Məhkəmə qərarları › İş №2(104)-1761/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1761/2025

03.06.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1761/2025 03.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə Işin halları

1. X7 və Cavabdeh ##.##.1992-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onların birgə nikahlarından ##.##.1993-cü il tarixdə X2 doğulmuş və o, sonradan ölmüşdür (arxiv idarəsinin məktubu iş vərəq 217).

2. X7 və Cavabdeh təsərrüfatbaşına kitablarda bir təsərrüfatın üzvü kimi göstərilməsinə baxmayaraq onlar 1995-ci il tarixdən etibarən ayrı təsərrüfatlarda yaşamış və faktiki olaraq nikah münasibətlərinə xitam vermişlər.

3. ünvan 4ində yerləşən 0.6596 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: 501013056248) “Torpağa mülkiyyət hüququna dair' Dövlət aktının JN-***M nömrəli konturuna əsasən X7 və Cavabdeh mülkiyyətindədir.

4. ünvan 4ində yerləşən 0.0643 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ##.##.1998-ci ildə (Reyestr nömrəsi: 501013056249) “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının JN- *** nömrəli konturuna əsasən X7 və Cavabdeh mülkiyyətindədir.

5. ünvan 4ində yerləşən 0.0519 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: 501013056250) “Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının JN-***C nömrəli konturuna əsasən X7 və Cavabdeh mülkiyyətindədir.

6. ünvan 3 ünvanında yerləşən * saylı mənzil ## ##### 2002-ci il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestri xidmətində qeydiyyata alınmış və cavabdeh həmin tarixdən həmin ünavanda yaşamaqla tək təsərrüfat aparmışdır.

7. ##.##.2011-ci il tarixdə Rahimli (Rəhimov) Muraz Oruc oğlu doğulmuş və bununla bağlı AZS-*** nömrəli “Doğum haqqında tibbi şəhadətnamə” verilmişdir. Şəhadətnamədə uşağın anası kimi Qanuni nümayəndə göstərimiş, atası barədə isə məlumat göstərilməmişdir.

8. Bundan sonra ##.##.2012-ci il tarixdə *** nömrəli “atalığı müəyyən etmək haqqında akt qeydi” tərtib olunmuş və Rusiya Federasiyası vətəndaşı ##.##.1961-ci il təvəllüdlü X10 Rahimli (Rəhimov) Muraz Oruc oğlunun atası olması müəyyən edilmişdir.

9. Daha sonra uşağın doğum akt qeydinə dəyişiklik edilərək üşaq X8 qeyd edilmiş, atalığın müəyyən edilməsinə haqqında şəhadətnamə və uşağa yeni doğum haqqında şəhadətnamə verilmişdir.

10. X7 ##.##.2023-cü il tarixdə ölmüşdür. O, ölən günədək Ağstafa şəhəri, Ağamalıoğlu küçəsi ev **/* nömrəli ünvanda qeydiyyatdan olmuşdur (Ağstafa RIH MKTB-nin ##.##.2023-cü il tarixli *** nömrəli arayışı).

11. Bundan sonra iddiaçının anası Qanuni nümayəndə * saylı Bakı “ASAN” xidmət mərkəzi qeydiyyat şöbəsinə müraciət edərək “atalığın müəyyən edilməsi və doğum akt qeydlərinə” dəyişikli edilməsi və yeni sənədlərin verilməsi barədə ##.##.2023-cü il tarixdə müraciət etmiş, sonuncunun müraciəti araşdırırlaraq bununla bağlı akt qeydlərinə dəyişiklik edilməsi barədə qeydiyyat orqanının rəyinə əsasən müafiq akt qeydlərinə dəyişiklik edilmiş və uşağa İddiaçı olaraq yeni sənədlər verilmişdir.

12. Iddiaçının qanuni nümayəndəsi olan Qanuni nümayəndə Ağstafa Rayon Notariat ofisinə müraciəti əsasında X7 ölümü ilə bağlı ##.##.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır.

13. Iddiaçının qanuni nümayəndəsi iddiaçının adından ##.##.2024-cü il tarixli ərizə ilə Notariat ofisinə müraciət edərək digər vərəslərlə mübahisələrinin olduğunu bildirmiş və vərəsəlik işinin dayandırılaraq işə məhkəmə qaydasında baxılmasına köməklik göstərilməsini xahiş etmiş, Notariat ofisi ##.##.2024-ci il tarixli məktubla iddiaçıya müraciət edərək vərəsələr arasında mübahisənin olması səbəbi ilə vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina etmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

14. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, mərhum atası X7 miras qalmış 0.78 ha torpaq sahəsinə və 0.09 ha torpaq sahəsinə və digər əmlaklara vərəsə tanınmaqla və həmin miras mülklərə payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı X4nun oğludur. Cavabdeh isə onun arvadı olmuşdur. X4 ## #### 2023-cü ildə vəfat etmişdir. İddiaçı anası Qanuni nümayəndə ilə X4 ilə faktiki nikahda olmuş, Cavabdeh ilə X4 arasında olan nikah isə rəsmi nikah olmuşdur. X7 vəfat etdikdən sonra onun iki vərəsəsi qalmışdır; 1. oğlu İddiaçı 2. arvadı Cavabdeh. Hazırda iddia ərizəsinə əlavə edilmiş torpağın mülkiyyətə verilməsinə dair dövlət aktlarından da müəyyən olunur ki, X4nun adına 0.78 ha və 0.09 ha torpaq sahələri olmuşdur. Həmçinin qeyd edir ki, həmin torpaq sahələrindən başqa digər əmlakların olub-olmamasını müəyyənləşdirmək üçün tərəfindən daşınmaz əmlaka sorğu verilmiş, lakin icrası təmin edilməmişdir. Məhkəmənin sorğusu ilə digər əmlaklarında olub olmaması müəyyən edilməlidir. Hesab edir ki, İddiaçı X4nun oğludur və ondan miras qalan bütün əmlaklara digər vərəsə kimi tam hüququ vardır.

16. Bundan sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı mərhum atası X7 miras qalmış ünvan 3 ünvanında yerləşən * saylı mənzil ## ##### 2002-ci il tarixli, ***** reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən Cavabdeh adına olan, ünvan 4ində yerləşən 0.6596 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: 501013056248) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının JN-***M nömrəli konturuna əsasən X7 və Cavabdeh adlarına olan, ünvan 4ində yerləşən 0.0643 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: 501013056249) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının JN-*** nömrəli konturuna əsasən X7 və Cavabdeh adlarına olan, ünvan 4ində yerləşən 0.0519 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (Reyestr nömrəsi: 501013056250) "Torpağa mülkiyyət hüququna dair" Dövlət aktının JN-***C nömrəli konturuna əsasən X7 və Cavabdeh adlarına olan əmlaklara X4nun 2/1 payına vərəsə tanınmaqla və həmin miras mülklərə payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırılmışdır ki, X4nun heç bir əmlakı olmamış, hal-hazırda onun heç mirası qalmamışdır. Belə ki, o, ##.##.1992-ci il tarixdə X4 ilə evlənib ailə qurmuşdur, lakin Oruc Mahmudov xəstə olduğundan onların iki uşağı rəhmətə getmiş və bununla bağlı aralarında mübahisə yaranmış və ##.##.1995-ci il tarixdə o, əşyalarını yığıb onların evindən çıxıb anası Rozanın evinə getmiş və hazırda anasıyla bir yerdə yaşayırlar. Həmin vaxtdan onun X4 ilə heç bir münasibəti olmamışdır. Bundan sonra 1996-cı ildə X3 adlı qadınla qeyri-rəsmi yaşamış, sonra isə Aygün adlı qadınla 2014-cü ilədək qeyri-rəsmi yaşamışdır. Bundan sonra, mərhum Oruc Mahmudov ölən gününə kimi tək-tənha yaşamışdır. ünvan 2 ünvanında yerləşən mənzili o, şəxsi vəsaiti hesabına almış və həmin mənzili alarkən o, artıq mərhum Oruc Mahmudovla 7 il olaraq ayrı yaşamış və o, həmin vaxt Aygün ilə yaşamış və onun bu mənzilin cavabdeh tərəfindən alınması bardə heç bir məlumatı olmamışdır. Ona görə hesab edir ki, bu mənzil birgə nikah dövründə alınmış əmlak sayıla bilməz. Bundan başqa, ünvan 4ində yerləşən 0.6596 ha, 0.643 ha və 0.0519 ha kənd təsərrüfatı torpaq sahələri ona Molla Vidadi adına Üzümçülük sovxoz tərəfindən sovxosda işlədiyinə görə verilən əmlak payıdır, lakin onlar formal olaraq nikahda olduğundan torpağa mülkiyyət hüququna dair Dövlət aktına Oruc Mahmudovun da adı səhf olaraq qeyd edilmişdir. Ona görə də hesab edir ki, bu torpaq sahələri də birgə nikah dövründə əldə edilmiş əmlaklar sayıla bilməz. O, İddiaçı öz mülkündən, əmlaklarından heç bir pay vermək məcburiyyətində deyil.

18. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsinin nümayəndəsi (vəki) iddia ərizəsində yazılanların izahatı olaraq qəbul edilməsini və tələbinin təmin olunmasını xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdeh iddiaya etirazda yazılanların izahat olaraq qəbul olunmasını və iddianın təmin olunmamasını xahiş etmişdir.

20. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Xədicə Səfərli) ilə, iddianın təmin edilməsi, ##.##.2023-cü ildə ölmüş X7 miras qalmış ünvan 3 ünvanında yerləşən * saylı mənzil; ünvan 4ində yerləşən 0.6596 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; ünvan 4ində yerləşən 0.0643 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; ünvan 4ində yerləşən 0.0519 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə İddiaçı 1/4 hissədə, Cavabdeh ¾ hissədə payının müəyyən edilməsi qət edilmişdir.

21. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı, X7 və Cavabdeh adına birgə nikah dövründə qeydə alınmış mübahisəli mənzil və torpaq sahələri üzərində yaranmış ½ paya vərəsə qismində tanınmasını xahiş etmişdir. Cavabdeh birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, birgə təsərrüfat hesabına əldə edilmədiyini bildirsə də, mübahisəli əmlakın birgə əmlak olmasını təkzib edən hər hansı mötəbər dəlil təqdim etməmişdir.

22. Məhkəmə hesab etmişdir ki, mübahisəli daşınmaz əmlak X7 və Cavabdeh birgə nikah dövründə əldə edildiyindən və birgə nikah müddətində əldə edilmiş əmlaka dair tərəflər arasında hər hansı razılaşma olmadığından, habelə onların arasında nikah sazişi olmadığından və bununla da tərəflər arasında əmlakın bölünməsinə dair başqa qaydalar nəzərdə tutulmadığından, birgə nikah müddətində əldə etdikləri mübahisəli daşınmaz əmlaklarda X7 və Cavabdeh payları müəyyən olunmalı və onların birgə nikah müddətində əldə etdikləri əmlak bərabər paylarla bölünməlidir

23. Iddiaçı daha sonra, X7 qalmış, əmlakın ½ hissəsinə miras payının müəyyən olunmasını xahiş etmiş və tələbinin miras qoyanın vərəsəsi olmasıyla əsaslandırmışdır. Miras qoyan Oruc Mahmudovun öldüyü məqamın vərəsələri İddiaçı və Cavabdeh məlum olmasını təkzib edən hər hansı dəlil təqdim edilmədiyi üçün onların vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu vaxtdan 3 ay ərzində mirasdan notariat qaydada imtina etməsi müəyyən olunmur. Mirası qəbul etmiş həmin vərəsələr arasında mirasın bərabər bölüşdürülməsi həyata keçirilməlidir. Belə olan halda, mübahisəli daşınmaz əmlaklar üzərində Cavabdeh və X7 ½ payının müəyyən olunması nəzərə alınaraq, miras qoyana məxsus ½ pay üzərində İddiaçı və Cavabdeh bərabər payları hesablanaraq, mübahisəli daşınmaz əmlaklar üzərində Cavabdeh 3/4 payı, İddiaçı 1/4 payı müəyyən edilməlidir.

24. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1145, 1146, 1151.1, 1159.1.1, 1243.2, 1243.3 və 1255ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32, 37.1 və 37.2-ci maddələrinən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 76.2, 77.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

25. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

26. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, X4nun heç bir əmlakı olmamış, hal-hazırda onun heç bir mirası qalmamışdır. Belə ki, o ##.##.1992-ci il tarixdə X4 ilə evlənib ailə qurmuş, lakin Oruc Mahmudov ruhi xəstə olduğundan onların iki uşaqları rəhmətə getmiş və bununla bağlı aralarında mübahisə, narazılıq yaranmış və ##.##.1995-ci il tarixdə o əşyalarını yığıb onların evindən çıxıb anası Rozanın evinə getmiş və hal-hazırda anası ilə bir yerdə yaşayırlar. Həmin vaxtdan onun X4 ilə heç bir münasibəti olmamışdır, onlar onunla bir yerdə yaşamamışlar, onunla birgə təsərrüfat aparmamışlar, onların nikahları formal xarakter daşımışdır və həmin əmlaklar onunla birgə təsərrüfat hesabına əldə edilməmişdir. O, Oruc Mahmudovla ayrıldıqdan sonra 1996-cı ildən X3 adlı qadınla qeyri-rəsmi yaşamış, sonra isə Aygün adlı qadınla 2014-cü ilədək qeyri-rəsmi yaşamışdır. Bundan sonra, mərhum Oruc Mahmudov ölən gününə kimi tək-tənha yaşamış və ##.##.2023-cü il tarixdə vəfat etmişdir. ünvan 2 ünvanında yerləşən mənzili o anası Rozanın maddi köməkliyi ilə və öz şəxsi vəsaiti hesabına almış və həmin mənzili alarkən o artıq mərhum Oruc Mahmudovla 7 il olaraq ayrı yaşamışlar və o, həmin vaxt Aygün adlı qadınla qeyri-rəsmi yaşamış və onun bu mənzilin onun tərəfindən alınması barədə heç bir məlumatı olmamışdır, onlar onunla birgə təsərrüfat işləri aparmamışlar və həmin mənzil onunla birgə təsərrüfat hesabına əldə edilmədiyinə görə hesab edir ki, bu mənzil birgə nikah dövründə əldə olunmuş əmlak sayıla bilməz. O ünvan 4ində yerləşən X1 adına Üzümcülük sovxozunda ##.##.1982-ci ildən ##.##.1997-ci ilədək mühasib (buxqalter) və operativ işçi vəzifəsində işləmiş, lakin Oruc Mahmudov həmin sovxozda heç bir gündə işləməmiş, o, hətta orta məktəbi tam oxumamış, həqiqi hərbi xidmətdə olmamışdır. O xəstəliyə psixi x görə pensiya almışdır. ünvan 4ində yerləşən 0.6596 ha, 0.643 ha və 0.0519 ha kənd təsərrüfatı torpaq sahələri mənə 1997-1998-ci illərdə ünvan 4ində yerləşən X1 adına Üzümcülük sovxoz dağıldıqdan sonra, sovxoz tərəfindən sovxosda Oruc Mahmudovla nikahdan 10 il əvvəl işlədiyimə görə verilən əmlak payımdır, lakin bizim formal olaraq nikahımız olduğundan torpağa mülkiyyət hüququna dair Dövlət aktına Oruc Mahmudovun da adı səhf olaraq qeyd edilmişdir. Ona görə də hesab edir ki, bu torpaq sahələri də birgə nikah dövründə əldə edilmiş əmlaklar sayıla bilməz, ona görə ki, həmin torpaqlar birgə təsərrüfat hesabına əldə edilməmişdir və onlar mərhum Oruc Mahmudovla artıq 1995-ci ildən ayrılmışlar. O İddiaçı öz vəsaiti hesabına və öz əməyi ilə əldə edilmiş mülkümdən, əmlaklarından heç bir pay vermək məcburiyyətində deyil. Getsin onun doğma atası kimdir və yaxud Qanuni nümayəndə əri kimdir haqqı-hesabını onunla çəksinlər. Birinci instansiya məhkəməsi onun bu məzmunlu izahatına məhəl qoymadan və hüquqi qiymət vermədən yuxarıda qeyd edilən əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə onun izahatına inanmamış, yalnız iddiaçının izahatını nəzərə almışdır. Göründüyü kimi məhkəmə heç nəyi araşdırmadan iddiaçının marağını cavabdehin marağından üstün tutmuşdur. Məhkəmə hesab etmişdir ki, “cavabdeh birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, birgə təsərrüfat hesabına əldə edilmədiyini bildirsə də, mübahisəli əmlakın birgə əmlak olmasını təksib edən hər hansı mötəbər dəlil təqdim etməmişdir.” Halbuki, o izahatında bildirmişdir ki, mərhum Oruc Mahmudovla artıq 1995-ci ildən ayrılmışlar və o, başqa qadınlarla yaşamış və hətta Qanuni nümayəndə uşağı doğulmuşdur, lakin həmin uşağın Oruc Mahmudovun olması belə şübhə doğurur. Elə bu onu göstərir ki, onlar bir yerdə yaşamamışlar, birgə təsərrüfat aparmamışlar, onların nikah formal xarater daşımış və belə olan halda 2002-ci ildə öz şəxsi vəsaiti ilə alınmış mübahisəli mənzil və 1997-1998-ci ildə adına verilmiş torpaqlar birgə təsərrüfat hesabına əldə edilməsi mümkün deyildir. Iddiaçı İddiaçı və anası Qanuni nümayəndə məhkəmə prosesində iştirak etməmişlər və məhkəmə onun onların məhkəməyə gəlməsi vəsatətini təmin etməmişdir, məhkəmə işin tam, hərtərəfli və obyektiv aparılması üçün onların məhkəmədə iştiraklarını təmin etməmişdir. Əgər onların iştirakı məhkəmədə təmin edilsə idi, bizim oruc Mahmudovla 1995-ci ildən ayrı yaşamaqlarını araşdırmaq mümkün olardı. Bundan başqa, o Oruc Mahmudovla bir yerdə yaşamamalarını təsdiq edən şahidləri məhkəməyə gətirmək istəmiş, lakin məhkəmə buna imkan verməmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərkən düzgün qətnamə çıxarmamışdır. Aydın görünür ki, məhkəmə qərarında iddiaçının maraqlarını qanundan üstün tutmuş, iddiaçının maraqlarını və hüquqlarını müdafiə edərək onun izahatımda göstərilənlərə heç bir məhəl qoyulmamış, məhkəmə formal mülahizələrdən çıxış edərək əsassız və qanunsuz qərar çıxarmışdır. O mərhum Oruc Mahmudovla 1995-ci ildən ayrılmış, o, başqa qadınlarla yaşamış və hətta Qanuni nümayəndə uşağı doğulmuşdur. Elə bu onu göstərir ki, biz bir yerdə yaşamamışıq, birgə təsərrüfat aparmamışlar, onların nikahı formal xarater daşımış və belə olan halda 2002-ci ildə öz şəxsi vəsaiti ilə alınmış mübahisəli mənzil və 1997-1998-ci ildə adına verilmiş torpaqlar birgə təsərrüfat hesabına əldə edilə bilməz.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

28. Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, o, ünvan 4ində yerləşən sovxozunda ##.##.1982-ci ildən ##.##.1997-ci ilədək işləmiş və torpaq həmin dövrdə ona verilmişdir. Oruc işləməmişdir. Torpaq ona sovxozda işlədiyi üçün verilmiş və Orucun torpağa aidiyyəti olmamışdır. Orucla evləndikdən sonra uşaqları olmuş və Oruc xəstə olduğu üçün uşaqlar ölmüşdür. Bundan sonra o, Orucdan 1995-ci ildə ayrılmış və Gəncə şəhərinə gələrək Gəncədə işləmişdir. Evi öz puluna almışdır. Orucun evə aidiyyəti yoxdur. Orucla ayrıldıqdan sonra Oruc bir neçə qadınla yaşamışdır. O, İddiaçı öz vəsaiti hesabına və öz əməyi ilə əldə edilmiş mülkündən, əmlaklarından heç bir pay vermək məcburiyyətində deyildir. Getsin onun doğma atası kimdir və yaxud Qanuni nümayəndə əri kimdir haqqı-hesabını onunla çəksinlər. Apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

29. Cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

30. Iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında bildirdi ki, X4 ilə 2010cu ildən 2012-ci ilədək birlikdə yaşamışlar. Onlar tanış olan zaman X5 Federasiyanın vətəndaşı olmuşdur. Oruc Mahmudov ilə 2010-cu ildə tanış olmuşlar. Uşağı iddiaçı İddiaçı atalığı isə 2011ci ildə müəyyən olunmuşdur. Daha sonra Oruc 2012-ci ildə silahlı basqın etdiyi üçün Azərbaycan Respublikasında həbs edilmişdir. Həbsdə olan zaman yanına gedib gəlmişdir. Oruc Mahmudov tutulduqdan sonra faktiki ayrılmışlar və ayrı yaşamağa başlamışdır. Oruc Mahmudov xəstə olmuş, onunda ona baxmağa imkanı olmamışdır. Cavabdeh Cavabdeh isə mərhum Oruc Mahmudovdan 1995-ci ildən ayrılmışlar və onlar ayrı yaşamağa başlamışlar. Bunu Oruc özü ona demişdir. Oruc demişdir ki, Rusiya Federasiyasında olan zaman pulları Cavabdeh göndərmiş və o, Gəncədə ev almışdır. Oruc vəfat etməmişdən qabaq həmişə demişdir ki, “mən özüm boşanmıram ki əmlaklar mənə qalsın”. O, oğlu ilə Bakı şəhərində yaşayır. Ona demişlər ki altı ay müddət keşməmiş vərəsəlik üçün müraciət etmək lazımdır. Onlar pulu ödəmişlər və daha sonra Qazax Rayon Məhkəməsinə müraciət etmişdir. Lakin, mərhum Ağstafa Rayonunda vəfat etdiyi üçün həmin rayonda olan notariat konturuna müraciət edilməsini demişlər. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

31. Iddiaçının qanuni nümayəndəsinin nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək izahatında bildirdi ki, torpaq sahələri Aqrar Islahat Komissiyasının qərarları əsasında X7 və Cavabdeh birgə mülkiyyətlərinə verilmişdir. Həmin əmlaklar ailənin birgə təsərüfatına verilmişdir. Ağstafa Rayon Notariat konturuna müraciət edilən zaman həm Cavabdeh, həm də Qanuni nümayəndə da notariat konturunda olmuşlar. Apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. VII. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

35. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

36. Maddə 213.5. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər.

37. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır.

38. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

39. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

40. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

41. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

42. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar.

43. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

44. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. (zamana görə qüvvədə olan redaksiyada)

45. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

46. Maddə 1246. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. (zamana görə qüvvədə olan redaksiyada)

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli Qərarı

47. Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.). Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Mülki Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi). Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ####### 2022-ci il tarixli Qərarı

48. ... Mülki Məcəllənin 1246-cı maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir (Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il # ###### tarixli Qərarı).

49. O da nəzərə alınmalıdır ki, vərəsəlik hüququnda nəzərdə tutulmuş imtina institutu bir tərəfdən şəxslərin istəmədiyi halda məcburən vərəsə hesab olunmasının qarşısını almaq, digər tərəfdən isə hüquqi müəyyənliyi təmin etmək məqsədinə xidmət edir. Mirasın açılması ilə vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyini bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində bildirməlidir. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

50. Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən olunmuş müddətin xarakteri və mahiyyəti ilə bağlı müraciətdə qaldırılan məsələyə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin müəyyən etdiyi bu müddətin vərəsəlik hüququnun yaranmasını şərtləndirən və ötürülməsi ilə bu hüququn xitamına səbəb olan müddət (kəsici müddət) kimi qiymətləndirilməsi yolverilməzdir. Belə ki, əvvəldə də qeyd olunduğu kimi, vərəsəlik hüququ miras qoyanın ölümü və ya ölmüş elan edilməsi nəticəsində mirasın açılması ilə yaranır, həmin gündən miras əmlakı təşkil edən hüquq və öhdəliklər vərəsələrin əmlakının müvafiq olaraq aktiv və passivinə daxil olmuş olur. Odur ki, mirasın açılması ilə artıq yaranmış olan vərəsəlik hüququnun, vərəsə statusunun prosedur xarakterli tələblərin (notariat qaydasında rəsmiləşdirilmənin) müəyyən müddət çərçivəsində həyata keçirilməməsi əsası ilə xitam olunması Konstitusiya ilə təminat verilən mülkiyyət və vərəsəlik hüquqlarının pozulmasına səbəb olar.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli * saylı Qərarı

51. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

52. Bənd 2.2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

53. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

54. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

55. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 106.1. Işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

60. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

61. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

62. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

63. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

65. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

66. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

67. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; ... 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

68. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

69. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

70. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

71. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

72. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

73. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

74. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

75. Məhkəmə ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.

76. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

77. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinə istinad edərək, iddiaçının qanunla müəyyən olunan müddətdə mirasdan imtina etməyərək miras kütləsini qəbul etməsi nəticəsinə gəlmişdir.

78. Birinci instansiya məhkəməsi gəldiyi mövqe ilə bağlı bildirmişdir ki, “miras qoyan Oruc Mahmudovun öldüyü məqamın vərəsələri İddiaçı və Cavabdeh məlum olmasını təkzib edən hər hansı dəlil təqdim edilmədiyi üçün onların vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu vaxtdan 3 ay ərzində mirasdan notariat qaydada imtina etməsi müəyyən olunmur. Mirası qəbul etmiş həmin vərəsələr arasında mirasın bərabər bölüşdürülməsi həyata keçirilməlidir.” Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır, ona görə ki, iddiaçının vərəsəlik hüququna, mirasdan qanunla müəyyən olunmuş qaydada imtina edibetməməsi

79. ilə deyil, mirası qəbul edib-etməməsi əsasında hüquqi qiymət verilməlidir.

80. Qeyd olunmalıdır ki, iddia tələblərinin ardıcıllığı baxımından ilk növbədə iddiaçının mərhum atasından qalmış miras payının onun tərəfindən qəbuluna qiymət verilməlidir. Çünki, iddiaçının mirası qəbul etməsi müəyyən olunacağı halda digər tələblər üzrə subyektiv hüququ yaranmış olacaqdır.

81. X4 ##.##.2023-cü ildə öldüyünə görə Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinə əsasən, mübahisənin həllinə həmin dövrdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir.

82. Göründüyü kimi, miras qoyan X7 ##.##.2023-cü il tarixdə ölmüş, həmin tarixdən etibarən miras açılmışdır. Miras açıldığı zaman qanun üzrə birinci növbə vərəsələr qismində onun faktiki ayrı yaşadığı arvadı Cavabdeh və oğlu İddiaçı çıxış etmişlər.

83. Birinci instansiya məhkəməsi iddiaçının miras hüququnun mövcudluğu barədə nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2 və 1246-cı maddələrinə istinad etmiş, vərəsələrin miras qoyanın ölümündən xəbərdar olduqları halda üç ay müddətində notariat qaydasında mirasdan imtina etmədiklərini əsas götürərək onların mirası qəbul etmiş hesab edilməli olduqlarını göstərmişdir

84. Lakin, məhkəmə həmin hüquqi yanaşma ilə razılaşmır.

85. Əvvəla, Azərbaycan Respublikası MPM-in 217.2-ci maddəsinin tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı mübahisə üzrə vərəsəlik münasibəti miras qoyanın ölümü ilə, yəni ##.##.2023-cü il tarixdə yaranmışdır. Buna görə də mübahisəyə hüquqi qiymət verilərkən həmin tarixdə qüvvədə olan maddi hüquq normaları tətbiq edilməli idi.

86. Birinci instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən birbaşa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2, 1246 və 1273-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ###### 2023-cü il tarixli Qərarına istinad etməsə də, maddi hüququnun tətəbiqi zamanı həmin qərarla formalaşdırılmış hüquqi mövqedən çıxış etmişdir. Halbuki, həmin Qərarın hüquqi mahiyyətindən görünür ki, qərarda ifadə olunmuş hüquqi mövqe mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədilə onun qüvvəyə mindiyi tarixdən sonra yaranan vərəsəlik münasibətlərinə, eləcə də həmin tarixdə məhkəmələrin icraatında olan mübahisələrə şamil edilir.

87. Hazırkı iş üzrə isə miras ##.##.2023-cü il tarixdə açılmış, yəni miras Konstitusiya Məhkəməsinin qeyd edilən qərarının qəbul edilməsindən əvvəl açılmışdır. Eyni zamanda iş materialları ilə müəyyən olunur ki, həmin tarixdə bu mübahisə məhkəmənin icraatında olmamış, iddia tərəfi Ağstafa Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin ##.##.2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarılmış, hazırki iş isə Gəncə Şəhər Məhkəməsinə ##.##.2024-cü il tarixdə daxil olmuşdur. Belə olan halda, sonradan qəbul edilmiş hüquqi mövqenin geriyə tətbiq olunması qanunun zamana görə qüvvəsi prinsipi ilə uzlaşmır.

88. Digər tərəfdən, hazırki iş üzrə miras hüququnun əldə olunması məsələsi vərəsənin mirasdan imtina edib-etməməsi ilə deyil, mirası qanunla müəyyən edilmiş qaydada qəbul edibetməməsi ilə müəyyən olunur. Mülki Məcəllənin mirasın açıldığı vaxt qüvvədə olan 1243.2-ci maddəsinə əsasən, miras yalnız vərəsənin mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etməsi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirməsi hallarında qəbul edilmiş hesab olunur. Həmin maddənin məzmunundan da göründüyü kimi, mirasın qəbul olunmasının hüquqi nəticə doğurması üçün vərəsənin aktiv davranışı və iradə ifadəsi tələb olunur.

89. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli qərarında da qeyd edilmişdir ki, vərəsəliyə çağırılmış şəxslər qanunla müəyyən olunmuş müddət ərzində mirası qəbul etməyə yönəlmiş hərəkətlər etməlidirlər və belə hərəkətlər edilmədikdə vərəsəlik hüququnun həyata keçirilməsi mümkün olmur. Eyni hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun ## ####### 2022-ci il tarixli qərarında da ifadə olunmuşdur.

90. Buna baxmayaraq, birinci instansiya məhkəməsi iddiaçının mirası qəbul etməsi ilə bağlı hüquqi əhəmiyyət kəsb edən halları araşdırmamış, onun mirasın açılmasından sonra notariat orqanına müraciət edib-etmədiyini, miras əmlaka faktiki sahiblik etməyə və ya onu idarə etməyə başlayıb-başlamadığını müəyyən etməmişdir. Məhkəmə yalnız mirasdan notariat qaydasında imtina edilməməsi faktına əsaslanaraq mirasın qəbul olunduğu nəticəsinə gəlmişdir ki, bu da Mülki Məcəllənin 1243.2 və 1246-cı maddələrinin məzmununa uyğun olmamışdır.

91. Halbuki, mirasdan imtina edilməməsi faktının özü-özlüyündə mirasın qəbul olunması mənasını vermir. Qanunvericilik mirasın qəbulunu təsdiq edən konkret hüquqi faktların mövcudluğunu tələb edir və həmin faktların sübut olunması iddia tələbinin əsasını təşkil edən hallardan biri kimi qiymətləndirilməlidir.

92. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının miras hüququna qiymət verərkən mirasın qəbul olunması məsələsini araşdırmadan, yalnız mirasdan imtina edilməməsinə əsaslanmaqla maddi hüquq normalarını düzgün tətbiq etməmiş, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam müəyyənləşdirməmiş və nəticədə gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamışdır.

93. Yuxarıda qeyd olunan normaların məzmunundan göründüyü kimi, vərəsəlik ölmüş şəxsin əmlakının digər şəxslərə (bir və ya bir neçəsinə) keçməsidir. Yəni, vərəsəlik dedikdə, ölən şəxsin (miras qoyanın) əmlak və bəzi şəxsi qeyri-əmlak hüquq və vəzifələrinin qanunla müəyyən edilmiş qaydada digər şəxsə (vərəsəyə) keçməsi başa düşülür. Bu zaman vərəsəlik hüquq münasibətinin predmeti olan miras əmlak ölən şəxsin qanunla müəyyənləşdirilmiş qaydada vərəsələrinə keçən əmlak hüquq və vəzifələrinin məcmusu kimi çıxış edir.

94. Göstərilənlərin təhlili onu deməyə əsas verir ki, vərəsəlik hüquq münasibətlərində mirasın qəbul edilməsi ilə yaranan hüquq münasibətləri mühüm əhəmiyyət kəsb edir. Istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə mümkün vərəsə tərəfindən miras əmlak yalnız o halda əldə edilə, ona bölünə bilər ki, o, mirası qəbul etmiş olsun.

95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında göstərmişdir ki, əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir.

96. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Bu baxımdan işin halları araşdırılarkən, iddiaçının anası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etməsi müəyyən olunmamışdır.

97. Iddiaçının mərhum atası X7 qalmış mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mirası qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsinvərəsənin-iradəsini

98. ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir.

99. Konstitusiya Məhkəməsinin yuxarıda adı çəkilən qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. Işin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.

100. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X7 ##.##.2023-cü il tarixdə ölmüş, həmin tarixdən etibarən miras açılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın açıldığı vaxt qüvvədə olmuş 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Həmin normanın məzmunundan görünür ki, qanunverici vərəsənin mirası qəbul etməsi üçün konkret müddət müəyyən etmiş və həmin müddət ərzində vərəsənin mirası qəbul etməyə yönəlmiş hərəkətlər etməsini tələb etmişdir.

101. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı miras qoyanın oğludur və mirasın açılması faktından xəbərdar olmuşdur. Bunun əksini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, iddiaçı ən geci mirasın açıldığı tarixdən hesablanmaqla qanunla müəyyən edilmiş üç aylıq müddət ərzində mirası qəbul etmək üçün müvafiq tədbirlər görməli idi.

102. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi iddiaçı tərəfindən mirasın qəbul edilməsinə yönəlmiş ilk hüquqi əhəmiyyətli hərəkət yalnız ##.##.2023-cü il tarixdə həyata keçirilmişdir. Halbuki həmin tarix mirasın açıldığı ##.##.2023-cü il tarixdən dörd aydan artıq müddət keçdikdən sonraya təsadüf edir. Beləliklə, iddiaçı Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş üç aylıq müddət ərzində mirası qəbul etməmişdir.

103. Məhkəmə qeyd edir ki, hazırki halda miras hüququnun həyata keçirilməsi üçün vərəsənin mirasdan imtina etməməsi faktının mövcudluğu əsas deyildir. Çünki, vərəsə qanunla müəyyən olunmuş müddətdə ya notariat orqanına müvafiq ərizə verməli, ya da miras əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlamalı və bununla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir.

104. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın açıldığı vaxt qüvvədə olmuş 1243.2-ci maddəsinə əsasən vərəsə yalnız notariat orqanına mirası qəbul etməsi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və yaxud əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə mirası qəbul etmiş hesab olunur.

105. Hazırkı iş üzrə iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə izahatında göstərmişdir ki, o, X4 ilə təxminən 2010-2012-ci illərdə birlikdə yaşamış, sonradan isə mərhumun həbs olunması ilə əlaqədar faktiki olaraq ayrılmışlar. Həmin vaxtdan etibarən onların birgə yaşayışları və ailə münasibətləri mövcud olmamış və onlar Bakı şəhərində yaşayırlar ki, belə olan halda da mirasın faktiki qəbulundan söhbət gedə bilməz.

106. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

107. Qanuni nümayəndənin öz izahatından da göründüyü kimi, o və iddiaçı uzun illər ərzində mərhumla eyni ünvanda yaşamamış, onunla birgə təsərrüfat aparmamış, əmlakın idarə olunmasında iştirak etməmiş və miras açılan vaxtadək miras əmlakı ilə bağlı hər hansı faktiki hakimiyyət həyata keçirməmişlər.

108. Məhkəmə qeyd edir ki, mirasın faktiki qəbul edilməsi dedikdə vərəsənin miras əmlaka sahiblik etməyə başlaması, həmin əmlakı idarə etməsi, onun saxlanılması, qorunması, istifadəsi və ya həmin əmlak üzərində mülkiyyətçi kimi davranmasını təsdiq edən hərəkətlər başa düşülür. Belə hərəkətlər vərəsənin mirası qəbul etmək iradəsini obyektiv şəkildə nümayiş etdirməlidir.

109. Lakin iş materiallarında iddiaçının qanuni nümayəndəsinin miras açıldıqdan sonra mübahisəli mənzildə yaşaması, həmin əmlakların saxlanılması və ya idarə edilməsini həyata keçirməsi, torpaq sahələrindən istifadə etməsi, onların becərilməsi, mühafizəsi və ya saxlanılması ilə bağlı hər hansı tədbirlər görməsi barədə sübutlar mövcud deyildir. Eyni zamanda, iddiaçı tərəfindən miras əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlanıldığını təsdiq edən hər hansı yazılı sənəd, şahid ifadəsi və ya digər mötbərə sübut(lar) məhkəməyə təqdim edilməmişdir.

110. Əksinə, qanuni nümayəndənin öz izahatı ilə müəyyən olunur ki, iddiaçı və onun anası mərhumdan uzun illər əvvəl ayrılmış, onunla birgə yaşamamış, ümumi təsərrüfat aparmamış və miras əmlakı ilə faktiki əlaqədə olmamışlar. Bu hal isə iddiaçının miras əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlaması barədə nəticəyə gəlməyə imkan vermir.

111. Məhkəmə qeyd edir ki, istər birinci instansiya məhkəməsində, istərsə də məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, atasının ölümündən sonra miras qalmış –ünvan 4ində yerləşən 0.6596 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi; ünvan 4ində yerləşən 0.0643 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və ünvan 4ində yerləşən 0.0519 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin qorunub saxlanılmasında iştirak etməmiş, həmin torpaq sahələrində hər hansı təsərrüfat aparmamışdır.

112. Məhkəmə bildirir ki, iddiaçının qanuni nümayəndəsinin miras qoyanın sağlığında həbsxanaya gedib gəlməsi belə mirası qəbul etməyə yönələn hərəkət olmamışdır. Iddiaçının bu hərəkətini, Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarında şərh olunan əsaslarla mirasın faktiki qəbul edilməsi kimi qiymətləndirmək mümkün deyildir. Iddiaçının mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyən, məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşımasından ibarət olan hərəkətləri, miras qoyanın əmlakını faktiki cəhətdən ələ keçirib ona sahiblik etməsini göstərən faktlar yoxdur. Iddiaçı tərəfindən atasından qalmış mirası qəbul etməsini sübuta yetirilə bilməmişdir

113. Məhkəmə hesab edir ki, iddiaçının mərhum atası Oruc Mahmudovdan miras qalan əmlakları qəbul etməsini təsdiq edən sübutları iş materiallarında mövcud deyildir. Iddiaçı tərəfindən atasından qalmış mirası qəbulu etməsini sübuta yetirilə bilməmişdir.

114. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən bu hal iddiaçının üzərinə düşür. Çünki həmin normaya əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

115. MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

116. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

117. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

118. Lakin, iddiaçı tərəf bu sübutetmə öhdəliyinin öhdəsindən gələ bilməmiş və atasından qalmış mirası qəbul etməsi halını sübuta yetirə bilməmişdir.

119. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən nə Mülki Məcəllənin 1246-cı maddəsində nəzərdə tutulmuş qaydada qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməsi, nə də miras əmlaka sahiblik etməyə və ya onu idarə etməyə faktiki başlanılması sübuta yetirilmişdir. Buna görə də iddiaçının mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hüquqi və faktiki əsaslar müəyyən olunmur.

120. Bu səbəbdən iddiaçının miras əmlak üzərində vərəsəlik hüququnun yarandığı qənaətinə gəlmək mümkün olmadığından, iddia tələbi əsaslı hesab edilə bilməz.

121. Bunlardan başqa qeyd edilməlidir ki, birinci instansiyası məhkəməsi tərəfindən mirasın tərkibidə düzgün müəyyən edilməmişdir.

122. Belə ki, məhkəmə araşdıraması zamanı istər cavabdeh, istərsə də iddiaçının anasının məhkəməyə verdiyi izahatları ilə müəyyən edildiyi kimi miras qoyanla cavabdehin nikahları pozulmasa da onlar 1995-ci il tarixdən etibarən faktiki ayrılmış və ayrı yaşayaraq hər biri ayrılıqda təsərrüfat aparmışdır.

123. Bundan sonra, yəni ## ##### 2002-ci il tarixdə ünvan 3 ünvanında yerləşən * saylı mənzil cavabdeh tərəfindən əldə edilmiş və o, həmin tarixdən etibarən özünə məxsus mənzildə yaşayır.

124. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

125. Işin mübahisəsiz halıdır ki, miras qoyanla cavabdeh 1995-ci il tarixdən etibarən nikah münasibətlərinə faktiki xitam vermiş, miras qoyan Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək istər Rusiya Federasiyasında, istərsə də qeydiyyatda olduğu Ağstafa şəhəri, Ağamalıoğlu küçəsi ev **/* nömrəli ünvanda ayrı yaşamış, cavabdeh isə özünə məxsus mənzildə Gəncə şəhərində yaşamaqla sonuncular birgə təsərrüfat aparmamışlar. Bu həm cavabdeh, həm də iddiaçının qanuni nümayəndəsi olan anası tərəfindən təsdiq edilən haldır.

126. Iddiaçının qanuni nümayəndəsi olan anası məhkəmə iclasında izahatında bildirdi ki, 2002-ci ildə Gəncə şəhərində cavabdehin adına əldə edilmiş mənzilin dəyəri miras qoyan tərəfindən ödənilmişdir. Bu halı isə təsdiq edən hər hansı mötəbər sübut mövcud deyildir.

127. Belə olan halda məhkəmə hesab edir ki, ünvan 3 ünvanında yerləşən * saylı mənzil birgə nikah dövründə əldə edilmiş əmlak olmayaraq cavabdehin vəsaiti hesabına əldə edilmiş əmlakdır və miras kütləsinə daxil deyildir.

128. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi ## #### 2021-ci il tarixli qərarında qeyd etmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 36.5-ci maddəsinə əsasən, məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu səbəbdən, hər hansı daşınar və ya daşınmaz əşya üzərində mülkiyyət və s. əşya hüquqlarının, tələb hüquqlarının, habelə mövcud öhdəliklərin ər-arvadın ümumi əmlakına daxil olubolmaması məsələsi həll edilərkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, ərarvadın rəsmi nikah münasibətlərində olsalar da ailə münasibətlərinə xitam verib-verməməsi, birgə təsərrüfat aparıb-aparmaması, götürülmüş borcun ailə məqsədləri üçün istifadə olunubolunmaması kimi işin əhəmiyyətli hallarını araşdırmalıdır.

129. Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun G.Həsənzadənin şikayəti üzrə 2015-ci il ## ##### tarixli Qərarında da ifadə edilmişdir. Həmin Qərarda göstərilmişdir ki, mirasa daxil olan əmlakın ər-arvadın nikah dövründə əldə edilən əmlak hesab edilib-edilməməsi, yəni birgə mülkiyyət olub-olmaması məsələlərinin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsini daşıyırlar.

130. Bu səbəbdən də məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi ünvan 3 ünvanında yerləşən * saylı mənzili birgə nikah dövründə əldə edilmiş əmlak kimi qəbul edərək həmin əmlakın yarısını miras kütləsinə daxil etməkdə səhvə yol vermişdir.

131. Bunlardan başqa məhkəmə torpaq sahəsi ilə bağlı cavabdehin arqumentlərini də qəbul etmir. Cavabdeh torpaq sahəsinin onun sovxozda işləməsi səbəbindən verildiyini və həmin torpaq sahəsinin ona məxsus olduğunu iddia edir.

132. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, JN-*** nömrəli Dövlət aktı ilə mülkiyyətə verilmiş ünvan 4ində yerləşən ümumi 0,78 ha kənd təsərrüfatı məhsullarının istehsalı təyinatlı torpaq sahəsi ölkədə aparılan aqrar islahatının nəticəsində Qazax Rayon Aqrar Islahat Komissiyasının ##.##.1997-ci il tarixli ** nömrəli qərarı ilə Oruc Mahmudovun və cavabdehin paylı mülkiyyətlərinə verilmiş dövlət tərəfindən bağışlanmış əmlakdır.

133. Belə olan halda isə həmin torpaq sahəsinin mülkiyyətçiləri də məhz Oruc Mahmudov və cavabdehdir ki, Oruc Mahmudovun həmin torpaq sahəsində olan payı ondan qalan miras kütləsinə daxildir.

134. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisəyə baxılarkən cavabdeh Cavabdeh mirası qəbul edib-etməməsi, miras əmlak üzərində vərəsəlik hüququnun yaranıb-yaranmaması və ya miras əmlakdan hər hansı pay almaq hüququna malik olub-olmaması məsələlərinin araşdırılmasına və həmin hallara hüquqi qiymət verilməsinə zərurət yoxdur.

135. Belə ki, MPM-in 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin normanın tələbindən göründüyü kimi, məhkəmə yalnız irəli sürülmüş iddia tələblərinin predmetini təşkil edən hallar üzrə araşdırma aparmalı və hüquqi qiymətləndirmə verməlidir.

136. Hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülmüş tələb X4ndan qalmış əmlaklara münasibətdə onun vərəsəlik hüququnun tanınması və həmin əmlakda payının müəyyən edilməsindən ibarət olmuşdur. Mübahisənin predmeti cavabdeh Cavabdeh mirası qəbul etməsi faktının müəyyən edilməsi, onun vərəsəlik hüququnun tanınması və ya miras əmlakdakı payının müəyyən olunması ilə bağlı olmamışdır.

137. Məhkəmə tərəfindən iddiaçının mirası qanunla müəyyən edilmiş qaydada və müddətdə qəbul etməməsi nəticəsinə gəlindiyindən, onun vərəsəlik hüququnun tanınması barədə iddia tələbi təmin edilməmişdir. Bu nəticə isə özlüyündə cavabdehin mirası qəbul etməsi və ya etməməsi, habelə onun miras əmlak üzərində hansı həcmdə hüquqlara malik olması barədə məhkəmənin mövqeyini ifadə etmir.

138. Başqa sözlə, hazırkı qətnamə ilə cavabdehin miras əmlak üzərində vərəsəlik hüququnun mövcudluğu, mirası qəbul etməsi faktı və ya həmin əmlakda payının həcmi müəyyən edilmir və həmin məsələlər üzrə hər hansı preyudisial nəticə yaranmır.

139. Məhkəmə hesab edir ki, cavabdehin mirasın qəbul olunması, vərəsəlik hüququnun tanınması və ya miras əmlakdakı paylarının müəyyən edilməsi ilə bağlı hüquqi marağı olduğu təqdirdə, o, həmin tələblərlə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ayrıca mülki icraat çərçivəsində məhkəməyə müraciət etmək hüququna malikdir ki, cavabdehin apellyasiya şikayəti də birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd olunmasına yönəlmişdir.

140. Bu səbəbdən məhkəmə hazırkı iş üzrə cavabdehin miras əmlaka dair hüquqlarının mahiyyəti üzrə araşdırma aparılmasını və hüquqi qiymətləndirmə verilməsini mübahisənin predmetindən kənara çıxma kimi qiymətləndirir və buna lüzum görmür.

141. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Gülnarə Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## #### 2014-cü il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

142. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.

143. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşdur.

144. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilməlidir.

145. Eyni zamanda məhkəmə kollegiyası göstərir ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

146. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər.

147. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 386, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi rədd edilsin. Iddiaçı İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçı İddiaçı aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar