Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1758/2024 17.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınun hakimləri-X36 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı nümayəndəsi (anası) Nümayəndə1 və Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 Müşafiq oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh və maraqlı şəxs Ağstafa rayon Notariat Kontoruna qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, mirasın faktiki qəbul edilməsi, vərəsələr arasında paylara bölünməsi və həmin paylara uyğun qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi tələbinə dair mülki iş üzrə Ağstafa Rayon Məhkəməsinin 2(015)-169/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə2 Müşafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Məhkəmə kollegiyasına təqdim edilmiş “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, X29 xx.xx.2009-cu ildə vəfat etmişdir.
2. Məhkəmə kollegiyasına təqdim edilmiş “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, X37 xx.xx.2014-cü ildə vəfat etmişdir.
3. Məhkəmə kollegiyasına təqdim edilmiş “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, X52 xx.xx.1998-ci ildə vəfat etmişdir.
4. Məhkəmə kollegiyasına təqdim edilmiş “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, X38 xx.xx.1999-cu ildə vəfat etmişdir.
5. Məhkəmə kollegiyasına təqdim edilmiş “Ölüm haqqında Şəhadətnamə”dən görünür ki, X39 xx.xx.2022-ci ildə vəfat etmişdir.
6. Məhkəmə kollegiyasına təqdim edilmiş Tibbi-Sosial Ekspert Komissiyasının qərarından görünür ki, İddiaçı serebral iflic və digər paralitik sindromları xəstəliyindən əziyyət çəkir. Orqanizmin funksiyalarının pozulması 85 %-dir. Müddətsiz.
7. Nikah haqqında şəhadətnamədən görünür ki, X74 qızı Zaftəzər Abbas qızı xx.xx.1962-ci ildə nikaha daxil olmuşdur. Bu barədə Qeydiyyat şöbəsində nikah haqqında akt qeydləri kitabında xx.xx.1962-ci ildə 19 nömrə ilə qeyd edilmişdir.
8. Məhkəmə kollegiyasına təqdim edilmiş “Qanun üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamə” xx.xx.2009-cu ildə vəfat etmiş – X10 vərəsələri oğlu Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evindən tam və 0,19 ha ümumi birgə torpaq sahəsinin mərhuma məxsus olan hissəsindən ibarətdir.
9. Məhkəmə kollegiyasına təqdim edilmiş Ağstafa rayonu Aşağı Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il, 186 saylı arayışından görünür ki, mərhum X30 həqiqətən vəfat etdiyi günə qədər Ağstafa rayonu Aşağı Göycəli kəndində yaşamışdır. Vəfatından sonra aşağıdakı ailə üzvləri qalmışdır; Qızı- X40 Oğlu- Cavabdeh Oğlu- X38 Oğlu- X37 Oğlu- X41 Qızı- X31
10. Məhkəmə kollegiyasına təqdim edilmiş Ağstafa rayonu Aşağı Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il, 223 saylı arayışından görünür ki, X31 həqiqətən həyat yoldaşı vəfat etdikdən sonra Ağstafa rayonu Aşağı Göycəli kəndində anasının evində yaşamışdır.
11. Məhkəmə kollegiyasına təqdim edilmiş Ağstafa rayonu Aşağı Göycəli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il, 233 saylı arayışından görünür ki, Nümayəndə1 həqiqətən Ağstafa rayonu Aşağı Göycəli kəndində qaynanası X26 vəfat etdiyi gündən bu günə qədər qızı ilə birlikdə qaynanasının evində yaşamışdır.
12. Məhkəmə kollegiyasının sorğusu əsasında əldə edilmiş Ağstafa Rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/8-14xx-xx/2024 saylı məlumatından görünür ki, mərhum X30 barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir. Həyat yoldaşı- X52 Qızı- X40 Oğlu- Cavabdeh Oğlu- X37 Oğlu- X41 Qızı- X31 Oğlu- X38 (vəfat edib xx.xx.1999-cu il) övladları Oğlu- X53 Qızı- X42 Qızı- X32 Qızı- X43
13. xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, X31 və X40 anaları X7 qalmış mirasdan imtina etmişlər.
14. Məhkəmə kollegiyasına təqdim edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X14 xx.xx.2005-ci ildə Rusiya Federasiyasında doğulmuşdur. X4, anası X2. Bu barədə Rusiya Federasiyası Kemerovo rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 1380 nömrə ilə qeyd edilmişdir.
15. Məhkəmə kollegiyasına təqdim edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X54 xx.xx.1988-ci ildə Gürcüstan Respublikası Rustavi şəhərində doğulmuşdur. X5, anası X13. Bu barədə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci ildə 206 nömrə ilə qeyd edilmişdir.
16. Məhkəmə kollegiyasına təqdim edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X40 xx.xx.1952-ci ildə Qazax rayonunda doğulmuşdur. X12, anası X29. Bu barədə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1964cu ildə 655 nömrə ilə qeyd edilmişdir.
17. Məhkəmə kollegiyasına təqdim edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X31 xx.xx.1969-cu ildə Qazax rayonunda doğulmuşdur. X12, anası X29. Bu barədə Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu ildə 79 nömrə ilə qeyd edilmişdir.
18. Məhkəmə kollegiyasına təqdim edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X32 xx.xx.1986-cı ildə Qazax rayonunda doğulmuşdur. X6, anası X33r. Bu barədə Qazax rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-cı ildə 124 nömrə ilə qeyd edilmişdir.
19. Məhkəmə kollegiyasına təqdim edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X42 xx.xx.1996-cı ildə Qazax rayonunda doğulmuşdur. X6, anası X33r. Bu barədə Qazax rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1997-cı ildə 22 nömrə ilə qeyd edilmişdir.
20. Məhkəmə kollegiyasına təqdim edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X43 xx.xx.1999-cı ildə Qazax rayonunda doğulmuşdur. X6, anası X33r. Bu barədə Qazax rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1999-cu ildə 69 nömrə ilə qeyd edilmişdir.
21. Məhkəmə kollegiyasına təqdim edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X47 xx.xx.1988-ci ildə Qazax rayonunda doğulmuşdur. X6, anası X33r. Bu barədə Qazax rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri kitabında xx.xx.1988-ci ildə 146 nömrə ilə qeyd edilmişdir.
22. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında reyestrindən arayışdan görünür ki, Ağstafa rayonu, Aşağı Göyçəli kəndində 0.19 ha. torpaq sahəsində yerləşən ümumi sahəsi 79.9 kv. m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X10 adına, torpaq sahəsi isə birgə mülkiyyət hüququ ilə X10 və X15 adına qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
23. İddiaçı Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən mərhum nənəsi X16 məxsus ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsi üçün Ağstafa rayon Notariat ofisi tərəfindən 22 noyabr 2023-cü il tarixdə 2V448/2023 saylı Cavabdeh verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv olunması, mirasın onun tərəfindən faktiki qəbul edilməsi, vərəsələr arasında paylara bölünməsi və həmin paylara uyğun ona və digər vərəsələr olan əmisi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağstafa rayonu Aşağı Göycəli kəndində mərhum nənəsi X16 məxsus ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsi mövcuddur. Hazırda o, mərhum nənəsinə məxsus evdə anası ilə birlikdə yaşayır. Mərhum nənəsi X30 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mərhum X5 isə nənəsindən sonra xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Atası vəfat edən günə kimi həmin evdə yaşamışdır. Hazırda ayrıca evi olan və Gürcüstan Respublikasında yaşayan əmisi Cavabdeh tərəfindən Ağstafa rayon Notariat ofisinə müraciət olunaraq vərəsəliyi tam şəkildə mərhum nənəsindən birbaşa öz adına keçirməyi barədə qanunsuz olaraq qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaqla mərhum nənəsindən atasına çatan miras əmlakdan onu bilərəkdən məhrum etmişdir. Aşağı Göycəli kənd icra nümayəndəliyi tərəfindən Ağstafa rayon Notariat ofisinə təqdim olunmuşş vərəsəlik arayışında mərhum X5nun adının da qeyd olunmasına baxmayaraq, notariat ofisi atasına çatası payı açıq saxlamaq əvəzinə onun payını nəzərə almadan vərəsəliyin dairəsi tam müəyyən edilmədən Mülki Qanunvericiliyin, həmçinin “Notariat haqqında AR-sı Qanunvericiliyinin” və təlimatın tələbləri pozulmuş və qanunsuz şəkildə 22 noyabr 2023-cü il tarixdə 2V- 448/2023 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni tam şəkildə cavabdehə verərək hüquq pozuntusu etmişdir. Hazırda icra nümayəndəliyinin arayışı ilə də təsdiq olunur ki, o, mərhum nənəsinə məxsus evdə yaşayır. Ona görə də, hazırda mərhum nənəsi X7 mərhum X5na çatası payın irsi transmissiya üzrə ona çatası hissəsinin ona verilməsi zərurəti yaranmışdır. Belə ki, atası miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək vəfat etmişdir. Bu səbəbdən nənəsinə çatası miras əmlak payı atasının yeganə vərəsəi kimi ona verilməlidir.
25. Ağstafa Rayon Məhkəməsinin 2(015)-169/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim N.Abbasov) iddianın təmin edilməsi, xx.xx.2023-cü ildə X8 adına qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair Cavabdeh adına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-448 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməsi, X9 miras qalmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsinin 1/2 (ikidə bir) hissəsinə Cavabdeh, 1/2 (ikidə bir) hissəsinə isə İddiaçı qanun üzrə vərəsəlik hüquqlarının tanınması qət edilmişdir.
26. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən digər vərəsələr barədə tam məlumat verilməmiş, onlar vərəsəliyə çağırılmamış, olduqları yer müəyyənləşdirilməmiş, onlara mirası bölüşdürmək niyyətləri barəsində bildiriş göndərilməmiş, digər vərəsələrinin olması gizlədilmiş, onların mövcudluğu barədə notarius tərəfindən notariat hərəkətinin aparılması zamanı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına sorğu göndərilməmiş, bununla da “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulmuşdur. Bu səbəbdən həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr ləğv edilməli, həmin şəhadətnamələrdə göstərilmiş əmlaklar da qanun üzrə vərəsələr arasında paylara bərabər şəkildə bölünməlidir.
27. Məhkəmə öz hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 1133, 1151, 1159 və 1252-cü maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
28. Ağstafa Rayon Məhkəməsinin 2(015)-169/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə2 Müşafiq oğlu apellyasiya şikayəti verərək, iddia tələbinin qismən təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ölənin nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. İş üzrə iddiaçının qanuni nümayəndəsinin məhkəmə iclasına etmiş olduğu çıxışında da qeyd edilir ki, mərhum X49 Respublikasında evli olmuş və onun evlilikdən uşaqları var ki, onları da vərəsə olaraq işə cəlb etməklə paylarının verilməsi qanunamüvafiq olmasına baxmayaraq, onlar cəlb edilmədən qətnamə qəbul edilmişdir. Həmin hissəyə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə, habelə bu Təlimatın 13-cü hissəsinin altıncı abzasına uyğun miras qoyanın ölümü faktını, mirasın açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır. Burada isə notariusun aparmış olduğu araşdırma nəticəsində sağ qalmış olan vərəsələrin dairəsi müəyyən olunmaqla vərəsəlik şəhadətnaməsi verilmişdir. Məhkəmə iclasında isə ümumiyyətlə vərəsəliyin dairəsi normal şəkildə araşdırılmamış, həmin miras mülki idarə edən vərəsə barədə heç bir məlumat toplanmamış ümumiyyətlə araşdırma aparılmamışdır. Məhkəmə həmin maddəyə istinad etmiş, həmin maddədə isə bildirilir ki, birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəslər sayılırlar. Burada isə birinci növbəli vərəsləri, hansı ki, sağ qalanları da məhkəmə sağ kimi deyil, ümumiyyətlə yox kimi qəbul etməklə həmin maddəyə istinad etmişdir. Həmin iş üzrə məhkəmə vərəsəliyin dairəsini tam olaraq müəyyən etməmişdir. Miras əmlakın nədə ifadə edilməsi barədə rəsmi sənədlər mülki işə əlavə edilməmiş. İddiaçının qanuni nümayəndəsinin hansı əsaslarla işə buraxıldığı barədə qərardadı məhkəmə qətnaməsində görmək olmur. Miras qoyanın birinci növbəli vərəsələrinin olduğu halda və iddiaçının Gürcüstan Respublikasında digər qardaş və bacısının olmasına baxmayaraq həmin hissələrə hüquqi qiymət verilməmişdir. Həmin miras əmlakda digər vərəsə olan Həsənova Qənfirə adlı övladının məhz 1998-ci il tarixdən yaşamaqla əmlakı idarə etməsi barədə heç bir araşdırma aparılmamışdır. Həmin miras əmlakın yerləşdiyi torpaq sahəsində payçı olaraq digər mərhum qardaşı Həsənov Əlibalanın ümumibirgə payı vardır. O vəfat etdiyi üçün ona çatası pay da onun uşaqlarına verilməsi hissəsinə də toxunulmamışdır. Məhkəmənin çıxarmış olduğu qətnamədə Cavabdeh və Həsənov Xanbabanı vərəsə olaraq qəbul etməklə, onlara pay bölmüş, digər vərəsələri isə ümumiyyətlə yoxa saymaqla onlara heç bir pay müəyyən etməmişdir. Amma əslində isə həmin miras əmlakı bütün vərəsələr qəbuletməklə idarə etmişlər. Buna əyyani misal olaraq mərhun vərəsəsi Həsənova Qənfirə 1998-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra həmin miras mülkdə yaşamaqla mirası idarə edir. Digər vəfat edən vərəsələrin vərəsələrinin də məcburi pay almaq hüququları da, qorunmadan qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsində cavabdehin iddia tələbi üzrə iddiaçının həmin miras əmlakdan bir pay almasına heç bir etirazımın olmamasını bildirməyimə baxmayaraq, digər vərəsələrinsə payları barədə məhkəmə qətnaməsində heç bir istinad edilmədən, yəni digər vərəsələrə düşəsi paylar müəyyən edilmədən iddia tələbi tam olaraq təmin edilmişdir. Bu halsa digər vərəsələrin hüquqlarına toxunur.
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının iclasında iştirak Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 Müşafiq oğlu apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermişdir. Əlavə olaraq göstərmişdir, tərəflər ailədə 6 uşaq 2 bacı, 4 qardaş olmuşlar. X28, Həsənov Bəybala, Həsənov Əlibala vəfat etmişdir. Sağ qalan təkcə o və 2 bacı, Həsənova Qənfirə və Həsənova Qənirədir. Ana xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Anadan qalmış miras əmlakı cavabdeh qəbul edib tam olaraq miras əmlaka şəhadətnamə almışdır. O, hazırda Gürcüstan Respublikasının Rustavi şəhərində yaşayır, lakin Azərbaycana gəldikdə ünvan 1ində yerləşən ata yurdunda yaşayır. O, qardaşı qızına miras əmlakdan pay verilməsinə etiraz etmir. Sadəcə olaraq miras əmlakdan payların bölünməsi qaydasını düzgün hesab etmir. Miras əmlakı bütün vərəsələr qəbul etməklə idarə etmişlər. Buna əyani misal olaraq mərhumun vərəsəsi Həsənova Qənfirə 1998-ci ildə həyat yoldaşı vəfat etdikdən sonra həmin miras mülkdə yaşamaqla mirası idarə edir. Digər vəfat edən vərəsələrin vərəsələrinin də məcburi pay almaq hüququları da, qorunmadan qətnamə çıxarılmışdır. Məhkəmə qətnaməsində cavabdehin iddia tələbi üzrə iddiaçının həmin miras əmlakdan bir pay almasına heç bir etirazımın olmamasını bildirməyinə baxmayaraq, digər vərəsələrinsə payları barədə məhkəmə qətnaməsində heç bir istinad edilmədən, yəni digər vərəsələrə düşəsi paylar müəyyən edilmədən iddia tələbi tam olaraq təmin edilmişdir. Bu halsa digər vərəsələrin hüquqlarına toxunur.
32. Məhkəmə kollegiyasının iclasında iştirak İddiaçı qanuni nümayəndəsi (anası) Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir, İddiaçı onun qızıdır. O, 2007-ci ildən Xanbaba Həsənov ilə ailə qurmuş, birgə evliliklərindən Aişə adlı qızları anadan olmuşdur. Lakin həyat yoldaşı Gürcüstanda evli olduğu üçün onunla aralarında rəsmi nikah bağlanmamış, lakin mərhum həyat yoldaşı uşağa atalıq vermişdir. O, ailə qurduqdan sonra həyat yoldaşının anası Zavtazərdən mirası qalmış, hal-hazırda barəsində mübahisə edilən Ağstafa rayonu Aşağı Göycəli kəndində yerləşən evdə qızı ilə birlikdə yaşayır. Hal-hazırda qızının ayağında problem var və onun müalicəsi ilə əlaqədar çox vaxt Bakı şəhərində olur. 12 noyabr 2023-cü ildə Bakı şəhərindən qayıtdıqdan sonra qonşulardan eşitmişdir ki, onun qaynı Cavabdeh yaşadıqları evi öz adına rəsmiləşdirib. O, bu barədə qaynına bildirdikdə qaynı ona o, evdə yaşamaqlarını, evin onun adına olmasının heç bir əhəmiyyəti olmamasını bildirmişdir. Baldızları da, Cavabdeh xeyrinə fərdi yaşayış evindən imtina etmişlər. Ona görə də, qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
33. İş üzrə üçüncü şəxslər Ağstafa rayon Notariat Kontoruna, X40, X31, X53, X42, X32, X43, X18 və X45 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
34. Maddə 1133. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.
35. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
36. 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 37.1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar.
38. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.
39. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar.
40. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.
41. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
42. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
43. Maddə 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.
44. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarı
45. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair 26 dekabr 2023-cü il tarixli Qərara əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarda ifadə etdiyi hüquqi mövqeyinə görə, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir.
47. Xüsusilə vurğulanmalıdır ki, mirasdan imtina şəxsin olduqca mühüm konstitusiya hüququndan imtina etməsilə əlaqədar iradə ifadəsi olduğundan, qanunverici bu iradə ifadəsinin məhz xüsusi formada, notariat ofisində rəsmiləşdirilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Bu yanaşmanın nəticəsi olaraq Mülki Məcəllənin 1271-ci maddəsində mirasdan nümayəndə vasitəsi ilə imtina üçün bunun etibarnamədə ayrıca göstərilməsi, Məcəllənin 1268.2-ci maddəsində isə fəaliyyət qabiliyyəti tam olmayan vərəsələr baxımından imtinanın həyata keçirilə bilinməsi üçün xüsusi olaraq məhkəmənin təsdiqi tələb olunmuşdur.
48. Qərarda həmçinin göstərilmişdir ki, qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
50. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
53. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
Apellyasiya baxışının hədləri
56. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
57. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
58. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
59. Hazırkı apellyasiya şikayətində qətnamə ancaq digər vərəsələrin paylarının müəyyən edilməməsi hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-169/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır. İddia tələbi qismən təmin edilməlidir.
61. Məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü ildə X8 adına qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair açılmış mirasa X19 adına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-448 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilməlidir. Belə ki, X19 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən digər vərəsələr barədə tam məlumat verilməmiş, onlar vərəsəliyə çağırılmamış, olduqları yer müəyyənləşdirilməmiş, onlara mirası bölüşdürmək niyyətləri barəsində bildiriş göndərilməmiş, digər vərəsələrinin olması gizlədilmiş, onların mövcudluğu barədə notarius tərəfindən notariat hərəkətinin aparılması zamanı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına sorğu göndərilməmiş, bununla da “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın və Mülki Məcəllənin tələbləri pozulmuşdur.
62. Məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə X10 ölümündən miras açılıbaçılmaması və miras kütləsinə daxil olan əmlakın kütləsi müəyyən olunmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş hüququn ölmüş şəxsə məxsus olması haqqında reyestrindən arayışdan görünür ki, Ağstafa rayonu, Aşağı Göyçəli kəndində 0.19 ha. torpaq sahəsində yerləşən ümumi sahəsi 79.9 kv. m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X10 adına, torpaq sahəsi isə birgə mülkiyyət hüququ ilə X10 və X15 adına qeydə alınmışdır. Odur ki, X10 ölümündən sonra açılmış miras kütləsinə Ağstafa rayonu, Aşağı Göyçəli kəndində yerləşən ümumi sahəsi 79.9 kv. m. olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0.19 ha. torpaq sahəsinin ½ hissəsi daxildir.
63. Məhkəmə kollegiyası hesab edir ki, iş müəyyən edilməli digər hal X10 ölümündən sonra açılmış miras üzrə vərəsələrin dairəsidir. X30 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. X24 ilə olan nikahlarından X37, X38, X39, Cavabdeh, X31 və X40 adlı 6 uşaqları anadan olmuşdur. Məhkəmə kollegiyası mirası qəbul etmiş vərəsələrin dairəsi ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli Qərarı qəbul edilərkən hazırkı iş icraatda olduğundan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsənin mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsinin Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməlidir. Bu baxımdan, mirasdan imtina etməyən bütün vərəsələr aras bölünməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizə ilə X31 və X40 anaları X7 qalmış mirasdan imtina etmişlər. X10 digər vərəsələri, əri X52 xx.xx.1998-ci il tarixdə, övladları X38 xx.xx.1999-cu il tarixdə, X46 xx.xx.2014-cü il tarixdə, X39 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Digər vərəsə Cavabdeh isə sağdır və mirasdan imtina etməmişdir. Bu baxımdan, X30 vəfat etdikdən sonra mirasın açıldığı vaxt sağ qalmış vərəsələri Cavabdeh, X39 və X37 olmuşlar. Digər vərəsə, yəni X20 övladları, oğlu- X53, qızı- X42, qızı- X32, qızı- X1 əvəzindən mirası qəbul etmişlər. Həmçinin mirası qəbul etdikdən sonra X46 xx.xx.2014-cü il tarixdə, X39 xx.xx.2022-ci il tarixdə vəfat etdiyindən onların miras payı, X21 vərəsələri X54 və İddiaçı, X15 vərəsəsi X14 tərəfindən qəbul edilmişdir.
64. Ağstafa rayonu, Aşağı Göyçəli kəndində yerləşən ümumi sahəsi 79.9 kv. m. olan fərdi yaşayış evi tam mülkiyyət hüququ ilə X16 məxsus olduğundan həmin miras əmlakda Cavabdeh payı ¼, X15 payı 1/4, X17 payı ¼, X20 əvəzindən oğlu- X53, qızı- X42, qızı- X32 qızı- X43, qızı- X32, X34 əvəzindən qızı- X42, qızı- X32 qızı- X22 birlikdə payı ¼ hissə təşki etmişdir. X46 xx.xx.2014-cü il tarixdə vəfat etdikdən sonra onun miras payı, X21 vərəsələri X54 və İddiaçı, X39 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra onun payını vərəsəsi, qızı X14 qəbul etmişlər. Ümumilikdə isə Ağstafa rayonu, Aşağı Göyçəli kəndində yerləşən ümumi sahəsi 79.9 kv. m. olan fərdi yaşayış evində vərəsələrin payları Cavabdeh payı 4/16, X3 payı 4/16, X35 payı 2/16, İddiaçı payı 2/16, X34 payı 1/16, X23 payı 1/16, X11 payı 1/16, X22 payı 1/16 hissə təşkil etmişdir.
65. Ağstafa rayonu, Aşağı Göyçəli kəndində 0.19 ha. torpaq sahəsinin ½ hissəsi mülkiyyət hüququ ilə X16 məxsus olduğundan həmin miras əmlakda Cavabdeh payı 1/8, X15 payı 1/8, X17 payı 1/8, X20 əvəzindən oğlu- X53, qızı- X42, qızı- X32 qızı- X22 birlikdə payı 1/8 hissə təşki etmişdir. X46 xx.xx.2014-cü il tarixdə vəfat etdikdən sonra onun miras payı, X21 vərəsələri X54 və İddiaçı, X39 xx.xx.2022-ci il tarixdə vəfat etdikdən sonra onun payını vərəsəsi, qızı X14 qəbul etmişlər. Ümumilikdə isə Aşağı Göyçəli kəndində 0.19 ha. torpaq sahəsində vərəsələrin payları Cavabdeh payı 4/32, X3 payı 20/32, X35 payı 2/32, İddiaçı payı 2/32, X34 payı 1/32, X23 payı 1/32, X11 payı 1/32, X22 payı 1/32 hissə təşkil etmişdir.
66. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Ağstafa Rayon Məhkəməsinin 2(015)-169/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 385.1, 384.0.2, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Ağstafa Rayon Məhkəməsinin 2(015)-169/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh və onun nümayəndəsi vəkil Nümayəndə2 Müşafiq oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağstafa Rayon Məhkəməsinin 2(015)-169/2024 saylı, 07 may 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. xx.xx.2023-cü ildə X10 adına qeydiyyata alınmış ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 79,7 kv.m olan fərdi yaşayış evi və 0,19 ha torpaq sahəsinə dair Cavabdeh adına verilmiş Ağstafa rayon Notariat ofisinin 2V-448 reyestr nömrəli xx.xx.2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə etibarsız hesab edilsin. X16 məxsus Ağstafa rayonu, Aşağı Göyçəli kəndində yerləşən ümumi sahəsi 79.9 kv. m. olan fərdi yaşayış evindən ibarət miras əmlakda Cavabdeh payı ¼, X15 payı 1/4, X17 payı ¼, X20 əvəzindən oğlu- X53, qızı- X42, qızı- X32, qızı- X43 qızının birlikdə payı ¼ hissə müəyyən edilsin. Ümumilikdə isə Ağstafa rayonu, Aşağı Göyçəli kəndində yerləşən ümumi sahəsi 79.9 kv. m. olan fərdi yaşayış evində Cavabdeh payı 4/16, X3 payı 4/16, X35 payı 2/16, İddiaçı payı 2/16, X34 payı 1/16, X23 payı 1/16, X11 payı 1/16, X22 payı 1/16 hissə müəyyən edilsin. Mülkiyyət hüququ ilə X16 məxsus olan Ağstafa rayonu, Aşağı Göyçəli kəndində yerləşən 0.19 ha. torpaq sahəsinin ½ hissəsində Cavabdeh payı 1/8, X15 payı 1/8, X17 payı 1/8, X20 əvəzindən oğlu- X53, qızı- X42, qızı- X32 qızı- X22 birlikdə payı 1/8 hissə müəyyən edilsin. Ümumilikdə isə Aşağı Göyçəli kəndində 0.19 ha. torpaq sahəsində Cavabdeh payı 4/32, X3 payı 20/32, X35 payı 2/32, İddiaçı payı 2/32, X34 payı 1/32, X23 payı 1/32, X11 payı 1/32, X22 payı 1/32 hissə müəyyən edilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.