Məhkəmə qərarları › İş №2(104)-1740/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1740/2024

22.10.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1740/2024 22.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və Cavabdeh4n iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı «bağışlama müqaviləsinin və onun əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1379/2024 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsindən görünür ki, Şərur» MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 keçirilməsinə dair bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir.

2. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1467/2022 nömrəli qətnaməsindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır.

3. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 5479/2022 nömrəli qərardan görünür ki, Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1467/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

4. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 4Ə-2577 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 637 nömrəli mənzilin Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmışdır.

5. İşdə olan xx.xx.2021-ci il tarixli ********* qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 637 nömrəli mənzil Cavabdeh3 mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4, Gəncə «ASAN xidmət» mərkəzində notariat ofisinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında verilmiş mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 1997-ci ildə Cavabdeh3 ilə nikaha girmişdir. Birgə nikah dövründə onlar "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzili almış və həmin mənzil onun adına rəsmiləşdirilmişdir. O, mülkiyyətində olan əmlakın idarə olunması üçün Cavabdeh3 etibarnamə vermişdir. Sonradan onunla Cavabdeh3 arasında olan münasibətlər pozulmuş və o, məhkəmədə nikahın pozulması tələbinə dair iddia qaldırmışdır. xx.xx.2017-ci il tarixdə isə o, notariat ofisinə müraciət edərək, Cavabdeh3 adına verilmiş xx.xx.2015-ci il tarixli etibarnamənin ləğv olunmasını xahiş etmişdir. Bu zaman o, əri Cavabdeh3 verilmiş etibarnamədən qanunsuz istifadə edərək, onun mülkiyyətində olan mənzili öz bacısı Cavabdeh4 adına rəsmiləşdirdiyini bilmişdir. Bundan sonra o, qeyd edilən mənzilin Cavabdeh4 adına rəsmiləşdirilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilənin etibarsız hesab olunmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, mübahisəli mənzilin Cavabdeh4 adına rəsmiləşdirilməsinə dair xx.xx.2019-cu il tarixli müqavilə etibarsız hesab edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)- 1467/2022 nömrəli qətnaməsi ilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsi, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)-5479/2022 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(104)-1467/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Lakin məhkəmə icraatı dövründə xx.xx.2021-ci il tarixdə "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzil Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmışdır və Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir.

9. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1379/2024 saylı qətnaməsi ilə (hakim Camal Quliyev) İddiaçı iddiası təmin edilməsi, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunması və həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat ləğv edilməsi qət edilmişdir.

10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 mülkiyyətinə keçməsinə əsas olmuş xx.xx.2019-cu il tarixli müqavilə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsi ilə etibarsız hesab edildiyindən A.M.Mayılovanın həmin mənzilə sərəncam vermə hüququnun olmaması halının mübahisələndirilməsinə əsas, habelə yenidən sübut edilməsinə və araşdırılmasına zərurət yoxdur. "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlanmasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsi etibarsız hesab olunmalı və həmin müqavilə əsasında xx.xx.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində aparılmış ********** nömrəli qeydiyyat ləğv edilməlidir.

11. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 76.1, 76.2, 82.3, 324.1, 324.2, 337.1, 337.3, 337.4, 337.5, 666.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1379/2024 saylı qətnaməsindən Cavabdeh4 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)-1379/2024saylı qətnaməsi əsassız olduğu üçün ləğv edib, yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışıdr ki, İddiaçı mülki iş üzrə Cavabdeh3, cavabdeh olaraq ona- Cavabdeh4, Gəncə “ASAN xidmət” mərkəzində notariat ofisinə və Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publiki hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinə qarşı Şərur MTK("xxxx" MMC) tərəfindən inşa edilmiş, ünvan 1, 6-cı girişində, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzilin Cavabdeh4 tərəfindən Cavabdeh3 bağışlamasına dair xx.xx.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsinə və həmin müqavilə əsasında verilmiş mülkiyyət mülkiyyət hüququna dair çıxarışın etibarsız hesab olunmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qardaşı iş üzrə Cavabdeh3 Rusiya Federasiyasında fərdi əməklə məşğul olur. Rusiya Federasiyasının vətəndaşıdır. Cavabdeh3 ailəsini gələcəkdə mənzillə təmin etmək məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu yaşayış massivi, Əsəd Əhmədov küçəsi, bina 24/B ünvada yerləşən, 3 otaqlı, ümumi sahəsi 112.0 kv.m. olan, binanın 6 girişində, 16 mərtəbəsində, 637 saylı mənzilə sahib olmaq məqsədi ilə "xxxx" MMC ilə Koperativ mənziltikintisi haqqında 2010-cu ildə müqavilə imzalamışdır. Həmin müqaviləni ailəsi adından Cavabdeh3 razılığı əsasında həyat yoldaşı İddiaçı imzalamışdır. Bundan əlavə İddiaçı mənzilə dair bütün sənədləri imzalanmaq üçün Cavabdeh3 ümumi etibarnamə vermişdir. Qarşılıqlı razılaşmaya əsasən müqaviləni İddiaçı qız imzalamış və İddiaçı isə Cavabdeh3 50 il müddətinə onun mülkiyyətində olan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyinə dair “ASAN Xidmət” mərkəzi tərəfindən 29 oktyabr 2015-ci il tarixdə AR-İ № 417540 nömrəli, 7E-51430 reyestr nömrəli ümumi etibarnamə vermişdir. Bakı şəhəri, Yasamal rayonu yaşayış massivi, Əsəd Əhmədov küçəsi, bina 24/B ünvada yerləşən, 3 otaqlı, ümumi sahəsi 112.0 kv.m. olan, binanın 6 girişində, 16 mərtəbəsində, 637 saylı mənzili əldə etmək üçün 50.000 (əlli min) ABŞ dolları miqdarında vəsait lazım olmuşdur. Cavabdeh3 2018-ci ildə Rusiya Federasiyasında baş vermiş inflyasiya nəticəsində müflis olduğu üçün əldə etmək istədiyi mənzili satmaq məcburiyyətində qalmışdır. İşində və yaşadığı ölkədə baş vermiş inflyasiya nəticəsində qardaşı ona olan borcunu ödəmək imkanından kənarda qalmışdır. Cavabdeh3, Bakı şəhəri, Yasamal rayonu yaşayış massivi, Əsəd Əhmədov küçəsi, bina 24/B ünvada yerləşən, 3 otaqlı, ümumi sahəsi 112.0 kv.m olan binanın 6-cı girişində,16-cı mərtəbəsində, 637 saylı mənzili 2016-cı onun adına keçirmişdir. Şifahi razılaşma 2016-cı ildə bağlansada müqaviləni xx.xx.2019-cu il tarixdə qanunda nəzərdə tutulmuş qaydada rəsmiləşdirmişlər. Hazırda İddiaçı ona və Cavabdeh3 qarşı Şərur MTK("xxxx"MMC) tərəfindən tikilmiş ünvan 1 ünvanda yüksəkmərtəbəli yaşayış binasının 6-cı girişində, 16-cı mərtəbəsində 3 otaqlı, 637 saylı daşınmaz əmlakla əlaqədar mənzilin Cavabdeh4 adına keçrilməsinə dair bağlanmış 11 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsinə İddiaçı tərəfindən Cavabdeh3 50 il müddətinə “ASAN xidmət” mərkəzi tərəfindən 29 oktyabr 2015-ci il tarixdə AR-İ № 417540nömrəli, 7E-51430 reyestr nömrəli ümumi etibarnaməni 30 avqust 2017-ci il tarixdə ləğv etdirmişdir. İddiaçı tərəfindən Cavabdeh3 50 il müddətinə “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş 29 oktyabr 2015-ci il tarixdə AR-İ № 417540 nömrəli, 7E-51430 reyestr nömrəli ümumi etibarnaməni 30 avqust 2017-ci il tarixdə ləğv etdirmiş və bu barədə maraqlı tərəflərə rəsmi və ya qeyri rəsmi qaydada məlumat verməmişdir. İddiaçı Bakı şəhər Binəqədi rayon Prokurorluğuna ünvanladığı 10 iyun 2019cu il tarixli ərizəsində bildirmişdir ki, "xxxx"MMC şirkəti tərəfindən tikilmiş ünvan 1 ünvanda yüksəkmərtəbəli yaşayış binasının 6-cı girişində, 16-cı mərtəbəsində 3 otaqlı, 637 saylı daşınmaz əmlakla əlaqədar mənzilin Cavabdeh4 adına keçrilməsinə dair etirazının olmadığını bildirmişdir. Əfsuslar olsun ki, birinci instansiya məhkəməsi də qeyd olunan məsələlərə aydinlıq gətirmədən, sadalanan qanunların və beynəlxalq hüquq normalarının əhəmiyyətli dərəcədə pozulması, qanunların düzgün tədbiq edilməməsi ilə birtərəfli, ədalətsiz qətnamə çıxarmış və nəticə ehtibarı ilə hüquqlarının kobud şəkildə pozulmasına yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi iş materiallarında olan sənədlərə qətnamədə düzgün münasibət bildirməməklə bir daha sübut edir ki, məhkəmə maddi və prosesual hüquq normalarına riayət etməmiş və nəticə etibarı ilə ədalətsiz qətnamə qəbul etmişdir. Gəncə Şəhər Məhkəməsi (hakim Camal Quliyev) iddiaçının iddia tələbini təmin etməklə qanunun aliliyi prinsiplərini pozmuş, onların hüquqlarını kobudcasına pozması və məhdudlaşdırılması faktı birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarına müvafiq araşdırılmamış, nəticəsi qətnamədə öz əksini tapmamış və Azərbaycan Respublikasının qanunvericilik aktları ilə dəqiq müəyyən edilsədə apellyasiya instansiya məhkəməsi işin yuxarıda deyilən hallarına ehtimallar çərçivəsində baxaraq lazımi qiymət verə bilməmişdir və qanunları düzgün tədbiq etmədiyindən səhv nəticəyə gəlmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 izaaht verib bildirmişdir ki, həmin evin pulunu o, ödəmiş və evi qardaşıma bağışlamışdır. Qardaşı ilə o, bizneslə məşğul olmuş və həmin evi isə sərmayə kimi Bakıdan almışlar. İddiaçı onun ata evində yaşayır və qardaşının vəsaiti hesabına yaşayır. Evin pulunu ödəməyi barədə arayış da var. İddiaçı həyat yoldaşından gizli 50 illik etibarnaməni ləğv etdirmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, həmin ev birgə nikah dövründə alınmış və bütün pulu həyat yoldaşı ödəmişdir. Həyat yoldaşı Rusiyada bizneslə məşğul idi. O, etibarnaməni həyat yoldaşının başqa ailəsi olduğunu öyrəndiyi zaman ləğv etdirmişdir. Hal-hazırda yaşadığı ev qaynanasından bağışlama yolu ilə həyat yoldaşının adına keçmişdir. O evdə onun yanlız yaşamaq hüquq vardır. Ona görə də çıxarışın ləğv olunmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

17. İş üzrə Cavabdeh3 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Gəncə «ASAN xidmət» mərkəzində notariusu ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. 324.1 və 324.2-ci maddələrinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

19. 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

20. 337.3 və 337.4-cü maddələrinə görə əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız ola əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. 337.5-ci maddəsinə görə əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər bir əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

22. 666.1-ci maddəsinə görə bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

30. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı apellyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1379/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyasl qeyd edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir.

36. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 5479/2022 nömrəli qərardan görünür ki, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 və "xxxx"MTK-aya("xxxx" MMC) qarşı Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi Əsəd Əhmədov küçəsi(Talıblı küçəsi) 24 B ünvanındakı yaşayış binasının 6-cı giriş 16-cı mərtəbəsində 3 otaqlı 637 saylı mənzilin Cavabdeh4 adına keçirilməsinə dair bağlanılmış 11 mart 2019-cu il tarixli müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət edərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(044)-217/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermiş və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2022ci il tarixli 2(104)-1467/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh4 kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(102)- 5479/2022 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir.

37. Göründüyü kimi Cavabdeh4 "xxxx" MTK ("xxxx" MMC) tərəfindən inşa edilmiş, Bakı şəhəri, Yeni Yasamal yaşayış massivi, Əsəd Əhmədov küçəsi (Talıblı küçəsi), ev 24B, 6-cı giriş, 16-cı mərtəbədə yerləşən 3 otaqdan ibarət 637 nömrəli mənzil üzərində sərəncam vermə hüququ olmadığı halda, həmin mənzili xx.xx.2021-ci il tarixli 4Ə-2577 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən qardaşı Cavabdeh3 bağışlamışdır.

38. «Ə.Ə.İbrahimovun şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

39. Beləliklə, mübahisələndirilən bağışlama müqaviləsinin mülkiyyətçinin iradə ifadəsinin pozulması ilə bağlanması ilə əqdin etibarlılıq şərtləri pozulmuşdur. Bu halda isə həmin müqavilə etibarsızdır və birinci instansiya məhkəməsi haqlı olaraq onun etibarsızlığını təsdiq etmişdir. Əqd əsassız olduğundan onun əsasında aparılmış qeyd də ləğv edilməlidir. Bu baxımdan da birinci instansiya məhkəməsi haqlı olaraq qeydin ləğv edilməsi nəticəsinə gəlmişdir.

40. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1379/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1379/2024 saylı qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-1379/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar