Məhkəmə qərarları › İş №2(104)-1755/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1755/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1755/2023 03.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(062)-704/2023 nömrəli qərardadından İddiaçı adından verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: Kreditor İddiaçı borclu Cavabdeh qarşı ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1976-cı ildə Tovuz rayonu Qaraboyunlar kəndində doğulmuş və Tovuz rayonu Qarabuyunlar kəndində qeydiyyatda olan Cavabdeh 363 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun əvəzi 20 manatən, cəmi 383 manatın alınaraq İddiaçı müvafiq hesabına ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(062)-2306/2021 nömrəli məhkəmə əmri ilə xx.xx.1976-cı ildə Tovuz rayonu Qaraboyunlar kəndində anadan olmuş, Tovuz rayonu Qaraboyunlar kəndində qeydiyyatda olan Cavabdeh 363 manat əsas borc, dövlət rüsumu hesabına ödənilmiş 20 (iyirmi) manat pul, cəmi 383 manatın kreditor İddiaçı MMC-nin xeyrinə tutulması əmr edilmişdir. Borclu Cavabdeh məhkəmə əmrinə etiraz vermiş və Tovuz Rayon Məhkəməsinin 31 yanvar 2023-cü il tarixli 2(062)-2306/2021 nömrəli qərardadı ilə borclu Cavabdeh Tovuz Rayon Məhkəməsinin 16 sentyabr 2021-ci il tarixli 2(062)-2306/2021 saylı məhkəmə əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Tovuz Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(062)-704/2023 nömrəli qərardadı ilə iddiaçı “Soliton” LTD-nin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı adından məhkəməyə ərizə verilərək, iddia ərizəsi üzrə icraatın təzələnməsi xahiş edilmişdir. Tovuz Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(062)-704/2023 nömrəli qərardadı ilə iddiaçı “Soliton” LTD-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadının ləğvinə dair İddiaçı MMC-nin vəsatətinin təmin edilməməsi; Tovuz Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli qərardadının ləğvindən imtina edilməsi qərara alınmışdır. Qərardaddan İddiaçı adından şikayət verilmişdir. Tovuz Rayon Məhkəməsinin 07 iyun 2023-cü il tarixli 2(062)-704/2023 nömrəli qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 2(062)-704/2023 saylı 19 may 2023-cü il tarixli qərardadının əsaslı hesab edilməsi və İddiaçı MMC-nin qərardadının ləğv edilməsinə dair şikayətinin təmin edilməməsi; Şikayətin baxılması üçün iş materialları ilə birlikdə 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2023-cü il tarixli 2(104)-1755/2023 nömrəli qərardadı ilə şikayətə yazılı icraat qaydasında baxılmasının mümkün hesab edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası işi hərtərəfli, tam və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarılmalı, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 266-cı maddəsinə əsasən, məhkəmənin ayrıca akt şəklində çıxardığı müvəqqəti təminat tədbirinin tətbiqi və ya ləğvi barədə qərardadı həmin gündən gec olmayaraq, digər qərardadları isə qərardad çıxarıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilir. Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qaydada verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim müvəqqəti təminat tədbirləri haqqında qərardadı çıxardıqdan sonra dərhal, digər qərardadları isə 5 (beş) gün müddətində elektron imzası ilə təsdiq etməklə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. Həmin Məcəllənin 267-ci maddəsinə əsasən, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. Həmçinin həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən, nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyasının iclasında isə müəyyən olunur ki, Tovuz Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(062)-704/2023 nömrəli qərardadı ilə iddiaçı “Soliton” LTD-nin Cavabdeh qarşı “pul” tələbinə dair ərizəsinin baxılmamış saxlanılmışdır. İddiaçı adından ərizə verilərək, iş üzrə icraatın təzələnməsi xahiş edilmiş və Tovuz Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(062)-704/2023 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Habelə həmin qərardaddan İddiaçı adından şikayət verilmiş və məhkəməni müvafiq qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2023-cü il tarixli 2(104)-1755/2023 nömrəli qərardadı ilə şikayətə yazılı icraat qaydasında baxılması mümkün hesab edilmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan apellyasiya şikayətinin icraata qəbul qərardadı ləğv edilərək iş apellyasiya baxışından çıxarılmalı, şikayət qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qərardadından İddiaçı MMC-nin adından X2 nümayəndə qismində şikayət vermişdir (imzalamışdır). Lakin işin 09-cu vərəqində olan İddiaçı MMC tərəfindən verilmiş 10 oktyabr 2019-cu il tarixli etibarnamədən görünür ki, X1 verilmiş müvafiq səlahiyyətlər 30 dekabr 2022-ci il tarixədək qüvvədə olmuşdur. Hazırkı verilmiş şikayət isə 30 may 2023-cü il tarixdə, yəni iddiaçı tərəfindən nümayəndəyə verilmiş səlahiyyət müddəti bitdikdən sonra məhkəməyə göndərilmişdir. Göründüyü kimi İddiaçı MMC-nin adından Tovuz Rayon Məhkəməsinin 19 may 2023cü il tarixli 2(062)-704/2023 nömrəli qərardadından verilmiş şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəlləniun 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Həmin Məcəllənin 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 269 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı adından verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunduğundan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyun 2023-cü il tarixli 2(104)-1755/2023 nömrəli qərardadı ləğv edilsin. Tovuz Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli 2(062)-704/2023 nömrəli qərardadından İddiaçı adından verilmiş apellyasiya şikayəti qeyri-mümkün edilsin və iş apellyasiya baxışından çıxarılsın. Apellyasiya şikayəti geri qaytarılması üçün iş Tovuz Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar