Məhkəmə qərarları › İş №2(104)-1765/2023

Gəncə Apellyasiya Məhkəməsi Qiyabi qətnamə — İş №2(104)-1765/2023

30.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1765/2023 30.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi, İddiaçı və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(040)-184/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Kəlbəcər Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(040)-184/2023 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) İddiaçı Cavabdeh qarşı “7000 (yeddi min) ABŞ dollarının ödəniş gününə olan məzənnə ilə, eyni zamanda 6500 (altı min beş yüz) manat pul tələbinə dair” iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək Kəlbəcər Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(040)-184/2023 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə, eyni zamanda 6500,0 (altı min beş yüz) manat pulun və 147 (yüz qırx yeddi) manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh 2019-cu ildə ailəsi ilə gəlib bir müddət onların yaşadığı Gədəbəy rayonunun Çanaqçı kəndində yaşamış və eyni zamanda da dəmir alveri ilə məşğul olmuşdur, ona görə də aralarinda dostluq münasibəti yaranmışdır. Cavabdeh ona bildirmişdir ki, qızıl mədənindən yaxşı dəmir metal çıxarır, lakin əlində maya olmadığına görə işləyə bilmir. Ona görə də bildirmişdir ki, mayanı o (iddiaçı) qoysun, işləsinlər. O, cavabdehin sözlərinə aldanaraq ilkin olaraq cavabdehə 7000 (yeddi min) ABŞ dolları vermiş, sonradan isə 6500 (altı min beş yüz) manat vermişdir. Bundan sonra cavabdehin dediyi yerə - Gədəbəy rayonunun Çardaxlı kəndinə getmiş və görmüşdür ki, cavabdeh ondan başqa bir neçə nəfəri də eyni üsulla aldadaraq pullarını mənimsəmişdir. Ondan başqa X4 və qeyrilərinin pullarını eyni üsulla ələ keçirmişdir. Onlar cavabdehin barəsində Kəlbəcər Rayon Polis Şöbəsinə şikayət ərizəsi vermiş, mübahisə mülki xarakterli olduğuna görə məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdeh 2019-cu il tarixdə ailəsi ilə gəlib bir müddət müddət yaşadığı Gədəbəy rayonu Çanaqçı kəndində məskunlaşmışdır. O, kənddə yaşayarkən eyni zamanda dəmir alveri ilə məşğul olmuşdur. Buna görə onlar arasında dostluq münasibətləri yaranmışdır. Cavabdeh ona bildirmişdir ki, qızıl mədənindən yaxşı dəmir çıxır, lakin əlidə maya olmadığı üçün işləyə bilmir. Ona görə ona demişdir ki, mayanı sən qöy işləyək. O cavabdehin sözlərinə aldanaraq ilkin olaraq cavabdehə 7000 ABŞ dolları, sonradan isə 6500 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, cavabdeh başqa şəxslərdən də pul alıb getmişdir. O, bununla bağlı Polis orqanlarına da müraciət etdir. Polis araşdırma aparandan sonra ona bildirmişdir ki, mübahisə mülki xarakterli olduğundan məhkəməyə müraciət etməlidir. Həmin araşdırma zamanı cavabdeh ondən pul almasını etiraf etmişdir. Eyni zamanda məhkəmədə onun təşəbüssü ilə dindirilən şahidlər də onun dediklərini təsdiq etmişlər. Lakin məhkəmə həmin sübutlara düzgün qiymət verməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək Kəlbəcər Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(040)-184/2023 saylı qətnaməsinin ləğv edilməsini xahiş etdi və ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının 30 avqust 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və iş üzrə iddiaçını dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilərək şikayətlə mübahisələndirilən qətnamə ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddsəinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqqında” 24 noyabr 2005-ci il tarixli Qərarının 6.2-ci bəndində məhkəmələrə tövsiyyə olunmuşdur ki, qətnamənin əsaslandırcı hissəsinə xüsusi diqqət verilməli, qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında olan Kəlbəcər rayon polis şöbəsindən alınmış xx.xx.2022-ci il tarixli toplanmış material üzrə arayışdan görünür ki, araşdırma zamanı X4, X12, İddiaçı ilə Cavabdeh arasında olan mübahisənin mülki xarakterli olması müəyyən edilmişdir. Həmin materialda olan Cavabdeh izahatında göstərilmişdir ki, o, 2019-cu ildə Gədəbəy rayonunun Ağamalı kəndində yaşamışdır. Həmin kənddə yaşadığı müddətdə orada dəmir alveri ilə məşğul olmuşdur. Həmin vaxtlarda X9, X11 və X10 tanımışdır. O, Gədəbəy rayonunda dəmir alveri ilə məşğul olan zaman X13 və X5 ilə yaxın münasibəti olub. Həmin şəxslərdən müxtəlif vaxtlarda faizlə pul götürmüş və faizlə birlikdə ödəmişdır. Sonuncu dəfə X1 götürdüyü 8500 manat pulu ödəmiş, lakin həmin pulun faizini ödəyə bilməmişdir. X3 da faizlə pul götürüb dəmir alveri etmiş, lakin ona da faiz borcu qalıb. X6 “Kamaz” markalı yük avtomaşını olub, o, həmin avtomaşın ilə Gəncə şəhərinə yük gətirmiş, lakin həmin vaxt dəmiri sata bilmədiyinə görə onun 600 manat pulunu ödəyə bilməmişdir. Göründüyü kimi Cavabdeh iddiaçı X3 borc pul götürdüyü araşdırma materialı ilə təsdiq olunduğundan məhkəmə kollegiyası cavabdeh X7 iddiaçı X8 2020-ci ildə 7000 (yeddi min) ABŞ dolları, eyni zamanda 6500 (altı min beş yüz) manat miqdarında borc aldığını sübut olunmuş hal kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavılə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 742.1-ci maddəsində deyilir ki, əgər borcun qaytarılması üçün müddət qoyulmaybsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Həmin Məcəllənin 448.1-ci madədsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla cavabdehin iddiaçıdan sonradan qaytarmaq şərti ilə 7000 (yeddi min) ABŞ dolları, eyni zamanda 6500 (altı min beş yüz) manat pul götürməsi təsdiqini tapdığına görə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.2-ci maddəsinə görə, qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. Həmin Məcəllənin 241.3-cü maddəsinə əsasən, işə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. Həmin Məcəllənin 241.4-cü maddəsinə görə, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Həmin Məcəllənin 241.5-ci madəsinə əsasən, iddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Həmin Məcəllənin 242-ci maddəsinə görə, qiyabi qətnamənin məzmunu bu fəslin və bu Məcəllənin 16-cı fəslinin qaydaları ilə müəyyən edilir. Qiyabi qətnamənin nəticə hissəsində qətnaməyə yenidən baxılması üçün ərizə vermə vaxtı və qaydası göstərilməlidir. Həmin Məcəllənin 243.1-ci maddəsinə əsasən, qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir. Həmin Məcəllənin 244-ci maddəsinə görə, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Azərbаycаn Respublikаsı MPM-in 14.2 və 77.1-ci mаddələrinə əsаsən, məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(040)-184/2023 saylı qətnaməsi ləğv edilməli və iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.2, 385.1.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(040)-184/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia təmin edilsin. Cavabdeh 7000 (yeddi min) ABŞ dollarının ödəniş gününə olan məzənnə ilə, eyni zamanda 6500 (altı min beş yüz) manat pul və 147 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Gəncə Apellyasiya Məhkəməsinə ərizə verməyə və ya qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ondan “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. 2(104)-1765/2023 İşə qiyabi icraat qaydasında baxılması barədə QƏRARDAD Gəncə şəhəri 30 avqust 2023-cü il Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 04 aprel 2023-cü il tarixli, 2(040)-184/2023 saylı qətnaməsindən İddiaçı işə qiyabi icraat qydasında baxılmasına dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinin tələbinə uyğun olaraq ərizə buna hüququ olan şəxs tərəfindən qanunda göstərilən tələblərə əməl edilməklə verilmişdir. Şikayətə qiyabi icraat qaydasında baxılması üçün əsaslar var. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.5-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı yazılı ərizəsinə əsasən işə qiyabi icraat qaydasında baxılması mümkün hesab edilsin. Hakimlər Şamil Rzaquliyev Rəhman Muradov Afiq Hüseynzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar