq edən sübutu məhkəməyə təqdim edə bilmir.
28. Cavabdeh isə iddiaçıya 480 manat kirayə borcunun yarandığını, lakin sonradan həmin borcu iddiaçıya yaşadığı mənzildə ödədiyini bildirir. Cavabdehdə öz növbəsində etiraf etdiyi 480 manat kirayə borcu iddiaçıya verməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmir.
29. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, cavabdeh dən 480 manat alınıb iddiaçıya verilməlidir.
31. İşdən görünür ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372, 373, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göygöl Rayon Məhkəməsinin 18 mart 2024-cü il tarixli 2(066)-225/2024 nömrəli qətnaməsi Cavabdeh 680 manat alınıb İddiaçı verilməsi hissədə dəyişdirilsin. Cavabdeh 480 manat alınıb İddiaçı verilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz.