Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1747/2023 04.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-97/2023 saylı mülki iş üzrə 11 may 2023-cü il tarixli qərardadından iddiaçı X31 tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı X3 Ələsgər Abış oğlu, X11 və 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2 saylı notariat kontorunda 24 noyabr 2008-ci il tarixli 45/3 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(125)-97/2023 saylı qərardadı ilə iddiaçı X12 Cavabdeh, X11 və 2 saylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(125)-97/2023 saylı qərardadından iddiaçı X21 şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(125)-97/2023 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə istinad etmişdir. Halbuki, qarşılıqlı iddianı o yox, onun nümayəndəsi X4 qaldırmışdır. Bu bir daha sübut edir ki, bu gün iddianı qaldıran şəxs kimi o, məhkəmənin qeyd etdiyi kimi tərəf olmamışdır. Bu da onun sübut edir ki, məhkəmə iş üzrə icraata xitam verərkən AR MPM-in 261.0.2-ci maddəsinə düzgün istinad etməmişdir. Gəncə Şəhər Məhkəməsinin 2(125)-97/2023 saylı mülki iş üzrə 02 iyun 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayətə baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasını Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə kollegiyası mülki işin materiallarını tətqiq edib, məruzəçi hakimi dinləyib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-97/2022 saylı mülki iş üzrə 11 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, iş materiallarında olan Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinin surətindən görünür ki, məhkəmənin həmin qətnaməsi ilə "xxxx" ASC-nin cavabdehlər "xxxx" X14 MMC-nin direktoru X8, X22, X17, X2 və X23 qarşı 225200, (iki yüz iyirmi beş min iki yüz) manat məbləğində kredit borcunun ipoteka qoyulmuş mülkiyyət hüququ X28 məxsus Gəncə şəhəri Kəpəz rayonu Sədi küçəsində istifadədə olan 0,1247 hektar torpaq sahəsində yerləşən 5 mərtəbəli binanın 4-cü girişində 2-ci mərtəbəsində 4 otaqlı,52 kvm yaşayış sahəsindən ibarət 26 nömrəli fərdi yaşayış evinə, X13 və X22 məxsus Gəncə şəhəri kəpəz rayonu Əhməd Cəmil küçəsində istifadədə olan 0,0302 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 32.8 kvm yaşayış,32.6 kvm köməkçi sahədən ibarət 77 nömrəli fərdi yaşayış evinə, X25 (V.Q.Tağıyevin etibrmnaməsi əsasında X29 tərəfindən ipotekaya qoyulmuş) məxsus Gəncə şəhəri Vəli Xuluflu küçəsində istifadədə olan 0,0233 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 60.1 kvm yaşayış, 29.4 kvm köməkçi sahədən ibarət 134 nömrəli fərdi yaşayış evinə, X16 (N.K.Əliyevanın etibarnaməsi əsasında X5 tərəfindən ipotekaya qoyulmuş) məxsus Gəncə şəhəri, Nizami rayonu, Cavadxan küçəsi 7-ci döngədə istifadədə olan 0.0213 hektar torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 97.5 kv.m yaşayış, 209,4 kvm köməkçi sahədən ibarət 2 nömrəli fərdi yaşayış evinə və X23 məxsus Gəncə şəhəri, Kəpəz rayonu, Azərbaycan küçəsi 4-cü döngədə istifadədə olan 0,047 hektar torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 44.6 kvm yaşayış, 46.5 kvm köməkçi sahədən ibarət 1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin mənzillərdə qeydiyyatda olan şəxslərin yaşayış hüquqularını itirməklə qeydiyyatlarının ləğv edilməsi, həmin mənzillərin açıq hərracdan satılması, satış üçün boşaldılması və iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdeh "xxxx" çoxşahəli İstehsal Kommersiya MMC-nin direktoru X6 tutulması barədə iddia tələbi təmin edilmiş, qarşılıqlı iddia üzrə lddiaçı X7-cavabdehlər "xxxx" ASC-yə, Cavabdeh və Gəncə şəhər 2 sayli nofariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X18 cavabdehlər "xxxx" X14 MMC-yə və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etirabsız hesab olunması, qarşılıqlı iddia üzrə iddiaçı X1 cavabdehlər "xxxx" ASC-yə "xxxx" X14 MMC-yə və Gəncə şəhər 2 şaylı notariat kontoruna qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş mənəvi ziyanın ödənilməsi, qarşılıqlı iddia üzrə iddiaçı X24, X15 və X19 cavabdehlər "xxxx" X14 MMC-yə və "xxxx" ASC-yə qarşı ipoteka müqaviləsinin etirabsız hesab olunmasına, qarşllıqlı idda üzrə iddiaçı X26 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" X14 MMC-yə qarşı saxta yolla vətəndaşların mülkünü ələ keçirmək barədə qarşılıqlı iddiaları təmin edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, və ipoteka qoyulmuş mənzillərdə qeydiyyatda olan şəxslərin yaşayış hüquqlarının itirilməklə qeydiyyatlarının ləğv edilməsi və həmin mənzillərin boşaldılması hissəsində qətnamə ləğv edilmiş və iddia həmin hissədə təmin edilməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2012-cu il tarixli qərarı ilə şikayət təmin edilməmiş, Gəncə Apelyasiya Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinin tələbinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə isə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı olan X12 nümayəndəsi X4 tərəfindən əvvəllər məhkəmədə eyni iddia tələbi və eyni əsasla iddia qaldırılmış və həmin iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəsini almışdır. İddianın əvvəllər X12 özü tərəfindən deyil onun nümayəndəsi X4 tərəfindən qaldırılması başqa iddia tələbi kimi qiymətləndirilə bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verməklə haqlı olmuşdur. Odur ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 2(125)-97/2023 saylı mülki iş üzrə 11 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya kollegiyası birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək səlahiyyəti vardır. Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməinin bu növ qərardadlarından kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-97/2023 saylı mülki iş üzrə 11 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Bu qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1747/2023
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1747/2023
04.07.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver